Məhkəmə qərarları › İş №2-2(102)-476/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-476/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-476/2022 20.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 fevral tarixli e-2-2(103)-128/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında bağlanmış 2018-ci il 20 fevral tarixli 1708-FNX-001 saylı podrat müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı sifarişçinin Bakı şəhəri, Səbail rayonunda yerləşən “Cresent Development” tikinti obyektində təsdiq olunmuş layihəyə uyğun su izolyasiya işləri görməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürümüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən görülmüş işlərə görə muzdun məbləği bu Müqavilənin tərkib hissəsi olan əlavələrdə müəyyən edilir. Bu məbləğə Azərbaycan Respublikası qanunvericiliyi ilə tətbiq edilən bütün vergilər və digər məcburi ödənişlər, o cümlədən podratçı tərəfindən cəlb edilən işçi heyətinin vergiləri və digər məcburi ödənişləri daxildir və sifarişçi bu ödən işlərə görə heç bir məsuliyyət daşımır. 3.2-ci bəndə əsasən muzd haqqı görülmüş işlərin həcmi və keyfiyyəti sifarişçinin müvafiq Tikinti Departamenti tərəfindən təhvil-təslim aktı ilə təsdiqləndikdən sonra nağd və ya bank köçürməsi ödəniş yolu ilə ödənilir. Görülmüş işlərin həcmi sifarişçinin ölçmə qaydasına uyğun təyin olunur. 3.3-cü bəndə əsasən bütün işlər müvafiq sənəd və sertifikatlar podratçı tərəfindən təhvil verildikdən sonra təhvil alınacaq. 3.3.1-ci bəndə əsasən ümumi məbləğin 50%-i müqavilə imzalandığı gündən ilkin avans şəklində ödənilməsi, daha sonra 40 %-i işin gedişatı zamanı, 10% iş bitdikdən sonra və təhvil-təslim olduqdan sonra ödənilməsi nəzərdə tutulmuşdur. 5.1-ci bəndə əsasən müqavilə üzrə işlər tam həcmdə başa çatdırıldıqdan sonra, podratçı ilə sifarişçi arasında təhv il-təslim aktı imzalanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 2. 2018-ci il 20 fevral tarixli 1708-FNX-001 saylı podrat Müqaviləsinə 1 №-li Əlavəyə əsasən tərəflər arasında görüləcək işlərin dəyəri ƏDV daxil cəmi 967.414,59 ABŞ dolları məbləğində təşkil edir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında bağlanmış 2018-ci il 30 noyabr tarixli 1721-FNX-001 saylı podrat müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı sifarişçinin Bakı şəhəri, Səbail rayonunda yerləşən “Crescent Development” Landşaft tikinti obyektində təsdiq olunmuş layihəyə uyğun izolyasiya işləri görməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Həm in müqavilənin 3.1-ci bəndinə əsasən görülmüş işlərə görə muzdun məbləği Müqavilənin tərkib hissəsi olan Əlavələrdə müəyyən edilir. Bu məbləğə Azərbaycan Respublikası qanunvericiliyi ilə tətbiq edilən bütün vergilər və digər məcburi ödənişlər, o cümlədən podratçı tərəfindən cəlb edilən işçi heyətinin vergiləri və digər məcburi ödənişləri daxildir və sifarişçi bu ödənişlərə görə heç bir məsuliyyət daşımır. 3.2-ci bəndə əsasən muzd haqqı görülmüş işlərin həcmi və keyfiyyəti sifarişçinin müvafiq Tikinti Departamenti tərəfindən təhvil-təslim aktı ilə təsdiqləndikdən sonra nağd və ya bank köçürməsi ödəniş yolu ilə ödənilir. Görülmüş işlərin həcmi faktiki ölçülərə uyğun təyin olunur. 3.3-cü bəndə əsasən bütün işlər müvafiq sənəd və sertifikatlar podratçı tərəfindən təhvil verildikdən sonra təhvi l alınacaq. 5.1-ci bəndə əsasən müqavilə üzrə işlər tam həcmdə başa çatdırıldıqdan sonra, Podratçı ilə Sifarişçi arasında təhvil-təslim aktı imzalanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 4. 2018-ci il 30 noyabr tarixli 1721-FNX-001 saylı Podrat Müqaviləsinə 1 №-li Əlavəyə əsasən tərəflər arasında görüləcək işlərin dəyəri ƏDV daxil cəmi 46.703,87 manat məbləğində təşkil edir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında bağlanmış 2018-ci il 9 noyabr tarixli 1713-FNX-001 saylı işlərin görülməsi barədə müqavilədən görünür ki, həmin müqavilə ilə tərəflər sifarişçinin sifarişi əsasında icraçı tərəfindən izolyasiya işlərinin yerinə yetirilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilə ilə görüləcək işlərin ilkin siyahısı təsdiq edilmiş və dəyəri 923.626,16 manat məbləğində müəyyən edilmişdir.

6. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 2018-ci il 20 fevral tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə 2018-ci il 19 yanvar – 2018-ci il 20 iyun tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 2018-ci il 22 iyun tarixli akta əsasən, podratçı tərəfindən 540.902,75 ABŞ dolları dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 2018-ci il 20 fevral tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə 2018-ci il 20 iyun – 2019-cu il 10 yanvar tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 2019-cu il 6 fevral tarix li akta əsasən, podratçı tərəfindən 298.710,35 ABŞ dolları dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 2018-ci il 20 fevral tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə 2019-cu il 10 yanvar – 2019-cu il 10 noyabr tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 2019-cu il 26 noyabr tarixli akta əsasən, podratçı tərəfindən 28.203,6 ABŞ dolları dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 2018-ci il 20 sentyabr - 2019cu il 6 fevral tarixli dövr üzrə yerinə yetirilən işləri n qəbulu barədə 2019-cu il 6 fevral tarixli akta əsasən, podratçı tərəfindən 34.182,43 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 2019-cu il 8 aprel – 2020-ci il 25 fevral tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 2020-ci il 25 fevral tarixli akta əsasən, podratçı tərəfindən 135.318,10 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 2018-ci il 9 noyabr tarixli, 17**-FC-*** saylı İşlərin görülməsi barədə Müqavilə üzrə 2019-cu il 6 fevral – 2019-cu il 10 noyab r tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 2019-cu il 26 noyabr tarixli akta əsasən, podratçı tərəfindən 227.508,95 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 2018-ci il 9 noyabr tarixli, 17**-FC-*** saylı işlərin görülməsi barədə Müqavilə üzrə 2018-ci il 20 sentyabr – 2019-cu il 6 fevral tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 2019-cu il 6 fevral tarixli akta əsasən, podratçı tərəfindən 282.893,58 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. Hüquqi yardımın göstərilməsi haqqında 546 saylı müqavilədən görünür ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən İddia çı MMC-yə göstərilən hüquqi yardım haqqının məbləği 2.490+10 manat müəyyən edilmişdir. 14. 2021-ci il 26 aprel tarixli ödəniş tapşırığına əsasən, İddiaçı MMC tərəfindən Vəkil 2.500 manat məbləğində ödəniş edilmişdir. 15. 2018-ci il 9 noyabr tarixli, 17**-FC-*** saylı işlərin görülməsi barədə müqavilə üzrə tərtib edilmiş EBAQ seriyalı, 913924 saylı, 2020-ci il 6 oktyabr tarixli elektron qaiməyə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 160.402,53 manat, ƏDV daxil 189.274,99 manat məbləğində pul vəsaiti ödənilməlidir. 16. 2018-ci il 9 noyabr tarixli, 17**-FC-*** saylı işlərin görülməsi barədə müqavilə üzrə tərtib edilmiş EBAZ seriyalı, 522845 saylı, 2021-ci il 1 aprel tarixli elektron qaiməyə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə g örə ƏDV xaric 72.763,04 manat, ƏDV daxil 85.560,39 manat məbləğində pul vəsaiti ödənilməlidir. 17. 2018-ci il 20 fevral tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə EBAZ seriyalı, 522434 saylı, 2021-ci il 1 aprel tarixli elektron qaiməyə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 84.268,47 manat, ƏDV daxil 99.436,79 manat məbləğində pul vəsaiti ödənilməlidir. 18. 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə EBAQ seriyalı, 914861 saylı, 2020-ci il 6 oktyabr tarixli elektron qaiməyə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 135.318,10 manat, ƏDV daxil 159.675,36 manat məbləğində pul vəsaiti ödənilməlidir. 19. 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə EBAQ se riyalı, 915086 saylı, 2020-ci il 6 oktyabr tarixli elektron qaiməyə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 34.182,43 manat, ƏDV daxil 40.335,27 manat məbləğində pul vəsaiti ödənilməlidir. 20. 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsinə 02 saylı Əlavə üzrə EBAZ seriyalı, 523191 saylı, 2021-ci il 1 aprel tarixli elektron qaiməyə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 6645,59 manat, ƏDV daxil 7.841,80 manat məbləğində pul vəsaiti ödənilməlidir.

21. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2021-ci il 18 mart tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-dən yaranmış borcun 2021-ci il 31 mart tarixinədək ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bi ldirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

22. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlavə dəyər vergisi ödənildikdən sonra 2018-ci il 20 fevral tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə 84.268,47 manat, 2018-ci il 9 noyabr tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə 203.165,57 manat, 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 176.146,12 manat olmaqla, cəmi 463.580,16 manat məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 100.000 manat məbləğində borcun, 31.940,67 manat məbləğində faizlərin, vəkilə ödənilmiş 2.500 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehdə n tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış bir sıra müqavilələr üzrə iddiaçı müqavilədə nəzərdə tutulmuş xidmətləri tam şəkildə cavabdehə təhvil verərək, bununla bağlı tərəflər arasında müvafiq təhvil-təslim aktları imzalansa da, cavabdeh müqavilə üzrə ödənişlərini tam şəkildə yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında imzalanmış 2018-ci il 20 fevral tarixli 1708-FNX-001 saylı podrat müqaviləsinə əsasən iddiaçı cavabdehə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Cresent Development” tikinti obyektində təsdiq olunmuş layihəyə uyğun su izolyasiya işləri görməyi, cavabdeh isə bunun qarşılığında iddiaçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Lakin işlər təhvil verildikdən sonra cavabdehin iddiaçıya qeyd edilən müqavilə üzrə 84.268,47 manat (ƏDV-siz) borcu yaranmışdır. 24. 2018-ci il 9 noyabr tarixli 17**-FC-*** saylı podrat müqaviləsinə əsasən iddiaçı “Roundabout” tikinti proyekti üzrə təsdiq olunmuş layihəyə uyğun izolyasiya işləri görməyi, cavabdeh isə bunun qarşılığında iddiaçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Lakin işlər təhvil verildikdən sonra cavabdehin iddiaçıya qeyd edilən müqavilə üzrə 203.165,57 manat (ƏDV-siz) borcu yaranmışdır. 25. 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsinə əsasən iddiaçı “Onshore Landscaping” tikinti proyekti üzrə təsdiq olunmuş layihəyə uyğun izolyasiya işləri görməyi, cavabdeh isə bunun qarşılığında iddiaçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüş dür. Lakin işlər təhvil verildikdən sonra cavabdehin iddiaçıya qeyd edilən müqavilə üzrə 34.182,43 manat (ƏDV-siz) borcu yaranmışdır. 26. 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsinə 2 saylı əlavəyə əsasən iddiaçı “X1” tikinti proyekti üzrə təsdiq olunmuş layihəyə uyğun izolyasiya işləri görməyi, cavabdeh isə bunun qarşılığında iddiaçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Lakin işlər təhvil verildikdən sonra cavabdehin iddiaçıya qeyd edilən müqavilə üzrə 141.963,69 manat (ƏDV-siz) borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçıya müqavilələr üzrə ümumilikdə 176.146,12 manat (ƏDV-siz) borcu yaranmışdır. Qeyd edilən müqavilələr üzrə iddiaçı tərəfindən müqavilə öhdəlikləri tam, vaxtında yerinə yetirilmiş, işlər müvafiq qaydada təhvil verilmişdir. Cav abdehə 2021-ci il 18 mart tarixdə elektron vergi kargüzarlıq sistemi vasitəsilə müvafiq pretenziya məktubu göndərilsə də, cavabdeh borcunu ödəməmişdir.

27. İddiaçı hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi üçün hüquqi yardıma görə vəkilə 2500 manat və iddia ərizəsinin məhkəməyə verilməsinə görə dövlət rüsumu kimi dövlət büdcəsinə 30 manat məbləğində pul ödəmişdir.

28. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 2018-ci il 20 fevral tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 84.268,47 manat, 2018-ci il 9 noyabr tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə ƏDV xaric 103.165,57 manat, 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 176.146,12 manat olmaqla, cəmi 363.580,16 manat məbləğində pul vəsaitinin, əldən çı xmış faydaya görə 100.000 manat məbləğində pul vəsaitinin, 25.050,7 manat məbləğində faizlərin, vəkilə ödənilmiş 2.500 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 442, 443.1, 443.2, 449.1, 449.2-ci maddələrinə istinad etmişdir.

30. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

31. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 sentyabr tarixli e-2-2(113)-2260/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2018-ci il 20 fevral tarixli 1708FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 84.268,47 manat, 2018-ci il 9 no yabr tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə ƏDV xaric 103.165,57 manat, 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 176.146,12 manat, cəmi ƏDV xaric 363.580,16 manat məbləğində əsas borc, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərclərin əvəzi olaraq 1.500 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

32. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən (bax § 1-21) hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında 2018-ci il 20 fevral tarixli 1708FNX001 saylı, 2018-ci il 9 noyabr tarixli 17**-FC-*** saylı, 2018-ci il 30 noyabr tarixli, 1721FNX-001 saylı podrat müqavilələri bağlanmışd ır. İddiaçı cavabdeh tərəfindən sifariş edilmiş işləri görərək göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh görülmüş işlərin dəyərini ödəməməklə həmin müqavilələr üzrə öhdəliklərini pozmuşdur. Nəticədə 2018-ci il 20 fevral tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 84.268,47 manat, 2018-ci il 9 noyabr tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə ƏDV xaric 103.165,57 manat, 2018-ci il 30 noyabr tarixli 1721-FNX001 saylı podrat müqaviləsi üzrə 176.146,12 manat olmaqla, cəmi 363.580,16 manat məbləğində borc yaranmışdır.

33. İddiaçının hesablanmış 25.050,7 manat məbləğində faizlərin tutulması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı MM-in 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən MM-in 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, faizlərin tutulması tələbinə dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir.

34. İddia tələbinin əldən çıxmış faydaya görə 100.000 manat məbləğində pulun tutulması hissəsinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, əldən çıxmış f ayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı adi mülki dövriyyə şəraitində gəlir əldə edə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Odur ki, həmin hissədə də iddia rədd edilməlidir.

35. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq, vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, vəkil yardımına ç əkilmiş xərclərə görə cavabdehdən 1.500 manat məbləğində pulun tutulmasını ağlabatandır.

36. Məhkəmə bu qənaətini MM-in 21, 385.1, 442, 443.1, 443.4, 448.1, 449.1, 752.1, maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2009-cu il 9 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

37. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, həmin qətnamənin qismən ləğv edilməsi, cavabdehdən ümumilikdə 63.314 manat məbləğində pul vəaitinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

38. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 fevral tarixli, 2-2(103)-128/2022 saylı qətnam əsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edildiyi hissədə qismən ləğv edilərək, iddia cavabdehdən iddiaçının xeyrinə 181.138,02 manat borcun tutulması hissəsində rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).

39. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək bildirmişdir ki, hazırda iş üzrə qəbul edilmiş qətnamə cavabdehdən iddiaçının xeyrinə podrat müqavilələri üzrə əsas borcun və məhkəmə xərclərinin tutulması ilə bağlı hissədə qismən mübahisələndirilir. Əsas borc 62.804 manat hissədə cavabdeh tərəfindən qəbul edilir.

40. İşdəki “Yerinə yetirilmiş işlərin qəbulu haqqında” 2020-ci il 25 fevral tarixli akta və işə apellyasiya qaydasında baxılarkən tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında 2018-ci il 30 noyabr tarixli 1721-FNX-001 saylı müqaviləyə 2019-cu il 1 aprel tarixdə Əlavə edilmiş, həmin Əlavə məhkəməyə təqdim edilməsə də, qeyd edilən əlavə üzrə 135.318,10 manat işlərin görüldüyü cavabdeh tərəfindən təsdiq edilmişdir.

41. İddiaçı tərəfindən işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş 2022-ci il 21 yanvar tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən podrat müqavilələri üzrə ƏDV-siz cəmi 1.972.749,47 manat ödəniş həyata keçirilmişdir. Cavabdeh tərəf ödənilmiş vəsaitin ƏDV-siz məbləğinin 1.972.749,47 manatdan artıq olduğuna dair məhkəməyə hər hansı sübut təqdi m etməmiş, bu məbləği mübahisələndirməmişdir. Forma 2 aktları əsasında təhvil alınmış işlərin ümumi dəyərindən ödənilmiş məbləğ çıxıldıqda (2.155.191,351.972.749,47=182.441,88) məhkəmə tərəfindən cavabdehin qəbul edilmiş işlərə görə borc qalığının 182.441,88 manat məbləğində olduğu müəyyən olunur. Buna görə də həmin məbləğin cavabdehdən tutulmasına dair birinci instansiya məhkəməsinin MM-in 752.1-ci, 385.1-ci maddələrinə istinad edərək iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilir.

42. Cavabdehdən iddiaçının xeyrinə tutulmuş 181.138,28 manat borc məbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, tələb olunan bu borcla bağlı işlərin cavabdeh tərəfindən qəbul edilməsi barədə Forma 2 aktları mövcud olmadığı halda iddiaçı tərəfin dən cavabdehə ümumilikdə 2.336.329,63 manat dəyərində işlərin görüldüyünə dair elektron qaimə göndərilmişdir. İddiaçı iddia edir ki, işlərin görülməsi barədə Forma 2 aktları iddiaçı tərəfindən təsdiq edilərək cavabdehə göndərilmiş, lakin cavabdeh tərəf həmin aktları təsdiq etməmişdir. İşə birinci instansiya qaydasında baxılarkən elektron kabinet vasitəsilə məhkəməyə göndərilmiş üzərində imza və möhürlər olmayan Forma 2 aktlarından görünür ki, 2018-ci il 9 noyabr tarixli 17**-FC-*** saylı müqavilə üzrə 2020-ci il 24 dekabr tarixli akta əsasən 85.860,39 manat (72.763,04 manat+13.097,35 manat ƏDV), 2018-ci il 30 noyabr tarixli 1721-FNX-001 saylı müqaviləyə 2019-cu il 1 aprel tarixli Əlavə üzrə 2020-ci il 24 dekabr tarixli akta əsasən 7841,79 manat (6645,59 manat+1196,21 manat), 2018-ci il 2 0 fevral tarixli 1708-FNX-001 saylı müqavilə üzrə 120.040,78 manat (101.729,48 manat+18.311,31 manat ƏDV) dəyərində iddiaçı tərəfindən görüldüyü iddia edilən işlərin qəbulu aktları nə iddiaçı, nə də cavabdeh tərəfindən təsdiq edilməmişdir. Təsdiq edilməsi üçün cavabdehə göndərilmiş Forma 2 aktlarının iddiaçının özü tərəfindən də təsdiq edilmədiyi müəyyən edilmişdir.

43. İddiaçının təqdim etdiyi 2022-ci il 21 yanvar tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən təsdiq edilməmiş 3 ədəd Forma 2 aktı ilə bağlı elektron qaimələr cavabdehə 2021-ci il 1 aprel tarixdə, yəni borcun ödənilməsi ilə bağlı 2021-ci il 18 mart tarixli pretenziya məktubu göndərildikdən sonra göndərilmişdir. Cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən bütün görülmüş işlərin Forma 2 aktları il ə qəbul edildiyini, Forma 2 aktı olmayan işlərin təhvil verilmədiyini bildirmişdir. İşə apellyasiya qaydasında baxılarkən tərəflərin nümayəndələri ilə iş üzrə məhkəmə ekspertizası təyin edilməklə mübahisəli işlərin həqiqətən görülüb-görülmədiyinin müəyyən edilməsinin mümkünlüyü məsələsi müzakirə edilmiş, nümayəndələr podratçının icra etdiyi işlərin xarakterinə görə (izolyasiya işləri) ümumi iş həcminin ekspertiza keçirilməklə müəyyənləşdirilməsinin mümkün olmadığını bildirmişlər. İddiaçının nümayəndəsi apellyasiya instansiyası məhkəməsinə izahat verərkən bildirmişdir ki, görülmüş iş həcmi Forma 2-lərdən əlavə cavabdeh tərəfindən Adnan Köse adlı layihə rəhbərinin imzası ilə təsdiq edilmiş, bir hissəsi birinci instansiya məhkəməsinə təqdim edilmiş arayışlarla da təsdiq olunur. İşə birinci in stansiya qaydasında baxılarkən iş materiallarına əlavə edilmiş və əslləri apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş, üzərində Adnan Kösenin imzası olan arayışlara əsasən 2020-ci ilin fevral ayınadək görülmüş işlərin dəyəri 2.159.355,52 manat (868.475,39 ABŞ dolları (1.476.408,1 manat)+12.780 manat və 51.664,58 ABŞ dolları (100.609,7 manat)+561.231,88 manat+21.105,84 manat) təşkil edir.

44. Cavabdeh tərəf Adnan Köse adlı şəxsin sifarişçinin adından müqavilə üzrə öhdəliyin icrasını qəbul etmək səlahiyyəti olmadığını göstərərək onun imzası ilə təsdiq edilmiş hər hansı sənədin işlərin görülməsini təsdiq edən sübut kimi qəbul edilməsinə etiraz etmişdir.

45. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının istinad etdiyi üzərində Adnan Köse adlı layihə rəhbərinin imzası olduğu iddia e dilən arayışlar möhürlə təsdiq edilmədiyindən və imzanın həmin şəxsə aid olduğunu müəyyənləşdirmək mümkün olmadığından, dəyəri tələb edilən işlərin görüldüyünü təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, əgər həmin sənədlərdəki imzaların Adnan Köseyə məxsus olduğu təsdiq edilmiş olsaydı belə, layihə rəhbərinin cavabdehin adından görülmüş işi qəbul etməyə səlahiyyəti olduğuna dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, həmin sənədlər cavabdehdən hər hansı məbləğin tutulması barədə nəticəyə gəlmək üçün əsas ola bilməz.

46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq işlərin sifarişçi tərəfindən qəbulu hesabatlar və ya arayışlarla deyil, təhvil-təslim aktları ilə rəsmiləşdirilməli olduğund an və işin hallarından da göründüyü kimi, müqavilənin tələblərinə uyğun olaraq görülmüş işlər cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq Forma 2 aktları ilə qəbul edildiyindən, iddiaçının Forma-2 aktları təsdiq edilməmiş işlərə görə ödəniş tələb etməsi və cavabdehə həmin işlərlə bağlı elektron qaimələr göndərməsi əsassız olmuşdur. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, tərəflər arasında razılaşdırılmış smetalar üzrə cəmi görülməli olan işlərin ƏDV-siz dəyəri müqavilələrə əlavələrə əsasən 2020-ci il 25 fevral tarixli Forma 2 aktı da nəzərə alınmaqla cəmi 1.777.477,08 manat (819.845,40+782.734,03+39.579,55 manat+135.318,10 manat) təşkil edir. İddiaçının görüldüyü iddia edilən əlavə işlərlə bağlı sifarişlər verilməsi, müqavilələrə əlavə və dəyişikliklər edilm əsi və smetaya əlavələr edilməsi barədə məhkəməyə sübutlar təqdim edilməmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 433.1, 433.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 89.3, 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

48. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 22 mart tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

49. İddiaçı tərəfindən 2022-ci il 5 may tarixində kassasiya şikayəti verilərək, qətnamənin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə tam təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

50. MM-in 390.2, 433.1, 433.2, 752.1, 756, 75 9.1, 763.1, 765, 770-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən ona əsaslanmışdır ki, iddiaçı sifariş edilmiş işi tam və keyfiyyətli yerinə yetirməsini sübuta yetirə bilməmişdir. Əslində apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlməmişdən əvvəl qanuna və tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən müqavilə tərəflərinin, yəni iddiaçı və cavabdehin hansı hüquq və vəzifələrə malik olmasını, o cümlədən işin tam və keyfiyyətli yerinə-yetirilib yetirilməməsinin sübut etmək vəzifəsinin kimin üzərinə düşdüyünü müəyyən etməli idi.

51. Podrat müqaviləsinə əsasən sifarişçi ilə podratçı arasında yerinə yetirilmiş işin qəbul edilməsi ilə bağlı münasibətləri MM-in 770-ci maddəsi tənzimləyir. Maddənin məzmunundan da görünür ki, yerinə yetirilmiş işin qəbul edilməsi vəzifəsi sifarişçinin üzərinə qoyulmuşdur. Sifarişçi işi qəbul etməyə borcludur. Yerinə yetirilmiş işin qəbul edilməsi vəzifəsi sifarişçinin üzərinə düşdüyünə görə qanunverici onun tərəfindən işin müəyyən edilmiş müddətdə qəbul edilməməsini işin qəbul edilməsi kimi qiymətləndirmişdir. Beləliklə, podrat müqaviləsinə əsasən podratçı işi yerinə yetirmək, sifarişçi isə onu qəbul etmək vəzifəsi daşıyır. Əgər sifarişçi işi müəyyən edilmiş müddətdə qəbul etməmişdirsə, o, işi qəbul etmiş hesab olunur. Qanunverici podrat münasibətlərini tənzimləyən normaların heç birində podratçının yerinə yetirdiyi işi sifarişçiyə təhvil vermək vəzifəsini müəyyən etmir.

52. Sifarişçi hesab edirsə ki, podratçı işi vaxtında, tam və keyfiyyətlə yerinə yetirməmişdir, onda həmin halları sübut etmək vəzifəsi istinad olunan maddi hüquq normalarına əsasən sifarişçinin üzərinə düşür. Həmçinin işin müəyyən edilmiş hallarından məlum olur ki, podratçıya sifariş olunmuş iş əsas sifarişçi tərəfindən qəbul olunmuş, sifariş olunmuş işə görə podratçıya müəyyən məbləğdə pul vəsaiti ödənilmiş, sifarişçi podratçı tərəfindən işin qüsurla yerinə yetirilməsi və ya yarımçıq yerinə yetirilməsi barədə heç bir irad bildirməmiş və podrat müqaviləsindən imtina etməmişdir.

53. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Ona görə də tərəflər arasında bağlanmış podrat müqavilələrində görülmüş işlər barədə təhvil-təslim aktının olmaması həmin işlərə görə pulun ödənilm əsini istisna edən hal kimi nəzərdə tutulmamışdır.

54. MPM-in 9, 10-1, 14.1, 88, 217.1, 218.1, 372.2, 372.6, 418.1-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin ümumi borc kimi müəyyən etdiyi 363.580,16 manat pul məbləğindən 84.268,48 manat hissəsinin təmin edilməməsini xahiş etdiyi halda, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsini ləğv edərək, iddia tələbinin 181.138,02 manat hissəsini rədd etmişdir. Bu isə cavabdehin tələb etdiyindən 99.869,54 manat çoxdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətindən kənara çıxmışdır.

55. Tərəflər arasında bağlanmış 2018-ci il 20 fevral tarixli 1708 – FNX-001 saylı və 2018-ci il 30 noyabr tarixli 1721 – FNX-001 saylı Podrat müqavilələri ndə podratçı tərəfindən görülmüş işlərin sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilələrdə “Forma-2” anlayışından istifadə olunmamışdır. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi qətnaməsində Bakı Kommersiya Məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğv edilməsi əsası kimi “Forma-2”nin olmamasına istinad etmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəflərin müqavilə ilə razılaşdıqlarına deyil, müqavilə ilə nəzərdə tutulmayan sənədin olmamasına əsaslanaraq iddia tələbinin təmin olunması barədə qətnaməni qismən ləğv etmiş, iddia tələbini qismən rədd etmişdir.

56. Tərəflər arasında bağlanmış 2018-ci il 20 fevral tarixli 1708-FNX-001 saylı və 2018ci il 30 noyabr tarixli 1721-FNX-001 saylı Podrat müqavilələrində podratçı tərəfindən gör ülmüş işlərin sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verilməsi nəzərdə tutulsa da, 2018-ci il 9 noyabr tarixli 17**-FC-*** saylı müqavilədə işlərin təhvil verilməsi qaydası müəyyən edilməmişdir. Ona görə də həmin müqaviləyə əsasən tələb olunan borc məbləğinin təhvil-təslim aktının olmamasına görə rədd edilməsi əsassız hesab olunmalıdır.

57. Apellyasiya instansiya məhkəməsi qətnaməsində tərəflər arasında münasibətlərin podrat müqavilələri əsasında yarandığına bir neçə dəfə istinad etsə də, MM-in podrat müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən heç bir normasına istinad etməmiş, tətbiq etməli olduğu maddi hüquq normalarını mübahisəli hüquq münasibətinə tətbiq etməmişdir.

58. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilələrin 5.1ci bəndinə istinad edərək qətnamənin təsviri əsaslandırıcı hissəsinin 44-cü abzasında göstərir ki, “müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə işlər tam başa çatdıqdan sonra podratçı və sifarişçi arasında təhvil-təslim aktı imzalanır. İşlər müqavilə tələblərinə uyğun olaraq tamamlandıqdan sonra sifarişçi təhvil-təslim aktını təsdiq edir”. Lakin tərəflər arasında bağlanmış müqavilələrin 5.1-ci bəndinin məzmunu apellyasiya məhkəməsinin qətnamədə göstərdiyi kimi deyildir. Məhkəmənin qətnamədə müqavilənin 5.1-ci bəndinin məznunu kimi göstərdiyi birinci cümlə müqavilədə olduğu kimi əks olunsa da, həmin bənddə “işlər müqavilə tələblərinə uyğun olaraq tamamlandıqdan sonra sifarişçi təhviltəslim aktını təsdiq edir” cümləsi həmin bənddə nəzərdə tutulmamışdır.

59. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər t əhvil-təslim aktlarının imzalanması ilə bağlı müvafiq razılığa gələ bilməmiş və təhvil-təslim aktları qismən sifarişçi tərəfindən imzalanmamışdır. Yaranan mübahisə ilə bağlı tərəflər arasında müqaviləyə müvafiq olaraq danışıqlar aparılmış, 2021-ci il 25 iyun tarixdə barışıq sazişi bağlanmış, cavabdeh iddiaçıya 420.000 manat ödəməyi öhdəsinə götürmüş, barışıq sazişi tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuşdur. Bundan sonra cavabdeh barışıq sazişi ilə razılaşdırılmış məbləğin 100.000 manatını iddiaçıya ödəmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişi bir tərəfdən cavabdeh tərəfindən podratçının gördüyü işlərin qəbul edilməsini, digər tərəfdən isə iddiaçının müqavilələr əsasında gördüyü işlərə görə haqlı olaraq pul tələb etdiyini təsdiq edir. Həmin barışıq sazişində cavabdeh p ulu tələb olunan işlərin iddiaçı tərəfindən yerinə yetirilməsini imza və möhürü ilə təsdiq etmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişi və 100.000 manat pulun ödənilməsi barədə ödəmə tapşırığı sübut kimi işin materiallarına əlavə edilsə də, apellyasiya instansiyası məhkəməsi həmin sübuta münasibət bildirməmiş, mübahisənin həlli üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq, onu hüquqi cəhətdən dəyərləndirməmişdir.

60. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı “Gölge Mimarlık” şirkətinin cavabdeh “Vector Foiltec GMBH” şirkətinə qarşı işi üzrə 22(102)-280/17 saylı 2017-ci il 26 iyul tarixli və 2-2(102)-132/2018 saylı 2018-ci il 28 fevral tarixli qərarlarında hazırkı işin halları ilə bağlı müəyyənləşdirilmiş təcrübə mövcuddur. Apellyasiya məhkəməsi tə rəfindən məhkəmə təcrübəsinin vahidliyi pozularaq, qeyd edilən qərarlarda formalaşdırılmış mövqe nəzərə alınmamışdır. Qeyd olunan qərarlarda iddia tələbinin əsaslılığı kimi ona istinad edilmişdir ki, “podratçıya sifariş olunmuş iş əsas sifarişçi tərəfindən qəbul olunmuş, sifariş olunmuş işə görə podratçıya müəyyən məbləğdə pul vəsaiti ödənilmiş, sifarişçi podratçı tərəfindən işin qüsurla yerinə yetirilməsi və ya yarımçıq yerinə yetirilməsi barədə heç bir irad bildirməmiş və podrat müqaviləsindən imtina etməmişdir”. Hazırkı işdə də faktiki vəziyyət ondan ibarətdir ki, iddiaçı tərəfindən görülmüş izolyasiya işlərinə görə cavabdeh iddiaçının aldığı və məhkəmə qaydasında tələb etdiyi vəsaiti tamamilə cavabdehə ödəmiş və icra olunan layihəni “Paşa Holding”ə sataraq izolyasiya işlərinə görə ca vabdehə ödədiyi pul vəsaitini də tam olaraq “Paşa Holdinqdən almışdır. Bu faktla bağlı sübutları təqdim etmək iddiaçının iradəsində asılı olmayaraq mümkün olmamışdır. Həqiqətin müəyyən edilməsi üçün məhkəmə həmin sübutları tələb edib araşdırmaq imkanına malikdir.

61. Apellyasiya instansiyası məhkəməsi Adnan Köse adlı layihə rəhbərinin imzası ilə təsdiq edilmiş arayışları MPM-in 372.2-ci maddəsinə sübut kimi qəbul etməmişdir. Halbuki, iddiaçının sübut kimi istinad etdiyi sənədlər birinci instansiya məhkəməsinə, onların əslləri isə apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Qeyd olunanlar ona dəlalət edir ki, iddiaçı tərəf həmin sübutları birinci instansiya məhkəməsinə də təqdim etmiş, birinci instansiya məhkəməsində həmin sübutların əsllərinin işə əlavə edilməsinə ehtiyac hiss olunmamışdır. İddiaçı tərəf sənədlərin əsllərini apellyasiya məhkəməsinə də təqdim etmişdir. Yəni, birinci instansiya məhkəməsinin tələb etdiyi təqdirdə iddiaçı həmin sənədlərin əsllərini təqdim etməyə hazır olmuşdur.

62. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi üzərində Adnan Köse adlı layihə rəhbərinin imzası olduğu iddia edilən arayışlar möhürlə təsdiq edilmədiyindən və imzanın həmin şəxsə aid olduğunu müəyyənləşdirmək mümkün olmadığından, dəyəri tələb edilən işlərin görüldüyünü təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz”. Apellyasiya instansiya məhkəməsinin həmin mövqeyi də hüquqi əsasa söykənmir. Çünki, arayışlarda möhürün olmamasına görə imzaların layihə rəhbərinə məxsus olmasının qəbul edilməməsinin hüquq i əsası yoxdur. Yəni, hər hansı bir imzanın həm də möhürlə təsdiqlənməsinin zəruriliyi qanunla müəyyən edilməmişdir. Əgər belə tələb varsa belə, apellyasiya instansiyası məhkəməsi həmin hüquqi əsası qətnaməsində göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsinin “imzanın həmin şəxsə aid olduğunu müəyyənləşdirmək mümkün olmaması” dəlili də əsassızdır. Bunun üçün zəruri olarsa, məhkəmə Adnan Köse adlı şəxsi dindirə, onun imza nümunələri əsasında ekspertiza təyin edərək mübahisəli məqamlara aydınlıq gətirə bilərdi. Onu da qeyd edək ki, iddiaçı həmin sübutları təqdim etməyə həmişə hazır olmuşdur.

63. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “Bundan başqa əgər həmin sənədlərdəki imzaların Adnan Köseyə məxsus olduğu təsdiq edilmiş olsaydı belə, layihə rəhbərinin cavabdehi n adından görülmüş işi qəbul etməyə səlahiyyəti olduğuna dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən həmin sənədlər cavabdehdən hər hansı məbləğin tutulması barədə nəticəyə gəlmək üçün əsas ola bilməz. MM-in podrat müqaviləsi ilə bağlı müddəaları baxımından apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi hüquqauyğun hesab edilə bilməz. Podrat müqaviləsi üzrə işin qəbul edilməsi sifarişçinin vəzifəsi olduğuna görə apellyasiya instansiyası məhkəməsinin MM-in 433.1 və 433.2-ci maddələrinə istinad etməsini də tətbiq edilməli olmayan maddi hüquq normalarının tətbiq edilməsi kimi dəyərləndirilməlidir.

64. Apellyasiya instansiyası məhkəməsi özü qətnaməsində qeyd etmişdir ki, cavabdeh tərəfindən ƏDV-siz cəmi 1.972.749, 47 manat ödəniş həyata keçirilmiş, 100.000 mana t barışıq sazişi əsasında iddiaçıya ödənilmişdir. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi özü cavabdehin iddiaçıya 182.441,88 manat borclu olduğunu müəyyən edərək qətnaməni iddia tələbinin həmin hissəsində qüvvədə saxlamışdır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi (1972749,47 + 182.441,88 + 100.000) manat məbləğində işin görülməsini qəbul etmişdir. Bu isə onun qeyd etdiyi məbləğdən (1.777.447,08 manatdan) 477.744,08 manat çoxdur. Deməli, tərəflər arasında əlavə işlərin görülməsi razılaşdırılmışdır. Ümumiyyətlə, cavabdeh işlərin görülməməsini deyil, işin təhvil verilməməsini, daha doğrusu “Forma-2”nin olmamasını mübahisələndirir. Bu isə yuxarıda qeyd olunduğu kimi görülmüş işlərə görə pulun ödənilməsi üçün maneə təşkil edə bilməzdi. Qeyd olunanlar bir daha ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, tətbiq etdiyi maddi hüquq normalarını isə səhv təfsir etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

65. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

66. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

67. Apellyasiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd olunduğu hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

68. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

69. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.” “Maddə

770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.”

70. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində və sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 fevral tarixli, 2-2(103)-128/2022 saylı qətnaməsi qismən - əsas borcun təmin edilməyən hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılmaq üçün apelyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.

72. Birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddiaçının xeyrinə 181.138,02 manat borcun tutulması hissəsində ləğv edən apellyasiya məhkəməsi ona istinad etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq i şlərin sifarişçi tərəfindən qəbulu hesabatlar və ya arayışlarla deyil, təhvil-təslim aktları ilə rəsmiləşdirilməli olduğundan və işin hallarından da göründüyü kimi, müqavilənin tələblərinə uyğun olaraq görülmüş işlər cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq Forma 2 aktları ilə qəbul edildiyindən, iddiaçının Forma-2 aktları təsdiq edilməmiş işlərə görə ödəniş tələb etməsi və cavabdehə həmin işlərlə bağlı elektron qaimələr göndərməsi əsassız olmuşdur.

73. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi bu nəticə ilə razılaşmır.

74. İddiaçının kassasiya şikayətinin dəlillərində həmçinin qeyd edilmişdir ki, tərəflər təhvil-təslim aktlarının imzalanması ilə bağlı müvafiq razılığa gələ bilməmi ş və təhvil-təslim aktları qismən sifarişçi tərəfindən imzalanmamışdır. Yaranan mübahisə ilə bağlı tərəflər arasında müqaviləyə müvafiq olaraq danışıqlar aparılmış, 2021-ci il 25 iyun tarixdə barışıq sazişi bağlanmış, cavabdeh iddiaçıya 420.000 manat ödəməyi öhdəsinə götürmüş, barışıq sazişi tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuşdur. Bundan sonra cavabdeh barışıq sazişi ilə razılaşdırılmış məbləğin 100.000 manatını iddiaçıya ödəmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişi bir tərəfdən cavabdeh tərəfindən podratçının gördüyü işlərin qəbul edilməsini, digər tərəfdən isə iddiaçının müqavilələr əsasında gördüyü işlərə görə haqlı olaraq pul tələb etdiyini təsdiq edir. Həmin barışıq sazişində cavabdeh pulu tələb olunan işlərin iddiaçı tərəfindən yerinə yetirilməsini imza və mö hürü ilə təsdiq etmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişi və 100.000 manat pulun ödənilməsi barədə ödəmə tapşırığı sübut kimi işin materiallarına əlavə edilsə də, apellyasiya instansiyası məhkəməsi həmin sübuta münasibət bildirməmiş, mübahisənin həlli üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq, onu hüquqi cəhətdən dəyərləndirməmişdir.

75. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşaraq qeyd edir ki, birinci instansiyası məhkəməsində icraat zamanı məhkəməyə təqdim edilmiş 2021-ci il 25 iyun tarixli barışıq sazişi ilə iddiaçı və cavabdeh aralarında bağlanmış podrat müqavilələri üzrə görülmüş işlərin müqabilində ödənilməli olan əsas borc məbləğinin 420.000 manat olması, həmin borc məbləğinin 200.000 manat hissəsinin saziş imzalandığı gündən sonrakı ayın 15-nə qədər, qalan 2 20.000 manatlıq hissəsinin isə 10 ay ərzində ödənilməsi barədə razılığa gəlmişlər.

76. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən barışıq sazişi məhkəmə tərəfindən qəbul edilib-edilməməsindən asılı olmayaraq, sazişdə cavabdeh tərəfindən aralarında bağlanmış podrat müqavilələri üzrə ödənilməli olan əsas borc məbləğinin 420.000 manat olması barədə borcun etirafı vardır və apellyasiya məhkəməsi isə iş üzrə yekun nəticəyə gələrkən cavabdeh tərəfindən məhkəmə gedişində ödənilməli olan əsas borc məbləğinin 420.000 manat olmasının etirafına ümumiyyətlə qiymət verməmiş, nə üçün qəbul etmədiyini əsaslandırmamış, bu etirafı iş üçün əhəmiyyətli olan digər faktlar və sübutlarla birlikdə araşdırmamış, həmin sazişdən sonra cavabdehin hətta 100.000 manat məbləğində öd əniş etməsinə əhəmiyyət verməmiş, ona sübutlardan biri olaraq, mübahisənin həlli üçün əhəmiyyətli olmasına baxmayaraq ona müvafiq hüquqi qiymət verməmiş, beləliklə, işdəki sübutların qiymətləndirilməsində səhvə yol verilmişdir.

77. Məhkəmə tərəfindən həmçinin podratçıya, sifariş olunmuş işlərin əsas sifarişçi tərəfindən qəbul olunması, sifariş olunmuş işə görə podratçıya müəyyən məbləğdə pul vəsaiti ödənilməsi, podratçı tərəfindən işin qüsurla yerinə yetirilməsi və ya yarımçıq yerinə yetirilməsi barədə sifarişçinin heç bir irad bildirmədiyi və podrat müqaviləsindən imtina etmədiyi kimi hallara da müvafiq hüquqi qiymət verilməmişdir.

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respubl ikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilir ki, “... Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur”.

79. İş materiallarından həmçinin görünür ki, apelyasiya məhkəməsi tərəflər arasındakı münasibətlərin podrat müqavilələri əsasında əmələ gəldiyini qeyd etsə də, mübahisəni həll e dərkən Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən konkret normalarına istinad etməmiş, iddianı qismən rədd edərkən tətbiq edilməli olan normanı qeyd etməmişdir.

80. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçının verilmiş sifariş üzrə icra etdiyi işlərin həcmi müəyyən edilməli, yerinə yetirilmiş işlərə görə həyata keçirilmiş ödənişlərin faktiki görülmüş işlərə uyğun olub-olmadığına qiymət verilməli, işləri görmədiyi halda cavabdehin, iddiaçıya ödənilməmiş borc məbləğinin 420.000 manat məbləğində olmasına dair borcun faktiki etirafına dair müəssisələrin rəsmi möhürləri və rəhbərlərinin imzaları ilə təsdiq edilmiş 2021-ci il 25 iyun tarixli sazişin tərtib edilmə səbəblərinə aydınlıq gətirilməli, sifarişçi tərəfindən işlərin qüsurla yerinə yetirilməsinə d air hər hansı iradların bildirilib-bildirilmədiyi aydınlaşdırılmalı, tərəflər arasındakı podrat müqaviləsi üzrə münasibətlərə onları tənzimləyən maddi hüquq normaları tətbiq edilməli, nəticə olaraqsa mübahisənin qanuni həlli təmin olunmalıdır.

81. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində və sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 fevral tarixli, 2-2(103)128/2022 saylı qətnaməsi qismən - əsas borcun təmin edilməyən hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.

82. Göstəril ənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

83. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 fevral tarixli, 2-2(103)-128/2022 saylı qətnaməsi qismən - əsas borcun təmin edilməyən hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar