Məhkəmə qərarları › İş №2-2(102)-48/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-48/2020

12.02.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-48/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdehqarşı iş üzrə QƏRAR (açar sözlər: kredit müqaviləsində kreditdən istifadəyə görə faizlər, ödənişlər gecikdirildiyi halda isə cərimə ödəmək öhdəliyi nəzərdə tutulduğundan cavabdehin apardığı ödənişləri yalnız əsas borca hesablamaqla verilmiş ekspert rəyi, həmçinin hüquqi məsələlərlə bağlı olduğu üçün əsaslı hesab edilə bilməz). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, N.Əhmədovun katibliyi ilə, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-124/2019 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” ASC və vəkili Vəkil, Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Ləğv prosesində olan İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2012-ci il tarixli, 19K/İ2 saylı təminatlı kredit müqaviləsi və girov (ipoteka) müqa viləsinin ləğv edilməsi, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 685.440,03 (altı yüz səksən beş min dörd yüz qırx manat sıfır üç qəpik) manat əsas borc, 87.868,04 manat faiz borcu və 26.433.13 manat dəbbə borcu, cəmi 790.974.21 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin girov qoyulmuş Cavabdeh məxsus 13 ədəd “DAEWOO BS 090” markalı avtobuslara yönəldilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğdən tələbin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-12/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 19K/12 saylı təminatlı kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli, 19K/12 saylı girov müqaviləsinin ləğv edilməsi, Cavabdeh 637.440.03 manat əsas borc, 87.868.94 manat məbləğində faiz borcu və 500 (beş yüz) manat məbləğində dəbbə borcunun, cəmi 725.808.97 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı-yə ödənilməsi, borc tələbinin ödənilməsi üçün Cavabdeh məxsus olan 13 ədəd DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 mark alı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı, DAEWOO BS090 markalı **-TG*** qeydiyyat nişanlı və DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, hər bir nəqliyyat vasitəsinin ilkin satış qiymətnin 82.000 ( səksən iki min) manat məbləğində müəyyən edilməsi, hərrac üzrə xərclərin satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış girov predmetlərinin hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc məbləğini n Cavabdeh Ləğv prosesində olan İddiaçı-nin xeyrinə tutulması, Cavabdeh 150 manat ekspertiza tədqiqatının dəyərinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim – H.Ç.Babayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-124/2019 saylı qətnaməsi ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 19K/12 saylı təminat lı kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli, 19K/12 saylı girov müqaviləsi ləğv edilmiş, Cavabdeh 482.972.24 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq Ləğv prosesində olan İddiaçı-yə ödənilmiş, borc tələbinin ödənilməsi üçün Cavabdeh məxsus olan 13 ədəd DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, 10TG-775 qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, 10TG-776 qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; D AEWOO BS090 markalı, 10TG-772 qeydiyyat nişanlı, DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı və DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinə tutma yönəldilmiş, həmin əmlaklar açıq hərracda satılmış, hər bir nəqliyyat vasitəsinin ilkin satış qiyməti 82.000 manat məbləğində müəyyən edilmiş, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış girov predmetlərinin hesabına ödənilmiş, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmış, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc məbləği Cavabdeh Ləğv prosesində olan İddiaçı-nin xeyrinə tutulmuş, Cavabdeh 295 (150 + 145) manat ekspertiza tədqiqatının dəyəri tu tularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv Prosesində olan “xxxx” ASC və vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar və ya iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Həmin qətnamədən Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsini dəyişdirərək, qətnamənin əsaslandırma hissəsində “cavabdehin müqavilə şərtlərini pozaraq əsas və faiz borcundan ödəmələr etməməsi” sözlərinin qətnamədən çıxarılması barədə yeni qərar qəb ul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri İddiaçı ləğv prosesində olan “xxxx” ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixindən etibarən edilən bütün ödənişlər ekspert tərəfindən yalnız əsas borcdan silinmiş, xx xxxx 2019-cu il tarixli, 24034 saylı ekspert rəyində müvafiq ödənişlər edildiyinə görə ekspert rəyləri arasında ziddiyyət yarandığı qeyd edilir, lakin bu əsaslı deyildir, belə ki, ödəniş edilsə belə ödənilən məbləğ əsas, faiz, cərimə borcundan müvafiq qaydada silinir, ödənilən bütün məbləğ yalnızca əsas borcdan silinmir, ekspert rəyləri arasında ziddiyyət mövcud olduğundan, eyni zamanda ekspert rəyi əsassız olduğundan, yeni ekspert rəyi əsasında qətnamənin qəbul edilməsi obyektiv tədbir deyildir, ekspert rəyi məhkəmə üçün məcbur i deyildir, AR MPM-in 102.1-ci maddəsində qeyd edilir: ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər, mövcud vəziyyətdə isə istər ilkin ekspertiza, istərsə də əlavə məhkəmə-mühasibatlıq ekspertizası eyni ekspert tərəfindən həyata keçirilmiş, yəni ilkin ekspertiza zamanı ekspert tərəfindən hər hansı səhvə yol verilmişdirsə və ya qərəzli yanaşma mövcud olmuşdursa, əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edildiyi zaman eyni hal təkrarlana bilər, MPM-in 102.1-ci maddəsi dispozitiv normadır, yəni hakimin səlahiyyəti var idi ki, əlavə məhkəməmühasibatlıq ekspertizasının həyata keçirilməsini başqa ekspertə tapşırsın, iki fərqli ekspert tərəfindən verilən rəyi müqayisə etmək daha məqsədəuyğun idi, hazırki vəziyyətdə iqtisadi mübahisə yalnız ekspertin verdiyi rəyə əsasən yekunlaşıb. Nəzərə almaq lazımdır ki, ekspertizanı həyata keçirən də bir şəxsdir və yanılma payı mövcud ola bilər. Hakim əlavə məhkəmə-mühasibatlıq ekspertizasının həyata keçirilməsini başqa ekspertə tapşırmaqla fərqli ekspertlərin verdiyi rəyi müqayisə edə bilərdi, həmçinin xx.xx.2016-cı il tarixdən Mərkəzi Bankın ərizəsi əsasında 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin 2-1 (81)-1404/2016 saylı qərarı ilə müflis elan edilmiş İddiaçı-nin də kreditorlar qarşısında öhdəlikləri mövcuddur. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Cavabdeh ilə İddia çı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 19K/12 saylı təminatlı kredit müqaviləsinə görə üzərinə düşən öhdəliyi kreditin aylıq ödəniş qrafikinə uyğun olaraq lazımi qaydada yerinə yetirmiş, xx.xx.2012-ci il tarixli, 19K/12 saylı təminatlı kredit müqaviləsində tərəflərin iradəsindən asılı olmayaraq dövlət ehtiyacları üçün dövlət sifarişləri əsasında yaranmış bir sıra hallar nəticəsində öhdəliyin vaxtlıvaxtında və lazımınca icra olunmaması öhdəliyin pozulması üçün əsas hesab edilməmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2930 №-li “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında X2 prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində və Ziya Bünyadov prospekti ilə Müzəffər N ərimanov küçəsinin kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının layihələndirilməsi, tikintisi və yenidənqurulması həyata keçirilmiş, həmin Tədbirlər Planı əsasında Ziya Bünyadov prospektində təmir və yenidənqurma işləri 2013-cü ilin may ayından 2014-cü ilin dekabr ayına kimi davam etdiyindən, Cavabdeh məxsus nəqliyyat vasitələrinin hərəkət marşrutu məhdudlaşdırılmış, nəticədə isə müqavilə bağlandığı zaman mövcud mülki dövriyyə şəraitində aylıq əldə edilə biləcək mənfəətdən 7 dəfə az mənfəət əldə edildiyindən xx.xx.2012-ci il tarixli, 19K/12 saylı təminatlı kredit müqaviləsi üzrə aylıq ödənişlər tam olmasa da, icra edilmiş, 2015-ci il tarixində Azərbaycanda keçirilən “Avropa Oyunları” ilə əlaqədar Z.Bünyadov prospektində həyata keçirilən yenidənqurma və təmir işləri ilə əlaqədar bu hal yenidən təkrarlanmışdır. Tərəflərin izahatları İddiaçı ləğv prosesində olan “xxxx” ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azə rbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-124/2019 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti təmin edilməli, Cavabdeh kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixdə 19K/12 saylı təminatlı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən borc verən borc alana 1,011,500 manat məbləğində 48 ay müddətinə illik 18 faizlə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüş, borc alan kredit məbləğini yeni alınacaq 13 ədəd DAEWOO markalı (model BS090) sərnişin daşıma avtobuslarının alışı və onların sığorta haqqının ödənilməsi üçün istifadə edəcəkdir, müqaviləyə əsasən kredit üzrə faizlər istifadə edilmiş günlərin sayına görə illik 18 faizlə hesablanır, əsas kimi bir ayda 30, 1 ildə isə 360 təqvim günü götürülür, kredit vəsaitindən istifadə müddəti 48 ay təşkil edir, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam olaraq icra edərək, 1,011,500 manat məbləğində kredit vəsaitini cavabdehə versə də, cavabdeh müqavilə şərtlərini pozaraq əsas və faiz borcundan vaxtaşırı ödəmələr etməmiş, İş üzrə həmçinin müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə İddiaçı ilə Cavabdeh İvanovna arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 19K/12 nömrəli girov müqaviləsinə əsasən girov saxlayan girov qoyana 13 ədəd DAEWOO BS090 markalı avtobusların alınması və sığorta haqqının ödənilməsi üçün 1,011,500 manat məbləğində kredit vermiş, kredit müqaviləsi üzrə ödənişlərin icra olunmasına təminat olaraq girov qoyan istehsal tarixi 2011-ci il olan avtobusları girov saxlayana girov kimi təqdim edir, müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə girov predmeti hər biri 82.000 manat olmaqla, cəmi 1.066.000 manat dəyərində qiymətləndirilmiş, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx xxxxxx 2012-ci il tarixli, AA seriyalı ******* saylı çıxarışa əsasən nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka qoyan şəxs Cavabdeh DAEWOO BS090 avtobus mark alı 10 TGT:66:67,68,69,70,71,72,73,,74,75,76,78,79 nəqliyyat vasitələrini ipoteka qoymuş, İddiaçı tərəfindən xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş ünvanlanaraq xx xxxxxx 2012-ci il tarixli, 19K/12 saylı təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş 685.440.03 manat əsas borc, 67,648.46 manat faiz borcu və 13.409.42 manat məbləğində dəbbə borcu, cəmi 766,497.91 manat təşkil edən borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı və ipoteka qoyana məxsus olan əmlaka tutmanın yönəldilməsi prosesinə başlanacağı barədə xəbərdarlıq edilmiş, İddiaçı tərəfindən AR Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə xx xxxxxx 2015-ci il tarixdə ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi ha qqında bildirişin qeydə alınması barədə ərizə ünvanlanaraq ərizənin qəbul edilməsi və bildirişin qeydiyyatı haqqında banka rəsmi məlumat verilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia tələbini qismən təmin edən Apellyasiya Məhkəməsi ona istinad etmişdir ki, xx xxxxxx 2018-ci il tarixli, 29359 saylı ekspert rəyinə görə Cavabdeh İvanovna tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx xxxxxx 2012-ci il tarixli 19K/12 saylı kredit müqaviləsinin şərtləri, müqavilənin 4-cü bəndinin tələbləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu əsas borc üzrə 530.972.24 (698,852.24-167.880.0) manat məbləğində müəyyən edilir, xx xxxx 2019-cu il tarixli 24034 nömrəli ekspert rəyinə görə isə xx xxxxxx 2012-ci il tarixli 19K/12 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı-nə olan borcu 482.972,24 manat təşkil edir, (İlkin ekspert rəyi ilə, hazırki ekspert rəyi arasında yaranmış borc məbləği arasındakı fərq Borcalan tərəfindən xx.xx.2018-ci il tarixdə 40.000,0 manat və xx.xx.2018-ci il tarixdə 8.000,0 manat məbləğində ödənişin aparılması nəticəsində olmuşdur.), əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə rəy verilərkən ekspert tərəfindən düzgün hesablama aparılmış, Cavabdeh banka ümumilikdə xx.xx.2014cü il tarixədək 698.852,24 manat məbləğində borcu müəyyən olunur, cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək 215.880,0 manat məbləğində ödəniş aparıldığından, cavabdehdən iddiaçının xeyrinə 482.972,24 manat tutulmalı, cavabdehdən ödənilməsi tələb olunan 87.868,94 manat faiz borcu hissəsində iddia tələbi əsassızdır, dəbbə pulu hissəsində isə iddia tələbinin rədd edilməsi məqsədəuyğundur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 1.011.500 manat məbləğində 48 ay müddətinə illik 18 faizlə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüş, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra edərək, 1.011.500 manat məbləğində kredit vəsaitini cavabdehə versə də, cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər vaxtında icra edilməmiş, sonuncu müqavilə şərtlərini pozaraq əsas və faiz borcundan vaxtında ödəmələr etməmişdir. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh həmçinin kreditdən istifadəyə görə 48 ay müddətində illik 18 faiz məbləğində faizləri ödəməyi də öhdəsinə götürmüş və iş materiallarında cavabdehin müvafiq faizləri ödəmək öhdəliyini istisna edəcək hər hansı müstəsna hal yoxd ur və mövcud qanunvericilik nəzərə alınmaqla müqavilənin qüvvədə olacağı razılaşdırılmış dörd il ərzində Cavabdeh kredit borcuna uyğun olaraq faiz məbləğlərini də banka ödəməli olduğu halda, apellyasiya məhkəməsi hər hansı əsaslandırma vermədən iddia tələbini bu hissədə sadəcə əsassız hesab etmiş, dəbbə pulu hissəsində isə onun rədd edilməsini məqsədəuyğun saymışdır. Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hə r hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 440-cı maddəsinə əsasən əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müdd əti birinci çatan borc ödənilir. Əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Əgər tələblər eyni dərəcədə ağırdırsa, daha az təmin edilmiş tələb birinci növbədə icra olunmalıdır. Borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir. “Banklar haqqında” AR Qanununun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarmı və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasın da pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. İstinad edilən maddi hüquq normalarının heç biri məhkəməyə müqavilə şərtlərinə uyğun olaraq və müqavilənin qüvvədə olduğu müddət ərzində hesablanmış faiz məbləğlərini əsassız hesab edərək rədd etmək üçün əsas vermir, apellyasiya məhkəməsi isə hər hansı maddi və ya prosessual hüquq normasına istinad etmə dən iddia tələbini 87.868,94 manat faiz borcu hissəsində rədd etmişdir. İddia tələbinin cərimə hissəsi də Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə cavab vermədiyi və bu zaman kreditorun mənafeləri nəzərə alınmadığı üçün əsaslı deyil. Belə ki, Mülki Məcəllənin 467-ci maddələrinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tərəflər arasında bağlanmış kredit müqaviləsində cavabdehin əsas borc məbləğindən əlavə kreditdən istifadəyə görə faizlər, ödənişlər gecikdirildiyi halda isə cərimə ödəmək öhdəliyi nəzərdə tutulduğundan cavabdehin apardığı ödənişləri ya lnız əsas borca hesablamaqla verilmiş ekspert rəyi də yuxarıda istinad edilən maddi hüquq normalarına əsasən, həmçinin hüquqi məsələlərlə bağlı olduğu üçün əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenunmunun xx xxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifa-yətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin sübutları hərtərəfli araşdırılmadığı, düzgün hüquqi qiymət verilmədiyi, işin faktiki hallarının araşdırılmadığı qeyd edilərək, məhkəmə qətnaməsinin dəyişdirilməsi, qətnamənin əsaslandırma hissəsindən “cavabdehin müqavilə şərtlərini pozaraq əsas və faiz borcundan ödə mələr etməməsi” sözlərinin çıxarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin kassasiya şikayəti ilə bağlı qeyd edilməlidir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Digər tərəfdən iş materialları ilə cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklərin vaxtında icra edilməməsi, sonuncunun müqavilə şərtlərini pozaraq əsas və faiz borcundan vaxtında ödəmələr etmədiyi müəyyən edildiyindən, kassasiya şikayətinin sonunda “cavabdehin müqavilə şərtlərini pozaraq əsas və faiz borcundan ödəmələr etməm əsi” sözlərinin qətnamədən çıxarılması barədə tələb də əsaslı hesab edilə bilməz. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, cavabdehin kredit müqaviləsi üzrə istinad edilən normaların tələbləri nəzərə alınmaqla əsas borcu, faiz borcu və dəbbə pulunun məbləğləri dəqiq müəyyən edilməli, əldə edilmiş sübutların məcmusundan asılı olaraq mübahisənin obyektiv həlli təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildi yindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-124/2019 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməli, Cavabdeh kassasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-124/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti təmin edilsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar