Məhkəmə qərarları › İş №2-2(102)-481/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-481/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-481/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X5 Elektrik Elektronik ve X3 Ticaret Lİmited” Şirkətinin Cavabdehnə qarşı ilk, Cavabdeh “X5 Elektrik Elektronik ve X3 Ticaret Lİmited” Şirkətinə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə, İddiaçı “X5 Elektrik Elektronik ve X3 Ticaret Lİmited” Şirkətinin Cavabdehnə qarşı pulun tutulması və Cavabdeh “X5 Elektrik Elektronik ve X3 Ticaret Lİmited” Şirkətinə qarşı pulun tutulması barədə qarşılıqlı tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 aprel tarixli 2-2(103)-195/2025 nömrəli qətnaməsindən iddiaçı “X5 Elektrik Elektronik ve X3 Ticaret Lİmited” Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı 1. “X5 Elektrik Elektronik ve X3 Ticaret Lİmited” Şirkəti (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 5.178.640,58 ABŞ dolları məbləğində pulun, ilk iddia üzrə ödənilmiş 5524 manat dövlət rüsumu və 8.000 manat məbləğində hüquqi xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh qarşılıqlı iddia verərək, 2020-ci il 12 fevral tarixli İCBA 0018 saylı podrat müqaviləsi üzrə vurulmuş maddi zərər kimi 3.411.473 ABŞ dolları məbləğində pul vəsaitinin, 10.000 manat hüquqşünas xərclərinin və 3.695 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 noyabr tarixli e-2-2(113)-173/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdehdən 1.659.012,59 ABŞ dolları məbləğində pul, 43.066,53 ABŞ dolları faiz borcu, ümumilikdə 1.702.079,12 ABŞ dolları məbləğində pul və 2.236,77 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə təmin olunmaması, cavabdehin iddiaçıya qarşı qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur (hakim – Ü.Həsənova).

4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən – ilk iddianın təmin olunmadığı hissədə ləğv, ilk iddianın həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 2 aprel tarixli 2-2(103)-195/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin olunmaması, birinci instansiya məhkəməsi nin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – T.Mahmudova, hakimlər – E.Həsənov və Z.Şirinov).

7. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

8. Qətnamədən həmçinin iddiaçı da kassasiya şikayəti verərək onun qismən – ilk iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməsi və ilk iddia tələbinin həmin hissədə də tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şik ayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:... 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi....”

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instans iyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” "Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlə r əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

11. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

12. Belə ki, kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət verilərkən dövlər rüsumu qanunla müəyyən olunmuş məbləğdə ödənilməmiş, bununla da kassasiya şikayəti MPM-in 407.4-cü maddəsinin tələbləri pozulmaqla verilmişdir.

13. İşdən göründüyü kimi, ilk iddianın qiyməti əsas borc üzrə 5.178.640,58 ABŞ dolları (8.803.688,98 manat) və faiz borcu üzrə 388.397 ABŞ dolları (660.274,9 manat), qarşılıqlı iddianın qiyməti isə 3.411.473 ABŞ dolları (5.799.504,1 manat) olmaqla ümumilikdə 8.978.510,58 ABŞ dolları (15.263.468 manat) təşkil edir. Belə olduğu halda isə dövlət rüsumu 8.978.510, 58 ABŞ dollarına, yəni Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 15.263.468 manata münasibətdə ödənilməli idi.

14. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda kassasiya şikayəti verilərkən dövlət rüsumunun qətnamənin yalnız mübahisələndirilən hissəsinə, yalnız ilkin və ya yalnız qarşılıqlı iddia tələbinə münasibətdə ödənilməsi nəzərdə tutulmamışdır. Beləliklə, həmin Qanunun 8.1, 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə uyğun olaraq hazırkı halda iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilərkən ödənilməli olan dövlət rüsumunun məbləği hər iki iddianın qiyməti üzrə cəmi 4.210,87 manat təşkil etməlidir. Lakin, iddiaçı yalnız qarşılıqlı iddiaya münasibətdə 2.765 manat məbləğində dövlət rüsumu öd əmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 408.1 və 408.1.3-cü maddələrinin tələblərinə uyğun olaraq kassasiya şikayətini geri qaytarmalı olduğu halda, bunu diqqətdən qaçıraraq işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

16. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 2 aprel tarixli 22(103)-195/2025 nömrəli qətnaməsindən iddiaçı “X5 Elektrik Elektronik ve X3 Ticaret Limited” Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və həmin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar