Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-484/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyası İddiaçının Cavabdehə qarşı iş üzrə Açar sözlər: podrat müqaviləsi, pul tələbi 30.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 mart tarixli 2-2(103)-201/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Tərəflər arasında baglan mış 2018-ci il 1 oktyabr tarixli 26 saylı Podrat müqaviləsinə əsasən, iddiaçı cavabdehin tapşırığı ilə müqavilənin 1.2-ci bəndində (Müqavilənin 1 saylı Əlavəsində) göstərilmiş işlərin icrasını və işlərin nəticəsini tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq cavabdehə təhvil verməyi, Bakı şəhəri Balaxanı Sənaye Parkında istehsal sexində Müqavilənin 1 saylı Əlavəsində göstərilən işlərin öz qüvvə, material, avadanlığı, alət və mexanizmi ilə icrasını, cavabdeh isə həmin işin nəticəsini qəbul etməyi və ödənilməsini öhdəsinə götürmüşdür. 2. 9 ədəd smeta sənədindən görünür ki, həmin smeta sənədləri yalnız iddiaçı tərəfindən təsdiq edilmişdir. 3. 2019-cu il 1 fevral tarixli EAAP seriyalı 861167 saylı, 2019-cu il 19 aprel tarixli EAAT seriyalı 363851 saylı, 2019-cu il 31 may tarixli EAA V seriyalı 231275 saylı və 2018-ci il 8 noyabr tarixli EAAN seriyalı 487193 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 17.700,19 manat, 17.700,30 manat, 23.010 manat və 11.800 manat dəyərində xidmətlər göstərilmişdir.
4. E-mail yazışmasından görünür ki, e-mail Nümayəndə2 adlı şəxs tərəfindən Elektron ünvan e-mail vasitəsi ilə Tural Rəcəbli adlı şəxsə göndərilmiş və e-maildə qeyd edilmişdir ki, “İlqar m. təsdiq etdiyi işlər üzrə hesabat əlavədədir. Hər-hansı sual olduğu halda, xahiş edirəm bildirəsiniz”.
5. Hesabdan çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 2018ci il 12 noyabr tarixdə 10.000 manat, 2019-cu il 4 fevral tarixdə 15.000,16 manat, 2019-cu il 23 aprel tarixdə 15.000,26 manat pul köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKT LARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 2018-ci il 1 oktyabr tarixli 26 saylı Podrat müqaviləsinə əsasən görülmüş işlərin qalıq dəyəri olan və cavabdehin rəsmi email vasitəsilə təsdiq edilmiş 147.665,64 manat məbləğində pul vəsaitinin, 400 manat mediasiya xərcinin, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat vəsaitin, ümumilikdə isə 148.096,04 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2018-ci il 1 oktyabr tarixdə 26 saylı Podrat müqaviləsi imzalanmışdır. Həmin podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehin hazırda fəaliyyət göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı Sənaye Parkındakı istehsalat sexində bünövrə, hörgü, döşəmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin qurulması, inzibati hissə və perimetr boyu hörgü, inzibati hissədə isitmə işləri, virtaj altı hörgü, suvaq və boya işləri, sanitar qovşaqlarının boru xətlərinin çəkilməsi, daxili və xarici su-kanalizasiya xətlərinin çəkilməsi işlərinin tam olaraq görülməsinə baxmayaraq, müqavilənin 3-cü bəndinə əsasən işlər tam yerinə yetirildikdən sonra görülmüş işlərin dəyəri 30 təqvim günü ərzində ödənilməsi nəzərdə tutulsa da, cavabdeh həmin vəsaitin ödənilməsindən imtina edərək iddiaçıya ünvanladığı rəsmi sənədlərdə müqaviləni sadəcə kağız üzərində imzaladıqlarını bildirmişdir.
8. Belə ki, iddiaçı cavabdehə 2020-ci il 11 avqust tarixli pretenziya məktubu ilə müraciət etmiş, həmin pretenziya məktubuna verilmiş 2020-ci il 21 avqust tarixli cavab məktubunda iddiaçının qeyd etdiklərinin cavabdehin mühasibat sənədlərində öz əksini tapmadığı bildirilmiş, qeyd edilən müqavilənin, müqavilə üzrə işlərin görülməsini təsdiq edən sənədlərin onlara təqdim edilməsi tələb edilmişdir. Bununla əlaqədar 2020-ci il 26 avqust tarixli məktubla 2018-ci il 1 oktyabr tarixli 26 saylı podrat müqaviləsi, qiymət cədvəllərini əks etdirən smeta cədvəllərinin surəti, email yazışmasının surəti cavabdehə təqdim edilmişdir. Bundan sonra cavabdeh tərəfindən göndərilmiş cavab məktubunda tərəflər arasında Bakı şəhəri, Balaxanı Sənaye Parkında istehsalat sexində işlərin görülməsi məqsədi ilə podrat müqaviləsi bağlandığı, lakin tərəflər arasındakı münasibətlərin bundan sonra davam etmədiyi, müq avilənin sadəcə kağız üzərində qaldığı, sifarişçi tərəfindən hər hansı podrat işi həyata keçirilmədiyi, podratçının müqavilə üzrə öhdəlikləri icra etmədiyi, podrat müqaviləsinin bağlanmasının yalnız tərəflər arasında onun imzalanması ilə bitdiyi, həmin işlərin iddiaçı tərəfindən görülmədiyi, iddiaçı tərəfindən hər hansı iş görülmədiyi üçün muzdun ödənilməsi ilə bağlı icra edilməmiş öhdəliklərin olmaması bildirilmişdir. 9. 2019-cu il 16 dekabr tarixdə cavabdehin rəsmi Elektron ünvan email elektron poçtu vasitəsi ilə iddiaçıya 147.665,64 manat məbləğində borcu olduğu təsdiq edilmişdir. Qeyd edilən elektron sənəd isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 89-cu maddəsinə əsasən yazılı sübut hesab edilir. Bundan əlavə, müqavilənin 11.2.3-cü bəndinə əsasən müqaviləyə tərəflərdən birinin təşəbbüsü ilə xitam verildikdə, həmin tərəf digər tərəfi 15 təqvim günü əvvəlcədən bununla bağlı məlumatlandırmalıdır. Lakin müqavilə imzalandıqdan sonra cavabdeh tərəfindən belə bir məlumatlandırma edilməmiş və müqaviləyə xitam verilməmişdir. Bu səbəbdən də müqavilədə göstərilən işlər iddiaçı tərəfindən tam olaraq yerinə yetirilmişdir. Lakin cavabdeh həmin işlərin görülməsi barədə təhvil-təslim aktlarının rəsmi qaydada imzalanmasından və görülmüş işlərin dəyərini iddiaçıya ödəməkdən imtina edir. Görülmüş işlərin smetası barədə sənədlər cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanaraq təsdiq edilmişdir.
10. Cavabdeh iddiaçıya ünvanladığı cavab məktubunda aralarında bağlanmış podrat müqaviləsinin sadəcə kağız üzərində qaldığını bildirsə də, faktiki olaraq iddiaçı tərəfindən müqavilə üzrə işlər həyata keçirilmiş və görülmüş işlərin dəyəri tam olaraq ödənilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının ASC-də olan hesablaşma hesabına 2018-ci il 12 noyabr tarixdə 10.000,00 manat, 2019-cu il 4 fevral tarixdə 15.000,16 manat, 2019-cu il 23 aprel tarixdə 15.000,16 manat vəsaitin ödənilməsi iddiaçının həmin podrat müqaviləsinə uyğun olaraq üzərinə düşən vəzifələri icra etdiyini və gördüyü işlərin dəyərinin bir qisminin ödənildiyini bir daha təsdiq edir. Qeyd edilən tarixdən sonra cavabdeh tərəfindən digər işlərin dəyəri ödənilməmiş və cavabdehin rəsmi Elektron ünvan elektron poçtu vasitəsilə iddiaçıya 147.665,64 manat məbləğində borcun olduğu təsdiq edilmişdir. İddiaçı tərəfindən işlərin görülməsini həmin dövrdə cəmiyyətdə işlə miş və bilavasitə həmin işlərin yerinə yetirilməsində şəxsən iştirak etmiş X3 və X5 da təsdiq edə bilərlər.
11. MPM və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qeyd edilən kommersiya mübahisəsinin mediasiya vasitəsi ilə həll edilməsi üçün Mediasiya Şurasına rəsmi qaydada müraciət edilmiş və ilkin mediasiya sessiyasında iştirak etmək üçün iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir.
12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 425.1, 442, 752, 753-cü maddələrinə istinad edilmişdir.
13. Cavabdeh tərəfindən iddia tələbinə q arşı etiraz təqdim edilməmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 noyabr tarixli e-2-2(113)-4752/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – Z.Pirverdiyev).
15. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən (bax § 1-5) hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Müqavilədən göründüyü kimi iddiaçı işlərin icrasını və nəticəsini tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı işlərin görüldüyünü qeyd etsə də, bu barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi cavabdeh tərəfindən imzalanmasından imtina edilmiş təhvil-təslim aktlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş görülmüş işlərin smetası barədə sənədlər iddiaçı tərəfindən birtərəfli qaydada təsdiqlənmiş, həmin sənədlərin yuxarı hissəsində çəkilmiş imzanın isə kimə məxsus olması müəyyən olunmur. Yəni həmin sənədlərin iddiaçının iddia etdiyi cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanaraq təsdiq edilməsi müəyyən olunmadığından həmin sənədlər mötəbər hesab oluna bilməz. Məhkəmə iclası zamanı ifadə vermiş şahidlər işlərin görülməsini bildirsələr də, həmin işlərin görülməsini təsdiq edən hər hansı bir sübutun mövcudluğunu təsdiq edə bilməmişlər. İş materiallarına əlavə olunmuş e-mail yazışmasında isə iddiaçı tərəfindən işlərin görülməsi və cavabdehə təhvil verilməsi müəyyən olunmadığından, həmin sənəd də mötəbər sübut hesab oluna bilməz. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, e-mail yazışmasında adları qeyd edilən Tural Rəcəbli və İlqar Abbasov iddiaçının işçiləri deyillər. Beləliklə, iddiaçı tərəfindən işlərin görülməsi və cavabdehə təhvil verilməsi hər hansı bir sübutla təsdiq olunmur.
16. Məhkəmə bu qənaətini MM-in 752.1-ci, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 80-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 1
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 mart tarixli, 2-2(103)-201/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Quranov, hakimlər – V.Məmmədov və V.Baxışova).
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələblərinin qanuni əsasını MM-in 752.1-ci maddəsi təşkil edir. Lakin hazırkı işdə həmin maddənin dispozitiv şərtlərinin mövcud olması sübut olunmur. Belə ki, qeyd olunan maddədən də görünür ki, podrat müqaviləsi üzrə öhdəlik ilk növbədə podratçının üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra sifarişçinin muzd ödəmək öhdəliyi yaranır. Lakin iddiaçı bununla bağlı heç bir mötəbər sübutu (təhvil-təslim aktı, forma 2 arayışı və s.) məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən elektron məktub, Balaxanı İstehsal Sexinin Tikintisi üçün tərtib olunmuş smetalar, o cümlədən şahidlər X3 və X2 ifadələri bu halı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz. Belə ki, cavabdehin əməkdaşı olan Nümayəndə2 adından göndərilən elektron məktubda iddiaçı tərəfindən 147.665,64 manat dəyərində podrat işlərinin görülməsi və cavabdehə təhvil verilməsi müəyyən olunmur. Çünki həmin məktuba əlavədə qeyd olunan işlərin artıq görülməsi ilə bağlı məlumat yazılmayıb və həmin əlavə daha çox smeta sənədinə bənzəyir.
20. Bundan başqa birin ci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, həmin elektron məktubda adları qeyd edilən Tural Rəcəbli və İlqar Abbasov iddiaçının işçiləri deyillər. İddiaçı tərəfindən təqdim edilmiş 9 ədəd smeta sənədi də iddiaçı tərəfindən işlərin görülməsini təsdiq etmir. Çünki smeta podrat müqaviləsi üzrə layihənin həyata keçirilməsi üçün görülməli olan işlər, müddətlər və xərclərin hesablanmasını nəzərdə tutan maliyyə sənədidir. Həmin smeta sənədlərinin üzərində də onların məhz görülmüş işlərlə bağlı tərtib olunması qeyd olunmamışdır. Bu isə onu göstərir ki, smetalar məhz gələcəkdə görüləcək işlərlə əlaqədar tərtib edilmişdir. Cavabdehin mövqeyi də bundan ibarətdir ki, müqavilə bağlanıldıqdan sonra iddiaçı tərəfindən smetanın tərtib olunması ilə bağlı işlər görülmüş, bununla bağlı avans da ödən ilmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, həmin smetaların yuxarı sağ hissəsindəki imzaların cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanıb-imzalanmamasının mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur.
21. Göründüyü kimi iddiaçı tərəfindən məhz 147.665,64 manat dəyərində podrat işlərinin görülməsi və cavabdehə təqdim edilməsi iddiaçının təqdim etdiyi elektron məktub və smeta sənədləri ilə sübut olunmur. Cavabdeh tərəfindən iddiaçının hesabına 2018-ci il 12 noyabr tarixdə 10.000 manat, 2019-cu il 4 fevral tarixdə 15.000,16 manat və 2019-cu il 23 aprel tarixdə 15.000,16 manat məbləğində pul vəsaitlərinin ödənilməsi də podrat müqaviləsi üzrə işlərin görülməsi və cavabdehin iddia tələbində göstərilən məbləğdə borcunun olmasını təsdiq etmir. Çünki cavabdeh bununla ba ğlı bildirir ki, həmin ödənişlər avans və armatur alınması ilə bağlı həyata keçirilmişdir.
22. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 2019-cu il 31 may tarixli EAAV 231275 saylı və 2019-cu il 19 aprel tarixli EAAT 363851 saylı elektron qaimələrdən də görünür ki, həmin qaimələr tikinti işlərinin görülməsi üçün avans məbləği kimi 23.010 manat və armatur alınması üçün 17.700,3 manatın ödənilməsi ilə bağlı göndərilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən podrat işlərinin görülməsi heç bir yazılı sənəd və sübutla təsdiq olunmur. Bununla bağlı kollegiya qeyd etmişdir ki, hüquqi şəxs olan iddiaçı tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun (beton və ya digər tikinti materialların alınması, işçilərə əmək haqqının ö dənilməsi və ya subpodrat müqaviləsi üzrə ödənişlərin edilməsi, tikintidə istifadə olunan texnikaların işlədilməsi və ya icarəsi ilə bağlı və s.) təqdim edə bilməməsi ağlabatan deyil. Bu baxımdan kollegiya hesab etmişdir ki, heç bir yazılı sübut olmadığı halda iş üzrə dindirilmiş şahidlərin, yəni iddiaçı şirkətin təsisçisi olmuş X1 və iddiaçı şirkətin ümumiyyətlə əməkdaşı olmayan X2 ifadələri podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
23. Hazırkı apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “whatsapp” yazışmaları və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən iddiaçıya ünvanlanan məktublar isə gecikdirilmiş sübutdur və hazırda qəbul edilə bilməz. Belə ki, MPM-in 372.2-ci maddəsin ə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı qeyd olunan maddənin tələblərinə riayət etməmişdir. Çünki iddiaçının vəkili verilmiş sorğuların gec cavablandırıldığını bildirsə də, bununla bağlı sübutları təqdim etməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinə də sorğuların verilməsi ilə bağlı məlumat verilməmişdir. İddiaçı tərəfindən “whatsapp” yazışmalarının birinci instansiya məhkəməsinə təqdim edilməsi, lakin məhkəmə tərəfindən onların qəbul edilməməsi isə iş materialları ilə təsdiq olunmur. Eyni zamanda kollegiya qeyd etmişdir k i, kommersiya mübahisələri üzrə sübutlar elektron qaydada verildiyi üçün iddiaçı tərəfin qeyd olunan əsaslandırması tamamilə əsassızdır.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 752.1 və MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 31 mart tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
26. İddiaçı tərəfindən 2022-ci il 31 may tarixində kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
27. MM-in 385, 425, 752.1 və 753.1-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflər arasında podrat hüquq münasib ətləri olmuş və podratçı (iddiaçı) müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etsə də, sifarişçi (cavabdeh) görülmüş işlərin müqabilində ödənilməli olan vəsaiti iddiaçıya ödəməmişdir. Müqavilə üzrə öhdəliklərin icra edilməsi işdə olan sübutlar əsasında öz təsdiqini tapmasına baxmayaraq, məhkəmə iddianı təmin etməmiş və MM-in podrat və öhdəliklərin icrası ilə bağlı maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir.
28. MPM-in 9.1, 9.3, 14.1, 14.2, 77.1, 80, 81, 88, 97.1, 106.1, 106.2, 217.3 və 217.4-cü maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, cavabdehin maliyyə direktoru vəzifəsində çalışan və işlə rin görülməsi zamanı bütün danışıqlarda iştirak edən Nümayəndə2 tərəfindən 2019-cu il 16 dekabr tarixdə iddiaçıya göndərilən elektron məktubda görülən işlərin dəyəri müfəssəl qeyd olunmuşdur. Apellyasiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, “... cavabdehin əməkdaşı olan Ravil Seyidovun adından göndərilən elektron məktubda iddiaçı tərəfindən 147.665,64 manat dəyərində podrat işlərinin görülməsi və cavabdehə təhvil verilməsi müəyyən olunmur. Çünki həmin məktuba əlavədə qeyd olunan işlərin artıq görülməsi ilə bağlı məlumat yazılmayıb və həmin əlavə daha çox smeta sənədinə bənzəyir...”. Məhkəmənin mövqeyi əsassızdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, elektron məktubun özünün məzmununda əlavədə göndərilmiş sənədin adı smeta deyil, təsdiq olunan işlərin hesabatı adlandırılmışdır. Digə r tərəfdən, hamıya bəllidir ki, smeta məhz gələcəkdə görülən işlərin həcminin və qiymətinin müəyyənləşdirilməsi üçün tərtib edilən maliyyə sənədidir. Elektron məktubun əlavəsində isə gələcəkdə görüləcək işlərə görə deyil, artıq yekunlaşmış, yəni 2018-ci ildən 2019-cu il 21 avqust tarixədək görülmüş işlər əks olunmuşdur. Bu isə açıq-aşkar həmin işlərin görülmüş olmasına dəlalət etsə də, məhkəmə bu sübutun məzmununda qeyd olunanlara diqqət yetirməmiş, öz mülahizəsinə əsasən həmin sənədi smetaya bənzətmiş və iş üçün əhəmiyyət kəsb edən sübuta düzgün hüquqi qiymət verməmişdir.
29. Bundan başqa, işlərin görülməsi zamanı birgə müzakirə və danışıqlar məqsədi ilə yaradılmış və hər iki şirkətin direktorlarının da iştirak etdiyi “whatsapp” qrupundakı yazışmalar, həmin yazışmalarda tərəflərin bir-bir inə göndərdiyi görülən işlərlə bağlı fotoşəkillər və videolar da məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Halbuki, həmin yazışmalarda işlərin görülməsi və cavabdehin də həmin işləri qəbul edərək bəyənməsi təsdiq olunur. Apellyasiya məhkəməsi “whatsapp” yazışmalarına gecikdirilmiş sübut kimi yanaşaraq mübahisənin həllində nəzərə almamış və araşdırmamışdır. Məhkəmə yenə də səhvə yol vermişdir. Belə ki, X3 birinci instansiya məhkəməsində şahid qismində ifadə verdikdən sonra iddiaçının nümayəndəsi şahidin (Rövşənin) telefonunda olan “whatsapp” qrupundakı yazışmalara, fotoşəkillərə və videolara baxış keçirilməsini xahiş etmiş, bundan sonra məhkəmə həmin yazışmalara və görüntülərə baxış keçirmiş və mübahisəyə hüquqi qiymət verərkən nəzərə alacağını bildirərək elə həmin məhkəmə iclasında qətnam ə çıxarmış və həmin yazışmalardan çıxarışları elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etmək üçün şərait yaratmamışdır. Lakin qətnamə çıxardıqdan sonra bəlli oldu ki, məhkəmə telefonda olan yazışmalara baxış keçirməsini və bununla bağlı özünün münasibətini qətnamədə əks etdirməmişdir. Birinci instansiya məhkəməsinin yol verdiyi bu pozuntu ətraflı şəkildə apellyasiya şikayətinin dəlillərində qeyd olunmasına baxmayaraq, apellyasiya məhkəməsi aşağı məhkəmədə keçirilən iclasın audio-video yazısına baxış keçirməmiş və həqiqətən Rövşən Rüstəmovun telefonundakı yazışmalara baxış keçirilibkeçirilməməsini aydınlaşdırmadan “whatsapp” qrupundakı yazışmaların gecikdirilmiş sübut olması barədə əsassız qənaətə gəlmişdir. Halbuki, son dövrlərdə mülki prosessual qanunvericiliyə edilən dəyişikliklə r əsasında kommersiya işləri üzrə məhkəmə iclaslarının fasiləsiz audio-video yazısının aparılmasında əsas məqsəd mülki məhkəmə icraatının şəffaflığının gücləndirilməsini və məhkəmə iclasında baş verən hadisələrin dəqiqliklə qeydə alınaraq işdə istifadə olunmasını təmin etməkdir. Lakin apellyasiya məhkəməsi şikayətdə qeyd edilməsinə, bunun yoxlanılması üçün texniki imkanların olmasına baxmayaraq bunu etməmiş və ümumiyyətlə bu dəlilə heç hüquqi qiymət verməmiş, bununla da MPM-in 14-cü maddəsinin tələbləri pozulmuşdur.
30. Bundan başqa, qeyd olunduğu kimi cavabdeh şirkətin maliyyə direktoru Nümayəndə2 tərəfindən göndərilən elektron məktub və onunla aparılan digər yazışmalar mübahisənin obyektiv həlli üçün xüsusi əhəmiyyət kəsb edir. Cavabdeh isə elektron məktubun Ravil tərəfindən göndərilməsi ni və smetalardakı imzanın Ravilə məxsus olmasını mübahisələndirmişdir. Ona görə də birinci instansiya məhkəməsində Ravilin məhkəmə iclasında dindirilərək smeta sənədlərindəki imzanın ona məxsus olubolmamasının dəqiqləşdirilməsi və onun tərəfindən iddiaçıya göndərilən elektron məktubun hansı məqsədlə göndərilməsi, habelə digər yazışmalara aydınlıq gətirilməsi məhkəmədən xahiş olunmuşdur. Bu məsələ apellyasiya şikayətində də göstərilmişdir. Apellyasiya məhkəməsi Nümayəndə2 rəsmi qaydada bildiriş göndərmiş və Nümayəndə2 məhkəmə iclasına gəlməyərək məhkəməyə ərizə göndərməklə kifayətlənmişdir. Ravil ərizəsində göstərmişdir ki, “... o, cavabdehin maliyyə direktoru vəzifəsində çalışır və iddiaçı tərəfindən tərtib edilmiş smetalarda onun imzası yoxdur...”. Bir qayda olaraq sübutetmə yükü əvvəlc ə iddiaçının üzərinə düşür. Lakin qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdə olduğu aşkar hallarla bağlı istisna qayda müəyyən edir. MPM-in 106-cı maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Hazırkı işdən göründüyü kimi, cavabdeh şirkət özünün işçisi olan Nümayəndə2 keçirilən məhkəmə iclaslarında iştirakını təmin edərək iddiaçının bildirdiyi məlumatların həqiqiliyini təkzib etməmiş və mübahisəli halların aydınlaşdırılması üçün zəruri olan həmin sübutu özündə saxlamışdır. Belə olan halda, MPM-in 106.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfin bildirdi yi məlumatlar, eləcə də Nümayəndə2 tərəfindən göndərilən və imzalanan sənədlərin həqiqiliyi müəyyən olunmuş sayılmalıdır. Lakin məhkəmə mübahisəyə tətbiq edilməli olan MPM-in 106.2-ci maddəsini tətbiq etməmiş, bu isə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.
31. Bundan başqa, iş materiallarından da göründüyü kimi iddiaçının 2018-ci il 22 oktyabr tarixli 07 saylı məktubu ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət ünvanlanaraq, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən “Balaxanı Sənaye Kompleksi” ərazisində iddiaçı tərəfindən inşa olunacaq istehsalat sexinin tikintisində istifadə olunacaq tikinti materiallarının (beton, armatur və s.) keyfiyyət göstəricilərinin yoxlanılması məqsədi ilə müqavilə bağlanılması xahiş olunmuş və buna müvafiq olaraq tərəflər arasında 2019-cu il 3 aprel tarixdə “sınaq işlərinin aparılmasına dair” müqavilə bağlanılmışdır. Bundan sonra Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 2019-cu il 10 iyul tarixli, 2019-cu il 23 iyul tarixli, 2019-cu il 14 avqust tarixli və 2019-cu il 29 sentyabr tarixli məktublar əsasında iddiaçı tərəfindən təqdim edilmiş materialların yoxlamalarının nəticələri iddiaçıya təqdim olunmuşdur. Apellyasiya məhkəməsinin hüquqi qiymət vermədiyi bu yazılı sübutlar da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən “Balaxanı Sənaye Kompleksi” ərazisində inşa olunan istehsalat sexinin məhz iddiaçı tərəfindən tikildiyini təsdiq edir. Ona görə də məhkəmə iş materiallarında olan bu kimi sübutlara aydınlıq gətirmədən, işdə olan sübutları müqayisəli təhlil edərək hüquqi qiymət vermədən, iddiaçının nə vaxt, hansı məbləğdə işlər görməsini dəqiqləşdirib görülmüş işlərə çəkilmiş xərcləri müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza təyin edib rəylər almadan iddia tələbinin bütövlükdə əsassız olması barədə səhv nəticəyə gəlmişdir.
32. Bundan başqa, apellyasiya məhkəməsi cavabdehin iddiaçıya etdiyi ödənişlərlə bağlı qeyd etmişdir ki, “... cavabdeh tərəfindən iddiaçının hesabına 2018-ci il 12 noyabr tarixdə 10.000 manat, 2019-cu il 4 fevral tarixdə 15.000,16 manat və 2019-cu il 23 aprel tarixdə 15.000,16 manat məbləğində pul vəsaitlərinin ödənilməsi də podrat müqaviləsi üzrə işlərin görülməsi və cavabdehin iddia tələbində göstərilən məbləğdə borcunun olmasını təsdiq etmir. Çünki cavabde h bununla bağlı bildirir ki, həmin ödənişlər avans və armatur alınması ilə bağlı həyata keçirilmişdir...”. Birincisi, cavabdeh tərəfindən iddiaçıya üç deyil, dörd dəfə müxtəlif vaxtlarda ödənişlər edilmişdir. 2019-cu il 31 may tarixdə də 19.500 manat ödəniş iş materiallarına əlavə olunmuş hesabdan çıxarışda, eləcə də elektron-qaimədə əks olunsa da, məhkəmə bunu nəzərə almamışdır. Sözügedən qaimədən də görünür ki, həmin ödəniş material üçün deyil, xidmətlərin göstərilməsi məqsədi ilə edilmişdir. Cavabdeh 2018-ci il 8 noyabr tarixli e-qaimə əsasında edilən ödənişin də avans kimi ödənildiyini bildirir. İddiaçı tərəfindən podrat müqaviləsi üzrə işlər görülmədiyi halda, nəyə görə 6 ay sonra yenidən cavabdeh tərəfindən avans ödənilməsinə də məhkəmə diqqət yetirməmişdir. Bundan əlavə, məhkəmə cav abdehin mülahizədən ibarət izahatını əsas götürərək hesab etmişdir ki, 2019-cu il 1 fevral tarixli və 2019-cu il 19 aprel tarixli qaimələr əsasında edilən ödənişlər armaturların alınması ilə bağlı olmuşdur. Bu zaman məhkəmə tərəflər arasında hər hansı başqa müqavilənin bağlanmamasını və edilən bu iki ödənişin də məhz podrat müqaviləsi əsasında olmasını nəzərə almamışdır. Cavabdehin mülahizədən ibarət və iş materiallarında hər hansı başqa sübutla təsdiq olunmayan izahatının olduğu kimi qəbul edilməsi MPM-in 77.1 və 106.1-ci maddəsinə də uyğun olmamışdır.
33. Bununla bərabər o da nəzərə alınmalıdır ki, iddiaçı ilk dəfə pretenziya ilə cavabdehə müraciət etdikdə, cavabdeh tərəflər arasında olan münasibətləri inkar etmiş, iddiaçı müqaviləni qarşı tərəfə göndərdikdən sonra cavabdeh müqavilənin b ağlanıldığını qəbul etmiş, lakin bu dəfə işlərin görülməsini inkar etmişdir. Birinci instansiya məhkəməsində Nümayəndə2 tərəfindən göndərilmiş elektron məktub və digər yazışmalar məhkəməyə təqdim edildikdə, cavabdeh şirkət Nümayəndə2 onun işçisi olmasını inkar etmiş, lakin apellyasiya icraatında bununla bağlı sübut təqdim edildikdən sonra Ravilin onun işçisi olmasını qəbul etsə də, Ravilin belə bir səlahiyyətinin olmadığını bildirmişdir. Apellyasiya şikayətində qeyd edildiyi halda, məhkəmə cavabdehin qeyri-ardıcıl və ziddiyyətli izahatlarına əhəmiyyət verməmiş və bu istiqamətdə heç bir araşdırma etməmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçı şirkətin əvvəlki təsisçisi olan X1 və X2 ifadələrini sübut kimi qəbul etməmiş və bunun səbəbini iş materiallarında yaz ılı sübutun olmaması ilə əlaqələndirmişdir. Bununla məhkəmə sübutların qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, ilk öncə nəzərə almaq lazımdır ki, izahatlar, o cümlədən şahid ifadələri mülki prosesdə sübutetmə vasitələrindən biridir. Qanunvericilikdə izahatların digər sübutlarla yanaşı yoxlanılaraq qiymət verilməsi barədə göstəriş olsa da, onun sübut kimi qəbul edilməsi yazılı izahatların mövcudluğundan asılı edilməmişdir. Rövşən Rüstəmov işlər görülən zaman şirkətin təsisçisi olmuş, bütün danışıq və proseslərdə bilavasitə iştirak etmişdir. Bu səbəbdən mübahisə ilə bağlı məhkəməyə tam təfərrüatlı məlumatlar vermiş və “whatsapp” qrupundakı yazışmaları da təqdim etmişdir. Onun və İlqar Abbasovun verdiyi ifadələr iş materiallarında olan digər sübut larla tam uzlaşaraq bir-birini tamamlayır. Ona görə də məhkəmələrin həmin ifadələri sübut kimi qəbul etməmələri başadüşülən deyil. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
38. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verm əli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış mə mulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.”
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında deyilir: “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiy i dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiy i məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİN MÖV QEYİ
41. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
42. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hüquqi şəxs olan iddiaçı tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun (beton və ya digər tikinti materialların alınması, işçilərə əmək haqqının ödənilməsi və ya subpodrat müqaviləsi üzrə ödənişlərin edilməsi, tikintidə istifadə olunan texnikaların işlədilməsi və ya icarəsi ilə bağlı və s.) təqdim edə bilməməsi ağlabatan deyil. Heç bir yazılı sübut ol madığı halda iş üzrə dindirilmiş şahidlərin, yəni iddiaçı şirkətin təsisçisi olmuş X1 və iddiaçı şirkətin ümumiyyətlə əməkdaşı olmayan X2 ifadələri podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
43. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “whatsapp” yazışmaları və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən iddiaçıya ünvanlanan məktublar isə apellyasiya məhkəməsi tərəfindən MPM-in 372.2-ci maddəsinin tələbinə əsasən gecikmiş sübut hesab olunmaqla, qəbul edilməmişdir.
44. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirilmənin aparılmasını zəruri hesab edir.
45. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
46. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
47. Həmçinin, Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
48. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair ” 27 avqust 2012-ci il tarixli, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarları) formalaşdırdığı hüquqi mövqelərində göstərilir ki, apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının qanunverici tərəfindən məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq tərəf bu və ya digər formada iddia qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydala rının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfi öz mövqeyinin müdafiəsi üçün daha çox imkan verən məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.
49. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində yeni sübutların və faktların təqdim olunmasının məhdudlaşdırılması çəkişmə və tərəflərin bərabərliyi prinsipinə xələl gətirməməlidir.
50. İş materiallarından göründüyü kimi, apellyasiya məhkəməsində icraat zamanı 2022ci il 1 fevral tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi işlərin yerinə yetirilməsinin sübutu kimi “whatsap p” yazışmalarını birinci instansiya məhkəməsində təqdim etdiyini, lakin məhkəmə tərəfindən qəbul edilmədiyini, Fövqəladə Hallar Nazirliyindən sorğu ilə əldə edilmiş təhvil-təslim aktlarını məhkəməyə təqdim edəcəyini bildirmiş, birinci instansiya məhkəməsində həmin aktları məhkəməyə təqdim edə bilməməsini sorğuya cavabın gec alınması ilə əlaqələndirmişdir.
51. Həmçinin, iddiaçı apellyasiya məhkəməsinə sübutların təqdim edilməsi barədə vəsatətində qeyd etmişdir ki, müxtəlif dövlət qurumları ilə aparılmış yazışmaların əldə edilməsi üçün verilmiş sorğulara birinci instansiya məhkəməsində işə baxılarkən cavab alına bilməmiş, birinci instansiya məhkəməsi isə işə baxılma müddətinə bir aydan çox vaxt qalmasına baxmayaraq, qətnamə çıxarmışdır.
52. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasə n, işə bərpa, aliment tutulmasına dair işlərə 2 ay, ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə 3 ay, digər mübahisələrə dair işlərə - 4 ay müddətində baxılır (MPM-in 172.1.1-172.1.3-cü maddələri).
53. İş materiallarından göründüyü kimi, iddia ərizəsi birinci instansiya məhkəməsinə 2021-ci il 24 sentyabr tarixdə daxil olmuş, işə baxılıb yekun məhkəmə aktının çıxarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bitməsinə hələ 1 aydan da artıq müddətin qalmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya əlavə sübutların təqdim olunmasına şərait yaradılmadan qətnamə qəbul olunmuş, apellyasiya məhkəməsi isə göstərilən halı nəzərə almadan iddiaçı tərəfindən təqdim olunmuş sübutları qəbul etməmişdir.
54. Halbuki, prosessual qanunv ericilik nəinki proses iştirakçıları üçün zəruri sübutların əldə olunmasına şəraitin yaradılmasını, hətta işdə olan sübutlar kifayət etmədikdə məhkəmələr tərəfindən belə zəruri əlavə sübutların təqdim olunmasının iş üzrə tərəflərə təklif edilməsini nəzərdə tutmuşdur.
55. Belə ki, MPM-in 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
56. Bundan başqa, iş materiallarında olan “İntra Network System LTD”nin və X9 Xidmətinin cavab məktublarından görünür ki, həmin məktublar iddiaçının vəkili tərəfindən 2021-ci il 1 noyabr tarixdə - yəni birinci instansiya məhkəməsinin 2021-ci il 18 noyabr tarixli qətnaməsindən daha əvvəl göndərilmiş 005/21 və 006/21 nömrəli məktublara cavab olaraq yazılm ışdır.
57. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almadan belə qənaətə gəlmişdir ki, “iddiaçının vəkili verilmiş sorğuların gec cavablandırıldığını bildirsə də, bununla bağlı sübutları təqdim etməmişdir”.
58. Bundan başqa, müxtəlif məhkəmə iclaslarında cavabdehin nümayəndəsi tərəfindən bir halda iddiaçı şirkətə avansın ödənildiyi, digər tərəfdən Balaxanı Sənaye Parkında görülmüş işlərin iddiaçı tərəfindən yox, digər şirkət tərəfindən görüldüyü bildirilmiş, lakin işlərin iddiaçı şirkət tərəfindən sona çatdırılmamasına baxmayaraq, ödənilmiş avans məbləğlərinin hansı səbəbdən geri qaytarılmasının tələb olunmaması, habelə işlərin digər hansı şirkət tərəfindən həyata keçirilməsi ilə bağlı məhkəməyə hər hansı sübutlar təqdim olunmamışdır.
59. MPM-in tələblə rinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
60. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məluma tlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
61. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
62. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
63. Bundan başqa, məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iş üzrə tam, obyektiv və ədalətli nəticənin əldə olunmasına cavabdehin maliyyə direktoru vəzifəsində işləmiş Nümayəndə2 məhkəmə iclasında iştirakının təmin olunması, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə imzaların kimə məxsus olmasının və həqiqiliyinin müəyyən olunması vasitəsilə nail oluna bilərdi.
64. MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
65. MPM -in 9.3-cü maddəsinə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
66. MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
67. Mülki prosessual qanunvericiliyin qətnamənin qanuniliyi və əsaslılığı ilə bağlı ipmerativ tələblərinə (MPM-nin 217-ci maddəsi), eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərinə görə məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 28 dekabr tarixli və 2019-cu il 14 fevral tarixli Qərarları).
68. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 199 4-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhk əməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi.
69. Məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.
70. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsini n qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
71. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
72. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 mart tarixli, 2-2(103)201/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
73. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 mart tarixli, 22(103)-201/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.