Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-488/2024 12.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “subagent müqaviləsinə əsasən pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 aprel tarixli 2-2(103)-324 /2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC ilə “Palma-ENK Tarvel Company” şirkəti arasında bağlanmış 2009-cu il 6 noyabr tarixli 66 nömrəli “subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə” Müqavilənin 1-ci bəndinə əsasən, müqavilənin əsas mövzusu agentin tapşırığı ilə subagentin aşağıda qeyd olunan əməliyyat və xidmətləri yerinə yetirməsidir: o sərnişin daşımaları üzrə dövlətlərarası və regionlararası reysləri yerinə yetirən aviaşirkətlərin, gələcəkdə daşıyıcı adlandıracaq və X1 sənədlərində bu daşımaların satışını təşkil etmək və həyata keçirmək; o subagentin fəaliyyətinin normal aparılması məqsədilə ona lazımi ciddi uçot blanklarının (JUB), möhür və ştampların ayrılma sı və avtomatlaşdırılması bron sisteminə qoşulmasını təmin etmək. o sanatoriyalara putyovkaların satışını həyata keçirmək.
2. ABB Bankın Abşeron filialının İddiaçı MMC-yə ünvanladığı 2023-cü il 20 oktyabr tarixli məktubunda "xxxx" MMC-nin cari manat hesabına 2020-ci il 1 yanvar tarixindən 2020ci il 31 dekabr tarixinə kimi "xxxx" MMC tərəfindən cəmi 75.500 manat ödənişin edildiyi göstərilmişdir. 3. "xxxx" MMC-nin aviabiletlərin satışı cədvəlindən görünür ki, 2019-cu il 1 dekabr və 2023-cü il 1 noyabr tarixi aralığında biletlərin satışı cəmi 20.155,58 manat təşkil etmişdir. 4. 2020-ci il 20 iyul tarixli aviabiletlərin geri qaytarılması adlı cədvəldə geri qaytarılmış biletin cəmi 7.943,14 manat olduğu qeyd olunmuşdur (qeyd – iş materiallarının 87-ci vərəqində olan həmin sənədin tarixinin 2022 -ci il 20 iyul olduğu görünür). 5. 2020-ci il 1-31 dekabr tarixli üzləşmə aktında 2021-ci il 1 yanvar tarixinə cəmi borc 15.753,98 manat qeyd olunmuş və akt hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 11 avqust tarixində "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 15.753,98 manat borcun, 2.362 manat əldən çıxmış faydanın və mediasiya prosesinin aparılması üçün ödənilmiş 200 manat xidmət haqqının, cəmi 18.315,98 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında subagent aviadaşımalara bi letlərin satışı hüququnun verilməsi barədə razılaşma olmuş və bunun əsasında iddiaçının (agent) vasitəsi ilə sərnişin daşımaları üzrə dövlətlərarası və regionlarası reysləri yerinə yetirən aviaşirkətlərin aviabiletlərinin satışını, xarici ölkələrə turların və sanatoriyalara putyovkaların satışlarını təşkil etmişdir. Bununla bağlı tərəflər arasında üzləşmə aktı mövcud olmuş və cavabdeh tərəfindən də təsdiqlənmişdir. Hazırda həmin sifarişlə bağlı cavabdehin iddiaçıya 15.753,98 manat borcu yaranmışdır. Bununla bağlı cavabdehə həm elektron vergi xidmətindən, həmçinin poçt vasitəsilə və elektron məhkəmə vasitəsilə məktublar göndərilməsinə baxmayaraq, borc cavabdeh tərəfindən qaytarılmamışdır. Əldən çıxmış fayda qismində cavabdehdən illik 5% olmaqla ümumilikdə 2.362 manatın alınması xahiş olunur. Belə ki, 2 ildən çoxdur ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ziyan vurmaqdadır.
8. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən aviabiletlər üzrə uçuşlar həyata keçirilməmiş və geri qaytarılmışdır. Uçuşların həyata keçirilməməsinin səbəbləri də iddiaçıya məlumdur. Qeyd olunan aviabiletlərin bir qisminin geri qaytarılması barədə üzləşməni və geri qaytarılmış biletlər siyahısı tərtib edilmiş və həmin sənəddə 7.943,14 manat dəyərində biletlərin geri qaytarılması qeyd olunub. Məhkəməyə 3 sənəd təqdim edilmiş, həmin sənədləri iddiaçı şirkətin mühasibi cavabdehə e-mail vasitəsilə göndərmişdir. Cədvələ nəzərə yetirildikdə artıq qarşı tərəf özü də etiraf edir ki, məbləğ iddia ərizəsində olduğu kimi deyil. Ümumiyyətlə bütün biletlər geri qaytarılıb. Son i ki bilet tərəflərindən təqdim edilən sənədlərdən fərqlənir. Əslində həmin biletlərlə bağlı da uçuş baş tutmayıb. Çünki Kiyevə olan biletlərdir və 2022-ci il 18 mart tarixlərdə artıq Ukraynada müharibə başlamışdır. 2-ci sənəd üzrə onlara geniş cədvəl göndərilir və tarixlər həmin dövrləri əhatə edir (2020-ci il 1 sentyabr - 2022-ci il 31 mart). Həmin sənəddə cavabdehin cəmi 1.235,45 manat qalıq borcu olduğu qeyd olunmuşdur. 3-cü bir ziddiyyətli sənəddə (2021-ci il 1 yanvar - 31 dekabr) isə 9.046,29 manat borc olduğu qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının iddia etdiyi məbləğlə bağlı kifayət qədər ziddiyyətli məqamlar vardır.
9. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə verdiyi etiraza uyğun izahat verərək bildirmişdir ki, tərəflər arasında həqiqətən də müqavilə bağlanmışdır. Həmin uçuşlar baş vermədiyinə görə, biletlər geri qaytarılmışdır. 2020-ci il tarixində pandemiya ilə əlaqədar olaraq uçuşlar həyata keçirilməmişdir. Bu səbəbdən də biletlərin hamısı geri qaytarılmışdır. Ona görə də cavabdehin iddiaçıya heç bir borcu yoxdur.
10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 dekabr tarixli e-2-2(113)-4447/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən “subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə” 2009-cu il 6 noyabr tarixli müqavilə üzrə 15.753,98 manat pul və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – G.Namazova).
11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2009-cu il 6 noyab r tarixli 66 nömrəli “subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə” müqaviləyə əsasən cavabdeh aviadaşımalar üzrə edilmiş satışlardan əldə edilmiş məbləğin iddiaçıya ödənilməsi öhdəliyini üzərinə götürmüş, lakin müqavilə üzrə ödənilməmiş 15.753,98 manat borcu qalmışdır. Borc məbləğinin mövcudluğuna dair (2020-ci il 1-31 dekabr tarixli) üzləşmə aktı imzalanmış və həmin akt üzrə 2021-ci il 1 yanvar tarixinə cəmi borc 15.753,98 manat qeyd olunmuş və akt hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir. Beləliklə, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş və buna dair sübutlar da iş materiallarına əlavə olunmuşdur.
12. Cavabdeh tərəf müqavilə üzrə yaranmış borc məbləğini qəbul etmədiklərini biletlərin bir qisminin geri qaytarıldığını və bun a dair bir tərəfli qaydada tərtib olunmuş cədvəli sübut qismində məhkəməyə təqdim etmişdir. Lakin həmin tərtib edilmiş cədvəlin hər iki tərəfdən qəbul edilməsi və məlumatların düzgünlüyü məhkəmə gedişi zamanı cavabdeh sübuta yetirilə bilməmiş və iddiaçı tərəfindən də qəbul edilməmişdir. Yəni, cavabdeh iddia etsə də ki, uçuşların baş tutmamasına görə biletlərin qaytarılması iddiaçı tərəfindən qəbul edilmişdir və qaytarılan biletlərin cədvəlini e-mail vasitəsi ilə məhz iddiaçı tərəfindən cavabdehə göndərilmişdir, buna dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir (Təqdim olunan sadə cədvəllər nə iddiaçı, nə də cavabdeh tərəfindən təsdiq edilməmiş, məhkəmə tərəfindən cavabdehə dəfələrlə şərait yaradılmasına baxmayaraq tərəflər arasında biletlərin qaytarılmasına dair işgüzar yazışmal ar da təqdim edilməmişdir). Bundan başqa, tərəflər arasında bağlanmış müqavilədə belə, biletlərin qaytarılması şərti mövcud olmamışdır.
13. Beləliklə, məhkəmə hesab etmişdir ki, tərəflər arasında biletlərin satışı üzrə təsdiq olunmuş üzləşmə aktında borc məbləği müəyyən olunduğu üçün və həmin akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edildiyi üçün iddiaçının 15.753,98 manat borcun cavabdehdən tutulması tələbi əsaslı və qanunidir.
14. Məhkəmə iddia tələbinin digər hissəsini təşkil edən “2.362 manat əldən çıxmış faydanın cavabdehdən tutulması” tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.
15. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 21.2, 385.1, 386.1, 390.1, 442 və 443.4-cü; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 aprel tarixli 2-2(103)-324/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - 15.753,98 manat pulun tutulması hissəsində ləğv olunması, həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 1.235,45 manat pulun tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxı şova və Z.Şirinov).
18. Məhkəmə kollegiyası bildirmişdir ki, tərəflər arasında 2009-cu il 6 noyabr tarixli 66 nömrəli “subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə” müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Həmin müqavilə isə mahiyyət etibarı ilə MM-in 789.1-ci maddəsində nəzərdə tutulmuş ticarət nümayəndəsi (agent) müqaviləsidir.
19. Belə ki, iddiaçı aviabiletlərin və sanatoriyalara yollayışların satışı ilə bağlı agent hüquqlarını cavabdehə vermişdir. Eyni zamanda, həm bu növ müqavilələrin mahiyyəti, həm də işin mübahisəsiz halıdır ki, cavabdeh satışını həyata keçirdiyi biletlərin dəyərini iddiaçıya ödəmək öhdəliyini daşıyır. İddiaçı cavabdeh tərəfindən həmin öhdəliyin pozulmasına istinad edərək, 15.753,98 manat borcun tutulması tələbini irəli sürmüşdür.
20. Cavabdeh isə öz etirazının əsası kimi istinad halları sübut etmək üçün Elektron ünvan 1 e-mail adresindən Elektron ünvan 2 e-mail adresinə daxil olmuş sənədlərə istinad edərək bildirmişdir ki, qeyd olunan birinci e-mail adresi iddiaçıda mühasib vəzifəsində işləyən Şəhla Xəlifəzadəyə (bundan sonra – “Ş.Xəlifəzadə”) məxsusdur.
21. Məhkəmə iclasında cavabdehin nümayəndəsinə məxsus noutbuka baxış keçirilmiş və həqiqətən də Elektron ünvan 1 e-mail adresindən cavabdehə məxsus Elektron ünvan 2 email adresinə 3 ədəd Excel formatında tərtib olunmuş cədvəlin göndərildiyi müəyyən edilmişdir.
22. Həmin cədvəlin birində qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən (2020-ci il 1-31 dekabr tarixli) üzləşmə aktı 2021-ci il 1 yanvar tarixinə qalıq borc 6.856,94 manat.
23. Digər cədvəl qeyd olunmuşdur ki, aviabiletlərin geri qaytarılması, tərtib etdi Ş.Xəlifəzadə, 2021-ci il 1 yanvar - 2022-ci il 31 mart, qalıq borc 8.703,24 manat.
24. Digər 12 səhifədən ibarət cədvəldə isə qeyd olunmuşdur ki, tərtib etdi Ş.Xəlifəzadə, 2020-ci il 1 sentyabr - 2022-ci il 31 mart, qalıq borc 1.235,45 manat. Həmin cədvəlin 6-cı səhifəsinə kimi cavabdeh tərəfindən satılmış biletlər və onların dəyəri, 6-cı səhifədə geri qaytarılmış biletlər və onların dəyəri, 7-12-ci səhifələrdə agentin yığımları və köçürmələri əks etdirən cədvəl, cədvəlin sonunda isə qalıq borcun 1.235,45 manat olması qeyd edilmişdir.
25. Göründüyü kimi, iddiaçının mühasibi tərəfindən cavabdehə göndərilmiş 2022-ci il 31 mart tarixinə olan məlumata əsasən qalıq borc cəmi 1.235,45 manat təşkil edir.
26. Eyni zamanda, həmin mə lumatların dəqiqləşdirilməsi üçün cavabdehin vəsatəti əsasında iddiaçının mühasibləri Ş.Xəlifəzadə və Şahid (bunda sonra – “Şahid”) şahid qismində ifadə vermək üçün məhkəməyə çağırılmışlar və bu barədə bildiriş onların iş yeri üzrə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Lakin həmin şəxslər iki dəfə məhkəmə iclaslarına gəlməmişlər.
27. Həmçinin iddiaçı həmin şəxslərin onun əməkdaşları olmalarına etiraz etməmiş və bu halı mübahisələndirməmiş, həmin şəxslərin şahid qismində məhkəməyə çağırılmaları barədə bildirişləri aldıqdan sonra yazılı etirazı məhkəməyə göndərmiş, lakin etirazda da həmin məsələyə və cavabdehin istinad etdiyi e-mail yazışmasına münasibət bildirməmişdir.
28. Məhkəmə kollegiyası qeyd olunan halları qiymətləndirərək və MPM-in 106.2-ci maddəsinin tələblərini nəzərə a laraq hesab etmişdir ki, cavabdehin təqdim etdiyi e-mail yazışması mötəbər sübut kimi qiymətləndirilməli və tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin ödəməli olduğu qalıq borc cəmi 1.235,45 manat müəyyən edilməlidir. Ona görə də iddiaçı yalnız həmin məbləğdə pulun tutulmasını tələb edə bilər.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 778.1, 778.2, 789.1, 789.4 və 790.1-ci; MPM-in 14.1, 77, 106.2, 385.1.1 və 385.1.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
30. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən ləğv, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. MM-in 778.1, 778.2, 789.1, 789.4 və 790.1-ci maddələri üzrə - Məh kəmə apellyasiya şikayətində qeyd edilən halları təhrif edərək həmçinin tam araşdırma aparmadan qətnamə qəbul etmişdir. İlk növbədə cavabdehin kompüterində olan məlumatların nə dərəcədə doğru düzgün olmasını, elektron poçtun kimə məxsus olmasını və ən əsas həmin elektron daşıyıcıda olan məlumatların araşdırma aparmadan sübut kimi qəbul etməklə və ekspertin rəyi olmadan qiymətləndirməklə səhvə yol vermişdir.
32. Cavabdehin nümayəndəsi və vəkili özü şəxsən (birinci instansiya məhkəməsində olan iclaslarda video görüntülərdə var) etiraf etmişdir ki, cavabdehin iddiaçıya 8.000 manata yaxın borcu mövcuddur. Bununla bağlı məhkəmə gedişatında üzləşmə aktı göndərmişdir. Lakin tərəflər arasında borcun 15.753,98 manat olmasına dair üzləşmə aktı olduğundan bu məbləği qəbul etməmişdik.
33. İddiaçı qeyd edir ki, cavabdehin məhkəmədə göstərdiyi məlumatların heç biri həqiqəti əks etdirmir. Məhkəmə tərəfindən kompüter ekspertizaya göndərilərək əsl yazışmalar tam araşdırılsaydı borcun həmin məbləğdə olmadığı görünərdi.
34. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 28-ci bəndində qeyd edilən “2019-cu il 1 dekabr - 2023-cü il 1 oktyabr aralığında biletlərin satışı cəmi 20.155,58 manat təşkil etmişdir” kimi arayışı ödənilməyən biletlərin siyahısıdır.
35. Məhkəmə cavabdehin noutbukunda olan məlumatları yalnız cavabdehə lazım olan hissədə əsas götürərək apellyasiya şikayətini təmin etmişdir.
36. İddiaçı ilk növbədə qeyd edir ki, məhkəmə qətnaməsində cavabdehin nümayəndəsinə məxsus noutbuka baxış keçirildiyini və həqiqətən də Elektron ünvan 1 e-mail adresindən cavabdehə məxsus El ektron ünvan 2 e-mail adresinə 3 ədəd excel formatında tərtib olunmuş cədvəlin göndərildiyinin müəyyən olunduğunu göstərmişdir.
37. Lakin, məhkəmə yuxarıda qeyd edilən elektron poçt vasitəsi ilə olan yazışmaları deyil başqa şəxslə, daha dəqiqi Elektron ünvan 3>, elektron poçtundan olan yazışmalardır (yazışmalar məhkəməyə təqdim edilir). Həmin yazışmalardakı 1.235,45 manat isə cavabdehin pandemiyadan sonrakı borcuna aiddir. Yəni cavabdeh özü köhnə borcla yeni borcu qatmamaq üçün yenilərin pulunu tez ödədiyindən onu ayırmağı xahiş etmişdir. Bu da yazışmalarda göründüyü kimi, Palma 1 və Palma 2 kimi yazılar mövcuddur. Bunlardan biri köhnə borca biri isə yeni borca aiddir.
38. Həmçinin, əgər məhkəmə əsas kimi 36-ci bənddə qeyd edilən sübutu nəzərdə tutub şikayəti təmin etmişdirsə, bu yazışma m əhz yuxarıda qeyd edilən Elektron ünvan 1 ilə Elektron ünvan 2m –mail adresi arasında deyil, Elektron ünvan 1 ilə cavabdehin mühasibi olan Solmaz Əliyevanın Elektron ünvan 3> elektron poçtu ilə olmuşdur.
39. Məhz həmin poçt vasitəsi ilə 2023-cü il 31 oktyabr tarixində məhkəmə mübahisəsi gedərkən tərəfimizdən iddia qaldırılarkən cavabdeh borcunun 7.810,84 manat olması barədə üzləşmə aktı göndərmişdir. 40. 2023-cü il 16 noyabr tarixində isə Elektron ünvan 1 elektron poçtdan Elektron ünvan 3>, poçtuna cavab məktubu göndərilir və qeyd edilir ki, sizin son olaraq borcunuz 9.046,29 manat təşkil edir.
41. Bu cavabdehlə iddiaçı arasında olan son yazışma olmuş və cavabdeh tərəfindən etiraf edilən məbləğdir. Bunun bir az da artıq məbləğini məhz cavabdehin nümayəndəsi məhkəmə iclasında birinci inst ansiyada etiraf etmiş, apellyasiya məhkəməsi isə bu yazışmaları görməzdən gəlib iddianı qismən təmin etmişdir. Halbuki, borcun bu qədər də olmasını bizdə qəbul etmirik.
42. Həmçinin sübut kimi qiymətləndirilən həmin aktlar və yazışmalarda məhkəmə aktlardakı zamanlara (dekadalar) qiymət verməmişdir.
43. Ümumiyyətlə məhkəmənin həmin sənədləri və yazışmaları ekspertizaya göndərmədən sübut kimi iş materiallarında saxlanılmayan cavabdehə məxsus noutbukdakı məlumatların qətnamədə qiymətləndirilməsi ciddi prosessual pozuntudur. Məhkəmə məhz səhv edərək başqa şəxslə olan yazışmanı digər şəxsin adından yazmış və həmin şəxsin son yazışmasını (iddiaçı ilə cavabdehlər arasında olan 2023-cü ilin oktyabr noyabr ayında olan yazışma) əsas götürmədiyindən əsassız qətnamə çıxartmışdır.
44. İş üzrə faktiki o laraq tərəflər arasında həm imza ilə həmçinin möhürlə təsdiqlənmiş üzləşmə aktı olduğu halda məhkəmə birtərəfli sübutlarla işə baxmışdır.
45. MPM-in 1.3, 88, 97, 418.1, 418.2 və 418.3-cü maddələri üzrə - Məhkəmənin qətnaməsi ciddi prosessual pozuntularla qəbul edilmişdir. Məhkəmə ilk növbədə şahid olaraq iddiaçının işçiləri kimi qeyd edilən şəxsləri məhkəmə bildirişi ilə çağırmamış və həmin şəxslərə göndərilən bildirişlərdən məlumatımız olmamışdır. Məhkəmə tərəfindən şahid kimi həmin şəxslərin evlərinə və ya iş yerlərinə məktub göndərilsəydi onlar iştirak edib hazırkı sübutları məhkəməyə təqdim edə bilərdilər. Çünki Şahid ümumiyyətlə həmin vaxtı iddiaçı ilə işləməmişdir. Digər şəxsin isə məhkəmə bildirişindən məlumatı olmamışdır.
46. Həmçinin məhkəmə noutbuk kimi qeyd etdiyi elektron daşıy ıcını sübut kimi iş materiallarında saxlamamış və birtərəfli qiymətləndirmişdir. Belə ki, həmin yazışmalar təhrif edilmiş və başqa şəxsin adından - Elektron ünvan 1 ilə cavabdehin mühasibi olan S.Əliyevanın Elektron ünvan 3> yazışmasını Elektron ünvan 2m kimi qiymətləndirmiş və həmin şəxsin kim olmasını və digər elektron yazışmalarını ümumiyyətlə qeyd etməmişdir. Bununla da məhkəmə mütəxəssis rəyinə ehtiyac olan halları özü qiymətləndirmiş və prosessual pozuntu etmişdir. Məhkəmə xüsusi bilik tələb edən halları araşdırmaq üçün mütəxəssisi məhkəməyə dəvət etməmişdir.
47. Hazırda məhkəməyə təqdim edilən elektron yazışmalarda olan qoşma fayllar təqdim edilə bilmir və daxilindəki, yəni cədvəllərdə yazılanları görmək mümkün deyil. Bu səbəbdən məhkəmə müvafiq ekspertiza təyin etməli və yazışmalar ın doğruluğunu yoxlamalı və son yazışmaları sübut kimi qiymətləndirməli idi. Lakin bunlar heç biri edilmədiyindən qətnamə prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir.
48. İş üzrə faktiki olaraq tərəflər arasında həmin imza ilə həmçinin möhürlə təsdiqlənmiş üzləşmə aktı olduğu halda məhkəmə birtərəfli sübutlarla işə baxmışdır.
49. Həmçinin məhkəmə üzləşmə aktında olan tarixlərə diqqət yetirməmiş və borcun hansı dövrləri əhatə etməsini yazmamışdır. Hazırda tələb olunan borc 2020-ci ilin dekabr ayına qədər olan borcdur və üzləşmə aktında da qeyd edilib. Cavabdeh tərəfindən sonradan da biletlər alınmış və sonrakı yazışmaların çox hissəsi yeni satılmış biletlərlə əlaqədardır. Yuxarıda qeyd edildiyi kimi borclar pandemiyadan qabaq və pandemiyadan sonrakı satışlara görə ayrılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
51. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin qismən ləğvini xahiş etsə də, öz dəlillərində cavabdehin borcu ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə tamamilə razılaşmadığından və məhkəmənin təmin etdiyi borcun (1.235,45 manat) cavabdehin başqa borcu olduğunu hesab etdiyindən, hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələl ərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.
55. Əvvəla, qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsinin sübut kimi istinad etdiyi iddiaçı tərəfindən e-maillə cavabdehə göndərildiyi bildirilən üç cədvəldən ikisində son eyni tarixə müxtəlif məbləğlərdə qalıq borcların olduğu əks etdirilmişdir.
56. Belə ki, qalıq borcun bir cədvəldən xx.xx.2021-xx.xx.2022-ci illər üzrə 8.703,24 manat, digər cədvəldən isə xx.xx.2020-xx.xx.2022-ci illər üzrə 1.235,45 manat olduğu məlum olur (bax §§ 23-24).
57. Beləliklə, həmin cədvəllərdən 2022-ci il 31 mart tarixinə cavabdehin qalıq borcunun bir halda 8.703,24 manat, digər halda isə 1.235,45 ma nat olduğu görünür.
58. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mühasibi tərəfindən cavabdehə göndərildiyi bildirilən 2022-ci il 31 mart tarixinə olan məlumata əsasən qalıq borcunun cəmi 1.235,45 manat təşkil etdiyi qənaətinə gəlmiş, lakin bu zaman eyni tarixə olan digər siyahını hansı səbəbdən qeyri-mötəbər sübut kimi qiymətləndirdiyini aydın şəkildə əsaslandırmamışdır (bax § 25).
59. İkincisi, cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz ərizəsindən, üzləşdirmə aktından və biletlərin qaytarılmasına dair iddiaçının tərtib etdiyi göstərilən 2022-ci il 20 iyul tarixli siyahıdan (i/v 87, 88 və 90) görünür ki, cavabdehin xx.xx.2020-xx.xx.2022-ci illər üzrə borcu 7.943,14 manat təşkil edir.
60. Göründüyü kimi, sonuncu göstərilən tarix (2022-ci il 20 iyul) məhkəmənin iş üzrə nəticəyə gələrkən istinad etdiyi tarixdən (2022-ci il 31 mart) üç aydan sonraya təsadüf edir və sonuncu tarixə olan cədvəldə göstərilən borc (7.943,14 manat) məhkəmənin müəyyən etdiyi əvvəlki tarixə olan borcdan (1.235,45 manat) 6,4 dəfə artıqdır.
61. Bununla belə, apellyasiya instansiya məhkəməsi həmin xüsusatlara da heç bir qiymət verməmiş, ümumiyyətlə 2022-ci il 20 iyul tarixli siyahıya sübut kimi istinad belə etməmişdir.
62. Üçüncüsü, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, mübahisəli müqaviləyə dair (01-31 dekabr 2020) üzləşmə aktına əsasən 2021-ci il 1 yanvar tarixinə cəmi borc məbləği 15.753,98 manat qeyd olunmuş və akt hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir.
63. Cavabdeh tərəfin məhkəmələrə təqdim etdiyi biletləri n qaytarılmasına dair siyahılardan isə qaytarıldığı bildirilən biletlərin xeyli hissəsinin üzləşdirmə aktında göstərilmiş 2021-ci il 1 yanvar tarixindən əvvələ, yəni 2020-ci ilə təsadüf etdiyi görünür.
64. O da qeyd olunmalıdır ki, iş materiallarına əsasən, birinci instansiya məhkəməsinin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsinin özü də izahat verərək 2020-ci il tarixində pandemiya ilə əlaqədar olaraq uçuşların həyata keçirilmədiyini, bu səbəbdən də biletlərin geri qaytarıldığını bildirmişdir (bax § 9).
65. Apellyasiya instansiya məhkəməsi isə qaytarıldığı bildirilən məhz hansı biletlərin üzləşdirmə aktından əvvəlki dövrə, yəni 2020-ci ilə təsadüf etdiyini və biletlərin üzləşdirmə aktında göstərilən 2021-ci il 1 yanvar tarixindən sonrakı hesablaşmalardakı borclar dəqiqləş dirilərkən qaytarıldığı bildirilən biletlərlə eyni olub-olmamasını dəqiqləşdirməmişdir.
66. Qeyd olunan xüsusatlar işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən, bütün bu qeyri-müəyyənliklər iş üzrə birmənalı nəticəyə gəlməyə imkan vermir.
67. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddələrinin (bax § 54) tələblərini pozmuş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax § 54) zidd olaraq əsassız qətnamə qəbul etmişdir.
68. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 aprel tarixli 2-2(103)-324/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün hə min məhkəməyə qaytarılmalıdır.
69. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən: 1) elektron yolla göndərildiyi bildirilən biletlərin qaytarılma siyahılarının mötəbərliyinə qanunun tələblərinə uyğun şəkildə əsaslandırılmaqla qiymət verməli; 2) həmçinin qaytarıldığı bildirilən məhz hansı biletlərin üzləşdirmə aktından əvvəlki dövrə, yəni 2020-ci ilə təsadüf etdiyini və biletlərin üzləşdirmə aktında göstərilən 2021-ci il 1 yanvar tarixindən sonrakı hesablaşmalardakı borclar dəqiqləşdirilərkən qaytarıldığı bildirilən biletlərlə eyni olub-olmamasını dəqiqləşdirməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
70. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 aprel tarixli 22(103)-324/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.