Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-496/2023 06.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh "xxxx" Müstəqil Şirkətinə qarşı iş üzrə Q Ə R A Rİ İş № 2-2(102)-496/2023 Açar sözlər: kassasiya şikayəti, prosessual müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh “6-cı Mərtəbə müstəqil şirkəti”nə qarşı “müqavilə üzrə pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyul tarixli, 2-2(103)-91 9/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" Kiçik Müəssisəsi (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" Müstəqil Şirkətinə qarşı (bundan sonra – “cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.083.922,98 manat əsas borc, 612.588,44 manat dəymiş ziyanın əvəzi olmaqla, cəmi 4.696.511,42 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3758/2021 saylı, 2021-ci il 21 oktyabr tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən ƏDV daxil 4.083.922,98 manat əsas borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – S.Nuriyeva).
3. Həmin qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-164/2022 saylı, 2022-ci il 17 yanvar tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3758/2021 saylı, 2021-ci il 21 oktyabr tarixli qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması qət edilmişdir (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
5. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhk əməsinin Kommersiya Kollegiyasının 2-2(102)-528/2022 saylı, 29 iyul 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-164/2022 saylı, 2022-ci il 17 yanvar tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (sədrlik edən – İ.Dadaşov, hakimlər – A.Abbasov və E.Şamayev).
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-919/2022 saylı, 2022-ci il 23 noyabr tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3758/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsinin qismən, iddianın təmin edildiyi - “cavabdehdən ƏDV daxil 4.083.922,98 manat əsas borcun tutularaq iddiaçının xeyrinə ödəni lməsi” hissədə ləğv edilərək, həmin hissədə iddianın rədd edilməsi və cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun ona aid edilməsi qət olunmuşdur (sədrlik edən – X.Cəmilova, hakimlər – R.Səmədov və A.Oruczadə).
7. Bundan sonra 2023-cü il 23 iyun tarixdə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-919/2022 saylı 23 noyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti, eyni zamanda kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət məhkəmənin elektron kabinetinə yerləşdirilmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 15 dekabr tarixdə elektron məhkəmə sistemində şəxsi kabinetə yerləşdirilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən kassasiya şikayətinin verilməsi mü ddəti müəyyən edilmiş, hazırkı qətnamədən kassasiya şikayətinin son verilmə tarixi 2023-cü il 15 fevral tarixdə bitmiş olur. Qətnamədən iddiaçının vəkili (order N° 0264458, tarixi xx.xx.2023) tərəfindən kassasiya şikayəti tərtib edilmiş və 2023-cü il 1 fevral tarixdə məhkəmə elektron sisteminə yerləşdirilmişdir. (Kassasiya şikayətinin sistemə yerləşdirildiyi elektron səhifəsi çap edilmiş 1 vərəqədə əlavə edilir) Lakin sonradan məlum olmuşdur ki, kassasiya şikayəti elektron sistemdə yerləşdiriləndən sonra e-məhkəmə sistemdə baş vermiş ümumi nasazlıq ucbatından xəta (sonradan “error” kimi görünən) nəticəsində Bakı Apellyasiya Məhkəməsinin sisteminə ötürülməmiş, natamam imzalanmış kimi sistemdə qalmışdır. Bu xəta e-məhkəmə sistemi nəzarət mərkəzi ilə əlaqə saxlanılanda məlum olmuş, şikayəti n onun verildiyi (elektron kabinetə daxil edildiyi) 2023-cü il 1 fevral tarixdə Apellyasiya Məhkəməsinin elektron səhifəsində bərpa edilməsinin mümkün olmadığı bildirilərək təkrarən yenidən ötürülməsi tövsiyyə olunmuşdur. Bunun da nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin eməhkəmə elektron səhifəsində kassasiya şikayətinin faktiki yerləşdirildiyi 2023-cü il 1 fevral tarixdə verildiyi deyil, daha sonra verilmiş, yəni müddət ötürülməklə verildiyi kimi görünəcəkdir. Bununla da iddiaçının kassasiya şikayətini vermə hüququnun onun iradəsindən asılı olmayan səbəbdən məhdudlaşdırılmasına səbəb ola biləcəyi baxımından, ötürülmüş müddətin üzürlü hesab edilməsinə vəsatət verilməsi vacibliyi ortaya çıxmışdır. Göründüyü kimi, qətnamədən kassasiya şikayəti, onun verilməsi üçün müəyyən edilmiş və so n olaraq 2023-cü il 15 fevral tarixdə bitən 2 ay müddətində e-məhkəmə şəxsi kabinet vasitəsi ilə vəkil tərəfindən 2023-cü il 1 fevral tarixdə sistemə yerləşdirilmiş, lakin sistemdə baş vermiş xəta səbəbindən şikayət apellyasiya instansiyası məhkəməsinin elektron sisteminə qəbul edilməmiş, sistemdə natamam imzalanmış kimi qalmışdır. Nəticədə bu xəta elektron məhkəmə sistemində baş verdiyindən, iddiaçı üçün üzrlü səbəbdir və kassasiya şikayətinin verilməsi müddəti sistemdə yerləşdirildiyi 2023-cü il 1 fevral tarixə münasibətdə ötürülməmiş, sonrakı zaman nisbətdə müddətin ötürülməsi üzürlü hesab edilib bərpa olunmalıdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyul tarixli, 2-2(103)-919/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən kassasiya şikayətinin verilməs i müddətinin bərpası barədə vəsatət təmin edilməmiş, qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – X.Cəmilova, hakimlər – R.Səmədov və A.Oruczadə).
10. Məhkəmə kollegiyası bildirmişdir ki, işdə olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan (i.v. 87) Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)919/2022 saylı, 2022-ci il 23 noyabr qətnaməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2022-ci il 15 dekabr tarixdə saat 09:33-də iddiaçıya məxsus şəxsi elektron kabinetdə yerləşdirildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə 2023-cü il 23 iyun tarixdə məhkəmənin elektron kabinetinə yerləşdirilmiş dir. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, şikayət etmə müddəti iddiaçıya münasibətdə 2023cü il 15 fevral tarixdə bitdiyi halda, kassasiya şikayəti 2023-cü il 23 iyun tarixdə verilmişdir.
11. Məhkəmə kollegiyası iddiaçının “kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası” ilə bağlı verdiyi vəsatətindəki dəlilləri araşdırmış və bu istiqamətdə verdiyi şifahi sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyaları və innovasiyalar idarəsinin Əməliyyatlar və texniki xidmət şöbəsi tərəfindən daxil olmuş 2023-cü il 14 iyul tarixli məktubda göstərilmişdi ki, 2023-cü il 1 fevral tarixdə sistemdə hər hansı texniki nasazlıq halı a şkar edilməmişdir. Eyni zamanda elektron kabinetdə kassasiya şikayəti yaradılarkən həm şikayət verən şəxs, həm də vəkil tərəfindən imzalanmalıdır. Kassasiya şikayətini tək onu tərtib edən şəxs imzalayarsa, o, natamam imzalanmış hesab edilir və yalnız digər tərəf elektron kabinetində imzaladıqdan sonra sənəd avtomatlaşdırılmış qaydada məhkəməyə göndərilir. Qeyd edilən iş üzrə 2022-ci il 23 noyabr tarixli qətnamədən 2023-cü il 1 fevral tarixdə elektron kabinet vasitəsilə təqdim olunmuş kassasiya şikayəti yalnız iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır.
12. İddiaçı tərəfindən 2023-cü il 1 fevral tarixdə “natamam imzalanmış” kassasiya şikayətinin bu şəkildə verilməsinin məsuliyyəti iddiaçının üzərinə düşmüş, lakin iddiaçı həmin halın aradan qaldırılması məqsədilə ötmüş müddət ərzində va xtdan səmərəli istifadə edərək hər hansı hərəkət etməmiş, nəticədə onun tərəfindən prosessual müddət üzrsüz səbəbdən ötürülmüşdür. Prosessual müddətin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edə biləcək hər hansı başqa dəlil iddiaçı tərəfindən irəli sürülməmişdir.
13. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MPM-in 133.1, 405.0.1 və 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Apellyasiya məhkəməsinin qərardadı 2023-cü il 18 iyul tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, həmin qərardaddan iddiaçı 2023-cü il 26 iyul tarixdə kassasiya şikayəti verərək onun ləğv olunması, iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətinin verilmə müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və baxılması üçün kassasiya instansiya m əhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. MPM-in 135.5, 135.6, 360, 405, 405.0.1-ci maddələri üzrə - barəsində kassasiya şikayəti verilmiş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)919/2022 saylı, 2022-ci il 23 noyabr tarixli qətnaməsi 2022-ci il 15 dekabr tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilmişdir. Prosessual normaların tələbləri baxımından iddiaçı tərəfə qətnamədən kassasiya şikayətinin verilməsi üçün müəyyən edilən iki aylıq müddətin axımı 2022-ci il 15 dekabr tarixdə başlayır və son günü 2023-cü il 15 fevral tarixdə bitmiş hesab olunur. Həmin qətnamədən iddiaçı (vəkili) tərəfindən ver ilmiş kassasiya şikayəti 2023-cü il 1 fevral tarixdə məhkəmə elektron sistemində yaradılmış kabinet vasitəsi ilə sistemə yerləşdirilmişdir. Lakin, vəkilin iradəsindən asılı olmayan naməlum səbəblərdən kassasiya şikayəti elektron sistemdə natamam imzalanmış kimi irad ilə məhkəmə elektron sistemində aid olduğu işin papkasına ötürülməmişdir. Bununla bağlı elektron sistemdən çıxarışlar məhkəməyə təqdim edilmişdir. Bu halın aşkar edildiyi 2023-cü il 23 iyun tarixdən sonra çağrı mərkəzi ilə əlaqə saxlanılmış, bunun məhkəmə elektron sistemində yaranmış problemlər səbəbindən baş verdiyi deyilmiş və həmin gün 2023-cü il 23 iyun tarixdə kassasiya şikayəti məhkəmə elektron sisteminə daxil edilmişdir. İddiaçı və ya onun vəkili tərəfindən kassasiya şikayətinə hər hansı əlavə edilməmiş, 2023-cü il 1 fev ral tarixdə sistemə əlavə edildiyi şəkildə məhkəmə sisteminə işin qovluğuna ötürülmüşdür. Qeyd olunan hal tam şəkildə elektron məhkəmə sistemində əks edildiyindən iddiaçı tərəfindən kassasiya şikayətinin 2023-cü il 1 fevral tarixdə sistemdə yerləşdirilməsi mübahisə olunmur.
16. Apellyasiya məhkəməsinin qətnamədən kassasiya şikayətinin həm kassator (nümayəndəsi) həm də vəkil tərəfindən imzalanmalı olmasına dair qeyd etdiyi doğrudur. Lakin, iddiaçının kassasiya şikayətində də qeyd olunan tələbə riayət olunmuşdur. Beləliklə kassasiya şikayəti iddiaçının iradəsindən asılı olmayan səbəbdən işin qovluğuna ötürülmədiyindən prosessual müddətin ötürülməsi iddiaçıya münasibətdə üzrlü hesab edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz g öndərərək bildirmişdir ki, məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazırliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin Əməliyyatlar və texniki xidmət şöbəsi tərəfindən verilmiş 2023-cü il 14 iyul tarixli məktubda göstərilmişdir ki, “2023-cü il 1 fevral tarixdə sistemdə hər hansı texniki nasazlıq halı aşkar edilməmişdir. Eyni zamanda elektron kabinetdə kassasiya şikayəti yaradılarkən həm şikayət verən şəxs, həm də vəkil tərəfindən imzalanmalıdır. Kassasiya şikayətini tək onu tərtib edən şəxs imzalayarsa, o, natamam imzalanmış hesab edilir və yalnız digər tərəf elektron kabinetində imzaladıqdan sonra sənəd avtomatlaşdırılmış qaydada məhkəməyə göndərilir. Qeyd edilən iş üzrə 2022-cı il 23 noyabr tarixli qətnamədən 2023-cü il 1 fevral t arixdə elektron kabinet vasitəsilə təqdim olunmuş kassasiya şikayəti yalnız "xxxx" kiçik müəssisəsinin nümayəndəsi tərəfindən imzalanmışdır.” Göründüyü kimi iddiaçının müddətin bərpası ilə bağlı irəli sürdüyü kassasiya şikayəti elektron sistemdə yerləşdiriləndən sonra e-məhkəmə sistemdə baş vermiş ümumi nasazlıq üzündən xəta nəticəsində sistemə yüklənməməsi barədə dəlili tamamilə əsassız olmaqla yanaşı, yalnız özlərinin uydurma və əsassız xarakterli şəxsi mülahizələrindən ibarət olmaqla, öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, iddiaçı təkrar şikayət verməklə, əsassız olaraq buraxılmış müddətin bərpasına nail olmağa çalışırlar. Şərti olaraq 2023-cü il 1 fevral tarixdə nasazlıq baş verdiyi halda belə, kassatorun guya 2023-cü il 1 fevral tarixdə kassasiya şikayətini verməsi inadırıcı gör ünmür. Belə ki, kassator 2023-cü il 1 fevral tarixdə şikayət verdiyi halda, şikayəti verdiyi fevral ayı, sonra gələn mart, aprel, may ayları, cəmi 4 aydan artıq müddət ərzində vermiş olduğu şikayətinin taleyi ilə maraqlanmalı və nəticəsi barədə məlumat əldə etməli idi. Lakin, işin faktiki halları onu təsdiq edir ki, kassatorun nümayəndəsi 4 aydan artıq müddət ərzində bir dəfə də olsun işin nəticəsi ilə maraqlanmamış, müvafiq işin elektron kabineti yoxlanılmamış (yoxlanıldığı halda əgər həqiqətən şikayət vermişdisə, verdiyi kassasiya şikayəti ilə bağlı hər hansı hərəkət edilmədiyini aşkar edə bilərdi), bu hal da onlar tərəfindən ümumiyyətlə kassasiya şikayətinin verilmədiyini və yalnız 7 aydan sonra 2023-cü il 23 iyun tarixdə kassasiya şikayəti verdiklərini bir daha təsdiq edir. Bütün göstə rilənlərlə tam təsdiq olunur ki, kassasiya şikayətinin dəlilləri tamamilə əsassız və qanunsuzdur. Bakı Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2023-cü il 14 iyul tarixli qərardadı qəbul olunarkən hər hansı bir maddi, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. III. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
18. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
20. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. IV.TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin b uraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində...” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması “408.1.Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” “Maddə
416. Kassasiya inst ansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” V. Ali Məhkəmənin Mövqeyi
22. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs inin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
24. Belə ki, MPM-in 10-1.2-ci maddəsində əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə verilmiş şikayətləri onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən elektron imza ilə təsdiq edilməsi üçün sistemdə müvafiq dəyişikliklər ed ilmiş, müvafiq funksionallıq 2022-ci il 1 oktyabr tarixindən istifadəyə verilmişdir.
26. Hazırkı iş üzrə kassasiya şikayəti də bu dəyişikliyə cavab verməli olmasına baxmayaraq, 2022-cı il 23 noyabr tarixli qətnamədən 2023-cü il 1 fevral tarixdə elektron kabinet vasitəsilə təqdim olunmuş kassasiya şikayəti yalnız "xxxx" kiçik müəssisəsinin nümayəndəsi tərəfindən imzalanmış, vəkil tərəfindən isə 2023-cü il 23 iyun tarixdə imzalandığından həmin tarixdə də apellyasiya elektron kabinet vasitəsi ilə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur.
27. Hazırkı işdə olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-919/2022 saylı, 2022-ci il 23 noyabr tarixli qətnaməsi MPM-in 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun ola raq 2022-ci il 15 dekabr tarixdə saat 09:33-də iddiaçıya məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə 2023-cü il 23 iyun tarixdə məhkəmənin elektron kabinetinə yerləşdirilmişdir. Bu baxımdan, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, şikayət etmə müddəti iddiaçıya münasibətdə 2023-cü il 15 fevral tarixdə bitmişdir.
28. Apellyasiya məhkəməsi iddiaçının “kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası” ilə bağlı verdiyi vəsatətindəki dəlilləri araşdırmış və bu istiqamətdə verdiyi şifahi sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazırliyinin İnformasiya Texnologiyaları və innovasiyalar idarəsinin Əməliyyatlar və texn iki xidmət şöbəsi tərəfindən daxil olmuş 2023-cü il 14 iyul tarixli məktubda göstərilmişdi ki, 2023-cü il 1 fevral tarixdə sistemdə hər hansı texniki nasazlıq halı aşkar edilməmişdir. Eyni zamanda elektron kabinetdə kassasiya şikayəti yaradılarkən onun həm şikayəti verən şəxs, həm də vəkili tərəfindən imzalanmalı olduğu vurğulanmış, kassasiya şikayətini tək onu tərtib edən şəxs imzaladıqda onun natamam imzalanmış hesab olunmaqla yalnız digər tərəf elektron kabinetində imzaladıqdan sonra sənədin avtomatlaşdırılmış qaydada məhkəməyə göndərildiyi qeyd olunmuşdur.
29. Sorğuya cavabda əlavə olaraq göstərilmişdir ki, hazırkı iş üzrə 2022-cı il 23 noyabr tarixli qətnamədən 2023-cü il 1 fevral tarixdə elektron kabinet vasitəsilə təqdim olunmuş kassasiya şikayəti yalnız "xxxx" kiçik müəssisəsinin nümayəndəsi tərəfindən imzalanmışdır.
30. Beləliklə, iddiaçı tərəfindən 2023-cü il 1 fevral tarixdə tərtib olunmuş kassasiya şikayəti “natamam imzalanmış” statusunda qalmaqla məhkəməyə daxil olmadığından, iddiaçı isə həmin halın aradan qaldırılması məqsədilə ötmüş müddət ərzində vaxtdan səmərəli istifadə edərək hər hansı hərəkət etmədiyindən, apellyasiya məhkəməsi onun tərəfindən prosessual müddətin üzrsüz səbəbdən ötürülmüş olmasına dair qanuni və əsaslı nəticəyə gəlmişdir. Prosessual müddətin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edə biləcək hər hansı başqa dəlil isə iddiaçı tərəfindən irəli sürülməmişdir.
31. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyul tarixli, 2-2(103)919/2022 saylı qər ardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
32. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Kiçik Müəssisəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyul tarixli, 22(103)-919/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.