Məhkəmə qərarları › İş №2-2(102)-501/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-501/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-501/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR 2-2(102)-501/2023 Açar sözlər: ATM ehtiyat hissələrinin alqı-satqısı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin lazımınca icra olunmaması səbəbindən pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 m ay tarixli, 22(103)-7/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Sifarişçi "xxxx" ASC ilə İcraçı Cavabdeh MMC arasında bağlanmış “ABB-nin mövcud ATM şəbəkəsi üçün ehtiyat hissələrinin alınması üzrə” İBAR2017/004 saylı, 2017ci il 24 iyul tarixli müqaviləyə əsasən Tərəflər təsdiq edirlər ki, Sifarişçi "xxxx" ASC-nin mövcud ATM şəbəkəsi üçün ehtiyat hissələrinin satın alınması üçün İcraçının 257.773,32 manat məbləğində (ƏDV, gömrük rüsumları və digər məcburi ödənişlər daxil olmaqla) tender təklifini qəbul etmişdir.

2. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Malların texniki tələblərinə dair məlumatlar və qiymət cədvəlləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilmişdir.

3. Həmin müqavi lənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulan avans ödənişi İcraçının bank hesabına mədaxil olunduqdan sonra, İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan malların 15 iş günü ərzində, lakin 30 iş günündən gec olmayaraq təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar İcraçının tender təklifinə və ya bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların 20 iş günü müddətində aradan qaldırılmasına təminat verir. 4. 2017-ci il 24 iyul tarixli, İBAR-2014/004 saylı müqaviləyə 1 saylı əlavəsində 28 və 4cü sıralarda hər biri 30 ədəd olmaqla müvafiq olaraq EPP v. 5 (yeni), EPP v. 5 (işlənmiş) və EPP v. 6 (işlənmiş) avadanlıqlar qeyd edilmişdir. 5. "xxxx" ASC Cavabdeh MMC-yə ünvanladığı 2017-ci il 8 noyabr tarixli bildi rişdə (pretenziyada) “ehtiyat hissələrinin ATM-lərə quraşdırılması zamanı avadanlıqların istifadəyə tam yararsız olmasının müəyyən edildiyi” qeyd olunmuş, müəyyən olunmuş qüsur və çatışmazlıqların tez bir zamanda aradan qaldırılması tələb edilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı "xxxx" ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə qarşı (bundan sonra – “cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC 85.036,90 manat, cərimə kimi 25.777,33 manat pul vəsaitlərinin və 30.40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı bildirmişdir ki, tərəflər arasında 2017-ci il 25 iyul tarixdə bankın mövcud ATM şəbəkəsi üçün ehtiyat hissələrinin alınma sı üzrə” İBAR-2017/004 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh üzərinə iddiaçını dəyəri 257.773,32 manat təşkil edən keyfiyyətli ehtiyat hissələri ilə təmin edəcəyinə dair öhdəlik götürmüşdür. İddiaçı ehtiyat hissələrinin təmin edilməsi üçün ödənilməli olan vəsaitdən 135.579,10 manat ödəmiş, cavabdeh isə həmin məbləğə müvafiq ehtiyat hissələrini banka təhvil vermişdir. Sonradan, həmin ehtiyat hissələrinin ATM-lərə quraşdırılması zamanı onların istifadəyə yararsız olduğu müəyyən edilmiş və bununla bağlı cavabdehə müraciət edilərək həmin ehtiyat hissələrinin dəyişdirilməsi ilə bağlı irad bildirilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərinin icra olunmasından yayınmışdır.

8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 32 4.1, 385.1, 389.1, 390.1, 404.1, 404.2, 425.1, 442, 445.1, 445.2, 448.1, 462.1, 752.1, 762-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 4 iyun tarixli, e-2-2(82)492/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə kompyuter texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən verilmiş 2019-cu il 13 noyabr tarixli, 17853 saylı rəydə göstərilmişdir ki, Banka təhvil verilmiş 2017-ci il 28 mart tarixdə istifadə olunmuş 30 ədəd 29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 2 9439314, 29439278, 29439178, 29439171, 29439274, 29439328 nömrəli 30 ədəd EPP v.5 avadanlıqların qablaşdırılmasında və üzərində təhvil verilənə qədər intensiv, daimi istifadə olunması əlamətləri – gövdənin tamlığını pozan batıqlar, cızıqlar, düymələr örtüyündə yeyilmə və digər əlamətlər müəyyən edilməmişdir. Həmin avadanlıqların yeni avadanlıqlarla fərqləndirici əlamətləri müəyyən etmək mümkün omamış. Həmçinin avadanlıqların yaddaşında və cihazların proqram təminatında daha əvvəllər istifadə edilməsi nəticəsində yarana biləcək izlər və əlamətlər saxlanılmır. Avadanlıqlar təhvil verildikdən sonra 15 ədədi ATM-ə tanıtılaraq istifadə edilmişdir, digər 14 ədədi isə yenidir, yəni ki istifadə edilməmişdir. 1 ədəd işlək vəziyyətdə deyildir, 29 ədəd işlək vəziyyətdədir.

11. Bakı Kommersiya Məhkəmə sinin 2020-ci il 27 fevral tarixli, e-2-2(113)-379/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – A.Əliyeva).

12. Həmin məhkəmə bildirmişdir ki, ekspert tərəfindən tərtib olunmuş rəyə əsasən cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəliklərini tam icra etmişdir.

13. Gəldiyi nəticəni məhkəmə MM-in 385.1, 427.3, 427.4, 430.1, 439.1, 439.6, 441.4, 442, 443.1, 448.1, 567, 600.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının 2020-ci il 13 oktyabr tarixli, 2-2(103)-332/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Raqib Qurbanov, hakimlər Cahangir Yusifov və Vüsalə Baxışova).

16. Məhkəmə kollegiyası bildirmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehlik dayışır. Lakin iddiaçı avadanlıqların qüsurlu olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, habelə mübahisə predmeti olan avadanlıqların təhvil-təslimi barədə 29 noyabr 2017-ci il tarixli aktda onların yeni olmaması və əvvəl istifadə olunması ilə bağlı hər-hansı qeydlər aparılmamışdır. Halbuki, həmin aktda yeni olmayan və əvvəl istifadə olunan avadanlıqlar aşkar edildiyi halda bununla bağlı müvafiq qeydlərin aparılması göstərilmişdir.

17. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 581.1, 587, 588.1, 462.1-ci, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Həmin qətnamədən qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-2(102)-121/21 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən ba xılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir (sədrlik edən – S.Hüseynova, hakimlər – A.Hüseynov və B.Məmmədli).

20. Məhkəmə kollegiyasının mövqeyi belə olmuşdur ki, iddiaçı tərəf avadanlıqlarda istehsalçıya məxsus olmayan plombların vurulmasına əsaslanmış, onun ehtimallarına və dəvət edilmiş mütəxəssis rəyinə görə bunun səbəbi müvafiq lisenziyalı proqram təminatının yüklənməsindən, bunun əksinə olaraq qeyri-lisenziyalı, yəni müəllif hüquqları qorunmayan proqramın yüklənməsindən irəli gəlmişdir. Cavabdehin bildirdiklərindən isə məlum olmuşdur ki, onun sifarişi ilə həmin avadanlıqlara Azərbaycan üçün proqram təminatı yazılmış, bu səbəbdən plomb açılmış və sonradan yenidən plomblanaraq göndərilmişdir. Lakin, proqram təminatının məcburi tələblərə uyğun olub-olmadığı barədə cavabdeh bi ldirməmişdir.

21. Tərəflər arasında yaranmış mübahisəli halın müəyyən edilməsi üçün apellyasiya məhkəməsi ekspert rəyinə əsaslanmışdır. Prosessual qanunvericiliyin tələblərinə görə ekspertizanın aparılması xüsusi biliklə bağlı olmalı, tərəflərin çəkişmə prinsipinə riayət etməklə aparılmalıdır. Verilmiş ekspert rəyi müəyyən hallarda təkrar və ya əlavə ekspertizanın aparılmasını zəruri edə bilər. İlkin ekspert rəyinin mübahisələndirilməsi müəyyən edilmiş şərtlərin mövcudluğu halında mümkündür. Bu şərtlər kimi rəyin aydın olmaması, sualların həll edilməməsi, rəyin əsası olmaması və s. göstərilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən əsaslı olaraq əlavə ekspertizanın aparılması barədə vəsatət qaldırılmışdır. Belə ki, mübahisəli məsələ ekspertizanın aparılması y olu ilə həll oluna bilərdi.

22. Gəldiyi nəticəni məhkəmə kollegiyası MM-in 581.1, 581.2, 581.4, 587.2, 587.2.1, 587.4, 588.1-ci, Azərbaycan Respublikası Mərkəzi X2 16/3 saylı, 2012-ci il 10 iyul tarixli “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 2.1.12, 2.1.2, 2.1.5, 7.1, 7.8-ci bəndlərinə, MPM-in 97, 99.1, 102-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-586/2021 saylı, 2021-ci il 15 sentyabr tarixli qərardadı ilə təkrar məhkəmə kompyuter-texniki ekspertizası təyin olunmuş, bununla əlaqədar Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 29 dekabr tarixli, 5/1118 saylı ekspert rəyində göstərilmişdir ki, təqdim olunan 30 ədəd 2017-ci il 28 mart tarixdə is tehsal olunan EPP V.5 avadanlığın (29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, ********) qablaşdırılma formasının nümunə qismində 2017-ci il 27 iyun tarixdə istehsal olunan “26991981” seriya nömrəli EPP V.5 avadanlığın qablaşdırılmasından fərqli əlamətləri (Rəyin “Tədqiqi hissəsi”nin 1-ci bəndində göstərilən) aşkar olunsa da, istehsal tarixləri arasında 3 ay fərqin olması müəyyən olundu. Bu səbəbdən rəyin “Tədiqiqi hissəsi”nin 1-ci bəndində qeyd olunan əlamətləri qəti şəkildə fərqli əlamət kimi göstərilməsi mümkün deyildir. Baxış zamanı Cavabdeh MM C tərəfindən Banka təhvil verilmiş 2017-ci il 28 mart tarixdə istehsal olunmuş hər biri karton qutu daxilində qablaşdırılmış 30 ədəd EPP V.5 avadanlığında (29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, ********) istismar olunmalarına dair (cızıq, düymələr üzərində pozulma və ya zədə izi, ATM qoşulmaq üçün nəzərdə tutulan portda əyilmə, batıq və s.) hər hansı bir əlamət müəyyən olunmadı. Təqdim edilmiş 2017-ci il 28 mart tarixdə istehsal olunmuş 30 (otuz) ədd EPP V.5 avadanlığın yaddaşında və proqram təminatında əvvəllər istifadə edilməsi nəticəsində yarana bilən izlər və əlamətlər saxlanmır. Təqdim edilmiş 30 (otuz) ədəd EPP V.5 avadanlığı üzərində 2019-cu il 22 avqust - 2019-cu il 3 sentyabr tarixdə ATM-ə qoşularaq ekspertiza tədqiqatının aparılması və rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə həmin obyektlərin hal-hazırda yeni olub-olmamasını müəyyən edilməsi üzrə tədqiqat aparılmadı. Təqdim edilmiş 30 (otuz) ədəd EPP V.5 avadanlığının 4 (Dörd) ədədi işlək vəziyyətdə deyildir, 26 (iyirmi altı) ədəd işlək vəziyyətdədir.

24. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-24/2022 saylı, 2022-ci il 19 sentyabr tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə kompyuter-texniki ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 28 dekabr tarixli, 5/1259-5/1261 saylı ekspert rəyində qeyd olunmuşdur ki, tədqi qata təqdim edilmiş 2017-ci il 27 iyun tarix göstəricisi qeyd olunan 01 ədəd **********7 nömrəli EPP V.5 cihazının arxa hissəsindəki yapışqan kağızın hazırlanmasında materialının kimyəvi tərkibinə görə polietilendən istifadə olunmuşdur. Tədqiqata təqdim edilmiş 2017-ci il 28 mart tarix göstəricisi qeyd olunan 30 ədəd 29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, 29439328 nömrəli EPP cihazlarının arxa hissəsindəki yapışqan kağızın hazırlanmasında materialının kimyəvi tərkibinə görə polietilendən və polivinilxloridən istifadə olunmuşdur. Tədqiqata təqd im edilmiş 2017-ci il 27 iyun tarix göstəricisi qeyd olunan 01 ədəd **********7 nömrəli EPP V.5 cihazının və xx.xx.2017 tarix göstəricisi qeyd olunan 30 ədəd 29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, 29439328 nömrəli EPP cihazlarının arxa hissələrindəki yapışqan kağızlar tərkiblərinə görə öz aralarında fərqlənirlər.

25. Ekspertizanın təyin edilməsi haqqında qərardadda ekspert qarşısında qoyulmuş Cavabdeh MMC tərəfindən Banka təhvil verilmiş 30 ədəd 29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, 29439328 nömrəli EPP-lərə proqram təminatının yüklənməsi (hər hansı bir hissə, yer) açılmadan mümkündürmü?” sual məhkəmə kompyuter ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmadı.

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 may tarixli, 2-2(103)-7/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia qismən – cavabdehdən 10.226,8 manat pulun iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin olunmuş, iddia qalan hissədə təmin olunmamışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – K.Əkbərov və M.Tağızadə).

27. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı sonradan mövqeyini dəyişərək, banka təzə, işlənməmiş, yeni avadanlıq adı ilə köhnə avadanlaqların təqdim edildiyini bildirmişdir 2023-cü il 20 aprel tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi təhlükəsizlik baxımından işlənmiş EPP-lərin istifadə edilə bilməyəcəklərini qeyd etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı əlavədə işlənmiş avadanlıqların da verilməsi nəzərdə tutulmuşdur. Həmin müqaviləyə əlavədə istifadə edilməmiş (yeni) avadanlıqla işlənmiş avadanlığın qiyməti arasında kifayət qədər fərq olduğu da açıq görünür.

28. İddiaçı cavabdehin müqavilə şərtlərini pozaraq istifadə olunmayan tam yeni avadanlıq adı ilə istifadə olunmuş avadanlıqların təq dim olunduğunu bildirsə də bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş 30 ədəd EPP v 5 avadanlığından 20 ədədinin iddiaçı tərəfindən qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır.

29. İddiaçı apellyasiya şikayətində cavabdehin barəsində müvafiq araşdırmaların aparılması üçün bank tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanından Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə edilmiş şikayət əsasında cavabdeh tərəfindən 39.162,75 manat dəyərində yeni avadanlığın banka təhvil verildiyini qeyd etmişdir. Təqdim edilən avadanlıqların müqavilə şərtlərinə uyğun olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə verilmiş ekspert rəylərinə istinad edilməsi qaçınılmazdır. 2023-cü il 20 aprel tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi bi rinci dəfə ekspertiza keçirilərkən 4 cihazın işlək olmaması faktını qəbul etdiklərini, dəyərini ödəməyi və ya yenisi ilə əvəzləşdirməyi öhdələrinə götürdüklərini bildirmişdir. Növbəti məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin etirafın mexaniki səhvdən qaynaqlandığını, yalnız 1 ədəd avadanlığın işlək vəziyyətdə olmamasını qəbul etdiklərini bildirsə də, məhkəmə kollegiyası MPM-in 106.3-cü maddəsinə əsasən bunu qəbul etməmişdir.

30. İddiaçı 30 ədəd EPP V.5 avadanlığının işlək olmaması barədə mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, cavabdeh isə Məhkəmə ekspertiza mərkəzinin 2021-ci il 29 dekabr tarixli, 5/1118 saylı ekspert rəyini əsas götürərək 4 ədəd EPP V.5 avadanlığının işlək olmamasını qəbul etdiyindən, məhkəmə kollegiyası qeyd olunan ekspert rəyini əsas götürməklə 4 ədəd EP P V.5 avadanlığının dəyərinin tutulmasını əsaslı hesab etmişdir.

31. İddiaçı tərəfindən təqdim edilən 2021-ci il 26 fevral tarixli mütəxəssis rəyi isə birtərəfli qaydada tərtib olunduğundan məhkəmə kollegiyası tərəfindən sübut kimi qəbul edilməmişdir.

32. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 29 dekabr tarixli, 5/1118 saylı ekspert rəyi mötəbər sübut kimi qəbul olunmuşdur. 33. 2017-ci il 24 iyul tarixli, İBAR-2014/004 saylı müqaviləyə 1 saylı əlavəsində 1 ədəd EPP v.5 (yeni) avadanlığının qiyməti 2.556,70 AZN müəyyən edilmişdir. Avadanlığın məbləği ilə bağlı tərəflər arasında mübahisə mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab etmişdi r ki, iddiaçı işlək vəziyyətdə olmayan 4 ədəd avadanlığın dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia təmin edilməli, digər avadanlıqların dəyərinin ödənilməsi hissəsində təmin edilməməlidir. 4 ədəd EPP v.5 avadanlığa görə cəmi (4x2556.70=10.226,8) 10.226,8 AZN cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Bununla yanaşı kollegiya hesab etmişdir ki, 25.777,33 manat cərimənin tutulması hissəsində iddia təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə görə dəbbə pulu məhz müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 2017-ci il 25 iyul tarixli İBAR2017/004 saylı müqavilənin 17.1-ci maddəsinə əsasən icraçı bu müqaviləni (və ya onun hər hansı hissəsini) müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), sifarişçi digər hüquqlara ziyan vurmadan, cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi bu müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra Sifarişçi müqaviləni ləğv edə bilər. Hazırkı halda isə cavabdeh tərəfindən öhdəliyin vaxtında icra edilmədiyi müəyyən olunmamışdır. Belə ki, cavabdeh tərəfindən avadanlıqların təhvil verilməsi işin mübahisələndirilməyən halıdır.

35. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 581.1, 581.2, 581.4, 587.2, 587.4, 588.1-ci, MPM-in 14.2, 77.1, 78.1, 106.3-cü maddələrinə istinad etməklə əsasl andırmışdır.

36. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 31 may tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, iddiaçı həmin qətnamədən 2023-cü il 31 iyul tarixdə kassasiya şikayəti verərək onun qismən – iddianın təmin olunmadığı hissədə ləğv, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İİİ. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

37. MM-in 581-ci maddəsi üzrə - Ali Məhkəmə tərəfindən 2-2(102)-121/2021 saylı, 2021-ci il 13 aprel tarixli qərarla Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 13 dekabr tarixli, 2-2 (103)-332/2020 saylı qətnaməsi ləğv edilmiş, işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair verilən həmin qərarda verilən EPP a vadanlıqlarının keyfiyyətinin müəyyən edilməsi vəzifəsi məhkəməyə həvalə edilmişdir. İddiaçı, apellyasiya instansiyasının cavabdeh tərəfindən banka satılan 30 ədəd EPP avadanlıqlarının yeni olmaması və keyfiyyətsiz olmasına dair bank tərəfindən heç bir sübutun təqdim edilməməsinə, belə olan halda yalnız işdə olan sübutlara qiymət verilməsinin zəruriliyinə dair gəldiyi hüquqi mövqe ilə qəti razılaşmamış və prosessual hüquq pozuntuları ilə bağlı dəlillərini məhkəməyə təqdim edəcəyini bildirmişdir. İddiaçı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən MM-nin 581.3, 581.4-cü maddəsinin tələblərinin pozulması halında qanunun imperativ normalarını işin həmin hissəsində bankın xeyrinə tövsif etməklə iddia tələbini tam təmin etməli idi.

38. Bank tərəfindən cavabdehə ünvanla nmış 2017-ci il 8 noyabr tarixli pretenziyada təkcə EPP avadanlıqlarının yararsızlığı ilə bağlı deyil, digər ATM qurğularının da yararsız və istifadəyə təhlükəli olması halı üzrə tələbnamə göndərilmiş və cavabdeh sonradan qeyd olunan uyğunsuzluqların hamısını (30 ədəd EPP avandanlıqlarının yenisi ilə dəyişdirilməsinə dair tələb istisna olmaqla) icra edərək xeyli sayda avadanlıqları dəyişmiş və yenisi ilə əvəz etmişdir. Yalnız 30 ədəd EPP avadanlığının dəyişdirilməsinin mümkün olmadığını, buna səbəbin isə artıq zavodun (sözügedən avadanlıqların həmin zavod tərəfindən deyil, kustar üsulla qablaşdırılması və markalanmasına dair sübut məhkəməyə təqdim olunmuşdur) bu markalı EPP avadanlıqları istehsal etməməsi olduğunu göstərmişdir. Buradan da görünür ki, cavabdeh avadanlıqların dəyişdirilməsin ə ümumilikdə etiraz etməmiş, sadəcə ondan asılı olmayan və yuxarıda qeyd edilən səbəblərə görə EPP avadanlıqlarının dəyişdirilərək yeniləri ilə əvəz olunmasının mümkünsüzlüyünü bildirmişdir. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi bu hissədə işin hallarını obyektiv və hərtərəfli araşdırmamış, verilən pretenziya ilə bağlı tələbin nədən və hansı avadanlıqlara bağlı olması halına düzgün diqqət yetirməmiş, bundan sonra isə məhz 30 ədəd EPP avadanlığının yeni adı ilə satılmasına dair bank tərəfndən təqdim edilmiş onlarla sübut və mütəxəssis rəylərini nəzərə almamışdır. Bu isə mülki dövriyyənin azadlığını, onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək kimi qanunun aliliyi prinsiplərinin pozulmasına, bu dövriyyənin əsas iştirakçılarından biri olan bankın külli miqdarda ziyana uğrama sına səbəb yaradan qanunsuz qətnamənin çıxarılmasına zəmin yaratmışdır.

39. MPM-in 76.1, 76.2, 77.1, 102.1, 102.2 və 103.2-ci maddələri üzrə - hazırki iş üzrə dörd ekspert rəyi, iki mütəxəssis rəyi və iki mütəxəssis izahatı mövcuddur. ATM sahəsi üzrə xüsusi biliyə məxsus mütəxəssis rəyləri ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekespertiza Mərkəzinin ekspertlərinin iş üzrə verdikləri rəylər eynilik təşkil edir. Belə ki, 30 ədəd EPP avadanlıqlarının üzərində olan markalanma və qablaşdırılmalarla ekspertizaya müqayisə üçün təqdim edilən tam orijinal EPP avadanlığının qablaşdırılması və markalanması arasında olan kəskin fərqlərin olması 6 rəyin hər birində öz əksini tapmışdır. Lakin, məhkəmə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi sonuncu rəyə deyil, 4 eks pert rəyinin arasında nədənsə məhz cavabdehin xeyrinə hesablana biləcək hallara qiymət vermiş, Bank tərəfindən kifayət qədər xərc çəkilən və “X1 GMBH” Şirkətinin rəyini bankın xeyrinə birtərəfli sübut kimi qiymətləndirmişdir. Qeyd etmək lazımdır ki, EPP V5 avadanlıqları yalnız “X1 GMBH” şirkətinin spesifikasiyası və sifarişi əsasında Verifone şirkəti tərəfindən istehsal edilir. Burada sözügedən avadanlıqların istehsalçı zavodda sifariş edən (spesifikasiyanı təqdim edən) şirkətin rəyinin birtərəfli qiymətləndirilməsi kobud prosessual pozuntu kimi qiymətləndirilməlidir. Belə ki, bu şirkətdən başqa yuxarıda qeyd edilən avadanlıqlarının mövcud vəziyyətinə və göstəricilərinə dair rəy vermək imkanına malik olan ikinci bir şirkət mövcud deyildir. Təsadüfi deyil ki, məhz bu səbəbdən Məhkəmə Eksper tizası Mərkəzinin 4 ekspert rəyində qaldırılan sualların cavablandırılması mümkün olmamışdır. Halbuki, MPMin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. MPM-in 55, 88-ci maddələri üzrə - məhkəmənin çoxsaylı ekspert və mütəxəssis rəylərinin içərisindən 30 ədəd EPP-nin istifadəyə yararlı olub-olmaması, avadanlıqların yeni olmaması, yeni avadanlıqla faktiki avadanlıqlar arasında oxşar və fərqli cəhətləri (çeşidlənmə, marka, qablaşdırma və sair) haqqında olan fikirlərdən yalnız banka ziyan olan hissələrə müsbət, cavabdehə ziyan olan hiss ələrə isə mənfi münasibət bildirməsi, fikrimizcə, sübutların toplanması,araşdırılması, qiymətləndirilməsi kimi fundamental prosessual hüquqların pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə bank tərəfindən təqdim edilən 2021-ci il 26 fevral tarixli mütəxəssis rəyini sübut kimi qəbul etməmiş, lakin qəbul etməməsinin səbəblərini qətnamədə əsaslandırmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə vermiş olduğu 4 rəyin hər birində EPP avadanlıqlarının yeni və ya işlənmiş olduğunun müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmiş, lakin artıq bankın məhkəməyə təqdim etdiyi 2021-ci il 26 fevral tarixli rəydə 30 ədəd EPP avadanlıqlarının markalanması, klavişlərin yazılışı və qablaşdırmanın zavod deyil, kustar üsulla hazırlandığı açıq və aydın formada qeyd olunmuşdur. Bu baxımından sübutların t ədqiqində məhkəmə üçün heç bir sübutun əvvəlcədən qüvvəsinin olmaması təsbit olunduğu halda nəyə görə məhkəmənin iddiaçının qeyd etdiyi sübutu tədqiq etməməsi və ona qiymət verməməsi sual doğurur.

41. MPM-in 420-ci maddəsi üzrə - Apellyasiya Məhkəməsi Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli qərarında qeyd edilən göstərişlərə düzgün əməl etməmiş, işin qeyd edilən halları üzrə düzgün olmayan qənaətə gəlməklə səhv və qanunsuz qətnamənin çıxarılmasına zəmin yaratmışdır. Kassasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmasa da, vermiş olduğu göstərişlərin aşağı instansiyası məhkəməsi tərəfindən düzgün yerinə yetirilmədiyini nəzərə alaraq işə işdə olan sübutlar əsasında yenidən baxmaqla yeni qərar qəbul etməlidir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i

42. Cavabdeh kassasiya şikayətinə qarşı 2023-cü il 16 oktyabr tarixdə etiraz göndərərək şikayətin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda bildirmişdir ki, sonuncu apellyasiya gedişində mübahisələndirilən EPP-lərin mövcud vəziyyətinin qiymətləndirilməsi üçün məhkəmə tərəfindən iki dəfə ekspertiza təyin edilmiş, apellyasiya məhkəməsi məhkəmə prosesində araşdırılmış sübutlara lazımi hüquqi qiymət vermişdir. İV. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

43. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin mad di və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

45. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqa vilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.... 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.” “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri... 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edi ldikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;... 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər....” “Maddə

588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir....”

46. Azərbaycan Respublikası Mərkəzi X2 16/3 saylı, 2012-ci il 10 iyul tarixli “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

2. Anlayışlar 2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:... 2.1.2. emitent - kartların emissiyasını həyata keçirən, kart istifadəçilərinə xidmət göstərilməsini, kart əməliyyatlarının avtorizasiyasını (özü və ya kart təşkilatı tərəfindən) və aparılmış əməliyyatların dəyərinin ekvayerə ödənilməsini təmin edən hüquqi şəxs;... ekvayrinq - təsərrüfat subyekti və ya dövlət orqanı (qurumu) ilə bağlanmış müqavilə əsasında müvafiq olaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması və ya vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqların ödənilməs i və ya kart istifadəçisinə nağd pul vəsaitinin verilməsi üzrə göstərilən xidmət;... 2.1.12. bankomat – ödənişlərin aparılması, nağd pul vəsaitinin verilməsi və qəbulu, habelə digər bank xidmətlərindən istifadə edilməsi üçün nəzərdə tutulmuş proqramtexniki kompleks;...” “7. Risklərin idarə olunması 7.1. Emitentin kartlarla aparılmış şübhəli əməliyyatların (həmçinin qısa vaxt kəsiyində müxtəlif ölkələrdə əməliyyatların aparılması, o cümlədən emitentin müəyyən etdiyi risk kateqoriyası yüksək olan ölkələrdə və təsərrüfat subyektlərində əməliyyatların aparılması) real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatı olmalıdır.... 7.8. Ekvayerə məxsus bankomatlar ən azı aşağıdakı tələblərə cavab v erməlidir: 7.8.1. bankomat daxilində kart istifadəçisinin üz təsvirini aydın çəkməyə imkan verən ən azı bir ədəd gizli kamera quraşdırılmalıdır. Kameranın görüntüləri qeydə alınmalı və ən azı 6 (altı) ay müddətində saxlanılması təmin edilməlidir; 7.8.2. bankomatın kart oxuyucu qurğusuna kənardan müdaxilə edilməsinin qarşısını alan xüsusi avadanlıq quraşdırılmalıdır; 7.8.3. daxili proqram təminatı lisenziyalı antivirus proqramı ilə qorunmalıdır; 7.8.4. açıq ərazilərdə quraşdırılmış bankomatlar əlavə olaraq titrəyiş, istilik sensorları ilə təmin edilməlidir; 7.8.5. açıq ərazilərdə quraşdırılmış bankomatın qarşısındakı (və ya ətrafındakı) 2 (iki) metrdən az olmayan ərazi sutkanın qaranlıq vaxtı (sutkanın günəş batandan günəş çıxanadək olan hissəsi) aydın şəkildə işıqlandırılmalıdır.”

47. Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə b axılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın...” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması mə hkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxl anılmalıdır.” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

48. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 49. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, on u yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiy indən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 may tarixli, 22(103)-7/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işdən göründüyü kimi işin sonuncu apellyasiya baxışı zamanı mübahisələndirilən EPPlərin mövcud vəziyyətinin qiymətləndirilməsinə dair hakim tərəfindən iki dəfə məhkəmə ekspertizası təyin edilmiş, ekspert tərəfindən 2021-ci il 29 dekabr tarixli, 5/1118 saylı və 2022-ci il 28 dekabr tarixli, 5/1259-5/1261 saylı ekspert rəyləri verilmiş (bax bu qərarın §23,24), apell yasiya məhkəməsi də həmin rəyləri nəzərə alaraq düzgün qətnamə qəbul etmişdir.

52. İddiaçı EPP-lər arasındakı fərqliliyi vurğulamaq üçün Azərbaycan Respublikasının ərazisində bankomatların ehtiyyat hissələri ilə təchiz edilməsində distributer fəaliyyəti ilə məşğul olan “Diebold Nixdorf” şirkətinin 2022-ci il 26 yanvar tarixli məktubuna istinad etmişdir. Halbuki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halından göründüyü kimi cavabdeh tərəfindən başqa şirkətdən əldə edilmiş və iddiaçıya təhvil verilmiş 30 ədəd EPP V.5 cihazların “Diebold Nixdorf” şirkətinin standartlarına hansı səbəbdən cavab verməli olması əsaslandırılmamışdır.

53. Bununla yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2021-ci il 26 fevral tarixli mütəxəssis rəyi birtərəfli qaydada tərtib edildiyindən apellyasiya instansiyası məhkəməsinin həmin rəyi sübut kimi qəbul etməməkdə haqlı olmuşdur.

54. Belə ki, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 2008-ci il 6 mart tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94).

55. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansi yası məhkəməsi tərəfindən lazımi hüquqi qiymət verildiyindən, həmin dəlillər üzrə yenidən hüquqi qiymətləndirmənin aparılması zərurəti aradan qalxmışdır.

56. Kassasiya şikayətinin digər dəlilləri əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından, həmin dəlillər üzrə qiymətləndirmə aparılmır.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında göstərilmişdir ki, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin halların ı müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.

58. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərarın maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiq olunub- olunmamasının yoxlanılması ilə məhdudlaşmaqla kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının yenidən müəyyən edilməsi istisna olunmuşdur.

59. Bununla yanaşı, belə hüquqi yanaşma MPM-in kassasiya şikayətlərinin məzmunu ilə bağlı şərtlərdə də öz əksini tapmışdır. Belə ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin l əğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

61. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri üzrə yuxarıda göstərilən qaydada hüquqi qiymətləndirmə aparıldığından kassasiya şikayətinə qarşı gəndərilmiş etirazın dəlilləri üzrə hüquqi qiymətləndirmənin aparılması zərurəti də aradan qalxmışdır.

62. Göstərilənlərə əsasən məhkəmə kollegiyası be lə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

63. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 may tarixli, 2-2(103)-7/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar