Məhkəmə qərarları › İş №2-2(102)-502/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-502/2019

27.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-502/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1-nin cavabdeh x2–yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi üzrə öhdəliklərin lazımınca icra olunmamasına görə zərərin əvəzinin və cərimənin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının nümayəndəsi x3, İddiaçının vəkili Nuriyev Aqil Abdul oğlunun iştirakları ilə, İddiaçı x1-nin cavabdeh x2–yə qarşı (üçüncü şəxs: x4) “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 avqust tarixli 22(103)-621/2019 nömrəli qətnaməsindən iddiaçıtərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Tərəflər arasında 2017-ci il 5 iyun tarixli podrat müqaviləsi bağlanmışdır. Sifarişçi (iddiaçı) ilə podratçı (cavabdeh) arasında bu müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırılma protokollarında qeyd olunan 12 ədəd CAS-60T elektron avtomobil tərəziləri tədarük edilərək, sifarişçiyə 1 ədədinin qiyməti 32.500 manat olmaqla, ümumilikdə ƏDV daxil olmaqla 460.200 manat müqabilində satılması razılazılaşdırılmışdır. Qeyd olunan müqavilənin 1 nömrəli əlavəsinin 2-ci bəndində müqavilə üzrə göstəri lmiş malların ümumi dəyərinin 80 faizi öncədən avans şəklində müqavilə imzalandığı tarixdən 5 gün ərzində köçürülmə yolu ilə ödənilməli, həmin əlavənin 3 bəndinə əsasən, qalan 20 faiz məbləğin mallar sifarişçiyə çatdırıldıqdan sonra 15 gün ərzində ödənilməsi razılaşdırılmışdır. İddiaçı 2018-ci il 29 mart tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək 225.401,25 manat məbləğində pulun ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən müqaviləyə əsasən götürülmüş öhdəliyin naturada tam icra edilmədiyinə və müqavilənin vaxtında icrasının gecikdirilməsinə görə müqavilənin ümumi dəyəri olan 460.200 manat məbləğinin 15% həcmində cərimə miqdarı olan 69.030 manatın, qalıq qa lmış işlərin üçüncü şəxs tərəfindən görülməsi üçün ödənilmiş 70.200 manat zəruri xərcin, iddiaçı tərəfindən cavabdehin əvəzində görülmüş işlərə görə çəkilmiş ümumi zəruri xərc olan 150.401,98 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun əlavə edilib, ümumilikdə 289.661,98 manat məbləğ təyin edilərək iddiaçıya ödənilməsi xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı hər birinin dəyəri 18 % ƏDV ilə birlikdə 38.500 manat olmaqla 12 ədəd CAS-60t markalı elektron avtomobil tərəzi və müvafiq işlərin görülməsi üçün cavabdehə ümumilikdə müqavilə dəyəri olan 460.200 manat məbləğində pulu bank vasitəsi ilə ödəmişdir. Cavabdeh 12 ədəd CAS-60t markalı elektron avtomobil tərəzilərin alınıb bölgələrə çatdırılmasını həyata keçirsə də tərəzilərin quraşdı rılmasını tam olaraq həyata keçirə bilməyəcəyini bildirərək onun əvəzində bəzi işlərin görülməsini iddiaçıdan xahiş etmiş və bu barədə izahat vermişdir. İddiaçı Goran, Kürdəmir, İmişli, Araz, Sabirabadın Qaratəpə və Ağdamın Xındırıstan pambıq zavodlarında 5 ədəd tərəzilərinin təhvil verilməsi ilə əlaqədar olaraq cavabdehin əvəzinə avqust ayında 83.700 manat dəyərində işlər görülərək, 5 ədəd tərəzilərdə bəzi quraşdırılma işləri aparılmış və yalnız Goran pambıq zavodunda CAS-60t markalı elektron avtomobil tərəzinin quraşdırlması işləri avadanlıqlarla birgə nümunə kimi olaraq natamam icra edilmişdir. Cavabdehin müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında yerinə yetirilmədiyinə görə əlavə olaraq iddiaçı tərəfindən cavabdehin əvəzində əlavə görülmüş işlərə görə çəkilmiş zəruri xərc 66.701,98 ma nat məbləği Forma 2 üzrə arayışa əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. 11 ədəd tərəzilərin bölgələrdə tam olaraq quraşdırılıb təhvil verilməsi öhdəliyi 60 iş günü ərzində 2017-ci il 28 avqust tarixinə qədər cavabdeh tərəfindən icra edilməyərək pozulmuş, keyfiyyətsiz avadanlıqlar quraşdırılmış, işlər vaxtında və lazımınca icra edilməmiş, quraşdırılmış tərəzilərdə, görülmüş keyfiyyətsiz işlərdə qüsurlar yaranmışdır. Quraşdırılmış avadanlıqlarda, görülmüş işlərdə qüsur olması və işlərin natamam olması qüsur aktlar ilə təsdiq edilir. İşlər keyfiyyətsiz və natamam görüldüyünə görə tərəzilər maksimum 12 tona qədər yük çəkə bilir, artıq çəkidə texniki nasazlıqlar yaranır və çəkinin nəticələrinin düzgün göstərilməməsinə gətirib çıxardır. Yerinə yetirilən işlərdə yaranmış qüsurların a radan qaldırılması və işlərin vaxtında təhvil verilməsi ilə əlaqədar olaraq cavabdehlə dəfələrlə danışıqlar aparılmış və xəbərdarlıqlar edilmişdir. Öhdəlik icra edilmədiyinə görə öhdəliyin icrası x4 ilə müqavilə bağlanılmaqla öhdəlik əsasında qalıq işlərin görülməsi tapşırılmış və icra üçün zəruri xərc olan 70.200 manat nağd olaraq üçüncü şəxsə ödənilmişdir. Bağlanılmış podrat müqaviləsinin 4.5-ci bəndinə əsasən müqavilənin icrasının gecikdirilməsinə görə hər bir gün üçün 0,5 faiz həcmində cərimə nəzərdə tutulmuşdur. Bir günlük cərimənin miqdarı 2.301 manat olduğundan və ümumi hesablanan cərimənin miqdarı müqavilənin 4.6-cı bəndinə əsasən ümumi məbləğ olan 460.200 manatın 15 faiz həcmi, 69.030 manat məbləğdən çox olduğuna görə 69.030 manat məbləğində cərimə təyin edilərək cavabdehdən alınm ası təmin edilməlidir. Cavabdeh iddiaçıya elektron məktub göndərərək podrat müqaviləsinə əsasən ödənilmiş məbləğin yarı hissəsinin vergi orqanı tərəfindən tutulduğundan götürdüyü öhdəliyi vaxtında yerinə yetirə bilmədiyi üçün işlərin yerinə yetirilməsinə əlavə vaxt istəmişdir. İddiaçı tərəfindən öhdəliyin sülh yolu ilə həll edilməsi üçün cavabdehə 2018-ci il 29 mart tarixdə pretenziya təqdim edilmiş, lakin verilmiş pretenziya üzrə tələblərin icrası nəticəsiz qalmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 4 iyul tarixli 2-2(82)-460/2018 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 4 iyul tarixli qiyabi qətnaməsinin ləğv olunmasını, işə mahiyyəti üzrə baxılması üçün icraat ın təzələnməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 oktyabr tarixli 2-2(82)460/2018 nömrəli qərardadı ilə həmin məhkəmənin 2018-ci il 4 iyul tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə tərəflərin iştirakı ilə mahiyyəti üzrə baxılması təzələnmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 11 iyul tarixli 2-2(82)-52/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən qalıq qalmış işlərin üçüncü şəxs tərəfindən görülməsi üçün ödənilmiş 70.200 manat, iddiaçı tərəfindən cavabdehin əvəzində görülmüş işlərə görə çəkilmiş ümumi zəruri xərc olan 66.701,98 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat olmaqla, cəmi 136.916,98 manat pulun iddiaçıya ödənilməsi qət edilmişdi r. Birinci instansiya məhkəməsi iddia tələbinin “qalıq qalmış işlərin üçüncü şəxs tərəfindən görülməsi üçün ödənilmiş 70.200 manat məbləğində pulun ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə x4 arasında bağlanmış 2018-ci il 13 mart tarixli, 05/13 nömrəli müqavilənin predmetini 12 ədəd elektron avtomobil tərəzilərinin təmiri və servisi təşkil edir. Həmin işlərin görülməsinin zəruriliyi iddiaçının elektron avtomobil tərəzilərinin quraşdırıldığı pambıq tədarükü məntəqələrinin və x4-nin mütəxəssislərinin iştirakı ilə tərəzilərin texniki vəziyyəti ilə bağlı tərtib edilmiş 2018-ci il 12-14 fevral tarixli aktlarla müəyyən edilmişdir. Həmin qüsurlar da cavabdeh tərəfindən aparılmış işlərlə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin “iddiaçı tərəfindən cavabdehi n əvəzində görülmüş işlərə görə çəkilmiş ümumi zəruri xərc olan 150.401,98 manat pulun ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin məbləğin 66.701,98 manat məbləği hissəsində pulun açıqlanması işə əlavə edilmiş aktla öz təsdiqini tapmışdır. 2018-ci il 1 mart tarixdən 2018-ci il 15 aprel tarixə kimi yerinə yetirilən işlərin qəbulu aktından məlum olur ki, həmin işlər x4-nin mütəxəssisləri tərəfindən sözügedən 12 ədəd elektron avtomobil tərəzilərinin təmiri ilə bağlı eyni vaxtda aparılmışdır. Məhkəmə, cavabdehin iddiaçıya verməli olduğu 83.700 manat hissəsinə gəldikdə isə hesab etmişdir ki, iddiaçı tərəf məhkəmə araşdırması zamanı həmin 83.700 manat pulun açıqlanmasını verə bilməmiş və bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin rədd edilən “c avabdeh tərəfindən müqaviləyə əsasən götürülmüş öhdəliyin naturada tam icra edilmədiyinə və müqavilənin vaxtında icrasının gecikdirilməsinə görə müqavilənin ümumi dəyəri olan 460.200 manat məbləğinin 15% həcmində cərimə miqdarı olan 69.030 manat” hissəsi ilə bağlı qeyd etmişdir ki, 2017-ci il 5 iyun tarixli podrat müqaviləsinin 4.6-cı bəndində göstərilmişdir ki, podratçı malların bu müqavilədə qeyd olunan müddətdə çatdırmazsa, gecikdirilməsinin hər bir günü üçün sifarişçiyə bu müqavilənin ümumi məbləğinin 0,5%-i dəyərində cərimə ödəyir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmiş, sonradan yaranmış qüsurların aradan qaldırılması üçün iddiaçının tələb etdiyi 83.700 manat məbləğində pulun iddiaçıya geri qaytarılması ilə razılaşmış və bunun üçün ona vaxt verilməsi ni xahiş etmişdir. Müqavilənin tələb etdiyi formada görülmüş işlərin təhvil-təslimi yazılı şəkildə aparılmasa da, iddiaçı tərəfindən 2017-ci ilin oktyabr ayının 17-də sonradan yaranmış qüsurların aradan qaldırılması üçün 83.700 manat məbləğində pulun cavabdehdən tələb edilməsi onu göstərir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini göstərilən müddətdə icra etmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin rədd olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh həmin qətnaməni mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 avqust tarixli 2-2(103)-621/2019 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin qismən – iddia tələbinin rədd olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 385.1-ci maddəyə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hü ququ vardır. MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.1-ci bəndinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2-ci bəndinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdir ilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 462.1-ci bəndinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb ed ə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəməyə təqdim edilmiş 2017-ci ilin istehsalat təqviminə görə 2017-ci il 5 iyun tarixdən tərəzilərin çatdırılması üçün müddət başlamış və 2017-ci il 31 avqust tarixdə başa çatdırılma müddətində bitmişdir. Bu müddətdən sonra cavabdeh çatdırılmasını və işlərin görülməsini vaxtında təhvil verə bilmədiyinə görə iddiaçıya müraciət edərək maddi çətinliyə görə tərəzilərin çatdırılması, tikinti və montaj işlərinin başa çatdırılması öhdəliyini yerinə yetirə bilmədiyini qeyd etmiş, qarşılıqlı razılaşma ilə id diaçı cavabdehin əvəzinə tərəzilərin yerinin tikintisi üçün 83.700 manat məbləğində işlər görərək xərc çəkmişdir. Bunu da cavabdeh məhkəmə zamanı öz izahatı ilə etiraf edərək qəbul etmiş və ondan həmin məbləğ 2017-ci il 17 oktyabr tarixdən sonra, yəni öhdəliyin yerinə yetirilməsi üçün təyin edilmiş 60 iş günü keçdikdən sonra cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməməsinə görə tələb edilmişdir. Məhkəmə, təqdim edilmiş yazılı sübut olan cavabdehin özü tərəfindən tərtib edilmiş izahatı ilə 83.700 manat dəyərində cavabdehin əvəzinə işlərin iddiaçı tərəfindən qarşılıqlı razılaşma ilə görülməsinin və bu işlərin görülməsi üçün MMC-yə borcun qaytarılması barədə götürdüyü öhdəliyi nəzərə almamış, cavabdehin özünün məhkəmə zamanı video yazı ilə məhkəmə qətnaməsində qeyd edildiyi kimi verdiyi i zahat və etirafı heç bir hüquqi əsas olmadan qəbul etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə olan halda, mə hkəmə tələb edilmiş 83.700 manat pulun açıqlanmasının və bununla bağlı əlavə sübutların iddiaçının verə bilməməsinə görə tələbin rədd olunması qənaətinin qəbul edilməsinə yanlış olaraq gəlmişdir. MPM-nin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanunu və əsaslı olmalıdır. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərdən aydın olur ki, məhkəmə qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin mə zmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırıcı hissə: Cavabdehin və üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (MPM-in 139.2.9-cu maddəsi). Şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraatına XLİ fəslin və həmin Məcəlləni n müddəaları tətbiq olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinin müddəalarına əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Həmin normaların tələbləri iddia tələbinin “müqavilə üzrə cərimələrin hesablanması” hissəsinə münasibətdə təmin olunmamışdır. İddiaçı qeyd edir ki, müqaviləyə əsasən iş günləri ilə müəyyən edilmiş müddətin axımı 2017-ci il 5 iyun tarixdən başlamış və 2017-ci ilin istehsalat təqviminə görə 2017-ci il 31 avqust tarixdə bitmişdir. Bu müddətdən sonra cavabdeh çatdırılmasını və işlərin görülməsini vaxtında təhvil verə bilmədiyinə görə iddiaçıya müraciət edərək maddi çətinliyə görə tərəzilərin çatdırılması, tikinti və montaj işlərinin başa çatdırılması öhdəliyini yerinə yetirə bilmədiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi 60 iş günü ilə müəyyən edilmiş müddətin nə üçün iddiaçının iddia etdiyi tarixdə deyil, məhz 2017-ci il 1 oktyabr tarixdə başa çatdığını əsaslandırmamışdır. Tərəflər arasında bağlanmış podrat müqaviləsinin: - 2.2-ci bəndinə əsasən, Podratçı Malları qaimə-faktura ilə birgə tərəflər arasında imza lanmış təhvil-təslim aktı əsasında Sifarişçiyə təhvil verir; - 2.4-cü bəndinə əsasən, müqavilə üzrə malların çatdırılması 23 gün ərzində Podratçı öz hesabına həyata keçirir; - 2.7-ci bəndinə əsasən, podratçı 60 iş günü ərzində elektron avtomobil tərəzilərini çatdırmağı, quraşdırılacaq yerin tikintisini və yerləşdirməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin məzmunundan göründüyü kimi, malın təhvil-təslimi müvafiq aktla rəsmiləşdirilməlidir; tərəflərin müəyyən etdiyi 60 iş günü, təkcə malın “çatdırılmasını” deyil, “quraşdırılacaq yerin tikintisini və yerləşdirməyi” də nəzərdə tutur. Əgər - apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi - cavabdeh müqavilə öhdəliyini müqavilə ilə təyin edilmiş vaxtda icra etdiyini bəyan edirsə, bunu sübut etmək vəzifəsi onun üzərinə düşür (MPM-in 77. 1-ci maddəsi). Beləliklə, şikayət qətnamənin “müqavilə üzrə cərimələrin hesablanması” tələbinə aid hissədə ləğvinə münasibətdə əsaslı olduğundan qətnamə həmin hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması, yuxarıda qeyd edilən prosessual normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Həmin hissədə iş yenidən baxılması və yuxarıda qeyd edilən prosessual normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli olduğundan, şikayət həmin hissədə iddianın təmin olunmasına münasibətdə təmin edilə bilməz. Qətnamənin mübahisələndirilən digər hissəsinə (cavabdehin əvəzinə görülmüş işlərə görə çəkilmiş 83.700 manat zəruri xərcin cavabdehdən tutulmasına) gəldikdə, məhkəmə kollegiyası apellyasiya instan siyası məhkəməsinin həmin hissədə gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni hesab edir. Belə ki, cavabdehin qanuni təmsilçisi iddiaçının rəhbərinin adına yazdığı izahatında sonradan yaranmış qüsurların aradan qaldırılması üçün iddiaçının tələb etdiyi 83.700 manat məbləğdə pulun iddiaçıya geri qaytarılması ilə razılaşsa da, bunun üçün ona vaxt verilməsini xahiş etmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, həmin məbləğ hal-hazıra kimi iddiaçıya qaytarılmamışdır. Bu səbəbdən də, iddiaçı həmin qüsurları öz işçiləri və müqavilə əsasında x4-nin mütəxəssisləri vasitəsilə aradan qaldırmış, bu işlərə 136.901,98 (70.200+66.701,98) manat vəsait xərcləmişdir ki, həmin məbləğin qaytarılmasını hazırkı iddia ilə cavabdehdən tələb etmiş, iddia həmi n hissədə təmin olunmuşdur. Digər tərəfdən, iddiaçı məhkəmə araşdırması zamanı tələb etdiyi həmin 83.700 manat pulun açıqlamasını verə və bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir (MPM-in 14.2 və 77.1-ci maddələri). Beləliklə, iddianın təmin edilməyən (cavabdehin əvəzinə görülmüş işlərə görə çəkilmiş 83.700 manat zəruri xərcin cavabdehdən tutulması) hissəsinə münasibətdə yuxarıda qeyd edilən prosessual normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmuş, maddi hüquq normalarının pozulmasına yol verilməmişdir. Bu səbəbdən, şikayət həmin hissədə təmin oluna bilməz. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416-419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyas ının 2019-cu il 29 avqust tarixli 2-2(103)-621/2019 nömrəli qətnaməsi iddia tələbinin “69.030 manat məbləğində cərimənin cavabdehdən tutulmasının rədd edilməsi” hissəsinə münasibətdə ləğv edilir. İş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qətnamə iddia tələbinin “cavabdehin əvəzinə görülmüş işlərə görə çəkilmiş 83.700 manat məbləğində zəruri xərcin cavabdehdən tutulmasının rədd edilməsi” hissəsinə münasibətdə dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar