Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-502/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə tələbləri üzrə iddia müddəti, iddia müddətinin axımının başlanması, dayandırılması və kəsilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 aprel tarixli 2-2(103)-323/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “X1” QSC (“auditor”) ilə Cavabdeh MMC (“müştəri”) arasında 2019-cu il 13 sentyabr tarixli AUD_066/19 saylı “Audit xidmətlərinin göstərilməsi haqqında” Müqavilə (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir), 2019-cu il 1 oktyabr tarixli FAS_007/19 saylı “Məsləhət xidmətlərinin göstərilməsi haqqında” Müqavilə, 2020-ci il 24 fevral tarixli AUD_015/20 saylı “Məsləhət xidmətləri” Müqaviləsi, 2020-ci il 26 fevral tarixli AUD_018/20 saylı Xidmət Müqaviləsi imzalanmışdır. 2. 2019-cu il 13 sentyabr tarixli AUD_028/19 saylı “Audit xidmətlərinin göstərilməsi haqqında” Müqavilənin 5.2-ci bəndinə görə, ödəmə Müştəri hesab-fakturanı aldığı tarixdən sonra 5 gün ə rzində aparılmalıdır. Eyni şərt 2020-ci il 24 fevral tarixli AUD_015/20 saylı “Məsləhət xidmətləri” Müqaviləsində də müəyyən olunmuşdur. 3. 2020-ci il 26 fevral tarixli AUD_018/20 saylı Xidmət Müqaviləsinin 5.2-ci bəndinə görə, ödəniş Sifarişçi tərəfindən sifariş verilən müvafiq iş bitdikdən və İcraçı tərəfindən təhvil alındıqdan sonra təqdim edilən hesab-faktura əsasında və bu hesab-fakturanın təqdim edildiyi tarixdən 10 (on) gün sonra Sifarişçi tərəfindən İcraçının hesablaşma hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir. 4. “X1” QSC tərəfindən 2019-cu il 13 sentyabr tarixli müqavilə üzrə 5.664 ABŞ dolları məbləğində 209/2020 nömrəli 2020-ci il 17 mart tarixli, 8.496 ABŞ dolları məbləğində 208/2020 nömrəli 2020-ci il 17 mart tarixli və 14.160 ABŞ dolları məbləğində 207/2020 nömrəli 202 0-ci il 17 mart tarixli; 2020-ci il 24 fevral tarixli müqavilə üzrə 2 ədəd 3.540 ABŞ dolları məbləğində 206/2020 və 205/2020 nömrəli 2020-ci il 17 mart tarixli; 2020-ci il 26 fevral tarixli müqavilə üzrə 4.720 ABŞ dolları məbləğində 204/2020 nömrəli 2020-ci il 17 mart tarixli hesab fakturalar (invoice) tərtib edilmişdir. 5. 2020-ci il 24 fevral tarixli və 2020-ci il 26 fevral tarixli müqavilələr üzrə 204/2020, 205/2020 və 206/2020 nömrəli hesab fakturalara (invoice) əsasən EBAJ seriyalı 213795 nömrəli 2020-ci il 27 aprel tarixli elektron qaimə (dəyəri 20.060 manat) və 2019-cu il 13 sentyabr tarixli müqavilə üzrə 208/2020 və 209/2020 nömrəli hesab fakturalara (invoice) əsasən EBAJ seriyalı 214488 nömrəli 2020-ci il 27 aprel tarixli elektron qaimə (dəyəri 48.144 manat) İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir.
6. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin 2022ci il 30 iyun tarixli **********63800 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı QSC tərəfindən təqdim edilmiş EBAJ seriyalı 213795 nömrəli 2020-ci il 27 aprel tarixli elektron qaimə-faktura 2020-ci il 27 aprel; EBAİ seriyalı 909344 nömrəli 2020-ci il 17 aprel tarixli elektron qaimə-faktura 2022-ci il 17 aprel; EBAF seriyalı 573187 nömrəli 2020-ci il 28 yanvar tarixli elektron qaimə-faktura 2020-ci il 28 yanvar tarixlərində Cavabdeh MMC tərəfindən “Asan İmza” vasitəsilə təsdiqlənmişdir.
7. Cavabdeh MMC tərəfindən 2019-cu il 1 oktyabr tarixli FAS_007/19 saylı müqavilə üzrə təqdim edilmiş 2020-ci il 17 aprel tarixli 909344 saylı elektron qaimədən 2021-ci il 12 avqu st tarixində “X1” QSC-yə 3.540 manat ödəniş olunmuşdur (2023-cü il 6 dekabr tarixli 02/23 saylı maliyyə arayışı).
8. Cavabdeh MMC-nin 2020-ci il 24 fevral tarixli AUD_015/20 saylı məsləhət xidməti üzrə ümumilikdə 7.080 ABŞ dolları, 2020-ci il 26 fevral tarixli AUD_018/20 saylı xidmət müqaviləsi üzrə ümumilikdə 4.720 ABŞ dolları, 2019-cu il 13 sentyabr tarixli AUD_066/19 saylı xidmət müqaviləsi üzrə ümumilikdə 28.320 ABŞ dolları borcu vardır (2022-ci il 1 iyun tarixli 03/22, 04/22 və 01/22 nömrəli maliyyə arayışları). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2023-cü il 7 avqust tarixində və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ƏDV daxil 2019-cu il 13 sentyabr tarixli AUD_066/19 saylı müqavilə üzrə 28.320 ABŞ dolları; 2020-ci il 24 fevral tarixli AUD_015/20 saylı müqavilə üzrə ödənilməmiş 7.080 ABŞ dolları; 2020-ci il 26 fevral tarixli AUD_018/20 saylı müqavilə üzrə 4.720 ABŞ dolları və 2019-cu il 1 oktyabr tarixli FAS_007/19 saylı müqavilə üzrə ödənilməmiş 1.699,20 manat məbləğində borcun və 400 manat məbləğində mediasiya xərcinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda göstərilən hallarına istinadən onunla əsaslandırılmışdır ki, tərəflər arasında müxtəlif tarixlərdə bir sıra müqavilələr bağlanmış, audit xidmətlərinin yekun nəticələri olaraq, iddiaçı tərəfindən cavabdehə 2019-cu il 13 sentyabr tarixli AUD_066/19 saylı “Audit xidmətlərinin göstərilməsi haqqında” müqavilədən irəli gələrək audit rəyi, 2019-cu il 1 oktyabr tarixli FAS_007/19 saylı “Məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqavilədən irəli gələrək qiymətləndirmə hesabatı, 2020-ci il 24 fevral tarixli AUD_015/20 saylı “Məsləhət xidmətləri” müqaviləsindən irəli gələrək 16 saylı MHBS ilə əlaqəli elektron hesabat və 2020-ci il 26 fevral tarixli AUD_018/20 saylı Xidmət müqaviləsindən irəli gələrək audit rəyi vaxtında icra olunaraq təqdim olunmuşdur. Buna baxmayaraq, xidmətlər üzrə xidmət haqları bu günə qədər ödənilməmişdir. Xidmət haqlarının vaxtında ödənilməməsi ilə bağlı cavabdehə müraciətlər olunmuş, pretenziyalar təqdim edilmişdir. Sonuncu dəfə cavabdehə 2022-ci il 29 mart tarixində pretenziya göndə rilmiş, cavabdeh 2022-ci il 30 mart tarixində həmin pretenziyanı almışdır. Lakin pretenziyada müəyyən edilən müddət ərzində borc ödənilməmişdir.
11. İddia tələbində həmçinin qeyd olunmuşdur ki, iddiaçı tərəfindən eyni iddia predmeti ilə daha əvvəl məhkəməyə müraciət edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 avqust tarixli e-2-2(113)-2205/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 15 fevral tarixli 2-2(103)-92/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi baxılmamış saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı “Auditor xidməti” haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbinə riayət etmədən iddia ilə məhkəməyə müraciət etdiyindən, iddi a baxılmamış saxlanılmalıdır. Məhz bundan sonra iddiaçı məhkəmə tərəfindən göstərilən halları aradan qaldırdıqdan sonra hazırkı iddia tələbi ilə təkrar olaraq məhkəməyə müraciət etmişdir.
12. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının görülmüş işlərin təhvil verilməsinə baxmayaraq, cavabdeh xidmət haqqını ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə 5.239,20 manat ödənilməsi ilə bağlı 2020-ci il 17 aprel tarixli, 20.060 manat ödənilməsi ilə bağlı 2020-ci il 27 aprel tarixli və 48.144 manat ödənilməsi ilə bağlı 2020-ci il 27 aprel tarixli (cəmi 73.443,20 manat) elektron qaimələr təqdim edilmiş və həmin qaimə fakturalar cavabdeh tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən qeyd olunan elektron qaimə fakturalar cavabdeh tə rəfindən təsdiq edildiyi gündən iddiaçının öhdəliyin icra edilməsi tələbini irəli sürmək hüququ əmələ gəlmiş və həmin andan iddia müddətinin axımı başlamışdır. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi xüsusatlar müqavilə tələblərindən irəli gəlir və iddiaçı tərəfindən xidmət haqqının ödənilməsi barədə cavabdehə təqdim edilmiş elektron qaimələr əsasında ödənişlərin həyata keçirilməməsi halı iş üzrə iddiaçıya məlum olsa da, o, pozulmuş hüquqlarının müdafiəsi üçün qanunla müəyyən edilmiş üç il ərzində məhkəməyə müraciət etməmişdir (iddiaçı tərəfindən elektron qaimələrin təqdim edilməsindən üç il üç ay keçdikdən sonra məhkəməyə müraciət edilmişdir).
13. İddiaçı iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia müddətinin axımı 2019-cu il 13 sentyabr tarixli AUD_066/19 saylı müqavilə üzrə 2020-ci il 27 aprel tarixli 214488 saylı elektron qaimənin tarixindən 5 gün sonra – 2020-ci il 3 may tarixindən, 2019-cu il 1 oktyabr tarixli FAS_007/19 saylı müqavilə üzrə 2020-ci il 28 yanvar tarixli 573187 saylı elektron hesabfaktura və 2020-ci il 17 aprel tarixli 909344 saylı elektron qaimənin tarixindən 5 gün sonra – 2020-ci il 3 fevral tarixindən, 2020-ci il 24 fevral tarixli AUD_015/20 saylı müqavilə üzrə 2020-ci il 27 aprel tarixli 213795 saylı elektron qaimənin tarixindən 5 gün sonra – 2020-ci il 3 may tarixindən, 2020-ci il 26 fevral tarixli AUD_018/20 saylı müqavilə üzrə 2020-ci il 27 aprel tarixli 213795 saylı elektron qaimənin tarixindən 10 gün sonra – 2020-ci il 8 may tarixindən başlamışdır. İdd ia müddətinin axımı 2021-ci il 8 dekabr tarixindən 2021-ci il 16 dekabr tarixinə qədər mediasiya prosesi tətbiq edildiyi dövr ərzində dayandırılmışdır. Növbəti dəfə iddia müddətinin axımı 2022-ci il 14 aprel tarixində müvafiq iddia tələbi ilə ilk dəfə iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunan zaman dayandırılmış, 2023-cü il 15 fevral tarixli Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qərardadı ilə müddətin axımı davam etməyə başlamışdır. 2023-cü il 4 avqust tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilməklə iddia müddətinin axımı yenidən dayandırılmışdır. 2023-cü il 3 avqust tarixinə 2019-cu il 13 sentyabr tarixli AUD_066/19 saylı müqavilə (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir) üzrə 6 ay, 2019-cu il 1 oktyabr tarixli FAS_007/19 saylı müqavilə üzrə 4 ay, 2020-ci il 24 fevral tarixli AUD_015/20 saylı müqavilə üzrə 6 ay, 2020-ci il 26 fevral AUD_018/20 saylı müqavilə üzrə 6 ay iddia müddəti qalmışdır.
14. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 7 dekabr tarixli e-2-2(113)-4375/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 2019-cu il 1 oktyabr tarixli FAS_007/19 saylı müqavilə üzrə 1.699,20 manat (ƏDV daxil) məbləğində borc və 107,57 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tələb olunan borclar tərəflər arasında bağlanmış müqavilələr üzrə yaranmışdır, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Ha zırkı iş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün iddia müddətinin axımının başlanma və qurtarma anları araşdırılmalıdır.
16. İddia müddətinin axımının başlanma anı ilə bağlı məhkəmə qeyd etmişdir ki, elektron qaimənin təsdiq edilmə müddətini (5 gün) nəzərə aldıqda, borclar üzrə iddia müddətinin axımı 2019-cu il 13 sentyabr tarixli AUD_066/19 saylı müqavilə üzrə (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir) 2020-ci il 27 aprel tarixli 214488 saylı elektron qaimənin tarixindən 5 gün sonra – 2020-ci il 2 may tarixindən, 2019-cu il 1 oktyabr tarixli FAS_007/19 saylı müqavilə üzrə 2020-ci il 17 aprel tarixli 909344 saylı elektron qaimənin tarixindən 5 gün sonra – 2020-ci il 22 aprel tarixindən, 2020-ci il 24 fevral tarixli AUD_015/20 saylı müqavilə üzrə 2020-ci il 27 aprel tarixli 213795 saylı elektron qaimənin tarixindən 5 gün sonra – 2020-ci il 2 may tarixindən, 2020-ci il 26 fevral tarixli AUD_018/20 saylı müqavilə üzrə 2020-ci il 27 aprel tarixli 213795 saylı elektron qaimənin tarixindən 5 gün sonra – 2020-ci il 2 may tarixindən başlamışdır.
17. İddia müddətinin qurtarma anı ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia müddəti 2020-ci il 27 aprel tarixli 214488 saylı elektron qaimə üzrə 2023-cü il 2 may tarixinədək (2020-ci il 2 may - 2023-cü il 2 may), 2020-ci il 17 aprel tarixli 909344 saylı elektron qaimə üzrə 2023-cü il 22 aprel tarixinədək (2020-ci il 22 aprel - 2023-cü il 22 aprel), 2020-ci il 27 aprel tarixli 213795 saylı elektron qaimə üzrə 2023-cü il 2 may tarixinədək (2020-ci il 2 may - 2023-cü il 2 may), 2020-ci il 27 apr el tarixli 213795 saylı elektron qaimə üzrə 2023cü il 2 may tarixinədək (2020-ci il 2 may - 2023-cü il 2 may) olmuşdur. 18. 2021-ci il 8 dekabr tarixindən 2021-ci il 16 dekabr tarixinə qədər 8 gün tərəflər arasında mediasiya prosesi tətbiq olunduğundan iddia müddətinin axımı göstərilən dövrdə dayanmışdır. Bununla iddiaçının tələb üzrə iddia müddətlərinin üzərinə 8 gün əlavə olunduğunda, iddia müddəti 2020-ci il 27 aprel tarixli 214488 saylı elektron qaimə üzrə 2023-cü il 10 may tarixinədək (2023-cü il 2 may+8 gün), 2020-ci il 17 aprel tarixli 909344 saylı elektron qaimə üzrə 2023-cü il 30 aprel tarixinədək (2023-cü il 22 aprel+8 gün), 2020-ci il 27 aprel tarixli 213795 saylı elektron qaimə üzrə 2023-cü il 10 may tarixinədək (2023-cü il 2 may+8 gün), 2020-ci il 27 aprel tarixli 213795 saylı elektron qaimə üzrə 2023cü il 10 may tarixinədək (2023-cü il 2 may+8 gün) olmuşdur. 19. 2023-cü il 6 dekabr tarixli 02/23 saylı maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən 2019-cu il 1 oktyabr tarixli FAS_007/19 saylı müqavilə üzrə təqdim edilmiş 2020-ci il 17 aprel tarixli 909344 saylı elektron qaimədən 2021-ci il 12 avqust tarixində iddiaçıya 3.540 manat ödəniş olunmuşdur ki, bu hal göstərilən elektron qaimə üzrə iddia müddətinin axımını kəsmiş və göstərilən elektron qaimə üzrə iddia müddətinin axımı 2021ci il 12 avqust tarixindən başlanmaqla 2024-cü il 12 avqust tarixinədək davam edir. Bu halda, 2019-cu il 1 oktyabr tarixli FAS_007/19 saylı müqavilə üzrə təqdim edilmiş 2020-ci il 17 aprel tarixli 909344 saylı elektron qaimə üzrə borc məbləğinə münasibətdə iddia müddəti tətbiq oluna bilməz.
20. İddiaçı göstərilən tələblə bağlı məhkəməyə 2023-cü il 7 avqust tarixində müraciət etmişdir. Bu halda iddiaçının tələb etdiyi məbləğlər üzrə iddia müddəti (hər üç müqavilə üzrə iddia müddətləri 2023-cü il 10 may tarixində bitmişdir) 2 ay 27 gün (2023-cü il 10 may – 2023-cü il 7 avqust) keçmişdir. İddiaçı tərəfindən iddia müddəti keçmiş müqavilələr üzrə müddətin axımının kəsilməsinə dair cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
21. Məhkəmə iddia müddəti ilə bağlı iddiaçının iddia tələbi ilə ilk dəfə müraciət etdiyi və məhkəmədə olduğu müddət barədə gətirdiyi dəlilə münasibətdə həmin iddianın məhkəmə tərəfindən baxılmamış saxlanıldığını, bu halda iddia müddətinin heç bir dəyişkənliyə uğramadan ümum i qaydada davam etdiyini bildirmişdir. Belə ki, iddia irəli sürülənədək başlanmış iddia müddəti qüvvədə qalır və ümumi iddia müddətinə daxil edilir. Buna görə də iddianın ilk dəfə məhkəmədə olduğu müddət dayandırılmış müddət kimi nəzərə alına bilməz.
22. Məhkəmə iddia tələbinin 2019-cu il 1 oktyabr tarixli FAS_007/19 saylı müqavilə üzrə ödənilməmiş 1.699,20 manat (ƏDV daxil) məbləğində borcun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin həmin müqavilə üzrə xidmətlərin göstərilməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə xidmətlərin göstərilməsi barədə göndərilmiş elektron qaimənin ləğvi ilə müraciət etməməsi, eyni zamanda həmin müqavilə üzrə ödənişlər etməsi göstərilən müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmiş olması qəna ətinə gəlməyə əsas verir.
23. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 367.1, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 375.1, 375.2, 379.1.6, 379.4-1, 380.1, 381.1, 390.1, 399.1, 442-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmadığı hissədə ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verildiyini nəzərə alaraq qətnamənin əsaslığını yalnız iddianın təmin edilməmiş hissəsində yoxlamışdır.
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının 2024-cü il 30 aprel tarixli 2-2(103)-323/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).
27. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilələrin 5.2ci bəndində cavabdehin ödəniş etməsi ilə bağlı öhdəliyin icrası müddətinin müəyyən edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddia müddətinin axımının başlanması anı kimi elektron qaimələrin tarixləri götürülməli və MM-in 368, 370.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla iddia müddətləri hesablanmalıdır. Bu qaydada müddətlər hesablandıqda isə iddia müddətinin axımı 2019-cu il 13 sentyabr tari xli AUD_066/19 saylı müqavilə üzrə 2020-ci il 27 aprel tarixli 214488 saylı elektron qaimənin tarixindən 5 gün sonra 2020-ci il 3 may tarixindən; 2020-ci il 24 fevral tarixli AUD_015/20 saylı müqavilə üzrə 2020-ci il 27 aprel tarixli 213795 saylı elektron qaimənin tarixindən 5 gün sonra 2020-ci il 3 may tarixindən; 2020-ci il 26 fevral tarixli AUD_018/20 saylı Xidmət müqaviləsi üzrə 2020-ci il 27 aprel tarixli 213795 saylı elektron qaimənin tarixindən 10 gün sonra 2020-ci il 8 may tarixindən başlamışdır. Üç illik iddia müddəti 2019-cu il 13 sentyabr tarixli müqavilə üzrə 2023-cü il 3 may tarixinədək; 2020-ci il 24 fevral tarixli AUD_015/20 saylı müqavilə üzrə 2023-cü il 3 may tarixinədək; 2020-ci il 26 fevral tarixli AUD_018/20 saylı müqavilə üzrə 2023-cü il 8 may tarixinədək davam etmiş dir.
28. Eyni zamanda 2021-ci il 8 dekabr tarixindən 2021-ci il 16 dekabr tarixinə qədər 8 gün tərəflər arasında mediasiya prosesi tətbiq olunduğundan iddia müddətinin axımı göstərilən dövrdə dayanmışdır. Beləliklə, iddiaçının tələb üzrə iddia müddətlərinin üzərinə 8 gün əlavə olunduqda, iddia müddəti 2019-cu il 13 sentyabr tarixli AUD_066/19 saylı müqavilə üzrə 2023-cü il 11 may tarixində; 2020-ci il 24 fevral tarixli AUD_015/20 saylı müqavilə üzrə 2023-cü il 11 may tarixində və 2020-ci il 26 fevral tarixli AUD_018/20 saylı müqavilə üzrə 2023-cü il 16 may tarixində bitmişdir. İddiaçı isə 2023-cü il 7 avqust tarixində məhkəməyə müraciət etmişdir.
29. Məhkəmə kollegiyası iddia müddəti ilə bağlı iddiaçının dəlillərini əsaslı hesab etməyərək göstərmişdir ki, MM-in 380.1-ci maddəsində iddia mü ddətinin axımının kəsilməsinə səbəb olan iki hal müəyyən edilmişdir. Birincisi, tələbkar tərəfindən müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi, ikincisi, borclu şəxs tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsi. MM-in 380.2-ci maddəsinin dispozisiya şərtlərinə əsasən isə müəyyən edilir ki, iddia müddətinin axımı kəsildikdə, keçmiş vaxt yeni müddətə daxil edilmir, yəni iddia müddəti sıfırlanır və yenidən hesablanmaya başlanır. Məsələn borclu tərəfindən qismən ödəniş edildiyi halda iddia müddətinin axımı kəsilir və yeni müddətin hesablanması başlanır.
30. Tələbkar tərəfindən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldüyü halda isə başqa nəticə yaranır. Belə ki, bu halda iddia müddətinin axımı kəsilir, işə baxıldığı bütün müddət üzrə iddia müddətinin hesablanması nda fasilə yaranır və mübahisəni mahiyyəti üzrə həll edən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər yeni müddətin hesablanması başlanmır. Həmin qərarla tərəflər arasında olan bütün mübahisə həll edildikdə mübahisəyə son qoyulur, mübahisə qismən həll edildikdə isə (məsələn: kredit müqaviləsi üzrə tam borc deyil, onun bir hissəsinin ödənilməsi tələbi irəli sürülür və s.) yeni müddətin hesablanması başlanır.
31. Bununla yanaşı, iddia müddətinin axımının kəsilməsinə səbəb olan tələbkarın iddiası mahiyyəti üzrə həll olunmadan baxılmamış da saxlanıla bilər. Bu halda isə MM-in 381.1-ci maddəsində müəyyən edilən nəticə yaranır və iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni həmin iddianın irəli sürülməsi artıq iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddət başlanmış iddia müddətindən çıxılmır.
32. Əks yanaşma, yəni həmin müddətin başlanmış iddia müddətindən çıxılması iddia müddətinin kəsilməsi anlayışına ziddir. Çünki iddia müddətinin axımının kəsilməsi müddətin dayandırılması ilə deyil, sıfırlanaraq yenidən hesablanması ilə nəticələnir. Yalnız cinayət işində irəli sürülmüş iddiaya dair qanunvericilikdə başqa qayda müəyyən edilmiş, mülki qanunvericilik cinayət işində irəli sürülmüş iddiaya dair başqa qaydanı, yəni həmin iddianın irəli sürülməsini iddia müddətinin kəsilməsi kimi deyil, dayandırılması kimi müəyyən etmişdir.
33. Bu baxımdan, iddiaçının birinci dəfə məhkəməyə müraciət etdiyi 2022-ci il 14 aprel tarixindən həmin iddianın baxılmamış saxlanması barədə qərardadın qüvvəyə mindiyi 2023-cü il 15 fevral tarixinə qədər olan müddətin iddia müddətindən çıxılması üçün əsaslar mövcud deyil və həmin müddət də axımı yuxarıda qeyd edilmiş tarixlərdən başlanmış iddia müddətinə daxil edilir.
34. Məhkəmə kollegiyası tərəflər arasında olan işgüzar adətlərə görə ödənişlərin elektron qaimənin göndərildiyi tarixdən 5 gün müddətində deyil, daha çox müddət keçdikdən sonra həyata keçirilməsi və ona görə də iddia müddətinin axımının başlanmasının işgüzar adətlərə uyğun hesablanması barədə dəlilləri də əsaslı hesab etməmişdir. Belə ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddiaçının qeyd olunan dəlillərinin əsaslı hesab edilməsinin hüquqi nəticəsi ondan ibarətdir ki, hazırkı mübahisəyə MM-in 3 77.1-ci maddəsi tətbiq edilməlidir. Həmin maddəyə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Lakin həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilə bilməz.
35. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MM-in 11.1, 368, 370.2, 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 381.1, 381.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
36. İddiaçı kassasiya şikayəti verərək, qətnamə nin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. MM-in 377.3-cü maddəsi üzrə - İddiaçı, bütün müqavilələr üzrə cavabdehə 2022-ci il 11 mart tarixli pretenziya bildirişi göndərmiş və cavabdeh həmin pretenziyanı 2022-ci il 30 mart tarixində almışdır. Qeyd edilən pretenziyada iddiaçı tərəfindən cavabdehə öhdəliklərin icrası üçün 10 gün, yəni 2022-ci il 9 aprel tarixinədək güzəşt müddəti verilmişdir. Bununla da bütün müqavilələr üzrə iddia müddətinin axımı 2022-ci il 10 aprel tarixindən başlanmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almamış və maddi normanın tətbiqində yanlışlığa yol vermişdir.
38. MM-in 377.1-ci maddəsi üz rə - Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günü iddiaçı tərəfindən cavabdehə elektron qaimələrin təqdim edilməsindən sonraya müəyyən etmişdir. Məhkəmə iddiaçının göndərdiyi pretenziyanın tarixlərini, həmin pretenziyada verilən güzəşt müddətini, tərəflər arasında olan işgüzar münasibətləri nəzərə almamışdır.
39. MM-in 375.2-ci maddəsi üzrə - İddia müddəti ötürülmədiyindən, iddia müddətinin ötməsi ilə bağlı olaraq iddianın rədd edilməsi qanunsuzdur.
40. MM-in 381.1-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi qeyd edilən normanı yanlış tətbiq etmişdir. Belə ki, maddədə qeyd edildiyi kimi iddia baxılmamış saxlandıqda, iddia müddətinin axımı davam edir. Yəni MM-in 380-ci maddəsinin tələblərindən fərqli olaraq iddia müddəti yenidən hesablanmağa başlanmır. Qanunverici “iddia müddətinin axımı ümumi qaydada hesablanır” şəklində müəyyən etdiyi halda, məhkəmənin mövqeyi əsaslı ola bilərdi. Lakin göründüyü kimi, qanunverici “davam edir” ifadəsini istifadə etməklə işin məhkəmədə baxıldığı müddətin iddia müddətinin axımına daxil olmadığını müəyyən etmişdir.
41. MM-in 380-ci maddəsi üzrə - İddiaçı ilk dəfə eyni mahiyyətli iddia ilə 2022-ci il 14 aprel tarixində məhkəməyə müraciət etmiş, həmin iddia üzrə yekun məhkəmə aktı 2023cü il 15 fevral tarixində qəbul edilmişdir (iddia baxılmamış saxlanmışdır). İddianın ilk dəfə baxılması 10 ay 1 gün zaman almış, yəni bu müddət ərzində iddia müddəti kəsilmişdir. Həmçinin iddiaçı cavabdehə 2022-ci ilin mart ayında pretenziya göndərərək, hazırkı iddia predmeti üzrə i ddialarını irəli sürmüş və həmin pretenziyada cavabdehə güzəşt müddəti vermişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddia müddətinin kəsilməsi hallarını əsassız olaraq nəzərə almamışdır.
42. MM-in 553-cü maddəsi üzrə - MM-in 27-ci fəsli öhdəliklərə xitam verilməsinin hüquqi əsaslarını müəyyən edir. Həmin fəslin 5-ci paraqrafı məhz müddətin keçməsinə görə öhdəliyin xitamının hüquqi əsaslarını müəyyən edir. Həmin 5-ci paraqrafda yer alan 553-cü maddənin tələbinə görə, ixtiyarlı şəxs məhkəməyə iddia verirsə, öhdəliyin icrası üçün müəyyən edilən müddət axımı kəsilir. Müddətin kəsilməsi iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilənədək davam edir. Göründüyü kimi, MM-in xüsusi hissəsinin öhdəliyin məhz müddət keçməsi ilə bağlı xitamının əsasını tənzimləyən norması imperat iv olaraq məhkəmədə iddia olduğu təqdirdə müddət axımının kəsildiyini müəyyən edir. Qanunverici qeyd edilən sahəvi/xüsusi normada iddianın baxılmamış saxlanmasının müddət axımına təsiri barədə məsələyə toxunmamaqla, iddianın baxılmamış saxlanmasının müddət axımı məsələlərinə aidiyyətinin olmadığını müəyyən etmişdir. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 15 fevral tarixli qərarında ifadə olunmuş mövqeyə görə, MM-in 377 və 552.1-ci maddələri ilə müəyyən edilən müddətlərin axımının başlanması, 380 və 553-cü maddələri ilə nəzərdə tutulan müddətlərin kəsilmə si, habelə onların dayandırılması (379 və 552.2-ci maddələr) qaydaları eynilik təşkil edir, yəni formasından asılı olmayaraq iddia irəli sürüldüyü təqdirdə iddia müddətinin axımı kəsilir. Hazırkı iddia üzrə iddiaçının cavabdehə pretenziya göndərməsi, güzəşt müddəti müəyyən etməsi, habelə ilk iddianı (baxılmamış saxlanılan iddia) məhkəmədə qaldırması iddia müddətinin axımını kəsən hallardır. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən normanı tətbiq etməmiş, bununla da maddi normaların tətbiqində yanlışlığa yol vermişdir.
43. MPM-in 386, 418.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi MM-in 375, 377, 380, 381 və 553-cü maddələrinin tətbiqində səhvə yol vermişdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından tam olaraq yoxlanılacaqdır.
46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
368. Müddətin başlandığını bildirən vaxt Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.” “Maddə
370. Qeyri-iş günlərində müddətlərin hesablanması... 370.2. Əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır.” “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı h ərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.” “Maddə
381. İddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 381.2. Əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır.”
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarında müəyyən edilmişdir ki: “O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 377-ci və 552.1-ci maddələri ilə müəyyən edilən müddətlərin axımının başlanması, 380-ci və 553-cü maddələri ilə nəzərdə tutula n müddətlərin kəsilməsi, habelə onların dayandırılması (379-cu və 552.2-ci maddələr) qaydaları eynilik təşkil edir.... Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.” 49. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
88. Sübutların qiymətləndirilm əsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilmə si şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
51. İddiaçının bütün müqavilələr üzrə cavabdehə 2022-ci il 11 mart tarixli pretenziya bildirişi göndərməsinə və pretenziyada öhdəliklərin icrası üçün verilmiş 10 günlük güzəşt müddəti bitdikdən sonra bütün müqavilələr üzrə iddia müddətinin axımının 2022-ci il 10 aprel tarixindən başlanmasına dair dəlillərlə bağlı qeyd olunur ki, sözügedən pretenziyaların nə vaxt göndərildiyindən asılı olmayaraq, iddia müddətinin axımının başlanması hazırkı halda MM-in 377.2-ci maddəsinin (bax § 47) tələblərinə uyğun olaraq, müqavilə şərtləri ilə müəyyənləşdirilmiş tarixdən hesab lanmalıdır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, mübahisəli müqavilələrin 5.2-ci bəndində cavabdehin ödəniş etməsi ilə bağlı öhdəliyinin icrası müddəti konkret müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının başlanması vaxtını həmin müqavilə şərtinə uyğun olaraq müəyyən etməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
52. MM-in 380 və 381.1-ci maddələrinin məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, məhkəmə kollegiyası həmin maddələrin tətbiqi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdığından sözügedən dəlillər üzrə təkrar hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzu m görmür.
53. Kassator öz dəlillərində hesab edir ki, MM-in öhdəliklərə xitam verilməsinin hüquqi əsaslarını müəyyən edən 27-ci fəslinin 5-ci paraqrafında yer alan 553-cü maddənin tələbinə görə, ixtiyarlı şəxs məhkəməyə iddia verirsə, öhdəliyin icrası üçün müəyyən edilən müddət axımı kəsilir. Müddətin kəsilməsi iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilənədək davam edir. Göründüyü kimi, MM-in xüsusi hissəsinin öhdəliyin məhz müddət keçməsi ilə bağlı xitamının əsasını tənzimləyən norması imperativ olaraq məhkəmədə iddia olduğu təqdirdə müddət axımının kəsildiyini müəyyən edir. Qanunverici qeyd edilən sahəvi/xüsusi normada iddianın baxılmamış saxlanmasının müddət axımına təsiri barədə məsələyə toxunmamaqla, iddianın baxılmamış saxlanmasının müddət axımı məsələlərinə aidiyyə tinin olmadığını müəyyən etmişdir. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 15 fevral tarixli qərarında ifadə olunmuş mövqeyə görə, MM-in 377 və 552.1-ci maddələri ilə müəyyən edilən müddətlərin axımının başlanması, 380 və 553-cü maddələri ilə nəzərdə tutulan müddətlərin kəsilməsi, habelə onların dayandırılması (379 və 552.2-ci maddələr) qaydaları eynilik təşkil edir, yəni formasından asılı olmayaraq iddia irəli sürüldüyü təqdirdə iddia müddətinin axımı kəsilir.
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilləri ilə də razılaşmır.
55. Belə ki, iddiaçının da istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Kon stitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarında (bax § 48) MM-in 377 və 552.1-ci maddələri ilə müəyyən edilən müddətlərin axımının başlanması, 380 və 553-cü maddələri ilə nəzərdə tutulan müddətlərin kəsilməsi, habelə onların dayandırılması (379 və 552.2-ci maddələr) qaydalarının eynilik təşkil etdiyi müəyyən edilmişdir.
56. Konstitusiya Məhkəməsi Plenumu belə nəticələrə gəlmişdir ki, MM-in 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir; həmin paraqraf qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə MM-in 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir.
57. Bu hüquqi mövqelərə istinadən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia müddətlərinin axımının başlanması, kəsilməsi, dayandırılması məsələləri məhz MM-in 18ci fəslinin müddəalarına uyğun şəkildə həll edilməlidir. Belə olan halda isə, iddia məhkəmə tərəfindən baxılmamış saxlanıldığı halda, iddia müddətinin axımı məhz MM-in 381-ci maddəsinin (bax § 47) tələblərinə uyğun həll edilməlidir ki, məhkəmə kollegiyası da yuxarıda qeyd olunduğu kimi, bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.
58. O da qeyd olunmalıdır ki, kassator, iddia müddətinin tətbiqinə dair nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan müvafiq sübutlara düzgün qiymət verilmədiyinə dair hər hansı dəlil gətirə bilməmişdir.
59. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegi yası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 49) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 49) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
60. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 aprel tarixli 2-2(103)-323/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı A pellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 aprel tarixli 22(103)-323/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.