Məhkəmə qərarları › İş №2-2(102)-508/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-508/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-508/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətə qarşı iş üzrə QƏRAR 2-2(102)-508/2023 27.10.2023 Açar sözlər: subpodrat müqaviləsi üzrə borc Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Nurməmmədov Əhməd Gülməmməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, ilkin İddiaçınin ilkin Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçınin Azərbaycan Respublikasındakı Filialı) qarşı borcun ödənilməsi tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı cavabdeh İddiaçınə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 may tarixli 2-2(103)-333/2023 saylı qətnaməsindən ilkin İddiaçıni və ilkin Cavabdeh MMC tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı (podratçı), Cavabdeh MMC (subpodratçı) və “Tekfen İnşaat və Təsisat A.Ş” (baş podratçı) arasında bağlanmış 2019-cu il 11 noyabr tarixli 005_ANEL MoT nömrəli subpodrat müqaviləsinə əsasən, ünvan 1 ünvanda Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün icra ediləcək layihə üzrə santexnika, istiliksoyutma və yanğın söndürmə boru sisteminin quraşdırılması işlərinin yerinə yetirilməsi Cavabdeh MMC-yə həvalə edilmiş, müqaviləyə 2020-ci il 29 iyu l tarixli bildirişə əsasən podratçı tərəfindən birtərəfli qaydada həmin tarixdə xitam verilmişdir.

2. İşdəki 2020-ci il 13 yanvar tarixli, 2020-ci il 17 yanvar tarixli, 2020-ci il 13 fevral tarixli, 2020-ci il 16 mart tarixli, 2020-ci il 21 aprel tarixli, 2020-ci il 19 may tarixli, 2020-ci il 18 iyun tarixli, 2020-ci il 22 iyun tarixli, 2020-ci il 16 iyul tarixli, 2020-ci il 23 iyul tarixli, 2020-ci il 24 iyul tarixli ödəniş tapşırıqlarından və iddiaçının iş materiallarının 1-ci cildinin 107-ci vərəqinə əlavə edilmiş 2021-ci il 9 mart tarixli arayışına əsasən, subpodrat müqaviləsi üzrə cavabdehə ƏDV-siz 581.848,06 manat pul ödənilmişdir.

3. Qarşılıqlı iddia ərizəsində cavabdeh iddiaçı tərəfindən ƏDV-siz ödənilmiş məbləğin 581.844 manat olduğunu, görülmüş iş həcminin 625.567 manat olduğunu qeyd etmişdir.

4. Hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmiş 2020-ci il 15 may tarixli pul tələbləri və öhdəlikləri haqqında üzləşmə aktına əsasən 2020-ci il 14 may tarixə Cavabdeh MMC-nin İddiaçınin Azərbaycan Respublikasındakı Filialına 2019-cu il 11 noyabr tarixli 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsi üzrə göstərilmiş xidmətlərlərin dəyəri də daxil olmaqla 157.599,40 manat təşkil etmiş, həmin pul öhdəliyinin (borcun) tərkibinə podratçı tərəfindən müqaviləyə bir saylı əlavənin 4.2-ci bəndinə əsasən öhdəliklərin təminatı olaraq tutulmuş 40.970 manat zəmanət məbləği də daxil olmuşdur. Tərəflər razılaşmışlar ki, zəmanət məbləği çıxıldıqda Cavabdeh MMC-nin İddiaçınin Azərbaycan Respublikasındakı Filialına yekun borcu 68.605,53 ABŞ dolları (157.599,40-40.970=116.629,40 manat) təş kil edir. Üzləşmə aktına əsasən bu borcun 73.780 manatı beh (avans) məbləği olmuşdur.

5. Üzləşmə aktı tərtib edildikdən sonra iddiaçı 2020-ci il 14 sentyabr tarixində öhdəliyin təminatı üzrə qarantiya vermiş "xxxx" ASC-yə müracət edərək cavabdehə ödənilmiş avansın qaytarılmamış hissəsinin 75.638,05 manatın (64.100,04 manat əsas borc+11.538,01 manat ƏDV) qaytarılmasını xahiş etmiş, həmin məbləğ 2020-ci il 14 oktyabr tarixində qarant bank tərəfindən iddiaçıya ödənilmişdir (1-ci cild 86-88-ci vərəqlər).

6. İş materiallarının 2-ci cildinin 34-cü vərəqinə əlavə edilmiş izahatda iddiaçı cavabdehin gördüyü işlərin dəyərinin 540.572,09 manat, müqavilə şərtlərinə əsasən zəmanət müddəti üçün tutulan ayırmalar 218.044,84 manat çıxıldıqdan sonra iddiaçıya ödənilməli məbləğin 322.527,25 manat təşkil etdiyi, iddiaçıya ödənilmiş ƏDV-siz pul məbləğinin 506.210,01 manat (qarant bank tərəfindən 75.638,05 manat qaytarıldıqdan sonra) təşkil etdiyi, faktiki ödənilmiş məbləğ ödənilməli məbləğdən çıxıldıqda (506.210,01- 322.527,25) 183.682,76 manat fərq yarandığı, bu məbləğin üzərinə 18 faiz ƏDV gəldikdə 216.745,67 manat borc yarandığı qeyd edilmişdir.

7. Tərəflər arasında işlərin görülməsi aralıq ödəniş sertifikatları (hakediş raporları) ilə rəsmiləşdirilmiş, sonuncu hakediş raporu 2020-ci il 30 iyun tarixində 9 saylı hakediş raporu olmuşdur. Həmin sənəddə qüllə layihəsi çərçivəsində (santexnika, istilik-soyutma, yanğınsöndürmə quraşdırma işləri) müqavilə üzrə görülmüş işlərin ümumi dəyəri – ƏDV xaric 294.155,02 ABŞ dolları, müqavilədən kənar görülmüş işlərin dəyəri ƏDV xaric 73.828,56 ABŞ dol ları, o cümlədən bu aralıq ödəniş (hakediş) hesabatı üzrə 25.000 ABŞ dolları, görülmüş işlərin dəyəri cəmi 367.983,58 ABŞ dollar; çıxılmalar, avans məbləği 27.674,81 ABŞ dolları, zəmanət məbləği 27.674,81 ABŞ dolları, tikinti ilə bağlı çıxılmalar 35.751,81 ABŞ dolları, çıxılmaların (tutmaların) ümumi məbləği ƏDV xaric 91.100,75 ABŞ dolları təşkil edir. Ödənilməli məbləğ (ƏDV xaric), bu hesabat üzrə 276.882,83 ABŞ dolları, o cümlədən əvvəlki ödəniş hesabatları üzrə 251.882,83 ABŞ dolları, bu ödəniş hesabatı üzrə 25.000 ABŞ dolları təşkil edir. Ödəniş hesabatı (hakediş raporu) podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. 8. 2020-ci il 19 may tarixli əşyaların siyahısına (malzeme listesi) əsasən, tikintidə İddiaçı tərəfindən tədarük edilmiş, eləcə də Cavabdeh MMC-yə məxs us olan 81 adda malmaterial və avadanlıqlar mövcuddur. Bəzi əmlaklar, o cümlədən 1 ədəd 380 qaynaq aparatı və 1 ədəd pafta (vitrax) yararsız vəziyyətdədirlər. Siyahı İddiaçınin adından Məhəmməd Özgül və Cavabdeh MMC-nin adından Levent Çiçek tərəfindən imzalanmışdır.

9. İşin mübahisəsiz halıdır ki, üzləşmə aktından sonra cavabdeh tərəfindən iddiaçıya aşağıdakı elektron qaimələr göndərilmiş və iddiaçı həmin elektron qaimələr göndərilmiş və iddiaçı tərəfindən həmin qaimələr hər hansı etiraz bildirilmədən qəbul edilmiş və qismən ödəniş edilmişdir: EBAK seriyalı 086095 saylı 2020-ci il 19 may tarixli görülmüş işin dəyəri 47.800,09 manat iddiaçı tərəfindən ödənilmişdir. EBAL seriyalı 612537 saylı 2020-ci il 25 iyun tarixli görülmüş işin dəyəri 12.124,26 manat iddiaçı tərəfindən 9.699,41 manat öd ənilmişdir; (fərq 2.424,85 manat) - EBAL seiyalı 408542 saylı 2020-ci il 25 iyun tarixli görülmüş işin dəyəri 71.610,31 manat iddiaçı tərəfindən 40.718,65 manat ödənilmişdir; (fərq 30.891,66 manat) EBAM seriyalı, 428468 saylı 2020-ci il 15 iyul tarixli görülmüş işin dəyəri 34.918,24 manat iddiaçı tərəfindən ödənilmişdir. EBAM seriyalı, 727007 nömrəli, 2020-ci il 23 iyul tarixli görülmüş işin dəyəri 50.150 manat iddiaçı tərəfindən ödənilmişdir. EBAM seriyalı, 850909 nömrəli, 2020-ci il 27 iyul tarixli görülmüş işin dəyəri 50.150 manat iddiaçı tərəfindən ödənilmişdir.

10. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən cavabdehə 13.512,02 manat ƏDV daxil 88.578,77 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı 2020-ci il 12 noyabr tarixli, EBAS seriyalı, 489849 nömrəli və 5.79 5,06 manat ƏDV daxil 37.989,86 manat dəyərində xidmətlərin göstərilməsinə dair 2020-ci il 10 dekabr tarixli, EBAT seriyalı, 711892 nömrəli elektron qaimələr göndərilmişdir. Hər iki qaimədə qaimənin tərtib edilmə əsası kimi üzləşmə aktına istinad edilmişdir.

11. İşdəki məktublara əsasən, Cavabdeh MMC sistem tərəfindən təqdim edilmiş həmin qaimələrin ləğv edilməsi üçün İddiaçınin Azərbaycan Respublikasındakı Filialına və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi elektron qaimə fakturanın ləğv edilməsi barədə müraciətə cavab məktubuna əsasən, elektron qaimə fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır və elektron qaimə-faktura ləğv edildikdən sonra alıcının e-qutusuna bu bar ədə məlumat göndərilir, bu səbəbdən vergi ödəyicisi tərəfindən elektron qaiməfakturanın ləğv edilməsi və ya düzəliş edilməsi vergi orqanının səlahiyyətlərinə aid edilməmişdir. 12. 340 saylı material üzrə Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 2021-ci il 30 aprel tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, X5 və X1 ərizələri əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün, cinayət işinin başlanması rədd edilmişdir. 2021-ci il 30 aprel tarixli qərarda qeyd edilmişdir ki: aparılmış araşdırma zamanı İddiaçınin Azərbaycan Respublikasındakı Filialının rəhbəri Atilla Canpolat, 2021- ci il 19 aprel tarixli M-07/04.21 nömrəli məktubla Nərimanov RPİ-nin Təhqiqat şöbəsinə müraciət edərək, Cavabdeh MMC ilə rəhbəri olduğu şirk ət arasında imzalanmış 2019-cu il 11 noyabr tarixli 005 Anel Mot saylı subpodrat müqaviləsinə əsasən, subpodratçıya məxsus olan avadanlıq, qurğu və alətlərin ona geri qaytarılmasının hal-hazırda mümkün olmadığını bildirmişdir.

13. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə təqdim edilmiş (EMİS-ə yüklənmiş) subpodratçı Cavabdeh MMC-yə məxsus olan, subpodrat işlərinin tamamlanması üçün podratçı tərəfindən istismara cəlb olunmuş avadanlıqların və alətlərin siyahısından görünür ki, həmin siyahıda aşağıdakı əşyalar qeyd edilmişdir: 1 ədədi 350 manat dəyərində olan 32 ədəd iskele 2.3-3.5 m, 1 ədədi 450 manat dəyərində olan 2 ədəd iskele 3 m-5 m, - 1 ədədi 100 manat dəyərində olan 4 ədəd A tipi nərdivan (9 pilləli), - 1 ədədi 120 manat dəyərində 4 ədəd A tipi nərdivan (1 1 pilləli), - 1 ədədi 100 manat dəyərində olan 8 ədəd Məngənə (dəzgah tipi), - 1 ədəd yararsız vəziyyətdə 380 v. qaynaq aparatı, - 1 ədədi 250 manat dəyərində olan 1 ədəd 220 v. qaynaq aparatı, - 1 ədəd yararsız vəziyyətdə olan pafta (vitrax), - 1 ədədi 1400 manat dəyərində olan 1 ədəd yiv makinası (Rothenberger), - 6 ədəd dn 50 (2”) -4 ədəd dn 40 (1 ½”) ölçüdə boru açarlar.

14. İddiaçınin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə göndərilmiş 2020-ci il 21 dekabr tarixli pretenziya məktubunda 2020-ci ilin noyabr və dekabr aylarında göndərilmiş elekron qaimələr üzrə 126.568,63 manat borcun və 2020-ci il 30 iyun tarixli 8 və 9 saylı aralıq ödəniş sertifikatları və onların əlavələrinə əsasən ödənilmiş 100.300 manat əlavə iş avansının, cəmi 226.868,63 manat pulun 5 bank günü ərzi ndə ödənilməsi xahiş olunmuşdur.

15. Cavabdeh MMC-nin pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-dən vurulmuş 107.823 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəmə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

16. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı ilkin iddia ərizəsi ilə 2021-ci il 14 yanvar tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən İddiaçınin Azərbaycan Respublikasındakı Filialına vurulmuş zərərin əvəzi olaraq 226.868,63 manat məbləğində pul vəsaitinin və İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 22 6.898,63 manat məbləğdə pulun cavabdehdən tutularaq İddiaçınin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı (podratçı) ilə cavabdeh (subpodratçı) arasında imzalanmış 2019-cu il 11 noyabr tarixli 005_ANEL MoT saylı subpodrat müqaviləsinə əsasən, subpodratçı “Vergilər Nazirliyinin yeni inzibati binası” layihəsində sanitar-texniki, istilik-soyutma və yanğın söndürmə boru sisteminin quraşdırılması, müayinəsi, qüsurlarının aradan qaldırılması, tamamlanması, istismara təqdim olunması işlərini həyata keçirməyi və görülmüş işlərin nəticələrini podratçıya təhvil verməklə onlara zəmanət verməyi, podratçı isə bunun müqabilində razılaşdırılmış məbləğd ə muzd ödəməyi öz öhdəsinə götürmüşdür. 2020-ci il 29 iyul tarixində müqavilənin 1 saylı əlavəsinin 10.2-ci bəndinin (ii), (iii) və (iv) yarımbəndləri əsasında və müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ona podratçı tərəfindən xitam verilmişdir. Müqavilənin 1 saylı Əlavəsinin (“Ümumi Şərtlər”) və 8 saylı Əlavəsinin (“Məsuliyyət Matrisi”) müddəalarına uyğun olaraq, layihənin icra olunduğu ərazidə subpodratçı üçün bir sıra xidmətlər və əmtəələr podratçı tərəfindən təmin edilmişdir. Belə ki, müqavilənin 1 saylı Əlavəsinin 4.1.6-cı bəndinə görə, podratçı tərəfindən təsdiq edilən aralıq ödəniş sertifikatı subpodratçı tərəfindən düzgün şəkildə icra olunan subpodrat müqaviləsi üzrə işlərin ümumi dəyərini əhatə edir və bu, aşağıdakılar çıxıldıqdan sonra edilir:...Subpodratçının məsuliyyət i altında olan və podratçı tərəfindən həyata keçirilən xidmətlərin məbləği...”. Müqavilənin 8 saylı Əlavəsi ilə təsdiq olunmuş məsuliyyət matrisi cədvəllərinə uyğun olaraq, subpodratçının işçi heyətinin yemək təminatı, su təminatı, elektrik enerjisi istehlakı, tullantılarının daşınması, dezinfeksiya, texniki təhlükəsizlik və əməyin mühafizəsi, inşaat sahəsinin təmizlənməsi və işçi heyətinin təlimi xidmətləri podratçı tərəfindən təmin olunmuşdur. Lakin bunların dəyəri subpodratçı tərəfindən podratçıya qismən ödənilmiş və nəticədə subpodratçının filiallarına aşağıda göstərilən məbləğdə ödənilməmiş borcu qalmışdır. Podratçı tərəfindən subpodratçının xeyrinə təmin edilmiş xidmətlər və əmtəələrin dəyərinin müəyyən qismi tərəflər arasında imzalanmış aralıq ödəniş sertifikatları (“hakediş”) əsası nda subpodratçının alacağı məbləğlərdən tutulmuş, lakin 126.568,63 manat (ƏDV daxildir) təşkil edən qismi subpodratçı tərəfindən podratçıya qaytarılmamışdır. Subpodratçının borcunun qaytarılması üçün ona 2020-ci il 12 noyabr tarixində 88.578,77 manat, 2020-ci il 10 dekabr tarixində isə 37.989,86 manat məbləğində elektron qaimələr təqdim olunmuş (88.578,77 + 37.989,86 = 126.568,63), lakin ödənilməsi subpodratçı tərəfindən bugünə qədər təmin edilməmişdir. Bundan əlavə, tərəflər arasında imzalanmış 2020-ci il 30 iyu tarixli 8 saylı və 2020-ci il 30 iyun tarixli 9 saylı aralıq ödəniş sertifikatlarına və onların əlavələrinə uyğun olaraq, podratçı tərəfindən subpodratçıya 100.300 manat (ƏDV daxildir) əlavə iş avansı (beh) ödənilmiş, lakin subpodratçı bunun müqabilində icra etməli olduğu subpodra t işlərini tamamlamamış və podratçıya təhvil verməmişdir. Beləliklə, müqavilənin xitamı tarixinə qədər subpodratçının (cavabdehin) podratçı (İddiaçınin Azərbaycan Respublikasındakı Filialı) qarşısında müqavilədən irəli gələn borcu ƏDV daxil olmaqla 226.868,63 manat (126.568,63 + 100.300,00 = 226.868,63) təşkil etmişdir. Cavabdehin öz borcunu ödəməsi üçün onunla aparılmış danışıqlar, habelə cavabdehə təqdim olunmuş yazılı pretenziya nəticəsiz qalmışdır. Pretenziyada cavabdehə, Azərbaycan Respublikasının mülki qanunvericiliyindən irəli gələn vəzifələrinin pozuntusuna yol verdiyi və bununla filiallarına zərər vurduğu izah olunmuş, borcunu ödəyərək pozuntunu aradan qaldırması üçün lazımi tədbirlər görməsi tələb olunmuş borcunu ödəməyəcəyi təqdirdə hüquqlarının müdafiəsi üçün Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət olunacağını izah edilmiş, həmçinin borcunu ödəməyəcəyi təqdirdə hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, cavabdeh bugünədək pretenziyaya etirazını bildirməmiş və borcunu ödəməmişdir. Cavabdehin öz mülki vəzifələrindən və öhdəliklərindən, o cümlədən İddiaçınin Azərbaycan Respublikasındakı Filialına vurduğu 226.868,63 manat məbləğində zərərin əvəzini ödəməkdən əsassız yayındığını nəzərə alaraq hesab edirlər ki, o, qanunvericiliklə müəyyən olunmuş qaydada tam həcmdə mülki məsuliyyətə cəlb olunmalıdır. 18. 2021-ci il 15 mart tarixində ilkin İddiaçınin Azərbaycan Respublikası ndakı Filialı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən İddiaçınin Azərbaycan Respublikasındakı Filialına vurulmuş zərərin əvəzi qismində 216.745,67 manat məbləğində pul vəsaitinin və İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 216.775,67 manat məbləğdə pulun cavabdehdən tutularaq İddiaçınin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 385.1, 442, 443, 448-ci maddələrinə istinad edilmişdir.

20. Cavabdeh İddiaçınin Azərbaycan Respublikasındakı Filialına qarşı qarşılıqlı iddia ərizəsi ilə 2021-ci il 27 aprel tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçınin Azərbaycan Respublikasındakı Filialından cavabdehin xeyrinə 1.699.401 manat tutulmasını xahiş etmişdir.

21. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, işçilərin yemək təminatı kimi göstərilən məbləğ tamamilə absurddur. Odur ki, iddianın əsası kimi pul tələbi əsassızdır və təmin edilə bilməz. Eyni zamanda 2020-ci il 10 dekabr tarixində EBAT 711892 saylı yazılmış elektron qaiməyə uyğun olaraq bildirmişdilər ki, əsas məbləğ 32.194,8 (ƏDV 5.795,06) yekun təsdiqlənib. Onlar belə bir əməliyyat olduğunu təsdiqləmir. Orada göstərilən qədər işçi işləmir. 2019-cu il 11 noyabr tarixində subpodrat müqaviləsinə əsasən, bank çıxarışına əsasən ümumi işin dəyəri 1.147.500 manat təşkil etmişdir. İlk iddia üzrə cavabdeh tərəfindən 625.567 mana tlıq iş görülmüşdür. İddiaçı tərəfindən isə 581.844 manat ödənilib, 43.723 manat isə qalıq qalmışdır. Daha sonra 64.100 manat məbləğində vəsait İddiaçınin Azərbaycan Respublikasındakı Filialına ödənilmiş və beləliklə də, hal-hazırda isə 107.823 borc mövcuddur. Bu işlərin görülməsi ilə əlaqədar olaraq icarəyə götürülmüş əmlaklar halhazırda həmin şirkətdədirlər. Cavabdeh olaraq, 2019-cu ilin noyabr ayında Azərbaycan Respublikası Vergilər Nazirliyinin yeni tikilməkdə olan Heydər Əliyev prospektindəki mərkəz ofis binasının mexanik təsisatının montaj işlərini 2020-ci ilin avqust ayına kimi həll etmək üçün İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilə müqavilə bağlamış və təxminən 170.000 manat məbləğində təchizat almaqla işlərini tamamladılar və 7-ci aya qədər işlərinə davam etdilər. Laki n müqavilələri İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən birtərəfli, haqsız şəkildə ləğv edildi və bütün təchizat, material və bankda olan təminat məktublarına əl qoyulmuşdur. Onlar kimi vergi ödəyicisi olan kiçik bir firma olaraq, haqsız yerə edilən bu tətbiq etmələr şirkətlərini həm maddi, həm də mənəvi olaraq çok sarsıtmışdır. Onlara qarşı edilən bütün haqsız hərəkətləri ayrıca qeyd etmək istəmişdilər: Müqavilədə iş proqramı hazırlayaraq, ən çox çalışacaqları hər ay üzrə adam sayılarını 80 nəfər olaraq müqavilələrinə əlavə etdilər və qarşılıqlı olaraq təsdiqlədilər. Lakin onlara psixoloji basqılar edərək, işdən çıxartmaqla təhdid edərək, 2, 3 və 4-cü aylarda 186 rəsmi işçi sayına qədər sayılarını artırmışlar; müqavilədə yazılmasına baxmayaraq, onlara heç bir növbə haqqı ödənilməmişdir, buna qarşılıq olaraq onları hər gün 2 saat və hər həftə sonu işləmək məcburiyyətində qoymuşlar; müqavilədə olmasına baxmayaraq, onlara bir çox əlavə iş və dəyişim işləri gördürülmüş və bunların pulu ödənilməmişdir; 15 martda pandemiyaya görə işlər dayandırılmış, onlara bütün işçilərinin mart ayının sonuna qədər maaşlarının və bütün xərclərinin İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ödəniləcəyi deyilməsinə baxmayaraq, 180-a yaxın işçiləri üçün sadəcə 7.000 ABŞ dolları bir ödəmə etmək istəmiş, onlar bu məbləği imzalamamadıqlarına görə onlara pis davranılmağa başlanılmış və psixoloji basqılar edilərək, müəyyən bir artırma edilərək, zorakı şəkildə məbləği qəbul etmələri təmin edilmişdir; Aprel ayında pandemiya dönəmində işçilərə 190 manat dövlət dəstəyinin İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ödəniləcəyi vəd edilmiş, sadəcə pandemiyaya görə içəridə çalışan məhdud sayda işçilərinin 190 manatları İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ödənilmiş, bundan sonra giriş kartları blok edilərək, içəriyə girişləri əngəllənmişdir. Digər işçilərə 190 manat məbləğləri tərəflərindən işçilərinin zərər görməməsi üçün ödənilmiş, ödəmələrin İddiaçınin Azərbaycan Respublikasındakı Filialından alınması mümkün olmamış, hətta içəridəki işçilərə ödədikləri 190 manatlar onların ödənişlərindən çıxılmışdır; sonradan İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən yeni bir müqavilə tərtib edilmiş, köhnə müqaviləni ləğv etmək istəmişlər. Onlara yeni müqavilə imzalatdırılmışdır. Lakin 2 ay keçməsinə baxmayaraq müqavilə nin bir nüsxəsi onlara verilməmiş, ödəmələr müqavilə maddələrinə görə edilməmiş və müqavilənin təsdiqlənmədiyini bəhanə edərək onların müqavilələri birtərəfli ləğv edilmişdir; daha sonra işçilərini onların şirkətlərinə keçirməkləri üçün basqılar edilmiş, qəbul etməyəcəkləri təqdirdə də işçilərin maaş və xərclərini ödəməyəcəklərini demişlər. Onlar da bu yükün altında qalmamaq üçün işçiləri İddiaçınin Azərbaycan Respublikasındakı Filialına keçirmək məcburiyyətində qaldılar. Ancaq yenə İddiaçınin Azərbaycan Respublikasındakı Filialı sözündə durmayaraq, onlara gərəkli ödəmələri etməmiş, əskik ödəmələr etmiş və 45.000 manatı DSMF-yə ödəməmişdir; bu müddət ərzində müqavilələrinin maddəsində də göstərildiyi kimi İddiaçınin Azərbaycan Respublikasındakı Filialı onlar içlər üçün 15 gün əvvəldən xə bərdarlıq etmədən başqa subpodratçı əlavə edə bilməz maddəsinə baxmayaraq, onlar işləri başqa subpodratçıya vermişdir; Mart ayından etibarən onların tərəflərindən hər hansı bir hərəkət edilməsinə icazə verilməmiş, sahələrinə buraxmamış və onların balaca bir firma olduqları üçün basqı ilə imzalatdırmışlar; sonunda isə müqavilələri işlərin vaxtında edilmədiyi bəhanə edilərək ləğv edilmişdir. Onlara bu müddətdə işçilərin maaşlarını ödəmədikləri və işləri zamanında etmədikləri üçün 3 xəbərdarlıq yazısı göndərilmiş və müqavilələri ləğv edilmişdir. Onlar da bu üç xəbərdarlıq yazısının cavabını rəsmi olaraq vermişlər. İddiaçının onlara ödəməni vaxtında etmədiyi ödəmənin banka köçürülməsindən sonrakı iki gündə işçi maaş ödəmələrinin tamamlandığını iş proqramına görə də 3-cü ayda irəlidə olduqların ı lazımi email və bank yazıları, eləcə də digər sənədlərlə sübut etmiş və cavab vermişlər; İddiaçınin Azərbaycan Respublikasındakı Filialı daha sonra öz hesablarına avans təminat məktublarının 75.000 manat qisminə haqsız əl qoymuşdur. Onlar Azərbaycanda işləmək istəyən kiçik bir Azərbaycan firması olaraq, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı heç bir sözünü yerinə yetirməmişdir.

22. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi MM-in 21.1, 21.2, 385.1, 386.1, 425.1, 442, 445, 752.1, 753.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 155, 155.2, 155.3-cü maddələrinə istinad edilmişdir.

23. Daha sonra cavabdeh məhkəməyə ərizə təqdim edərək, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının cavabdehə qarşı borcun ödənilməsi tələbinə dai r və cavabdehin İddiaçınin Azərbaycan Respublikasındakı Filialına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

24. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 avqust tarixli e-2-2(113)-971/2021 saylı, qərardadı ilə ərizə (vəsatət) təmin edilmiş, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının cavabdehə qarşı borcun ödənilməsi tələbinə dair ilkin, cavabdehin İddiaçınin Azərbaycan Respublikasındakı Filialına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə icraata xitam verilmişdir (hakim – K.Hüseynov).

25. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 avqust tarixli e-2-2(113)-971/2021 saylı iş üzrə icraata xitam verilməsi barədə qərardadının ləğv edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 26 oktyabr tarixli 2-2(103)-1269/2021 saylı qərardadı ilə İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 avqust tarixli e-2-2(113)-971/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi qərardadı ləğv edilmiş və iş üzrə icraata xitam verilməsi barədə cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Tanrıverdiyev, V.Baxışova).

27. Sonradan cavabdeh 2022-ci il 18 yanvar tarixində məhkəməyə qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfində n cavabdehə məxsus olan (əlavədə qeyd olunan) avadanlıqların geri qaytarılması, əgər avadanlıqlar mövcud deyilsə, 144.000 manat məbləğində pul vəsaitinin geri qaytarılması, eyni zamanda 2021-ci il 15 may tarixindən 2022-ci il 15 yanvar tarixə qədər olan müddətdə avadanlıqlar üçün nəzərdə tutulmuş aylıq 8.500 manat məbləğində kirayə haqqı, ümumilikdə avadanlıqlar üçün müəyyənləşdirilmiş 68.000 manat məbləğində kirayə haqqının tutulması, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı üçün cavabdeh tərəfindən təmirə çəkilən 498.312 manat (əlavə işlər 9.010 manat, lift 45.651 manat, personal maaş 190.393 manat, DSMF borc 11.500 manat, giriş kartı 5.300 manat, personal çıxış 1.582 manat, aprel ayı 35.150 manat, forma 2 görə əskik 60.776 manat, mart ayı DSMF 32.900 manat, təminat məktubu 76.500 manat, iş vaxtından kənar işlərin görülməsi 20.500 manat) məbləğində xərcin tutulması, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilə cavabdeh arasında bağlanan müqavilə üzrə müəyyənləşdirilən təminat 10% üçün 47.071 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilə cavabdeh arasında bağlanan müqavilə üzrə İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən cavabdehi haqsız yerə zərərə uğratmaya görə 32.786 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilə cavabdeh arasında bağlanan müqavilə üzrə hesab-fakturada mənəvi təzminat üzrə müəyyənləşdirən 200.000 manat məbləğində pul vəsaitinin İddiaçınin Azərbaycan Respublikasındakı Filialından tutulması və İddiaçınin Azərbaycan Respublikasın dakı Filialı ilə cavabdeh arasında bağlanan müqavilə üzrə ümumilikdə müəyyən edilmiş 1.516.901 manat məbləğində pul vəsaitinin cavabdehə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 mart tarixli e-2-2(113)-78/2022 saylı, qərardadı ilə cavabdehin məhkəmə-xətşünaslıq ekspertizalarının təyin edilməsi barədə vəsatəti təmin edilmiş, cavabdehin iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi tələbinə dair vəsatəti qismən - qaytarılması tələb edilən malların dəyərinin müəyyən edilməsi məqsədilə ekspertizanın keçirilməsi hissəsində - təmin edilmiş, hazırkı iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-xəttşünaslıq ekspertizaları təyin edilmişdir (hakim – L.Əliyeva).

29. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 may tarixli e-2 -2(113)-78/2022 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 vəsatəti təmin edilmiş, iş üzrə əlavə qərardad çıxarılmış, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 mart tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının qarşısında qoyulmuş sualla yanaşı əlavə suallar qoyulmuşdur (hakim – L.Əliyeva).

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 3 iyun tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün əlavə materialların təqdim olunması barədə ekspert vəsatəti ilə müəyyən edilmişdir ki, qərardadda göstərilən əşyaların qiymətləndirilməsi üçün zəruri olan hər bir əşya üzrə onun markası, modeli, əmtəə görünüşü (təzə və köhnə, hansı üsulla hazırlanması), texniki göstəriciləri (ölçüsü, istehsal ili, istismar müddəti, hansı materialdan hazırlanması və s) hansı vəziyyətdə olması, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalması, təyinatı, miqdarı, alınmasına dair qaimə (faktura) və zədələnmiş əşyaların təmir-bərpasına çəkiləçək xərcin miqdarı barədə məlumatın təqdim edilməsi xahiş edilmişdir.

31. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 iyun tarixli e-2-2(113)-78/2022 saylı məktubu ilə ekspertin vəsatətinin təmin edilməsi məqsədi ilə, qərardadda göstərilən əşyaların qiymətləndirilməsi üçün zəruri olan hər bir əşya üzrə onun markası, modeli, əmtəə görünüşü (təzə və köhnə, hansı üsulla hazırlanması), texniki göstəriciləri (ölçüsü, istehsal ili, istismar müddəti, hansı materialdan hazırlanması və s) hansı vəziyyətdə olması, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalması, təyinatı, miqdarı, alınmasına dair qaimə (faktura) və zədələnmiş əşyaların təmir-bərpasına çəkiləçək xərcin miqdarı barədə məlumatın 2022-ci il 20 iyun tarixədək məhkəməyə təqdim edilməsi tərəflərdən tələb olunsa da, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tələb olunan məlumatları yalnız 2022-ci il 26 iyul tarixində məhkəməyə təqdim etmiş, cavabdeh isə həmin məlumatları ümumiyyətlə təqdim etməmişdir.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 4 iyul tarixli, 4/813-9/3902 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmişişin işin 1-ci cildinin 74-cü və 76-cı vərəqlərində olan 8 və 9 nömrəli cavabdehin ödəniş sertifikatlarının aşağı sol hissələrində “Subcontractor” qrafalarında olan imzalar; işin 1-ci cildinin 70-ci və 72-ci vərəqlərində ola n 2020-ci il 30 iyun tarixli 8 və 9 nömrəli “Anel elektirik proje taahhüt və ticaret anonim şirkətinin Azərbaycan Respublikasındakı filialı Ministry of taxes tower taşeron hakediş raporları”nın aşağı sol hissələrində “Taşeron: qrafalarında olan imzalar öz aralarında – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 1-ci cildinin 74-cü və 76-cı vərəqlərində olan 8, 9 nömrəli cavabdehin ödəniş sertifikatlarının aşağı sol hissələrində “Subcontractor” qrafalarında olan imzaların - Tolga Atıcı tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin 2.1-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş işin 1-ci cildinin 70-ci və 72-ci vərəqlərində olan 2020-ci il 30 iyun tarixli 8 və 9 nömrəli “An el elektirik proje taahhüt və ticaret anonim şirkətinin Azərbaycan Respublikasındakı filialı Ministry of taxes tower taşeron hakediş raporları”nın aşağı sol hissələrində “Taşeron:” qrafalarında olan imzalar ilə işin 3-cü cildinin 33-35-ci səhifələrində olan 5, 6, 7 nömrəli cavabdehin ödəniş sertifikatlarının kserosurətlərinin aşağı sol hissələrində “Subcontractor” qrafalarında əks olunmuş imzaların - öz aralarında eyni bir şəxs tərəfindən icra olunub - olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2.2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş, işin 1-cı cildinin 70-ci və 72-ci vərəqlərində olan 2020-ci il 30 iyun tarixli 8 və 9 nömrəli “Anel elektirik proje taahhüt və ticaret anonim şirkətinin Azərbaycan Respublikasındakı fil ialı Ministry of taxes tower taşeron hakediş raporları”nın aşağı sol hissələrində “Taşeron:” qrafalarında olan imzalar ilə işin 3-cü cildinin 43-cü və 44-45-ci səhifələrində olan 2020-ci il 1 iyun tarixli və 2020-ci il 18 may tarixli “Bildiriş xəbərdarlıq məktubları”nın “Direktor qrafalarında olan imzalar və 2020-ci il 18 may tarixli məktubun aşağı sağ küncündə olan imzanın - öz aralarında eyni bir şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2.3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.

33. Eyni zamanda ekspert tərəfindən əmlakın qiymətləndirilməsi məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün qərarda göstərilən əşyaların qiy mətləndirilməsi üçün zəruri olan hər bir əşya üzrə onun markası, modeli, əmtəə görünüşü (təzə və köhnə, hansı üsulla hazırlanması), texniki göstəriciləri (ölçüsü, istehsal ili, istismar müddəti, hansı materialdan hazırlanması və s.) hansı vəziyyətdə olması, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalması, təyinatı, miqdarı, alınmasına dair qaimə (faktura) və zədələnmiş əşyaların təmir-bərpasına çəkiləçək xərcin miqdarı barədə məlumat barədə məhkəməyə 2022-ci il 3 iyun tarixli vəsatət göndərilmiş, lakin həmin vəsatət təmin edilməmişdir. 34. 2022-ci il 10 oktyabr tarixində İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən İddiaçınin Azərbaycan Respublikasındakı Filialına vurulmuş zərərin əvəzi qismində 127.497,45 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan rəsmi məzənnə ilə (1 ABŞ dolları=1,70 manat) uyğun olaraq Azərbaycan manatı (216.775,67 manat / 1,70=127.497,45 ABŞ dolları) ilə tutulması, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və bu məbləğlərin İddiaçınin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

35. Daha sonra Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 23 noyabr tarixli e-2-2(113)78/2022 saylı qərardadı ilə ilkin iddia üzrə İddiaçınin Azərbaycan Respublikasındakı Filialı əsl iddiaçı “X7 Taahhüt ve Ticaret Anonim Şirkəti (bundan sonra – “iddiaçı”) ilə əvəz edilmiş, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilkin iddiaçı tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş v ə əsl olmayan tərəf əvəz edildikdən sonra iş üzrə icraat təzələnərək işə əvvəldən baxılmağa başlanılmışdır (hakim - L.Əliyeva). 36. 2022-ci il 1 dekabr tarixində ilkin cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsinə sonuncu əlavə təqdim edərək,

1. İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən cavabdehə məxsus olan aşağıda (1.İskele 2.3-3.5 m ( 42 ədəd)

2. A tipi Merdiven (9 Basamak) (4 ədəd)

3. A tipi Merdiven (11 Basamak) (4 ədəd)

4. Mengene (Tezgah tipi) (8 ədəd)

5. Manyetik Matkap (1 ədəd)

6. Darbeli Matkap (35 ədəd)

7. Darbesiz Matkap (4 ədəd)

8. Şarjlı Matkap (2 ədəd) 9. 115 Taşlama motoru (35 ədəd) 10. 180 Taşlama motoru (10 ədəd) 11. 330 X6 (s/n ********) (1 ədəd) 12. 380 Kaynak Makinası (1 ədəd) 13. 220 Kaynak Makinası (4 ədəd)

14. X9 (1 ədəd)

15. Pafta (Virax) (s/n 1344 02) (1 ədəd)

16. Pafta (Virax) (s/n 80605) (1 ədəd)

17. Pafta (Rothenberger) (Yeni) (s/n 818811) (1 ədəd)

18. Pafta (Rothenberger) (s/n 306891) (1 ədəd)

19. Yiv Makinası (Rems) (s/n 34 203791) (1 ədəd)

20. Yiv Makinası (Rothenberger) (1 ədəd)

21. PPR Kaynak Makinası 20-50 (3 ədəd)

22. PPR Kaynak Makinası 50-110 (1 ədəd)

23. Lazer Terazi (11 ədəd)

24. Su Terazisi 60 cm (25 ədəd)

25. Komprasör (1 ədəd)

26. Projektör Kablolu (24 ədəd) 27. 220 Seyyar Kablo 20 Metre (44 ədəd)

28. Calaskal (2 Ton) (4 ədəd)

29. Boru Anahtarı 1” (14 ədəd)

30. Boru Anahtarı 11/2” (29 ədəd)

31. Boru Anahtarı 2” (10 ədəd)

32. Boru Anahtarı 21/2” (2 ədəd)

33. Kurbağacık 10” 250 mm (6 ədəd)

34. Kurbağacık 12” 300 mm (4 ədəd)

35. Lokma takımı 10-32 mm (1 set) 36. 20-22 Açık ağız anahtar (1 ədəd) 37. 21-23 Açık ağız anah tar (1 ədəd) 38. 24-26 Açık ağız anahtar (1 ədəd) 39. 25-28 Açık ağız anahtar (1 ədəd) 40. 27-32 Açık ağız anahtar (1 ədəd) 41. 10 Kombine Anahtar (10 ədəd) 42. 13 Kombine Anahtar (25 ədəd) 43. 15 Kombine Anahtar (9 ədəd) 44. 17 Kombine Anahtar (44 ədəd) 45. 19 Kombine Anahtar (31 ədəd) 46. 22 Kombine Anahtar (8 ədəd)

47. Ayarlı pense (1 ədəd)

48. Karga burun (1 ədəd)

49. Yan keski (2 ədəd)

50. Yıldız Tornavida (18 ədəd)

51. Düz Tornavida (8 ədəd)

52. Çekiç 0,5 kg (9 ədəd)

53. Çekiç 1 kg (22 ədəd)

54. Demir Testeresi (1 ədəd)

55. Ağaç Testeresi (1 ədəd)

56. Gönye (2 ədəd)

57. PPR Boru Makası 2”-21/2” (1 ədəd)

58. X11 1”-4” (1 ədəd)) sadalanan avadanlıqların geri qaytarılması, əgər avadanlıqlar mövcud deyilsə, 115.600 manat məbləğində pul vəsaitinin geri qaytarılması, eyni zamanda, 2020-c i il 16 may tarixdən, 2022-ci il 16 oktyabr tarixə qədər olan müddətdə avadanlıqlar üçün nəzərdə tutulmuş aylıq 8.500 manat məbləğində kirayə haqqı, ümumilikdə avadanlıqlar üçün müəyyənləşdirilmiş 246.500 manat məbləğində kirayə haqqının tutulması, X7 Taahhüt ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı üçün cavabdeh tərəfindən ödənilmiş və tələb edilən xəclər siyahısı ( əlavə işlər – 9.010 manat, liftin olmaması – 45.651 manat, personalın maaşı – 190.393 manat, DSMF borc -11,500.00, manat + 5.647 faizi, giriş kartı – 5.300 manat, personal çıxış 1,582.00 manat, aprel ayı 35.150,00 manat, forma 2 gorə əskik ödəmə 60.776 manat, mart ayı üzrə DSMF borcu – 32.900 manat, teminat mektubu - 76,500 manat, iş vaxtından artıq işləmə - 20.500) 494.909 manat məbləğində xərcin tut ulması, X7 Taahhüt ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə cavabdeh arasında bağlanan müqavilə üzrə müəyyənləşdirilən 10% təminat üçün 47.071 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçınin Azərbaycan Respublikasındakı filialı ilə cavabdeh arasında bağlanan müqavilə üzrə İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən cavabdehə “haksız yere zarara uğratma” ya görə 32.786 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçınin Azərbaycan Respublikasındakı filialı ilə cavabdeh arasında bağlanan müqavilə üzrə ANEL-ODEİON Hesap Faturada mənəvi təzminat üzrə müəyyənləşdirən 200.000 manat məbləğində pul vəsaitinin İddiaçınin Azərbaycan Respublikasındakı filialından tutulması, İddiaçınin Azərbaycan Respublikasındakı filialı ilə cavabdeh arasında bağla nan müqavilə üzrə ümumilikdə, müəyyən edilmiş 1.136.266 manat məbləğində pul vəsaitinin cavabdehə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Öz növbəsində 2022-ci il 2 dekabr tarixində ilkin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən iddiaçıya vurulmuş zərərin əvəzi qismində 127.497,45 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan rəsmi məzənnəynə (1 ABŞ dolları=1,70 manat) uyğun olaraq Azərbaycan manatı (216.775,67 manat / 1,70=127.497,45 ABŞ dolları) ilə tutulması, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və bu məbləğlərin iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

38. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 dekabr tarixli e-2-2(113)-78/2022 saylı qətnaməsi ilkin iddia qismə n təmin edilmiş, cavabdehdən ƏDV daxil 88.578,77 manat məbləğində borc və 10 manat məbləğində dövlət rüsumu tutularaq ilkin iddiaçıya ödənilməsi, qarşılıqlı iddia qismən təmin edilmiş, cavabdehə məxsus 1 ədədi 350 manat dəyərində olan 32 ədəd iskele 2.3-3.5 m, 1 ədədi 100 manat dəyərində olan 4 ədəd A tipi nərdivan (9 pilləli), 1 ədədi 120 manat dəyərində 4 ədəd A tipi nərdivan (11 pilləli), 1 ədədi 100 manat dəyərində olan 8 ədəd Məngənə (dəzgah tipi), 1 ədəd yararsız vəziyyətdə 380v. qaynaq aparatı, 1 ədədi 250 manat dəyərində olan 1 ədəd 220v. qaynaq aparatı, 1 ədəd yararsız vəziyyətdə olan pafta (vitrax), 1 ədədi 1.400 manat dəyərində olan 1 ədəd yiv makinası (Rothenberger), 6 ədəd dn 50 (2”) və 4 ədəd dn 40 (1 ½”) ölçüdə boru açarlar iddiaçıdan alınaraq cavabdehə qaytarılması, iddiaçı dan ƏDV daxil 10.123 manat məbləğində borc tutularaq cavabdehə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 124 manat pul məbləğinin 62 manat hissəsi iddiaçıdan, qalan 62 manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

39. Belə ki, işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, ilkin iddiaçı X7 Taahhüt ve Ticaret Anonim Şirketinin AR filialı (podratçı) ilə cavabdeh (subpodratçı) arasında 2019-cu il 11 noyabr tarixli 005_ANEL MoT saylı subpodrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. 2020-ci il 29 iyul tarixində həmin müqaviləyə podratçı tərəfindən subpodratçının müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etm əsi əsası ilə birtərəfli qaydada xitam verilmişdir.

40. Mübahisəli subpodrat müqaviləsinin X7 Taahhüt ve Ticaret Anonim Şirketinin AR filialı tərəfindən bağlanmasına baxmayaraq ilkin iddia tələbinin iş üzrə hazırki iddiaçının (X7 Taahhüt ve Ticaret Anonim Şirketi) özü tərəfindən irəli sürülməsi, eləcə də qarşılıqlı iddia tələbinin iddiaçıya qarşı yönəldilməsi məsələsinə münasibətdə məhkəmə MM-in 43.1, 44.1, 53.2, 53.3-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, hüquqi şəxsin filialı onun struktur bölməsi olmaqla hüquqi şəxs statusu yoxdur. Filial hüquqi şəxs olmadığından özünəməxsus mülki hüquq qabiliyyətinə malik deyil, yəni müstəqil olaraq həyata keçirdiyi mülki hüquqlara, o cümlədən öz əmlakına, eləcə də hüquqi şəxs tərəfindən onun balansına verilmiş əmlak üzərində sərəncam vermək h üququna malik deyil, eləcə də mülki vəzifələr, o cümlədən müqavilə öhdəliklərini icra etmək vəzifəsi daşımır. Filial mülki dövriyyədə müstəqil olaraq iştirak edə bilmədiyindən filialın fəaliyyəti nəticəsində əldə olunan bütün hüquqlar filialın aid olduğu hüquqi şəxsə məxsusdur, eləcə də daşıdığı bütün vəzifələr də həmin hüquqi şəxs tərəfindən icra edilməlidir.

41. Hazırkı halda mübahisəli subpodrat müqaviləsi tərəf qismində X7 Taahhüt ve Ticaret Anonim Şirketinin AR filialı tərəfindən imzalansa da, filial həmin müqaviləni mülki dövriyyənin müstəqil iştirakçısı qismində deyil, hüquqi şəxsin struktur bölmələri qismində, yəni iş üzrə hazırki iddiaçının (X7 Taahhüt ve Ticaret Anonim Şirketi) adından bağlamışdır. Odur ki, həmin müqavilə üzrə podratçı tərəfin öhdəliklərini icra etməli olan, eləc ə də subpodratçıdan müqavilə üzrə öhdəliklərinin icra edilməsini və öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs hazırki iddiaçıdır (X7 Taahhüt ve Ticaret Anonim Şirketidir).

42. Odur ki, ilkin iddiaçı mübahisəli subpodrat müqaviləsinə əsaslanaraq iddia irəli sürməyə dair subyektiv hüquqa malikdir. Eyni zamanda cavabdehin həmin müqaviləyə əsaslanaraq iddiaçıya qarşı irəli sürdüyü qarşılıqlı iddia isə həmin iddiaya cavab verməli olan şəxsə qarşı yönəldilmişdir.

43. İlkin iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı (podratçı) subpodrat müqaviləsi çərçivəsində cavabdehə (subpodratçıya) müxtəlif xidmətlər (subpodratçının işçi heyətinin yemək, su təminatı, elektrik enerjisi istehlakı, tullantılarının daşınması, dezinfeksiy a, texniki təhlükəsizlik və əməyin mühafizəsi, inşaat sahəsinin təmizlənməsi və işçi heyətinin təlimi xidmətlə və s.) göstərdiyini, lakin həmin xidmətlərin dəyəri olan 126.568,63 manat məbləğində pul vəsaitinin onlara ödənilmədiyini, eləcə də subpodratçıya ödənilmiş əlavə iş avansının (100.300 manat) onlara qaytarılmadığını əsas göstərərək cəmi 127.497,45 ABŞ dolları məbləğində pulun ilkin cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdeh və 2020-ci ilin may ayından sonrakı dövrdə ilkin iddiaçı tərəfindən onlara xidmətlərin göstərilməsini, eyni zamanda iddiaçının avans qismində ödədiyini iddia etdiyi pulun avans məbləği olmasını inkar etmiş və iddianın rədd edilməsini tələb etmişdir.

44. Göründüyü kimi ilkin iddia tələbinin bir hissəsi müqavilə çərçivəsində iddiaçı tərəfindən cavabdehə göst ərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlıdır.

45. Göstərilən tələblə bağlı məhkəmə ilk növbədə qeyd etmişdir ki, mübahisəli subpodrat müqaviləsinə “Məsuliyyət matrisi” adlanan 8 saylı əlavədə iddiaçı (podratçı) tərəfindən cavabdehin (subpodratçının) işçilərinə yemək, içməli su təminatı, keçid karının zədələnməsi və ya itirilməsi, tullantıların idarə edilməsi və sətəm icra heyəti xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin bir hissəsi 6 saylı aralıq ödəniş hesabatına əsasən iddiaçının cavabdehə olan müqavilə üzrə borcundan çıxılmış və göstərilən məsələ ilə bağlı tərəflər arasında mübahisə yoxdur.

46. Hazırda iddiaçı dəyərinin ödənilməsini tələb etdiyi cəmi ƏDV daxil 126.568,63 manat məbləğində xidmətlərə gəldikdə cavabdeh göstə rilən məbləğdə xidmətlərin göstərilməsini faktını qəbul etməmişdir. İddiaçı isə həmin faktı sübuta yetirmək üçün göstərilməsi iddia edilən xidmətlərə görə cavabdehə göndərilmiş və sistem tərəfindən təsdiq edilmiş iki ədəd - 2020-ci il 12 noyabr tarixində ƏDV daxil 88.578,77 manat, 2020-ci il 10 dekabr tarixində isə ƏDV daxil 37.989,86 manat məbləğində elektron qaimələrə istinad etmişdir.

47. Məhkəmə qeyd etmişdir ki, 2020-ci il 12 noyabr tarixli elektron qaimədə göstərilmiş ƏDV daxil 88.578,77 manat dəyərində xidmətlərin iddiaçı tərəfindən göstərilməsi faktı sözügedən elektron qaimə ilə yanaşı hər iki tərəfin təsdiq etdikləri 2020-ci il 15 may tarixli üzləşmə aktı ilə də müəyyən edilmişdir. Belə ki, sözügedən üzləşmə aktının məzmunundan da göründüyü kimi həmin aktda təsdiq edilmiş borca üzləşmə aktının tərtib edildiyi tarixə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyəri də daxildir.

48. İkinci qaiməyə (2020-ci il 10 dekabr tarixli, EBAT seriyalı, 711892 nömrəli) gəldikdə həmin qaimə ilə əhatə edilmiş 2020-cu il 15 may tarixindən sonrakı dövrdə xidmətlərin göstərilməsi faktı cavabdeh tərəfindən qəbul edilməmiş, bununla bağlı 2020-ci il 29 dekabr tarixində ilkin cavabdeh tərəfindən vergi orqanına məktub ünvanlanaraq sözügedən elektron qaimə-fakturanın ləğv edilməsi xahiş edilmişdir. İddiaçı isə mübahisəli qaimə ilə əhatə edilmiş xidmətlərin göstərilməsini, eləcə də göstərilməsini iddia etdiyi xidmətlərin həcmini təsdiq edən heç bir əlavə sübutu məhkəməyə təqdim edə bilməmişdir.

49. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə q üvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın: 1.2-ci bəndinə görə elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir; 1.3-cü bəndinə görə bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir; 2.2-ci bəndinə görə elektron qaimə-fakturada həmin fakturanın verilməsi əsası (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üç ün vəkalətnamə və s.) əks etdirilməldir; 3.7-ci bəndinə görə vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram tə minatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.

50. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. 51. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələnd irilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

52. Odur ki, hazırkı halda xx.xx.2020-ci il tarixli mübahisəli elektron qaimə əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi təhvil-təslim aktları və ya digər ilkin sənədlər durmadığından həmin qaimə-faktura müvafiq qaimələrin barəsində tərtib edildiyi xidmətlərin göstərilməsi faktının, eləcə də göstərilmiş xidmətlərin həcminin v ə dəyərinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün kifayət etmir.

53. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, ilkin iddiaçı ödənilməsini tələb etdiyi məbləği, o cümlədən göstərilmiş xidmətlərin dəyəri olan ƏDV daxil 126.568,63 manat məbləğində pulu ABŞ dolları ilə ifadə etmiş və həmin məbləğdə ödənişin edildiyi gün rəsmi məzənnəyə əsasən manatla tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, subpodrat müqaviləsi üzrə işlərin görülməsi barədə hesablaşmalar aralıq ödəniş hesabatlarında və s. sənədlərdə) ABŞ dolları ilə ifadə edilsə də, ilkin iddiaçı tərəfindən ilkin cavabdehə göstərilmiş yemək, su təminatı və digər xidmətlər üzrə hesablaşmaların ABŞ dolları ilə aparılması iş materiallarına əsasən öz təsdiqini tapmamış, belə ki, xidmətlərin göstərilməsi barədə elektron qaimələrdə, eləcə də üzləşmə aktında həmin xidmətlərin dəyəri manatla müəyyən edilmişdir. Odur ki, həmin xidmətlərə görə cavabdehdən tutulacaq məbləğin ABŞ dolları ilə müəyyən edilməsi üçün əsasların mövcudluğu müəyyən edilməmişdir.

54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin iddia göstərilmiş xidmətlərin dəyərinin tutulması hissəsində qismən təmin edilməli, iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə ƏDV daxil 88.578,77 manat məbləğində borc cavabdehdən tutulmalıdır.

55. İddiaçının avans qismində ödənilməsini iddia etdiyi ƏDV xaric 50.000 ABŞ dolları (ƏDV daxil 100.300 manat) məbləğində pulun qaytarılmasına dair tələbə gəldikdə məhkəmə qeyd etmişdir ki, sözügedən pul vəsaitinin ödənilməsi tərəflər arasında imzalanmış 8 və 9 saylı aralıq ödəniş h esabatlarında və aralıq ödəniş sənədlərində öz əksini tapmışdır. 56. 8 və 9 saylı aralıq ödəniş hesabatlarında həmin ödənişlər (iki dəfə ƏDV xaric 25.000 dollar məbləğində) avans bölməsində deyil, müqavilədən kənar görülmüş işlər qrafasında öz əksini tapmışdır. Beləliklə, tərəflər həmin aralıq ödəniş hesabatlarını imzalamaqla göstərilən ödənişlərin avans qismində deyil, görülmüş işlərə görə edildiyini qəbul etmişlər.

57. Digər tərəfdən 8 və 9 saylı aralıq ödəniş sənədlərində (hesabatlara əlavələrdə) göstərilmiş məbləğlərin avans qismində ödənilməsi qeyd edilmiş və həmin vərəq də hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin dövrdə cavabdehin qanuni təmsilçisi olmuş T.Atıcı tərəfindən həmin sənədlərin onun tərəfindən imzalanması mübahisələndirilsə də, iş üzrə keçirilmiş məhk əmə-xətşünaslıq ekspertizasının rəyi ilə ödəniş hesabatı və ödəniş sənədlərindəki cavabdehin adından icra edilmiş imzaların eyni şəxs tərəfindən imzalanması müəyyən edilmişdir. T.Atıcının aralıq ödəniş hesabatlarını imzalamasını qəbul etdiyini nəzərə alsaq göstərilən hal dolayı yolla da olsa, aralıq ödəniş sənədlərinin də cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmasını təsdiq etmişdir.

58. Bununla yanaşı cavabdeh tərəfindən görülmüş işlərə görə X7 Taahhüt ve Ticaret Anonim Şirketinin AR filialına hər biri ƏDV daxil 50.150 manat məbləğinə dair olmaqla 2020ci il 23 iyul tarixli, EBAM seriyalı, 727007 nömrəli və 2020-ci il 27 iyul tarixli, EBAM seriyalı, 850909 nömrəli elektron qaimələr göndərilmişdir. Həmin qaimələrə iddiaçı tərəfindən etiraz edilməmiş, əksinə həmin qaimələr əsasında h ər biri ƏDV daxil 50.150 manat məbləğində olmaqla ödənişlər edilmiş və ödəniş tapşırıqlarının birində ödənişin təyinatı qismində EBAM seriyalı 727007 saylı elektron qaiməyə istinad edilmiş, digər ödəniş tapşırığında isə ödənişin təyinatı “göstərilmiş xidmətlərə görə ödəniş” kimi qeyd edilmişdir.

59. Göründüyü kimi aralıq ödəniş sənədlərində ƏDV xaric 50.000 ABŞ dolları (85.000 manat) məbləğinin avans qismində ödənilməsi göstərilsə də, iş materiallarında olan digər sənədlərin məcmusu ilə, o cümlədən 8 və 9 saylı aralıq ödəniş hesabatları, elektron qaimələr və həmin qaimələr əsasında edilmiş ödənişləri təsdiq edən ödəniş tapşırıqları ilə həmin mübahisəli məbləğin avans qismində ödənilməsi təkzib edilir.

60. Odur ki, işin yuxarıda göstərilən halları ilə 50.000 ABŞ dolları məbləğinin avans qis mində ödənilməsi öz təsdiqini tapmadığından iddiaçı həmin məbləğin cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində dəymiş maddi zərər qismində tutulmasını tələb etməkdə haqlı olmamışdır.

61. Sonuncu məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkilinin istinad etdiyi cavabdehin ödənilmiş 50.000 ABŞ dolları məbləğində ödənişin müqabilində işlərin görülməsi faktını sübuta yetirə bilməməsi, belə olan halda ilkin cavabdeh müvafiq işləri görmədiyi halda həmin pul vəsaitini almaqla əsassız varlanması barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, əvvəla tərəflər arasında formalaşmış işgüzar adətə uyğun olaraq 50.000 ABŞ dolları məbləğində işlərin görülməsi faktı hər iki tərəfin imzaladığı 8 və 9 saylı aralıq ödəniş hesabatları ilə təsdiq edilmişdir. Digər tər əfdən iş materiallarına əsasən, iddiaçı həmin hissədə iddia tələbinin qanuni əsası kimi MM-in 385.1, 443, 448-ci maddələrinə istinad etmiş, yəni ƏDV daxil 100.300 manat pulun cavabdehdən tutulması tələbinə dair iddiasını əsassız varlanmaya əsaslanaraq irəli sürməmiş, belə olan halda isə göstərilən tələbə məhkəmə tərəfindən əsassız varlanmadan irəli gələn tələb kimi qiymət verilə bilməz.

62. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıya qarşı verdiyi qarşılıqlı iddia ərizəsində mübahisəli subpodrat müqaviləsinə xitam verildikdən sonra tikinti sahəsindən çıxarılarkən ona məxsus mal-materialların həmin sahədə qaldığını, eləcə də 2020-ci ilin may ayının 15-də həmin mal, material və avadanlıqların kirayəyə verilməsi barədə qarşı tərəflə müqavilə bağladığını, eləcə də həmin tarixdən tərəflərin subpodrat müqaviləsi üzrə işlərin saat hesabı ödəniləcəyi barədə razılığa gəldiklərini, müqavilə üzrə işlərin görülməsi ilə bağlı müəyyən xərclər çəkdiyini, forma iki üzrə görülmüş işlərin dəyərinin bir hissəsinin ödənilmədiyini əsas göstərərək ona məxsus mal-material, avadanlıqların qaytarılması, onlar olmadıqda dəyərlərinin tutulması, həmin əşyaların kirayəsinə görə kirayə haqqının, eləcə də subpodrat müqaviləsi üzrə tərəfindən görülmüş əlavə işlərin dəyərinin, forma 2 üzrə ödənilməmiş qalmış məbləğin, DSMF-ə olan borclarının, işçilərin maaşlarının, işçilərin işdən azad edilməsi ilə bağlı, eləcə də iş vaxtından artıq işləməyə görə ödənilmiş məbləğlərin, işçilərin giriş kartları, liftin işləməməsi ilə bağlı çəkilmiş xərclərin, bankın zəmanət məktubu üzrə qarşı tərəfə qaytarılmış 76.500 manat pulun, müqavilə üzrə iddiaçı tərəfindən tutulmuş müqavilə dəyərinin 10% - 47,071.00 manat zəmanət məbləğinin, eləcə də dəymiş maddi və mənəvi zərərin tutulmasını tələb etmişdir. İddiaçı qarşılıqlı iddiaya etirazını tərəflər arasında mal-material və avadanlıqların kirayə müqaviləsinin bağlanmaması, müqavilə şərtlərinə əsasən cavabdehə məxsus əşyaları saxlamaq və onlardan istifadə etmək hüquqlarının olmaması, müqaviləyə subpodratçının öhdəliklərini pozması ilə bağlı xitam verildiyindən müqavilə dəyərinin 10% məbləğində zəmanətin onlarda qalmalı olması, eləcə də cavabdehin tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırmamışdır.

63. Cavabdehin irəli sürdüyü birinci iddia tələbi onlara məxsus ma l-materiallar və avadanlıqların (əşyaların), əşyalar mövcud olmadıqda isə onların dəyərinin qaytarılmasından, eyni zamanda həmin əşyalardan istifadəyə görə kirayə haqqının tutulmasından ibarət olmuşdur.

64. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tikinti sahəsini tərk edərkən ona məxsus mal-material və avadanlıqların həmin sahədə iddiaçının istifadəsində saxlanılması işin mübahisəsiz halını təşkil etmişdir.

65. Mübahisəli hal isə həmin əşyaların tərkibi və dəyəri ilə bağlıdır.

66. Cavabdeh 58 adda əşyanın iddiaçının istifadəsində qalmasını iddia etsə də, iddiaçıda qalmasını iddia etdiyi ona məxsus əşyaların tərkibini və sayını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

67. Tikintidə saxlanılmış əşyaların tərkibi və sayını təsdiq etmək üçün cavabdehin məhkəməyə təqd im etdiyi 2020-ci il 19 may tarixli tarixli əşyaların siyahısının (malzeme listesi) surətinə gəldikdə həmin siyahıda siyahının tərtib edildiyi tarixdə tikintidə mövcud olan əşyaların tərkibi və sayları müəyyən edilmiş, lakin həmin əşyaların hamısının cavabdehə məxsus olması göstərilməmişdir. Əksinə sənədin sonunda sözügedən əşyaların iddiaçı tərəfindən tədarük edilmiş və ya cavabdehə məxsus olan əşyalar olması qeyd edilmiş və əşyaların hansı hissəsinin cavabdehə, hansı hissəsinin iddiaçıya məxsus olması dəqiqləşdirilməmişdir. Odur ki, həmin akta əsasən aktda qeyd edilmiş əşyaların hansı hissəsinin cavabdehə məxsus olması müəyyən edilməmişdir.

68. İkincisi, yuxarıda da qeyd edildiyi kimi sözügedən akt 2020-ci il 19 may tarixində tərtib edilmişdir, subpodrat müqaviləsinə xitam verilməklə cav abdehin tikinti sahəsini tam tərk etməsi isə 2020-ci ilin iyul ayının sonuna təsadüf etmişdir. Odur ki, həmin akt tərtib edildiyi vaxtdan cavabdehin tikinti sahəsini tərk edənədək olan 2 aydan artıq müddət ərzində tikinti sahəsində qalmış əşyaların tərkibinin dəyişməsi - əşyaların bir qisminin tikintidə istifadə edilməsi, yararsız vəziyyətə düşməsi və cavabdeh tərəfindən başqa tikinti sahələrinə daşınması ehtimalı mövcud olduğundan sözügedən akt əsasında qarşılıqlı iddiaçının tikinti sahəsini tərk edərkən tikintidə saxlanılmış əşyaların tərkibi barədə əsaslı nəticəyə gəlmək mümkün deyildir.

69. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə məxsus əşyaların tərəflərindən saxlanılaraq tikintidə istifadə edilməsi faktı məhkəmə iclasında etiraf edilmiş və tərəflərindən saxlan ılmış cavabdehə məxsus əşyaların siyahısı müstəqil tələb irəli sürməyən şəxs (filial) tərəfindən məhkəməyə təqdim edilmişdir.

70. Belə olan halda cavabdehin qaytarılmasını tələb etdiyi əşyaların tərkibini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyini nəzərə alan məhkəmə iddiaçı tərəfindən saxlanılmış cavabdehə məxsus əşyaların tərkibinin və sayının üçüncü şəxsin təqdim etdiyi siyahılara əsasən müəyyən edilməsini mümkün saymışdır.

71. Digər tərəfdən iddiaçı həmin hissədə qarşılıqlı iddiaya etirazına əsas kimi ona istinad etmişdir ki, tərəflər arasında bağlanmış subpodrat müqaviləsində müqavilədə göstərilmiş əsaslarla podratçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildikdə podratçının subpodratçıya məxsus əşyaları saxlamaq və tikintidə istifadə etmək hüququ nəzərdə tutulm uşdur.

72. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, müqavilənin 1 saylı Əlavəsinin istinad edilən 10.2.3-cü bəndində podratçının saxladığı avadanlıqlara mülkiyyət hüququnun yaranması nəzərdə tutulmamış, yalnız mübahisəli tikintidə işləri tamamlamaq məqsədilə istifadə etmək hüququna malik olması nəzərdə tutulmuşdur. Odur ki, mübahisəli əşyaların müqavilənin istinad edilən bəndinə əsasən saxlanılması tikinti başa çatdıqdan, yəni həmin əşyaların saxlanılması üçün müqavilə əsası aradan qalxdıqdan sonra sözügedən əşyaların mülkiyyətçiyə geri qaytarılmalı olmasını istisna etməmişdir.

73. Qarşılıqlı cavabdehin tikintinin hal-hazıradək tam başa çatmaması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisəli subpodrat müqaviləsində nəzərə tutulmuş işlər AR İqtisadiyyat Nazirliyinin (Ve rgilər Nazirliyinin) yeni inzibati binasında yerinə yetirilməli idi. Odur ki, sözügedən binanın tikintisinin başa çatması və 2021-ci il 29 may tarixində binanın rəsmi açılışının keçirilməsi hamıya bəlli olan hal olduğundan, eləcə də iddiaçı hazırda binada tikinti işlərinin davam etdirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə həmin dəlilləri əsassız hesab etmişdir.

74. İddia tələbinin mahiyyətinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, hazırkı iddianın qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil etmişdir. Həmin maddəyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

75. Hazırkı halda üçüncü şəxs tərəfindən təqdim edilmiş siyahıda göstərilmiş əşyaların cavabdehə məxsus olması, eləcə də həmin əşyaların hazırda onların istifadəsind ə və sahibliyində olması faktları iddiaçı tərəfindən etiraf edilmişdir.

76. İddiaçının sahibliyinin qanuni olub-olmaması məsələsinə gəldikdə isə işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə məxsus əşyalar müqavilə şərtlərinə uyğun olaraq tikintidə istifadə edilməsi məqsədilə saxlanılsa da, yəni həmin əşyalar saxlanıldığı vaxt əşyalar iddiaçının qanuni sahibliyində olsa da, tikinti işləri başa çatdıqdan sonra iddiaçının həmin əşyalara sahiblik etməsi üçün qanuni əsas aradan qalxmışdır. Odur ki, cavabdeh mülkiyyətində olan göstərilən əşyaların qaytarılmasını iddiaçıdan tələb etməkdə haqlı olmuşdur.

77. Bu zaman məhkəmə qeyd etmişdir ki, üçüncü şəxs (filial) tərəfindən təqdim edilmiş siyahıda iddiaçı tərəfindən cavabdehə məxsus 2 ədəd 3 -5 m. ölçüdə iskelen in saxlanılması qeyd olunsa da, cavabdeh qarşılıqlı iddia ərizəsində göstərilən adda və ölçüdə əmlakın geri qaytarılması tələbi irəli sürülməmişdir.

78. Odur ki, 2 ədəd 3 -5 m. ölçüdə iskelelər çıxılmaq şərti ilə üçüncü şəxs tərəfindən təqdim edilmiş siyahılarda göstərilən digər əmlaklar - 1 ədədi 350 manat dəyərində olan 32 ədəd iskele 2.3-3.5 m, 1 ədədi 100 manat dəyərində olan 4 ədəd A tipi nərdivan (9 pilləli), 1 ədədi 120 manat dəyərində 4 ədəd A tipi nərdivan (11 pilləli), 1 ədədi 100 manat dəyərində olan 8 ədəd Məngənə (dəzgah tipi), 1 ədəd yararsız vəziyyətdə 380 v. qaynaq aparatı, 1 ədədi 250 manat dəyərində olan 1 ədəd 220 v. qaynaq aparatı, 1 ədəd yararsız vəziyyətdə olan pafta (vitrax), 1 ədədi 1.400 manat dəyərində olan 1 ədəd yiv maşını (Rothenberger), 6 ədəd dn 50 (2”) və 4 ədəd dn 40 (1 ½”) ölçüdə boru açarlar cavabdehə geri qaytarılmalıdır.

79. Bu zaman nəzərə alınmışdır ki, həm üçüncü şəxs tərəfindən verilmiş arayışlarda, həm tərəflərin nümayəndələrinin imzaladıqları (və cavabdehin mübahisələndirmədiyi) 2020-ci il 19 may tarixli əşyaların siyahısında (malzeme listesində) qaytarılması qət edilmiş əmlaklardan ikisinin - 1 ədəd 380 v. qaynaq aparatı və 1 ədəd paftanın yararsız vəziyyətdə olması göstərilmişdir. Odur ki, həmin əşyalar iddiaçının sahibliyinə və istifadəsinə keçdiyi vaxt artıq yararsız vəziyyətdə olduğundan onlar cavabdehə yararsız vəziyyətdə qaytarılmalıdır.

80. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, MPM-nin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövc ud olmasa, iddiaçıdan alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə cavabdehə verilməsi qət olunmuş məbləğin iddiaçının bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

81. Hazırkı halda qətnamənin icra olunacağı vaxt cavabdehə qaytarılması qət edilmiş əmlakların mövcud olmaması ehtimalı olduğundan qaytarılacaq əmlakların dəyərinin məhkəmə tərəfindən müəyyən edilməsi zəruri hesab edilmişdir.

82. Cavabdeh qarşılıqlı iddia ərizəsində tutulmasını tələb etdiyi hər bir əmlakın ayrıayrılıqda dəyərini göstərməmiş, yalnız ümumi dəyərini göstərmiş, eləcə də tələb etdiyi əmlakların dəyərlərinin iddia etdiyi məbləğdə olmasını sübuta yetirə bilməmişdir. Əşyaların dəyərinin müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə ekspert izasının keçirilməsi tərəflərin qiymətinin müəyyən edilməsi üçün əşyalar barədə zəruri olan məlumatları təqdim etməməsi (iddiaçı tərəfindən məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə təqdim edilməməsi) səbəbindən mümkün olmamışdır.

83. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının qaytarmalı olduğu əmlakların dəyəri də üçüncü şəxsin təqdim etdiyi siyahıda göstərilən məbləğlərdə (yəni iddiaçının etiraf etdiyi məbləğlərdə) müəyyən edilməlidir.

84. Məhkəmə qeyd etmişdir ki, qətnamə icra olunan vaxt alınması qət edilmiş əmlakların naturada mövcud olmaması müəyyən edilərsə, MPM-in 222.1-ci maddəsinin tələbləri baxımından icra mərhələsində iddiaçıdan mövcud olmayan əmlakların əvəzində onların dəyəri tutulmalıdır.

85. İstifadə edilmiş əşyalara görə kiray ə haqqının tutulması hissəsində qarşılıqlı iddia tələbinə gəldikdə məhkəmə qeyd etmişdir ki, birincisi, tərəflər arasında bağlanmış subpodrat müqaviləsində həmin müqavilənin 10.2.3-cü bəndinə əsasən subpodratçıya məxsus əmlaklardan podratçı tərəfindən istifadə edilməsinə görə haqq tutulmalı olması nəzərdə tutulmamışdır. İkincisi, cavabdeh həmin hissədə iddiasını tərəflər arasında ona məxsus avadanlıq və mal-materialların kirayəyə verilməsinə dair müqavilənin bağlanması ilə əsaslandırsa da, belə bir müqavilənin bağlanmasını sübuta yetirə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən həmin halı təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş email yazışmaları və birtərəfli qaydada imzalanmış müqavilə layihəsi yalnız tərəflər arasında sözgedən müqavilənin bağlanması ilə bağlı danışıqlar aparılmasını t əsdiq etməklə tərəflərin müqavilənin mühüm şərtləri barədə razılığa gəlməsini, yəni müqavilənin bağlanmasını sübuta yetirməmişdir.

86. Eynilə DSMF borcunun, əlavə işlərinin dəyərinin, işçilərin maaşlarının, iş vaxtından artıq işləməyə görə məbləğlərin, işdənçıxarma ilə bağlı ödəmələrin, eləcə də çəkdiyi digər müxtəlif xərclərin tutulması barədə qarşılıqlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh həmin hissədə iddia tələblərinin əsası kimi istinad etdiyi halları, yəni podratçının sifarişi ilə tərəfindən əlavə işlər görülməsini, 2020-ci il 15 may tarixindən müqavilə üzrə tərəfindən görülmüş işlərin saathesabı olaraq ödənilməsi, çəkilmiş müxtəlif xərclərin (maaş, işdənçıxarma müavinatları, iş vaxtından artıq işlərə görə ödənilən məbləğlər və s, eləcə də subpodratçının DSMF borclarının) isə podratçı tərəfindən ödənilməli olması barədə tərəflər arasında razılaşmanın mövcud olmasını, eləcə də onun tərəfindən yuxarıda göstərilən xərclərin çəkilməsini sübuta yetirə bilməmişdir.

87. Bank qarantiyası məbləğinin, eləcə də müqavilə dəyərinin 10% məbləğində zəmanətin qaytarılması barədə iddia tələbinə münasibətdə qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 1 saylı əlavəsinin 4.1.2-ci bəndində podratçı tərəfindən müqavilə dəyərinin 10%-i avans qismində subpodratçıya ödənilməsi və həmin avansın qaytarılması ilə bağlı bank tərəfindən bank zəmanəti verilməsi, 10.2.1-ci bəndində isə müqaviləyə xitam verilərkən çıxılmamış avans məbləğinin podratçıya qaytarılmalı olması nəzərdə tutulmuşdur.

88. İş materiallarına əsasən, müqavilənin şərtlərinə uyğun ola raq cavabdeh tərəfindən avans ödənişi edilmiş və müqaviləyə subpodratçının öhdəliklərini pozması ilə bağlı xitam verildikdən sonra bank qarantiyası vermiş bank tərəfindən görülmüş işlərin dəyərindən çıxılmamış avans həddində qarantiya məbləği iddiaçıya ödənilmişdir.

89. Hazırda cavabdeh qarşılıqlı iddia ərizəsində bank qarantiyasına əsasən iddiaçıya ödənilmiş qarantiya məbləğinin onun xeyrinə tutulmasını tələb etsə də, həmin hissədə tələbinin nə faktiki, nə qanuni əsasını göstərməmişdir. Odur ki, həmin hissədə qarşılıqlı iddia əsassız hesab edilmişdir.

90. İşlərin dəyərindən tutulmuş zəmanət məbləğinin qaytarılması tələbi ilə bağlı qeyd edilmişdir ki, müqavilə üzrə öhdəliklərin icra edilməsinin təminatı kimi müqavilənin 1 saylı Əlavəsinin 4.2-ci bəndinə əsasən hər bir aralıq ödənişin 10% m əbləğində zəmanətin subpodratçının aylıq aralıq ödənişindən çıxılması, həmin məbləğdə işlər tamamlandıqdan sonra subpodratçıya ödənilməsi, 10.2.1-ci bəndində podratçının müqaviləyə 1 saylı əlavəsinin 10.2-ci bəndində göstərilən əsaslarla xitam verildikdə zəmanət məbləğinin ləğv edilə bilməsi (ingilis variantında to be forfeited – götürülməsi, müsadirə edilməsi) nəzərdə tutulmuşdur.

91. Hazırkı halda müqaviləyə podratçı tərəfindən müqavilənin 1 saylı əlavənin 10.2-ci bəndinin İV yarımbəndində göstərilən əsasla (subpodratçı müqavilənin hər hansı müddəasını pozduqda və ya subpodrat müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirə bilmədikdə) xitam verildiyindən podratçı 10.2.1-ci bəndinə uyğun olaraq subpodratçı tərəfindən müqavilə üzrə görülmüş işlərin dəyərinin (tərəflərin təsdiq etdiyi sonun cu – 9 saylı aralıq ödəniş sertifikatında ƏDV xaric 294.155,02 ABŞ dolları məbləğində müəyyən edilmişdir) 10%-i – 29.415 ABŞ məbləğində zəmanət məbləği müqavilənin 1 saylı Əlavəsinin subpodratçıya edilməli olan ödənişdən tutmuşdur.

92. Müqavilə üzrə öhdəliklərin tərəfindən pozulmaması barədə cavabdehin dəlillərinə gəldikdə məhkəmə qeyd etmişdir ki, 2020-ci il 29 iyul tarixində iddiaçı tərəfindən mübahisəli podrat müqaviləsinə subpodratçının (cavabdehin) öhdəlikləri lazımi qaydada icra etməməsi əsası ilə xitam verilməsi barədə cavabdehə bildiriş göndərilsə də, cavabdeh tərəfindən həmin bildirişə hər hansı bir etiraz bildirməmiş, müqaviləyə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilməsinin əsaslılığı və qanuniliyi qanunla nəzərdə tutulmuş qaydada mübahisələndirilməmişdir. İkincisi, ca vabdeh müqaviləyə xitam verilənədək olan dövrdə iddiaçının bildirişlərinə cavab məktublarında müqavilə üzrə öhdəliklərinin pozulması faktlarını (işçilərin işi dayandırması və s.) təsdiq etmişdir. Həmin məktublarda cavabdeh tikinti işlərində baş verən ləngimələri cavabdeh tərəfindən ödənişlərin gecikdirilməsi ilə əlaqələndirsə də, cavabdehin istinad etdiyi göstərilən hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, 2020-ci il 25 may tarixli 6 saylı aralıq ödəniş hesabatına əsasən həmin tarixə podratçı tərəfindən subpodratçıya ödənilməli olan məbləğ (tutulmalar çıxılmaqla) ƏDV xaric 209.478,93 ABŞ dolları (356.114,18 manat) təşkil etdiyi halda iş materiallarında olan ödəniş sənədlərinə əsasən 2020-ci il 18 may tarixədək (yəni cavabdehin yuxarıda istinad edilən məktubunun tarixi) olan dövrdə iddiaçı tərəfindən cavabdehə ƏDV xaric 384.020,63 manat məbləğində ödənişlər edilməsi müəyyən edilmişdir.

93. Beləliklə, məhkəmə hesab etmişdir ki, müqaviləyə cavabdehin (subpodratçının) təqsiri üzündən xitam verildiyindən iddiaçı (podratçı) müqavilə şərtlərinə uyğun olaraq görülmüş işlərin dəyərindən 10% zəmanət məbləğini tutmaq hüququna malik olmuşdur. Həmin məbləğin qaytarılması barədə qarşılıqlı iddia ərizəsi isə əsassızdır.

94. Qarşılıqlı iddia tələbinin forma iki üzrə ödənilməmiş pulun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflərin təsdiq etdiyi sonuncu – 9 saylı aralıq ödəniş hesabatı ilə cavabdeh tərəfindən müqavilə üzrə ƏDV xaric 294.155,05 ABŞ dolları məbləğində və müqavilədən kənar ƏDV xaric 73.828,56 ABŞ dolları məbləğində olmaqla cəmi 367.9 83,58 ABŞ dolları məbləğində işlərin görülməsi təsdiq edilmiş, eyni zamanda işlərin dəyərindən 35.751,13 ABŞ dolları məbləğində xərclərin (podratçı tərəfindən göstərilmiş yemək, su təminatı və d. xidmətlərin dəyərinin) tutulmalı olması razılaşdırılmışdır. Bununla yanaşı yuxarıda da göstərildiyi kimi müqavilə şərtlərinə əsasən müqaviləyə subpodratçının təqsiri üzündən vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar görülmüş işlərin 10% - 29.415,5 ABŞ dolları subpodratçıya ödənilmiş məbləğdən çıxılmalıdır.

95. Odur ki, tərəflərin təsdiq etdikləri sonuncu aralıq ödəniş hesabatı ilə görülməsi təsdiq edilmiş işlərə görə iddiaçı tərəfindən cavabdehə cəmi ƏDV xaric 302.816,95 ABŞ dolları (367.983,58 – 35.751,13-29.415,5) pul vəsaiti ödənilməli idi.

96. Digər tərəfdən iddiaçı tərəfindən müqavilə üzrə ƏDV xaric 581.848,06 manat (342.263,56 ABŞ dolları) ödəniş edilmişdir ki, həmin məbləğin 75.638,05 manat (44.492,97 ABŞ dolları) hissəsi bank tərəfindən bank qarantiyasına əsasən qaytarılmışdır. Beləliklə, iddiaçı müqavilə üzrə ödənişi cəmi ƏDV xaric 297.770,59 ABŞ dolları (342.263,5644.492,97) təşkil etmişdir.

97. İşin göstərilən hallarına əsasən, iddiaçının cavabdehə podrat müqaviləsi üzrə görülmüş işlərə görə ƏDV xaric 5.046,36 ABŞ dolları ( 302.816,95 ABŞ dolları - 297.770,59 ABŞ dolları) borcu qalmışdır.

98. Odur ki, hazırkı halda cavabdeh mübahisəli subpodrat müqaviləsi üzrə tərəfindən görülmüş və dəyəri ödənilməmiş podrat işlərinə görə ƏDV xaric 5.046,36 ABŞ dolları (ƏDV daxil 5.954,70) – manatla ƏDV xaric 8.578,81 manat (ƏDV daxil 10123 manat) məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlı olmuşdur.

99. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, müqavilə öhdəliklərinin icra edilməməsindən (lazımi qaydada icra edilməməsindən) irəli gələn maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin müqavilə üzrə öhdəliklərin təqsirli pozuntusuna yol verilməsi, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin müqavilə üzrə öhdəliklərinin təqsirli pozuntusu ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcud olması müəyyən edilməlidir.

100. Hazırkı halda cavabdeh tərəfindən nə iddiaçının müqavilə öhdəliklərini pozması, nə də iddiaçının müqavilə öhdəliklərini pozması nəticəsində ona real zərər və ya əldən çıxmış fayda formasına maddi zərərin dəyməsi faktlarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, maddi zərərin ödənilməsi hissəsində də qarşılıqlı iddia əsassız hesab edilmişdir.

101. Mənəvi zərərin ödənilməsi barədə iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nı n müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

102. Həmin qərarın 3-cü bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs MM-in 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər.

103. Hazırkı halda iddiaçının hüquqa zidd hərəkətləri nəticəsində cavabdehin qanunla qorunan hüquqlarının pozulması faktının müəyyən edilmədiyi, eləcə də cavabdehin hüquqi şəxs olmaqla «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli formalaşd ırılmış hüquqi mövqeyə uyğun olaraq mənəvi zərərin ödənilməsini tələb etmək hüququna malik olmadığı hazırkı halda mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

104. Məhkəmə hazırkı qətnamə ilə ilkin və qarşılıqlı iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində pul vəsaitinin 62 manat hissəsi iddiaçıdan və 62 manat hissəsi cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

105. İlkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun iddiaçının təmin edilmiş hissəsinə mütənasib hissəsi - 10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddianın qiymətinin 98% yaxın hissəsi rədd edildiyindən qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu isə cavabdehə aid edilmişdir.

106. Məhkəmə öz mövqeyini MM-in 21.1, 21.2, 43.1, 44.1, 53.2, 53.3, 157.2, 385.1, 442, 443.1, 752.1, 759.2-ci maddələrinə; Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına; "xxxx" MMCnin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına; Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2, 1.3, 2.2, 3.7-ci bəndlərinə; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli 7 №li qərarının 1, 2, 3-cü bəndlərinə; MPM-in 14.2, 77.1, 119.1, 218.3, 222.1,-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

107. Cavabdeh 2023-cü il 19 yanvar tarixində apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 dekabr tarixli e-2-2(113)-78/2022 saylı qətnaməsinin ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilərək iddia tələbin rədd olunmasını; qarşılıqlı iddianın qismən təmin edilən hissələrdə dəyişdirilməsini, həmin hissələrdə iddia tələbinin tam həcmdə təmin olunmasını; qarşılıqlı iddia rədd edilmiş hissədə məhkəmə qətnaməsinin ləğv edilərək, həmin hissələrdə iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

108. İddiaçı 2023-cü il 23 yanvar tarixində apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 dekabr tarixli e-2-2(113)-78/2022 saylı qətnaməsini qismən – ilkin iddianın qismən rədd edilməsi və qarşılıqlı iddianın qismən təmin edilməsi hissələrində ləğv edilməsini, ilkin iddianın təmin olunmasını, cavabdehdən iddiaçının xeyrinə 127.497,45 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan rəsmi məzənnəynə uyğun olaraq Azərbaycan manatı ilə tutulmasını, habelə ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun tutulmasın ı, bu məbləğlərin iddiaçıya ödənilməsini, həmçinin qarşılıqlı iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

109. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 may tarixli 2-2(103)-333/2023 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 dekabr tarixli 2-2(113)-78/2022 saylı qətnaməsi ilk və qarşılıqlı iddianın təmin edildiyi hissədə qismən ləğv edilərək, ilk iddianın cavabdehdən iddiaçının xeyrinə 64.283,74 manat pulun tutulması hissəsində rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin “iddiaçıdan cavabdehin xeyrinə ƏDV daxil 10.123 manat məbləğində pulun tutulması” hissəsində rədd edilməsi, q ətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

110. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı Türkiyə Respublikasının hüquqi şəxsi olduğundan baxılan mübahisə xarici elementlidir. Tərəflər arasında bağlanmış müqavilənin 17.1-ci bəndində mübahisəyə İsveçdə arbitraj məhkəməsi tərəfindən baxılması nəzərdə tutulsa da Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 26 oktyabr tarixli 2-2(103)-1269/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin mübahisəyə baxmağa səlahiyyətli olması məsələsinə hüquqi qiymət verilmişdir.

111. Məhkəmə kollegiyası eyni zamanda mübahisəyə Azərbay can Respublikasının qanunvericiliyi əsasında baxılmasının qanuni olub-olmaması məsələsinə də hüquqi qiymət verilməsini zəruri hesab etmişdir. “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərinə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 1.3-cü maddəyə əsasən tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilənin 17.1- ci bəndində mübahisəyə İsveçdə arbitraj məhkəməsində baxıldığı təqdirdə mübahisənin İsveç qanunları əsasında həll edilməli olduğu müəyyən edilmişdir. Müqavilədə mübahisəyə tərəflərin olduqları yerin məhkəməsi tərəfindən baxıldığı təqdirdə hansı ölkənin qanunvericliyinin tətbiq ediləcəyi nəzərdə tutulmadığından, o cümlədən iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası qanunvericliyinə istinad etdiyindən və cavabdeh işə Azərbaycan Respublikası qanunvericliyi əsasında baxılmasına etiraz etmədiyindən kollegiya hesab etmişdir ki, Bakı Kommersiya Məhkəməsi işə Azərbaycan Respublikası qanunvericliyini tətbiq etməklə baxmağa haqlı olmuşdur.

112. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilə cavabdeh arasında bağlanmış 2 019-cu il 11 noyabr tarixli 005_ANEL MoT nömrəli subpodrat müqaviləsinə 2020-ci il 29 iyul tarixində xitam verilmişdir. Həmin müqavilə üzrə subpodratçıya ƏDV-siz 581.848,06 manat pul ödənilmişdir.

113. Müqavilə üzrə iddiaçının ödədiyi avans məbləği ilə birlikdə cavabdehin əvəzinə iddiaçı tərəfindən çəkilmiş xərclərə görə (işçilərin yemək, su təminatı, elektrik enerjisi təminatı, tullantıların daşınması xərcləri və digər xərclərə görə) cavabdehin iddiaçıya 2020-ci il 15 may tarixə 116.629,40 manat borcu olduğu hər iki tərəfin təsdiq etdiyi üzləşmə aktı ilə təsdiq edilmişdir.

114. Üzləşmə aktı tərtib edildikdən sonra qarantiya vermiş bank "xxxx" ASC tərəfindən cavabdehin öhdəliyi üzrə iddiaçıya 75.638,05 manatın (64.100,04 manat əsas borc+11.538,01 manat ƏDV) ödənildiyi də işin mübahisəsiz h alıdır. Belə olan halda müəyyən olunmuşdur ki, həmin ödənişdən sonra üzləşmə aktı üzrə cavabdehin iddiaçıya qalıq borcu ƏDV-siz 52.529,36 manat (116.629,40 -64.100,04) təşkil etmişdir. Cavabdeh üzləşmə aktını imzalamaqla podratçının onun əvəzinə çəkdiyi xərclərə görə ödəməli olduğu borcu təsdiq etdiyindən həmin xərclərin ondan tutulmalı olmadığına dair hissədə cavabdehin apellyasiya şikayətinin dəlili əsassız hesab edilmişdir.

115. İşdəki sənədlərə əsasən müəyyən edilmişdir ki, üzləşmə aktı tərtib edildikdən sonra da cavabdeh tərəfindən subpodrat müqaviləsi üzrə işlər görülmüş, tərəflər arasında həmin tarixdən sonra görülmüş işlərlə bağlı 8 və 9 saylı aralıq ödəniş sertifikatı (“Hakediş raporu”) imzalanmış və cavabdeh tərəfindən iddiaçıya görülmüş işlərin ümumi dəyəri 266.752,9 manat (əs as borc 226.061,78 manat+40.691,12 manat ƏDV) olan 6 ədəd elektron qaimə göndərilmişdir. İşdəki sənədlərə əsasən iddiaçı həmin elektron qaimələri qəbul edərək cavabdehə qaimələr üzrə 233.436,39 manat (197.827,45 manat əsas borc+35.608,94 manat ƏDV) ödəmişdir. Müəyyən edilmişdir ki, iddiaçı cavabdehə üzləşmə aktı tərtib edildikdən sonra 2020-ci ilin may, iyun, iyul ayları üzrə görülən işlərlə bağlı təqdim edilmiş elektron qaimələr üzrə əsas borca görə 28.234,33 manat az ödəniş etmişdir. Cavabdehin üzləşmə aktı üzrə iddiaçıya ƏDV-siz 52.529,36 manat qalıq borcundan iddiaçının 2020-ci ilin may, iyun, iyul ayları üzrə görülmüş işlərlə bağlı cavabdehə ƏDV-siz 28.234,33 manat borcu çıxdıqda müəyyən olunmuşdur ki, cavabdehin onun əvəzinə çəkilmiş xərclər podratçıya qalıq borcu iddia qaldırılan ta rixə 24.295,03 manat təşkil etmişdir.

116. İş materiallarında iddiaçı tərəfindən göndərilmiş, cavabdeh tərəfindən ləğv edilməsi xahiş edilmiş 2020-ci il 10 dekabr tarixli, EBAT seriyalı, 711892 nömrəli elektron qaimədən başqa üzləşmə aktı tərtib edildiyi tarixdən sonra iddiaçı tərəfindən cavabdehin əvəzinə çəkilmiş xərcləri (işçilərin yemək xərci, elektrik enerjisi xərcləri və s. ) təsdiq edən mötəbər sübutlar olmadığından, həmin qaimədə isə əsas kimi üzləşmə aktına istinad edildiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır ki, podratçı tərəfindən subpodratçıya üzləşmə aktı tərtib edildikdən sonra xidmələrin göstərildiyi təsdiq olunmur. Buna görə də kollegiyası hesab etmişdir ki, ilk iddia yalnız cavabdehdən 24.295,03 manat borcun tutulması hissəsind ə əsaslı hesab edilməli, mübahisələndirilən qətnamə ilk iddianın və qarşılıqlı iddianın təmin edildiyi hissədə qismən ləğv edilərək ilk iddia cavabdehdən 64.283,74 manat pulun tutulması hissəsində də rədd edilməli, o cümlədən qarşılıqlı iddia iddiaçıdan ƏDV daxil 10.123 manat məbləğində müqavilə üzrə borcun tutulması hissəsində rədd edilməlidir.

117. Birinci instansiya məhkəməsi ilk iddianı ƏDV daxil 88.578,77 manat hissədə təmin edərkən işin aşağıdakı hallarını nəzərə almamışdır: Üzləşmə aktı tərtib edildikdən sonra cavabdehin borc öhdəliyi üzrə qarant bank tərəfindən 64.100,04 manat əsas borc ödənildiyindən bu məbləğin cavabdehin borcundan çıxılmalı idi; Tərəflər arasında bağlanmış subpodrat müqaviləsinin 3-cü bəndində subpodrat müqaviləsindəki qiymətlərə əlavə dəyər vergisinin daxil olm adığı, bunun (yəni ƏDV-nin) podratçı (yəni iddiaçı) tərəfindən qarşılanılmalı olduğu nəzərdə tutulduğundan müqavilə şərtlərinə əsasən iddiaçının cavabdehdən ƏDV ödənişi tələb etmək hüququ yoxdur; Tərəflər arasında 2020-ci il 15 may tarixli üzləşmə aktı tərtib edilərkən subpodrat müqaviləsinə 1 saylı əlavənin 4.2-ci bəndinə uyğun tutulmuş 40.970 manat zəmanət kəsintisinin məbləği (bu məbləğ müqavilənin 4.2.2-ci bəndinə əsasən yekun tamamlama sertifatı hazırlandıqdan sonra qüsurlar olmadıqda 40 gün ərzində subpodratçıya ödənilməli idi) podratçı tərəfindən subpodratçının borcundan çıxılmış, yəni həmin tarixədək tərəflərin bir-birinə olan öhdəlikləri qarşılıqlı şəkildə əvəzləşdirilmişdir. MM-nin 540.1-ci və 540.2-ci maddələrinə əsasən qarşılıqlı tələblərin əvəzləşdirilməsi yolu ilə onlara xita m verildiyi qeyd edildiyindən subpodratçının zəmanət kəsintisi ilə əvəzləşdirilərək xitam verilmiş borcu yenidən tələb edilə bilməz.

118. Üzləşmə aktından sonra tutulmuş zəmanət kəsintisinin subpodratçıya qaytarılmalı olmadığına dair hissədə isə məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1 saylı əlavəsinin 4.2-ci bəndinə əsasən hər bir aralıq ödənişin 10% məbləğində zəmanətin subpodratçının aylıq aralıq ödənişindən çıxılması, həmin məbləğdə işlər tamamlandıqdan sonra subpodratçıya ödənilməsi, 10.2.1-ci bəndində podratçının müqaviləyə 1 saylı əlavəsinin 10.2-ci bəndində göstərilən əsaslarla xitam verildikdə zəmanət məbləğinin ləğv edilə bilməsi (ingilis variantında to be forfeited – götürülməsi, müsadirə edilməsi) nəzə rdə tutulmuşdur.

119. Məhkəmə hesab etmişdir ki, hazırkı halda müqaviləyə podratçı tərəfindən müqavilənin 1 saylı əlavəsinin 10.2-ci bəndinin İV yarımbəndində göstərilən əsasla (subpodratçı müqavilənin hər hansı müddəasını pozduqda və ya subpodrat müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirə bilmədikdə) xitam verildiyindən podratçı üzləşmə aktından sonra tutulmuş zəmanət məbləğini özündə saxlamaq hüququ əldə etmişdir.

120. Məhkəmə kollegiyası eyni zamanda birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır ki, ilk iddiaçı borcun ABŞ dolları ilə tutulmasını xahiş etsə də cavabdehə göstərilmiş yemək, su təminatı və digər xidmətlər üzrə hesablaşmaların ABŞ dolları ilə aparılmalı olduğuna dair tərəflər arasında razılaşma olmadığından, o cümlədən xidmətlərin göstərilməsi barədə ele ktron qaimələrdə, eləcə də üzləşmə aktında həmin xidmətlərin dəyəri manatla göstərildiyindən cavabdehdən tutulacaq məbləğin ABŞ dolları ilə müəyyən edilməsi üçün əsasların mövcudluğu müəyyən edilməmişdir.

121. Məhkəmə kollegiyası qarşılıqlı iddianın əmlakların qanunsuz sahiblikdən geri alınması ilə bağlı hissəsində iddianın qismən əsaslı olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı 58 adda əşyanın cavabdehin istifadəsində qalmasını iddia etsə də, əşyaların tərkibi, sayı və dəyəri barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Tikintidə saxlanılmış əşyaların tərkibi və sayı barədə 2020-ci il 19 may tarixli hər iki tərəfin təsdiq etdiyi aktda əşyaların hamsının cavabd ehə məxsus olması göstərilməmiş, sənədin sonunda sözügedən əşyaların bir hissəsinin iddiaçı tərəfindən tədarük edildiyi qeyd edilmişdir. Buna görə də əşyaların hansı hissəsinin cavabdehə, hansı hissəsinin iddiaçıya məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə eyni zamanda düzgün olaraq qeyd etmişdir ki, sözügedən akt 2020-ci il 19 may tarixində tərtib edildiyindən, subpodrat müqaviləsinə xitam verilməklə cavabdehin tikinti sahəsini tam tərk etməsi isə 2 ay sonra, 2020-ci ilin iyul ayının sonuna təsadüf etdiyindən bu müddət ərzində tikinti sahəsində mövcud olan əşyaların tərkibinin dəyişməsinin mümkünlüyü ehtimalı nəzərə alınmaqla sözügedən akt əsasında cavabdehin tikinti sahəsini tərk edərkən tikintidə saxlanılmış əşyaların tərkibi barədə əsaslı nəticəyə gəlmək mümkün olmamışdı r.

122. Avadanlıqların dəyərinin 115.600 manat təşkil etməsi ilə bağlı cavabdehin özü tərəfindən tərtib edilmiş siyahıdan başqa iş materiallarında hər hansı mötəbər sübut mövcud olmamışdır. İş materiallarının 4-ci cildinin 41-42-ci vərəqlərinə əlavə edilmiş cavabdehin iddiaçının filialına ünvanlanmış 2020-ci il 31 avqust tarixli məktubunda 2020-ci il 15 may tarixindən tikinti sahəsində onlara məxsus ümumi dəyəri 16.875 manat olan 60 adda avadanlıq, texnika, ləvazimat qaldığı qeyd edilmişdir.

123. Həmin əmlakların cavabdeh tərəfindən icarəyə götürülməsi barədə müqavilə və bununla bağlı birinci instansiya məhkəməsinə təqdim edilməmiş digər sənədlər MPM-nin 372.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul edilmir. Həmin normaya əsasən yeni sübutlar və y eni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh həmin sübutları birinci instansiya məhkəməsinə təqdim etməməsinin səbəbini əsaslandıra bilməmişdir.

124. İddiaçı subpodratçıya məxsus, siyahısı təqdim edilmiş 10 adda avadanlığın onlarda olduğunu etiraf etdiyindən həmin avadanlıqların iddiaçının qanunsuz sahibliyindən alınaraq cavabdehə verilməsi hissəsində iddia əsaslı hesab edilmişdir.

125. Məhkəmə kollegiyası cavabdehin qarşı tərəfdən tələb etdiyi maddi və mənəvi ziyana görə pul tələbləri ilə bağlı hissədə qarşılıqlı iddianın əsassız olduğuna dair hissədə birinci instan siya məhkəməsinin qətnamədə qeyd etdiyi əsaslarla (ziyan vurulmasının təsdiq edilməməsi) razılaşaraq hesab etmişdir ki, qarşılıqlı iddianın rədd edildiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə həmin hissədə də dəyişdirilmədən saxlanılmalıdır. Mənəvi ziyanın tutulması barədə qarşılıqlı iddia tələbi ilə bağlı kollegiya əlavə olaraq qeyd etmişdir ki, hüquqi şəxsin tələb etdiyi mənəvi ziyan yalnız qarşı tərəfin hərəkətləri nəticəsində işgüzar nüfuza vurulmuş ziyanla bağlı ola bilər. Hazırkı halda iddiaçı tərəfindən cavabdehin işgüzar nüfuzuna ziyan vurulduğu müəyyən edilməmişdir.

126. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 157.2, 157.8, 385.1, 752.1, 759.2-ci; “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanununun 1.2, 1.3-cü; MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

127. Həmin qətnamə 2023-cü il 30 may tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

128. Cavabdeh 2023-cü il 28 iyul tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 18 may tarixli 2-2(103)-333/2023 saylı qətnaməsi “iddiaçının xeyrinə 24.295,03 manat məbləğin tutulması (yəni bu məbləğdə qüvvədə saxlanıldığı hissədə) hissəsində” dəyişdirilməsini, iddiaçının iddiasının tam həcmdə rədd olunmasını, “iddiaçıdan cavabdehin xeyrinə ƏDV daxil 10.123 manat məbləğində pulun tutulması hissəsində rədd edilsin” hissəsində qətnamənin ləğv edilməsini, qarşılıqlı iddia üzrə yeni qərar qəbul edilərək; ‒ İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən cavabdehə məxsus olan (1.İskele 2.3-3. 5 m (42 ədəd) 2.A tipi Nerdiven (9 Basamak) (4 ədəd) 3.A tipi Nerdiven (11 Basamak) (4 ədəd) 4.Mengene (Tezgah tipi) (8 ədəd) 5.Manyetik Matkap (1 ədəd) 6.Darbeli Matkap (35 ədəd) 7.Darbesiz Matkap (4 ədəd) 8.Şarjlı Matkap (2 ədəd) 9.115 Taşlama motoru (35 ədəd) 10.180 Taşlama motoru (10 ədəd) 11.330 X6 (s/n ********) (1 ədəd) 12.380 Kaynak Makinası (1 ədəd) 13.220 Kaynak Makinası (4 ədəd) 14.X9 (1 ədəd) 15.Pafta (Virax) (s/n 134402) (1 ədəd) 16.Pafta (Virax) (s/n 80605) (1 ədəd) 17.Pafta (Rothenberger) (Yeni) (s/n 818811) (1 ədəd) 18.Pafta (Rothenberger) (s/n 306891) (1 ədəd) 19.Yiv Makinası (Rems) (s/n 34 203791) (1 ədəd) 20.Yiv Makinası (Rothenberger) (1 ədəd) 21.PPR Kaynak Makinası 20-50 (3 ədəd) 22.PPR Kaynak Makinası 50-110 (1 ədəd) 23.Lazer Terazi (11 ədəd) 24.Su Terazisi 60 cm (25 ədəd) 25.Komprasör (1 ədəd) 26.Projektör Kablolu (24 ədəd) 27.220 Seyyar Kablo 20 Metre (44 ədəd) 28.Calaskal (2 Ton) (4 ədəd) 29.Boru Anahtarı 1” (14 ədəd) 30.Boru Anahtarı 11/2” (29 ədəd) 31.Boru Anahtarı 2” (10 ədəd) 32.Boru Anahtarı 21/2” (2 ədəd) 33.Kurbağacık 10” 250 mm (6 ədəd) 34.Kurbağacık 12” 300 mm (4 ədəd) 35.Lokma takımı 10-32 mm (1 set) 36.20-22 Açık ağız anahtar (1 ədəd) 37.21-23 Açık ağız anahtar (1 ədəd) 38.24-26 Açık ağız anahtar (1 ədəd) 39.25-28 Açık ağız anahtar (1 ədəd) 40.27-32 Açık ağız anahtar (1 ədəd) 41.10 Kombine Anahtar (10 ədəd) 42.13 Kombine Anahtar (25 ədəd) 43.15 Kombine Anahtar (9 ədəd) 44.17 Kombine Anahtar (44 ədəd) 45.19 Kombine Anahtar (31 ədəd) 46.22 Kombine Anahtar (8 ədəd) 47.Ayarlı pense (1 ədəd) 48.Karga burun (1 ədəd) 49.Yan keski (2 ədəd) 50.Yıl dız Tornavida (18 ədəd) 51.Düz Tornavida (8 ədəd) 52.Çekiç 0,5 kg (9 ədəd) 53.Çekiç 1 kg (22 ədəd) 54.Demir Testeresi (1 ədəd) 55.Ağaç Testeresi (1 ədəd) 56.Gönye (2 ədəd) 57.PPR Boru Makası 2”-21/2” (1 ədəd) 58.X11 1”-4” (1 ədəd)) sadalanan avadanlıqların geri qaytarılması, əgər avadanlıqlar mövcud deyilsə, 115.600 manat məbləğində pul vəsaitinin geri qaytarılması, eyni zamanda, 2020-ci il 16 may tarixdən, 2022-ci il 16 oktyabr tarixə qədər olan müddətdə avadanlıqlar üçün nəzərdə tutulmuş aylıq 8.500 manat məbləğində kirayə haqqı, ümumilikdə avadanlıqlar üçün müəyyənləşdirilmiş 246.500 manat (8.500x2.907) məbləğində kirayə haqqının tutulması barədə; ‒ X7 Taahhüt ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı üçün cavabdeh tərəfindən ödənilmiş və tələb edilən xəclər siy ahısı ( əlavə işlər – 9.010 manat, liftin olmaması – 45.651 manat, personalın maaşı – 190.393 manat, DSMF borc -11.500,00, manat + 5.647 faizi, giriş kartı – 5.300 manat, personalçıxış 1.582,00 manat, aprelayı 35.150,00 manat, forma 2 gorə əskik ödəmə 60.776 manat, mart ayı üzrə DSMF borcu – 32.900 manat, teminat mektubu – 76.500 manat, iş vaxtından artıq işləmə - 20.500) 494.909 manat məbləğində xərcin tutulması barədə; ‒ İddiaçınin Azərbaycan Respublikasındakı filialı ilə cavabdeh arasında bağlanan müqavilə üzrə İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən cavabdehi “haksız yere zarara uğratma” ya görə 32.786 manat məbləğində pul vəsaitinin tutulması barədə, yəni bu hissələrdə iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

129. İddiaçı 2023-cü il 31 iyul tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 18 may tarixli 2-2(103)-333/2023 saylı qətnaməsini ləğv edərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabehin kassasiya şikayətinin dəlilləri

130. Cavabdeh hesab etmişdir ki, iddiaçının xeyrinə 24.295,03 manat məbləğin tutulması hissəsində qətnamə dəyişdirilərək, iddiaçının iddiası tam həcmdə rədd olunmalıdır.

131. Tərəflər arasında bağlanmış müqavilənin 2.9.1, 3, 4.1.2, 4.1.5, 4.3, 5.1.1 və 5.4.1-ci bəndlərin tələbləri pozulmuşdur - Məhkəmə tərəfindən ilkin iddiaçının iddia tələbi qismən 88.578,77 manat hissədə təmin edilməsi, qətnamənin əsaslandırıcı hi ssəsində qeyd olunmuş, lakin cavabdeh hesab etmişdir ki, məhkəmə ilkin iddianı qeyd olunan hissədə təmin edərkən tərəflər arasında bağlanmış müqavilə tələbləri baxımından düzgün nəticəyə gəlməmişdir. Nəticədə məhkəmə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə tərəflər arasında 2019-cu il 11 noyabr tarixli müqaviləyə istinad etmişdir, lakin müqavilədən irəli gələn öhdəlik baxımından mübahisə edən tərəfin iddiasına düzgün qiymət verilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, podratçı (iddiaçı) subpodratçı ilə (cavabdeh) müqavilə bağlayaraq işlərin icra edilməsini subpodratçıya həvalə etdiyini və müqavilədə qeyd olunduğu kimi görülmüş işlər üçün hesab-fakturanı təqdim edən tərəf subpodratçı müəyyən olunur. İşlərin icrası subpodratçıya həvalə edilir.

132. Nəzərə alınmalıdır ki, ilkin iddiaçı nın iddia ərizəsində, apellyasiya şikayətində və nümayəndənin 2023-cü il 26 aprel tarixli izahatında qeyd olunan pul məbləğləri, ödəniş tarixləri və digər məlumatlar fərqli olmaqla yanaşı, ziddiyyətlidir. İddia ərizəsi və iddia ərizəsinə əlavə qaydasında iddiaçı cavabdehdən 216.775,67 manat pul tələb etdiyi halda, Apellyasiya şikayəti üzrə “pul öhdəliyinin yaranması” kimi qeyd olunan 2-ci bölmədə məbləğ aşağıdakı kimidir: 1) 116.629,06 manat (68.605,33 ABŞ dolları); 2) 85.000 manat (50.000 ABŞ dolları); 3) 32.194,80 manat (18.938,12 ABŞ dolları); cəmi 233.821,86 manat göstərilmişdir.

133. Podratçı 2020-ci il 30 iyun tarixində ödəniş etdiyini, həmçinin bir tərəfli qaydada 2020-ci il 29 iyul tarixində müqaviləni ləğv etmiş, daha sonra qeyd etmişdir ki, subpodratçı işləri təhvil verməmişdir. İddiaçının istinad etdiyi 8 və 9 saylı sertifikatlarda həmin işlərin təhvil verilmə vaxtı göstərilibmi?! Belə bir fakt yoxdur! Podratçı bir tətəfli qaydada vaxtından əvvəl müqaviləni pozub cavabdehi əraziyə buraxmadığı üçün, işin tamamlanmaması və təhvil verilməməsi barədə tələb əsassız olmuşdur.

134. Eyni zamanda iddiaçı və onun nümayəndəsi tərəfindən müxtəlif adlarla Məhkəməyə təqdim olunmuş (izahat) aralıq ödəniş sertifikatlarına istinad edərək qeyd olunmuşdur ki, subpodratçının alacağı məbləğlərdən tutulmuş, lakin 126.568,63 manat podratçıya qaytarılmamışdır. Tərəflər arasında rəsmiləşdirilmiş müqavilədə həmin müqaviləyə əlavələrin – sertifikat adlandırılması barədə şərt mövcud deyildir. Bu baxımdan tərəflərin xarici, yaxud yerli hüquqi şəxs olmasından asılı olmayarq, Azərbaycan Respub likasının qanunlarına əməl etmək tərəflərin borcudur. Yəni müqavilə öhdəliklərinə əməl olunmalıdır.

135. Beləliklə iddiaçının istinad etdiyi sertifikat və bu məzmunlu anlayışların müqavilədən irəli gələn öhdəliklər üzrə hər hansı bir aidiyyəti olmayan ümumi fikirlərdir.

136. Müqavilə şərtlərinə görə iş və xidmətlər üçün ödənilməli məbləğlər üç gün hesabfakturalarının təqdim olunması məcburi müqavilə şərtidir. İddiaçı müqavilənin bu şərtini pozmuşdur. Məhkəmə Kollegiyası nəzərə almalı idi ki, iddiaçı qanuna və müqaviləyə zidd formada icraçıya köçürdüyü pulları gördüyü iş, yəni təlim, təmizlik, giriş kartı və sair adlar ilə geri tələb etmişdir, lakin müqavilə şərtlərinə uyğun olaraq hesab-faktura təqdim etməmişdir. Çünki müqavilənin 4.1.5-ci bəndinə görə bütün hallarda aralıq ödəniş sertifik atında göstərilən və təsdiq edilən məbləğlərdə digər tərəfə hesab-faktura təqdim edilməlidir. Müqavilənin 4.1.7 və 4.3-cü bəndləri hesab-faktura olmadan ödəniş edilməsini qadağan edir. İddia tələbi müqavilə şərtlərinə ziddir.

137. Məhkəmə faktlar və qanun əsasında mübahisəyə qiymət verməli olduğundan cavabdeh bildirirmişdir ki, podratçı hesab-faktura təqdim etmədən, aralıq sertifikat adı ilə pul tələb etməsinin digər bir hüquq pozuntusu ondan ibarət olmuşdur ki, podratçı əgər subpodratçının işçilərinin binaya girişi üçün “kart” sifariş edirsə, onda pul vəsaiti də birbaşa kartı hazırlayan təşkilata köçürə bilərdi, yaxud podratçı ilə subpodratçı arasında müqavilə bağlanmalı idi. Çünki subpodratçı ilə podratçı arasında belə bir xidmətə dair müqavilə, “müqaviləyə Əlavə” mövcud deyildir. Subp odratçı podratçıya kart hazırlamağı sifariş verməyib. Müqavilənin 4.1.5-ci bəndi isə “aralıq ödəniş sertifikatı”nda göstərilənləri mütləq hesab-faktura ilə rəsmiləşdirməyi (tövsiyə) şərt olaraq müəyyən edir. Beləliklə qanuna və müqaviləyə zidd olan tələb icra olunmamalıdır. Azərbaycan hüquqi dövlət olduğundan, qanuna və hüquqa zidd formada tərtib olunmuş sənədləşmənin gizli məqamları səlahiyyətli qurumlar tərəfindən araşdırılmalı və ona qiymət verilməlidir. Hüquqa və qanuna zidd formada təcrübənin formalaşmasının qarşısı alınmalıdır.

138. Belə ki, iddiaçı tərəf və onun nümayəndələri tərəfindən 2020-ci il 15 may tarixində “üzləşmə aktı” tərtib edərkən, cavabdehi aldadaraq inandıra (tərəflər arasında e-mail üzrə 2020-ci il 16 may tarixində digər sazişlərdə elektron qaydada mübadilə edilmiş v ə razılaşdırılmışdır. 2020-ci il 15 may tarixli “üzləşmə aktını” imzaladıqdan sonra, digər sazişləri imzalamaq tərəflər arasında razılaşdırılıb, lakin iddiaçı üzləşmə aktını aldıqdan sonra növbəti sazişləri imza etməkdən yayınmışdır) bilmişlər ki, guya qarşılıqlı əvəzləşmə aparırlar. Nəticədə üzləşmə aktı əsasında 2020-ci il 14 may tarixə cavabdehi özlərinə 116.629,40 manat borclu göstərməyə nail olublar. 1-ci İnstansiya Məhkəməsinin qətnaməsində (səh.35) üzləşmə aktı tərtib edilən tarixə iddiaçı tərəfindən göstərilmiş xidmətin dəyəri də 116.629,06 manata daxil olduğu göstərilmişdir.

139. Buna baxmayaraq, 2020-ci il 14 may tarixindən sonra (yəni üzləşmə aktından sonra) “X7 Taahüt və Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı filialı ilə cavabdeh arasında aşağıdakı tarixlərdə h esab-faktura və s. sənədlər tərtib edilməklə bank əməliyyatları, yəni rəsmi ödənişlər icra olunmuşdur: iddiaçı tərəfindən 2023-cü il 26 aprel tarixində məhkəmə iclas zalında təqdim etdiyi “izahat” adlı sənəddə məbləğlər, ödəniş tarixləri və ƏDV məbləği ilə digər məbləğlər nəyə görəsə qarışıq formada yazılmaqla, məhkəməyə səhv məbləğlər kimi təqdim olunmuşdur. 2020-ci il 15 may tarixdən sonrakı dövrdə subpodratçı tərəfindən görülmüş işlərin dəyəri aşağıdakı kimi olmuş və müqavilə şərtlərinə uyğun hesab-fakturası tərtib edilərək, podratçıya təqdim edilmiş və podratçı ödənişləri qismən icra etmişdir. Tarix ƏSAS MƏBLƏĞ ƏDV18% ÜMUMİ MƏBLƏĞ 19.5.2020 18.6.2020 40.508,55 10.274,80 7.291,54 1.849,46 47.800,09 12.124,26 25.6.2020 60.686,70 10.923,61 71.610,31 15.7.2020 29.591,73 5.326,51 34.918,24 23.7.2020 42.500,00 7.650,00 50.150,00 24.7.2020 42.500,00 7.650,00 50.150,00

140. Görülmüş işlərin cəmi dəyəri 266.752,9 manat olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 4.1.5-ci və 4.3-cü bəndlərinə əsasən podratçı 2020-ci il 15 may tarixindən sonra, hesab fakturalara əsasən görülmüş işlərə görə subpodratçıya aşağıda göstərilən tarixlərdə vəsaitləri köçürmüşdür. Tarix ƏSAS MƏBLƏĞ ƏDV18% ÜMUMİ MƏBLƏĞ xx.xx.2020 40.508,55 7.291,54 47.800,09 xx.xx.2020 8.219,84 1.479,57 9.699,41 xx.xx.2020 34.507,33 6.211,32 40.718,65 xx.xx.2020 29.591,73 5.326,51 34.918,24 xx.xx.2020 42.500,00 7.650,00 50.150,00 xx.xx.2020 42.500,00 7.650,00 50.150,00

141. Köçürülmüş məbləğ cəmi 233.436,39 manat olmuşdur. Podratçı icraçıya 2020-ci il 15 may tarixdən sonra görülmüş işlərin dəyərindən 33.31 6,51 manat az ödəniş etmişdir. Bu o deməkdir ki, hesab-fakturanı tərtib edib, icraçı (subpodratçı) tərəfindən görülmüş işlərin dəyəri barədə sənədlər rəsmiləşdirilir, lakin podratçı ödənişi icra edərkən köçürmə 33.316,51 manat az icra edilib. Podratçı bu halda da müqavilə şərtlərini pozmuşdur. Buna görə də iddia ərizəsində 32.786 manat pulun ilkin iddiaçıdan tutulması məhkəmədən xahiş olunmuşdur. Bu köçürmələrdən məlum olmuşdur ki, görülmüş işlərə görə podratçı icraçıya 2020-ci il 15 may24 iyul tarixlər aralığında altı dəfəyə cəmi 233.436,39 manat pul köçürmüşdür. Əslində hesab-fakturalara görə 266.752,9 manat köçürməli olduğu halda, sifarişçi icra edilmiş işlərin dəyərindən 33.316,51 manat az pul vəsaiti ödəmişdir. Əgər icraçının sifarişçiyə borcu olmuş olsaydı köçürülən məbləğdən həmin borc məbləğini tam çıxa bilərdilər.

142. Qüvvədə olan qanunvericilik baxımından və tərəflər arasında rəsmiləşdirilmiş 2019cu il 11 noyabr tarixli müqavilə şərtlərinə görə icraçının sifarişçiyə pul vəsaiti köçürməyə dair öhdəliyi yaranmır, lakin üzləşmə aktı əgər nəzərə alınarsa, bu halda bu sənədə görə yalnız 7.674 manat pul vəsaitindən söhbət gedə bilər. İşçilər ilə təlim keçirməyə görə icraçının sifarişçiyə pul köçürməsi və bu tipli digər “xidmət” adlandırılan işlər üçün sifarişçinin icraçıdan pul tələb etməsi müqavilə şərtlərinə zidd olmaqla yanaşı, hüquqa və qanuna zidd əməldir. Ona görə də ilkin iddiaçının həm iddiası, həm də apellyasiya şikayəti əsassız olmuşdur (istinad edilən sənədlər təqdim olunmuşdur). İlkin iddiaçının iddia tələbi tam rədd olunmalıdır.

143. Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarının “Elektron qaimə-faktura forması, tətbiqi, uçotu və istifadəsi” qaydaların tələbi pozulmuşdur - Məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə görə işi görən tərəf cavabdeh olduğundan və müqavilənin 4.1.5-ci və 4.3-cü bəndinə görə hesabfakturanı təqdim edən tərəf subpodratçı, yəni cavabdeh olduğundan iddiaçının müqaviləyə zidd formada cavabdehə elektron qaimə göndərməsi həm müqavilənin tələblərinə ziddir.

144. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2022-ci il 20 aprel tarixli qərarının tələbi pozulmuşdur - 1-ci İnstansiya Məhkəməsinin ilkin iddiaçının əsası olmayan müqaviləyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının tələblərinə zidd formada cavabdehin (bank hesabına) ad ına elektron vergi-hesab fakturası (qaimə) göndərməsi tamamilə əsassızdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı işi sifariş verən tərəfdir. Sifariş verən tərəf müqavilə əsasında işin cavabdeh tərəfindən icra edilməsinə razılıq vermiş və ƏDV istisna olmaqla görülən işlərə görə hesab-fakturaları aldıqdan 30 gün sonra pulu cavabdehə ödəməyi müqavilə qaydasında razılaşmasına baxmayaraq, cavabdehə eqaimə göndərməklə özünü icraçı qismində göstərir. Cavabdeh ilə aralarında belə bir müqavilə yoxdur. Məhkəmə işin faktiki hallarını və müqavilə normalarını düzgün tətbiq etməmişdir. 1-ci İnstansiya Məhkəməsinin iddiaçının təqdim etdiyi 1 ədəd qaiməyə münasibətdə düzgün nəticəyə gəlsədə, 88.578,77 manata aid hissədə səhv nəticəyə gəldiyi üçün, bu hissədə qətnamə ləğv edilərək, ilkin iddia bütövlükdə r ədd olunmalı idi.

145. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2006-cı il 31 may tarixli qərarının tələbi pozulmuşdur - 1-ci İnstansiya Məhkəməsinin qətnaməsi Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə ziddir! 146. 2019-cu il 11 noyabr tarixli 005 ANEL MOT nömrəli müqavilənin tələbi pozulmuşdur - Məhkəmə nəzərə almalı idi ki, müqavilədə nəzərdə tutulmuş qaydada işlərin icrası məqsədilə işçilərin iş görməkləri məqsədi ilə zəruri olan 58 adda avadanlıqlar cavabdeh tərəfindən kirayə müqaviləsi əsasında istifadəyə qəbul edilmiş əşyalardır. Bu əşyalar tərəflər arasında 2019-cu il 11 noyabr tarixində müqavilə bağlandıqdan sonra əraziyə cavabdeh tərəfindən gətirilmişdir. Bu əşyaların podratçıya, yaxud baş podratçıya heç bir aidiyyəti olmamışdır. Podratçı birtərəfli qaydada 2020-ci il 29 iyul tarixində tərəflər arasında bağlanmış müqaviləni ləğv etdikdən sonra, (işlərin görülməsi məqsədilə binaya daxil olma qaydası kart əsasında həyata keçirildiyi üçün) podratçı cavabdehin səlahiyyətli şəxslərini və nümayəndələrini əraziyə buraxmadan, cavabdehin tabeçiliyində işləmiş işçiləri özləri işə cəlb etməklə, istifadədə olmuş 58 adda əşyalarda iddiaçının sahibliyində və istifadəsində qalmışdır. Qarşılıqlı iddia ərizəsində 58 adda əşyaların ümumi dəyərinin 115.600 manat məbləğində olduğu göstərilmişdir. 147. 1-ci İnstansiya Məhkəməsinin qətnaməsi (səh.38) ilə müəyyən olunmuşdur ki, cavabdeh tikinti sahəsini tərk edərkən ona məxsus mal-materiallar və avadanlıqlar həmin sahədə iddiaçının istifadəsində saxlanılması işin mübahisəsiz halını təşkil etmişdir. Qətnamədə daha sonra yazılm ışdır ki, əşyaların tərkibini və sayını təsdiq edən mötəbər sübutlar Məhkəməyə təqdim edilməmişdir (sübut növü kimi, icarə müqaviləsinə edilmiş 1 nömrəli əlavə, 2020-ci il 31 avqust tarixli məktub və qiymət barədə arayış təqdim olunmuşdur). Belə bir sübutlar təkrar Apellyasiya Məhkəməsinədə təqdim olunmuş, lakin məhkəmə bu faktları nəzərə almamışdır.

148. Cavabdeh tərəfindən 2020-ci il 31 avqust tarixində iddiaçıya məktub təqdim edilmiş və həmin məktubda sahədə saxlanılan əşyaların adları, miqdarı (sayı) göstərilmiş, eyni zamanda 2020-ci il 15 may tarixindən sonrakı dövrdə əşyalar təhvil verilmədiyi üçün, yəni sahibinə qaytarılmadığı üçün icarəyə verənə hər ay üçün icarə haqqı hesablanır. Həmin məktubda vergi ödəyicisi olan icarəyə verən ilə aralarında 2019-cu il 1 noyabr tarixində 021/19 nömrəli icarə müqaviləsinin bağlandığı məktubda göstərilmişdir. İcarə müqaviləsi əsasında 2020-ci il 16 may tarixindən 2022-ci il 16 oktyabr tarixə qədər keçən 29 ay (29 ay x 8.500 = 246.500) müddətində 246.500 manat icarə haqqı borcu yaranmışdır (icarə müqaviləsi, həmin müqavilənin 1 nömrəli əlavəsi təqdim olunmuşdur). Hər iki Məhkəmədə bu sübutların iş materiallarına əlavə olunduğu bildirildiyi halda, qətnamədə yazılmışdır ki, mötəbər sübut yoxdur. Ali Məhkəmənin Kommersiya Kollegiyası nəzərə almalıdır ki, cavabdeh bu sübutları 1-ci İnstansiya Məhkəməsində iclas zamanı hakimə təqdim etmişdir. Apellyasiya zamanı həmin sənədlər təkrar elektron qaydada təqdim edilmişdir.

149. Nəzərə alınmalıdır ki, əmlak hazırkı vaxta qədər iddiaçı tərəfindən cavabdehə qaytarılmamışdır. Apellyasiya Məhkəməs inin iclasında iddiaçının nümayəndəsi əmlakların onlarda olmasını etiraf etmiş, lakin qeyd etmişdir ki, həmin əmlaklar sınıb, sıradan çıxıb və sair. İddiaçı müqaviləni birtərəfli qaydada pozduğu və icraçı cavabdehi əraziyə buraxmadığı işin mübahisəsiz halı olduğundan və əmlakların iddiaçının istifadəsində qalması təsdiq olunduğu üçün, əmlakların tərkibi icarə müqaviləsi əsasında müəyyən olunduğundan və əşyaların dəyərləri ayrıca arayış formasında Məhkəməyə təqdim olunduğu üçün, iddia tələbi bu hissədə bütün sübutlarla təsdiq olunmuşdur.

150. MPM-in 77, 81, 88, 218.1 və 386-cı maddələrinin tələbləri pozulmuşdur - cavabdeh tərəfindən birinci İnstansiya Məhkəməsinə kağız daşıyıcıda təqdim olunmuş sübutlar, təkrarən Apellyasiya Məhkəməsinə elektron qaydada təqdim olunduğu üçün, Məhkəmə tərəfin dən belə bir nəticəyə gəlinməsi, yəni “Birinci İnstansiya Məhkəməsində sübut təqdim olunmadığı üçün qəbul edilməməlidir” kimi bir fikir səhv olmuşdur. Apellyasiya Məhkəməsi tam hüquqlu Məhkəmə olduğu üçün, həm də həmin sübutlar zalda araşdırma aparılan zaman təqdim olunduğu üçün, həmin sübutların apellyasiya zamanı həm də elektron təqdim olunması barədə belə bir nəticəyə gəlməyə əsas olmamışdır. b) İddiaçının kassasiya şikayətinin dəlilləri

151. MM-in 754-cü maddəsinin tələbi pozulmuşdur – Məhkəmələr iddiaçının kassasiya şikayətində istinad etdiyi normanı tətbiq etmədiklərinə görə onun tələblərini nəzərə almamış, subpodratçının smetadan kənara çıxma iddiasına hüquqi qiymət verməmiş və 8-9 nömrəli ödəniş sertifikatlarında nəzərdə tutulan 50.000 dollar avans məbləğini muzd kimi hesablamışlar.

152. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarının “Elektron qaimə-faktura forması, tətbiqi, uçotu və istifadəsi” qaydaların tələbi pozulmuşdur - subpodratçı avans ödənişi üçün nəzərdə tutulan elektron qaimələrə bilə-bilə yalan məlumat daxil etmişdir. Qaimələrin məzmununu nəzərə saldıqda məlum olmuşdur ki, onlar hər hansı əlavə əqdə (müqaviləyə, akta) əsaslanmır: bu qaimələrdə subpodratçının iddia etdiyi əlavə işlərin əsası sadəcə “muqavile” sözü ilə ifadə olunmuşdur. Subpodratçı uydurma əlavə işlərə aid olan həmin “muqavilə”ni məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmələr subpodratçının özü tərəfindən hazırlanmış elektron qaimələrdə aşkar şəkildə əks olunan şübhəli məlumatları araşdırmamış, onlara hüquqi qiymət verməmiş və nətic ədə 8-9 nömrəli ödəniş sertifikatlarında avans kimi nəzərdə tutulan 50.000 dollar məbləği muzd kimi hesablamışlar.

153. MM-in 491.3-cü maddəsinin tələbi pozulmuşdur – mübahisəyə baxmış məhkəmələr iddiaçının kassasiya şikayətində istinad etdiyi maddi hüquq normasını ümumiyyətlə tətbiq etməmişlər. İddiaçının apellyasiya şikayətində o, həmin maddəyə istinad edərək onun tətbiq edilməli olduğunu vurğulamış (iddiaçının apellyasiya şikayətində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər), lakin apellyasiya instansiyası məhkəməsi bu tələbə münasibət bildirməmiş, həmin maddi hüquq normasını hansı səbəbdən tətbiq etmədiyini açıqlamamışdır. Məhkəmələr 8 və 9 nömrəli ödəniş sertifikatlarının hər birində əks olunan 25.000 dollar (cəmi 50.000) məbləğində pul vəsaiti nin təyinatı barədə səhv nəticəyə gələrək, həmin məbləğləri avans əvəzinə muzd kimi qəbul etmiş, bununla da yanlış hesablama aparmışlar. Məhkəmələrin belə bir səhv nəticəyə gəlməsinə səbəb həmin məbləğin təyinatı ilə bağlı əhəmiyyətli halların araşdırılmaması olmuşdur.

154. MM-in 753.4-cü maddəsinin tələbi pozulmuşdur – Məhkəmələr istinad olunan normanı tətbiq etmədiklərinə görə onun tələblərini nəzərə almamış, nəticədə maddi hüquq norması pozulmuş və 8-9 nömrəli ödəniş sertifikatlarında nəzərdə tutulan 50.000 dollar avans məbləğini muzd kimi hesablamışlar.

155. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2022-ci il 20 aprel tarixli qərarının tələbi pozulmuşdur - mübahisəyə baxan məhkəmələr subpodratçının elektron qaimələrinin 8-9 nömrəli ödəniş sertifikatlarına zidd olduğunu aşkarla salar da, buna əhəmiyyət və hüquqi qiymət verməmiş, Konstitusiya Məhkəməsi Plenumunun mövqeyini nəzərə almamış, müvafiq elektron qaimələri 8-9 nömrəli ödəniş sertifikatları ilə əlaqəli şəkildə qiymətləndirməmiş və nəticədə həmin ödəniş sertifikatlarında avans kimi nəzərdə tutulan 50.000 dollar məbləği muzd kimi hesablamışlar.

156. MPM-in 218.1-ci maddəsinin tələbi pozulmuşdur - Məhkəmə, subpodratçının (cavabdehin) istinad etdiyi əlavə işlər və üçüncü şəxslər tərəfindən təmin olunduğunu iddia etdiyi daxili təchizat xidmətləri ilə bağlı nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini qətnamədə göstərməmişdir. Bu mübahisəli hallar qətnamədə göstərilsəydi, zəruri sübutlarla müşayiət olunmalı idi. Lakin işin materiallarında həmin hallara dair sübutlar mövcud olmadığın a görə həm uydurma əlavə işlər görülməsi, həm də daxili təchizat xidmətlərinin kənardan təmin edilməsi iddiaları rədd ediləcəkdi. Qeyd olunan maddənin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulmuşdur.

157. MPM-nin 77.1-ci maddəsinin tələbi pozulmuşdur - Məhkəmələr subpodratçının iddia etdiyi uydurma əlavə işlərlə əlaqədar bir çox halları araşdırmamış və qiymətləndirməmişlər uydurma əlavə işlərin hansı razılaşmaya, sazişə yaxud müqaviləyə əsaslandığını; işlərin çeşidi, ölçü vahidləri, həcmi və tam 50.000 ABŞ dollarına bərabər olan dəyərini; uydurma əlavə işlərin müqavilə işlərindən (7 nömrəli ödəniş sertifikatının əlavəsində sadalanan işlərdən) ayrılıqda, parallel olaraq icra olunmasının səbəbləri, həmçinin bu parallel işlərin eyni gündə –2020-ci il 30 iyun tarixində başa çatmasının əsaslarını; uydurma əlavə işlərin subpodratçının hansı əməkdaşı tərəfindən podratçının hansı əməkdaşına təhvil verildiyini, təhvil-qəbul prosesinin necə sənədləşdirildiyini; 8 və 9 nömrəli ödəniş sertifikatlarının hər birinin əlavəsində bütün iş çeşidlərinin qarşısında “0” yazılmasının səbəbləri və müvafiq məbləğin təyinatında “Qabaqcadan ödəmə” və “Subpodratçının yekun hesabından çıxılacaqdır” ifadələrinin yazılmasının səbəblərini. Sadalanan hallar məhz subpodratçı tərəfindən izah və sübut edilməli olan hallardır. Podratçı subpodratçıya əlavə işlər sifariş etmədiyinə görə həmin uydurma işlərin görüldüyünü yaxud görülmədiyini sənədləşdirə bilməzdi. Bu səbəbdən podratçının üzərinə yuxarıda qeyd olunan halların əksini sübut etmək vəzifəsi qoyula bilməz. Məhkəmələr tərəflər arasın da sübutetmə vəzifəsini düzgün bölüşdürmədiklərinə görə MM-nin 491.3-cü maddəsində müəyyən olunmuş sübutetmə şərtini də tətbiq etməmişlər.

158. MPM-nin 372.7-ci maddəsinin tələbi pozulmuşdur - şikayət olunan qətnaməyə nəzər saldıqda aydın olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini riyazi hesablama tərəfindən yoxlamışdır. İddiaçının apellyasiya şikayətində mübahisəyə tətbiq edilməli olan və pozulmuş maddi və prosessual hüquq normaları sadalansa da, apellyasiya məhkəməsi qətnamədə onlara münasibət bildirməmişdir. Bu o deməkdir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamamışdır. Çünki yoxlama özlüyündə bir fəaliyyətdir, araşdırma üsuludur və bu araşdırmanın bir nəticəs i olmalıdır. Mübahisələndirilən qətnamədə belə bir araşdırma nəticəsi əks olunmamışdır.

159. MPM-nin 385.1.3 və 389-cu maddələrinin tələbləri pozulmuşdur - Məhkəmələr subpodratçının özü tərəfindən hazırlanmış elektron qaimələrdəki təhrif olunmuş məlumatları araşdırmamış, elektron qaimələri sübut qismində qiymətləndirərkən Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarı və Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarının müvafiq müddəaları nəzərə almamışlar. Bu o deməkdir ki, 8-9 nömrəli ödəniş sertifikatlarında nəzərdə tutulan 50.000 dollar məbləğin muzd olması hüquq normalarında göstərilən sübutlarla təsdiq edilməmişdir. Belə olan halda apellyasiya məhkəməsi MPM-nin 385.1.3 və 389-cu maddələrini tətbiq etməli, birinci instansiya məhkəməsinin qətnaməsini müvaf iq hissələrdə ləğv etməli və düzgün olan qətnamə çıxarmalı idi.

160. MPM-nin 385.1.1, 386 və 387.1-ci maddələrinin tələbləri pozulmuşdur - Apellyasiya Məhkəməsi qətnaməsində iddiaçının apellyasiya şikayətində istinad etdiyi maddi və prosessual hüquq normalarına münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamamış və bunun nəticəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməli olan qisimlərini qüvvədə saxlamışdır. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. c) Kassasiya şikayətinə qarşı etiraz

161. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. IV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

162. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

163. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

164. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

165. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedik də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müə yyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır...” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür...” “Maddə

759. Podrat müqaviləsinin ləğvi.... 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 166. “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Qanunun tətb iqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi... 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir...”

167. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar dan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

168. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Bu səbəbdən, kassasiya şikayətlərinin təmin olunması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

169. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 170. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş k imi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

171. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh tərəfin dən verilmiş kassasiya şikayəti əsasən işin faktiki hallarına əsaslanmışdır. Halbuki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından, həmin dəlillər üzrə qiymətləndirmə aparılması onun səlahiyyətləri dairəsindən kənarda qalır.

172. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında göstərilmişdir ki, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.

173. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərarın maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiq olunub-olunmamasının yoxlanılması ilə məhdudlaşmaqla kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının yenidən müəyyən olunması istisna olunmuşdur.

174. Bununla yanaşı, belə hüquqi yanaşma MPM-i n kassasiya şikayətlərinin məzmunu ilə bağlı şərtlərdə də öz əksini tapmışdır. Belə ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

175. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin §151, 153, 154-də göstərilən dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən avans kimi ödənildiyi iddia olunan məbləğlərin görülmüş işlərə görə ödənişlər olmasına dair düzgün nəticəyə gəlmiş və göstərilən hal iş materialları ilə də öz təsdiqini tapmışdır.

176. Bununla belə, işin apellyasiya instans iyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə müqavilə üzrə iddiaçının ödədiyi avans məbləği ilə birlikdə cavabdehin əvəzinə iddiaçı tərəfindən çəkilmiş xərclərə görə (işçilərin yemək, su təminatı, elektrik enerjisi təminatı, tullantıların daşınması xərcləri və digər xərclərə görə) cavabdehin iddiaçıya 2020-ci il 15 may tarixə 116.629,40 manat borcu olduğu hər iki tərəfin təsdiq etdiyi üzləşmə aktı ilə təsdiq edilmişdir.

177. Üzləşmə aktı tərtib edildikdən sonra da cavabdeh tərəfindən subpodrat müqaviləsi üzrə işlər görülmüş, tərəflər arasında həmin tarixdən sonra görülmüş işlərlə bağlı 8 və 9 saylı aralıq ödəniş sertifikatı imzalanmış və cavabdeh tərəfindən iddiaçıya görülmüş işlərin ümumi dəyəri 266752,9 manat (əsas borc 226.061,78 manat + 40.691,12 manat ƏDV) olan 6 ədəd ele ktron qaimə göndərilmişdir. İşdəki sənədlərə əsasən iddiaçı həmin elektron qaimələri qəbul edərək cavabdehə qaimələr üzrə 233436,39 manat (197827,45 manat əsas borc + 35608,94 manat ƏDV) ödəmişdir. İşdən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə üzləşmə aktı tərtib edildikdən sonra 2020-ci ilin may, iyun, iyul ayları üzrə görülən işlərlə bağlı təqdim edilmiş elektron qaimələr üzrə əsas borca görə 28.234,33 manat az ödəniş etmişdir. Cavabdehin üzləşmə aktı üzrə iddiaçıya ƏDV-siz 52529,36 manat qalıq borcundan iddiaçının 2020-ci ilin may, iyun, iyul ayları üzrə görülmüş işlərlə bağlı cavabdehə ƏDV-siz 28234,33 manat borcu çıxdıqda müəyyən olunur ki, Cavabdeh MMC-nin onun əvəzinə çəkilmiş xərclər podratçıya qalıq borcu iddia qaldırılan tarixə 24295,03 manat təşkil etmişdir.

178. Üzləşmə aktı t ərtib edildikdən sonra cavabdehin borc öhdəliyi üzrə qarant bank tərəfindən 64.100,04 manat əsas borc ödənildiyindən apellyasiya məhkəməsi bu məbləğin cavabdehin borcundan çıxılmalı olmasına dair düzgün nəticəyə gəlmişdir.

179. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 1 saylı Əlavəsinin 4.2-ci bəndinə əsasən hər bir aralıq ödənişin 10% məbləğində zəmanətin subpodratçının aylıq aralıq ödənişindən çıxılması, həmin məbləğdə işlər tamamlandıqdan sonra subpodratçıya ödənilməsi, 10.2.1-ci bəndində podratçının müqaviləyə 1 saylı Əlavəsinin 10.2-ci bəndində göstərilən əsaslarla xitam verildikdə zəmanət məbləğinin ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən, üzləşmə aktından sonra tutulmuş zəmanət kəsintisinin subpodratçıya qaytarılmalı olmadığına dair hissədə də apellyasiya in stansiyası məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

180. Məhkəmə kollegiyası həmçinin, qarşılıqlı iddianın əmlakların qanunsuz sahiblikdən geri alınması ilə bağlı hissəsində iddianın qismən əsaslı olduğuna dair apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə də razılaşır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı 58 adda əşyanın cavabdehin istifadəsində qalmasını iddia etsə də, əşyaların tərkibi, sayı və dəyəri barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Tikintidə saxlanılmış əşyaların tərkibi və sayı barədə 2020-ci il 19 may tarixli hər iki tərəfin təsdiq etdiyi aktda əşyaların hamısının cavabdehə məxsus olması göstərilməmiş, sənədin sonunda sözügedən əşyaların bir hissəsinin iddiaçı tərəfindən tədarük edildiyi qeyd edilmişdir. Həmin akt isə 2020-ci il 19 may tarixdə tərtib edildiyind ən, subpodrat müqaviləsinə xitam verilməklə cavabdeh tikinti sahəsini tam tərk etməsi isə 2 ay sonra, 2020-ci ilin iyul ayının sonuna təsadüf etdiyindən bu müddət ərzində tikinti sahəsində mövcud olan əşyaların tərkibinin dəyişməsinin mükünlüyü ehtimalı nəzərə alınmaqla sözügedən akt əsasında cavabdehin tikinti sahəsini tərk edərkən tikintidə saxlanılmış əşyaların tərkibi barədə əsaslı nəticəyə gəlmək mümkün olmamışdır.

181. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının filialına ünvanlanmış 2020ci il 31 avqust tarixli məktubunda 2020-ci il 15 may tarixdən tikinti sahəsində onlara məxsus ümumi dəyəri 16.875 manat olan 60 adda avadanlıq, texnika, ləvazimat qaldığı qeyd edilmişdir. Lakin, avadanlıqların dəyərinin hansı məbləği təşkil etməsi ilə bağlı cavabdehin özü tərəfindən tərt ib edilmiş siyahıdan başqa iş materiallarında hər hansı mötəbər sübut müəyyən edilməmişdir.

182. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

183. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

184. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

185. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, avadanlıqların cavabdeh tərəfindən icarəyə götürülməsi barədə müqavilə və bununla bağlı birinci instansiya məhkəməsinə təqdim edilməmiş digər sənədlərin də apellyasiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilməməsi prosessual qanununvericiliyin müddəaları baxımından düzgün olmuşdur.

186. Belə ki, MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri, çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar vermə yi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir (MPM-in 165, 167.1 və 167.1.2-ci maddələri).

187. Mülki prosessual qanunvericiliyin tələblərinə görə həmçinin işdə iştirak edən şəxslər də prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 47, 77.1, 78.1-ci maddələri).

188. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə tərəflərin öz dəlillərini əsaslandıra biləcək sübutlar mövcud olduğu halda prosessual qanunvericiliyin tələblərinə (istisna hallarda) riayət etməklə onları birinci instansiya məhkəməsinə deyil, apellyasiya məhkəməsinə təqdim etmələri birinci instansiya məhkəmlərinin işin tam və hərtərəfli araşdırma səlahiyyətini lüzumsuzlaşdırmaqla eyni funksiyaların apellyasiya instansiyası məhkəmələrinin üzərinə qoyulması ilə nəticələnərdi.

189. Bu baxımdan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respubl ikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklə nməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.

190. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə işə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə də zərurətin aradan qalxması qənaətinə gəlir.

191. Kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

192. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməlidir.

193. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X7 Taahhüt ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Cavabdeh MMC tərəfindən tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 may tarixli, 22(103)-333/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar