Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-509/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi 26.07.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022ci il 12 may tarixli 2-2(103)-217/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2020-ci il 21 iyul tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 120.055,95 manat əsas borc, 2020-ci il 3 iyul tarixdə elektron qaimə və pretenziya göndərilən gündən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günə qədər ödənişin gecikdirildiyi hər gün üçün 120.056 manat olmaqla hesablanmış cərimənin, həmin borcun ödənilməməsinə görə 2 faiz bəndi əlavə edilməklə bank uçot dərəcəsi ilə 9 (7+2) faizi həcmində olan 10.805,36 manat pulun, illik 5 faizin və 6 aylıq müddəti üçün 1205,60 manat ziyanın və ona əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
2. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 noyabr tarixli e-2-2(113)1936/2021 saylı qətnaməsi ilə iddia təmin olunmamış, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir (hakim S.Nuriyeva).
3. İddiaçı 2020-ci il 17 dekabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 aprel tarixli 2-2(103)-217/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 120.055,95 manat əsas, 1200 manat cərimə borcu və iddianın verilməsinə gör ə ödənilmiş dövlət rüsumuna görə 24 manat tutulması qət olunmuş, qalan hissələrdə iddia təmin edilməmişdir (hakimlər C.Yusifov (sədrlik edən-məruzəçi), R.Qurbanov və V.Baxışova).
5. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 7 aprel tarixində iddiaçının və cavabdehin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
6. Cavabdeh 2021-ci il 28 iyun tarixində həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 iyul tarixli 2-2(103)-217/2021 saylı qərardadı ilə kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər şikayət vermə müddəti buraxıldığından geri qaytarılmışdır (hakimlər C.Yusifov (sədrlik edən məruzəçi), H.Həmid ov və E.Nağıyeva).
8. Cavabdehin nümayəndəsi 2022-ci il 4 aprel tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 aprel tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, müddətin ötürülməsinin səbəbi cavabdehin elektron məhkəmə sisteminin həmin ərəfədə işləməməsindən dolayı baş verdiyindən, bununla bağlı araşdırma aparılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumuna müraciət edilmiş və müəyyən olunmuşdur ki, həqiqətən həmin ərəfədə cəmiyyətin elektron kabinetində nasazlıq baş vermişdir. Qətnamənin qəbulundan xeyli müddət keçdiyindən buraxılmış müddətin bərpasına zərurət vardır.
10. Bakı Apellyasi ya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 may tarixli 2-2(103)-217/2021 saylı qərardadı ilə cavabdehin nümayəndəsinin müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 1 aprel tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina olunmuşdur (hakimlər C.Yusifov (sədrlik edən-məruzəçi), H.Həmidov və V.Məmmədov).
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin ərizəsində qeyd etdiyi dəlillərindən göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 1 aprel tarixli qətnaməsindən buraxılmış kassasiya şikayəti vermə müddətinin səbəbini cavabdehin elektron məhkəmə sisteminin həmin ərəfədə işləməməsindən dolayı baş verməsi ilə əlaqələndirmiş, lakin bu halda, birincisi, konkret olaraq məhz həmin nasazlığın hansı dövrü əhatə etdiyi əsaslandırılmamış, digər tərəfdən, cəmiyyətin elektron kabinetində baş verən istinad etdiyi nasazlığa dair hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.
12. Digər tərəfdən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının kassasiya şikayətinin geri qaytarılması barədə 2021-ci il 1 iyul tarixli qərardadı ilə müəyyən olunan hallardan görünür ki, cavabdehin kassasiya şikayəti, şikayət vermə müddətinin MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunan son günü 2021-ci il 7 iyun tarixində bitdiyi halda, 21 gündən sonra, 2021-ci il 28 iyun tarixində verildiyinə görə geri qaytarılmışdır. Cavabdehin nümayəndəsinin ərizəsində qeyd etdiyi elektron informasiya sistemində baş vermiş nasazlıq dövrü bütövlükdə həmin 2 1 günə aid edilsəydi belə, cavabdehin nümayəndəsi tərəfindən məhkəmənin həmin qərardadı ona elektron kabinet vasitəsilə 2021-ci il 1 iyul tarixində təqdim edildikdən də 8 ay sonra müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin onun tərəfindən həmin müddətin buraxılmasının üzrlü səbəbini nə ərizəsində, nə də məhkəmə iclasında iştirak edərkən sübutlarla əsaslandıra bilməmişdir. Qeyd olunan müddət ərzində elektron məhkəmə informasiya sistemi tam aktiv fəaliyyətdə olmuş və məhkəmə tərəfindən həmin Sistemdə yaradılmış elektron kabinet vasitəsilə sənədlərin qəbulu və göndərilməsi tam həyata keçirilmişdir.
13. Beləliklə, cavabdehin nümayəndəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 1 aprel tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi müddətinin 8 (səkkiz) ayd an çox buraxılmasının üzrlü səbəbləri sübuta yetirilmir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarına, MPM-in 133.1. 402.2.3, 405.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Məhkəmənin 2022-ci il 12 may tarixli qərardadı 2022-ci il 18 may tarixində cavabdehin nümayəndəsinin elektron kabinetində yerləşdirilmişdir.
16. Cavabdeh həmin qərardaddan 2022-ci il 27 may tarixində kassasiya şikayəti verərək, onun ləğv olunmaqla müddətin bərpası barədə vəsatətin təmin olunması barədə y eni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələbləri pozulmuşdur-cavabdeh qeyd olunan hissə ilə bağlı pozuntunun nədə ifadə olunmasını qeyd edərkən işin hallarını sadalamış və Konstitusiyanın normalarına görə hüquqlarının müdafiəsinə təminat verildiyini qeyd etmişdir.
18. MPM-in 9-cu maddəsinin tələbləri pozulmuşdur-müddətin ötürülməsinin səbəbi cavabdehin elektron məhkəmə sisteminin həmin ərəfədə işləməməsindən dolayı baş verdiyindən, cavabdeh tərəfindən bununla bağlı araşdırma aparılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumuna müraciət edilmiş və müəyyən olunmuşdur ki, həqiqətən həmin ərəfədə cəmiyy ətin elektron kabinetində nasazlıq baş vermişdir. Eyni zamanda nəzərə alaraq ki, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 1 aprel tarixli 2(103)-217/2021 saylı qətnaməsinin qəbulundan xeyli müddət keçmişdir, ötürülmüş prosessual müddətin bərpasına zərurət olduğundan cavabdeh tərəfindən müddətin bərpa olunması barədə vəsatət verilmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən 2022-ci il 12 may tarixli qərardadla təmin edilməmişdir. Cavabdeh hesab edir ki, müddətin bərpasından imtina onun qanunla müdafiə olunan çəkişmə prinsipini pozur.
19. MPM-in 14-cü maddəsinin tələbləri pozulmuşdur-apellyasiya instansiya məhkəməsi qeyd olunan maddədə nəzərdə tutulmuş işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmə cavabdehin vəsatətini əsassız olaraq, müxtəlif bə hanələrlə təmin etməməklə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmışdır. Bu da Azərbaycan Respublikası Konstitusiyasına və ya qanunlarına ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadının qanuniliyi və əsaslı lığı tam yoxlanılacaqdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəm ə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir...” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzə rdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, mane ə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Cavabdehin kassasiya şikayə tində prosessual müddətin bərpasına dair ərizəsində qeyd olunanları təkrar göstərərək (bax yuxarıda §9, 17-19), apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 9 və 14-cü maddələrinin pozulmasına istinad etmişdir.
27. Kollegiya cavabdehin məhkəmə aktını aldıqdan 8 ay sonra kassasiya şikayəti verilməsinin üzürlü səbəblərdən baş verməsini ərizəsində əsaslandırılmamasını, eləcə də buna dair mötəbər sübutların təqdim olunmamasını nəzərə alaraq, cavabdehin ərizəsində qeyd edilənlərə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi verdiyi hüquqi qiymətləndirmə və gəlinən nəticə ilə razılaşır (bax yuxarıda § 11-14).
28. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı MPM-nin 133-cü maddəsinin tələblərinə (bax yuxarıda § 23), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqelərə (bax yuxarıda § 24) uyğun olduğundan, qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edlməməlidir.
29. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 may tarixli 2-2(103)-217/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov E.Y.Şamayev