Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-523/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsənğaşa oğlu və Cavabdeh3 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Əhməd Güləhməd oğlu Nurməmmədovun məruzəsi ilə, hakimlər X7 və Abiddin Qabil oğlu Hüseynovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsənğaşa oğlu və Cavabdeh3 MMC-yə qarşı “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 8 may tarixli 2-2(105)-46/2023 saylı qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən kassasiya şikayətlərinə 11 oktyabr 2023cü il tarixdə yazılı icraat qaydasında baxaraq aşığdıakıları müəyyən etdi: İ. İŞİN HALLARİ
1. Mülkiyyətçi - İddiaçı (bundan sonra – “N. Məmmədmuradov”) ilə icraçılar Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) və Cavabdeh1 (bundan sonra - “Cavabdeh1”) arasında 2015-ci il 8 may tarixli Əməkdaşlıq müqaviləsi bağlanmışdır. Müqaviləyə görə mülkiyyətçi Xaçmaz rayon Yergüc kəndində yerşələn 0,56 ha torpaq sahəsi və onun üzərində mövcud 1825 kv metr qeyri-yaşayış sahəsində ona məxsus ½ hissəsini, həmçinin satın aldığı, Qusar rayonu ərazisində 8 ha torpaq sahəsini tam müasir növlü alma bağı saldıqdan sonra icraçı tərəfə dövr etməli, həmçinin icraçı tərəfin təklif etdiyi Qusar rayonu ərazisində yerləşən 20 ha torpaq sahəsində, yeni növlü alma bağ sahəsinin salınması üçün lazımi xərcləri çəkməli, bunun müqabilində icraçı tərəf "xxxx" MMC-nin 33%, “Alma Bağı” firmasının (Cavabdeh3 MMC) 35% payının və 2 ildən sonra hər il üçün sezon başa çatanda 100000 manat gəlirin mülkiyyətçiyə dövr olunmasını təşkil etməlidir. (həmin müqavilə notarial qaydada təsdiq olunmamışdır).
2. Cavabdeh3 MMC 2016-cı il 21 dekabr tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış və bu barədə Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarış verilmişdir (VÖEN **********).
3. Satıcı İddiaçı və alıcı "xxxx" MMC-nin adından Cavabdeh1 arasında bağlanan; 2017-ci il 18 yanvar tarixli, AN-İ ** ***** nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-153 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 3,5174 ha olan torpaq sahəsi 34900 manata, 2017-ci il 19 yanvar tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-173 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,84 ha olan torpaq sahəsi 8500 manata, 2017-ci il 19 yanvar tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-174 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 1,057 ha olan torpaq sahəsi 10500 manata, 2017-ci il 19 yanvar tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-176 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sah əsi 0,7211 ha olan torpaq sahəsi 7500 manata, 2017-ci il 7 iyun tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-2141 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,5519 ha olan torpaq sahəsi 77000 manata, - 2017-ci il 7 iyun tarixli, AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-2142 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,508944 ha olan torpaq sahəsi 71400 manata İddiaçı tərəfindən "xxxx" MMC-yə satılmışdır.
4. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə ünvanlanan pretenziya xarakterli məktubdan görünür ki, bağın salınması üçün sərf edilən 200000 manat, əldən çıxmış fayda kimi 90000 manat pulun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) 2020-ci il 21 oktyabr tarixində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi, 2022-ci il 12 aprel tarixində isə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə iddiaçı və digər cavabdeh “Our Orchards" MMC arasında Sumqayıt “ASAN xidmət” Mərkəzində bağlanan 2017-ci il 18 yanvar tarixində reyestrdə 4Ə-153 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 2017-ci il 19 yanvar tarixində reyestrdə 4Ə-173 nömrə ilə qeydə alınmış ANİN ******* saylı, 4Ə174 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 4Ə-176 nömrə ilə qeydə al ınmış AN-İN ******* saylı, 2017-ci il 7 iyun tarixində reyestrdə 4Ə-2141 nömrə ilə qeydə alınmış A.NİN ******* saylı və 4Ə-2141 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılması və "Our Orchards” MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur.
6. İddiaçı tələblərini onunla əsaslandırılmışdır ki, iddia ərizəsində mübahisələndirilən alqı-satqı müqavilələrinin predmeti olmuş Qusar rayonu Çağar kəndi ərazisində, mü xtəilf yerlərdə yerləşən ümumilikdə 7,196344 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Cavabdeh1 və Cavabdeh2 etibarından istifadə edərək, ona məxsus torpaq sahələrini özlərinə uyğun özgəninkiləşdirilərək rəsmiləşdirilməsinə nail olmuş, lakin əmlaka görə öhdəliklərinə əməl etməmişlər. Nəticədə iddiaçı qanuni əsaslarla əldə etdiyi əmlakdan məhrum olmuşdur və əmlak onlarda qaldıqca cavabdehlər əsassız varlanmaqda davam edirlər. Cavabdeh1 və Cavabdeh2 birneçə il bundan əvvəl alma biznesində yaxşı gəlir olduğunu, iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsində yüksək məhsuldarlığı olan "fransa” növlü alma bağı salaraq, Xaçmaz Quba - Qusar rayonları ərazilərində bu işi həyata keçirmək üçün yaradılmış Cavabdeh3 MMC-yə dövr etməklə və həmin firmaya məxsus daha 12 ha torpaq sa həsində yeni növlü alma bağı salınmasının xərclərinin ödəyəcəyi təqdirdə, iddiaçını həmin şirkətin 35% payına sahib edəcəklərini, 2 ildən sonra hər il ən azı 100000 manat gəlir götürəcəyinə iddiaçını inandırmışlar. İddiaçı 73225 avro köçürüb, Fransadan alma çilinglərini gətirərək, 8 ha torpaq sahəsində müasir alma bağı salmışdır. Qeyd olunan torpaq sahələri və başqa əmlaklarla bağlı cavabdehlər arasında 2015-ci il 8 may tarixində Əməkdaşlıq müqaviləsi bağlanmışdır. Hazırda mübahisələndirilən alqı-satqı müqavilələrinin aid olduğu torpaq sahələri və bağ massivinin salınması ilə bağlı qarşılıqlı razılaşmalar həmin müqavilədə əksini tapmışdır. Müqavilə iddiaçı və Cavabdeh3 MMC arasında Daşınmaz Əmlakın alqısatqı müqavilələri bağlanmışdır. Alqı-satqının rəsmiləşdirilməsi üçün ödənişlə bağlı təl əb olunan simvolik məbləğ və pulun dövriyyəsi göstərilmiş, lakin pul alınmamışdır. Çünki razılaşmaya əsasən, əmlakın əvəzində həmin firmanın 35%-i iddiaçının adına rəsmiləşdirilməli idi. Bundan sonra iddiaçı yerdə qalan 12 ha torpaq sahəsində yeni alma növlü bağ sahəsinin salınması üçün tələb olunan 200000 manat məbləğində pulu nağd şəkildə Cavabdeh2 vermiş və sonuncu da həmin məbləği tam şəkildə alma bağının salınmasına sərf etmişdir. Müasir, yüksək məhsuldar bağ salınmış və oraya çəkilən xərclərin bir qismi məhz iddiaçı tərəfindən verilmiş 200000 manat məbləğin hesabına ödənilmişdir. İddiaçıya məxsus 8 ha bağ sahəsi də cavabdehlərə dövr edilmişdi. Lakin razılaşma müddəti başa çatmasına baxmayaraq, iddiaçının firmada payının rəsmiləşdirilməsi təmin olunmamışdır. Bununla iddiaçı cavabdehlə r tərəfindən aldadılmaqla, əvəzi ödənilmədən, əmlakı əlindən çıxmışdır. Ona görə həmin alqı-satqı müqavilələri ləğv olunmalıdır. Bundan başqa, tərəflər arasında mövcud Əməkdaşlıq müqaviləsi əsasında cavabdehə məxsus torpaq sahəsində yeni alma bağlarının salınması üçün iddiaçı tərəfindən sərf edilmiş 200000 manat məbləğində pul da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, müqavilənin şərtinə əsasən, bağ sahələrinin salınması üçün iddiaçının çəkdiyi həmin məbləğin əvəzində iddiaçıya vəd edilmiş hər il gəlirdən ən azı 100000 manat ödənilməli məbləğdən hər hansı pul ödənilməmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə isə onunla əsaslandırılmışdır ki, ilkin iddia veriləndən sonra cavabdehlərlə bağlı mövcud münasibətlərdə vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq iddia nın həcmini azaltmaqla, iddia tələbinin dəqiqləşdirilməsi vacibliyi ortaya çıxmışdır. Belə ki, hazırkı iş üzrə ləğvi tələb olunan Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı arasında 2015-cı il 8 may tarixində bağlanmış Əməkdaşlıq müqaviləsi ilə bağlı müddət ötdükcə, həmin müqavilə üzrə cavabdehlərə aid edilən öhdəliyin həcmində və icra qaydasında da dəyişikliklər baş vermişdir. Ona görə də həmin müqavilənin ləğvi və onda razılaşdırılmış şərtlərdən irəli gələn öhdəliklərin icrası ilə bağlı cavadehlərə qarşı yeni tələblər irəli sürülmüşdür.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 337.1 və 404.2-ci maddələrinə istinad olunmuşdur. 8. 2020-ci il 19 noyabr tarixində Cavabdeh1 vəkili iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın t əmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaya cavab verməli olmayan şəxsdir. Belə ki, iddia ərizəsində qeyd edilən alqı-satqı müqavilələrinin bağlanmasında Cavabdeh1 fəaliyyəti Cavabdeh3 MMC-ni təmsil etmək olmuşdur. Etiraza əlavə edilmiş internet vergi idarəsindən çıxarışa əsasən, hazırda Cavabdeh3 MMC-nin qanuni təmsilçisi başqa şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, iddia ona cavab verməli olmayan şəxsə verildikdə, məhkəmə iddiaçının razılığı ilə işi xitam etmədən cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. Ona görə də, mülki işə Cavabdeh1 hissəsində xitam verilməlidir. Digər tərəfdən, iddiada ifadə edilmiş “müqavilənin etib arsız hesab edilməsi barədə” tələb sübutlarla təsdiq olunmadığından və prosessual müddət ötürülməklə verildiyindən əsassız olmuşdur. 10. 29 yanvar 2021-ci il tarixində yenidən Cavabdeh1 tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək, iddianın pul tələbinin ona aid olan hissədə rədd olunmasını xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, iddiada etibarsızlığı tələb olunan müqavilələrin bağlanması və müqavilələrin aid olduğu əmlakla bağlı danışıqlarda, razılaşmalarda onun iştirakı olsa da, əməkdaşlıq müqaviləsindən başqa, həmin müqavilələr onunla deyil, faktiki olaraq Cavabdeh2 tərəfindən firma ilə bağlanmışdır. Ona görə rəsmi baxımdan, həmin müqavilələrlə bağlı tələblər də ona deyil, Cavabdeh2 qarşı yönəlməlidir. Firmanın adına keçirilmiş torpaq sahələrinin dəyərinin və iddiaçının xərclərin ödənilməsi üçün verdiyi pulların sonradan ona qaytarmasının təmin edilməməsi ilə ziyan dəyməsinə gəldikdə, əmlakın dəyərinin və iddiaçının alma bağlarının salınması, həmçinin başqa layihələrdə cavabdehlərə inanmaqla, iddiaçının qoyduğu vəsaitin əvəzində vədə əməl olunmaması birbaşa onun günahı olmamış, Cavabdeh2 əli ilə şirkət tərəfindən hamının aldadılmasından irəli gəlmişdir. Adı keçən əməkdaşlıq müqaviləsinin bağlanması, eləcə də, sonradan iddiaçıya məxsus torpaq sahələrinə alqı-satqısı müqavilələrin bağlanması, alma bağlarının salınması üçün iddiaçıdan pulun götürülməsi, eləcə də onu şərikliyə cəlb edilməsinin müəllifi Cavabdeh2 olmuşdur. Bundan başqa firma üçün alınan daha 12 ha torpaq sahəsində yeni alma bağının salınması ilə bağlı Cavabdeh2 təklifini qəbul edərə k, iddiaçı bunun üçün bankdan 250000 manat məbləğində kredit götürmüş, ondan 200000 manat pulu cavabdehin yanında Cavabdeh2 vermiş, sonuncu da həmin məbləği adı çəkilən sahədə alma bağlarının salınmasına sərf etmişdir. Alma bağlarının salınması ilə bağlı bütün xərclərin uçotu Cavabdeh2 ilə cavabdeh tərəfindən aparılmış və bununla bağlı iddiaçıya məlumat verilmişdir. İddiaçıdan götürülən 8 ha bağ sahəsindən əlavə 12 ha torpaq sahəsində yeni növlü alma bağı salınması üçün xaricdən gətirilən alma çilinglərinə 286000 avro xərclənmişdir. Bundan 200000 manat iddiaçıdan götürülmüş, 70000 ABŞ dolları onun şəxsi vəsaiti hesabına ödənilmişdir. İddiaçıya məxsus 8 ha torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirilməsi üçün qeyd edilən məbləğlərin hamısı həmin bağın salınmasına sərf edilmişdir. İddiaçıy a məxsus qeyd olunan torpaq sahəsi və ödənilən pul vəsaitlərlə bağlı tələbində haqlı olmuşdur. Lakin iddiaçıya cavabdehlər tərəfindən vədin gecikdirilməsi onun iradəsindən asılı olmamışdır. Bütün vədlər və iddiada qeyd olunan mübahisə ilə bağlı məsələlərin təşkilini o deyil, Cavabdeh2 etmişdir. Alma bağının salınmasına qoyulan 70000 dolları hələ də alına bilməmişdir. Ona görə hazırkı iddia ilə bağlı tələbə Cavabdeh2 özü və onun tərəfindən təsis edilərək, sonradan başqasının adına keçirilən Cavabdeh3 MMC cavabdehlik daşımalıdır. Bu baxımdan həmin müqavilələrin etibarsızlığı ilə bağlı iddia tələbi əsaslı olmuşdur. Lakin Cavabdeh1 iddianın pul tələbinin müştərək olaraq ona da yönəldilməsini qəbul etməmişdir.
12. Cavabdeh2 iddia tələbinə qarşı etiraz təqdim edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edildiyi kimi iddia predmetinin aid olduğu torpaq sahəsi və pul vəsaitləri ilə bağlı iddiaçı ilə razılaşmalar olmuşdur. Firmaların açılması, xarici tərəflə görüşlər, işlərə başlamağa digər hazırlıqlar təqribən 1 il müddət çəkmişdir. Bütün bu müddətlər ərzində hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirirdi. Sonradan aldanma nəticəsində düşdüyü çətin vəziyyətə görə müqavilə tərəfi olaraq üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində çətinliklər yaranmışdır. İlkin olaraq razılaşdırıldığı kimi iddiaçı onun qardaşı Asəflə bərabər payda olan Xaçmaz rayon Yergüc kəndində yerləşən cəmi 0,56 hektarın ona məxsus 0,28 ha torpaq sahəsində istehsalat sahəsin i qeyri-yaşayış obyekti tam təmir etmiş, artıq təsis etdiyi “Plastik A" MMC-nin istifadəsinə verilməsi üçün razılaşma üzrə iddiaçı həmin obyektin təmir-tikintisinin başa çatdırılması üçün "xxxx" ASC bankdan 150000 manat kredit götürmüş və həmin kredit hesabına əmlakı təmir edib, hazır vəziyyətə gətirmişdir. Razılaşmanın alma bağları hissəsi üzrə iddiaçı özünə məxsus torpaq sahəsində yeni növlü alma bağı salmaq üçün, 2016-cı il 19 avqust tarixində 73225 avronu köçürmüş, qeyd olunan məbləğdə alma çilingləri Fransadan gətirilmiş, bağ salınmışdır. Həmin sahədə alma bağının salınması təklifini razılaşmalarda cavabdeh də iştirak etsə də, danışıqlar əsasən, "Alma bağları" ("xxxx" MMC) firmasının icraçı direktoru Cavabdeh1 tərəfindən aparılmışdır. Həmin bağ sahəsi "Alma bağı" firmasına dövr edilmə li, əvəzində iddiaçıya "Alma bağları" firmasının 35% payı verilməli idi. Həmin razılaşma əsasında da iddiaçı tərəfindən özünə məxsus 8 ha torpaq sahəsi, 73225 avro məbləğində yeni növlü alma çilingi ilə təmin olunmuş, hazır şəkildə hissə-hissə "Alma bağları" firmasının adına rəsmiləşdirilmiş və sonuncuya dövr edilmişdir. Lakin razılaşmaya uyğun olaraq, iddiaçıya pul ödənilmədən, alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Alqı-satqıya ödənildiyi qeyd edilən məbləğlərin hamısı firmaya məxsus sahədə alma bağların salınması üçün sərf olunmuşdur. İddiaçı ilə birgə fəaliyyətin davamı olaraq, ona firma üçün alınan cəmi 20 ha torpaq sahəsində, ona məxsus olan 8 ha-dan başqa 12 ha hissəsində yeni alma bağının salınması təklif edilmiş və alma bağı ərsəyə gələndə tezliklə borcun qaytarılmasının mümkü nlüyündən təklifi qəbul etmiş və bunun üçün də bankdan 250.000 manat məbləğində kredit götürülmüşdür. İddiaçının götürdüyü 250.000 manat kreditdən 200000 manat hissəsi alma bağlarının salınmasına sərf edilmiş, bunlar ortaq olan digər Cavabdeh1 razılığı və iştirakı ilə olmuşdur. Həmçinin o, icraçı direktor olduğundan alqısatqı sənədləri onun tərəfindən imzalanmışdır. Nəticədə iddiaçıdan götürülən 8 ha bağ sahəsindən əlavə firma üçün alınan 12 ha torpaq sahəsinin hazırlanmasından başqa, yalnız xaricdən alma çilinglərinin alınmasına 286.000 evro xərclənmişdir. Bunun 200000 manatı iddiaçı, 70.000 ABŞ dolları Cavabdeh1, yerdə qalan məbləğ isə iddiaçıya məxsus 8 ha torpaq sahəsinin alqı satqısının rəsmiləşdirilməsi üçün qeyd edilən məbləğ də daxil olmaqla, firmadan götürülmüşdür. Razılaşmaya əsa sən, müqavilənin müddəti hələ bitməmişdir. Ona görə hazırki iddia tələbində iddiaçı haqsız olmuşdur. Firmalarda paylar və əmlaklarla bağlı vədin gecikdirilməsi cavabdehin iradəsindən asılı olmamışdır. Digər tərəfdən o, mövcud müqavilənin şərtlərinə əməl edilməsinə hər vasitə ilə çalışmışdır. Məhkəmə torpaq sahələrinin (alma bağları) alqı-satqı müqavilələrini ləğv edərsə, iddiaçı əmlakı geri götürəcəkdir. Bu da firmanın fəaliyyətinin məhdudlaşdırılması ilə nəticələnəcəkdir. İddiaçı müqavilələrin pozulması və verdiyi əmlakını geri qaytarılmasını deyil, əvəzində cavabdehdən pul tələb edə bilərdi. Bu səbəbdən iddia rədd olunmalıdır.
14. Cavabdeh3 MMC iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Etiraz onunla əsaslandır ılmışdır ki, iddia tələbləri "xxxx" MMC-yə aid hissədə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. İddiaçı tələblərini nə qədər aldandığı, aralarında bağlanmış əməkdaşlıq müqaviləsinin olması ilə əsaslandırmağa çalışsa da, qanunverici əqdlərin mübahisələndirilməsi üçün ömürlük müddət müəyyən etməmiş və müddətin keçməsi ilə tərəfin belə bir hüququna xitam verilməsini nəzərdə tutmuşdur. İddiaçının özü də qeyd etmişdir ki, aldadıldığını 2019-cu ilin iyul ayında bilmiş və 1 illik müddəti ötürərək 2020-ci ilin oktyabr ayında məhkəməyə müraciət etmişdir. Cavabdeh3 MMC 2016-cı il 12 dekabr tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfində qeydiyyata alınmış və bu barədə VÖEN ********** nömrəli kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarış verilmişdir. Cəmiyyət iki şəxs tərəfindən təsis olunmuş və qeydiyyata alınmışdır. Nizamnamə kapitalında 65% payı olan “X2 Şirkəti” QSC və 35% paya malik Cavabdeh2 olmuşdur. Digər Cavabdeh1 isə cəmiyyətin direktoru olaraq 2016cı il 23 dekabr tarixində fəaliyyətə başlamışdır. İddiaçının istinad etdiyi əməkdaşlıq müqaviləsi isə 2015-ci il 8 may tarixində bağlanmışdır. Həmin müqavilə cəmiyyətin üzərinə öhdəlik qoya bilməzdi. Belə ki, həmin vaxt iddiaçı ilə müqavilə bağlayan şəxslərin heç biri mövcud olmayan cəmiyyətin adından hər hansı öhdəliyi üzərinə götürə bilməzdi. Nəticə olaraq yuxarıda gətirilən dəlillərdən də görünür ki, iddiaçı işə aidiyyəti olmayan müqaviləni əlavə edib tələblərini əsaslandırmağa çalışsa da, əqdin etibarsızlığı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələb hüququnun vaxtını ötürmüşdür. 16. "xxx x" MMC tərəfindən 2021-ci il 1 fevral tarixində vəsatətlə Qusar Rayon Məhkəməsinə müraciət edilərək, işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
17. Qusar rayon Məhkəməsinin 2021-ci il 12 fevral tarixli, 2(029)-129/2021 nömrəli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin vəsatəti təmin edilmiş, 2(029)-129/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – R.Kazımov).
18. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 20 aprel tarixli, 2-2(119)508/2021 saylı protokol-qərardadı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X3 Şirkəti” QSC işə cəlb edilmişdir (hakim – Z.Məmmədov).
19. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 15 aprel tarixli 2-2(119)11/2022 saylı qətnaməsi ilə iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbi” barədə iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçının özünə aid olunması qət edilmişdir (hakim – Z.Sadiqov).
20. Məhkəmə qeyd etmişdir ki, iş üzrə məhkəmə araşdırması zamanı mübahisə predmeti olan torpaq sahələrinin müvafiq qaydada bağlanaraq, rəsmiləşdirilmiş alqı-satqı müqavilələri əsasında iddiaçı tərəfindən "xxxx" MMC-yə satılması təsdiq olunsa da, iddia tələbində qeyd olunan həmin müqavilələrin ləğv olunmasına əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu Çağar kəndində yerləşən iddiaçıya məxsus 7,2 ha torpaq sahələrinin iddiaçıya geri qaytarılması, "Our Orchards” MMC -yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia tələbinin əsaslılığı da məhkəmə araşdırması zamanı mötəbər sübutlar əsasında təsdiq olunmamışdır. MPM-in tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan – hazırkı mübahisə üzrə də iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı, iddia ərizəsində iddia tələbi iddiaçı tərəfin malik olduğu və məhkəməyə təqdim etdiyi sübutlar əsasında müvafiq qaydada əsaslandırılmalı və eləcə də, iş üzrə aparılan məhkəmə araşdırmasında da iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Lakin, hazırkı id dia tələbində qeyd olunan 8 ha torpaq sahəsinin satılması ilə əlaqədar alqı-satqı müqavilələri iddiaçı və Cavabdeh3 MMC arasında müvafiq qaydada notarial qaydada tərtib-təsdiq edilməklə bağlanmış, həmin müqavilələrin ləğvi üçün əsas ola biləcək halların mövcudluğunu və eyni zamanda, “Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılmalı və cavabdeh "Our Orchards” MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı” olmasının əsaslılığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçının cavabdehlərə qarşı “daşınmaz əmlakların alqı-satqı müqavi lələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübut olunmamış və öz təsdiqini tapmamışdır.
21. Məhkəmə gəldiyi nəticəni MM-in 390.2, 394, 646.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına, MPM-in 14.2, 76, 77.1, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı həmin qətnamədən 2022-ci il 21 may tarixində apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraa t
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli 2-2(105)-75/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Məmmədov, hakimlər –R.Ağayev və İ.Dəmirov).
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin materialları ilə müəyyən olunanlara əsasən, iddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında 2015-ci il tarixli 8 may tarixli Əməkdaşlıq müqaviləsi bağlanmış, həmçinin həmin müqavilə notarial qaydada təsdiq olunmamışdır.
25. Birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərini əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 22 fevral tarixli, 2(102)- 620/2022 saylı qərarından görünür ki, iddiaçılar İddiaçı və X1 məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, birgə mülkiyyətlərində olan Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,56 ha torpaq sahəsinin və orada inşa edilmiş 1825 kv metr sahəsi olan əmlak kompleksinin 1/2 hissəsinə dair Cavabdeh2 ilə Abdullayev Ağasəf arasında notarial qaydada bağlanmış 2016-cı il 16 iyun tarixli bağışlama müqaviləsinin, habelə sözügedən torpaq sahəsinin və əmlak kompleksinin ½ hissəsinə dair İddiaçıla Cavabdeh2 arasında notarial qaydada bağlanmış 2016-cı il 16 iyun tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilələrin yaratdığı sonrakı hüquqi nəticələrin etibarsız hesab edilməsi və əldən çıxmış faydaya görə cavabdehlərdən müştərək qaydada 40.000 manat pulun tutulub onlara ödənilməsi barədə qətna mə qəbul olunmasını xahiş etmişlər.
26. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “iddiaçıların istinad etdiyi 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi” notarial qaydada təsdiq edilməyib. Digər tərəfdən, sözügedən müqavilə 2015ci il 8 may tarixində bağlandığı halda, "xxxx" MMC 2016-cı il 26 iyul tarixində təsis edilib. Belə olan halda 2015-ci il 8 may tarixdə bağlanılmış müqavilə ilə tərəflərin təxminən 1 il, 2 aydan sonra təsis ediləcək olan "xxxx" MMC nizamnamə kapitalındakı payların nə qədər olacağı barəsində məlumatlı olmaları və bununla bağlı əvvəldən bağlanmış müqavilə ilə öhdəlik götürmələri ağlabatan hesab edilməməklə, həmin müqavilənin etibarlılığını şübhə altına alır.”
27. Həmin əməkdaşlıq müqaviləsi bağlanandan sonra eynilə h azırki iş üzrə cavabdeh olan Cavabdeh3 MMC 2016-cı il 21 dekabr tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış və bu barədə Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarış verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarında 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi”nin etibarlılığı şübhə altına alınaraq həmin müqaviləyə artıq hüquqi qiymət verilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 390.2, 394, 646.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh e dilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 2 avqust tarixində iddiaçının vəkilinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
30. İddiaçı həmin qətnamədən 2022-ci il 25 sentyabr tarixində kassasiya şikayəti (Vəkil2 tərəfindən tərtib olunmuş) verərək onun tam ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. İddiaçı həmin qətnamədən 2022-ci il 29 sentyabr tarixində kassasiya şikayəti (vəkil X6 tərəfindən tərtib olunmuş) verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını, cavabdehlər barəsində törətmiş olduqları cinayət xarakterli hərəkətlərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başladılması üçün xüsusi qərardad qəbul olunmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 dekabr tarixli 2-2(102)-745/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(105)-75/2022 saylı qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir (sədrlik edən – B.Qəribov, hakimlər – İ.Şəfiyev və İ.Dadaşov).
33. Kassasiya şikayətinin dəlillərinin məzmunu bundan ibarət olmuşdur ki, cavabdehlər tərəfindən əmək daşlıq müqaviləsinin şərtləri yerinə yetirilməyərək iddiaçı müqavilə üzrə əldə etməli olduqlarından məhrum edilməsinə baxmayaraq, apellyasiya məhkəməsi alqı-satqı müqavilələrinin həmin hissədə mübahisələndirilməsinə baxmayaraq rəsmiləşdirilməsi zamanı pozuntuya yol verilmədiyinə istinad etməklə onların ləğvi üçün əsasların olmaması nəticəsinə gəlmiş, həmçinin əməkdaşlıq müqaviləsini mötəbər sübut kimi qəbul etməmişdir.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin MPM-in 13.7, 76.1, 77.1, 88, 106, 191.3, 265.4 və 417.1.4-cü maddələrinə istinad olunmaqla əsaslandırılmış dəlillərinə münasinətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsinin və vəsaitlərin verilməsi işin cavabdehlər tərəfindən mübahisələndirilməyən halı olmuşdur. İşin mübahisələndirilən halı isə iddiaçıya müəssisədən p ayın verilməsi və hər il gəlir əldə etməsi ilə bağlı olmuşdur.
35. Belə ki, iş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş etiraz və mülahizədə İddiaçı alma bağlarının salınması ilə əlaqədar qoyduğu vəsaitin qarşılığında verilmiş vədlərə əməl olunmamış, ona pul ödənilməmişdir. Etirazda iddia tələbinin qismən əsaslı olduğu, iddia tələbinə görə Cavabdeh2 və MMC-nin cavabdehlik daşımalı olduğu göstərilmişdir (İ cild, iş.v 234).
36. Bundan başqa, işə apellyasiya instansiyasında baxılarkən 2022-ci il 29 iyul tarixli məhkəmə iclasında Cavabdeh2 izahatında iddianı müəyyən qədər qəbul etməsi, iddiaçı tərəfindən 200000 manat vəsaitin verilməsi, alqı-satqı müqavilələrin qarşılığında iddiaçı ilə ortaqlıq yaradılması faktları öz əksini tapmışdır. Həmçinin, həmin iclasda Cavabdeh2 məhkəmədən idd iaçının apellyasiya şikayətinin təmin, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmasını xahiş etmişdir.
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyində və cavabdeh MMC-nin kassasiya şikayətinə qarşı təqdim etdiyi etirazda göstərilmiş, alqı-satqı müqavilələri üzrə alınan əmlakın dəyərinin notariusun depozit hesabına ödənilməsi səbəbindən torpaq sahələrinin iddiaçıdan dəyəri ödənilməklə alınmış olmasına dair mövqeyə münasibətdə vurğulamağı zəruri hesab edir ki, daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanan zaman vəsaitin notariusun depozit hesabına ödənilmədən alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi qanunvericiliyin tələbləri baxımından və faktiki olaraq qeyri-mümkündür. Bu səbəbdən, həmin vəsaitlərin notariusun depozit hesabına ödənilməsi istisna o lunmur. Lakin, göstərilən vəsaitlərin notairusun depozit hesabından həqiqətən iddiaçı tərəfindən, və yaxud cavabdehlər və ya cavabdeh müəssisəsinin kassiri tərəfindən götürülməsi mübahisəli və iş üzrə tam, obyektiv və ədalətli nəticəyə gəlinməsi üçün mühüm əhəmiyyət daşıyan haldır. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən, üçüncü şəxsin nümayəndəsi sədrlik edən hakimin sualına cavab olaraq pulun Cavabdeh3 MMC-nin kassiri tərəfindən notariata gətirildiyini, pul depozitə qoyulduqdan sonra yenidən götürüb getdiklərini bildirmişdir. Eyni məzmunlu ifadələr həmçinin iddiaçının da məhkəmə iclaslarında verdiyi izahatlarında və məhkəmə aktlarından verdiyi şikayətin dəlillərində öz əksini tapmış, apellyasiya instansiyası məhkəməsi isə göstərilən izahatlara hüquqi qiymət verməmiş, göstərilən məsələ ilə bağlı lazımi qaydada araşdırma aparmamışdır. Halbuki, iş materiallarında olan, tərəflər arasında bağlanmış 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi”nin 2.2-ci bəndində də torpaq sahələrinin alqı-satqısı deyil, dövr edilməsi ifadələri işlənmişdir.
38. Göründüyü kimi, məhkəmə obyektiv və ədalətli nəticəyə gəlmək üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş tələbləri baxımından tam və hərtərəfli araşdırmanın aparılmasına şərait yaratmalı idi.
39. Hazırkı halda isə, birinci instansiya məhkəməsi yuxarıda göstərilən şübhəli hallarla bağlı əlavə araşdırma aparmamış, sübutların və məhkəmə iclaslarında əldə olunmuş izahatların əlaqəli şəkildə qiymətləndirilməsində səhvlərə yol vermiş, tam səlahiyyətli məhkəmə olaraq apellyasiya instansiyası məhkəməsi isə göstəril ən nöqsanlara lazımi hüquqi qiymət verməmişdir.
40. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə, MM-in 14.1, 324.1, 324.4, 390.1-ci maddələrinə, MPM-in 14.1, 62.1, 106.3-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”” 2018-ci il 11 iyun tarixli qərarına istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
41. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 may tarixli 2-2(105)-46/2023 saylı qə tnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 15 aprel tarixli 2-2(119)-11/2022 nömrəli qətnaməsi qismən - 200000 manatın Cavabdeh2dan iddiaçının xeyrinə tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir. Cavabdeh2dan 200000 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – F.Məmmədov, hakimlər – L.Rəhimli və Z.Məmmədov).
42. Apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə iclasında tədqiq olunmuş sübutları əlaqəli şəkildə qiymətləndirərək hesab etmişdir ki, iddiaçının 200000 manat pul vəsaitini məhz Cavabdeh2 verməsi və bunun qarşılığında razilaşmalarına uyğun olar aq iddiaçının heç bir mənfəət və ya əmlak hüququ əldə etməməsi sübuta yetirildiyindən, onun mövcud iddiası Cavabdeh2dan 200000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin edilməli olduğundan, birinci instansiya məhkəməsi isə bu hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
43. Məhkəmə bu qənaətini MM-in 21, 43.1, 52.2, 87.1, 324, 373.2, 390.2, 394, 425, 448, 646-cı; MPM-in 14.2, 77.1, 88, 218.3-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
44. Həmin qətnamə 2023-cü il 30 may tarixli məktubla tər əflərə göndərilmişdir.
45. İddiaçı 2023-cü il 9 iyul tarixində həmin qətnamədən kassasiya şikayəti verərək, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv olunması, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
46. Cavabeh Cavabdeh2 2023-cü il 27 iyul tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
47. MM-in 386.1, 389, 407.2, 425, 567-ci maddələrinin tələbləri pozulmuşdur - İşin hallarından da məlum olur ki, alıcı Qusar rayonu Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsini mülkiyyətinə keçirmiş lakin, qarş ılığında ona faktiki olaraq heç-bir pul vəsaiti ödəməmişdir. Aparılmış notarial və bank əməliyyatları sadəcə formal xarakter daşımışdır. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahələrinin müvafiq qaydada bağlanaraq, rəsmiləşdirilmiş alqı-satqı müqavilələri əsasında iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə satılması təsdiq olunmuş, iddia tələbində qeyd olunan həmin müqavilələrin ləğv edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Halbuki, cavabdehlərin ifadələrində, şəxslər iddiaçı ilə aralarında faktiki bu halların olduğunu, iddiaçıya borclu olduqlarını, iddiaçının banklardan götürüb bu işlər üçün sərf edilən pulların mövcud olduğunu və iddiaçıya borclu olduqlarını etiraf edirlər. Xüsusilə Ali Məhkəmə, birinci apelliyasiya baxışının nəti cəsində ortaya çıxmış qətnaməni ləğv edib işi geri qaytararkən apellyasiya instansiyası məhkəməsinin üzərinə bu məsələni tam araşdırmağı, iddiaçının həqiqətən də həmin alqı-satqı müqavilələri qarşılığında pul əldə etməsi məsələsinə açıqlıq gətirməyi və bu halların sübuta yetirilməsini Sumqayıt Apellyasiya Məhkəməsinin üzərinə qoymuşdur. Lakin Məhkəmə buna əməl etməmişdir. Eyni zamanda, cavabdehlər aparılmış alqı-satqımüqaviləsi əsasında notariat kontorunun depozit hesabına pul qoyularaq daha sonra o pulun da çəkilib cavabdeh tərəfdən şirkətə məxsus digər bağ sahəsinin salınması üçün istifadə edilməsini də təsdiq edirlər. Lakin, məhkəmə bütün bu örtüşən ifadələri mötəbər sübut hesab etmədən qətnamə çıxarmışdır. Həmçinin, məhkəmə birtərəfli qaydada araşdırma aparmaqla nəzərə almamışdır ki, ş əxs əmlakını qarşılıqsız satdığı zaman ona ziyan gələcəyini deyil maddi mükafatlar əldə edəcəyini düşünmüşdür. O səbəb ilə müqaviləni bağlamışdır. Və bu gün aydın olur ki, müqavilə öhdəliklər yerinə yetirilmədiyi üçün ləğv edilıməli, iddiaçı aldadılaraq əlindən çıxarılmış öz mülkinə yenidən sahiblik və istifadə hüququ qazanmalıdır.
48. MPM-in 1.3, 9, 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 106.3, 191.3, 417.1.4, 420, 430-cu maddələrinin tələbləri pozulmuşdur - Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən, üçüncü şəxsin nümayəndəsi sədrlik edən hakimin sualına cavab olaraq pulun Cavabdeh3 MMC-nin kassiri tərəfindən notariata gətirildiyini, pul depozitə qoyulduqdan sonra yenidən götürüb getdiklərini bildirmişdir. Eyni məzmunlu ifadələr həmçinin iddiaçının da məhkəmə iclaslarında ver diyi izahatlarında və məhkəmə aktlarından verdiyi şikayətin dəlillərində öz əksini tapmış, apellyasiya instansiyasıməhkəməsi isə göstərilən izahatlara hüquqi qiymət verməmiş, göstərilən məsələ ilə bağlı lazımi qaydada araşdırma aparmamışdır. Halbuki, iş materiallarında olan, tərəflər arasında bağlanmış 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi”nin 2.2-ci bəndində də torpaq sahələrinin alqı-satqısı deyil, dövr edilməsi ifadələri işlənmişdir.” Bu məsələ tam ətraflı bir şəkildə araşdırılmamışdır. Məhkəmə yuxarı məhkəmənin göstərişinə əməl etməyərək bir başa prosessual qanun pozuntusuna yol vermişdir. b) Cavabeh Cavabdeh2 kassasiya şikayətinin dəlilləri
49. MPM-in 88, 217.1, 376.1-ci maddələrinin tələbləri pozulmuşdur – İddiaçının istinad etdiyi Əməkdaşlıq müqaviləsi qanuni qüvvəsini a lmış məhkəmə qərarı ilə mötəbər sübut hesab edilməmişdir. Hazırki iş üzrə də iddiaçının mövqeyi həmin Əməkdaşlıq müqaviləsi üzərində qurulduğuna görə iddia tələbi tamamilə əsassızdır. Cavabdeh2 də iş üzrə qeyd olunan mövqeni əsaslı hesab edir. Həmçinin, Cavabdeh2 ünvanına məhkəmə iclasının tarixi barədə heç bir bildiriş gəlməmiş, belə olan halda məhkəmə iclasıtəxirəsalınmamış, işə onun iştirakı olmadan baxılmışdır. Bununla da, qeyd olunan prosessual normaların pozulması, işin göstərilən hallarının qeyri-obyektiv araşdırılması ilə qəbul edilən məhkəmə qətnaməsi qanuni və əsaslı sayıla bilməz. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 50. 2023-cü il 11 sentyabr tarixində “X2 Şirkəti” QSCnin nümayəndəsi tərəfindən iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli qətnaməsindən verdiyi kassasiya şikayətində də MM-in 386.1, 389, 407, 425-ci maddələrinin pozulmasını irəli sürmüş, lakin hazırkı halda olduğu kimi sözügedən maddənin tətbiqi zamanı məhkəmənin nədə səhvə yol verməsinə göstərməmişdir, sadəcə maddənin mətnini əlavə etməklə kifayətlənmişdir. Eyni hal hazırkı şikayət üzrə də təkrarlanır. Prosessual hüquq normaları ilə bağlı hissəyə gəldikdə qarşımıza fərqli bir mənzərə çıxmır, kassator ümumi cümlələrdən istifadə etməklə kifayətlənmişdir.
51. Qeyd etmək lazımdır ki, mübahisələndirilən məhkəmə qətnaməsində iddiaçının əmlakını qarşılıqsız satması halı öz təsdiqini tapmamışdır, tam əksinə bank məxaric qəbzləri ilə təsdiq edilmişdir ki, iddiaçı satdığı torpaq sahələri əvəzində Cavabdeh3 MMC-nin bankın depozit hesabına qoyduğu razılaşdırılmış pul vəsaitlərini özü şəxsən imza edərək götürmüşdür. Digər tərəfdən iddiaçının alqı-satqı müqaviləsinin mahiyyətinə yanaşması da qanunvericiliklə ziddiyyət təşkil edir. Çünki alqı-satqı əmlakı özgəninkiləşdirmənin əvəzli qaydada həyata keçirildiyi bir müqavilə növüdür. Əgər həqiqətən iddiaçı əmlakını qarşılıqsız özgəninkiləşdirmək istəsə idi, bağışlama müqaviləsi imzalamaqla bunu edə bilərdi. Həm də maraqlısı odur ki, iddiaçı əmlakını qarşılıqsız satmaqla maddi mükafatlar əldə edəcəyini düşünmüşdür. Bu cümlədə “qarşılıqsız” və “maddi mükafatlar əldə etmək” ifadələri elə özlüyündə bir-birinə ziddiyyət təşkil edir.
52. Eyni zamanda mülki qanunvericilik hər iki müqavilə üzrə pul vəsaiti nin verilməsinə münasibətdə fərqli anlayışlardan istifadə etmişdir. Belə ki, borc münasibətlərində pula mülkiyyət hüququ digər tərəfə keçirilməlidir, bu da fiziki olaraq pul vəsaitinin digər tərəfdə olması deməkdir ki, məhz bu baş verdikdən sonra borclunun həmin vəsaiti geri qaytarmaq öhdəliyi yaranır. Lakin alqı-satqı münasibətlərində alıcı pul məbləğini ödəməyi öhdəsinə götürür. Bu öhdəliyin realizəsi də pul məbləğinin notariusun depozit hesabına qoyulması ilə yekunlaşır. Həmin məbləğin notariusun depozit hesabından məxaric edilməməsi alqı-satqı müqaviləsinin ləğvi üçün əsas deyil. Əksi alqısatqı münasibətlərinin ruhuna uyğun deyil.
53. Bundan başqa, iddiaçı 2017-ci ilin yanvar və iyun aylarında bağlanmış alqısatqı müqavilələri üzrə Cavabdeh3 MMC-nin notariusun depozit hesabına qoyduğu p ul vəsaitini əldə etmədiyini əsas gətirərək 2020-ci ilin oktyabr ayında, yəni müqavilələrin ən sonuncusunun bağlandığı tarixdən 3 il 4 ay sonra iddia qaldırmışdır.
54. Bununla da kassasiya şikayətinin təmin olunmamasına və Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 may tarixli 2-2(105)46/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İİ. HƏDLƏRİ KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
55. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
56. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsini iddiaçı ididanın təmin olunmayan hissəsini, Cavabdeh2 isə iddianın təmin olunması hissəsini mübahisələndirdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır (MPM-in 403 və 416-cı maddələri).
57. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
58. Azərba ycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisin in və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. “Maddə
390. Müqavilə azadlığı... 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqaviləl ərdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.” Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış ye rləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməl idir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin t amamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə
646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.”
59. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
60. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaları nın pozulması hallarına yol verilmişdir, ona görə də qətnamə ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməli, iddiaçının və Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilməlidir.
61. Belə ki, iddianın qismən olunması, Cavabdeh2 200000 manat pulun alınıb iddiaçıya verilməsini qət edən, qalan hissədə iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi” bağlanması, həmin müqavilə üzrə iddiaçı qarşısında öhdəliyin icra olunmaması, İddiaçı tərəfindən mübahisəli torpaq sahələrinin öz iradəsinə uyğun olaraq Cavabdeh3 MMC-yə satılması, Cavabdeh3 MMC tərəfindən həmin torpaq sahələrinin müvafiq müqavilələrlə müəyy ənləşdirilmiş dəyərinin notariusun depozit hesabına köçürməsi, həmin pul vəsaitlərinin notariusun depozit hesabından məxaric olunması və məxaric sənədlərinin İddiaçı tərəfindən imzalanması, iddiaçının alma növlü bağ sahəsinin salınması üçün 200000 manat məbləğində pulu Cavabdeh2 verməsi işin mübahisəsiz hallarıdır, bu hallar eyni zamanda iş materiallarında olan sübutlarla da öz təsdiqini tapır.
62. İddianın rədd olunması hissəsi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh3 MMC arasında mübahisəli torpaq sahələrinə dair 2017-ci ildə alğı-satqı müqavilələrinin bağlanmasında və notariatda təsdiqlənməsində qanunvericiliyin tələbləri gözlənilmişdir və həmin müqavilələr üzrə tərəflər müqavilədən irəli gələn öhdəliklərini icra etmişdir. Alğı-satqı müqavilələri üzrə al ıcı Cavabdeh3 MMC tərəfindən pul vəsaitləri notariusun depozit hesabına qoyulmaqla ödənilmiş, həmin pulun götürülməsi barədə sənədləri iddiaçı imzalamışdır. Satdığı torpaq sahələrinin əvəzi olaraq pul vəsaitinin ona verilməməsini iddiaçı sübuta yetirə bilməmişdir. Cavabdeh3 MMC iddiaçıya zərər vurmamışdır. Təsisçinin (iştirakçının) öhdəlikləri üçün MMC cavabdeh deyildir, onların üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. İddiaçı ilə Cavabdeh3 MMC ilə arasında Sumqayıt “ASAN xidmət” Mərkəzində bağlanan Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsi və torpaq sahəsinin iddiaçıya geri qaytarılması barədə tələbinin rədd olunması hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
63. İddiaçının 200000 manat pul vəsaitini məhz Cavab deh2 verməsi və bunun qarşılığında razilaşmalarına uyğun olaraq iddiaçının heç bir mənfəət və ya əmlak hüququ əldə etməməsi sübuta yetirildiyindən, iddia Cavabdeh2dan 200000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin edilməlidir.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın 200000 manat pul tələbinə dair hissəsini yalnız Cavabdeh2 münasibətdə təmin edərkən tərəflərin təqdim etdikləri sübutlara, xüsusilə iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi”nin şərtlərinə tam və hərtərəfli baxmamış, müqavilənin şərtlərinin təfsir edərkən tərəflərin iradə ifadəsinin həqiqi mənasını nəzərə almamışdır.
65. Əməkdaşlıq müqaviləsindən görünür ki, tərəflər məqsədi yeni növlü intensiv alma bağ ı salmaq və həmin bağ sahəsindən gəlir əldə etmək olmuş, bunun üçün hər bir tərəf üzərinə müəyyən öhdəliklər götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öhdəliklərə əməl etməmiş, nəticədə iddiaçı hər iki cavabdehin hərəkətlərindən ziyan çəkmişdir. Müqavilənin 4.2-ci bəndinə görə müqavilə şərtləri icraçı-1 - Cavabdeh2 və icraçı-2 – Cavabdeh1 tərəfindən pozularsa İddiaçı dövr edilmiş əmlakının və verilmiş pul vəsaitlərinin, həmçinin əmlakın və pul vəsaitlərinin istifadəsinə görə əldən çıxmış fayda məbləğində kompensasiyanın onlar tərəfindən qaytarılması təmin ediləcəkdir.
66. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müqavilə bağlanandan sonrakı hərəkətləri də əsas verir ki, 200000 manat pulun iddiaçıya qaytarılması cavabdehlər birgə məsuliyyət daşımalıdırlar.
67. Mübahisəsiz haldır ki, iddiaçının verdiyi 200000 manat pul müqavilə bağlanandan sonra yaradılmış Cavabdeh3 MMC-nin mülkiyyətində olan 12 ha torpaq sahəsində intensiv alma bığının salınmasına sərf olunmuşdur. Cavabdeh3 MMC nizamnamə kapitalı ******* manat olmaqla 21 dekabr 2016-cı il tarixdə qeydiyyata alınmış, onun təsisçilərindən biri olan Cavabdeh2 isə 35 faiz (595000 manat) paya malik olmuşdur. Digər Cavabdeh1 isə MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə bərabər olan Baş meneccer təyin edilmiş, MMC-nin qanuni təmsilçisi olmuşdur. İddiaçıdan 7,2 ha torpaq sahəsinin satın alınmasında da MMC-ni Cavabdeh1 təmisil etmiş, xx.xx.2018-ci il tarixdə verilmiş Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışa görə daha sonra o, həmin MMC-də 17,5 faiz pay malik olmuşdur.
68. Göründüyü kimi 200000 manat bilavasitə cavabbeh Cavabdeh2 verilsə də, verilmiş pulun müqabilində iddiaçı qarşısında hər iki cavabdehin məsuliyyət daşımasına məhkəmə qiymət verməmişdir.
69. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, işə ikinci dəfə baxan apellyasiya məhkəməsi iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 dekabr tarixli qərarında şərh edilən göstərişlərə Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə uyğun olaraq əməl etməmiş, iddiaçıya məxsus olmuş torpaq sahələrinin alqı-satqısı ilə bağlı notairusun depozit hesabına qoyulmuş pul vəsaitləri çıxarılandan sonra cavabdehlərə, yaxud cavabdeh müəssisəsinin kassirinə verilibverilməməsini müəyyən etməmiş, bu halın müəyyən olunmasının işin üzrə tam, obyek tiv və ədalətli nəticəyə gəlinməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətdən qaçırmışdır.
70. Ali Məhkəmənin əvvəlki qərarına görə işə apellyasiya instansiyası məhkəməsində baxılarkən, üçüncü şəxsin nümayəndəsi sədrlik edən hakimin sualına cavab olaraq pulun Cavabdeh3 MMC-nin kassiri tərəfindən notariata gətirildiyini, pul depozitə qoyulduqdan sonra yenidən götürüb getdiklərini bildirmişdir. Eyni məzmunlu ifadələr həmçinin iddiaçının da məhkəmə iclaslarında verdiyi izahatlarında və məhkəmə aktlarından verdiyi şikayətin dəlillərində öz əksini tapmışdır. Tərəflər arasında bağlanmış 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi”nin 2.2-ci bəndində də torpaq sahələrinin alqı-satqısı deyil, “dövr edilməsi” ifadələri işlənmişdir.
71. Ali Məhkəmənin qənaətinə görə göstərilən izahatlara tər əflər arasında bağlanmış “Əməkdaşlıq müqaviləsi”nin 2.2-ci bəndininin tələbləri baxımından hüquqi qiymət verilməli, bunun üçün torpaq sahələrinin alqı-satqısı zamanı dövr etmiş pulun kimə məxsus olması və sonda cavabdeh MMC-nin nümayəndəsi tərəfindən geri götürülü-götürülmədiyi müəyyən edilməli idi.
72. İşə baxan apellyasiya məhkəməsi "xxxx" ASC-nin və Sumqayıt “Asan Xidmət” mərkəzində notariat kontorunun məktubları və kassa məxaric sənədlərinə əsasən notariusun depozit hesabından pulun götürülməsi barədə sənədlərin iddiaçı tərəfindən imzalanması qənaətinə gəlmiş, lakin Ali Məhkəmənin əvvəlki qərarındakı göstərişlərə uyğun olaraq sonradan həmin pulun cavabdehlər, yaxud cavabdeh MMC-nin nümayndəsi tərəfindən alınıb alınmamasını müəyyən etməmiş, torpaq sahələrinin alqı-satqısı barədə müqavil ələrin etibarlılığına bu baxımdan hüquqi qimət verməmişdir.
73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə ilk iddianın rədd olunması barədə gəldiyi nəticə, qanuni və əsaslı sayıla bilməz. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviriəsaslandırıcı hisssəsində göstərilənləri nəzərə almalı, habelə iddiaçının apellyasiya şikayətinin dəlillərini tam və hərtərəfli araşdırmaqla müzakirə etməli, nəticəsindən asılı olaraq qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Yuxarıda göstə rilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: İddiaçı Qurban oğlu və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş olduqları kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(105)-46/2023 nömrəli iş üzrə 2023-cü il 8 may tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.