Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-524/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR 2-2(102)-524/2023 Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 2-2(103)-440/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxı lmışdır. I. İŞİN HALLARİ
1. Sifarişçi İddiaçı MTK ilə podratçı Cavabdeh MMC arasında bağlanmış 2019-cu il 1 mart tarixli SBH-003 saylı müqavilənin 1.1-ci bəndinə əsasən podratçı öz işçi qüvvəsi, avadanlığı və alətləri ilə müqavilə və layihə sənədlərində göstərilən şərtlər əsasında ünvan 1 ünvanında layihələndirilən çoxmərtəbəli yaşayış binası layihəsinin icrası çərçivəsində inşa olunan binalarda bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilən işləri yerinə yetirməyi, sifarişçi isə həmin işləri qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada işlərin dəyərini podratçıya ödəməyi öhdəsinə götürür. 2. 2019-cu il 1 mart tarixli SBH-003 saylı müqavilə üzrə qiymət razılaşma protokoluna əsasən layihəyə uyğun ilkin müəyyən edilmiş qiymət ƏDV daxil olmaqla 4. 537.996,80 manat təşkil edir. 3. 2019-cu il 1 mart tarixli SBH-003 saylı müqavilə üzrə işlərin icrası qrafikinə əsasən: A, B blokları üzrə işin icrasına başlama tarixi 2019-cu il 1 mart, işin icrasının bitmə tarixi 2020-ci il 1 mart və təhvil tarixi 2020-ci il 15 mart; C, D Blokları üzrə işin icrasına başlama tarixi 2019-cu il 1 aprel, işin icrasının bitmə tarixi 2020-ci il 1 aprel və təhvil tarixi 2020-ci il 15 aprel; E bloku üzrə işin icrasına başlama tarixi 2019-cu il 1 may, işin icrasının bitmə tarixi 2020-ci il 1 may və təhvil tarixi 2020-ci il 15 may; F, G blokları üzrə işin icrasına başlama tarixi 2019-cu il 1 iyun, işin icrasının bitmə tarixi 2020-ci il 1 iyun və təhvil tarixi 2020-ci il 15 iyun olaraq müəyyənləşdirilmişdir.
4. İddiaçı MTK 2021-ci il 7 iyul tarixli S051 nömrəli mək tubla Cavabdeh MMC-yə müraciət edərək müqavilə üzrə öhdəliklərin qısa zaman müddətində əlavə işçi qüvvəsi cəlb edilməklə tam şəkildə icra edilməsini və sifarişçiyə vurulmuş ziyanın ödənilməsini xahiş etmişdir.
5. İddiaçı MTK 2021-ci il 2 avqust tarixli S057 nömrəli məktubla Cavabdeh MMC-yə müraciət edərək sonuncu dəfə müqavilə üzrə öhdəliklərin qısa zaman müddətində əlavə işçi qüvvəsi cəlb edilməklə tam şəkildə icra edilməsini və sifarişçiyə vurulmuş ziyanın ödənilməsini xahiş etmişdir.
6. Sifarişçi İddiaçı MTK ilə podratçı Cavabdeh MMC arasında bağlanmış 2019-cu il 1 mart tarixli, SBH-003 saylı müqavilənin: - 1.3-cü bəndinə əsasən işlərin görülməsi faktı tərəflərlə razılaşdırılmış qaydada təhviltəslim aktı ilə rəsmiləşdirilir; - 3.3.2-ci bəndə əsasən podratçının sifarişçidən işlərin yerin ə yetirilməsi üçün öncədən razılaşdırılmış mal materialı, məlumatları, işlərin icrası üçün sahəni və digər hazırkı müqavilə və qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin icrasını tələb etmək hüququ vardır; - 3.4.1-ci bəndə əsasən işlərin bu müqavilədə müəyyən olunan keyfiyyətlə yerinə yetirilməsi üçün lazım olan bütün avadanlıqları, ləvazimatları, habelə lazımi işçi qüvvəsini cəlb etmək və müqavilənin 1.1-ci bəndində sadalanan işləri bu Müqavilənin şərtlərinə uyğun olaraq yerinə yetirmək, təsdiq olunmuş aylar üzrə forma 2 aktı ilə sifarişçiyə təhvil vermək podratçının öhdəliyidir; - 3.4.9-cu bəndə əsasən işlərin icra qrafikinə uyğun vaxtda və keyfiyyət tələbnaməsinə uyğun keyfiyyətdə yerinə yetirilməməsinə, habelə digər səbəblərə görə onun təqsiri üzündən sifarişçinin məruz qaldığı bü tün cərimələri, onlara görə dəbbə pulunu, iddiaları, maddi və mənəvi zərərləri, işgüzar nüfuza vurulmuş zərərləri, real və əldən çıxmış faydanın əvəzini sifarişçinin tələbi ilə bir ay ərzində ödənilməsini təmin etmək podratçının öhdəliyidir. - 3.4.12-ci bəndə əsasən işlərin gedişatını ləngitməmək və belə hallar baş verdikdə, bu barədə sifarişçini dərhal məlumatlandırmaq podratçının öhdəliyidir; - 3.4.13-cü bəndə əsasən sifarişçinin bu müqavilə və qüvvədə olan qanunvericiliyə uyğun göstərişlərinə və tapşırıqlarına əməl etmək və ya onların icrasının hər hansı səbəbdən mümkünsüz olması barədə əsaslı bildiriş vermək podratçının öhdəliyidir; - 5.2-ci bəndə əsasən podratçı bu müqaviləyə əlavə edilmiş işlərin icrası qrafiki ilə müəyyən edilmiş müddət ərzində işləri bitirib təhvil vermədikdə o, hər gecikdirilmiş günə görə bu müqavilə üzrə müəyyən olunmuş ümumi dəyərin 1%-i məbləğində sifarişçiyə cərimə ödəyir. Cərimənin ümumi məbləği müqavilə üzrə təyin olunmuş ümumi dəyərin 10%-ni aşmamalıdır; - 5.3-cü bəndə əsasən tərəflərdən birinin hazırkı müqavilə üzrə digər öhdəliklərini (üzrsüz səbəbdən) yerinə yetirməməsi və ya (üzrsüz səbəbdən) lazımı qaydada yerinə yetirməməsi halında günahkar olan tərəf qarşı tərəfə əldən buraxılan qazanc da daxil olmaqla zərərləri ödəyir.
7. Hazırkı halda, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Tikintidə X1 görünür ki, Bakı şəhəri Səbail rayonu, Xanlar küçəsi 10, 12, 14, 16, 18, 20, Ə.Qardaşları 15, 17, 17a, 17b, 19 və Ə.Hüseynzadə küçəsi 8 ünvanda İddiaçı MTK-nın tikinti obyektinin “A” və “B” blokları üzrə Qaydaların 2.11-ci bəndində nəzərdə tutulmuş Jurnallar 2019-cu il 4 mart tarixdə, “C” bloku üzrə Jurnal 2019-cu il 1 iyul tarixdə, “D və F”, “E” və “G” blokları üzrə Jurnallar 2019-cu il 6 noyabr tarixdə qeydiyyata alınmışdır (TDNJ-lər açılmışdır). II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı MTK (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 3 mart tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 1 mart tarixli “dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə” podrat müqaviləsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə, müqavilə məbləğinin 10% -i miqdarında, yəni 453.790 manat məbləğində cərimənin, dəymiş zərər olaraq sakinlərə ödənilmiş 233.361 manat məbləğində kirayə haqqının və 480.000 manat məbləğində əldən çıxmış fayda şəklində pul vəsaitinin, 100.000 manat məbləğində mənəvi zərərin, ümumilikdə 1.267.151 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış 2019-cu il 1 mart tarixli “dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə” podrat müqaviləsinə əsasən podratçı cavabdeh öz işçi qüvvəsi, avadanlığı və alətləri ilə müqavilə və layihə sənədlərində göstərilən şərtlər əsasında ünvan 1 ünvanında layihələndirilən çoxmərtəbəli yaşayış binası layihəsinin ic rası çərçivəsində inşa olunan binalarda bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilən işləri yerinə yetirməyi, sifarişçi iddiaçı isə həmin işləri qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada işlərin dəyərini podratçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən işlərin görülməsi faktı tərəf ilə razılaşdırılmış təhvil-təslim aktı ilə rəsmiləşdirilməli idi. Müqaviləyə 2019-cu il 1 mart tarixli, 2 saylı əlavəyə əsasən podrat müqaviləsində nəzərdə tutulan işlər podratçı tərəfindən A, B blokları üzrə 2020-ci il 15 mart tarixinə, C, D Blokları üzrə 2020-ci il 15 aprel tarixinə, E bloku üzrə 2020-ci il 15 may tarixinə, F, G blokları üzrə isə 2020-ci il 15 iyun tarixinə təhvil verilməli idi. Lakin, podratçı A və B blokları ü zrə işi 2020-ci il 29-30 mart tarixə, yəni 15 gün gecikmə ilə, C bloku üzrə 2020-ci il 29 oktyabr tarixə, D bloku üzrə 2020-ci il 20 sentyabr tarixə, yəni 5-6 ay gecikmə ilə, E bloku üzrə 2021-ci il 24 iyun tarixə, yəni 1 il, 1 ay, 9 gün gecikmə ilə, F, G bloku üzrə 2021-ci il 28 sentyabr tarixə, yəni 3 ay 13 gün gec təhvil verib. Müqavilənin 3.4.9-cu bəndinə əsasən podratçının işlərin icra qrafikinə uyğun vaxtda və keyfiyyət tələbnaməsinə uyğun keyfiyyətdə yerinə yetirilməsinə, habelə digər səbəblərə görə onun təqsiri üzündən sifarişçinin məruz qaldığı bütün cərimələri, onlara görə dəbbə pulunu, iddiaları, maddi və mənəvi zərərləri, işgüzar nüfuza vurulmuş zərərləri, real və əldən çıxmış faydanın əvəzini sifarişçinin tələbi ilə 1 ay ərzində ödənilməsini təmin etmək öhdəliyi vardır. Həmç inin həmin müqavilənin 3.4.12-ci bəndinə əsasən podratçı işlərin gedişatını ləngitməmək və belə hallar baş verdikdə bu barədə sifarişçini dərhal məlumatlandırmaq öhdəliyi daşıyır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən podratçı bu müqaviləyə əlavə edilmiş işlərin icrası qrafiki ilə müəyyən edilmiş müddət ərzində işləri bitirib təhvil vermədikdə o, hər gecikdirilmiş günə görə bu müqavilə üzrə müəyyən olunmuş ümumi dəyərin 1%-i məbləğində sifarişçiyə cərimə ödəyir. Cərimənin ümumi məbləği müqavilə üzrə təyin olunmuş ümumi dəyərin 10%-ni aşmamalıdır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən tərəflərdən birinin hazırkı müqavilə üzrə digər öhdəliklərini (üzrsüz səbəbdən) yerinə yetirməməsi və ya (üzrsüz səbəbdən) lazımi qaydada yerinə yetirməməsi halında günahkar olan tərəf qarşı tərəfə əldən b uraxılan qazanc da daxil olmaqla zərərləri ödəyir. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən podratçı tərəfindən bu müqavilənin şərtləri əsaslı dərəcədə pozulduqda sifarişçinin bu müqaviləyə birtərəfli qaydada xitam vermək və müqavilə ilə razılaşdırılmış məbləği ödəmək hüququ vardır. Müqavilənin 11.2.3-cü bəndinə əsasən podratçının bütün işlərin təhvil verilmə müddətini 30 təqvim günündən artıq gecikdirdiyi hal bu müqavilənin şərtlərinin əsaslı dərəcədə pozulması sayılır. Göründüyü kimi, podratçı sifarişçi ilə arasında olan müqavilənin 5.2-ci bəndinə əsasən bu müqaviləyə əlavə edilmiş işlərin icrası qrafiki ilə müəyyən edilmiş müddət ərzində işləri bitirib təhvil vermədiyinə görə hər gecikdirilmiş günə görə müqavilə üzrə müəyyən olunmuş ümumi dəyərin 1%-i məbləğində sifarişçiyə cərimə ödəmə lidir. Bu cərimənin ümumi məbləği müqavilə üzrə təyin olunmuş ümumi dəyərin 10%-ni aşmamalı olduğundan, podratçı sifarişçi olan iddiaçıya müqavilə məbləğinin 10%-i miqdarında, yəni 453.790 manat cərimə ödəməlidir. Müqaviləyə 1 saylı əlavə kimi nəzərdə tutulmuş qiymət razılaşdırma protokoluna əsasən müqavilənin ümumi dəyəri 4.537.996 manat təşkil edir.
10. Bundan əlavə, podratçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş işlərin icra qrafikinə uyğun şəkildə yerinə yetirilməməsi nəticəsində sifarişçiyə, yəni iddiaçıya əldən çıxmış və əlavə fayda şəklində böyük miqdarda maddi zərər dəymişdir. Belə ki, iddiaçı tərəfindən inşa edilən bina pilot layihə olduğundan iddiaçının həmin binanın tikildiyi ərazidən köçürülmüş sakinlər qarşısında müqavilə öhdəliyi vardır. İddiaçının təqribən 140 sakin qarş ısında binanın tikilib başa çatması ilə həmin sakinlərin mənzillə təmin edilənədək onlara aylıq kirayə haqqı ödəmək öhdəliyi yaranmışdır. Bu məbləğ isə C blokunun gecikməsi üzrə 86.115 manat, E blokunun gecikməsi üzrə 98.873 manat, G blokunun gecikməsi üzrə 48.373 manat, cəmi 233.361 manat təşkil edir. 2021-ci il 17 dekabr və digər tarixlərdə podratçı tərəfindən təqdim edilən işlərin icrasında qüsurlarla və icranın gecikdirilməsi ilə bağlı pretenziyalar irəli sürülmüşdür. Təqdim edilən işlərin qüsuru və icranın gecikdirilməsiylə bağlı hər dəfə pretenziyalar irəli sürülməsinə baxmayaraq, cavabdeh tərəfindən bu qüsurların aradan qaldırılması ilə bağlı hərəkətsizlik göstərilmişdir. Həmin qüsurlar nəticəsində sifarişçi əlavə xərclərə məruz qalmışdır. Həmçinin işlərin vaxtında icra edilməməsi i lə bağlı maddi və mənəvi ziyana, əlavə xərclərə məruz qalmışdır.
11. Göstərilənlərdən əlavə podratçı tərəfindən işlərin vaxtında və lazımi keyfiyyətdə yerinə yetirilməməsi nəticəsində iddiaçıya əldən çıxmış fayda şəklində təqribən 480.000 manatadək ziyan dəymişdir. Belə ki, sakinlərə kirayə haqqı kimi ödənilmiş 400.000 manat əlavə vəsait üzrə Milli Bankın uçot dərəcəsi üzrə (400.000*7.5/100=30.000) hesablansa, iddiaçı ən azı 30.000 əldən çıxmış fayda şəklində ziyana məruz qalmışdır. Bundan əlavə, tikilən binada mənzil satılmış sakinlər qarşısında öhdəlik vaxtında icra edilməmişdir. Yəni binanı vaxtında tikib təhvil verməklə, həmin binada mənzil alan sakinlər mənzillərin dəyəri üzrə borclu qaldıqları məbləği ödəməli idilər. Bu məbləğ ümumilikdə 6.000.000 manat təşkil edir. Nəticə etibarı il ə ödənişlərin ödənilməsi binanın təhvil verilməsinin gecikdirildiyi müddət qədər yubadılmışdır, bu məbləğin 6.000.000 manat təşkil etdiyini nəzərə alaraq Milli Bankın uçot dərəcəsi ilə hesabladıqda, iddiaçı ən azı 450.000 manat əldən çıxmış fayda şəklində zərərə məruz qalmışdır. İddiaçı tikinti sahəsində öz işgüzar nüfuzu ilə yüksək reytinqə malik bir şirkətdir. Podratçının işləri gecikdirməsi və vaxtında təhvil verməməsi nəticəsində işgüzar nüfuza ziyan dəymişdir. Belə ki, işlərin vaxtında təhvil verilməməsi həmin binadan mənzil alan sakinlərin narazılığına, iddiaçıya olan etibarın, inamın azalmasına səbəb olmuş, nəticədə iddiaçının mənzilin tikintisi və satışı bazarında satıcılıq qabiliyyəti, nüfuzu böyük zərərə məruz qalmışdır. Bu zərər təqribən 100.000 manat məbləğində dəyərləndirili r.
12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 61-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 442, 443.1, 443.2, 443.3, 443.5, 445.1, 445.2-ci maddələrinə istinad edilmişdir.
13. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh üzərinə düşən öhdəlikləri layiqincə, keyfiyyətlə və vaxtında yerinə yetirib tikintini iddiaçıya təhvil vermişdir. Lakin iddiaçı öz üzərinə düşən öhdəlikləri bu günə qədər yerinə yetirməmiş və görülmüş işin müqabilində 275.000 manat pulu cavabdehin hesabına köçürməmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə əmlakların qaytarılmaması nəticəsində cavabdehə 646.000 manat ziyan dəymişdir. Bundan başqa, bağlanmış müqavilə öhdəliklərinə görə görülmüş işlərin dəyəri iddiaçı tərəfindən vaxtında ödənilmədiyi üçün podratçı olaraq şirkətin işçilərə ödədiyi 300.000 manat həcmində əldən çıxmış fayda və işgüzar nüfuza vurulmuş ziyana görə 200.000 manat, cəmi 1.146.000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehin hesabına ödənilməmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 oktyabr tarixli e-2-2(113)-1561/2022 nömrəli qərardadı ilə məhkəmə iqtisadi mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 23 dekabr tarixli 9/7893 saylı ekspert rəyinə görə, podrat müqaviləsinə edilmiş 2019cu il 1 mart tarixli 2 saylı əlavəyə əsasən podratçı tər əfindən A, B blokları üzrə 2020-ci il 15 mart tarixə, C, D Blokları üzrə 2020-ci il 15 aprel tarixə, E bloku üzrə 2020-ci il 15 may tarixə, F,G blokları üzrə isə 2020-ci il 15 iyun tarixə təhvil verilməli olan işlərin təhvil verilməsində gecikdirilən günlərin sayına uyğun həmin günlər üzrə müqavilə şərtlərinə müvafiq hesablanmalı cərimənin məbləği 453.790 manat müəyyən edilir. Bundan başqa, iş materialları əsasında yuxarıda qeyd olunan gecikdirilmiş müddət ərzində binadan köçürülən sakinlərə ödənilən kirayə haqlarının məbləği 236.648 manat müəyyən edilir. Həmin gecikdirilən müddət ərzində binada ev alan sakinlər tərəfindən iddiaçıya ödənilməsi gecikdirildiyi iddia olunan ödənişlərin məbləği 5.756.939,27 manat, gecikdirilən müddətdən sonra binada ev alan sakinlər tərəfindən iddiaçıya ödənil məsi gecikdirildiyi iddia olunan ödənişlərin məbləği 136.364,00 manat müəyyən edilir. Əlavə olaraq qeyd edilir ki, rəyin tədqiqi hissəsində göstərilən 2-ci cədvəl formasında adları qeyd olunan sakinlərlə iddiaçı arasında bağlanmış alqı-satqı müqavilələrindən də göründüyü kimi, həmin müqavilələr iddiaçının iddia ərizəsində göstərdiyi işlərin təhvilinin gecikdiyi müddətdən sonra imzalanmışdır.
16. Bakı Kommersiya Məhkəməsinin 2023-ci il 3 fevral tarixli e-2-2(113)-59/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2019-cu il 1 mart tarixli “Dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə” podrat müqaviləsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə 453.790 manat məbləğində cərimə, zərər olaraq sakinlərə ödənilmiş 233.361 manat məbləğində kirayə ha qqı, cəmi 687.151 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun 72,5 manat hissəsinin iddiaçıdan, 72,5 manat hissəsinin isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Z.Axundova).
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, tərəflər həmin müqavilə ilə üzərlərinə öhdəliklər götürmüşlər. Belə ki, cavabdeh öz işçi qüvvəsi, avadanlığı və alətləri ilə müqavilə və layihə sənədlərində göstərilən şərtlər əsasında ünvan 1 ünvanında layihələndirilən çox mərtəbəli yaşayış binası layihəsinin icrası çərçivəsində inşa olunan binalarda bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilən işləri yerinə yetirməyi, iddiaçı isə həmin işləri qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada işlərin dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə və ona əlavələrə əsasən cavabdeh A, B bloklarını 2020ci il 15 mart tarixdə, C, D Bloklarını 2020-ci il 15 aprel tarixdə, E blokunu 2020-ci il 15 may tarixdə, F, G bloklarını isə 2020-ci il 15 iyun tarixdə iddiaçıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müəyyən edilmişdir ki, işlərin təhvil verilməsində gecikmələr baş vermiş və qeyd olunan müddətlərdə işlər başa çatdırılıb iddiaçıya təhvil verilməmişdir. İcra gecikdirildiyi üçün iddiaçı zərərə məruz qaldığını id dia etmiş və hazırkı tələblərlə məhkəməyə müraciət etmişdir.
18. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi öz təsdiqini tapmışdır. Müqavilədə işlərin görülməsi faktının razılaşdırılmış qaydada təhvil-təslim aktı ilə rəsmiləşdirilməsi müəyyən edilsə də, belə aktlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda 2019-cu il 1 mart tarixli SBH-003 saylı müqavilə üzrə işlərin icrası qrafikinə əsasən yuxarıda qeyd olunan bloklar üzrə işlərin icrasına başlama və bitmə tarixləri müəyyənləşdirilmişdir. İddiaçı işlərin iddia ərizəsində qeyd olunan müddətlərdə gecikmələrlə təhvil verildiyini iddia etmiş, cavabdeh işlərin həmin tarixlərdən daha əvvəl verilməsini bildirməmiş və daha əvvəl təhvil verilmə ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Cavabd eh gecikmənin iddiaçının təqsiri üzündən baş verdiyini bildirmişdir. Lakin müqavilənin 3.3.2-ci bəndinə əsasən podratçının sifarişçidən işlərin yerinə yetirilməsi üçün öncədən razılaşdırılmış mal materialı, məlumatları, işlərin icrası üçün sahəni və digər hazırkı müqavilə və qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin icrasını tələb etmək hüququ, eyni zamanda 3.4.13-cü bəndə əsasən podratçının sifarişçinin bu müqavilə və qüvvədə olan qanunvericiliyə uyğun göstərişlərinə və tapşırıqlarına əməl etmək və ya onların icrasının hər hansı səbəbdən mümkünsüz olması barədə əsaslı bildiriş vermək kimi öhdəliyi olduğu halda, qeyd edilən öhdəliklərin icrasının tələb edilməsi və ya əsaslı bildirişin verilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır.
19. Ona görə də məhkəmənin qənaətinə əsa sən qanunvericilik normaları və müqavilə şərtlərinə əsasən (müqavilənin 5.2-ci bəndi) iddiaçı öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən cərimənin tutulmasını tələb etməkdə haqlıdır və ekspert rəyi də nəzərə alınaraq, 453.790 manat məbləğində cərimə məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Məhkəmə nəzərə almışdır ki, cavabdeh tərəfindən öhdəliyin icrası gecikdirilməsəydi, iddiaçı qeyd olunan məbləğdə kirayə haqları ödəmək məcburiyyətində qalmayacaqdı. Ona görə də məhkəmə gecikdirilmiş müddət ərzində sakinlərə ödənilən kirayə haqlarını iddiaçının zərəri kimi qiymətləndirmişdir və belə qənaətə gəlmişdir ki, ödənilmiş kirayə haqlarına görə 233.361 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (ekspert rəyində ödənilən kirayə haqlarının məbləği 236.648 manat müəyyən edilsə də, tələb 233.361 manat məbləğində kirayə haqqının tutulmasından ibarətdir).
21. Məhkəmə iddia tələbini 480.000 manat (həmin məbləğə sakinlərə kirayə haqqı kimi ödənilmiş 400.000 manat əlavə vəsait üzrə Milli Bankın uçot dərəcəsi üzrə (400.000*7.5/100=30.000) hesablanmış 30.000 manat və bina vaxtında tikilib təhvil verilmədiyinə görə həmin binada mənzil alan sakinlərin mənzillərin dəyəri üzrə borclu qaldıqları ümumilikdə 6.000.000 manat vəsait üzrə Milli Bankın uçot dərəcəsi üzrə (6.000.000*7.5/100=450.000) hesablanmış 450.000 manat (450.000+30.000=480.000) daxil edilmişdir) əldən çıxmış faydanın ödənilməsi hissəsində əsaslı hesab etməmişdir.
22. Məhkəmə qeyd etmişdir ki, iddiaçı əldən çıxmış faydanı tələb etmək üçün MM-in 21, 443-cü maddələrində göstərilən hallar ın mövcudluğunu sübut etməyə borclu idi. Lakin məhkəmə araşdırması zamanı iddiaçı əldən çıxmış faydanı müəyyənləşdirilərkən iddiaçının onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin qeyd olunmuşdur ki, mənzil alan sakinlərin mənzillərin dəyərini vaxtında yaxud tez ya gec ödəyəcəkləri də müəyyən edilmir. Ona görə də iddia tələbi 480.000 min manat məbləğində əldən çıxmış fayda şəklində pul vəsaitinin cavabdehdən tutulması hissəsində sübuta yetirilmədiyindən təmin olunmamalıdır.
23. İddiaçı 100.000 manat məbləğində işgüzar nüfuza dəymiş ziyanın cavabdehdən tutulmasını xahiş etmiş, lakin həmin hissə ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə iddia həmin hissədə də rə dd olunmuşdur.
24. Məhkəmə hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun 72,5 manat hissəsi iddiaçıdan, 72,5 manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
25. Məhkəmə öz mövqeyini MM-in 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 443.2, 443.4, 445.1, 445.2.1, 448.1, 462.1, 752.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Cavabdeh apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək, iddiaçının iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 m ay tarixli 2-2(103)-440/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
28. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən MM-in 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən MM-in 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız qeyd olunan əsaslar müəyyən olunduqda cavabdeh in üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
29. Hazırkı işdə də bu əsasların mövcudluğu təsdiq olunur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.4.9-cu bəndinə əsasən işlərin icra qrafikinə uyğun vaxtda və keyfiyyət tələbnaməsinə uyğun keyfiyyətdə yerinə yetirilməməsinə, habelə digər səbəblərə görə onun təqsiri üzündən sifarişçinin məruz qaldığı bütün cərimələri, onlara görə dəbbə pulunu, iddiaları, maddi və mənəvi zərərləri, işgüzar nüfuza vurulmuş zərərləri, real və əldən çıxmış faydanın əvəzini sifarişçinin tələbi ilə 1 ay ərzində ödənilməsini təmin etmək podratçının öhdəliyidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən podratçı bu müqaviləyə əlavə edilmiş işlərin icrası qrafiki ilə müəyyən edilmiş müddət ərzində işləri bitirib təhvil vermədikdə o, hər gecikdirilmiş gün ə görə bu müqavilə üzrə müəyyən olunmuş ümumi dəyərin 1%-i məbləğində sifarişçiyə cərimə ödəyir. Cərimənin ümumi məbləği müqavilə üzrə təyin olunmuş ümumi dəyərin 10%-ni aşmamalıdır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən tərəflərdən birinin hazırkı müqavilə üzrə digər öhdəliklərini (üzrsüz səbəbdən) yerinə yetirməməsi və ya (üzrsüz səbəbdən) lazımı qaydada yerinə yetirməməsi halında günahkar olan tərəf qarşı tərəfə əldən buraxılan qazanc da daxil olmaqla zərərləri ödəyir. İddiaçı işlərin iddia ərizəsində qeyd olunan müddətlərdə gecikmələrlə təhvil verildiyini bildirmişdir, cavabdeh də gecikmənin olduğunu bildirmişdir, lakin bunun məhz iddiaçının təqsiri üzündən baş verdiyini qeyd etmişdir. Göründüyü kimi işlərin iddiaçının istinad etdiyi tarixlər üzrə gec təhvil verilməsi işin mübahisəsi z halıdır.
30. Mübahisələndirilən məsələ cavabdehin istinad etdiyi hallara görə həmin gecikmənin olmasında iddiaçının məkanın tikintiyə başlamaq üçün gec təhvil verilməsi kimi hər hansı təqsirli hərəkətsizliyinin, o cümlədən işin gecikməsi üçün hər hansı digər obyektiv halın (havanın şiddətli küləkli olması) olub-olmaması ilə bağlıdır.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin istinad etdiyi dəlillər əsassızdır. Belə ki, tərəflər arasında bağlanan müqavilə üzrə işlərin icrası qrafikinə əsasən: A, B blokları üzrə işin icrasına başlama tarixi 2019-cu il 1 mart, işin icrasının bitiş tarixi 2020-ci il 1 mart və təhvil tarixi 2020-ci il 15 mart; C, D Blokları üzrə işin icrasına başlama tarixi 2019-cu il 1 aprel, işin icrasının bitiş tarixi 2020-ci il 1 aprel və təhvil tarixi 2020- ci il 15 aprel; E bloku üzrə işin icrasına başlama tarixi 2019-cu il 1 may, işin icrasının bitiş tarixi 2020-ci il 1 may və təhvil tarixi 2020-ci il 15 may; F, G blokları üzrə işin icrasına başlama tarixi 2019-cu il 1 iyun, işin icrasının bitiş tarixi 2020-ci il 1 iyun və təhvil tarixi 2020-ci il 15 iyun olaraq müəyyənləşdirilmişdir.
32. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi Tikintidə Dövlət Nəzarət jurnallarından müəyyən olunmuşdur ki, mübahisəli yaşayış binasının “A” və “B” bloklarının tikintisinin başlanması 2019-cu il 4 mart tarixdə, “C” blokunun tikintisinin başlanması 2019-cu il 1 iyul tarixdə, “D”, “F”, “G” və “E” bloklarının tikintisinin başlanması 2019-cu il 6 noyabr tarixdə həmin Müfəttişl ik tərəfindən dövlət qeydiyyatına alınmışdır (cild 1, i/v 120-248).
33. Göründüyü kimi müqavilənin bağlandığı 2019-cu il 1 mart tarixdən 3 gün sonra, yəni 2019-cu il 4 mart tarixdə, yaşayış binasının tikintisinin başlanması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
34. Bu isə onu deməyə əsas vermişdir ki, yaşayış binasının tikintisinə başlamaq üçün sahə vaxtında podratçıya təhvil verilmişdir. Əks halda yuxarıda qeyd olunan jurnallar tərtib olunmazdı.
35. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə işlərin gedişatı ləngidildiyi halda bu barədə sifarişçini dərhal məlumatlandırmaq podratçının öhdəliyidir. Lakin cavabdeh işlərin icrası üçün sahənin tikintiyə başlama q üçün gec təhvil verildiyinə, dolayısı ilə işin iddiaçı tərəfindən ləngidiyinə istinad etsə də, müqavilə şərtinə uyğun öhdəliyinin icrası kimi bu barədə sifarişçiyə hər hansı pretenziya irəli sürməmiş, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
36. Cavabdeh iş üzrə keçirilmiş məhkəmə iqtisadi mühasibatlıq ekspertizasının rəyinə etiraz edərək bildirmişdir ki, ekspert iş üzrə heç bir araşdırma aparmamış və məhz iddia ərizəsində qeyd olunanlara istinad edərək, rəy vermişdir. Eyni zamanda ekspert Bakı şəhərində küləkli günlərin olması səbəbindən işlərin dayandırıldığı günləri və sakinlərlə müqavilənin bağlandığı tarixləri nəzərə almamışdır.
37. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı cavabdehin vəsatəti əs asında yuxarıda istinad olunan rəyi vermiş ekspert X5 məhkəmə iclasında dindirilmiş və sonuncu bildirmişdir ki, o, verdiyi rəyi təsdiq edir və onun qarşısında qoyulmuş suallara heç bir hüquqi cavab verməmişdir. Belə ki, bu işə baxan məhkəmənin səlahiyyətindədir. O, sadəcə olaraq rəydə iddia ərizəsində qeyd olunanların düzgünlüyü yalnız məhkəmə tərəfindən sübuta yetirildiyi təqdirdə, gecikmə günlərinin mümkün sayını qeyd etmişdir.
38. İş üzrə verilmiş ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində də qeyd olunmuşdur ki, “Ekspert qarşısında qoyulmuş suala cavab olaraq bildirilir ki, tərəflər arasında imzalanmış 2019-cu il 1 mart tarixli SBH-003 nömrəli “Dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə” podrat müqaviləsinin 1.3-cü bəndinə əsasən işlərin görülməsi fakt ı tərəflərlə razılaşdırılmış qaydada təhvil-təslim aktı ilə rəsmiləşdirilməli idi. Tədqiqata təqdim edilmiş iş materiallarında isə bununla bağlı təhviltəslim aktlarının olmadığı müəyyən edilmişdir. Lakin iddia ərizəsində qeyd olunanların düzgünlüyü məhkəmə tərəfindən sübuta yetirildiyi təqdirdə, 2019-cu il 1 mart tarixli 2 saylı əlavəyə əsasən podrat müqaviləsində nəzərdə tutulan işlər podratçı tərəfindən “A” və “B” blokları üzrə 15 gün gecikmə ilə, “C” bloku üzrə 194 gün gecikmə ilə, “D” bloku üzrə 155 gün gecikmə ilə, “E” bloku üzrə 399 gün gecikmə ilə, “F” və “G” bloku üzrə 463 gün gecikmə ilə təhvil verildiyi müəyyən edilmişdir”.
39. Göründüyü kimi ekspert öz səlahiyyət həddini aşmamış və iddia ərizəsində qeyd olunanların düzgünlüyü məhkəmə tərəfindən sübuta yetirildiyi təqdirdə gecikm ə günlərinin sayını rəydə qeyd etmişdir. Həmin hala qiymət vermək isə hazırkı məhkəmənin səlahiyyətindədir və məhkəmə də hesab etmişdir ki, həmin günlərin sayı işin hallarına uyğun düzgün hesablanmışdır.
40. İddiaçının tikinti meydançasını cavabdehə 2020-ci il 1 iyun tarixində təhvil verməsinin evləri sökülməli olan sakinlərlə bağlanılan iki müqavilənin tarixlərinə görə mümkün ola bilməməsi ilə bağlı dəlilləri də kollegiya əsassız hesab etmişdir. Belə ki, ərazinin podratçıya təhvil verilmə tarixi məhz sakinlərlə müqavilə bağlanma tarixindən hesablana bilməz. Çünki müqavilə bağlanılan tarixə qədər evləri sökülməli olan sakinlərlə razılıq üçün kifayət qədər uzun çəkən prosedur başlanılır və davam edir. Həmin hal özüözlüyündə sadəcə müqavilənin bağlandığı tarixi təsdiq edir və gecikmə müddə tinin hesablanması üçün əsas ola bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi də bununla bağlı bildirmişdir ki, vətəndaşlarla ilkin olaraq razılaşmalar əldə olunmuş və söküntü işləri aparılmış, müqavilələr isə sonra rəsmiləşdirilmişdir.
41. İşlərin ləngiməsinin əsaslarından biri kimi cavabdehin istinad etdiyi digər hal, yəni Bakı şəhərində küləkli günlərin olması səbəbindən işlərin dayandırılması ilə bağlı dəlillər də qəbul edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinin 1 və 3-cü bəndlərinə əsasən işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havan ın temperaturu və küləyin gücü bu Məcəlləyə 2-ci əlavədə nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinə 2-ci əlavənin 8-ci bəndində isə təsbit olunmuşdur ki, işlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir. Göründüyü kimi əmək qanunvericiliyinə əsasən şiddətli külək şəraitində açıq havada işlərin dayandırılması istisna olunmur.
42. Cavabdeh də həmin hallara istinad etdiyi üçün həmin halı, yəni 2020-ci il 15 mart tarixindən 2021-ci il 28 sentyabr tarixinə qədər olan müddətdə, 143 gün ərzində Bakı şəhərində şiddətli küləyin olmasını, məhz bu səbəbdən işlərin dayandırılması ilə bağlı onunla həmkarlar ittifaqları təşkilatının birgə qərarının qəbul ed ilməsini və bununla bağlı sifarişçiyə məlumat-bildirişin verilməsini sübutetmə yükü onun üzərinə düşür. Lakin o, bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə olan halda isə cavabdehin həmin hallara istinad etməsi tamamilə əsassızdır.
43. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçı işlərin gecikdirilməsi üçün müqavilənin 5.2-ci bəndinin şərtlərinə uyğun olaraq öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən cərimənin tutulmasını tələb etməkdə tam haqlıdır. Həmin cərimənin həcmi isə qeyd olunan ekspert rəyi ilə 453.790 manat müəyyən olunmuşdur. Qeyd olunan ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsi üçün isə heç bir əsas mövcud deyild ir. Bu baxımdan kollegiya hesab etmişdir ki, həmin hissədə iddia əsaslıdır.
44. Həmçinin kollegiya hesab etmişdir ki, sakinlərə ödənilmiş 233.361 manat məbləğində kirayə haqqının dəymiş zərər olaraq cavabdehdən tutulması barədə tələblər də əsaslıdır. Belə ki, ekspert rəyinin tədqiqi hissəsində göstərilən 2-ci cədvəl formasında adları qeyd olunan sakinlərlə iddiaçı arasında bağlanmış alqı-satqı müqavilələrindən də göründüyü kimi, həmin müqavilələr iddiaçının iddia ərizəsində göstərdiyi işlərin təhvilinin gecikdiyi müddətdən sonra imzalanmışdır.
45. Kollegiya nəzərə almışdır ki, cavabdeh tərəfindən öhdəliyin icrası gecikdirilməsəydi, iddiaçı qeyd olunan məbləğdə kirayə haqları ödəmək məcburiyyətində qalmayacaqdı. Ona görə də məhkəmə kollegiyası gecikdirilmiş müddət ərzində sakinlərə ödənilən kirayə haqlarını iddiaçının zərəri kimi qiymətləndirərək belə qənaətə gəlmişdir ki, ödənilmiş kirayə haqlarına görə 233.361 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (ekspert rəyində ödənilən kirayə haqlarının məbləği 236.648 manat müəyyən edilsə də, tələb 233.361 manat məbləğində kirayə haqqının tutulmasından ibarətdir).
46. Təqdim olunmuş sübutların qəbul edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilməmişdir. Belə ki, hazırkı iş üzrə iddia ərizəsi 2022-ci il 3 mart tarixdə məhkəməyə daxil olmuş, işin məhkəmədə baxılmağa hazırlanması prosesi 2023cü il 9 yanvar tarixdə yekunlaşmış, iş üzrə məhkəmə baxış iclası 2023-cü il 24 yanvar tarixə təyin edilmişdir. Göründüyü kimi işin məhkəmədə baxılmağa hazırlanması prosesi 10 ay davam etmişd ir. Cavabdehin təsisçisinə məxsus mobil telefonun məhz həmin müddət ərzində işlək olmamasını təsdiq edən sübutlar isə təqdim edilməmişdir. Ona görə də, həmin mobil telefonun 2023-cü il 31 mart tarixdə təmir edilməsi onun işin məhkəmədə baxılmağa hazırlanması prosesinin bütün dövrü ərzində işlək olmaması anlamına gəlmir. Bundan əlavə, cavabdeh tərəfindən MPM-in 154.4-cü maddəsinə də riayət edilməmişdir.
47. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 21.3, 443.1, 752.1-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinin 1 və 3-cü bəndlərinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinə 2-ci əlavənin 8-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
48. Həmin qətnamə 2023-cü il 7 iyun tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
49. Cavabdeh 2023-cü il 6 avqust tarixində kassasiya şikayəti verməklə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 2-2(103)440/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
50. MM-in 21.3, 1131-ci, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 7, 13cü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddələrinin tələbi pozulmuşdur. Podrat müqaviləsinin 3.2.5 və 3.2.14-cü bəndlərinə əsasən cavabdeh tikinti meydançasını tam hazır edib iddiaçıya təqdim etməlidir. Cavabdehin elektron kabinetə yerləşdirdiyi evləri sökülməli olan sakinlərlə bağlanılan iki müqavilə (2020-ci il 31 yanvar t arixində X4 və 2020-ci il 19 avqust tarixində X6) sübut edir ki, cavabdeh tikinti meydançasını iddiaçıya 2020-ci il 1 iyun tarixində təhvil verə bilməzdi, çünki sökülməli olan evlərin son mülkiyyətçisi ilə müqavilə yalnız 2020-ci il 19 avqust tarixində imzalanmışdır. Buna görə də tikintinin gecikdirilməsi ekspertin başlanğıc nöqtə kimi götürdüyü 2019-cu il 1 iyun tarixindən hesablana bilməzdi, ən azı bu tarix 2020-ci il 19 avqust olmalı idi. Bu faktı iddiaçı özü məhkəməyə təqdim edib və onun sübuta ehtiyacı yoxdur və bu fakt sübut edir ki, tikintidə gecikmə iddiaçının öz öhdəliyini vaxtında yerinə yetirməməsinə görə olmuşdur. Bu halda zərərin hesablanması zamanı məhkəmə MM-in tətbiq edilməli olan 21.3-cü maddəsini tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halı əhəmiyyətsiz a dlandırsa da, özü FHN-in tikinti meydançasının işə hazır olmasını təsdiq etdiyi tarixlərlə müqavilə üzrə ərazinin podratçıya təhvil verildiyi tarixlər arasındakı müddət fərqlərinə (6 aydan artıq) qiymət verməmiş, yalnız A blokunda üst-üstə düşən müddətə istinad etmişdir (Apellyasiya qətnaməsi 33 və 34-cü bəndlər).
51. Ekspert rəyi birtərəfli, qanunsuz, obyektiv reallığı əks etdirmədiyindən onun sübutlar siyahısından çıxarılması haqqında cavabdehin vəsatəti məhkəmə tərəfindən baxılmamışdır. Ekspert heç bir tədqiqat aparmamışdır. Əvvəlki bölmədə göstərildiyi kimi, tikinti meydançası (iddiaçının sənədləri ilə təsdiq olunur) cavabdehə 2020-ci il 19 avqust tarixindən sonra təhvil verildiyi halda, ekspert hesabat üçün başlanğıc nöqtə kimi müqavilədə nəzərdə tutulan 2019-cu il 1 iyun tarixinə ist inad etmişdir. Bununla da süni olaraq 463 gün gecikmə hesablanmışdır.
52. Ekspertin rəyi qanunvericilik normalarının tələbləri nəzərə alınmadan verilmişdir. Belə ki, rəydə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinin 3-cü bəndində istinad edilən 2 saylı əlavənin 2 və 3-cü bəndləri nəzərə alınmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internetdə olan açıq arxiv məlumatlarına əsasən iddiaçının və ekspertin istinad etdiyi 2020-ci il 15 mart tarixindən 2021-ci il 28 sentyabr tarixinə qədər olan müddətdə 143 gün Bakı şəhərində küləyin gücü 2-6 bal və daha artıq olmuşdur. (www.baku.nuipogoda.ru saytının məlumatları birinci instansiya məhkəməsinə təqdim edilmişdir). Əmək Məcəlləsinin 233-cü maddəsinin 3-cü bəndinə əsasən belə hava şəraitində (143 gün) müddətində hündürmə rtəbəli binada beton işləri, tikinti quraşdırma işləri aparıla bilməzdi. Ekspert tərəfindən Əmək Məcəlləsinin bu tələbi hesabatda nəzərə alınmamışdır. Bu hal elə haldır ki, müqavilə bağlanan zaman tərəflər bunun baş verə biləcəyini nəzərə ala bilməzdilər, yəni 143 gün müddətində qarşısıalınmaz qüvvənin – küləyin təsirinə görə tikinti quraşdırma işlərini apara bilməmək cavabdehin iradəsindən kənar olan haldır və ekspert bunu mütləq nəzərə almalı idi. MM-in 1131-ci maddəsinin tələbinə görə işin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Birinci instansiya məhkəməsi bu hala qiymət verməmiş, lakin apellyasiya instansiyası məhkəməsi bu hala qiymət verərkən, cavabdehin küləkli havalarda işləməyin mümkün olmaması məsələ sini həmkarlar ittifaqı ilə həll etməli olduğuna və bu haqda sübut təqdim etmədiyinə istinad etmişdir. Apellyasiya məhkəməsinin bu mövqeyi yanlış hesab edilir.
53. MPM-in 8.1, 8.2, 8.3, 9, 10-1.3, 19.1.7, 76.2, 76.3, 78.1, 78.1-1, 193.2, 205.1, 217.5, 386, 387.1-ci maddələrinin tələbi pozulmuşdur. Məhkəmə MPM-in 76.3, 10-1.3., 193.2, 217.5. maddələrini pozaraq elektron kabinetdə olmayan, məhkəmədə tədqiq edilməyən sənədləri ekspertə göndərib aldığı ekspert rəyi düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Apellyasiya instansiyası MPM-in bu pozuntusu haqqında öz qətnaməsində ümumiyyətlə heç bir fikir bildirməmişdir.
54. Məhkəmənin 2022-ci il 13 oktyabr tarixli qərardadı ilə iş üzrə məhkəmə iqtisadimühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək işin icraatı dayandırılmışdır. Ekspert MPM-in 101.3-cü maddəsinə görə qərardadı aldıqdan sonrakı 5 gün ərzində əlavə materiallar istəməli olduğu halda, 2022-ci il 29 noyabr tarixində - 23 gün sonra məhkəməyə müraciət edib məhkəmədən əlavə materiallar tələb etmişdir. İcraat dayandırıldığı halda məhkəmə icraatı təzələmədən, cavabdehi xəbərdar etmədən iddiaçıdan ekspertin tələb etdiyi sənədləri alıb ekspertə göndərmişdir. Bu günədək elektron kabinetdə nə ekspertin hansı sənədləri tələb etməsi haqqında, nə də məhkəmənin ekspertə göndərdiyi sənədlər haqqında məlumat yoxdur. Məhkəmə elektron kabinetə yüklənməyən və məhkəmə iclasında tədqiq edilməyən sənədlər əsasında qətnamə çıxarmışdır. Göründüyü kimi, məhkəmə qanunsuz sübutlardan istifadə etmiş, elektron məhkəmə icraatı materiallarına əlavə edilməmiş, tədq iq edilməmiş sübutlara əsaslanmışdır, yəni məhkəmə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə etmişdir. Bu vacib hal apellyasiya instansiyasının diqqətinə çatdırılsa da, apellyasiya instansiyası öz qətnaməsində bu hala qiymət verməmişdir.
55. Məhkəmə ədalətli məhkəmə araşdırması prinsipini pozmuş, yalnız iddia tərəfinin verdiyi sübutlara əsaslanmış, cavabdehin təqdim etdiyi sübutlara baxmamış, heç onları qətnamədə qiymətləndirməmişdir. Məhkəmə qətnaməsində cavabdehin istinad etdiyi heç bir hal öz əksini tapmamışdır. Cavabdehin vermiş olduğu vəsatətlərin heç biri haqqında qətnamədə məhkəmənin mövqeyi bildirilməmişdir. 56. 2023-cü il 8 yanvar tarixində cavabdehin təsisçisi və direktoru Qarabağda ezamiyyətdə olan zaman məhkəməyə elektron kabinet vasitəsilə müraciət edərək, xarici vətən daş (türk vətəndaşı) olduğunu, qanunları bilmədiyini, iki vəkil və bir nümayəndəsindən hələ 2022-ci ilin dekabr ayında imtina etməsi səbəbindən nümayəndəsi olmadığını məhkəmənin nəzərinə çatdıraraq, cavabdehə yeni vəkil tutmaq imkanı vermək üçün məhkəmənin hazırlıq iclasını başqa vaxta keçirməyi xahiş etsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Məhkəmə yeni alınmış ekspert rəyini hazırlıq iclasında müzakirə etməmiş, tərəflərin bu rəy haqqında fikirlərini dinləməmiş, tələsik işi məhkəmə baxışına təyin etmiş, bununla da obyektiv səbəbdən məhkəmədə iştirak edə bilməyən cavabdehin özünü müdafiə hüququnu pozmuş, tərəfi bu ekspert rəyi ilə əlaqədar əlavə sübutlar təqdim etmək imkanından və tərəflərin çəkişmə prinsipi üzrə öz hüquqlarını müdafiə edə bilmək imkanından onu məhrum etmişdir. Məhkəmə işi baxışa təyin etmək haqqında qərardadında elektron kabinet vasitəsilə cavabdehin vermiş olduğu vəsatətə qiymət verməmiş, əksinə qərardadda göstərmişdir ki, vəsatət daxil olmamışdır. Apellyasiya məhkəməsi öz qətnaməsində bu hala qiymət verməmişdir.
57. Hakimin qanunsuz hərəkətlərindən üç dəfə şikayət verilmişdir. 2022-ci il 28 noyabr tarixində Bakı Kommersiya Məhkəməsinin sədrinə hakimin qanunsuz hərəkətlərindən birinci şikayət verilmişdir. Bu şikayətə baxılmamışdır. 2023-cü il 23 yanvar tarixində elektron kabinet vasitəsilə hakimə etiraz verilmiş, etirazın konkret əsasları göstərilsə də, hakim etirazı qanunsuz olaraq baxılmamış saxlamışdır və bu barədə qərardad qəbul etməmişdir. 2023-cü il 3 fevral tarixində Bakı Kommersiya Məhkəməsinin sədrinə hakimin qanunsuz hərəkətlərindən ikinci şikayət verilmişdir. Bu şikayətə də baxılmamışdır. Bütün bu hallara apellyasiya məhkəməsi öz qətnaməsində qiymət verməmişdir.
58. Məhkəmə qeyri-obyektiv və prosessual qanunvericiliyin tələbləri pozulmaqla əldə edilən 9/7893 saylı 2022-ci il 23 dekabr tarixli ekspert rəyinin sübutlar siyahısından çıxarılması və təkrar kompleks məhkəmə ekspertizasının keçirilməsi və bu halların aydınlaşdırılması üçün rəy vermiş ekspertin məhkəmə iclasında dindirilməsi haqqında vəsatəti təmin etməmiş, bunun üçün əsaslandırılmış qərardad çıxarmamışdır ki, bu da cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Apellyasiya şikayətinin özündə birinci instansiya məhkəməsində təmin edilməyən vəsatətlərin təmin edilməsi xahiş edilsə də, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində bu hala qiymət ver məmiş, bu vəsatəti təmin edib etməmək haqqında qətnamədə heç bir fikir bildirməmişdir.
59. Məhkəmə təsisçinin hazırlıq iclasının başqa vaxta keçirilməsi haqqında 2023-cü il 8 yanvar tarixli vəsatətini təmin etməmiş, bununla da cavabdehi ekspert rəyi ilə bağlı əlavə sübutlarını məhkəməyə təqdim etmək imkanından məhrum etmişdir. Cavabdeh sübut etmişdir ki, əvvəllər bu sübutların mövcudluğu haqqında tərəfdə məlumat olmamışdır. Təsisçi tərəfindən ona məxsus olan və təmirə ehtiyacı olan, buna görə də istifadəsi qeyrimümkün olan İphone x **********26914 markalı mobil telefon "xxxx" MMC tərəfindən 2023cü il 31 mart tarixində təmir edilmiş və ona həmin tarixində ST2023/43 saylı qaimə verilmişdir. Cavabdeh bu sənədi məhkəməyə təqdim etmiş, məhkəmə bu sübutu qəbul etməmişdir. Təsadüfən həmin telefon un yaddaş kartına baxış keçirilərkən məlum olmuşdur ki, telefonun yaddaşında iddiaçının iddia etdiyi halları və ekspert rəyini təkzib edən video və foto şəkillər vardır. Bu video və fotoşəkillər işin faktiki hallarının obyektiv şəkildə araşdırılması üçün vacibdir, çünki burada məhz cavabdehin günahından blokların özüllərinin müqavilədə nəzərdə tutulduğundan çox gec cavabdehə təqdim edilməsi, cavabdehin müqavilə üzrə işlərə gec başlamasının səbəbinin iddiaçının hərəkətləri olduğu sübut edilir. Təqdim olunan fotolardan görünür ki, C və D bloklarında cavabdeh 2019-cu il 1 aprel tarixində işə başlamalı olduğu halda, 2019-cu il 18 iyun tarixində hələ iddiaçı obyekti cavabdehə işə başlamaq üçün təhvil verməmişdir. Digər fotodan da müəyyən olunur ki, E blokunda 2019-cu il 1 may tarixində, F-G blo klarında isə 2019-cu il 1 iyun tarixində cavabdehin işə başlamalı olduğu halda 2020-ci il 16 yanvar tarixində iddiaçı hələ obyekti hazır vəziyyətə gətirərək cavabdehə işə başlamaq üçün təhvil verməmişdir. Təkcə bu fotolardan görünür ki, ekspert C və D blokları üzrə ən azı 2 ay, E bloku üzrə 7 ay, F-G blokları üzrə isə 6 ay müddətinə qanunsuz olaraq əsassız cərimə hesablamışdır. Digər tərəfdən bu fotolardan obyektin hələ hazır olmaması görünür, yəni hələ bilinmir ki, bundan sonra hansı tarixdə iddiaçı obyekti işə başlamaq üçün cavabdehə təhvil vermişdir. Bu faktın özü bir daha ekspert rəyinin obyektiv reallığı əks etdirmədiyini, əsassız və qanunsuz olduğunu sübut edir və təkrar ekspertiza keçirilməsini labüd edirdi. Lakin məhkəmə əsassız olaraq bu sübutu rədd etmiş, qətnamədə isə bu barədə mövqeyini bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi ədalətli məhkəmə araşdırılması hüququnu təmin etmək əvəzinə qətnaməsində göstərmişdir ki, istinad edilən telefonun sonradan təmir edilməsi yox, onun əvvəllər işləmədiyi haqda sübutlar təqdim edilməyib. Lakin apellyasiya instansiyasının bu mövqeyi AİHM-nın bir sıra qərarlarında təsdiq edilən aşağıdakı mövqeyinə zidd olmuşdur: AİHM Avşar Türkiyəyə qarşı (2001-ci il 10 iyul tarixli) Qərarda bildirmişdir ki, öz rolunun subsidiar xarakterinə hörmət edərək, fakta baxılmasında birinci instansiya məhkəməsinin rolunda çıxış edə bilməz, lakin konkret işin mahiyyətindən irəli gələn hallarda belə sübutları qiymətləndirmək qaçılmazdır. İşin istənilən mərhələsində tərəfin təqdim etdiyi sübut, əgər o işin faktiki hallarının aydınlaşdırılmasın a və ədalətli qərar qəbul edilməsinə şərait yaradarsa, məhkəmə tərəfindən qəbul edilməli və qiymətləndirilməlidir, qəbul edilmədiyi halda isə bunun üçün əsaslandırılmış qərar qəbul etməlidir. Məhkəmənin tərəfin təqdim etdiyi sübutları hazırlıq mərhələsində verilməli olması bəhanəsi ilə qəbul etməməsi AİHM-nin hüquqi mövqeyi ilə ziddiyət təşkil edir.
60. Məhkəmə MM-in 21.3, 1131-ci maddələrini tətbiq etməmişdir. Bu maddələrə görə məhkəmə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını nəzərə almamış, bu haqda tərəfin vəsatətləri, təqdim etdiyi sübutlar qəbul edilməmiş, obyektin təhvil-təslim aktının ekspertə təqdim edilməməsi nəticəsində ekspertin ehtimalla hesabat ap arması məhkəmə tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
61. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. IV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
62. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
63. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
64. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və pr osessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
65. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə ed əcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”
66. Azərbaycan Re spublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Vİ. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi
67. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
68. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
69. İşin materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası aşa ğıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
70. Belə ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (MM-nin 6.2 və 390.1-ci maddələri).
71. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında podrat müqa viləsi bağlanmış, müqavilə üzrə işlərin icrası qrafikinə əsasən A, B blokları üzrə işin icrasına başlama tarixi 2019-cu il 1 mart, işin icrasının bitmə tarixi 2020-ci il 1 mart və təhvil tarixi 2020-ci il 15 mart; C, D Blokları üzrə işin icrasına başlama tarixi 2019-cu il 1 aprel, işin icrasının bitmə tarixi 2020-ci il 1 aprel və təhvil tarixi 2020-ci il 15 aprel; E bloku üzrə işin icrasına başlama tarixi 2019-cu il 1 may, işin icrasının bitmə tarixi 2020-ci il 1 may və təhvil tarixi 2020-ci il 15 may; F, G blokları üzrə işin icrasına başlama tarixi 2019-cu il 1 iyun, işin icrasının bitmə tarixi 2020-ci il 1 iyun və təhvil tarixi 2020-ci il 15 iyun olaraq müəyyənləşdirilmişdir.
72. MM-in 441.1-ci maddəsində göstərilir ki, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq dig ər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.
73. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, podratçı bu müqavilədə nəzərdə tutulmuş işlərin icrasına sahənin podratçıya tam şəkildə təhvil verildiyi tarixdən növbəti gün başlamalıdır.
74. Göründüyü kimi podratçının sözügedən müqavilədən irəli gələn işlərin icrasına başlanması məqamı (anı) bilavasitə sahənin sifarişçi tərəfindən podratçıya təhvil verilməsi vəzifəsinin yerinə yetirilməsi ilə əlaqələndirilmişdir. Beləliklə, müqavilədə işlərin icrasına başlanılması ilə bağlı tərəflərin münasibətlərinin tənzimlənməsi həmin müqavilənin 4.1-ci bəndində göstərilmiş qaydada müəyyənləşdirildiyindən, belə tənzimləmə MM-in yuxarıda göstərilən 441-ci maddəsinin təsiri dairəsinə düşür. Bu baxımdan podratçının işlərin icrası ilə bağlı öhdəliyinin icrası müddəti, sifarişçi tərəfindən tikinti sahəsinin podratçıya təhvil verildiyi gündən sonrakı gün başlanmışdır.
75. Qeyd olunmalıdır ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya bil əcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425.1 və 425.2-ci maddələri).
76. «.....tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 201 8-ci il 11 iyun tarixli qərarı)
77. Mülki qanunvericiliyin tələblərinə görə zərər vurulması öhdəliyin əməl gəlmə əsaslarından biridir. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması (MM-nin 21.2, 1096, 1097-ci maddələri).
78. Baxılan iş üzrə mübahisənin predmetini müqavilədən irəli gələn öhdəliyin vaxtında icra edilməməsilə bağlı podratçının vurduğu zərərin tutulması təşkil edir.
79. Buna görə də, iddia tələbinə qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri və işdəki mötəbər sübutlar əsasında qiymət verilməsi üçün tərəflərin müqavilə çərçivəsində davranışları, mövcud zərərə görə hər bir tərəfin təqsirli hərəkətləri və bunların zərərə münasibətdə səbəb-nəticə əlaqəsinin mövcudluğu müəyyənləşdirilməlidir.
80. Qeyd olunanlarla bağlı işin materiallarına tərəflər arasında bağlanmış müqavilə üzrə heç bir blokla bağlı tikinti sahələrinin sifarişçi tərəfindən podratçıya təhvil verilməsi, hansı tarixdə təhvil verilməsi, habelə podratçının bu sahələri hansı tarixdə təhvil almasına dair hər hansı təhvil-təslim sənədləri əlavə edilməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi yalnız “A” və “B” blokları üzrə jurnalların açılma tarixlərini əsas götürərək tikinti sahəsinin podratçıya vaxtında təhvil verilməsi qənaətinə gəlmiş, bu zaman sözügedən “C”, “D”, “F”, “G” və “E” blokları üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazi rliyi Tikintidə X3 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin Tikintidə X2 (bundan sonra – “TDNJ”) açılma tarixləri və qeydləri MPM-nin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirməmişdir.
81. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş, “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın (bundan sonra-“Qaydalar”) tələblərinə görə TDNJ olmadan tikinti obyektində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi qadağandır. Bu qadağaya əməl olunmaması sifarişçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün əsasdır (Qaydaların “Qeydlər” hissəsinin 2-ci bəndi).
82. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən, tikintisinə icazə verilmiş obyektlərə dövlət nəzarəti hər bir tikinti obyekti üçün Müfəttişlik tərəfindən “TDNJ” (Əlavə) açılmaqla aparılır. “TDNJ” bu Qaydaların 2.2-ci bəndində göstərilən məlumata və obyektin sifarişçisinin tikinti-quraşdırma işlərinə başlamazdan 10 gün əvvəl Müfəttişliyə Qaydaların həmin bəndində sadalanmış müvafiq sənədlərin təqdim edilməsi ilə açılır.
83. Göstərilən normaların tələbindən belə aydın olur ki, hər bir halda tikintiquraşdırma işlərinin başlanılması yalnız sifarişçi tərəfindən Qaydaların (o cümlədən 2.11-ci bəndində göstərilənlərə) tələblərinə riayət edilməsi ilə şərtləndirilmişdir. Bunların əksi isə müvafiq hüquqi məsuliyyətin yaranmasına əsas olan hüquqazidd əməl kimi nəzərdə tutulmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası podrat müqaviləsi üzrə sifarişçinin tikinti sahəsini podratçıya təhvil verməsinə dair mötəbə r sübutların, işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, işin qeyd olunan hallarına istinad olunan Qaydaların tələbləri baxımından qiymət verilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli maddi hüquq norması tətbiq edilməmişdir.
84. İddiaçı iddia ərizəsində hər bir blok üzrə gecikmələrin müddətlərini göstərmişdir(bax §9). TDNJ olmadan tikinti obyektində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi qadağan olduğundan, konkret hal üçün podratçının TDNJ açılmadan sözügedən tikinti sahəsində öhdəliklərinin icrasına başlaması istisna təşkil etmişdir.
85. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi podratçının müqavilə öhdəliklərinin icrasına vaxtında başlayıb-başlamamasını, gec başlamışsa, bu halın on un iradəsindən asılı olub-olmadığını müəyyən etmədən və hər blok üzrə TDNJnin açılma tarixlərini iddiaçının iddia etdiyi gecikmə müddətləri ilə müqayisəli şəkildə qiymətləndirmədən iddianı əsaslı hesab etməklə, sözügedən Qaydaların tələblərinə zidd nəticəyə gəlmişdir.
86. İşin materiallarından görünür ki: - SBH-003 saylı müqaviləyə əsasən A və B blokları üzrə işin başlama tarixi 2019-cu il 1 mart, həmin bloklar üzrə TDNJ-lərin açılma tarixləri 2019-cu il 4 mart; - “C” bloku üzrə işin başlama tarixi 2019-cu il 1 aprel, həmin blok üzrə TDNJnin açılma tarixi 2019-cu il 1 iyul; - “D” bloku üzrə işin başlanma tarixi 2019-cu il 1 aprel, həmin blok üzrəTDNJnin açılma tarixi 2019-cu il 6 noyabr; - “E” bloku üzrə işin başlanma tarixi 2019-cu il 1 may, həmin blok üzrə TDNJnin qeydiyyat tarixi isə 20 19-cu il 6 noyabr; - “F” və “G” blokları üzrə işlərin başlanmar tarixi 2019-cu il 1 iyun, həmin bloklar üzrə TDNJ-lərin açılma tarixləri isə 2019-cu il 6 noyabr olaraq müəyyən edilmişdir.
87. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə ayrılıqda hər bir blok üzrə işlərin başlama tarixləri ilə, müvafiq bloklar üzrə işin materiallarında olan TDNJ-lərin açılma tarixləri müxtəlifdir.
88. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin 4.1-ci bəndinin tələbi və TDNJ-lərin qeydiyyat tarixləri baxımından tikinti sahəsinin cavabdeh podratçıya konkret hansı tarixdə təhvil verildiyi, podratçı tərəfindən işlərin hansı tarixdən başlanılması və tikinti işlərinin gecikdirilməsi halında bununla bağlı sifarişçinin və podratçının təqsirinin olub-olmaması, təqsirin mövcudluğu halında tikinti sahəs inin podratçıya təhvil verilməsinin yubadılmasının səbəbi də aydınlaşdırılmalı və zərərin əvəzi də buna mütənasib olaraq müəyyənləşdirilməklə mübahisəyə MM-in 21.3 və 458.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
89. Nəzərə alınmalıdır ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (MM-in 21.3-cü maddəsi). Bundan başqa, kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər (MM-in 458.1-ci maddəsi).
90. Bunda n başqa, işin materiallarından görünür ki, evləri sökülməli olan sakinlərdən X6 ilə Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsindəki 21A nömrəli fərdi yaşayış evi üzrə əvəzləşmə müqaviləsi 2020-ci il 19 avqust tarixdə imzalanmışdır.
91. Apellyasiya instansiyası məhkəməsi 2020-ci il 19 avqust tarixli müqavilə ilə bağlı cavabdehin tərəfin dəlillərini ümumi ifadələrlə təklib etmiş, gəldiyi nəticəni mötəbər süğutlarla əsaslandırmamışdır.
92. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 23 dekabr tarixli 9/7893 saylı ekspert rəyi işdə olan digər sübutlarla birlikdə yenidən qiymətləndirilməli, zərurət olduğu halda, yenidən ekspertiza təyin edilməsi məsələsi MPM-in 97.1-ci maddənin tələbləri b axımından müzakirə edilməlidir.
93. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, belə olan təqdirdə iddiaçının zərər olaraq tələb etdiyi sakinlərə ödənilmiş kirayə haqqı məbləğləri də vurulmuş zərərlə bağlı tələbin həcmi müəyyənləşdirildikdən sonra mütənasib surətdə yenidən qiymətləndirilməlidir.
94. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
95. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunm ası üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
96. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli, 11 iyun 2018-ci il tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırm alıdır.
97. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. 98. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
99. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandı ran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
100. MPM-in 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
101. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
102. Azərbaycan R espublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
103. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
104. Məhkəmə kollegiyası hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.
105. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı, yuxarıda göstərilmiş məsələlər təhlil edilməli, mülki və mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada işin hallarına müvafiq qiymət verilərək düzgün hüquqi nəticəyə gəlməlidir.
106. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
107. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelly asiya instansiyası məhkəməsinə göndərə bilər.
108. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 22(103)-440/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
109. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 2-2(103)-440/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.