Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-526/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-ə qarşı iş üzrə QƏRARDAD (Açar sözlər: aidiyyət qaydalarının pozulması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), 04.12.2019 Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili X1 iştirakı ilə İddiаçı İddiaçı MMC-nin Cavabdeh MMC-ə qarşı müqavilənin ləğv edilməsi və pulun qaytarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli 2-1(103)-439/2018 nömrəli qətnaməsindən iddiaç ı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı İddiaçı MMC Cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 saylı 26.09.2011-ci il tarixli müqavilənin ləğv edilməsi və Cavabdeh MMC-dən 37,761.62 ABŞ dolları məbləğində əsas borc və 4000 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 41761 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutuması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 05 saylı 2609.2011-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə müəyyən olunmuş qiymətlə mal göndərmiş, cavabdeh isə malın qiymətini 90 gün müddəti ndə iddiaçıya ödəməli olduğu halda bunu etməmiş, nəticədə bağlanılan müqaviləyə əsasən cavabdehin 37,761.62 ABŞ dolları məbləğində borcu yaranmışdır. Müqavilənin 7.2-ci bəndinə əsasən ödənişin gecikdirilməsinə görə 4000 ABŞ dolları dəbbə pulu ödənilməlidir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 aprel 2018-ci il tarixli 2-2(82)213/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli 2-1(103)-439/2018 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 aprel 2018-ci il tarixli 2-2(82)213/2018 saylı qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş, cavabdehdən 29710,4 ABŞ dolları məbləğində əsas borc və 2900 ABŞ dolları məbləğində dəbbə pulu borcu olmaqla cəmi 32610,4 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli 2-1(103)-439/2018 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh “kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətinin dəlillərinə görə işə baxan apellyasiya instansiya məhkəməsi mütəxəssis dəvət etmədən mütəxəssisin səahiyyətlərini özü müstəqil olaraq icra etmiş, malların dəyərini düzgün hesablamamışdır. İddiaçı MM-nin 427.1, 600, 4273, 449.1, 449.2, 449.4, MPM-nin 402-404, 406,407ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının 09 oktyabr 2018-ci il tarixli 2-1(103)-439/2018 nömrəli qətnaməsinin dəyişdirilərək Cavabdeh MMC-dən 37,761.62 ABŞ dolları məbləğində əsas borc və 4000 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 41761 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutuması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin kassassiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi onun tərəfindən təqdim edilmiş hesab-fakturaları kserosürət olması əsası ilə sübut kimi qəbul etməmiş, lakin iddiaçı tərəfin kserosürət olan hesab fakturalarını mötəbər sübut kimi qəbul edərək MPM-nin 14.1, 14.2, 77.1,88-ci maddələrinin tələblərini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi təqdim edilmiş sübutlar əsasında hər hansı tədqiqat aparmamış, həqiqətə nail olmaq üçün lazımi tədbirləri gör məmişdir. Cavabdeh kassasiya şikayətinə əlavə vermiş və qeyd etmişdir ki, tərəflər arasında olan müqavilənin 8.1-8.5-ci bəndlərində bu Sazişin Belarusiya Respublikası qanunvericiliyinin təlbərinə uyğunluğu, tərəflər arasında mübahisələrin danışıqlar yolu ilə həll edilməsi, əks halda Belorusiya Ticarət Sənaye Palatasının yanında Beynəlxalq Arbitraj Məhkəməsində mübahisələrə baxılması müəyyən edilmişdir. MPM-nin 40-cı maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Beləliklə mübahisəyə baxılan zaman aidiyyat qaydaları pozulmuşdur. Aidiyyat qaydalarının pozulmasına yol verilməməsi isə AR Konstitusiyasında və MPM-də nəzərdə tutulmuşdur. Bundan əlavə, müqavilə 26.09.2011-ci il tarixli olduğundan iddia müddətinin ötürülməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdeh MPM-nin 14, 88, 217, 386, 390, 407.3, 407.4, 416-cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli 2-1(103)-439/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli 2-1(103)439/2018 nömrəli qətnaməsinin dəyişdirilərək Cavabdeh MMC-dən 37,761.62 ABŞ d olları məbləğində əsas borc və 4000 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 41761 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutuması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə və vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli 2-1(103)-439/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli 2-1(103)-439/2018 nömrəli qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üz rə tərəflər arasında 5 saylı 26.09.2011-ci il tarixli malların alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 8-ci maddəsinə əsasən tərəflər arasındakı müqavilə münasibətləri Belarus Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir və şərh olunur, müqavilə üzrə və ya onunla əlaqədar olaraq yarana biləcək bütün mübahisələr və fikir ayrılıqları danışıqlar yolu ilə həll edilir, danışıqlar yolu ilə həll edilməmiş məsələlər Belarus Sənaye Ticarət Palatasının Mİnsk şəhərində yerləşən Beynəlxalq Arbitraj Məhkəməsində məhkəmə reqlamentinə və Belarus Respublikasının maddi hüququna uyğun olaraq həll edilməlidir. Göründüyü kimi tərəflər arasında əldə edilmiş yazılı razılığa əsasən müqavilə üzrə yaranan mübahisələr Belarus Sənaye Ticarət Palatasının Minsk şəhərində yerləşən Beynəlxal q Arbitraj Məhkəməsində həll edilməlidir. Hazırkı iş üzrə iddiaçı isə mübahisə ilə bağlı Azərbaycan Respublikasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, aşağı instansiya məhkəmələri isə tərəflər arasındakı müqavilənin tələblərinə zidd olaraq iddia ərizəsini icraata götürmüş və mahiyyəti üzrə baxmışlar. Halbuki, hazırkı iddia tələbi ilə bağlı mübahisəyə tərəflər arasındakı müqavilənin şərtlərinə uyğun olaraq Azərbaycan məhkəmələrində baxıla bilməz. MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Beləliklə ki, tərəflər qarşılıqlı razılıq əsasında mübahisələrin Belarus Sənaye Ticarət Palatasının Mİnsk şəhərində yerləşən Beynəlxalq Arbitr aj Məhkəməsində məhkəmə reqlamentinə və Belarus Respublikasının maddi hüququna müvafiq olaraq həmin məhkəmədə həll edilməli olmasını razılaşdıqlarından MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin “işə baxılarkən məhkəmə tərəfindən aidiyyat qaydaları pozulması”na dair kassasiya dəlilləri əsaslıdır və apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməməklə işə mahiyyəti üzrə baxılmışdır. Qeyd edilənləri nəzərə alan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçı və cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbay can Respublikası MPM-nin 261.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli 2-1(103)-439/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-2(102)-526/2019
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-526/2019
04.12.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver