Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-532/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 may tarixli 2-2(103)-325/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağ lanılmış 2020-ci il 5 avqust tarixli AGCX 82/2020 saylı Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki strukturlu olan 810 ailə üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 12 nömrəli və 13 nömrəli binaların tikintisi, damdakı havalandırma şaxtalarının metal prokatla çərçivələndirilməsi, mərtəbələrdə yük boşaltma meydançasının hazırlanması və quraşdırılmasına dair subpodrat müqaviləsinə əsasən, X2 podratçının tələblərinə əsasən və smeta razılaşdırılmış həcmlər və qiymətlər üzrə Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki strukturlu olan 810 ailə üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 12 nömrəli və 13 nömrəli binaların tikintisi damdakı havalandırma şaxtalarının metal prokatla çərçivələndirilməsi, mərtəbələrdə yük boşaltma meydanşasının hazırlanması, quraşdırılması və s. işləri y erinə yetirməyi, işi başa çatdırmağı və podratçıya tam hazır vəziyyətdə təhvil verməyi, podratçı isə subpodratçının gördüyü işin müqabilində müqavilədə razılaşdırılmış haq ödəməyi öhdəsinə götürmüşdür. 2. 2020-ci il 5 avqust tarixli podrat müqaviləsinə 1 saylı əlavə ilə müqavilənin dəyəri 7.366,95 manat, 2021-ci il 15 sentyabr tarixli 2 saylı əlavə ilə 36.652,85 manat, 2020-ci il 10 noyabr tarixli 3 saylı əlavə ilə 40.866,51 manat və 2021-ci il 15 mart tarixli 4 saylı əlavə ilə 41.506,37 mnata müəyyən edilmişdir. 3. 2020-ci il 30 dekabr tarixli 321 saylı ödəniş tapşırığına əsasən İddiaçı hesabına AGCX 82/2020 saylı müqavilə üzrə 7.461,54 manat, 2021-ci il 14 aprel tarixli 285445 saylı ödəniş tapşırığına əsasən 6.000 manat, 2021-ci il 17 iyun tarixli 303733 saylı ödəniş tapşırığı üzrə 2.500 manat məbləğində pul vəsaiti ödənilmişdir. 4. "xxxx" ASC-nin 6 saylı filialı üzrə AZ11GUNA******************** saylı hesab nömərəsinin 2018-ci il 10 avqust tarixindən 2021-ci il 1 dekabr tarixinə kimi olan dövriyyəsindən göründüyü kimi, İddiaçı AGCX 82/2020 saylı müqavilə üzrə 2020-ci il 13 oktyabr tarixində 3.500 manat, 2020-ci il 4 dekabr tarixində 6.000 manat, 2020-ci il 30 dekabr tarixində 7.461,54 manat, 2021-ci il 13 aprel tarixində 6.000 manat və 2021-ci il 17 iyun tarixində 2.500 manat pul ödənilmişdir.
5. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda 19.203,16 manat məbləğində maddi zərərin ödənilməsi 10 gün müddətində xahiş edilmişdir. 6. 2021-ci il 10 sentyabr tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh hə min sessiyada iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı (bundan sonra – “iddiaçı”) 2021-ci il 22 sentyabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə, daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 19.203,35 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış 2020-ci il 5 avqust tarixli AGCX 82/2020 saylı müqavilədə (bax yuxarıda §§ 1-2) göstərilən bütün öhdəliklər iddiaçı tərəfindən tam və qüsursuz şəkildə həyata keçirilmişdir. İşləri həyata keçir ildikdən sonra 19.203,35 manat cavabdehin ona borcu yaranmışdır. Dəfələrlə cavabdeh şirkətə müraciət etməsinə baxmayaraq bu günə kimi iddiaçıya olan pul öhdəliklərini yerinə yetirilməmişdir. Məsələ göndərilmiş pretenziya məktubunda və mediasiya vasitəsilə də iş öz həllini tapmamışdır.
9. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 385.1, 386.1, 1096.1, 1097.1, 1097.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddələrinə; dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarına istinad edilmişdir. 10. 2021-ci il 29 noyabr tarixində cavabdeh tərəfindən v erilmiş vəsatətdə məhkəmə mühasibat ekspertizasının keçırılməsi xahiş edilmiş, vəsatət Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 16 dekabr tarixli e-2-2(113)-4701/2021 saylı qərardadı ilə təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, sənədlər təqdim olunduğuna görə borc məbləği adi riyazi hesablama yolu ilə də müəyyən oluna bilər və bunun üçün xüsusi bilik tələb olunmur.
11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 16 dekabr tarixli e-2-2(113)-4701/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – F.Qasımov).
12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsinin və əlavə olunmuş sənədlərin məzmunundan görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Tərəflər arasında bağlanılmış 2020-ci il 5 avqust tarixli AGCX 82/2020 saylı müqavilə nin (bax yuxarıda §§ 1-2) 3.1.1-ci yarımbəndinə əsasən, müqavilə üzrə subpodtarçıya ödəniləcək məbləğin qalan hissəsi hər ay subpodratçı tərəfindən hazırlanmış və podratçı tərəfindən təsdiqlənmiş faktiki görülmüş işlərin aktları (Forma-2 və Forma 3) əsasında ödəniləcək. Həmçinin subpodtratçının görülmüş işlərə dair aktlar (Forma 2 və Forma 3) təqdim etdiyi gündən etibarən 5 iş günü ərzində podratçı həmin aktlara münasibəti bildirməlidir. Görülmüş işlərə dair aktlar (Forma-2 və Forma-3) podratçı tərəfdən təsdiqləndiyi təqdirdə, aktların təsdiq olunduğu gündən etibarən 10 iş günü ərzində müvafiq olaraq subpodratçıya ödəniş edilməsini təmin etməli olduğu, podatçının 5 iş günü ərzində həmin aktlara münasibət bidirmədiyi təqdirdə akların təsdiq edilmiş hesab ediləcəyi qeyd olunmuşdur.
13. İşin hallarından və işdə olan iddiaçının istinad etdiyi və sübut kimi məhkəməyə təqdim etdiyi forma 2 və forma 3 aktlarından göründüyü kimi, iddiaçı müqaviə üzrə nəzərdə tutulmuş işləri görmüş və buna dair tərtib edilmiş aktları cavabdehə təqdim etmişdir. Müqavilənin bəndində də nəzərdə tutulduğu kimi, cavabdeh tərəfindən həmin aktlar imza və möhürlə təsdiq edilmiş, iddiaçıya müəyyən ödənişlər edilmişdir.
14. İş materiallarında olan sübutlarla təsdiq olunur ki, mübahisə predmeti olan 2020-ci il 5 avqust tarixli AGCX 82/2020 saylı müqavilə və həmin müqaviləyə əlavələr üzrə görülmüş işlərin dəyəri 91.905,28 manat təşkil etmiş, 72.702,08 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmiş, qalan 19.203,35 manat məbləğində hissə isə ödənilməmişdir.
15. Cavabdeh tərəfindən məhkəməyə 19.203,35 manat məb ləğində pul vəsaitinin ödənilməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır.
16. Məhkəmə öz mövqeyini MM-in 752.1, 769-cu; MPM-in 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh 2022-ci il 27 yanvar tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 may tarixli 2-2(103)-325/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – İddiaçı və R.Qurbanov).
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin birin ci instansiya məhkəməsinə təqdim edilmiş sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bir neçə subpodrat müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı tərəfindən tələb edilən borc 2020-ci il 5 avqust tarixli AGCX 82/2020 saylı subpodrat müqaviləsi əsasında yaranmışdır. 20. 2020-ci il 5 avqust tarixli subpodrat müqaviləsinə 4 dəfə əlavə edilmiş, 2021-ci il 15 mart tarixli sonuncu əlavəyə əsasən, görülməli olan işlərin ümumi dəyəri 41.506,37 manat müəyyən edilmişdir.
21. İş materiallarına əlavə edilmiş (əsillərinə işə apellyasiya qaydasında baxılarkən baxış keçirilmiş) Forma 2 və Forma 3 aktlarından görünür ki, 2020-ci il 5 avqust tarixli subpodrat müqaviləsi üzrə 41.506,37 manat dəyərində (2020-ci il 12 oktyabr tarixli akta əsasən 15.950,49 manat, 202 1-ci il 15 fevral tarixli akta əsasən 24.916,02 manat, 2021-ci il 20 aprel tarixli akta əsasən 639,86 manat dəyərində) işlər görülərək iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
22. Cavabdeh nə birinci instansiya, nə də apellyasiya instansiyası mərhələsində müqavilə üzrə görülmüş və təhvil verilmiş iş həcmini mübahisələndirmiş, cavabdeh tərəfindən həmin müqavilə üzrə ödənişin tam həyata keçirildiyini göstərərək məhkəmədən iş üzrə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir.
23. İşdəki ödəniş tapşırıqlarından, iddiaçının "xxxx" ASC-də olan hesabından çıxarışdan və təqdim etdiyi cədvəldən görünür ki, cavabdeh tərəfindən 2020-ci il 5 avqust tarixli subpodrat müqaviləsi üzrə iddiaçıya 4 dəfəyə 21.961,54 manat (2020-ci il 17 iyun tarixində 2.500 manat, 2020-ci il 4 dekabr ta rixində 6.000 manat, 2021-ci il 13 aprel tarixində 6.000 manat, 2021-ci il 30 dekabr tarixində 7.461,54 manat) ödəniş edilmişdir. Cavabdeh tərəf qeyd edilən müqavilə üzrə bu məbləğdən artıq ödəniş etdiyinə dair məhkəməyə sübut təqdim edə bilməmişdir.
24. Məhkəmə kollegiyası cavabdehin ödənişlərinin məbləğini sadə riyazı hesablama ilə toplamaq və görülmüş işlərin dəyərindən ödənişin ümumi məbləğini çıxaraq qalıq borcun məbləğini hesablamağın mümkün olduğunu, bu hesablamanın aparılması üçün xüsusi biliyə zərurət olmadığını nəzərə alaraq iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə cavabdehin vəsatətini əsassız hesab etmişdir.
25. Həmçinin iddiaçının təqdim etdiyi cədvəldən (i/v 154-155) görünür ki, cavabdehin digər subpodrat müqaviləsi üzrə 341,63 manat artıq ödəməsi olmuş dur. 2020-ci il 5 avqust tarixli subpodrat müqaviləsi üzrə görülmüş işlərin dəyərindən – 41.506,37 manatdan cavabdehin 2020-ci il 5 avqust tarixli subpodrat müqaviləsi üzrə ödədiyi məbləği 21.961,54 manatı və 341,63 manat artıq ödəməni çıxdıqda qalıq borcun 19.203,20 manat olduğu müəyyən olunur.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 752.1, 769cu; MPM-in 77.1, 97.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Həmin qətnamə 2022-ci il 19 may tarixdə proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
28. Cavabdeh 2022-ci il 23 iyun tarixində kassasiya şikayəti verərək həmin qətnaməni ləğv edərək, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. MPM-in 9-cu maddəsi üzrə - Məhkəmə cavabdehin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, beləliklə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.
30. MPM-in 81 və 88-ci maddələri üzrə - İddiaçı iddia tələbində AGCX 82/2020-ci il tarixli müqaviləyə istinad etmişdir. Həmin müqavilə üzrə cavabdehin iddiaçıya borcu mövcud deyil. Sözügedən müqavilə üzrə işlər Forma 2 və Forma 3 əsasında icra olunaraq xidmət haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə - AKT-larda (Forma 2 və Forma 3) göstərilmiş məbləğ müxtəlifdir və onların fərqlənmələrinin səbəbləri nə iddia ərizəsində, nə də ki məhkəməyə təqdim edilmiş digər sənədlərdə izah edil mişdir. Bu, bir daha sübut edir ki, iddiaçı tərəfindən məbləğ qeyripeşəkarcasına hesablanmışdır. Bununla da məhkəmə prosessual normalara riayət etməmiş, nəticə üçün mühüm əhəmiyyətə malik olan sübutları obyektiv aydınlaşdırmamış, nəticədə əsassız qətnamə çıxarmışdır.
31. MPM-in 97.1-ci maddəsi üzrə - Cavabdeh tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında verilmiş vəsatət təmin edilməmişdir.
32. MPM-in 218.1-ci maddəsi üzrə - Sənədlər tam təqdim olunmadığından iddianın təmin edilməsi əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki ha llarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş dig ər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.”
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 29-32) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 may tarixli 2-2(103)325/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Kassator hesab edir ki, cavabdehin məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, beləliklə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.
41. Halbuki iş materiallarına əsasən, cavabdeh tərəf birinci instansiya məhkəməsinin 2021-ci il 26 oktyabr, 30 noyabr, 16 dekabr tarixli iclaslarında, eləcə də apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 20 aprel tarixli iclasında iştirak etmişdir (i/v 27, 141, 156, 193).
42. Eyni zamanda, cavabdeh tərəfin nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin növbəti iclasının 2022-ci il 11 may tarixinə təxirə salınması barədə xəbərdar edildiyini təsdiq edən qəbzi imzalamış, lakin həmin iclasa gəlməmiş, bununla bağlı məhkəməyə hər hansı məlumat verməmişdir (i/v 195-196).
43. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə iclaslarında iştirakının və çəkişmə prinsipinin təmin edilməsi ilə əlaqədar hər hansı prosessual pozuntuya yol verməmişdir.
44. Kassasiya şikayətinin digər dəlilləri ondan ibarətdir ki, müqavilə üzrə cavabdehin iddiaçıya borcu qalmamışdır, Forma 2 və Forma 3-də göstərilmiş məbləğlər müxtəlifdir, onların fərqlənmələrinin səbəbləri iddia ərizəsində, məhkəməyə təqdim edilmiş digər sənədlərdə iza h edilməmiş, məhkəmə bu hallara düzgün qiymət verməmiş, habelə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında vəsatəti məhkəmə əsassız olaraq təmin etməmişdir.
45. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
46. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansi yası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 38) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 38) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
48. Kassatorun sənədlər tam təqdim olunmadığından iddianın təmin edilməsinin əsassız olmasına dair dəlilinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində bununla bağlı yalnız ümumi xarakterli ifadələrin işlədilməsi ilə kifayətlənilmiş, məhz hansı sənədlərin natamam olması isə konkretləşdirilməmişdir.
49. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətində ki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmişdir.
50. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 may tarixli 22(103)-325/2022 saylı qətnaməsi həmin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.