Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-537/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxxx” X3 Məsuliyyətli Cəmiyyəti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (podrat müqüqaviləsi, pul tələbi). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili X1 və cavabdehin vəkili Vəkil1 iştirakı ilə İddiaçı “xxxx” Şirkətlər Qrupu MMC-nin Cavabdeh MMC-yə qarşı podrat müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Ko llegiyasının 2-2(103)-477/2019 nömrəli, 21 avqust 2019cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 25 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Podratçı İddiaçı MMC ( iddiaçı ) və sifarişçi “xxxx” MMC (hazırki adı: Cavabdeh MMC - cavabdeh) arasında 18.04.2014-cü il tarixli tikintiyə dair podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, podratçı Cavabdehyıllı rayonu, Diyallı kəndi ərazisində sifarişçinin sahibliyində olan 8 ha torpaq sahəsində velosiped zavodunun tikintisinin müvafiq qaydada razılaşdırılmış layihə sənədlərinin tələblərinə uyğun olaraq öz qüvvə və vəsaiti hesabına layihə-smeta sənədlərində göstərilən qiymətdə və həcmdə həyata keçirilməsini, onun istCavabdehra verilməsini və müqavilə ilə müəyyənləşdirilmiş müddətdə tam layihə gücünə çatdırılmasını öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə 15/02 saylı, 27.02.2018-ci il tarixli pretenziya göndərərək, 18.04.2014-cü il tarixli podrat müqaviləsi üzrə yaranmış 807.746 manat borcun 7 gün ərzində “xxxx” Şirkətlər Qrupu MMC-yə ödənilməsini xahiş etmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi, müqavilə üzrə ödənilməli olan pul vəsaitinin və hüquqi yardım üçün çəkilmiş xərclərin Cavabdeh MMC-dən tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İddiaçı “xxxx” Şirkətlər Qrupu MMC Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsinin ləğv edilməsi və pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə «xxxx» (hazırkı adı: Cavabdeh) MMC arasında bağlanmış 18.04.20 14-cü il tarixli podrat müqaviləsinin ləğv edilməsi və Cavabdeh MMC-dən əsas borc olaraq 807.746 manat, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 121.162 manat, cəmi 928.908 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” (hazırkı adı: Cavabdeh) MMC arasında bağlanmış 18.04.2019-cü il tarixli podrat müqaviləsinə əsasən, podratçı Cavabdehyıllı rayonu, Diyallı kəndi ərazisində velosiped zavodunun tikinti işlərini 12 təqvim ayı ərzində müvafiq qaydada razılaşdırılmış layihə sənədlərinin tələblərinə uyğun olaraq öz qüvvə və vəsaiti hesabına görməyi, bunun müqabilində isə sifarişçi görülmüş işi təhvil almağı və 4.000.0 00 manat məbləğində pul vəsaitini podratçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, lakin cavabdeh tərəfindən öhdəliklər hələ də tam icra olunmamışdır. Yəni, müqavilə üzrə yerinə yetirilmiş işlərin haqları tam ödənilməmişdir. Belə ki, hal-hazırda müqavilə üzrə yerinə yetirilmiş işlərin haqqı olaraq 807.746 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Görülmüş işlərin və xərclərin dəyəri haqqında arayışlardan (Forma 3) və yerinə yetirilmiş işlər barədə aktlardan (Forma 2) görünür ki, aktda qeyd edilən işlər podratçı tərəfindən görülmüş və sifarişçi tərəfindən qəbul edilmişdir, o cümlədən görülmüş işlərin dəyəri 2014-cü ilin noyabr ayı üzrə 415.254 manat, 2014-cü ilin dekabr ayı üzrə 1.002.170 manat, 2015-ci ilin iyul ayı üzrə 775.124 manat, 2016-cı ilin avqust üzrə 1.807.449 manat, ümumilikdə 4.000.000 manat (ƏDV xaric) təşkil edir. Qeyd edilən arayışlar və aktlar üzrə cavabdeh tərəfindən iddiaçıya 18.04.2014-cü il tarixdə 1.000.000 manat, 04.08.2014-cü il tarixdə 600.000 manat, 13.11.2014-cü il tarixdə 177.000 manat, 28.11.2014-cü il tarixdə 415.254 manat, 28.09.2015-ci il tarixdə 1.000.000 manat, cəmi 3.192.254 manat (ƏDV xaric) məbləğində pul vəsaiti ödənilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş xidmət haqqının dəyəri 807.746 (4.000.000 - 3.192.254 = 807.746) manat təşkil edir. Yerinə yetirilmiş işlərin keyfiyyəti yoxlanılmış və iş həcmlərində çatışmazlıqlar və ya keyfiyyətində qüsurlar aşkar edilmədiyinə görə işlər cavabdeh tərəfindən qəbul edilmiş və velosipe d zavodu istCavabdehra verilmişdir. Lakin buna baxmayaraq 2016-cı ilin avqust ayı üzrə yerinə yetirilmiş işlər barədə sonuncu akt (Forma 2) cavabdeh tərəfindən təsdiqlənməmiş və xidmət haqqı üzrə qalıq məbləğ ödənilməmişdir. Belə olan halda, iddiaçı tərəfindən sonuncu dəfə rəsmi şəkildə 26.02.2018-ci il tarixli pretenziya məktubu təqdim etməklə cavabdehdən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq həmin məbləğ hələ də ödənilməmişdir. Odur ki, podrat müqaviləsinin 5.1-ci bəndi rəhbər tutularaq həmin müqavilə üzrə yerinə yetirilmiş işlərə görə ödənilməmiş pul vəsaitinin tələb edilməsi və müqavilənin ləğv edilməsi üçün məhkəməyə müraciət etm ək zərurəti yaranmışdır. Həmçinin, cavabdeh müqavilə üzrə yerinə yetirilmiş işlərə görə pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə həmin məbləğdən faizlər ödəməlidir. Bu halda Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi nəzərə alınsa, cavabdeh tərəfindən pul öhdəliyinin icra edilməməsinə görə 15 faiz miqdarında faiz hesablanıb, borc məbləğinə əlavə edilməlidir. Həmin məbləğ 121.162 manat təşkil edəcəkdir (807.746*15 faiz= 121.162). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-84/2019 saylı, 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə (S.V.Nuriyeva) iddia tələbi qismən təmin edilərək “xxxx” Şirkətlər Qrupu MMC ilə “xxxx” MMC (hazırki adı: Cavabdeh) arasında bağlanmış 18.04.2014-cü il tarixli podrat müqaviləsi ləğv edilməsi, Cavabdeh MMC-dən 607.746 (altı yüz yeddi min yed di yüz qırx altı) manat əsas borc, dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq iddiaçı “xxxx” Şirkətlər Qrupu MMC-nin xeyrinə ödənilməsi, Cavabdeh MMC-dən ekspertiza xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və iddianın tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə işlərin tam həcmdə yerinə yetirilməsinin nəzərdə tutulması, həmin işlərin yekunlaşması və ilk üç Forma 2 arayışlarında göstərilən işlərin iddiaçı tərəfindən görülməsi tərəflərin qəbul etdiyi və işin mübahisəsiz hallarıdır. Belə olan halda, sonuncu 2016-cı ilin avqust ayı üçün nəzərdə tutulmuş Forma 2 arayışının cavabdeh tərəfindən təsdiq edilməməsi müqavilədə nəzərdə tutulmuş işlərin iddiaçı tərəfindən görülməməsi qənaətinə gəlməyə əsas vermir. Nəzərə alınsa ki, 18.04.2014-cü il tarixli podrat müqaviləsində işlərin mal-material daxil olmaqla bütünlüklə iddiaçı tərəfindən görülməsi müəyyən edilmişdir, bu halda müqavilədə nəzərdə tutulmuş işlərin bir hissəsinin, yəni sonuncu Forma 2 arayışında göstərilən işlərin cavabdehin özü və ya üçüncü şəxs tərəfindən görülməsi cavabdeh tərəfindən sübut edilməlidir. Cavabdeh sonuncu 2016-cı ilin avqust ayı üçün nəzərdə tutulmuş Forma 2 arayışında göstərilən işlərin öz qüvvə və vəsaiti hesabına həyata keçirildiyini bildirsə də, bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin həmin qətnaməsindən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı A pelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-477/2019 nömrəli, 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və M.Ə.Abbasov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-2(81)-84/2019 saylı, 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, birinci instansiya məhkəməsi və sonralar apelyasiya instansiyası məhkəm əsində iddiaçı tərəfdən işlərin özü tərəfdən tamamlanması və yerinə yetirilməsinə dair hər hansı mötəbər sübut təqdim olunmamışdır. İddiaçının təqdim etdiyi bütün sənədlər saxta və sonradan tərtib olunmuş və ya mübahisə predmetinə aid olmayan sənədlərdir. İddiaçı birinci instansiya məhkəməsində işin gedişatı zamanı iddia tələbini sübuta yetirə bilmədiyini görüb məhz sonuncu iclasda bu sənədləri təqdim etmiş, məhkəmə isə bunlara münasibət bildirməmişdir. Bunlara baxmayaraq, iddiaçı tərəfdən təqdim olunmuş sənədlərin sayı (bu mübahisə üçün heç bir əhəmiyyət kəsb etməsə belə) məhkəmənin daxili inamına təsir göstərmiş, iddia tələbinin qismən təmin olunması ilə nəticələnmişdir. Kassator hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəindən maddi və prosessual hüquq normaları pozulmuş, iş ü zrə səhv nəticəyə gəlinmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-477/2019 nömrəli, 21 avqust 2019-cu il tarixli qətnaməsinın ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası öz mövqeyini aşağıdakıl kimi əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraa tında prosessual qaydaları tənzimləyir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apelyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci mad dənin Vİİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə iddiaçı “xxxx” Şirkətlər Qrupu MMC ilə Cavabdeh MMC arasında bağlanmış 18 aprel 2014-cü il tarixli podrat müqaviləsindən irəli gəlmişdir. İddiaçı “xxxx” Şirkətlər Qrupu MMC ilə Cavabdeh MMC arasında bağlanmış 18 aprel 2014-cü il tarixli podrat müqaviləsinin şərtlərinə əsasən: podratçı Cavabdehyıllı rayonu, Diyallı kəndi ərazisində sifarişçinin sahibliyində olan 8 ha torpaq sahəsində velosiped zavodunun tikintisinin müvafiq qaydada razılaşdırılmış layihə sənədlərinin tələblərinə uyğun olaraq öz qüvvə və vəsaiti hesabına layihə-smeta sənədlərində göstərilən qiymətdə və həcmdə həyata keçirilməsini, onun istCavabdehra verilməsini və müqavilə ilə müəyyənləşdirilmiş müddətdə tam layihə gücünə çatdırılmasın ı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə görə, podratçı layihə-smeta sənədlərinə tam uyğun gələn son inşaat məhsulu olan velosiped zavodunun kəmiyyət və keyfiyyətinin xüsusiyyətlərini təmin edir.( 1.2-ci bənd). Müqavilə üzrə malların, işlərin və xidmətlərin ümumi dəyəri ƏDV-siz 4.000.000 (dörd milyon) manatdır.(2.1-ci bənd). Razılaşdırılmış qiymət açıq müqavilə qiymətidir.(2.2-ci bənd). Qiymət Azərbaycan Respublikası, Cavabdehyıllı rayonu, Diyallı kəndi ərazisində sifarişçiyə məxsus 8 ha torpaq sahəsində inşa ediləcək velosiped zavodunun açar təslimi şərti ilə inşa edilməsi üçün müəyyənləşdirilmişdir.(2.3-cü bənd). Müqavilə qüvvəyə mindikdən sonra beş bank günü ərzində sifarişçi tərəfindən podratçıya ƏDV-siz 1.000.000 manat məbləğində avans ödəniləcək (bundan sonra-avans). Avans, 2 nömr əli Forma arayışlar üzrə həyata keçirilməli hər ödənişdən 25 faiz çıxılmaqla tükəndiriləcəkdir.(2.4-cü bənd). Müqavilə üzrə bütün ödənişlər 4 nüsxədə tərtib edilmiş 2 nömrəli Forma arayışların tərəflərin imza və möhürləri ilə təsdiq edilməsindən sonrakı 15 bank günü ərzində müvafiq 2 nömrəli Forma arayışda göstərilmiş məbləğdən 30 faiz çıxılmaqla (25 faiz ödənilmiş avans məbləğinin hesabına, 5 faiz isə memarlıq obyekti dövlət qəbul komissiyası tərəfindən istCavabdehra qəbul edildikdən və yerinə yetirilmiş işlərin və təchiz edilmiş malların keyfiyyətinə verilmiş qarantiya müddəti birdikdən sonra ödəniləcək məbləğ hesabına) podratçının bank hesabına köçürmə yolu ilə ödəniləcəkdir.( 2.5-ci bənd). FT********** nömrəli 18.04.2014-cü il tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC tərəfindən İdd iaçı MMC-yə müqaviləyə əsasən 1.000.000 manat avans ödənilmişdir. FT********** nömrəli 05.08.2014-cü il tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə müqaviləyə əsasən 600.000 manat avans ödənilmişdir. FT********** nömrəli 14.11.2014-cü il tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə 177.000 manat 14.11.14 TAR 35/14 saylı HF-yə əsasən ödəniş edilmişdir. FT**********7 nömrəli 28.11.2014-cü il tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə 415.254,24 manat 27.11.14 TAR 36/14 37/14 HF-yə əsasən ödəniş edilmişdir. FT********** nömrəli 29.09.2015-ci il tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə 1.000.000 manat 18/04/14 Tar müqavilə və 29/09/15 Tar N10/15 HF-yə əsasən görülmüş işlərin dəyəri öd ənilmişdir Yerinə yetirilmiş işlər üzrə noyabr 2014-cü il tarixli akta əsasən, 18 aprel 2014-cü il tarixli müqavilə üzrə Cavabdehyıllı rayonu, Diyallı kənd ərazisində “Velosiped Zavodu” nun tikintisi üçün cəmi 415.254,64 manat, 18 faiz ƏDV - 74.745,84 manat, yekun 490.000,48 manat xərclənmişdir. Yerinə yetirilmiş işlər üzrə dekabr 2014-cü il tarixli akta əsasən, 18 aprel 2014cü il tarixli müqavilə üzrə Cavabdehyıllı rayonu, Diyallı kənd ərazisində “Velosiped Zavodu” nun tikintisi üçün cəmi 1.002.170,08 manat, 18 faiz ƏDV-180.390,62 manat, yekun 1.182.560,70 manat xərclənmişdir. Yerinə yetirilmiş işlər üzrə iyul 2015-ci il tarixli akta əsasən, 18 aprel 2014-cü il tarixli müqavilə üzrə Cavabdehyıllı rayonu, Diyallı kənd ərazisində “Velosiped Zavodu” nun tikintisi üçün cəmi 775.124,82 manat, ƏDV 18 faiz-139.522,47 manat, yekun 914.647,29 manat xərclənmişdir. Yerinə yetirilmiş işlər üzrə avqust 2016-cı il tarixli akta əsasən, 18 aprel 2014-cü il tarixli müqavilə üzrə Cavabdehyıllı rayonu, Diyallı kənd ərazisində “Velosiped Zavodu” nun tikintisi üçün cəmi 1.807.449,98 manat, 18 faiz ƏDV - 325.341 manat, yekun 2.132.790,98 manat xərclənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mmülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. (385.1, 386.1, 389.1, 390.1, 752, 753.1, 769, 770-ci maddələr). Apelyasiya instansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, cavabdeh qeyd olunan müqavilələrin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müvafiq müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, ödənişləri tam olaraq həyata keçirməmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəf podrat müqaviləsi üzrə işlərin görülməsi ilə bağlı müvafiq sübutl ar təqdim etdiyi halda, cavabdeh tərəf işlərin iddiaçı tərəfindən görüldüyünü təkzib edən hər hansı sübutlar (məs, mübahisə predmeti olan 2016-cı il üzrə Forma 2 arayışı üzrə işlərin başqa hüquqi şəxs vasitəsilə həyata keçirməsinə dair müqavilə, ödəmə sənədləri və s.) təqdim edə bilməmişdir. Əksinə, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin nümayəndəsinin vəsatəti əsasında təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.12.2018-ci il tarixli 22933 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası, Cavabdehyıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən velosiped zavodunda mövcud olan faktiki sahələrin həcminin iddiaçı tərəfindən 2014-2016-cı illə üzrə tərtib olunmuş Forma 2 arayışında göstərilən sahələrin həcmi ilə uyğun gəldiyi müəyyən olunur. Görülmüş işlərin həcmi Forma 2 arayışında göstərilən sahələrin həcmi ilə uyğun gəldiyi üçün qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası MPM-nə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 14, 76, 77) Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara ob yektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-477/2019 nömrəli 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-537/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-537/2019
25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver