Məhkəmə qərarları › İş №2-2(102)-537/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-537/2023

24.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-537/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “X7 Təsərrüfatı” MMC-yə və Cavabdeh1 qarşı iş üzrə QƏRAR 2-2(102)-537/2023 Açar sözlər: kredit müqaviləsi üzrə borcun girov predmetinə yönəldilməklə tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “X7 Təsərrüfatı” MM C və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 may tarixli 2-2(104)-12/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2011-ci il 11 may tarixli, KT/KR-56 nömrəli kredit müqaviləsinə görə borcverən – İddiaçı ASC borcalan "xxxx" MMC-yə 5 il müddətinə 200.000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – "xxxx" MMC isə kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür.

2. KT/İP-76 nömrəli sonrakı girov müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mə xsus nominal dəyəri 2 manat olan 48.892 ədəd “X9” ASC-də sənədsiz adlı adi səhmi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.

3. Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bütün qiymətli kağızlarla girovun rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus nominal dəyəri 2 manat olan 48.892 ədəd “X9” ASC-də sənədsiz adlı adi səhmi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər “X7 Təsərrüfatı” MMC (bundan sonra – “cavabdeh MMC”) və Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh MMC-dən ödənilməmiş 190.000 manat əsas, müqavilə müddəti üçün hesablanmış 29.861,38 manat faiz, 17.136,90 manat cərimə, müqavilə bitdiyi tarixdən 2019-cu il 20 iyun tarixinə kecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 26.960.36 manat borc, cəmi 263.958,64 manat məbləğində kredit borcunun və 30 manat odənilmiş dövlət rüsumunun tutulması və tutmanın Cavabdeh1 məxsus “X9” ASC-nin nominal dəyəri 2 manat olan 48.892 ədəd sənədsiz adlı səhmlərə yönəldilməsi, həmin səhmlərin fond birjasında satılması və tələb edilən borca ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsində ümumi qaydada icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən iddiaçının xeyrinə 190.000 manat əsas, müqavilə müddəti (2011-ci il 18 avqust – 2016-cı il 1 avqust) üçün hesablanmış 16.278,06 manat faiz, 30.720,22 manat cərimə, müqavilənin bitdiyi tarixdən 2021-ci il 11 iyun tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 46.182,50 manat borc, ümumilikdə 283.180,78 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan “X9” ASC-nin nominal dəyəri 2 manat olan 48.892 ədəd sənədsiz adi adlı səhmlərə yönəldilməsini, həmin səhmlərin fond birjasında satılması və tələb edilən borcun əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bankla cavabdeh MMC arasında bağlanmış 2011-ci il 11 may tarixli KT/KR-56 nömr əli kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 7 faiz ödəmək şərtilə 200.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmış, həmin ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “X9” ASC-nin nominal dəyəri 2 manat olan 48.892 ədəd sənədsiz adi adlı səhmlər bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada icrasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesabl anmış faizləri banka ödəməlidir. Lakin, borclu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdar edilməsinə baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.

7. İddia tələbinin maddi hüqiqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 295, 442, 445.2.1, 448.1, 445.7, 465.2-ci maddələrinə, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin “Qiymətli kağızların girovun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nın 3.6, 3.7-ci bəndlərinə istinad olunmuşdur.

8. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.

9. Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 12 mart tarixli, e-2-2(115)-19/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2021-ci il 20 aprel tarixli, 9/5365 saylı ekspert rəyində qeyd olunmuşdur ki, "xxxx" MMC-nin 2016-cı il 1 may tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka olan borcu ümumilikdə 164.183,78 manat məbləğində müəyyən olunmuş, əsas borc üzrə 159.500,66 manat, faiz borcu üzrə 4683,12 manat qeyd olunmuş, iş materiallarında olan 2012-ci il 4 oktyabr tarixli, 4012 manat məbləğində, 2012-ci il 30 oktyabr tarixli 5.000 manat məbləğinin 2.500 manat məbləği hissəsi, 2012-ci il 5 dekabr tarixli 4.000 manat məbləği, 2013-cü il 30 yanvar tarixli 5747 manat məbləğində, 2013-cü il 28 fevral tarixli 11.220 manat məbləğində, 2013-cü il 17 aprel tarixli 3.000 manat məbləğində və 2013-cü il 23 ap rel tarixli 2.000 manat məbləğinin 1.000 manat hissəsi iş, ümumilikdə 31.479 manat məbləğində kassa mədaxil orderləri hesabdan çıxarış məlumatlarında öz əksini tapmamış, lakin hazırki ekspertiza tədqiqatı zamanı həmin ödənişlər nəzərə alınaraq hesablamalar aparılmışdır.

10. İddiaçı tərəfin vəsatəti əsasında və onun sualları ilə aydınlaşdırılmalı olan hallara və faktlara aydınlıq gətirilməsi məqsədilə Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 17 iyun tarixli, e-2-2(115)-12/2021 saylı qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 29 noyabr tarixli, 9/5651 saylı ekspert rəyində ilkin ekspertiza rəyindən fərqli olaraq qeyd edilmişdir ki, "xxxx" MMC-nin 2016-cı il 1 may tarixə (müqavilə müddəti qüvvədə olduğu müddətə) banka olan bor cu əsas borc üzrə 89.511,44 manat, faiz brcu üzrə 2628,16 manat, ümumilikdə 92.139,60 manat olmuş, əldən çıxmış fayda, cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından hazırki ekspertiza tədqiqatı ilə "xxxx" MMC-yə əldən çıxmış fayda və cərimə hesablanmamışdır.

11. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 26 yanvar tarixli, e-2-2(115)-5/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “X7 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən əsas borc üzrə 89 511,44 manat, faiz borcu üzrə 2628,16 manat olmaqla ümumilikdə 92 139,60 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulm uş, mülkiyyət hüququ ilə, Cavabdeh1 məxsus olan “X9” ASC-nin nominal dəyəri 2 manat olan 48 892 ədəd sənədsiz adi adlı səhmlərinə yönəldilməsi, həmin səhmlər fond birjasında satılmaqla satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi qət olunmuşdur (hakim – K.Vəliyev).

12. Məhkəmənin mövqeyi belə olmuşdur ki, tərəflər arasında bağlanmış 2011-ci il 11 may tarixli KT/KR-56 nömrəli kredit müqaviləsinin şərtlərinə görə cavabdeh MMC-yə 200. 000 manat məbləğində kredit verilmiş, cavabdeh öz növbəsində üzərinə düşən öhdəlikləri qismən icra etmişdir. Qalan borcun ödənilməsi ilə bağlı cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur.

13. Məhkəmə əlavə ekspertiza nəticəsində əsas və faiz borcunun bir hissəsinin əsaslı olması müəyyən olunmuş, əldən çıxmış faydanın və cərimənin əsaslı olması müəyyən olunmamışdır. Məhkəmə əlavə ekspert rəyini təkrar araşdırmanın nəticəsi olaraq daha mötəbər sübut kimi qiymətləndirmişdir.

14. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsinin təmin edilməli olmaması qənaətinə gəlmişdir. Belə ki, ekspert rəyindən də göründüyü kimi cərimə pulu ilə bağlı hər hansı ödəniş öhdəliyi özünü sənədlərdə əksini tapmamışdır.

15. Gəldiyi nəticəni məhkəmə MM-in 385.1, 386.1, 389.1, 442, 445.1, 448.1, 449.1, 449.3, 465.2, 281.1, 281.2, 295-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 119.1, 124.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 18 aprel tarixli, 2-2(104)-103/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 3 oktyabr tarixli 9/3395 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə “X7 Təsərrüfatı” MMC arasında bağlanmış 2011-ci il 11 may tarixli KT/KR-56 nömrəli kredit müqaviləsi üzrə “X7 Təsərrüfatı” MMC-nin banka olan borcu 89.511,44 manat əsas, 2.628,16 man at faiz borcu olmaqla ümumilikdə 92.139,60 müəyyən olunur. İş materiallarında 2011-ci il 11 may tarixli KT/KR-56 nömrəli kredit müqaviləsi üzrə əldən çıxmış faydanın hesabı və hesablanması, eyni zamanda cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə “X7 Təsərrüfatı” MMC-yə əldən çıxmış fayda və cərimə hesablanmamışdır.

18. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 2-2(104)-103/2022 saylı qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 6 aprel tarixli 9/509 nömrəli ekspert rəyində göstərilmişdir ki, “X7 Təsərrüfatı” MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabndan çıxarış məlumatları, 2011- c i il 11 may tarixli KT/KR-56 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, əsas borcu 193.706,43 manat, 2016-cı il 1 may tarixədək (müqavilənin son tarixi) illik 7 faizlə borcu 5.687,44 manat, 2016-cı il 1 may tarixdən (müqavilənin son tarixi) illik 5 faiz borcu 49.502,75 manat hesablanmaqla “X7 Təsərrüfatı” MMC-nin 2021-ci il 11 iyun tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas, faiz və əldən çıxmış fayda borcu ümumilikdə 248.896,62 manat məbləğində müəyyən olunur.

19. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 may tarixli, 2-2(104)-12/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh MMC-dən kredit müqaviləsi üzrə kredit borcunun tutulmas ı hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə qismən təmin edilmiş, cavabdehdən 2011-ci il 11 may tarixli, KT/KR-56 nömrəli kredit müqaviləsi üzrə 190.000,00 manat məbləğində əsas borc, 5.687,44 manat məbləğində faiz borcu, 8500 manat məbləğində cərimə, müqavilənin müddəti bitdikdən sonra 2021-ci il 11 iyun tarixədək illik 5% hesablanmaqla ödənişin gecikdirilməsinə görə 46.182,50 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 250.369,94 manat məbləğində kredit borcunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur (sədrlik edən – Ə.Abdullayev, hakimlər – R.Mamedov və Ş.Rzaquliyev).

20. Məhkəmə kollegiyası bildirmişdir ki, məhkəməyə təqdim olunmuş 2007-ci il 25 oktyabr - 2013-cü il 1 yanvar, 2003-cü il 5 yan var - 2013-cü il 1 yanvar və 2011-ci il 19 avqust - 2013-cü il 1 yanvar tarixləri əhatə hesabdan çıxarışlara və kassa mədaxil orderlərindən görünür ki, 2012-ci il 30 may tarixdə 5.000 manat, 2013-cü il 4 iyul tarixdə 10.000 manat, 2013-cü il 5 noyabr tarixdə 4.000 manat, 2013-cü il 12 sentyabr tarixdə 5.000 manat, 2014-cü il 29 aprel tarixdə 2.000 manat və 2013-cü il 28 avqust tarixdə 15.000 manat "xxxx" MMC-nin, 2012-ci il 30 may tarixdə 2.000 manat “X9” ASC-nin kredit müqaviləsi üzrə borcun silinməsi üçün sonuncunun kredit hesabına ödənilmişdir. 21.2014-cü il 4 aprel tarixdə 7.984,00 manat Cavabdeh1 "xxxx" ASC-də olan kredit müqaviləsi üzrə kredit hesabına ödənilmişdir. 2014-cü il 4 aprel tarixdə X2 Elgiz Hüseyn oğlunun "xxxx" ASC-də olan kredit müqaviləsi üzrə kredit hesabına 5000 man at və 3000 manat ödəmişdir. 2012-ci il 5 dekabr tarixdə Cavabdeh1 "xxxx" MMC-nin hesabına qarantiya üçün xidmət haqqı olaraq 550 manat ödəmişdir. 2014-cü il 11 iyul tarixdə E.X1 "xxxx" ASC-də olan kredit hesabına 1.002 manat mədaxıl etmişdir. Məhkəmə kollegiyası bildirmişdir ki, qeyd edilən məbləğlərin ödənilməsinə dair qəbzlərin KT/KR-56 nömrəli kredit müqaviləsi üzrə cavabdeh MMC-nin borcuna heç bir aidiyyəti olmamışdır.

22. İş materiallarında olan 2012-ci il 30 may tarixli, 2012-ci il 4 oktyabr tarixli, 2012-ci il 30 oktyabr tarixli, 2012-ci il 5 dekabr tarixli, 13-cü il 30 yanvar tarixli, 2013-cü il 28 fevral tarixli, 2013-cü il 17 aprel tarixli, 2013-cü il 23 aprel tarixli, 2013-cü il 29 aprel tarixli, 2013cü il 4 iyul tarixli, 2013-cü il 28 avqust tarixli, 2013-cü il 12 sentyabr tari xli, 2013-cü il 4 noyabr tarixli, 2014-cü il 4 aprel tarixli və 2014- cü il 11 iyul tarixli qəbzlərdən görünür ki, həmin qəbzlərdə göstərilən məbləğlər KT/KR-56 nömrəli kredit müqaviləsi üzrə cavabdeh MMC-nin kredit hesabına deyil, başqa hesablara mədaxil edilmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2023-cü il 6 aprel tarixli 9/509 nömrəli ekspert rəyinin 2022-ci il 11 iyun tarixə olan kredit borcunun hesablandığını qeyd olunsa da, faktiki olaraq 2021-ci il 11 iyun tarixə olan kredit borcu hesablanmışdır.

24. İşə baxan birinci instansiya məhkəməsi 2021-ci il 29 noyabr tarixli, 9/5651 saylı ekspert rəyinə əsasən iddia tələbini qismən təmin etmişdir. Apellyasiya instansiyasında icraat zamanı tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faiz borcunun müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 6 aprel tarixli 9/509 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdeh MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 2011ci il 11 may tarixli KT/KR-56 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, əsas borcu 193.706,43 manat, 2016-cı il 1 may tarixədək (müqavilənin son tarixi) illik 7 faizlə borcu 5.687,44 manat, 2016-cı il 1 may tarixdən (müqavilənin son tarixi) illik 5 faiz borcu 49.502,75 manat hesablanmaqla cavabdeh MMC-nin 2021-ci il 11 iyun tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas, faiz və əldən çıxmış fayda borcu ümumilikdə 248.896,62 manat t əşkil edir. Həmçinin, həmin rəyin tədqiqat hissəsində göstərilmişdir ki, iş materiallarında olan 2021-ci il 20 aprel tarixli 9/5365 nömrəli ekspert rəyinin nəticəsi ilə 2021-ci il 29 noyabr tarixli 9/5651 nömrəli və 2022-ci il 3 oktyabr tarixli 9/3395 nömrəli ekspert rəylərinin nəticələrindəki fərqin səbəbi təqdim edilmiş kassa mədaxil orderlərində göstərilən hesabların və təyinatların eyni olmasıdır. Yəni ki, eyni hesablı, eyni təyinatlı kassa mədaxil orderindəki ödənişlərin bir qismi 2011-ci il 11 may tarixli KT/KR-56 saylı kredit müqaviləsi üzrə, digər bir qismi isə həmin bankda olan ayrı şirkətlərin hesabına ödənilmişdir. Lakin, bir qisim kassa mədaxil orderlərində ödənişlərin konkret olaraq hansı hesab üzrə ödənilməsi öz əksini tapmamışdır.

25. Göründüyü kimi birinci instansiya məhkəm əsinin əsas götürdüyü ekspert rəyinin tədqiqatı zamanı tədqiqat hərtərəfli, tam və obyektiv aparılmamış, zəruri tədqiqat obyektləri, yəni hesabdan çıxarış, mədaxil orderləri, ödəniş qəbzləri, habelə ödəmə əməliyyatı ilə bağlı digər sənədlər ətraflı araşdırılmamış, nəticədə ekspertiza tədqiqatı natamam şəkildə aparılmış və tədqiqat üçün mühüm əhəmiyyət kəsb edən xüsusatlar nəzərə alınmaqla hərtərəfli və obyektiv hesablama aparılmamışdır. Belə olan halda, həmin ekspert rəyi işin hərtərəfli, tam və obyektiv həlli üçün mötəbər sübut kimi qiymətləndirilə bilməzdi.

26. Məhkəmə kollegiyası işin hərtərəfli, tam və obyektiv həlli üçün hazırkı, yəni Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 6 aprel tarixli, 9/509 nömrəli ekspert rəyini qənaətbəxş hesab etmiş və qeyd etmişdir ki, həmin rəy ilə tərəf lər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas borc 193.706,43 manat, gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu 49.502,75 manat müəyyən olunsa da, iddiaçı bank cavabdeh MMC-dən kredit müqaviləsi üzrə əsas borcu 190.000 manat, gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu isə 46.182,50 manat həcmində tələb etmişdir. Belə olan halda, məhkəmə kollegiyası kredit müqaviləsi üzrə müvafiq borcların iddiaçının tələbləri hüdudunda müəyyən edilməli olması nəticəsinə gəlmişdir.

27. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cərimə borcunun müəyyən olunması hissəsinə hüquqi qiymət verərək iddianın həmin hissədə qismən əsaslı olduğunu bildirmişdir. Belə ki, mülki qanunvericiliyə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh MMC-dən kredit müqaviləsi üzrə 30.720,22 manat cərimə borcu tələb etmişdir. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə cərimə borcu 8.500 manat müəyyən olunmalıdır. Belə ki, həmin məbləğdə cərimə borcu kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərinə uyğun olmaqla işin halları ilə də mütənasibdir.

28. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 739.1, 739.2, 385.1, 442, 443, 445.2.1, 445.7, 448.1, 449, 449.2, 449.3, 449.4, 462.1, 464.1, 465.2, 467-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına, MPM-in 103.1, 218.3, 119.1, 124.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. Qətnamə 2023-cü il 22 may tarixdə iş üzrə tərəflərə göndərilmiş, Cavabdeh1 həmin qətnamədən 2023-cü il 19 iyul tarixdə kassasiya şikayəti verərək onun ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

30. MM-in 425.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3, 59.3-cü, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri ü zrə - məhkəmə cavabdehlərin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların və qeydiyyatda olanların evi könüllü tərk etməsələr oradan çıxarılması barədə, hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qətnamə qəbul etmişdir. Məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsini yanlış təfsir edərək tətbiq etmişdir. Məhkəmə qətnamə qəbul edərkən cavabdeh tərəfindən edilmiş ödənişləri nəzərə almamış, faiz borcu və gecikdirilmiş vaxt üçün faiz hesablamış, hesablanan faiz demək olar ki müqavilə üzrə əsas borc məbləğinə bərabər miqdarda olmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏ DLƏRİ

32. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkə məsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin m əzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün ill ik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə 4

64. Qanun üzrə dəbbə pulunun ödənilməsi 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqa viləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur: “... əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kr editor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir....”

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

103. Ekspert rəyin in məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.” “Maddə

124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblə rinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 may tarixli 22(103)-12/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

39. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, məhkəmə qətnamə qəbul edərkən cavabdeh tərəfindən edilmiş ödənişləri nəzərə almamış, faiz borcu və gecikdirilmiş vaxt üçün faiz hesablamış, hesablanan faiz demək olar ki, müqavilə üzrə əsas borc məbləğinə bərabər miqdarda olmuşdur.

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyasında icraat zamanı tər əflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faiz borcunun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 6 aprel tarixli 9/509 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdeh MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları 2011-ci il 11 may tarixli KT/KR-56 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, əsas borcu 193.706,43 manat, 2016-cı il 1 may tarixədək (müqavilənin son tarixi) illik 7 faizlə borcu 5.687,44 manat, 2016-cı il 1 may tarixdən (müqavilənin son tarixi) illik 5 faiz borcu 49.502,75 manat hesablanmaqla MMC-nin 2021-ci il 11 iyun tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix ) banka olan əsas, faiz və əldən çıxmış fayda borcu ümumilikdə 248.896,62 manat təşkil edir. Həmçinin həmin rəyin tədqiqat hissəsində təqdim edilmiş kassa mədaxil orderlərində göstərilən hesabların və təyinatların eyni olması göstərilmişdir. Yəni, eyni hesablı, eyni təyinatlı kassa mədaxil orderindəki ödənişlərin bir qismi 2011-ci il 11 may tarixli KT/KR-56 saylı kredit müqaviləsi üzrə, digər bir qismi isə həmin bankda olan ayrı şirkətlərin hesabına ödənilmişdir. Lakin, bir qisim kassa mədaxil orderlərində ödənişlərin konkret olaraq hansı hesab üzrə ödənilməsi öz əksini tapmamışdır.

41. Göründüyü kimi, apellyasiya icraatı zamanı tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faiz borcunun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq e kspertizası təyin edilmiş, əldə olunmuş ekspert rəyi əsasında cavabdehin əsas və faiz borcları müəyyən olunmuş, lakin məhkəmə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının tələbləri hüdudunda, yəni cavabdehin ekspert rəyi ilə müəyyən olunmuş borcundan da daha az miqdarda olan iddia tələbini təmin etmişdir.

42. MM-in 739-cu maddəsinə uyğun olaraq, borc müqaviləsinə görə, borc verən pula mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi, borc alan aldığı pulu borc verənə qaytarmağı öhdəsinə götürürlər. Borc müqaviləsinin məbləği pul olduqda, o, kredit müqaviləsi adlanır. MM-in 135.1-ci maddəsinin məzmunundan aydın olur ki, pullar da əşyadır.

43. Konstitusiya Məhkəməsi Plenumunun MM-in 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair 2015-ci il 14 may tarixli Qərarınd a formalaşdırılmış hüquqi mövqelərə görə də kredit müqaviləsi üzrə verilmiş pul kredit verənin mülkiyyətində olan istənilən valyutada ola bilir və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.

44. Bundan başqa, apellyasiya məhkəməsi MM-in 467-ci maddəsinə uyğun olaraq kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə almaqla iddiaçı tərəfindən tələb olunan 30.720,22 manat cərimə borcunu da 8500 manat müəyyən etmişdir. Həmin norma məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin əslində tutmanın girova yönəldilməsi ilə bağlı olan lakin ipoteka haqqında qanunvericilik normalarına istinad olunmuş və ümumi sözlərlə əsaslandırılmağa çalışılmış dəlilinə münasibətdə qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə kreditorla Cavabdeh1 arasında girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən mülki yyət hüququ ilə sonuncuya məxsus olan “X9” ASC-nin nominal dəyəri 2 manat olan 48892 ədəd sənədsiz adi adlı səhmləri iddiaçının xeyrinə yüklü edilmişdir. Borcalan isə kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən apellyasiya məhkəməsinin tutmanın girov predmetə yönəldilməsinə dair mövqeyi də qanuni və əsaslı olmuş, məhkəmə kollegiyası isə həmin mövqe ilə razılaşmaqla onun təkrarlanmasında zərurət görmür.

47. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə uyğun aparmışdır və apellyasiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas yoxdur.

49. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş tam, hərtərəfli və obyektiv araşdırılmış, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 may tarixli 2-2(104)-12/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 may tarixli 2-2(104)-12/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar