Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-537/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, qüsurlu icranın nəticələri, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı “öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçınə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 may tarixli 2-2(103)-516/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2019-cu il 1 iyul tarixli İddiaçı MTK (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında bağlanmış podrat müqaviləsinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı sifarişçi tərəfindən inşası planlaşdırılan hündürmərtəbəli yaşayış binalarında öz işçi heyəti ilə birlikdə dam örtüyü vurulması ilə bağlı işlərin görülməsini öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. 2. 2021-ci il 12 fevral tarixli aktla, İddiaçı MTK tərəfindən Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 1 ünvanda inşa edilən “X4” yaşayış binasının tikinti sahəsində kooperativin sədr müavini Qəhrəman Rəhimov, sahə rə isi İlqar Rəhimov, iş icraçısı Ali Şahbaz, keyfiyyətə nəzarət mühəndisi Fəxrəddin Rəhimov və İddiaçı MTK ilə imzalanmış 2019-cu il 1 iyul tarixli podrat müqaviləsinə əsasən podratçı hesab edilən Cavabdeh bu qüsur aktını tərtib edirlər ona görə ki, yaşayış binasının A, B, C və D bloklarının dam örtüklərinin Cavabdeh tərəfindən vurulması ilə bağlı işlərdə aradan qaldırılması mümkün hesab edilən nöqsanlar aşkar edilmişdir. Həmçinin razılığa gəlmişlər ki, aşkar edilmiş nöqsanların tam aradan qaldırılması 20 gün ərzində Cavabdeh tərəfindən təmin ediləcəkdir. Nöqsanların mövcud olmasını təsdiq edən fotoşəkillər bu akta əlavə edilərək aktın tərkib hissəsi hesab edilir. Aktın doğruluğu tərəflərin imzaları ilə təsdiq edilmişdir. 3. 2021-ci il 20 aprel tarixli aktla, İddiaçı MTK tərəfindən Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 1 ünvanda inşa edilən “X4” yaşayış binasının tikinti sahəsində kooperativin sədr müavini Qəhrəman Rəhimov, sahə rəisi İlqar Rəhimov, iş icraçısı Ali Şahbaz, keyfiyyətə nəzarət mühəndisi Fəxrəddin Rəhimov və İddiaçı MTK ilə imzalanmış 2019-cu il 1 iyul tarixli podrat müqaviləsinə əsasən podratçı hesab edilən Cavabdeh bu qüsur aktını tərtib edərək bildirmişlər ki, yaşayış binasının A, B, C və D bloklarının dam örtüklərinin Cavabdeh tərəfindən vurulması ilə bağlı işlərdə aradan qaldırılması mümkün hesab edilən nöqsanlar, o cümlədən şaxtaların qıraq dəmirlərinin antipasla rənglənməsi və yapıştırıcı ilə yapışdırılması, “D” blokunun 156 kv.m təşkil edən mənzilin mətbəx şaxtasının çıxış hissəsində dəmirin yenidən düzəlməsi, bütün novlarda meyilliyin olmaması, bütün qazanların böyüdülməsi və tam ortaya çəkilməsi, novlara bitişik şiferlərin ayaqlarının düz xətt üzrə kəsilməsi, bütün qazanların meyilliliyinin təmin edilməsi, mansard mərtəbənin yan tərəfinin temperatur tikişinin dəmirinin vurulması, mansard mərtəbəsinin kənarında olan novların üzlük daşı ilə birləşməsində 90 dərəcə dəmirlərin vurulması, daman yerlərin düzəldilməsi kimi nöqsanlar Cavabdeh tərəfindən aradan qaldırılmalıdır. Həmçinin razılığa gəlmişlər ki, aşkar edilmiş nöqsanların tam aradan qaldırılması 10 gün ərzində, 2021-ci il 29 aprel tarixinədək Cavabdeh tərəfindən qeyri-şərtsiz olaraq təmin ediləcəkdir. Aktın doğruluğu tərəflərin imzaları ilə təsdiq edilmişdir. 4. 2021-ci il 29 aprel tarixli aktla, İddiaçı MTK tərəfindən Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 1 ünvanda inşa edilə n “X4” yaşayış binasının tikinti sahəsində kooperativin sədr müavini Qəhrəman Rəhimov, sahə rəisi İlqar Rəhimov, iş icraçısı Ali Şahbaz, keyfiyyətə nəzarət mühəndisi Fəxrəddin Rəhimov və İddiaçı MTK ilə imzalanmış 2019-cu il 1 iyul tarixli podrat müqaviləsinə əsasən podratçı hesab edilən Cavabdeh bu qüsur aktını tərtib edərək bildirmişlər ki, 2021-ci il 20 aprel tarixli qüsur aktında qeyd edilmiş qüsurlar, o cümlədən bütün novlarda meyilliliyin olmaması, bütün qazanların böyüdülməsi və tam oraya çəkilməsi, novlara bitişik şiferlərin ayaqlarının düz xətt üzrə kəsilməsi, bütün qazanların meyilliliyinin təmin edilməsi, mansard mərtəbənin kənarında olan novların üzlük daşı ilə birləşməsində 90 dərəcə dəmirlərin vurulması, daman yerlərin düzəldilməsi kimi nöqsanların 2021-ci il 29 aprel tarixin ədək aradan qaldırılması Cavabdeh öhdəsində olmasına baxmayaraq yerinə yetirməmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – “MTK”) 2023-cü il 9 fevral tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il 1 iyul tarixli podrat müqaviləsinə əsasən ünvan 1 ünvanında MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması ilə əlaqədar yaranmış qüsurların aradan qaldırılması və görülmüş işlərin müvafiq aktla MTK-ya təhvil verilməsi öhdəliyinin ilkin iddia üzrə Cavabdeh (bundan sonra – “Cavabdeh”) üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, MTK 2016-cı il 27 may tarixində ünvan 2 ünvanında dövlət qeydiyyatına al ınmışdır və hal-hazırda qanuni təmsilçisi X1r. Cavabdehlə aralarında 2019-cu il 1 iyul tarixli podrat müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə əsasən Cavabdeh (müqavilə üzrə podratçı) MTK tərəfindən inşası planlaşdırılan hündürmərtəbəli yaşayış binalarında öz işçi heyəti ilə birlikdə dam örtüyünün vurulması ilə bağlı işlərin görülməsini öhdəsinə götürmüş, MTK (müqavilə üzrə sifarişçi) isə Cavabdehlə razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilənin icra edilməsi ilə əlaqədar Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 2017-ci il 20 iyul tarixli 174 nömrəli Sərəncamına əsasən ünvan 3 ünvanda MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının dam örtüyünün vurulmasına cəlb etdiyi işçi qüvvəsi ilə birlikdə başlamışdır. Qeyd edilən yaşayış binası 4 blokludur və binanın dam örtüyü üçün 45 ədəd havalandırma bacalarının dəmir künclüklərlə gücləndirilməsi, 205 paqon metr təşkil edən parapet üçün dəmir barmaqlıqların hasarlanması və quraşdırılması, 854 m2 təşkil edən günbəzlərin düzəldilməsi və quraşdırılması, mansard mərtəbənin 648 m2 təşkil edən yan örtüyünün və 2.000 m2 təşkil edən dam örtüyünün vurulması nəzərdə tutulmuşdur. Binanın dam örtüyü üçün nəzərdə tutulmuş işlərin görülməsinə 2019-cu il 15 iyul tarixində başlamaqla nəzərdə tutulmuş işlər bu günə kimi hələ də Cavabdeh tərəfindən başa çatdırılmamışdır. Qeyd olunan müqavilənin 2.2.3-cü bəndinin tələbinə əsasən görülən işdə hər hansı qüsur aşkar edilərsə, Cavabdeh öz işçi qüvvəsi və maliyyə vəsaiti hesabına qüsuru aradan qaldırmalıdır. Bununla bağlı Cavabdeh gördüyü işl ərə onun özünün iştirakı ilə baxış keçirilərək, 2021-ci il 12 fevral tarixli qüsur aktı tərtib edilmiş və Cavabdeh qeyd edilən aktı imzası ilə təsdiq etmişdir. Bundan sonra Cavabdeh MTK-ya müraciət edərək, aktda qeyd edilən qüsurların aradan qaldırdığını bildirərək gördüyü işləri MTK-in nümayəndəsinə təhvil verməyi təklif etmişdir. Görülən işlərə MTK-nın mütəxəssisləri tərəfindən keçirilmiş növbəti baxış zamanı yenidən qüsurlar müəyyən edilmiş, bununla bağlı cavabdehin iştirakı ilə 2021ci il 20 aprel tarixli qüsur aktı tərtib olunmuş, Cavabdeh aktda qeyd edilən bütün qüsurların mövcud olmasını qəbul edərək, qüsurların aprel ayının 29-na qədər qeyri-şərtsiz olaraq aradan qaldıracağını öhdəsinə götürək, aktı imzalamışdır. Lakin 2021-ci il 29 aprel tarixində keçirilmiş baxış zamanı müəyyən ol unmuşdur ki, qüsurlar aradan qaldırılmamışdır, bununla bağlı tərtib edilmiş aktı Cavabdeh imza etməkdən imtina etmişdir. Bundan başqa, müqavilənin 2.2.12-ci bəndinin tələbinə görə, Cavabdeh sifarişçinin tələblərinə uyğun olaraq üçüncü şəxslər ilə bağlanmış təchizat müqavilələri, aparılmış ödəmələr, həmçinin yerinə yetirilmiş işlər üzrə ödəmələr haqqında sifarişçiyə məlumat verməlidir. Lakin Cavabdeh müqavilənin bu bəndinin də tələbini pozaraq, sifarişçiyə qeyd edilən məlumatları təqdim etməmiş, nəticədə MTK mal-materiallara xərclənmiş vəsaitlər barədə məlumat ala bilməmişdir. Eyni zamanda, müqavilənin 2.2.17-ci bəndinin tələbinə görə, podratçı Cavabdeh zəmanət verir ki, işlərin yerinə yetirilməsi üçün mövcud qanunvericiliyə əsasən tələb olunan bütün sənədlərə, o cümlədən müvafiq icazə, lis enziyaya malikdir və podratçı sifarişçini bu bəndin pozulması nəticəsində vurulmuş bütün cərimələri və vurulmuş ziyanın əvəzini ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, müqavilənin 3.1-ci bəndinə görə podratçı Cavabdeh hər ayın sonunda öz mülahizəsinə əsasən, görülmüş işlərin müqabilində sifarişçi MTK tərəfindən ödənilməli olan məbləği təfsilatı şəkildə göstərməklə və bu məbləği təsdiq edən sənədlər ilə birlikdə sifarişçiyə təqdim edir. Cavabdeh ümumi hesabla MTK-dən 141.124 manat pul almaqla, həmin pulun 59.610 manatını mal-materialların alınmasına, 58.250 manatı isə özünün cəlb etdiyi işçilərə əmək haqqı verdiyini bildirmişdir. X2 Bakı ərazi idarəsindən və Vergilər Xidmətinin Lokal Gəlirlər Baş idarəsindən MTK-nın ünvanına daxil olmuş şikayət ərizəsinin sürətindən müəyyən olunmuş dur ki, Cavabdeh işçilərinə əmək haqqı ödəmədiyi və yaxud borclu olduğu təqdirdə, onları MTK barəsində şikayət ərizəsini imzalamağa sövq edib. Belə ki, ərizədə adı qeyd edilən Raqib adlı şəxslə aparılmış danışıqlardan müəyyən olunmuşdur ki, Cavabdeh işçilərinə bildirmişdir ki, guya MTK görülmüş işlərin pulunu ödəmir və məhz bu səbəbdən Cavabdeh işçilərinin pulunu ödəyə bilmir, nəticədə işçilər 2021-ci il 31 mart tarixli şikayət ərizəsi ilə bütün icra hakimiyyəti orqanlarına, həmçinin ölkə Başçısına şikayət ərizələri göndərərək, MTK tərəfindən əmək, vergi və digər qanunvericiliklərin pozulmasını, o cümlədən yaşayış binasının dam örtüyünün vurulmasına görə MTK-in işçilərə 50.000 manat borcun olmasını bildirirlər. Nəticədə MTK Əmək Müfəttişliyinin Bakı ərazi idarəsinin və Vergilər Xidmətinin Lokal Gəlirlər Baş idarəsinin sorğularına cavab olaraq bildirmişdir ki, şikayət ərizəsində adları qeyd olunan şəxslərdən 6 nəfərlə rəsmi əmək müqavilələri əsasında MTK tərəfindən inşası həyata keçirilən çoxmərtəbəli yaşayış binalarında dam örtüklərinin vurulması işlərinə cəlb edilmiş və öz ərizələri əsasında da işdən azad olunmuşlar, işlədikləri dövr üçün onlara hesablanmış aylıq əmək haqqı məbləğləri onlara məxsus əmək haqqı kartlarına "xxxx" ASC-nin internet bankinq xidməti vasitəsi ilə müvafiq qaydada köçürülmüşdür, şikayət ərizəsində adları qeyd olunan digər şəxslər barəsində isə MTK da heç bir məlumat yoxdur və onlarla MTK arasında hər hansı formada rəsmi əmək münasibətləri yaranmamışdır, bizdə olan məlumata görə adları şikayət ərizəsində qeyd olunan digər şəxslər MTK ilə Cavabdeh ara sında bağlanmış 2019-cu il 1 iyul tarixli podrat müqaviləsi əsasında dam örtüklərinin vurulması işləri ilə əlaqədar olaraq Cavabdeh tərəfindən cəlb edilmişlər. Nəticə etibarı ilə açıq aşkar görünür ki, Cavabdeh imzaladığı 2019-cu il 1 iyul tarixli podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, 2021-ci il 20 aprel tarixli qüsur aktında qeyd edilən qüsurları aradan qaldırmamış, nəticədə MTK üçüncü şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməmişdir. Cavabdeh isə hər dəfə bir bəhanə gətirərək, yaxın müddət ərzində bütün öhdəlikləri icra edəcəyini bildirmişdir.
7. İddiaçı Cavabdeh 2023-cü il 14 aprel tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MTK-dan ödənilməli olduğu 50.450 manat məbləğində pulun və 241,35 manat dövlət rü sumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən görülmüş işlərdə qüsur hesab etdiyi bütün çatışmamazlıqlar tərəfindən tam şəkildə aradan qaldırılmış, lakin MTK görülən işlərə görə Cavabdeh və işçilərə ödənilməli olan 50.450 manat məbləğində pul borcunu uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə müraciətlər edilsə də, bu günədək ödənilməmiş və aralarında bağlanmış podrat müqaviləsinin şərtlərinə əməl edilməmişdir. MTK-nın məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi müqavilə öhdəliyini yerinə yetirməmək üçün bəhanədir və məsuliyyətdən yayınmaqla qanunsuz əməllərini pərdələmək məqsədi daşıyır. MTK tərəfindən Cavabdehlə və birgə işlədiyi işçi qrupuna qarşı ödəməli olduğ u pul məbləğini ödəmədiyi üçün Əmək Müfəttişliyinin Bakı Ərazi İdarəsinə və Vergilər Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə həmçinin hüquq mühafizə orqanlarına dəfələrlə şikayət ərizəsi ilə müraciət etsələr də, bu günə qədər MTK pullarını ödəməkdən imtina edir və bundan yayınmaq üçün əsasız tələblə məhkəməyə müraciət etməklə məsuliyyətdən boyun qaçırmağa çalışır. Cavabdeh məcburiyyət qarşısında qaldığından özünə məxsus avtomobilini də satıb öz vəsaiti hesabına işə cəlb etdiyi işçi qrupuna ödənilməli olan pul məbləğini onlara ödəyib. 9. 2023-cü il 16 noyabr tarixli 3-16-16/2-10/5936 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə görə: 1-ci sual üzrə: ünvan 5 ünvanında MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyündə qüsurları n mövcud olduğunu, o cümlədən tədqiq olunan binanın dam örtüyündə quraşdırılmış şiferlərin birləşmə hissələrində bağlantıların düzgün oturdulmadığını, yağış sularının axması üçün vurulmuş novların maililiyinin kanalizasiya boruları istiqamətində olmadığını, atmosfer çöküntülərinin novların üzərində yığılıb qaldığını, dam örtüyündən axan sular üçün nəzərdə tutulmuş boruların kanalizasiya borularına birləşdirilmədiyini, mansard mərtəbəsində və lift motorunun yerləşdiyi mərtəbələrdə divarlarda və tavanda su axma ləkələrinin olduğunu nəzərə alaraq tədqiq olunan binanın dam örtüyünün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2015-ci il 15 aprel tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Dam örtükləri Layihələndirmə Normaları”nın tələblərinə uyğun qu raşdırılmadığı müəyyən edilmişdir. 2-ci sual üzrə: ünvan 5 ünvanında MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında quraşdırılmış konstruksiyalar və vurulmuş dam örtükləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2015ci il 15 aprel tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Dam örtükləri Layihələndirmə Normaları”nın tələblərinə uyğun olmadığından həmin dam örtüyünün yaşayış binasının təsdiq olunmuş tikinti layihəsinə uyğun olmadığı müəyyən edilmişdir. 3-cü sual üzrə: ünvan 5 ünvanında MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında quraşdırılmış konstruksiyalar və vurulmuş dam örtüklərində istifadə olunmuş mal-materialın tələb olunan keyfiyyət standartlarına uyğun olubolmamasının müəyyən edilm əsi mühəndis-texniki ekspertizalarının həll etdiyi məsələlər dairəsinə aid olmadığından üçüncü sualda göstərilən məsələ üzrə tədqiqat aparılmamışdır. 4-cü sual üzrə: ünvan 5 ünvanında MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında dam örtüyündə qüsurların mövcud olduğu, həmin qüsurların da təmir-tikinti işlərinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2015-ci il 15 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Dam örtükləri Layihələndirmə Normaları”nın tələblərinə uyğun aparılmaması nəticəsində yarandığı müəyyən edilmişdir. 5-ci sual üzrə: ünvan 5 ünvanında MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında dam örtüyündə və mansardın konstruktiv elementləri üzərində su sızma ləkələrinin möv cud olduğu, həmin qüsurların da təmir-tikinti işlərinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2015-ci il 15 aprel tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Dam örtükləri Layihələndirmə Normaları”nın tələblərinə uyğun aparılmaması nəticəsində yarandığı müəyyən edilmişdir. 6-cı sual üzrə: ünvan 5 ünvanında MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında dam örtüyündə əyilmələrin mövcud olduğu müəyyən edilmişdir. Bina istismar olunduğundan həmin əyilmələrin səbəbini müəyyən etmək mümkün olmamışdır.
10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 7 yanvar tarixli e-2-2(113)-62/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, 2019-cu il 1 iyul tarixli podrat müqaviləsinə əsasən ünvan 1 ünvanında MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması ilə əlaqədar yaranmış qüsurların aradan qaldırılması və görülmüş işlərin müvafiq aktla MTK-ya təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması; qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur (hakim – E.Əliyev).
11. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi bağlanmış, podratçı Cavabdeh MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması işlərini aparmış, lakin sifarişçi tərəfindən işlər qəbul edilərkən qüsurlar aşkar edilmiş, 2021 il 12 fevral və 2021-ci il 20 aprel tarixli aktlarda dam örtüyündə olan nöqsanlar qeyd edilmiş, Cavabdeh həmin aktları imzalayarkən qüsurların mövcudluğu ilə razılaşmış, müvafiq olaraq 20 və 10 gün ərzində nöqsanların aradan götürülməsi üçün öhdəlik götürsə də, bunu etməmiş və nəticədə növbəti üçüncü 2021-ci il 29 aprel tarixli qüsur aktı tərtib edilmişdir. Bununla yanaşı, MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması vaxtı qüsurların mövcudluğu və təmir-tikinti işlərinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2015ci il 15 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Dam örtükləri Layihələndirmə Normaları”nın tələblərinə uyğun aparılmaması 2023-cü il 16 noyabr tarixli 3-16- 16/2-10/5936 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində də öz əksini tapmışdır (bax §9).
12. Məhkəmə hesab etmişdir ki, MTK tərəf indən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması vaxtı qüsurların mövcudluğu həm qüsur aktları, həmdə ekspert rəyində öz əksini tapdığına görə, ilkin iddia əsaslı olduğundan təmin edilməlidir.
13. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə bildirmişdir ki, həmin iddia tələbi rədd edilməlidir. Belə ki, Cavabdeh görülən işlərin müqabilində təxminən 60.000 manat deyil, 120.000 manat məbləğində vəsaitin ödəniləcəyi barədə məhkəməyə heç sübut təqdim etməməklə yanaşı (təhvil-təslim, qiymətləndirmə və sair akt və qəbzlər), imzaladığı 2021 il 12 fevral və 2021-ci il 20 aprel tarixli aktlarında hər hansı məbləğdə qalıq borcun qalması barədə heç bir qeyd aparmamış, bununla yanaşı 2019-cu il 1 iyul tarixli podrat müqaviləsinin 2.2.23-cü bəndinə əsasən, hər 1 m 2 görə 10 manat olmaqla ödənişlərin aparılması nəzərdə tutulmuş, podratçı istinad etdiyi kimi 3.500 m2 sahədə işlərin görüldüyü təqdirdə ödəniləcək vəsait 35.000 manat civarında olmalı idi.
14. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 752.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 may tarixli 2-2(103)-516/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi qətnaməsi dəyişdirilmə dən saxlanılması qət edilmişdir (sədrlik edən – Z.Şirnov, hakimlər – R.Qurbanov, V.Baxışova).
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq bildirmişdir ki, Cavabdeh şikayətdə məhkəmənin ona sübut təqdim etmək üçün şərait yaratmadığını qeyd etsə də, iş materiallarından aydın olmuşdur ki, o, məhkəmə iclasında iştirak etmiş, sübutları təqdim etmək imkanı olmuş, hətta apellyasiya icraatında iştirak etməməsinə görə ona şərait yaradılaraq iclas təxirə salınmış, lakin cavabdeh yenə istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. Cavabdeh qüsuru aradan qaldırdığını qeyd etməsi ilə, əslində iddiaçının qüsurlu işlə bağlı dəlilini qəbul etmiş olur, sadəcə cavabdeh qüsuru aradan qaldırmasını bildirməklə həmin işi yerinə yetirdiyini bild irmişdir. Bu halda qüsuru aradan qaldırmaqla bağlı sübutetmə yükü onun üzərinə keçmişdir. Belə vəziyyətdə qarşılıqlı iddianın da təmin edilməsi mümkünsüzdür.
18. Bundan başqa, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilləri məhkəmə iclasında irəli sürdüyündən, eləcə də məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 442, 752.1, 762.1, 762.2, 762.3, 763.1, 765-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
20. Cavabdeh kassasiya şikayəti və sonradan k assasiya şikayətinə əlavə verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətində və şikayətə əlavədə göstərilən dəlillər
21. MM-in 385.1, 385.2, 386.1, 390.3, 425.1, 425.2, 752.1-ci maddələri üzrə Cavabdeh görülmüş işlərdə qüsur hesab etdiyi bütün çatışmamazlıqları öz işçi qüvvəsi ilə tam şəkildə aradan qaldırmış, lakin MTK 2019-cu il 1 iyul tarixli podrat müqaviləsinin 3.2.-ci bəndinin tələblərini pozaraq onlara ödənilməli olan 50.450 manat məbləğində pul borcunu ödəməmişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə müraciət edilsə də, bu günədək MTK pulu ödəməyərək aralarında olan müqavilənin tələblər ini pozmaqda davam edir, hətta məhkəməyə iddia ərizəsi ilə müraciət edərək müqavilə öhdəliklərini yerinə yetirməkdən yayınır, pulu verməyərək üzərinə düşən məsuliyyətindən boyun qaçırır. Odur ki, məcburiyyət qarşısında qalan Cavabdeh özünə məxsus avtomobilini sataraq, öz vəsaiti hesabına işə cəlb etdiyi işçi qrupuna ödənilməli olduğu pul məbləğini onlara ödəmişdir. Nəticə olaraq məhkəmə iclaslarında kommersiya işi üzrə aparılmış araşdırmalar natamam, qeyri-obyektiv və qərəzli olmuşdur.
22. MPM-in 77.1-ci maddəsi üzrə - Hazırkı iş üzrə ilkin iddianın əsaslılığını təsdiq edəcək kifayət qədər sübutların mülki işin materiallarına əlavə olunmasına baxmayaraq birinci və apellyasiya instansiyaları məhkəmələri həmin sübutlara obyektiv qiymət verməmişdir.
23. MPM-in 88-ci maddəsi üzrə - Birinci ins tansiya və apellyasiya məhkəməsi Cavabdeh öz tələblərini əsaslandıran dəlilləri, sübutları məhkəməyə təqdim etməyə imkan yaratmamışdır. Buna görə birinci instansiya məhkəməsində proses çəkişmə prinsipi təmin edilmədən, dəlillər, izahatlar, sənədlər tədqiq edilmədən yekunlaşdırılmışdır.
24. MPM-in 175.1-ci maddəsi üzrə - Birinci və apellyasiya instansiya məhkəmələri qanunun bu tələbini pozaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
25. MPM-in 217.3, 217.4-cü maddələri üzrə - Birinci instansiya və apellyasiya instansiya məhkəməsi iş üzrə əhəmiyyətli sübut hesab olunan faktlara, habelə cavabdehin etirafına obyektiv qiymət verməmiş, həmin sübutlara birtərəfli yanaşmışdır. Birinci və apellyasiya instansiyaları məhkəmələri mülki prosessual qanunvericiliyin göstərilən maddələrinin tələblərini pozmuş, ilkin iddianın rədd edilməsi üçün əsas hesab etdiyi sübutlara formal cəhətdən yanaşmış, ilkin iddianın təmin edilməsi üçün əsas olan faktları heç bir əsaslı səbəb göstərmədən sübut növü kimi qəbul etməmişdir.
26. Şikayətin “Digər məsələlər” hissəsində qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi qüsur aktlarını (2021-ci il 12 fevral və 2021-ci il 20 aprel tarixli qüsur aktları) ərizəsinə əlavə etsə də, 2020-ci il 16 dekabr tarixli qüsur aktı (şikayətə əlavə edilmiş) ilə bağlı heç bir fikir bildirməmişdir, hansı ki, həmin akta qədər artıq MTK tikintiyə baxış keçirmiş, şifahi olaraq qüsurları bildirmiş, Cavabdeh isə öz növbəsində MTK-nın qüsur hesab etdiyi bu çatışmamazlıqları, yaranmış qüsurları öz işçi qüvvəsi və maliyyə hesabına aradan qaldırılmasını tam təmin etmiş, şirkət isə öz növbəsində ödəməli olduğu pulu ödəməmişdir. Bundan sonra iddiaçı ödəməli olduğu pulu ödəməkdən yayınmaqla təkrar-təkrar qüsur aktları tərtib etmiş və Cavabdeh qarşı öhdəlikləri yerinə yetirilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdir.
27. Digər tərəfdən 2019-cu il 1 iyul tarixli podrat müqaviləsinin özü belə rəsmi müqavilə olsaydı, həmin müqavilədə bu qədər çatışmamazlıqlar və səthi hazırlandığı diqqəti çəkməzdi. Belə ki, müqavilənin tarixi sonradan diyircəkli qələmlə qeyd edilmiş və bu da Cavabdeh dediyi faktlarla üst-üstə düşür hansı ki, Cavabdeh dəfələrlə 2019-cu il 1 iyul tarixli podrat müqaviləsinin çox sonradan əvvəlki tarix yazılaraq iddiaçı tərəfindən onunla məcburi bağlanıldığını bildirmişdir. Bundan başqa podrat müqaviləsini oxuyub araşdırarkən müqavilənin “2.1.1.-ci bəndi”ndə bu müqavilənin “4.1.5-ci bəndinə istinad olunsa da, müqavilədə həmin bəndə rast gəlinmir və bu da öz növbəsində müqavilənin nə dərəcədə doğru və rəsmi olduğuna və hansı şəraitdə, hansı şəkildə bağlandığına şübhələr yaradır. Birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnaməsində adıçəkilən məsələlərə toxunulmamış və həmin məsələlər araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv xahiş edildiyi üçün və kassasiya şikayətinin dəlillərinə uyğun olaraq, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansi yası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaq la, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur....” “Maddə
763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırla...” “Maddə
765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilən in əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.”
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hü quq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini (bax §§ 21-27) aşağıdakı səbəblərdən əsassız hesab edir.
34. Apellyasiya instansiyası məhkə məsinin iş materiallarına əlavə olunmuş iddianın əsaslılığını təsdiq edən kifayət qədər sübutlara obyektiv qiymət verməməsinə, cavabdehə öz tələblərini əsaslandıran dəlilləri, sübutları məhkəməyə təqdim etməyə imkan yaratmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, həmin dəlillər yalnız ümumi xarakterli ifadələrlə göstərildiyindən, konkret şəkildə əsaslandırılmadığından məhkəmə kollegiyası onları formal dəlillər kimi qiymətləndirir.
35. O da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirən cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, iş materiallarından görünür ki, hər hansı üzrlü səbəb gətirmədən həmin iclaslarda iştirak etməmiş, məhkəməyə hər hansı dəlil, sübut təqdim etmə mişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 16 dekabr tarixli qüsur aktı ilə bağlı heç bir fikir bildirməməsinə dair dəlillə bağlı qeyd olunur ki, belə bir aktın mövcudluğu işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Odur ki, həmin sənədə kassasiya şikayətində istinad olunması və bununla bağlı kassasiya məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılması, sənədin kassasiya şikayətinə əlavə olunduğu bildirilsə də, MPM-in 407.2-ci maddəsinin (bax § 32) tələbləri baxımından yolverilməzdir.
37. Mübahisəli 2019-cu il 1 iyul tarixli podrat müqaviləsinin sonradan əvvəlki tarix yazılaraq iddiaçı tərəfindən cavabdehlə məcburi bağlanıldığına dair dəlillə bağlı qeyd olunur ki, cavabdeh tərəfin bununla bağlı işə baxan məhkəmələrə MPM-in 77.1-ci maddəsinin (bax § 32) tələblə rinə (sübutetmə vəzifəsinə) uyğun olaraq, tutarlı dəlillər təqdim etməsi iş materiallarından görünmür.
38. Həmin müqavilənin “2.1.1-ci bəndi”ndə istinad olunan bu müqavilənin “4.1.5-ci bəndi”nə müqavilədə rast gəlinməməsinə dair dəlilə gəldikdə isə qeyd olunur ki, həmin dəlillin həqiqətəuyğun olduğu hətta fərz olunsa belə, məhkəmə kollegiyasının mövqeyinə görə, bu, işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün yetərli əsas hesab oluna bilməz. Belə ki, cavabdeh məhkəmənin iş üzrə gəldiyi yekun nəticəni heç bir tutarlı dəlillə təkzib edə bilməmişdir.
39. Kassasiya şikayətinin digər dəlilləri ilə eyniməzmunlu olan dəlillər isə iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi h əmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə inandırıcı dəlillərlə mübahisələndirə bilməmişdir.
40. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin sözügedən dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 32) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 32) uyğun olaraq qanuni və əsaslı qət namə qəbul etmişdir.
41. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 may tarixli 2-2(103)-516/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 may tarixli 22(103)-516/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.