Məhkəmə qərarları › İş №2-2(102)-538/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-538/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-538/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk və qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə müqaviləsinin ləğvi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin icra edilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilmə si barədə ilk, Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılması və maddi zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 aprel tarixli 2-2(105)-21/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Abşeron rayon DTİ və MHQİ tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə 32 ünvanında yerləşən fərdi yaşayış evi Abşeron rayon İH başçısının 2001-ci il 24 fevral tarixli sərəncamına əsasən Cavabdeh adına mülkiyyət hüququ əsasında 23484 nömrəli ilə reyestrdə qeydə alınmışdır.

2. Cavabdeh 2004-cü il 12 iyun tarixdən ********** saylı VÖEN-lə “Yarmarkaların icarəyə verilməsi üzrə fəaliyyət” istiqaməti üzrə, İddiaçı isə 2012-ci il 12 sentyabr tarixdən ********** saylı VÖEN-lə “Fərdi qaydada bərbər fəaliyyəti” istiqaməti üzrə vergi orqanlarında fərdi sahibkar kimi uçota alınmışdır.

3. İddiaçı 2023-cü il 23 dekabr tarixdə Abşeron RPİ-yə ərizə ilə müraciət edərək Cavabdeh hərəkətləri barədə şikayət etmiş və barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqinin HK-1/13259 nömrəli material üzrə 2024-cü il 4 yanvar tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

4. Abşeron rayon prokurorunun 2024-cü il 10 iyun tarixli qərarı ilə Abşeron RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2024-cü il 4 yanvar tarixli qərarı ləğv edilmişdir. Həmin material üzrə Abşeron rayon prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2024-cü il 13 iyul tarixli qərarı ilə əməldə cinayət tərkibinin olması müəyyən olunmadığından cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

5. Tərəflər arasında bağlanılmış 2023-cü il 29 dekabr tarixli icarə müqaviləsinin 1.1ci və 1.2-ci bəndlərinə əsasən, müqavilə üzrə icərəyə verən (Cavabdeh) ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri 25-ci məhəllədə yerləşən sahəni icarəçiyə (İddiaçı) icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin şərtlərinə əsasən: müqvilə 2 (iki) il müddətinə bağlanılmışdır (2.2); müqavilənin qüvvədə olduğu müddətdə (istənilən uzadılma müddətləri də daxil olmaqla) İcarəçi heç bir fasilə və ya əngəllər olmadan sahədən istifadə etmək hüququna malikdir(3.1.2); Aylıq icarə haqqı 800 (səkkiz yüz) manat təşkil edir (4.1.); icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə İcarəçi tərəfindən icarəyə verənə ödənilməlidir (4.2.); Vergilər və ödənişlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir (5.1.); İcarəçi icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi və rabitə (o cümlədən beynəlxalq rabitə) haqqlarını və digər kommunal xərcləri ödəyir (3.4.1); İcarə haqqı icarəyə verənin şəxsi bank kartına ödəniləcək (6.1.4); icarəyə verən 2 (iki) il müddətində obyekti sata bilməz, obyekti satdığı təqdirdə isə yalnız icarəçiyə sata bilər (6.1.8); İcarəçinin müqavilənin şərtləri gözlənilməklə aparılan fəaliyyətinə maneçilik törətməmək (6.1.2) icarəyə verənin, müqavilənin qüvvədə olduğu müddət ərzində icarə haqqını və digər xərcləri vaxtlı-vaxtında ödəmək (7.1.2) icarəçinin vəzifəsi kimi müəyyən edilmişdir.

6. İddiaçı Cavabdeh İddiaçı qarşı Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə 32 ünavanında yerləşən fərdi evin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən otağının icarəyə verilməsi barədə müqavilə münasibətlərinə xitam verilməsi və ərazinin boşaldılaraq təhvil verilməsi barədə iddia tələbi Abşeron rayon Məhkəməsinin 2024-cü il 24 iyul tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan görünür ki, tərəflər arasında icarə münasibətlərinin olmasını təsdiq edən hər hansı legitim sənəd (icarə müqaviləsi, saziş, razılaşma və s.) təqdim edilmədiyindən hazırki iddia ərizəsi baxılmamış saxlanılmış və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır.

7. Cavabdeh adına olan **********07347abonent kodu üzrə “abunə haqqında məlumat”a əsasən elektrik enerjisindən istifadəyə görə sonuncu ödənişlər 2024-cü il 22 may, 2024-cü il 25 iyun, 2024-cü il 8 iyul, 2024-cü il 15 iyul və 2024-cü il 18 iyul tarixlərinə aiddir, həmin abonent kodu üzrə elektrik enerjisindən istifadəyə görə 39,09 manat məbləğində borc vardır.

8. Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən Abşeron rayon Polis İdarəsinə ünvanlanmış 2024-cü il 26 avqust tarixli 17/7525152/5O nömrəli məktubda ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən otağına elektrik enerj isinin, suyun və internetin kəsilməməsi məsələsinin polis tərəfindən nəzarətdə saxlanılması xahiş edilmişdir.

9. Abşeron rayon Məhkəməsinin 2024-cü il 6 sentyabr tarixli 3(012)-1849/2024 nömrəli qərarına əsasən, Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata həmin Məcəllənin 53.2-ci bəndinə əsasən xitam verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı (bundan sonra-“iddiaçı”) 2024-cü il 14 avqust tarixdə Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 2023-cü il 29 dekabr tarixli icarə müqaviləsinin icra edilməsi, 2023-cü il 29 dekabr tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Xırdala n şəhəri, 25-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən obyektə işığın, qazın, suyun, internetin bərpa edilməsi və kəsilməməsi (dayandırılmaması) öhdəliyinin cavabdehin üzərinə qoyulması, 2023-cü il 29 dekabr tarixli icarə müqaviləsinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində 1000 (min) manat məbləğində maddi ziyanın əvəzinin və iddiaçının hüquqlarının pozulması və iş yerini itirməsi ilə əlaqədar 2000 (iki min) manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il 29 dekabr tarixində Abşeron rayonunun Xırdalan şəhərində iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən, cavabdehə məxsus olan Abşeron rayonu, Xır dalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən obyekt 2 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Həmin icarə müqaviləsini, cavabdehlə yanaşı, onun arvadı Nümayəndə və bacısı Arifə Aslanova da imzalamışdır. Həmin obyekt “Gözəllik salonu” olaraq “Diamond Laser” adı altında fəaliyyət göstərir və ona iddiaçı tərəfindən təxminən 5000 manat məbləğində xərc çəkilmişdir. Aralarında bağlanmış icarə müqaviləsinin 6.1.5ci yarımbəndinə əsasən, icarəyə verən işığı, qazı, suyu və interneti kəsməyəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh və onun ailə üzvləri-arvadı Nümayəndə və qızı İlahə İsmayılova 2024-cü il 24 iyul tarixdə işığı, suyu, interneti kəsərək müqavilə öhdəliyini icra etməmişlər. Bunu etmələrinə səbəb iddiaçını həmin obyektdən çıxarmaq olmuşdur. Cavabdehlə mübahisənin pretenziya qaydasına həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 12. 2024-cü il 18 sentyabr tarixdə iddiaçının nümayəndəsi və vəkili “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış 2023-cü il 29 dekabr tarixli icarə müqaviləsinin icra edilməsi, həmin müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən obyektə işığın, qazın, suyun, internetin bərpa edilməsi və kəsilməməsi (dayandırılmaması) öhdəliyinin cavabdehin üzərinə qoyulması, müqavilənin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində 6.236,66 (altı min iki yüz otuz altı manat, altmış altı qəpik) manat məbləğində maddi ziyanın əvəz inin və iddiaçının hüquqlarının pozulması və iş yerini itirməsi ilə əlaqədar olaraq 4.000 (dörd min) manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində iddiaçının icarə obyektinə çəkdiyi xərcləri tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən icarə obyektinə 1000 manat dəyərində güzgülü mebel, 200 manat dəyərində mebel ayaq altlığı, 200 manat dəyərində pərdə və karniz, 300 manat dəyərində mebel stolu, 500 manat dəyərində mətbəx mebeli, moyka və krant, 200 manat dəyərində “Ariston”, 1500 manat dəyərində “Aukia” markalı kondisioner, 1000 manat dəyərində 7 ədəd kamera, 150 mana t dəyərində jalüz, 100 manat dəyərində 5D aboy, 100 manat dəyərində xidmət stendi, 50 manat dəyərində üzərində “Diamond Lazer” yazılan reklam yazısı və cəmi 150 manat dəyərində olan 2 ədəd göy rəngli çilçıraq alınmış, həmçinin icarə obyektinin giriş qapısında olan “Diamond Lazer” yazılarının və vinillərin dəyəri 600 manat olmaqla müvafiq xərclər çəkilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən icarə müqaviləsinə görə 2024-cü ilin iyul ayında 800 manat ödəniş edilməsinə baxmayaraq, cavabdeh tərəfindən 24 iyul 2024-cü il tarixdə icarə müqaviləsi icra edilməmiş, nəticədə iddiaçının iyul ayı üzrə ödədiyi pul vəsaiti 7 günə münasibətdə qanunsuz olaraq ələ keçirilmişdir. Aylıq ödəniş olan 800 manatın bir ayın bir gününə nisbəti 26,60 manat, 7 günə isə 186,66 manat təşkil edir. Bununla da iddiaçıya ümumilikdə 6236,66 manat dəyərində ziyan dəymişdir. Bundan savayı, cavabdehin hüquqazidd əməlləri nəticəsində icarə müqaviləsinin icrasız qalması nəticəsində cavabdehə 4000 manat məbləğində mənəvi zərər dəymişdir.

14. Cavabdeh 2024-cü il 21 avqust tarixində məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın rədd edilməsi, cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, M.Hüseynzadə küçəsi, 32 saylı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən bir otağın iddiaçıya icarəyə verilməsinə dair tərəflər arasında bağlanmış 2023-cü il 29 dekabr tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyd olunan əmlakın iddiaçının qanunsuz sahibliyindən geri alınması və onun bu əmlakdan çıxarılması, iddiaçıdan maddi ziyanın əvəzi olaraq 6400 manat məbləğində pulun qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçının icra edilməsini tələb etdiyi icarə müqaviləsi notarial qaydada təsdiq edilmədiyindən qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sözügedən müqavilə notarial qaydada təsdiq edilmədiyindən iddiaçının bu əmlak üzərində hər hansı hüququ, o cümlədən sahiblik və istifadə hüquqları yoxdur. İddianın maddi və mənəvi hissəsi ilə bağlı hissəsində isə iddiaçıya heç bir maddi və mənəvi ziyan vurulmamış və ondan müqavilə tələbi üzrə öhdəliyə vaxtında və düzgün əməl etməsi tələb edilmişdir. Bundan savayı, iddiaçı kommunal ödənişləri ödəməmiş, icarə obyektində yüksəs səslə gülüb-danışaraq ətrafda narazılıqlar yaratmışdır. İddiaçı cavabdehə məxsus əmlakı qanunsuz olaraq 8 aydır ki, bağlı saxladığına görə aylıq icarə haqqının məbləği ilə hesablandıqda, ona 6400 manat məbləğində ziyan vurmuşdur. 16. 2024-cü il 4 oktyabr tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İddiaçı təxminən 2 ildir ki, tanıyır, yaxın rəfiqədirlər, onunla qohumluğu yoxdur. Cavabdeh və onun arvadı Nümayəndə icarə obyektinə gələndə görmüşdür, onlarla düşmənçiliyi və ya ədavəti yoxdur. İddiaçı mübahisəli obyekti təxminən 2 il əvvəl icarəyə götürmüşdür, evinin yaxınlığında yerləşdiyi üçün obyektə teztez gedir. İddiaçının 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar ayları üzrə icarə haqqını cavabdehə ödədiyinin şahidi olmuşdur. Belə ki, o, iddiaçının əlbəəl cavabdehə pul verdiyini görmüş, lakin bunun ikiaylıq icarə haqqı olub-olmadığını bilmir. 2024-cü ilin sentyabr ayının 19-dan sonra da həmin obyektdə olmuş və o obyektdə olduğu zaman işıq və su verilməsi tez-tez kəsilmişdir. İcarə münasibətləri dövründə iddiaçının cavabdehə hansısa borcu olmamışdır. Tərəflərin arasında olan şəxsi mübahisələrə görə Anar icarə obyektinin işıqlarını söndürmüş, hətta iddiaçının obyektdə işləməsinə icazə verməyəcəyini bildirmişdir. Aralarındakı mübahisənin səbəbinin konkret olaraq nə olduğu barədə məlumata malik olmasa da, o, həmin obyektə gedəndə dəfələrlə Anar, onun arvadı obyektə daxil olaraq iddiaçını təh qir etmiş, obyektə işığın, suyun verilməsini dayandırmışlar. İddiaçı isə buna cavab olaraq məhkəməyə müraciət edəcəyini bildirirdi. İcarə obyekti 2 ay olar ki, obyekt fəaliyyət göstərə bilmir, 1 ay tam olaraq fəaliyyət göstərə bilməmişdir. Digər vaxtlarda obyektə işıqların, suyun verilməsi dayandırılmış, obyektin işləməsinə maneələr yaradılmışdır.

17. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 7 oktyabr tarixli e-2-2(119)1479/2024 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2023-cü il 29 dekabr tarixli icarə müqaviləsinin icra edilməsi, həmin icarə müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən icarə obyektinə elektrik enerjisinin, qazın, suyun, internetin verilməsinin bərpa edilməsi, o cümlədən elektrik enerjisinin, qazın, suyun, internetin verilməsinin kəsilməməsi (dayandırılmaması) öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, cavabdehin iddiaçıya qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim F.Həmidli).

18. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilib ilkin iddia ərizəsinin təmin edilən hissədə ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya k ollegiyasının 2025-ci il 18 aprel tarixli 2-2(105)-21/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 7 oktyabr tarixli e-2-2(119)1479/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, ilk iddia ərizəsinin mübahisələndirilən hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə dair dair bağlanmış 2023-cü il 29 dekabr tarixli icarə müqaviləsinin ləğv edilməsi və iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsindən çıxarılması, iddiaçıdan 1600 manatın tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilm əməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər V.Hacıyev və M.Hüseynov).

20. Apellyasiya instansiyası məhkəməsi MPM-in 372.6-cı maddəsinə istinadla apellyasiya baxışının hədlərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunan hissəsində və qarşılıqlı iddianın rədd olunan hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

21. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, qeyd etmişdir ki, cavabdeh iddiaçıya qarşı obyektə və kommunal xidmətlərdən istifadəyə görə ödənişlər etməməsi səbəbindən müqavilə münasibətlərinə xitam verilməsi və ərazinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə 2024-cü il 10 iyun tarixdə müraciət etmişdir. Həmin işdə iddiaçının nümayəndəsi iddianı qəbul etməmiş, cavabdehin iş materiallarına heç bir müqavilə əlavə etmədiyini bildirmiş, iddia ərizəsi də qeyd edilən əsasla baxılmamış saxlanılmışdır. Bundan əlavə, Abşeron rayon prokurorluğunun icraatında olmuş 176-c-24 saylı material üzrə tərəflərin izahatları ilə tərəflər arasında icarə müqaviləsi əsasında mövcud olmuş hüquq münasibətləri üzrə onlar arasında müəyyən müddət davam etmiş şəxsi münasibətlərin pozulması səbəbindən artıq ən azı 2023-cü ilin dekabr ayından mübahisələrin yaranması müəyyən olunur.

22. Məhkəmə qarşılıqlı iddianın icarə müqaviləsinin ləğv edilməsinin əsası kimi, həmin icarə müqaviləsinin Mülki Məcəllənin tələblərinə zidd olaraq notarial qaydada bağlanm aması səbəbindən ləğv edilməli olması, habelə hədə təsiri altında bağlanması səbəbindən etibarsız sayılması ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, Mülki Məcəllənin əqdlərin formasına dair tələbləri, o cümlədən icarə münasibətlərini tənzimləyən müvafiq normaları icarə müqaviləsinin mütləq notarial qaydada bağlanması tələbini nəzərdə tutmur. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçının təsvir etdiyi şəraitdə müvafiq icarə müqaviləsinin bağlanması əqdi bağlamağa məcbur etmə səbəbindən əqdin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 339.4-cü maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinə uyğun gəlmədiyindən, qeyd edilən dəlillər üzrə əlavə araşdırma aparılmasını zəruri hesab etməmişdir.

23. Qarşılıqlı iddianın icarə müqaviləsi üzrə iddiaçının müqavilədən irəli gələn öhdəliklərinə riayət etməməsi, yəni icarə haqlarını, kommunal ödənişləri tam ödəməməsi, o cümlədən icarə obyektində səs-küyə səbəb olmaqla ətrafdakıların narazılığına səbəb olması səbəbindən icarə müqaviləsinin ləğv edilməli olması ilə bağlı dəlillərini əsassız hesab edən birinci instansiya məhkəməsi nəticəyə gələrkən şahid qismində dindirilmiş Şahid ifadəsini mötəbər sübut kimi qəbul etmişdir.

24. Cavabdeh tərəf apellyasiya şikayətində Şahid iddiaçının işçisi olması və ziddiyyətli ifadələr verməsi əsası ilə sübut kimi onun ifadəsinin mötəbərliyini mübahisələndirmişdir.

25. İddiaçı Şahid onun yanında işlədiyini, hətta əvvəllər uşaqlarının dayəsi olduğunu bildirmiş, lakin düzgün ifadə verdiyini, həqiqətən 2023-cü ilin dekabr, 2024-cü ilin isə yanvar ayları üçün icarə haqlarını məhz Şahid y anında Cavabdeh ödədiyini təkrar etmişdir.

26. Qeyd edilən zidiyyətlərin araşdırılması məqsədi ilə apellyasiya baxışı zamanı Şahid qismində təkrar dindirilməsi üçün məhkəmə iclasına dəvət edilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş, bu səbəbdən onun birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadənin video yazısına tərəflərin iştirakı ilə baxış keçirilmişdir.

27. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, şahidin verdiyi ifadələr onun yazılı izahatından fərqli, öz-özlüyündə ziddiyyətli olmuşdur. Belə ki, şahid sualları cavablandıraraq icarə haqları ilə bağlı aşağıdakıları bildirmişdir: “...Anar müəllimə pul verdi. Dekabr, yanvar aylarında. 2 aylıq olduğunu bilmirəm. 800 manat pul verdi. İcarə haqqı 800 manat idi. Yanvar, dekabr ayları üçün olduğunu bilmirəm. Birdəfəliik, yoxsa i ki dəfəyə verildiyini bilmirəm. 1 dəfə verib mənim yanımda. 800 manat verildiyini də bilmirəm. Arenda almağa gəlib. Pul verdiyini görmüşəm, 800 manat olduğunu bilmirəm...”.

28. Apellyasiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, şahid ilk öncə 2 ayın icarə haqqının dekabr və yanvar ayları üçün icarəyəverənə verildiyini qeyd etsə də, daha sonra məhz 2 aylıq icarə haqqı olub-olmadığını bilmədiyini, 800 manat pul verildiyini, icarə haqqının 800 manat təşkil etdiyini, lakin verilmiş pulun 800 manat olub-olmadığı, hansı aylar üzrə olduğunun bilmədiyini demişdir. Beləliklə, şahid verdiyi ifadələrdə şahidlik etdiyi şəraiti əminlik təəssüratı ilə təsvir etməmiş, təkrar ifadəsinin alınması üçün isə məhkəmə kollegiyasının baxış iclasına çağırılsa da, üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etməm işdir.

29. Birinci instansiya məhkəməsi isə yalnız ilk iddia üzrə iddiaçının izahatına və iddiaçı tərəfin dəvət etdiyi şahid ifadəsinə istinad etməklə işin həmin halını sübut olunmuş hesab etmişdir.

30. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

31. Tərəflər arasında bağlanmış i carə müqaviləsinin 6.1.4-cü bəndində icarə haqqının icarəyə verənin şəxsi bank kartına ödənilməsi şərti tərəflər arasında razılaşdırılmışdır. İş materiallarından göründüyü kimi, iddiaçı həm yazılı icarə müqaviləsinədək aralarında olan şifahi icarə müqaviləsi üzrə icarə haqlarının, həm də 2024-cü ilin fevral ayından sonrakı mübahisələndirilməyən dövrlər üzrə icarə haqlarının və kommunal xidmətlərin haqlarının ödənilməsini təsdiq edən əsas sübut növlərindən biri kimi cavabdehlə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə yazışmalarına istinad etmiş, Cavabdeh da həmin yazışmaların mötəbərliyini mübahisələndirməmişdir.

32. Birinci instansiya məhkəməsinə təqdim edilmiş müvafiq yazışmalarda müxtəlif tarixlər üzrə ödənişlərin Cavabdeh təqdim etdiyi (şəklini göndərdiyi) karta edilməsi və ödəniş barədə məlumatın da Cavabdeh göndərilməsi öz əksini tapmışdır. Həmin ödənişlərin tarixi və məbləği iddiaçının təqdim etdiyi bank hesabından çıxarışın (iş vərəqi 87-99) tarixləri ilə də üst-üstə düşür. Lakin həmin yazışmalarda qarşılıqlı iddia üzrə iddiaçının icarə müqaviləsinin ləğv edilməsi üçün əsas kimi göstərdiyi icarə haqlarının ödənilmədiyi 2023-cü ilin dekabr, 2024-cü ilin isə yanvar ayları üçün məlumatlar mövcud deyildir.

33. Bununla yanaşı, qarşılıqlı iddiaçı iddia ərizəsində icarə haqları üzrə ödənişlərin “WhatsApp” vasitəsilə qarşı tərəfdən tələb olunması zamanı təhdid olunması ilə bağlı yazışmaları da məhkəməyə təqdim etmişdir.

34. Məhkəmə tərəflərin münaqişəli vəziyyətində həmin telefonun salonda tək onun tərəfindən işlədilməməsi, həmin yazının başqa şəxs tərəfindən göndərilməsi bar ədə iddiaçının dəlillərini inandırıcı hesab etməməmiş və qeyd etmişdir ki, tərəflər arasında çoxsaylı gərgin yazışmalar olduğu vaxtda, yalnız onlar arasında olan bu münasibət çərçivəsində icarəyəverənə başqası tərəfindən həmin yazının göndərilməsi ağlabatan, məntiqli deyildir.

35. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında mübahisə yaranmazdan öncə və sonra ödənişlər kart vasitəsilə edildiyi halda, müqavilə bağlanıldığı 2023-cü ilin dekabr ayı üçün və ondan sonrakı ay üzrə ödənişlərin fərqli qaydada - əlbəəl edilməsinin apellyasiya şikayətində qeyd edildiyi kimi-tərəflər arasında gərgin şəxsi münasibətlər olan bir vəziyyətdə hansı zərurətdən irəli gəlməsi iddiaçı tərəfindən əsaslandırılmamış, yalnız Şahid verdiyi ifadəyə əsaslanaraq məhkəmənin gəldiyi nəticə isə işin hallarına uyğun olmam ışdır.

36. Göründüyü kimi, icarəçinin borcu əlbəəl ödəməsini israr etməsi ilə bağlı davranışı həm tərəflər arasında formalaşmış işgüzar praktika ilə bağlı onun əvvəlki rəftarına, həm də tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmadığından, hüquqdan sui-istifadə kimi qiymətləndirilməli, qarşılıqlı iddia üzrə iddiaçının iki ay üzrə yaranmış borcu tələb etməsi isə əsaslı hesab edilməlidir.

37. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı işin həmin halına istinad edərək, cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yəni iki ardıcıl müddət üçün icarə haqqını vaxtında ödəməməsini əsas gətirərək müqavilənin ləğvini tələb etməkdə haqlı olmuşdur.

38. İddiaçı məhz qarşı tərəfin (icarəçinin) müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsini iddia etməklə, müqavilə münasibətlərinə xitam verilməsini istəyir.

39. Qarşılıqlı iddiaçı 2024-cü ilin mart ayının sonunda olan yazışmada ilk iddiaçıdan əvvəlki 2 ay üçün ödənişi tələb etmiş, ödəniş aparılmadığından 2024-cü ilin iyun ayında iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə məhkəmə iclasında iddiaçı Cavabdeh nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, müqavilənin hər 2 nüsxəsi may ayında imzalanmaq üçün cavabdehə verilmiş, cavabdeh isə vergi orqanına müraciət etməmişdir. İş üzrə cavabdeh İddiaçı vəkili isə bildirmişdir ki, iddianı qəbul etmirlər, müqavilənin nüsxəsi hər iki tərəfdə olmalıdır, iddiaçı iş materiallarına müqavilə əlavə etməmişdir. Abşeron Rayon Məhkəməsinin 2024-cü il 24 iyul tarixli qərardadı ilə iddia ərizəsi tərəflər arasında icarə münasibətl ərinin olmasını təsdiq edən hər hansı sənədin olmaması əsası ilə baxılmamış saxlanılmışdır.

40. Hazırki iş üzrə birinci instansiya məhkəməsində qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi bildirmişdir ki, müqavilənin olmaması əsası ilə qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsi dayandırılmış, cavabdehin qeyri-yaşayış sahəsindən çıxması tələb olunmuş, yalnız bundan sonra cavabdeh müqaviləni və digər sənədləri iddia ərizəsi ilə birgə Sumqayıt Kommersiya Məhkəməsinə təqdim edərək hazırki ilk iddianı qaldırmışdır (2024-cü il 3 sentyabr tarixli iclas protokolu, səh. 60).

41. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında işin bu hallarını ilk iddia üzrə iddiaçı özü də təsdiq etmişdir.

42. Beləliklə iş materiallarından müəyyən edilmişdir ki, tərəflər arasında şifahi ica rə münasibətlərinin davam etdiyi dövrdə şəxsi münasibətlər zəminində gərginliklər yaranmış, bundan sonra tərəflər arasında 2023-cü il 29 dekabr tarixdə yazılı müqavilə bağlanmışdır. Belə ki, birinci instansiya məhkəməsinin iclaslarında ilk iddia üzrə iddiaçının nümayəndəsi bildirmişdir ki, “...iddiaçıya qarşı edilmiş zorakı hərəkətlər nəticəsində 2023-cü il 23 dekabr tarixdə iddiaçı müvafiq polis orqanına cavabdehdən şikayət etmişdir. Cavabdeh iddiaçıya “müqaviləni bağlamağa razıyam, bunun qarşılığında sən də şikayəti geri götürməlisən” kimi təkliflər etmişdir. Cavabdeh müqaviləni bağlamış, lakin iddiaçı haqlı olaraq şikayəti geri götürməmişdir...” (2024-cü il 3 sentyabr tarixli iclas protokolu, səh. 60).

43. Bundan əlavə, ilk iddia üzrə iddiaçının nümayəndəsi digər izahatında bildirmişdir ki, “...tərəflər arasında olan münasibətlər icarə münasibətlərindən tamamilə kənarlaşmış, şəxsi düşmənçilik xarakteri almışdır. Abşeron rayon Polis bölməsinin icratında tərəflər arasında olan mübahisələrə dair 20-dən çox şikayət var” (2024-cü il 4 oktyabr tarixli iclas protokolu, səh. 112).

44. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən icarə haqqının 2 ay ardıcıl ödənilməməsi öz təsdiqini tapdığından qarşılıqlı iddia üzrə müqavilənin ləğv edilməsi və əmlakdan çıxarılması ilə bağlı tələbində haqlı olması qənaətinə gələrkən eyni zamanda tərəflər arasında mülki hüquqi müqavilə əsasında yaranmış hüquq münasibətlərinin sonradan şəxsi münasibətlərin pozulması səbəbindən artıq davam etdirilməsinin qeyrimümkünlüyü və hətta digər arzuolunmaz nəticələrə səbəb ola biləcəyi ilə bağlı işin fak itiki hallarını, qarşılıqlı iddia üzrə cavabdehin müqavilənin icrası və mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi ilə bağlı davranışını da nəzərə almışdır.

45. Qarşılıqlı iddia üzrə iddiaçının vurulmuş 6400 manat məbləğində ziyan tələbi ilə bağlı kollegiya belə nəticəyə gəlmişdir ki, 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayları üzrə hər ay üçün müəyyən edilmiş 800 manat olmaqla cəmi 1600 manat icarə haqqı tələbinə dair hissədə öz təsdiqini tapdığından həmin hissədə qismən təmin olunmalıdır.

46. Məhkəmə 2024-cü ilin avqust və sentyabr aylarının icarə haqlarına münasibətdə isə hesab etmişdir ki, Mülki Məcəllənin 677.1.1-ci maddəsinin tələblərinə əsasən həmin dövrlər üzrə icarə obyektindən iddiaçının müqavilə üzrə nəzərdə tutulmuş şərtlər daxilində istifadəsinə maneçiliklər yarad ılması Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 6 avqust tarixli e-16(119)-68/2024 nömrəli və 2024-cü il 16 avqust tarixli e-16(119)-70/2024 nömrəli qərardadları, eyni zamanda tərəflərin izahatları və yuxarıda istinad olunan digər sübutlarla təsdiqini tapdığından icarəçi həmin dövrlər üçün icarə haqqını ödəməkdən azad edilməlidir.

47. Qarşılıqlı iddia üzrə iddia tələbinin kommunal xidmətlərə görə ödənilməmiş borclara dair hissəsinə gəldikdə isə qarşılıqlı iddiaçı bu borcların məbləği və məhz cavabdeh tərəfindən istifadə edilmiş kommunal xidmətlərlə bağlı olmasına dair konkret mötəbər sübutlar təqdim edə biləmişdir

48. Müqavilənin ləğv olunma tarixi ilə bağlı kollegiya qeyd etmişdir ki, icarə obyekti hazırda qarşılıqlı iddia üzrə iddiaçının istifadəsindədir və o mübahisəli dövrlərdən son rakı dövrlər üzrə icarə haqlarını ödədiyindən tərəflər arasında icarə münasibətləri faktiki olaraq davam etdiyindən müqavilə hazırki qərarın qüvvəyə mindiyi andan ləğv edilmiş hesab edilməlidir.

49. Məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia icarə müqaviləsinin ləğv edilməsi və qarşılıqlı iddia üzrə cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində təmin edilməli olduğundan ilk iddia mübahisələndirilən hissədə təmin edilə bilməz. İlk iddianın vurulmuş maddi və mənəvi zərərə dair təmin olunmamış hissəsi isə mübahisələndirilmədiyindən hazırkı məhkəmə baxışının predmeti deyildir. Bununla belə, Mülki Məcəllənin 681-ci maddəsinə əsasən iddiaçının icarəçi kimi icarə obyektinə əlavə etdiyi mebel, avadanlıq və digər qurğuları götürmək hüququ vardır.

50. Məhkəmə gəldiyi nəticəni MM-in 398.1, 398.2, 398.3, 442, 448.1, 448.2, 560, 685.2.1, 700.1, 700.2, 700.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

51. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddia ərizəsinin təmin edilməsi və qarşılıqlı iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

52. MM-in 385.1, 404.2 və 685.2.1-ci maddələri üzrə - kirayəçinin iddi asına görə 2023-cü ilin dekabr 2024-cü ilin yanvar ayının kirayə haqqı verilməmişdir. Lakin kirayə verən bilirdi ki, o iki ay nağd şəkildə ödənilib. Bu hal bir daha 2 ay ərzində kirayə haqqının ödənilməməsi ilə bağlı məhkəmənin mövqeyinə əsaslı şübhələr salır. İş üzrə Şahid izahatında aydın şəkildə kirayə verənə iddia olunan iki ay üçün (dekabr-yanvar) kirayə haqqının ödənildiyi bildirilmişdir.

53. Bundan əlavə, məhkəmənin tərəflər arasında bağlanmış 2023-cü il 29 dekabr tarixli müqavilə üzrə 2 ay ərzində ödənişin olmamasına istinad etməsi isə anlaşılmazdır. Belə ki, 2023-cü il 29 dekabr tarixdən, yəni müqavilə münasibətləri yarandığı tarixdən icarə müqaviləsi üçün fevral ayında ödənişin ödənildiyi işin mübahisəsiz halıdır. Yəni, 2023-cü il 29 dekabr tarixdən 2024-cü il 31 yanvar tarix ara lığına kimi olan müqavilə zəmnində olan icarə münasibətləri 2 ay kimi qiymətləndirilə bilməzdir.

54. MPM-in 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələri üzrə - kirayəçi kirayə verəndən rəsmi şikayət etdiyi üçün məhkəmə, tərəflər arasındakı müqavilənin guya hədəqorxu ilə bağlanması qənaətinə gəlmişdir. Lakin bu barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

56. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

57. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiya sı məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

58. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilm əsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər is ə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;...” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri … 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə;...” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”

59. M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir: “... vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır....”

60. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nə zərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tər əfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəli llərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir.

63. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

64. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 aprel tarixli 2-2(105)-21/2025 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar