Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-21/2025 18.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə İddiaçı, onun vəkili Vəkil4, ik iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil3, nümayəndəsi Nümayəndə Oktay qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin icra edilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə və cavabdehin iddiaçıya qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılması və maddi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2-2(119)-1479/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İşin halları
1. Abşeron rayon DTİ və MHQİ tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə 32 ünvanında yerləşən fərdi yaşayış evi Abşeron rayon İH başçısının xx.xx.2001-ci il tarixli sərəncamına əsasən Cavabdeh adına mülkiyyət hüququ əsasında 23484 № ilə reyesterdə qeydə alınmışdır.
2. Cavabdeh xx.xx.2004-cü il tarixdən ********** saylı VÖEN-lə “Yarmarkaların icarəyə verilməsi üzrə fəaliyyət” istiqaməti üzrə, İddiaçı isə xx.xx.2012-ci il tarixdən ********** saylı VÖEN-lə “Fərdi qaydada bərbər fəaliyyəti” istiqaməti üzrə vergi orqanlarında fərdi sahibkar kimi uçota alınıblar.
3. İddiaçı xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-yə ərizə ilə müraciət edərək Cavabdeh 2023-cü ilin aprel ayında ona zor tətbiq etməklə və şantaj edərək məcburən cinsi əlaqəda olması barədə şikayət etmiş və barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir.
4. Tərəflər arsında bağlanılmış 29 dekabr 2023-cü il tarixli icarə müqaviləsinin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, müqavilə üzrə icərəyə verən (Cavabdeh) ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri 25-ci məhəllədə yerləşən sahəni icarəçiyə (İddiaçı) icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin şərtlərinə əsasən: müqvilə 2 (iki) il müddətinə bağlanılmışdır (2.2); müqavilənin qüvvədə olduğu müddətdə (istənilən uzadılma müddətləri də daxil olmaqla) İcarəçi heç bir fasilə və ya əngəllər olmadan sahədən istifadə etmək hüququna malikdir(3.1.2); Aylıq icarə haqqı 800 (səkkiz yüz) manat təşkil edir (4.1.); icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə İcarəçi tərəfindən icarəyə verənə ödənilməlidir (4.2.); Vergilər və ödənişlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir (5.1.); İcarəçi icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi və rabitə (o cümlədən beynəlxalq rabitə) haqqlarını və digər kommunal xərcləri ödəyir (3.4.1); İcarə haqqı icarəyə verənin şəxsi bank kartına ödəniləcək (6.1.4); icarəyə verən 2 (iki) il müddətində obyekti sata bilməz, obyekti satdığı təqdirdə isə yalnız icarəçiyə sata bilər (6.1.8); İcarəçinin müqavilənin şərtləri gözlənilməklə aparılan fəaliyyətinə maneçilik törətməmək (6.1.2) icarəyə verənin, müqavilənin qüvvədə olduğu müddət ərzində icarə haqqını və digər xərcləri vaxtlı-vaxtında ödəmək (7.1.2) icarəçinin vəzifəsi kimi müəyyən edilmişdir.
5. Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqinin HK-1/13259 nömrəli material üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
6. Abşeron rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarı ilə Abşeron RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Həmin material üzrə Abşeron rayon prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə əməldə cinayət tərkibinin olması müəyyən olunmadığından cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
7. Cavabdeh İddiaçı qarşı 2024-cü ilin iyun ayında iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə 32 ünavanında yerləşən fərdi evin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən otağının icarəyə verilməsi barədə müqavilə münasibətlərinə xitam verilməsini və ərazinin boşaldılaraq təhvil verilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, “...Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, M.Hüseynzadə küçəsi 32 ünvanında yerləşən fərdi evin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən bir otağını İddiaçı Pəhilvan qızının icarəsinə vermişdir. Aralarında rəsmi müqavilə bağlanmasa da, münasibətləri icra müqaviləsindən irəli gələn mübahisələrdəndir. Cavabdehlə arasında yaranmış qeyri-etik münasibətlər, eləcə də cavabdehin istifadəsinə (icarəsinə) götürdüyü obyektə görə ödənişlər etməməsi, obyektə çəkilmiş kommunal (işıq, su və sair) xidmətlərdən istifadəyə görə ödənişlər etməməsi səbəbindən borcların yığılması cavabdehlə icarə münasibətlərinin davam etdirilməsini mümüküsüz edir. Ona görə də cavabdehlə icarə müqaviləsi münasibətlərini ləğv etdirmək qərarına gəlmişdir.” İddia ərizəsi xx.xx.2024-cü il tarixli qərardadla icraata götürülərək məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Həmin iclasda tərəflər nümayəndələri vasitəsi ilə təmsil olunmuşlar. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardadda göstərilir ki, “...tərəflər arasında icarə münasibətlərinin olmasını təsdiq edən hər hansı legitim sənəd (icarə müqaviləsi, saziş, razılaşma və s.) təqdim edilmədiyindən hazırki iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.”
8. Sumqayıt Kommersiya Məhkəməsinin 06 avqust 2024-cü il tarixli e-16(119)- 68/2024 nömrəli qərardadı ilə İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri tətbiqinə dair ərizəsi qismən təmin edilərək Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, M.Hüseynzadə küçəsi 32 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə elektrik enerjisinin, suyun və internetin verilməsinin dayandırılması Cavabdeh qadağan edilmişdir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli e-16(119)- 70/2024 nömrəli qərardadı ilə qeyd edilən obyektə elektrik enerjisinin, suyun və internetin verilməsinin Cavabdeh tərəfindən bərpa edilməsi, o cümlədən İddiaçı tərəfindən bərpa edilməsinin müvafiq səlahiyyətli orqanların məsul şəxslərinin iştiraklarının təmin edilməsi şərtilə həyata keçirilməsi qərara alınmışdır.
10. Şahid iddiaçının nümayəndəsinə ünvanlanmış 02 sentyabr 2024-cü il tarixli izahatında qeyd etmişdir ki, İddiaçı tərəfindən onun iştirakı ilə Cavabdeh xx.xx.2023-cü il tarixində, yanvar ayının icarə haqqı xx.xx.2024-cü il tarixdə onun yanında nağd qaydada verilmişdir. X4 iddiaçının nümayəndəsinə verdiyi 02 sentyabr 2024-cü il tarixli izahatı Şahid izahatı ilə eyni məzmunludur.
11. İddiaçının və digər iki nəfər şəxsin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın məzmunu ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə saat 09:00-da iş yerinə gələrkən Cavabdeh və onun həyat yoldaşı Nümayəndə tərəfindən işığın və suyun kəsildiyini görmüşdür. İcra məmurları ilə əlaqə saxlamış və onların köməyi ilə işıq və su saat 11:30-da bərpa edilmişdir. Buna baxmayaraq Nümayəndə həmin gün saat 14:40-da yenidən gələrək işığın və suyun verilməsini kəsmişdir. O, 2 saatdan sonra bərpa etdirmişdir. Bunlar obyektin təhlükəsizlik kameralarının, o cümlədən şəxsi telefonu ilə çəkdiyi videogörüntülərlə sübut edilə bilər.
12. İddiaçının və digər iki nəfər şəxsin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın məzmunu ilə məyyən edilir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı və aktın tərtibində iştirak edən şəxslər icarə obyektində olarkən saat 12:00-da Cavabdeh elektrik xəttini kəsmişdir. O, usta çağıraraq 30 dəqiqə sonra işığı bərpa etdirmiş və bu barədə icra məmuruna məlumat vermişdir. Həmin gün saat 15:20-də cavabdeh yenidən işığı kəsmiş və bərpa etməyə qoymamışdır. O, yenidən usta çağıraraq saat 16:34-də işığı bərpa etdirmiş və icra məmuruna bu barədə məlumat vermişdir. Bunları video və şəkillərlə sübut edə bilər. xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və 27 avqust 2024-cü il tarixli ilk iddiaçı və digər şəxslərin iştirakı ilə oxşar məzmunlu aktlar tərtib edilmişdir.
13. Cavabdeh adına olan **********07347abonent kodu üzrə “abunə haqqında məlumat”a əsasən elektrik enerjisindən istifadəyə görə sonuncu ödənişlərin xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərinə aiddir, həmin abonent kodu üzrə elektrik enerjisindən istifadəyə görə 39,09 manat məbləğində borc vardır.
14. Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən Abşeron rayon Polis İdarəsinə ünvanlanmış 26 avqust 2024-cü il tarixli, 17/7525152/5O nömrəli məktubda ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən otağına elektrik enerjisinin, suyun və internetin kəsilməməsi məsələsinin polis tərəfindən nəzarətdə saxlanılması xahiş edilmişdir.
15. Abşeron Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli 3(012)-1849/2024 nömrəli qərarına əsasən, Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata həmin Məcəllənin 53.2-ci bəndinə əsasən xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 dekabr 2023-cü il tarixli icarə müqaviləsinin icra edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən obyektə işığın, qazın, suyun, internetin bərpa edilməsi və kəsilməməsi (dayandırılmaması) öhdəliyinin Cavabdeh üzərinə qoyulması, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin Cavabdeh tərəfindən icra edilməməsi nəticəsində 1000 (min) manat məbləğində maddi ziyanın əvəzinin və iddiaçının hüquqlarının pozulması və iş yerini itirməsi ilə əlaqədar 2000 (iki min) manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən, cavabdehə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyriyaşayış sahəsi kimi fəaliyyət göstərən obyekt 2 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Həmin icarə müqaviləsini, cavabdehlə yanaşı, onun arvadı Nümayəndə və bacısı Arifə Aslanova da imzalamışdır. Həmin obyekt “Gözəllik salonu” olaraq “Diamond Laser” adı altında fəaliyyət göstərir və ona iddiaçı tərəfindən təxminən 5000 manat məbləğində xərc çəkilmişdir. Aralarında bağlanmış icarə müqaviləsinin 6.1.5ci yarımbəndinə əsasən, icarəyə verən işığı, qazı, suyu və interneti kəsməyəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh və onun ailə üzvləri-arvadı Nümayəndə və qızı İlahə İsmayılova 24 iyul 2024-cü il tarixdə işığı, suyu, interneti kəsərək müqavilə öhdəliyini icra etməmişlər. Bunu etmələrinə səbəb iddiaçını həmin obyektdən çıxarmaq olmuşdur. Cavabdehlə mübahisənin pretenziya qaydasına həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
18. 18.09.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin icra edilməsi, həmin müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən obyektə işığın, qazın, suyun, internetin bərpa edilməsi və kəsilməməsi (dayandırılmaması) öhdəliyinin cavabdehin üzərinə qoyulması, müqavilənin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində 6236,66 (altı min iki yüz otuz altı manat, altmış altı qəpik) manat məbləğində maddi ziyanın əvəzinin və iddiaçının hüquqlarının pozulması və iş yerini itirməsi ilə əlaqədar olaraq 4000 (dörd min) manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində iddiaçının icarə obyektinə çəkdiyi xərcləri tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən icarə obyektinə 1000 manat dəyərində güzgülü mebel, 200 manat dəyərində mebel ayaq altlığı, 200 manat dəyərində pərdə və karniz, 300 manat dəyərində mebel stolu, 500 manat dəyərində mətbəx mebeli, moyka və krant, 200 manat dəyərində “Ariston”, 1500 manat dəyərində “Aukia” markalı kondisioner, 1000 manat dəyərində 7 ədəd kamera, 150 manat dəyərində jalüz, 100 manat dəyərində 5D aboy, 100 manat dəyərində xidmət stendi, 50 manat dəyərində üzərində “Diamond Lazer” yazılan reklam yazısı və cəmi 150 manat dəyərində olan 2 ədəd göy rəngli çilçıraq alınmış, həmçinin icarə obyektinin giriş qapısında olan “Diamond Lazer” yazılarının və vinillərin dəyəri 600 manat olmaqla müvafiq xərclər çəkilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən icarə müqaviləsinə görə 2024-cü ilin iyul ayında 800 manat ödəniş edilməsinə baxmayaraq, cavabdeh tərəfindən 24 iyul 2024-cü il tarixdə icarə müqaviləsi icra edilməmiş, nəticədə iddiaçının iyul ayı üzrə ödədiyi pul vəsaiti 7 günə münasibətdə qanunsuz olaraq ələ keçirilmişdir. Aylıq ödəniş olan 800 manatın bir ayın bir gününə nisbəti 26,60 manat, 7 günə isə 186,66 manat təşkil edir. Bununla da iddiaçıya ümumilikdə 6236,66 manat dəyərində ziyan dəymişdir. Bundan savayı, cavabdehin hüquqazidd əməlləri nəticəsində icarə müqaviləsinin icrasız qalması nəticəsində cavabdehə 4000 manat məbləğində mənəvi zərər dəymişdir.
19. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın rədd edilməsi, cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, M.Hüseynzadə küçəsi, 32 saylı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən bir otağın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı icarəyə verilməsinə dair tərəflər arasında bağlanmış 29 dekabr 2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyd olunan əmlakın qarşılıqlı iddia üzrə cavabdeh X2 qanunsuz sahibliyindən geri alınması və onun bu əmlakdan çıxarılması, İddiaçı maddi ziyanın əvəzi olaraq 6400 manat məbləğində pulun qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsi üzrə İddiaçı icra edilməsini tələb etdiyi icarə müqaviləsi notarial qaydada təsdiq edilmədiyindən qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sözügedən müqavilə notarial qaydada təsdiq edilmədiyindən İddiaçı bu əmlak üzərində hər hansı hüququ, o cümlədən sahiblik və istifadə hüquqları yoxdur. İddianın maddi və mənəvi hissəsi ilə bağlı hissəsində isə cavabdehə (ilkin iddia üzrə iddiaçıya) heç bir maddi və mənəvi ziyan vurulmamış və ondan müqavilə tələbi üzrə öhdəliyə vaxtında və düzgün əməl etməsi tələb edilmişdir. Bundan savayı, iddiaçı kommunal ödənişləri ödəməmiş, icarə obyektində yüksəs səslə gülüb-danışaraq ətrafda narazılıqlar yaratmışdır. İddiaçı cavabdehə məxsus əmlakı qanunsuz olaraq 8 aydır ki, bağlı saxladığına görə aylıq icarə haqqının məbləği ilə hesablandıqda, ona 6400 manat məbləğində ziyan vurmuşdur.
20. Sumqayıt Kommersiya Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2-2(119)- 1479/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı verilmiş “icarə müqaviləsinin icra edilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin icra edilməsi, həmin icarə müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən icarə obyektinə elektrik enerjisinin, qazın, suyun, internetin verilməsinin bərpa edilməsi, o cümlədən elektrik enerjisinin, qazın, suyun, internetin verilməsinin kəsilməməsi (dayandırılmaması) öhdəliyinin Cavabdeh üzərinə qoyulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
21. Məhkəmə öz qətnaməsini MM-nin 14.1, 146.1, 146.2, 152.1, 157.8 158.1.1-ci, 158.1.2, 164.1,158.1.3, 11, 385.1, 389.1, 390.1, 394, 421.1, 421.2 425.1, 442, 700.1, 700.2 700.3, 675, 677.1.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib ilkin iddia ərizəsinin təmin edilən hissədə ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamədə ilkin mövqe kimi hazırkı mübahisənin məhkəmə müstəvisinə ilkin olaraq icarə obyektinin kommunal xidmətlərlə və internetlə bağlı təchizatına onun tərəfindən müdaxilə edilməsi ilə əlaqədar olduğunu, daha sonra isə iddiaçı ona qarşı “icarə müqaviləsinin icra edilməsinin təmin edilməsi öhdəliyinin cavabdeh olaraq onun üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, onun isə iddiaçıya qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia irəli sürdüyünü əsas götürmüşdür. Məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur. Buna görə də gəlinən nəticə ləğv edilməli, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən icarə haqqının ödənilməməsi və onun qeyrietik davranışları səbəbindən onunla aralarında müqavilə münasibətlərinə xitam verilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə ilkin olaraq onun tərəfindən Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3875/2024 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Həmin müddət ərzində cavabdeh İddiaçı onun iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etdiyini bilib, guya kommunal xidmətləri dayandırdığını əsas götürmüş və ilkin olaraq müvəqqəti təminat tədbirinə dair ərizə ilə, sonra isə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etməzdən 2 ay əvvəl ona pretenziya edərək icarə haqqını ödəmədiyi üçün müqavilənin müvafiq bəndində nəzərdə tutulmuş qaydada müqaviləni birtərəfli formada pozmağı ona bildirmişdir. Belə ki, İddiaçı ilə aralarında icarə münasibətləri 2023-cü ilin aprel ayından etibarən başlamışdır. Bundan sonra İddiaçı icarə haqqını və aylıq kommunal ödənişləri tələb etdiyi halda o onun barəsində böhtan dolu şikayətləri əsasında onu şantaj etdiyindən aralarında sadə, yazılı formada xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilənin təhdid və hədə qorxu altında bağlanmasını onunla əsaslandırır ki, tərəfindən İddiaçı icarə haqqını tələb etmək üçün onun istifadəsində olan mobil telefonun “vatsapp” nömrəsinə yazaraq ödəniş etmədiyi icarə haqqını ondan tələb etdikdə o ona cavab yazaraq “deyəsən qudurmusan, çöldə qala bilmirsən, içəri istəyirsən”, “10 il+100 min manat” yazaraq onu təhdid etməsi olmuşdur. Amma buna baxmayaraq haqlı olaraq bundan çəkinməyib icarə haqqını ondan tələb etdikdə o, xx.xx.2023-cü il tarixdə onun barəsində DİN-nin 102 xidmətinə zəng edərək güya icarəyə götürdüyü obyektə girərək onu zorlayıb, onunla məcburi formada cinsi əlaqədə olduğunu bildirmişdir. Onun şikayəti Abşeron RPİ-nin İstintaq şöbəsində araşdırılarkən şikayət etdiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən 7 gün sonra şikayəti geri götürmək üçün onunla xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlamağa onu məcbur etmişdir. Lakin icarə müqaviləsi bağlamış olsa da, o şikayətini geri götürməmişdir. Halbuki, İddiaçı tərəfindən onun barəsində etmiş olduğu əsassız şikayət ərizəsi Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə rədd edilmişdir. Amma buna baxmayaraq İddiaçı davamlı olaraq onun barəsində əsassız və qanunsuz şikayətlər etməkdə bu gün də davam edir. İddiaçı bildirir ki, guya müqavilə onların hər ikisinin, hətta onun ailə üzvlərinin razılığı ilə bağlanmış və imzları ilə təsdiq olunmuşdur. Məhkəmə İddiaçı tərəfindən 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar ayları üzrə hər ay üçün müəyyən edilmiş 800 manat olmaqla cəmi 1600 manat icarə haqqını ödəniş etməsini məhkəmə iclasında İddiaçı vəsatəti əsasında şahid qismində məhkəməyə dəvət edilərək dindirilən, onunla birlikdə gözəllik salonunda işləyən Şahid ifadəsinə əsaslanmışdır. Halbuki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində 2 aylıq ödənilməmiş icarə haqqını onun yanında ona verməsini bildirmiş olsa da, onun nümayəndə və vəkili tərəfindən həmin pulun 2 aylıq icarə haqqı olmasını və ona hansı ayların icarə haqqı olmasını sualları verilərkən cavabında İddiaçı ona pul verdiyini, pulu niyə verdiyini bilmədiyini demişdir. Sədrlik edən hakim tərəfindən şahidə neçə aylıq icarə haqqının onun yanında İddiaçı tərəfindən Cavabdeh verildiyini ondan soruşduqda 1 aylıq icarə haqqının olduğunu bildirmişdir. Göründüyü kimi özünü İddiaçı dostu kimi təqdim edən, halbuki, İddiaçı ilə birlikdə işləyən, onun təşəbbüsü ilə məhkəməyə öyrədilib gətirilən, yalançı Şahid hakim qarşısına çıxarkən ədalət qarşısında aciz qaldığını nümayiş etdirərək suallara cavabını tam fərqli-fərqli sözlərlə ifadə etmişdir. Amma buna baxmayaraq hakim qəbul etdiyi qətnamədə onun ifadəsini iddiaçının xeyrinə təhrif etməklə bu hissədə də qanunsuz və əsassız nəticəyə gəlmişdir. 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar ayları ərzində İddiaçı tərəfindən ona 2 aylıq icarə haqqı ödənilməmişdir. İddiaçı iddia edir ki, guya pulu ona 2024-cü ilin yanvar ayının 3-də salonda vermişdir. Buradan sual yaranır-2023-cü ilin dekabr ayının sonlarında guya zorlamağı ilə bağlı aralarında münaqişə var idisə bu müddət ərzində niyə icarə haqqını başqa aylarda olduğu kimi onun onda olan bank kartına köçürmədi pulu ona guya salonda Şahid yanında verdi? Məhkəmə İddiaçı tərəfindən 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar, avqust və sentyabr ayları üzrə ödəniş etməməsi ilə bağlı təqdim olunmuş sübutları və şahid ifadəsini əsassız və qanunsuz olaraq təhrif etmişdir. Bundan əlavə məhkəmə iddiaçı tərəfindən 2024-cü ilin avqust, sentyabr ayları üzrə ödənilməmiş icarə haqqını da onun xeyrinə əsassız olaraq təhrif edərək, guya həmin müddət ərzində icarə obyektinə verilmiş işıq və su xətləri onun tərəfindən əsassız olaraq dayandırılmış və həmin müddət ərzində İddiaçı salonu işlədə bilməmişdir. Bu hissədə də məhkəmənin gəldiyi nəticəni əsassız və qanunsuz hesab edərək bildirir ki, 2024-cü ilin avqust, sentyabr ayları üzrə İddiaçı fasiləsiz olaraq əmlakdan istifadə etmişdir. Bununla bağlı məhkəməyə tərəfindən video görüntülər təqdim edilmişdir. Həmin görüntülərdən də görünür ki, gözəllik salonunun qapısı gün ərzində açıq olmaqla yanaşı, otağa daxil olan müştərilərə xidmət göstərilir. Onun qanunsuz istifadəsində olan obyektə verilmiş elektrik xəttinin və suyun dayandırılmaması ilə bağlı əsassız şikayətləri əsasında Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdi. Abşeron Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş inzibati xəta haqqında protokol Abşeron Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 3(012)-1849/2024 nömrəli qərarına əsasən inzibati xətanın tərəfindən törədilməsi sübuta yetirilmədiyi üçün inzibati xəta haqqında icraata xitam verilmişdir. İddiaçı elektrik enerjisinin və suyun guya onun tərəfindən dayandırılması ilə bağlı aktlar tərtib edərək məhkəməyə təqdim etmiş və məhkəmə iddiaçının elektrik enerjisinin və suyun dayandırılması ilə bağlı hissədə iddia tələbini təmin edərkən həmin aktlara istinad etmişdir. Tərtib edilmiş aktların heç bir hüquqi əsası yoxdur. Çünki həmin aktlar iddiaçı ilə birlikdə salonda işləyən işçilər tərəfindən tərtib edilmişdir. Aktların tərtib edilmə tarixlərinə diqqət yetirdikdə həmin aktların iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra tərtib edildiyini açıqaydın görə bilərlər. Hətta aktları imzlayan şəxslərdən biri də iddiaçı tərəfindən məhkəməyə şahid qismində gətirilən Şahiddır. İddiaçı tərəfindən əsassız olaraq tərtib edilərək məhkəməyə təqdim edilmiş akt ona dəlalət edir ki, məhkəməyə sübutlar toplansın ki, guya o, müxtəlif vaxtlarda və saatlarda salona verilmiş elektrik enerjisini və suyu qəsdən, qərəzli olaraq dayandırıb iddiaçının salonu işlətməsinə maneə yaratmışdır. Halbuki belə halların onun təqsiri üzündən baş verməsi qəti olmamışdır və bununla bağlı iddiaçı iş üçün mötəbər hesab edilən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İcra məmuru tərəfindən tərtib edilmiş aktlardan və məhkəmənin inzibati xəta haqqında qərarından da görünür ki, obyektə verilən elektrik enerjisi və suya aid sayğaclar ümumi istifadədə olan sayğaclardır. İcra məmuru tərəfindən tərtib edilmiş aktdan da görünür ki, elektrik enerjisi və ya suyun verilməsi dayandırıldığı halda iddiaçı həmin sayğaclarda suyu və elektrik xəttini ona heç kim maneə yaratmadan tam olaraq bərpa etmək imkanına malikdir. Yuxarıda qeyd olunan hallardan bir daha aydın görünür ki, məhkəmə tərəflərindən iş üçün xüsusi əhəmiyyət kəsb edən sübutları qanunsuz və əsassız təhrif edərək qəbul etdiyi qətnamə ilə onun qanunla qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Apellyasiya şikayətində daha sonra göstərilir ki, İddiaçı məhkəmə hazırlıq iclası zamanı ona obyekti boşaltmaq üçün 3 ay vaxt verməyini tələb etmişdir. O, onunla aralarında olan mübahisələrin günü-gündən genişləndiyini və icarə haqqqını ödəniş etmədiyini görüb onunla razılaşmış və bununla bağlı xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə məlumat yazaraq iddiaçının təklifini qəbul etdiyini bildirmişdir. Lakin iddiaçı təklifindəki şərtləri dəyişərək 3 ay vaxt verməklə bərabər onun obyektdə olan əmlaklarının dəyəri olan 10.000 manat əlavə ona pul verməyini ondan tələb etmişdir. Göründüyü kimi iddiaçı qeyd olunan qəsdən qanunsuz hərəkətləri ilə mülkiyyətində olan əmlakını zəbt edib onun mülkiyyət hüquqlarını pozmaqda davam edir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
24. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3, nümayəndəsi Nümayəndə Oktay qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qətnamə ləğv edilərək ilkin iddia ərizəsinin təmin edilən hissədə ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
25. Məhkəmə kollegiyasının iclasında ilk iddia ərizəsi üzrə İddiaçı və onun vəkili Vəkil4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 442.-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 677.1.1-ci maddəsinə əsasən, əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır 681-ci maddəsinə əsasən kirayəçinin əşyaya əlavə etdiyi qurğunu götürmək hüququ vardır. Yaşayış otağı kirayəçisinin qurğunu götürmək hüququnu istisna edən razılaşmanın qüvvəsi yoxdur. 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2. ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 685.3-cü maddəsinə əsasən bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur. 691.1-ci maddəsinə əsasən torpaq sahələrinin, otaqların və ya rəsmi reyestrdə qeydə alınmış gəmilərin kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: 691.1.1. əmlak kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti günün sonu üçün qüvvəyə minməklə hər hansı gün verildikdə; 691.1.2. əmlak kirayəsi haqqı həftələr üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti bazar gününün sonu üçün qüvvəyə minməklə həftənin birinci iş günü verildikdə; 691.1.3. kirayə haqqı aylar və ya daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verildikdə. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
27. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 62. Şahid 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 62.2. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. 62.3. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. 62.4. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 104. Şahid ifadələri 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 104.2. Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarı Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunan hissəsində və qarşılıqlı iddianın rədd olunan hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ilk iddia ərizəsi mübahisələndirilən hissədə təmin edilməməli, qarşılıqlı iddia ərizəsi isə qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə dair dair bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ləğv edilməli və İddiaçı qeyd edilən qeyri-yaşayış sahəsindən çıxarılmalı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1600 (min altı yüz) manat tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir.
31. İşin mübahisəsiz hallarına əsasən tərəflər arasında ilk öncə şifahi icarə münasibətləri olmuş, aralarında olan qarşılıqlı razılığa əsasən ilk iddia üzrə Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsini 2023-cü ilin aprel ayından ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı icarəyə vermişdir. Belə ki, tərəflərin və onların nümayəndələrinin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdikləri izahatları və digər iş materialları (o cümlədən məhkəmə kollegiyası tərəfindən tələb olunaraq öyrənilmiş Abşeron rayon prokurorluğunun icraatında olmuş 176-c-24 saylı material, Abşeron Rayon Məhkəməsinin icraatında olmuş 2(012)-3875/2024-cü il tarixli mülki iş materialları) ilə faktiki icarə münasibətlərinin 2023-cü ilin aprel ayından etibarən başlaması təsdiq edilir. Daha sonra İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən, cavabdehə məxsus olan həmin qeyri-yaşayış sahəsi 2 il müddətinə iddiaçının icarəsinə verilmişdir.
32. İlk iddianın qismən təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə nəticəyə gələn birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən icarə müqaviləsinin şərtlərinin pozulması, İddiaçı tərəfindən isə müqavilə şərtlərinin pozulmaması, o cümlədən 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayları üzrə icarə haqlarının ösdənilməsinin iş materialları ilə təsdiqini tapdığı qənaətinə gəlmişdir.
33. İlk iddianın təmin olunmayan hissəsi hazırkı apellyasiya baxışının predmeti olmadığından, qarşılıqlı iddia üzrə tələbin isə tərəflər arasında bağlanılmış icarə müqaviləsinin icra edilməsi barədə ilk iddianın rədd edilməsinə yönəlməsini nəzərə alaraq məhkəmə kollegiyası iş materialları əsasında tərəflər arasında mövcud olan icarə hüquq münasibətləri ilə bağlı mübahisəyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, “...hazırkı mübahisə məhkəmə müstəvisinə, ilkin olaraq icarə obyektinin kommunal xidmətlərlə və internetlə bağlı təchizatına icarəyə verən tərəfindən müdaxilə edilməsi ilə əlaqədar çıxmışdır. Daha sonra isə iddiaçı cavabdehə qarşı “icarə müqaviləsinin icra edilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddiaçıya qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia irəli sürmüşdür”. Lakin, işin yuxarıda qeyd edilən hallarından (bax: bu qərarın 6-cı bəndi) göründüyü kimi, Cavabdeh İddiaçı qarşı obyektə görə ödənişlər etməməsi, kommunal xidmətlərdən istifadəyə görə ödənişlər etməməsi səbəbindən müqavilə münasibətlərinə xitam verilməsi və ərazinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Həmin işdə cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddiaçının iş materiallarına heç bir müqavilə əlavə etmədiyini bildirmiş, iddia ərizəsi də qeyd edilən əsasla baxılmamış saxlanılmışdır.
35. Bundan əlavə, işin yuxarıda qeyd edilən halları, o cümlədən Abşeron rayon prokurorluğunun icraatında olmuş 176-c-24 saylı material üzrə tərəflərin izahatları ilə tərəflər arasında icarə müqaviləsi əsasında mövcud olmuş hüquq münasibətləri üzrə onlar arasında müəyyən müddət davam etmiş şəxsi münasibətlərin pozulması səbəbindən artıq ən azı 2023-cü ilin dekabr ayından mübahisələrin yaranması müəyyən olunur.
36. Məhkəmə kollegiyası qarşılıqlı iddianın 29 dekabr 2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsinin əsası kimi, həmin icarə müqaviləsinin Mülki Məcəllənin tələblərinə zidd olaraq notarial qaydada bağlanmaması səbəbindən ləğv edilməli olması, habelə hədə təsiri altında bağlanması səbəbindən etibarsız sayılması ilə bağlı dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Mülki Məcəllənin əqdlərin formasına dair tələbləri, o cümlədən icarə münasibətlərini tənzimləyən müvafiq normaları icarə müqaviləsinin mütləq notarial qaydada bağlanması tələbini nəzərdə tutmur. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçının təsvir etdiyi şəraitdə müvafiq icarə müqaviləsinin bağlanması əqdi bağlamağa məcbur etmə səbəbindən əqdin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 339.4-cü maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinə uyğun gəlmədiyindən məhkəmə kollegiyası qeyd edilən dəlillər üzrə əlavə araşdırma aparılmasını zəruri hesab etməmişdir.
37. Qarşılıqlı iddianın icarə müqaviləsi üzrə İddiaçı müqavilədən irəli gələn öhdəliklərinə riayət etməməsi, yəni icarə haqlarını, kommunal ödənişləri tam ödəməməsi, o cümlədən icarə obyektində səs-küyə səbəb olmaqla ətrafdakıların narazılığına səbəb olması səbəbindən icarə müqaviləsinin ləğv edilməli olması ilə bağlı dəlillərinə gəldikdə isə işin hallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçının icarə haqqının ödənilmədiyini bildirdiyi aylar 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar, o cümlədən 2024cü ilin avqust və sentyabr aylarıdır. Bu hissədə tələbi əsassız hesab edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “...iş materiallarına əlavə edilmiş qəbzlərlə müəyyən edilir ki, mübahisələndirilən aylar olan 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar aylarından əvvəlki və onlardan sonrakı aylarda iddiaçı tərəfindən icarə haqları nağdsız qaydada cavabdehə ödənilmişdir və bunlar cavabdeh tərəfindən də qəbul edilən işin mübahisəsiz halıdır. Belə olduğu halda isə həmin icarə obyektində fəaliyyət göstərmək istəyən, xx.xx.2023-cü il tarixində yenicə müqavilə bağlayaraq icarə münasibətlərini rəsmiləşdirmiş və həmin vaxtadək müqavilə olmadığı halda belə aylıq icarə haqlarını ardıcıl qaydada ödəmiş (o cümlədən 2024-cü ilin yanvar ayından sonrakı ayların icarə haqlarını da ödəmiş) icarəçinin 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayları üzrə icarə haqqını ödəməməsi inandırıcı və ağlabatan hesab edilə bilməz. Məhkəmə bu halları, o cümlədən məhkəmə iclasında ifadə vermiş şahidin ifadəsini digər sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, həqiqətən də həmin ayların icarə haqları nağd qaydada cavabdehə ödənilmişdir və cavabdehin həmin aylar üzrə icarə məbləğlərinin ödənilməməsi barədə dəlili tamamilə əsassızdır.”
38. Qeyd edilən nəticəyə gələrkən birinci instansiya məhkəməsi şahid qismində dindirilmiş Şahid ifadəsini mötəbər sübut kimi qəbul etmişdir.
39. Bununla əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, icarə müqaviləsinin 6.1.4-cü bəndində icarə haqqının icarəyə verənin şəxsi bank kartına ödənilməsi şərti tərəflər arasında razılaşdırılmışdır. İş materiallarından göründüyü kimi, İddiaçı həm xx.xx.2023-cü il tarixli yazılı icarə müqaviləsinədək aralarında olan şifahi icarə müqaviləsi üzrə icarə haqlarının, həm də 2024-cü ilin fevral ayından sonrakı mübahisələndirilməyən dövrlər üzrə icarə haqlarının və kommunal xidmətlərin haqlarının ödənilməsini təsdiq edən əsas sübut növlərindən biri kimi Cavabdehla “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə yazışmalarına istinad etmiş, Cavabdeh da həmin yazışmaların mötəbərliyini mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş müvafiq yazışmalarda müxtəlif tarixlər üzrə ödənişlərin Cavabdeh təqdim etdiyi (şəklini göndərdiyi) karta edilməsi və ödəniş barədə məlumatın da Cavabdeh göndərilməsi öz əksini tapmışdır. Həmin ödənişlərin tarixi və məbləği iddiaçının təqdim etdiyi bank hesabından çıxarışın (iş vərəqi 87-99) tarixləri ilə də üst-üstə düşür. Lakin, həmin yazışmalarda qarşılıqlı iddia üzrə iddiaçının icarə müqaviləsinin ləğv edilməsi üçün əsas kimi göstərdiyi icarə haqqlarının ödənilmədiyi 2023cü ilin dekabr, 2024-cü ilin isə yanvar ayları üçün məlumatlar mövcud deyildir.
40. Bununla yanaşı, qarşılıqlı iddiaçı iddia ərizəsində icarə haqları üzrə ödənişlərin “WhatsApp” vasitəsilə qarşı tərəfdən tələb olunması zamanı təhdid olunması ilə bağlı yazışmaları da məhkəməyə təqdim etmişdir. Tərəflər arasında eyni vaxta təsadüf edən yazışmanı İddiaçı da natamam şəkildə məhkəməyə təqdim etmişdir. Belə ki, İddiaçı təqdim etdiyi yazışma saat 10:42-10:46 aralığında aşağıdakı kimi olmuşdur: “İddiaçı: Xarabanada az pul qoymamışam. 500 m yerə 800 alırsan. Hər şey də mənimdi. Abır həyət yaxşı şeydir; Cavabdeh: Xoşun gəlmir gedə bilərsən Hara pul qoymusan və nə sənindi; İddiaçı: Canına azar Mənə yol göstərmə”. Cavabdeh təqdim etdiyi yazışma isə saat 10:38- 10:46 aralığında aşağıdakı kimi olmuşdur: İddiaçı: neçə aylıq istəyirsən Cavabdeh: 2 ay əvvəl verməmisən bir də bu ay İddiaçı: deyəsən türmə istəyirsən Buralarda dayana bilmirsən sakit Qudurma Ömrünün sonunadək İddiaçı: Xarabanada az pul qoymamışam. 500 m yerə 800 alırsan. Hər şey də mənimdi. Abır həyət yaxşı şeydir. Cavabdeh: Xoşun gəlmir gedə bilərsən Hara pul qoymusan və nə sənindi İddiaçı: Canına azar Mənə yol göstərmə”. Daha sonra İddiaçı tərəfindən 800 manat bank köçürməsi ilə bağlı ********* nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş qəbzi göndərilmişdir. Digər bir yazışmada isə İddiaçı tərəfindən Cavabdeh “10 il+ 100.000” məzmunlu cavab göndərmişdir. Məhkəmə kollegiyası tərəflərin münaqişəli vəziyyətində həmin telefonun salonda tək onun tərəfindən işlədilməməsi, həmin yazının başqa şəxs tərəfindən göndərilməsi barədə İddiaçı dəlillərini inandırıcı hesab etmir. Belə ki, tərəflər arasında çoxsaylı gərgin yazışmalar olduğu vaxtda, yalnız onlar arasında olan bu münasibət çərçivəsində icarəyəverənə başqası tərəfindən həmin yazının göndərilməsini kollegiya ağlabatan, məntiqli hesab etmir.
41. Bununla yanaşı cavabdeh tərəf apellyasiya şikayətində Şahid İddiaçı işçisi olması və ziddiyyətli ifadələr verməsi əsası ilə sübut kimi onun ifadəsinin mötəbərliyini mübahisələndirmişdir. İddiaçı Şahid onun yanında işlədiyini, hətta əvvəllər uşaqlarının dayəsi olduğunu bildirmiş, lakin düzgün ifadə verdiyini, həqiqətən 2023-cü ilin dekabr, 2024-cü ilin isə yanvar ayları üçün icarə haqlarını məhz Şahid yanında Cavabdeh ödədiyini təkrar etmişdir.
42. Qeyd edilən zidiyyətlərin araşdırılması məqsədi ilə Şahid qismində təkrar dindirilməsi üçün məhkəmə iclasına dəvət edilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş, bu səbəbdən onun birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadənin video yazısına tərəflərin iştirakı ilə baxış keçirilmişdir.
43. Müəyən edilmişdir ki, şahidin verdiyi ifadələr onun yazılı izahatından fərqli, özözlüyündə ziddiyyətli olmuşdur. Belə ki, şahid sualları cavablandıraraq icarə haqları ilə bağlı aşağıdakıları bildirmişdir: “...Anar müəllimə pul verdi. Dekabr, yanvar aylarında. 2 aylıq olduğunu bilmirəm. 800 manat pul verdi. İcarə haqqı 800 manat idi. Yanvar, dekabr ayları üçün olduğunu bilmirəm. Birdəfəliik, yoxsa iki dəfəyə verildiyini bilmirəm. 1 dəfə verib mənim yanımda. 800 manat verildiyini də bilmirəm. Arenda almağa gəlib. Pul verdiyini görmüşəm, 800 manat olduğunu bilmirəm...”.
44. Beləliklə şahid ilk öncə 2 ayın icarə haqqının dekabr və yanvar ayları üçün icarəyəverənə verildiyini qeyd etsə də, daha sonra məhz 2 aylıq icarə haqqı olubolmadığını bilmədiyini, 800 manat pul verildiyini, icarə haqqının 800 manat təşkil etdiyini, lakin verilmiş pulun 800 manat olub-olmadığı, hansı aylar üzrə olduğunun bilmədiyini demişdir. Beləliklə, şahid verdiyi ifadələrdə şahidlik etdiyi şəraiti əminlik təəssüratı ilə təsvir etməmiş, təkrar ifadəsinin alınması üçün isə məhkəmə kollegiyasının baxış iclasına çağırılsa da, üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etməmişdir.
45. Birinci instansiya məhkəməsi isə yalnız ilk iddia üzrə iddiaçının izahatına və iddiaçı tərəfin dəvət etdiyi şahid ifadəsinə istinad etməklə işin həmin halını sübut olunmuş hesab etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
46. Məhkəmə tərəfindən konkret məzmunda işgüzar praktikanın mövcud olması qənaətinə gəlinməsi və mübahisənin həmin praktikaya istinadla həll edilməsi üçün, işin materiallarında, müvafiq praktikanın mövcudluğunu təsdiq edən “əsaslı şübhələr yaratmayan” sübutlar olmalı, mübahisəsiz halda tərəflər həmin praktikaya istinadla hərəkət etməlidirlər. Bundan sonra, mübahisə halında məhkəmə məhz həmin mübahisəsiz vəziyyətdə, tərəflərin davranışına əsasən formalaşmış işgüzar praktikanı əsas götürməklə, mübahisəli hala qiymət vermək imkanına malik ola bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X5rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları).
47. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
48. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında mübahisə yaranmazdan öncə və sonra ödənişlər kart vasitəsilə edildiyi halda, müqavilə bağlanıldığı 2023-cü ilin dekabr ayı üçün və ondan sonrakı ay üzrə ödənişlərin fərqli qaydada - əlbəəl edilməsinin apellyasiya şikayətində qeyd edildiyi kimi-tərəflər arasında gərgin şəxsi münasibətlər olan bir vəziyyətdə hansı zərurətdən irəli gəlməsi iddiaçı tərəfindən əsaslandırılmamış, yalnız Şahid verdiyi ifadəyə əsaslanaraq məhkəmənin gəldiyi nəticə isə işin hallarına uyğun olmamışdır. Mülki Məcəllənin yuxarıda istinad olunan 433-cü maddəsinin tələblərinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır (maddə 433.1 və 433.3).
49. Göründüyü kimi, icarəçinin borcu əlbəəl ödəməsini israr etməsi ilə bağlı davranışı həm tərəflər arasında formalaşmış işgüzar praktika ilə bağlı onun əvvəlki rəftarına, həm də tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmadığından, hüquqdan sui-istifadə kimi qiymətləndirilməli, qarşılıqlı iddia üzrə iddiaçının iki ay üzrə yaranmış borcu tələb etməsi isə əsaslı hesab edilməlidir. Beləlklə, qarşılıqlı iddia üzrə iddiaçı işin həmin halına istinad edərək, cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yəni iki ardıcıl müddət üçün icarə haqqını vaxtında ödəməməsini əsas gətirərək müqavilənin ləğvini tələb etməkdə haqlı olmuşdur.
50. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin ləğv edilməsinin ümumi normasını Mülki Məcəllənin 421-ci maddəsi təşkil edir. İddiaçı məhz qarşı tərəfin (icarəçinin) müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsini iddia etməklə, müqavilə münasibətlərinə xitam verilməsini istəyir. Belə olan halda, hazırkı iş üzrə icarə müqavilənin ləğvi üçün Mülki Məcəllənin 421.2-ci, xüsusi norma kimi isə 685.2-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu araşdırılmalıdır.
51. İşdən görünür ki, qarşılıqlı iddiaçı 2024-cü ilin mart ayının sonunda olan yazışmada ilk iddiaçıdan əvvəlki 2 ay üçün ödənişi tələb etmiş, ödəniş aparılmadığından 2024-cü ilin iyun ayında iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə məhkəmə iclasında iddiaçı Cavabdeh nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, müqavilənin hər 2 nüsxəsi may ayında imzalanmaq üçün cavabdehə verilmiş, cavabdeh isə vergi orqanına müraciət etməmişdir. İş üzrə cavabdeh İddiaçı vəkili isə bildirmişdir ki, iddianı qəbul etmirlər, müqavilənin nüsxəsi hər iki tərəfdə olmalıdır, iddiaçı iş materiallarına müqavilə əlavə etməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi tərəflər arasında icarə münasibətlərinin olmasını təsdiq edən hər hansı sənədin olmaması əsası ilə baxılmamış saxlanılmışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsində qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi bildirmişdir ki, müqavilənin olmaması əsası ilə qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsi dayandırılmış, cavabdehin qeyri-yaşayış sahəsindən çıxması tələb olunmuş, yalnız bundan sonra cavabdeh müqaviləni və digər sənədləri iddia ərizəsi ilə birgə Sumqayıt Kommersiya Məhkəməsinə təqdim edərək hazırki ilk iddianı qaldırmışdır (xx.xx.2024-cü il tarixli iclas protokolu, səh. 60). Məhkəmə kollegiyasının iclasında işin bu hallarını ilk iddia üzrə iddiaçı özü də təsdiq etmişdir.
52. Beləliklə iş materiallarından müəyyən edilir ki, tərəflər arasında şifahi icarə münasibətlərinin davam etdiyi dövrdə şəxsi münasibətlər zəminində gərginliklər yaranmış, bundan sonra tərəflər arasında xx.xx.2023-cü il tarixdə yazılı müqavilə bağlanmışdır. Belə ki, birinci instansiya məhkəməsinin iclaslarında ilk iddia üzrə iddiaçının nümayəndəsi bildirmişdir ki, “...iddiaçıya qarşı edilmiş zorakı hərəkətlər nəticəsində 23 dekabr 2023-cü il tarixdə iddiaçı müvafiq polis orqanına cavabdehdən şikayət etmişdir. Cavabdeh iddiaçıya “müqaviləni bağlamağa razıyam, bunun qarşılığında sən də şikayəti geri götürməlisən” kimi təkliflər etmişdir. Cavabdeh müqaviləni bağlamış, lakin iddiaçı haqlı olaraq şikayəti geri götürməmişdir...” (xx.xx.2024-cü il tarixli iclas protokolu, səh. 60). Bundan əlavə, ilk iddia üzrə iddiaçının nümayəndəsi digər izahatında bildirmişdir ki, “...tərəflər arasında olan münasibətlər icarə münasibətlərindən tamamilə kənarlaşmış, şəxsi düşmənçilik xarakteri almışdır. Abşeron rayon Polis bölməsinin icratında tərəflər arasında olan mübahisələrə dair 20-dən çox şikayət var” (xx.xx.2024-cü il tarixli iclas protokolu, səh. 112).
53. Abşeron rayon prokurorluğunun müstəntiqinin Abşeron RPİ-nin rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 176-c-24 nömrəli məktubda qeyd edilmişdir ki, “...araşdırma gedişində İddiaçı Cavabdeh tərəfindən zorlanması və ölümlə hədələnməsi barədə müraciətlər etmiş, bu hal da onlar və ailə üzvləri arasında gələcəkdə ədavətin yaranması və genişlənməsi ehtimalını düşünməyə imkan vermişdir. Odur ki, şikayətin şəxsiyyətin cinsi toxunulmazlığı əleyhinə cinayət əməli ilə əlaqədar olduğunu, tərəflər arasında münaqişə davam etdiyini, habelə İddiaçı və Cavabdeh tərəfindən gələcəkdə hər hansı ağır nəticələrin baş verməsi ehtimalını nəzərə alıb bu halların qarşısını almaq məqsədi ilə İddiaçı və Cavabdeh nəzarətdə saxlanılması və həmin şəxslərlə profilaktik söhbətlərin aparılmasına dair göstəriş verilməsi məktubda xahiş edilmişdir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilibedilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
55. Məhkəmə kollegiyasının iclasları tərəflərin barışıqla bağlı razılığa gəlmələri üçün bir neçə dəfə təxirə salınmış, qarşılıqlı iddia üzrə iddiaçı, onun vəkili, nümayəndəsi cavabdehə qeyri-yaşayış sahəsini boşaltmaq üçün 3 ay vaxt verilə biləcəyini, həmin müddət üçün icarə haqqının tələb edilməyəcəyini, yaxud mart ayının sonunadək qeyriyaşayış sahəsinin boşaldılacağı təqdirdə 2 aylıq kompensasiya-1600 manat ödəməyə hazır olduqlarını, cavabdeh qısa zamanda qeyri-yaşayış sahəsindən çıxdığı təqdirdə ona məxsus kameralar, su qızdırıcıları, kondisionerin yenisi ilə əvəz ediləcəyi və ya dəyərinin ödəniləcəyini bildirmişlər. Cavabdeh İddiaçı isə həmin təkliflərlə razılaşmamış, çəkdiyi xərclərin məbləğinin 9000 manatdan çox olduğunu bildirərək, yalnız həmin məbləğ veriləcəyi təqdirdə müəyyən müddətdən sonra qeyri-yaşayış sahəsindən çıxmağa hazır olduğunu bildirmişdir.
56. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını ümumiləşdirərək bu nəticəyə gəlir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən icarə haqqının 2 ay ardıcıl ödənilməməsi öz təsdiqini tapdığından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müqavilənin ləğv edilməsi və sonuncunun əmlakdan çıxarılması ilə bağlı tələbində haqlı olmuşdur. Bu qənatə gələrkən məhkəmə kollegiyası eyni zamanda tərəflər arasında mülki-hüquqi müqavilə əsasında yaranmış hüquq münasibətlərinin sonradan şəxsi münasibətlərin pozulması səbəbindən artıq davam etdirilməsinin qeyr-mümkünlüyü və hətta digər arzuolunmaz nəticələrə səbəb ola biləcəyi ilə bağlı işin fakitiki hallarını, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müqavilənin icrası və mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi ilə bağlı davranışını da nəzərə alır.
57. Qarşılıqlı iddia üzrə iddiaçının vurulmuş 6400 manat məbləğində ziyan tələbinə gəldikdə isə, kollegiya hesab edir ki, həmin tələb yuxarıda qeyd edilən hallara əsasən, yəni 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayları üzrə hər ay üçün müəyyən edilmiş 800 manat olmaqla cəmi 1600 manat icarə haqqı tələbinə dair hissədə öz təsdiqini tapdığından həmin hissədə qismən təmin olunmalıdır. 2024-cü ilin avqust və sentyabr aylarının icarə haqlarına münasibətdə isə Mülki Məcəllənin 677.1.1-ci maddəsinin tələblərinə əsasən tələb təmin edilə bilməz. Belə ki, həmin dövrlər üzrə icarə obyektindən icarəçi İddiaçı müqavilə üzrə nəzərdə tutulmuş şərtlər daxilində istifadəsinə maneçiliklər yaradılması Sumqayıt Kommersiya Məhkəməsinin 06 avqust 2024-cü il tarixli e-16(119)-68/2024 nömrəli və 16 avqust 2024-cü il tarixli e-16(119)-70/2024 nömrəli qərardadları, eyni zamanda tərəflərin izahatları və yuxarıda istinad olunan digər sübutlarla təsdiqini tapdığından icarəçi həmin dövrlər üçün icarə haqqını ödəməkdən azad edilməlidir.
58. Qarşılıqlı iddia üzrə iddia tələbinin kommunal xidmətlərə görə ödənilməmiş borclara dair hissəsinə gəldikdə isə qarşılıqlı iddiaçı bu borcların məbləği və məhz cavabdeh tərəfindən istifadə edilmiş kommunal xidmətlərlə bağlı olmasına dair konkret mötəbər süqbutlar təqdim edə biləmişdir.
59. Müqavilənin hansı tarixdən ləğv edilməli olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır”. Müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir. Məhkəmənin həmin məsələni həll etməsi, “müqaviləni məhkəmənin ləğv etməsi”, yəni ləğvin məhkəmə qərarı ilə yaranması anlamına gəlmir. Belə ki, məhkəmə işin hallarına görə müqavilənin ləğvinin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada gerçəkləşib-gerçəkləşmədiyini təsbit edir. Müqavilənin həqiqətən də məhkəmədənkənar ləğv olunduğunu müəyyən etdikdə məhkəmə, bu hüquqi faktın hansı andan yarandığını əsaslandırır, əgər varsa müqavilənin ləğvindən asılı olan digər tələbləri həll edir.... Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
60. İşin yuxarıda qeyd edilən halları və tərəflərin izahatları ilə müəyyən olunur ki, icarə obyekti hazırda qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istifadəsindədir və o mübahisəli dövrlərdən sonrakı dövrlər üzrə icarə haqlarını ödədiyindən tərəflər arasında icarə münasibətləri faktiki olaraq davam edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, müqavilə hazırki qərarın qüvvəyə mindiyi andan ləğv edilmiş hesab edilməlidir.
61. Yuxarıda qeyd edilən səbəblərdən qarşılıqlı iddia icarə müqaviləsinin ləğv edilməsi və qarşılıqlı iddia üzrə cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində təmin edilməli olduğundan ilk iddia mübahisələndirilən hissədə təmin edilə bilməz. İlk iddianın vurulmuş maddi və mənəvi zərərə dair təmin olunmamış hissəsi isə mübahisələndirilmədiyindən hazırkı məhkəmə baxışının predtmeti deyildir. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 681-ci maddəsinə əsasən İddiaçı icarəçi kimi icarə obyektinə əlavə etdiyi mebel, avadanlıq və digər qurğuları götürmək hüququ vardır.
62. İşin istinad olunan hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir ki, bu da MPM-in 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2-2(119)- 1479/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İlk iddia ərizəsi mübahisələndirilən hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə dair dair bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ləğv edilsin və İddiaçı qeyd edilən qeyri-yaşayış sahəsindən çıxarılsın. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1600 (min altı yüz) manat tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manatı İddiaçı Cavabdeh xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.