Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-143/2024 23.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, onun vəkili X2, Cavabdeh vəkili və nümayəndəsi Vəkil3, nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin icra edilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə və cavabdehin iddiaçıya qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılması və maddi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2-2(119)-1479/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin icra edilməsi, həmin müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən obyektə işığın, qazın, suyun, internetin bərpa edilməsi və kəsilməməsi (dayandırılmaması) öhdəliyinin cavabdehin üzərinə qoyulması, müqavilənin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində 6236,66 (altı min iki yüz otuz altı manat, altmış altı qəpik) manat məbləğində maddi ziyanın əvəzinin və iddiaçının hüquqlarının pozulması və iş yerini itirməsi ilə əlaqədar olaraq 4000 (dörd min) manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın rədd edilməsi, mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, M.Hüseynzadə küçəsi, 32 saylı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən bir otağın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı icarəyə verilməsinə dair tərəflər arasında bağlanmış 29 dekabr 2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyd olunan əmlakın qarşılıqlı iddia üzrə cavabdeh S.Səfərəovanın qızının qanunsuz sahibliyindən geri alınması və onun bu əmlakdan çıxarılması, İddiaçı maddi ziyanın əvəzi olaraq 6400 manat məbləğində pulun qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2-2(119)- 1479/2024 nömrəli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək ilk iddia ərizəsinin təmin edilən hissədə ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-143/2024 nömrəli, 23 noyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2-2(119)-1479/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmiş və məhkəmə iclası 23 dekabr 2024-cü il tarixə təyin edilmişdir. 02 dekabr 2024-cü il tarixdə İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2-2(119)-1479/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti ilə əlaqədar hazırkı işin həmin məhkəməyə qaytarılması barədə Sumqayıt Kommersiya Məhkəməsindən məktub daxil olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflər kommersiya işinin birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədilər. Məhkəmə kollegiyası hesab edir ki, kommersiya işi apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.6,400 və 402.2.5-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Sumqayıt Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə 2-2(105)-143/2024 nömrəli, 23 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. Kommersiya işi apellyasiya baxışından çıxarılaraq Sumqayıt Kommersiya Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2-2(119)-1479/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-143/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-143/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver