Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-540/2021 14.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı cavabdehə qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxaraq müəyyən etdi:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəmkir rayon məhkəməsinə müraciət edərək, Şəmkir rayonu Sabirkənd kənd bələdiyyəsi ilə cavabdeh arasında b ağlanmış 03 iyul 2004-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Sabirkənd kənd bələdiyyəsinin 30 iyun 2004-cü il tarixli qərarı ilə cavabdeh bələdiyyənin ehtiyat fonduna daxil olan tikinti təyinatlı (bələdiyyənin perspektiv torpaq sahəsi) 13 hektar torpaq sahəsi 50 il müddətinə kənd təsərrüfatı və bağçılıq məqsədi ilə istifadə etmək üçün icarəyə verilmişdir. 03 iyul 2004-cü il tarixdə bələdiyyə ilə "xxx" rayon şöbəsinin sabiq müdiri "X"lə cinayət əlaqəsinə girmişdir və onlar qərarda göstərilən torpaq sahəsinə deyil, bələdiyyənin mülkiyyətində olan, bələdiyyənin ehtiyat fonduna aid olan 13 hektar torpaq sahəsinə dair sənəd hazırlamışlar. Azərbaycan Respublikası DT və XK-nin "X" ray on şöbəsi tərəfindən cavabdeh 28 avqust 2004-cü il tarixdə JN-5279 (Ko ********) nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Həmin sənəd birmənalı saxta sənəddir və cavabdeh hal-hazırda da həmin sənəddən istifadə edir.
3. Şəmkir rayon məhkəməsinin 2021-ci il 01 iyul tarixli, 2(076)- 1883/2021 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – Z.İmanov).
4. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 23 sentyabr tarixli, 2-2(115)-830/2021 saylı qərardadı ilə iddiaçı cavabdehə qarşı iş üzrə məhkəmə aidiyyəti məsələsinin həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – R.Məmmədov).
5. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, 31 avqus t 2021-ci il tarixli, **********546900 nömrəli 14 saylı Ərazi Vergilər İdarəsindən məhkəmənin 23 avqust 2021ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, uçot məlumat bazasına əsasən Cavabdeh fiziki şəxs kimi 10.01.2005-ci il tarixdə vergi uçotuna alınmış və ********** VÖEN verilmişdir. Cavabdeh fəaliyyət növü “ixtisaslaşdırılmış mağazalarda sair məhsulların satışı” kimi qeyd edilmişdir.
6. İddiaçı cavabdeh ilə icarə müqaviləsi 03 iyul 2004-cü ildə bağlanılmışdır. Lakin, 14 saylı Ərazi Vergilər İdarəsindən daxil olan məlumata əsasən cavabdeh fiziki şəxs kimi 10.01.2005-ci il tarixdə vergi uçotuna alınmışdır. Həmin müqavilə imzalanan zaman cavabdeh fərdi sahibkar statusunda olmamış və adıçəkilən icarə müqaviləsini sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq bağlamamışdır. Hazırki m übahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir.
7. İş materiallarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibi hesab edir ki, mülki iş mahiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.
8. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
9. Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəda r olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
10. Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
11. İş materiallarındakı vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair internet vergi idarəsinin rəsmi internet səhifəsindən edilmiş çıxarışa əsasən cavabdeh (VÖEN: **********) fiziki şəxsdir - fərdi sahibkar kimi uçota alınmışdır.
12. Həmçinin, iddianın predmeti kənd təsərrüfatı təyinatlı 13 ha torpaq sahəsinə dair icarə müqaviləsinin ləğvi ilə bağlıdır və müqavilədə konkret olaraq torpaq sahəsinin hansı məqsədlə icarəyə verildiyi dəqiq qeyd edilməsə də, qarışıq məhkəmə tərkibi hesab edir ki, 13000 kv.m torpaq sahəsi hər hansı fərdi yaşayış evi tikintisi üçün verilə bilməzdi və bu torpaq sahəsi cavabdehə müvafiq kənd təsərrüfatı malları istehsal etmək üçün ayrılmış, sonuncunun həmin torpaq sahəsindən hazırda sahibkarlıq məqsədi ilə istifadə etmədiyi barədə tərəflərin məhkəmə iclasında bildirdikləri isə mübahisənin mahiyyətinə təsir edə bilməz.
13. Cavabdehin müqavilə bağlanarkən fərdi sahibkar statusunun olmaması, onun müqavilə bağlanandan yalnız bir il sonra fərdi sahibkar kimi 10.01.2005-ci il tarixdə vergi uçotuna alınması da hazırkı mübahisənin məhz kommersiya mübahisəsi olmasını istisna etmir.
14. Beləliklə, kənd t əsərrüfatı təyinatlı 13 ha torpaq sahəsinə dair icarə müqaviləsinin ləğvinə dair hazırkı iddia tələbi hüquq münasibətlərinin xarakteri, eyni zamanda tərəflərin subyektiv tərkibi (bir tərəfdən bələdiyyə, digər tərəfdən isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) və iddianın predmeti baxımından da kommersiya mübahisəsi olmaqla, baxılması kommersiya məhkəməsinin səlahiyyətinə aiddir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində b axılır. 16. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 17. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər.
18. Qeyd edilənləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, h azırkı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.
19. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimlərindən ibarət qarışıq tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24 - 26-cı və 403cü maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı:
20. İddiaçı cavabdehə qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.