Məhkəmə qərarları › İş №2-2(102)-542/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-542/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-542/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin direktoru Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, ilkin iddia üzrə iddiaçı MMC-nin direktorunun cavabdehə qarşı “pul tələbi”nə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehə qarşı “sənədlərin əslinin təqdim edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyul tarixli 2-2(104)-65/2023 saylı qərardadından ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC-nin direktoru (bundan sonra – “iddiaçı”) Cavabdehə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddia üzrə cavabdehdən 220.000 manat öhdəlik üzrə borc, 80.000 manat əldən çıxmış faydanın əvəzinin, ümumilikdə 300.000 manat pulun alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, istixanaya qazın çəkilişi barədə texniki şərt, layihə, müqavilənin əsli və digər sənədlərin ona təqdim edilməsi və qarşılıqlı iddia üzrə iddiaçıya vurulmuş 131.000 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 25 oktyabr tarixli 2-2(115)-1601/2022 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 2016-cı il 19 mart tarixli 01 nömrəli müqaviləyə əsasən 6.000 manat pulun alınaraq iddiaçıya verilməsi, qarşılıqlı iddia qismən təmin olunmuş, iddiaçıdan 2016-cı il 19 mart tarixli 01 nömrəli müqaviləyə əsasən Samux rayonu Qarayeri qəsəbəsində yerləşən cavabdehə məxsus qeyriyaşayış sahəsinin (istixananın) qazlaşdırılması üçün 2015-ci il tarixli TŞ24716-2015-02180 nömrəli işçi layihəsinin, 2015-ci il 29 iyul tarixli 24116 nömrəli texniki şərtin və ona əlavə edilmiş TŞ24716-2015- 02180- QX cizgilərin əsillərinin alınaraq cavabdehə verilməsi qət edilmiş, ilkin və qarşılıqlı iddialar qalan hissədə təmin olunmamışdır (hakim – G.Quliyeva).

4. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən 2022-ci il 6 dekabr tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 mart tarixli 2-2(104)-65/2023 saylı qətnaməsi apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ə.Abdullayev, hakimlər – Ş.Rzaquliyev və A.İsgəndərova).

6. Apellya siya məhkəməsinin qətnaməsi 2023-cü il 3 aprel tarixində iş üzrə tərəflərə göndərilmiş və məhkəmə qəbzindən görünür ki, iddiaçı məhkəmə qətnaməsini 2023-cü il 18 aprel tarixində şəxsən təhvil almışdır.

7. İddiaçı 2023-cü il 4 iyul tarixində ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək, buraxılmış müddətin bərpası barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı eyni tarixdə kasasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyul tarixli 2-2(104)-65/2023 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmiş və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik e dən – Ə.Abdullayev, hakimlər – Ş.Rzaquliyev və A.İsgəndərova).

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya şikayəti 2023-cü il 18 iyun tarixinədək verilməli olduğu halda, iddiaçı kassasiya şikayətini 9 gün sonra, yəni 2023-cü il 27 iyun tarixində vermiş, kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. İddiaçı prosessual müddətin ötürülməsinin səbəbi kimi xəstə olmasını göstərmiş olsa da, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycan qarşı”, “Miragall Eskolaho və digərləri İspaniyaya qarşı” qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin (bundan sonra – “MPM”) 128, 129, 130, 133, 402.1, 402.2, 405, 408.1.4, 408.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Qərardad 2023-cü il 12 iyul tarixində iddiaçıya göndərilmiş və poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən görünür ki, qərardad 2023-cü il 28 iyul tarixində iddiaçıya təqdim olunmuşdur.

13. Həmin qərardaddan iddiaçı 2023-cü il 5 avqust tarixində kasasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətinin bərpası barədə ərizədə yenidən apellyasiya məhkəməsində baxılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinin tələbi pozulmuşdur. Belə ki, ape llyasiya məhkəməsi buraxılmış prosessual müddətin bərpasını təmin etməməklə iddiaçının məhkəməyə müraciət etmək hüquqları pozulmuş və məhrum edilmiş, hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı hüququndan məhrum olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPMin 403 və 416-cı maddələri).

18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə

402. Kassasiya şikayəti vermə hüququ... 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında;...” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 408.5. Bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsin də nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermə müddətini ötürmüş, apellyasiya instansiyası məhkəməsi ötürülmüş müddətin bərpa olunmasına dair iddiaçının ərizəsini təmin etməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı prosessual müddətin ötürülməsinin səbəbi kimi xəstə olmasını göstərsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

23. İddiaçı apellyasiya instansiyası məhkəməsinin mövqeyini tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilində göstərilmiş pozuntuya yol verməmiş, qanuni qərardad qəbul etmişdir. Məhkəmənin mövqeyi MPM-in 133.1-ci maddəsinin (bax yuxarıda § 20) tələbinə uyğundur.

25. Belə ki, iddiaçı xəstə olması səbəbindən şikayətvermə müddətini ötürdüyünü bildirirdisə, öz mövqeyini təsdiqedici sənədlərlə əsaslandırmalı idi. Lakin iddiaçı məhkəməyə hər hansı belə sənəd təqdim edə bilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi səbəbi üzrlü hesab etməməklə düzgün nəticəyə gəlmişdir.

26. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyul tarixli 2-2(104)-65/2023 saylı qərardadı d əyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh MMC-nin direktorunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyul tarixli 2-2(104)-65/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar