Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-543/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-543/23 Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Komm ersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 2-2(104)-148/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2013-cü il 4 aprel tarixli, 12-SKMF-2-0-225-13 saylı əsas kredit müqaviləsindən görünür ki, borcverən – "xxxx" İKB ASC (hazırda İddiaçı ASC) “Bərdə” filialından borcalan – Cavabdeh1 72 ay müddətinə 20.000 manat məbləğində və ya kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya AVRO ekvivalentində kredit limiti ayırmışdır. 2. 2016-cı il 15 iyul tarixli, 12-SKMF-3-0-65-16 saylı əlavə kredit müqaviləsindən görünür ki, borcverən – "xxxx" İKB ASC (hazırda İddiaçı ASC) borcalan – Cavabdeh1 15.000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 33 ay ərzində kredi tin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürmüşdür. 3. 2013-cü il 4 aprel tarixli 291 nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətindəki ünvan 1ində mülkiyyətində olan 0.32 ha torpaq sahəsi ilə birlikdə 3 otaqlı, 103.3 kv.m ümumi, 71.3 kv.m yaşayış, 32 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. 4. 2016-cı il 15 iyul tarixli, 12-SKMF-3-0-65-16 saylı zaminlik müqaviləsindən görünür ki, əsas müqavilənin təminatı kimi Cavabdeh2 ilə "xxxx" İKB ASC (hazırda İddiaçı ASC) arasında zaminlik müqaviləsi bağlanmışdır.
5. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömr əli çıxarışın surətindən görünür ki, ünvan 1ində mülkiyyətində olan 0.32 ha torpaq sahəsi ilə birlikdə 3 otaqlı, 103.3 kv.m ümumi, 71.3 kv.m yaşayış, 32 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. 6. 2021-ci il 26 fevral tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 2016-cı il 15 iyul tarixli, 12-SKMF-3-0-65-16 saylı kredit müqaviləsi üzrə banka 13.269,07 manat əsas borc, 2.718,97 manat faiz borcu, 10.527,14 manat cərimə borcu, 1.217 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 26.515,78 manat borcu yaranmışdır.
7. İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 2021-ci il 13 yanvar tarixli, PAİHTD-255 nömrəli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 oölu arasında bağlanmış 2016-cı il 15 iyul tarixli, 12-SKMF-3-0-65-16 saylı kredit müqaviləsi üzrə 15.000 manat məbləğində illik 6 faiz olmaqla 33 ay müddətinə kredit vəsaiti ayrılmışdır. Həmin müqavilə üzrə Cavabdeh2 zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh1 müqavilə üzrə əsas və faiz borcu üzrə ödənişləri təmin etməmiş, ödəmə müddətlərini müxtəlif zamanlarda pozmuşdur. İddiaçı ASC həmin müqavilə üzrə yaranmış borcun 5 gün müddətində X2 tərəfindən ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 2021-ci il 4 fevral tarixli, PAİHTD-1356 nömrəli bildirişdən görünür ki, tərəflər arasında bağlanmış 2016-cı il 15 iyul tarixli müqaviləyə əsasən ünvan 1ində yerləşən fərdi yaşayış evi və 0.32 ha torpaq sahəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yaranmış borcla bağlı İddiaçı ASC tərəfindən Cavabdeh1 tutmanın ipoteka predmetinə yönəldilməsinə dair məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 (bundan sonra – “cavabdeh”) və Cavabdeh2 (bundan sonra – “cavabdeh zamin”) qarşı 2021-ci il 15 aprel tarixdə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh və cavabdeh zamindən müştərək qaydada iddiaçının xeyrinə 2016-cı il 15 iyul tarixli əlavə kredit müqaviləsi üzrə banka 13.269,07 manat əsas, 2.718,97 manat faiz borcu, 10.527,74 manat cərimə borcu və kredit müqaviləsi üzrə 2019cu il 30 apre l tarixdən 2021-ci il 26 fevral tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.217 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 27.732,78 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın cavabdehin mülkiyyətindəki ünvan 1ində mülkiyyətində olan, 0.32 ha torpaq sahəsi ilə birlikdə, 3 otaqlı, 103.3 kv.m ümumi, 71.3 kv.m yaşayış, 32 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; cavabdehin mülkiyyətindəki ünvan 1ində mülkiyyətində olan, 0.32 ha torpaq sahəsi ilə birlikdə, 3 otaqlı, 103.3 kv.m ümumi, 71.3 kv.m yaşayış, 32 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehin və digərlərinin həmin evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin həmin evdən çıxarılmaları, həmin evin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü il 4 aprel tarixli əsas kredit müqaviləsinə əsasən cavabdeh iddiaçının “Bərdə” filialından 72 ay müddətinə 20.000 manat məbləğində və ya kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya AVRO ekvivalentində kredit limiti ayırmışdır. 2016-cı il 15 iyul tarixli əlavə kredit müqaviləsinə əsasən cavabdeh iddiaçının Bərdə filialından illik 6 faizlə 33 ay müddətinə 15.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq cavabdehin mülkiyyətindəki ünvan 1ində mülkiyyətində olan 0.32 ha torpaq sahəsi ilə birlikdə 3 otaqlı, 103.3 kv.m ümumi, 71.3 kv.m yaşayış, 32 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evi 2013-cü il 4 aprel tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş və cavabdeh zamin ilə 2016-cı il 15 iyul tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci il fevralın 26-dək cavabdeh 2016-cı il 15 iyul tarixli əlavə kredit müqaviləsi üzrə banka 13.269,07 manat əsas, 2.718,97 manat faiz borcu, 10.527,74 manat cərimə borcu olmaqla, ümumili kdə cəmi 26.515,78 manat borcu olmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən qanunla müəyyən olunmuş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş və reyestr orqanına ərizə göndərilmişdir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər iddiaçıya dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir.
11. İddiaçı t ələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 317.1, 425, 442, 445.2.1, 445.7. 448.1, 449.1, 449.4, 465.2, 501-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34.1.1, 34.1.3, 39.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad etmişdir.
12. Cavabdehlər tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.
13. Bərdə Rayon Məhkəməsinin 2021-ci il 23 iyun tarixli, 2(021)-1650/2021 saylı qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmişdir (hakim – Q.Əbilov). 14. “X1” MMC-nin 2021-ci il 21 oktyabr tarixli, 499 nömrəli rəyinə əsasən, ünvan 1ində 0.32 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 103.3 kv.m, yaşayış sahəsi 71.3 kv.m, yardımçı sahəsi 32 kv.m olan, 1 mərtəbəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə qiymətləndirmə tarixinə olan bazar dəyəri – 38.000 manat, likvid dəyəri – 34.200 manat məbləğində dəyərləndirilmişdir.
15. Bərdə Rayon Məhkəməsinin 2021-ci il 16 dekabr tarixli, 2(021)-1650/2021 saylı qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Q.Əbilov).
16. İddiaçı 2022-ci il 7 aprel tarixdə vəsatətlə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək yenidən məhkəmə - əmtəəşünaslıq ekspertizasının təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
17. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 7 aprel ta rixli, 2-2(115)454/2022 saylı qərardadı ilə təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin olunmuşdur (hakim – K.Vəliyev). 18. "xxxx" MMC-nin 2022-ci il 10 iyun tarixli, 02-66/22 nömrəli rəyinə əsasən, ünvan 1i ünvanında yerləşən 3 otaqlı, 103,3 kv.m ümumi, 71,3 kv.m yaşayış, 32 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 22.000 manat, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,32 ha torpaq sahəsinin bazar dəyəri 19.200 manat məbləğində, həmçinin cavabdehə məxsus ünvan 1i ünvanında yerləşən 3 otaqlı, 103,3 kv.m ümumi, 71,3 kv.m yaşayış, 32 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 17.000 manat, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,32 ha torpaq sahəsinin likvid dəyəri 18.000 manat məbləğində müəyyən edilmişdir.
19. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 11 oktyabr tarixli, 2-2(115)454/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdehlərdən müştərək qaydada 2016-cı il 15 iyul tarixli əlavə kredit müqaviləsi üzrə 13.269,07 manat əsas borc, 2.718,97 manat faiz borcu, 527,74 manat cərimə borcu və kredit müqaviləsi üzrə 2019-cu il 30 aprel tarixdən 2021-ci il 26 fevral tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.217 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 17.732,78 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi, borc tələbi likvid dəyəri 17.000 manat olan ipotekaya qoyulmuş cavabdhein mülkiyyətindəki ünvan 1ində yerləşən 3 otaqlı, 103.3 kv.m ümumi, 71.3 kv.m yaşayış, 32 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və likvid dəyəri 18.000 manat olan 0.32 ha torpaq sahəsinə yönəldilsin, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evi və torpaq sahəsi boşaldılması, 250 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – K.Vəliyev).
20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barəd ə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Azərbaycan Respublikası MM-in dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq olunmuşdur. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin – faiz borcunun – həddini aşmışdır. İddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 527.74 manat məbləğində tutulmalıdır.
21. Məhkəmə öz mövqeyini MM-in 319.1, 385.1, 386.1, 389.1, 421.1, 421.2, 424.2, 442, 443.1, 445.1, 448.1, 449.1, 449.3, 460.1, 462.1, 463.1, 463.2, 465.1, 465.2, 466, 467, 470.1, 472.1, 472.2, 472.3-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 59.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 14.2, 77.1, 88, 119.1, 124.3-cü maddələrinə istinad etmişdir.
22. Cavabdeh 2022-ci il 24 dekabr tarixdə həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddiaçının iddiası əsassız olduğundan təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh 2022-ci il 24 dekabr tarixdə Gəncə Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək, verilmiş apellyasiya şikayəti üzrə buraxılmış müddətinin bərpasına dair qərardad qəbul olunmasını xahiş etmişdir.
24. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 28 dekabr tarixli, 2-2(115)454/2022 saylı qərardadı ilə verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim – K.Vəliyev).
25. Cavabdeh 2023-cü il 3 yanvar tarixdə yenidən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiaçının iddiası əsassız olduğundan təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 6 yanvar tarixli, 2-2(115)454/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim – K.Vəliyev).
27. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 30 yanvar tarixli, 2-2(115)454/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir (hakim – K.Vəliyev).
28. Cavabdeh 2023-cü il 18 fevral tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 30 yanvar tarixli, 2-2(115)454/2022 saylı qərardadının ləğv olunmasını və apellyasiya şikayətinin qəbul edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
29. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 22 fevral tarixli, 2-2(115)454/2022 saylı qərardadı ilə şikayət təmin edilməmişdir (hakim – K.Vəliyev). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 aprel tarixli, 2-2(104)-117/2023 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 30 yanvar tarixli, 2-2(115)-454/2022 saylı qərardadından verilmiş şikayətin təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 30 yanvar tarixli, 2-2(115)-454/2022 saylı qərardadı və həmin qərardadla bağlı 2023cü il 22 fevral tarixli, 2-2(115)-454/2022 saylı qərardadın ləğv olunması, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 11 oktyabr tarixli, 2-2(115)-454/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır (sədrlik edən hakim – A.Hüseynzadə, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).
31. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli, 2-2(104)-148/2023 saylı qətn aməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 11 oktyabr tarixli, e-22(115)-454/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).
32. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Belə ki, işə birinci instansiya məhkəməsində baxılanda ipoteka predmetinin qiyməti mübahisələndirilmiş və məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin rəyi alınmış, həmin hallar işə birinci instansiya məhkəməsində baxılanda mübahisələndirilməmişdir. Ca vabdeh apellyasiya şikayətinin dəlillərində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair müstəqil qiymətləndiricinin rəyi ilə razılaşmadığını göstərsə də həmin rəylərin doğru olmadığını və həmin dəlilləri birinci instansiya məhkəməsində irəli sürməməsinin səbəblərini göstərməmişdir. Birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən cavabdehə məhkəmə bildirişi göndərmiş, lakin cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Hətta iş materiallarında olan teleqramdan görünmüşdür ki, cavabdeh hazırlıq iclasının sonuncunun iştirakı olmadan keçirilməsinə və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
33. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci m addəsinin 7-ci bəndinə, MM-in 16.1, 18, 317.1, 319.1, 319.6, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 449.4, 462.1, 467, 560.1, 739.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 36.2, 39.3, 39.3.3, 59.3-cü maddələrinə, MPM-in 9.1, 9.2, 9.3, 14.2, 77.1, 78.1, 185.2, 185.5, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
34. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi 2023-cü il 26 may tarixdə iş üzrə tərəflərə göndərilmiş (cavabdehin vəkilinə 2023-cü il 5 iyun tarixdə elektron kabinetinə yerləşdirilmişdir) və poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən görünür ki, qətnamə 2023-cü il 13 iyun tarixdə cavabdehə təqdim olunmuşdur.
35. Cavabdeh 2023-cü il 5 avqust tarixdə kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edil məsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İİİ. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
36. MM-in 205.2, 445.7-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı cavabdehlərə qarşı yüksək faizlərdən faiz tutma əməliyyatı həyata keçirmişdir. Aşağı instansiya məhkəmələri bu halı nəzərə almadan yüksək məbləğdə borc pul hesablamışdır. Həmçinin ipoteka predmeti olan əmlakın likvid dəyəri müəyyən edilərkən dəqiq müəyyən edilməmişdir. Belə ki, əmlakın real bazar qiyməti ilə likvid qiyməti arasında real qiymət fərqinin nə qədər olduğunu real vaxt axınında müəyyən olunması həyata keçirilməmişdir. Apellyasiya məhkəməsi cavabdehin mülkiyyət hüququna dair düz gün nəticəyə gəlməmiş və iddiaçının heç bir mülkiyyət hüququ rəsmən təsdiqlənmədiyi halda, cavabdehin mülkiyyətinin qanuni mülkiyyətindən çıxarılmasına dair qətnamə qəbul etmişdir.
37. MPM-in 76.1, 80, 87.2, 217.2, 218.1, 220-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, aşağı instansiya məhkəmələri iddiaçının öz tələbini əsaslandırdığı hər hansısa mötəbər və mübahisələndirilməsi imkansız olan sübutlara əsaslanmadan, iddiaçının şəxsi mülahizələrinin formalaşdırdığı fikirlərin əsasında yekun qərar qəbul etmişdir. İddiaçı iddiasını əsasını təşkil edən tələbin təmin olunmasına dair onun zəruriliyini isbat edən heç bir sübut və dəlilə əsaslanmamışdır. Həmçinin iddiaçı müqavilədə göstərilən öhdəliklərini yerinə yetirməmiş, maliyyə ziyanına və cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşd ur. Cavabdeh dəfələrlə iddiaçı ilə yaranmış mübahisəni həll etmək üçün müraciət etmiş olsa da, sonuncu bu təklifdən imtina etmiş və məhkəməyə müraciət etmişdir. Məhkəmələr isə təqdim olan dəlillərə hüquqi və düzgün qiymət verməmişdir. Mülkiyyət hüququ olmayan iddiaçının cavabdehlərin yaşayış sahəsindən çıxarılması və əmlakın boşaldılması üçün məhkəmədə iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Belə olan halda aşağı instansiya məhkəmələri iddia tələbinin cavabdehlərin yaşayış sahəsindən çıxarılması və əmlakın boşaldılması hissəsini təmin etməkdə düzgün nəticəyə gəlinməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. İV. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
39. Kassasiya şikayəti vaxtında ver ilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırıl ması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda da şınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.... 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kred itorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə
424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzin i ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütü n hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcl u ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 43. “İpoteka haqqında” Azərbaycan Respublikası müddəalarında aşağıdakılar nəzərdə tutulur: Qanununun müvafiq “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması... 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;...” “Maddə
36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası... 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası....” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; …” “Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi … 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.... 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahə sindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar (bu maddənin 2018-ci il 28 dekabr tarixədək qüvvədə olmuş redaksiyası)....”
44. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar a tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Vİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxıl an zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 2-2(104)-148/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
46. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, iddiaçı cavabdehlərə qarşı yüksək faizlərdən faiz tutma əməliyyatı həyata keçirmiş, aşağı instansiya məhkəmələri bu halı nəzərə almamış, həmçinin ipoteka predmeti olan əmlakın likvid dəyəri dəqiq müəyyən edilməmişdir.
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, MM-in 739 -cu maddəsinə uyğun olaraq, borc müqaviləsinə görə, borc verən pula mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi, borc alan aldığı pulu borc verənə qaytarmağı öhdəsinə götürürlər. Borc müqaviləsinin məbləği pul olduqda, o, kredit müqaviləsi adlanır. MM-in 135.1-ci maddəsinin məzmunundan aydın olur ki, pullar da əşyadır.
48. Konstitusiya Məhkəməsi Plenumunun MM-in 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair 2015-ci il 14 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə də kredit müqaviləsi üzrə verilmiş pul kredit verənin mülkiyyətində olan istənilən valyutada ola bilir və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.
49. MM-in 445.7-ci maddəsində əsasən isə, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc lu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
50. Göründüyü kimi mülki qanunverciliyin müvafiq normaları (bax §42) və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirmiş apellyasiya instansiyası məhkəməsi iddia tələbini əsas kredit borcu, əsas borca hesablanmış faiz borcu və cərimə hissəsində qismən təmin etməkdə haqlı olmuşdur.
51. Məhkəmə kollegiyası kassasiya şikayətinin ipoteka predmetinin likvid dəyərinin dəqiq müəyyən olunmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən ipoteka predmetinin qiyməti mübahisələndirildiyindən ona görə də məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin rəyi alınmış, həmin rəy isə işə birinci instansiya məhkəməsində baxılarkən mübahisələndirilməmişdir.
52. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
53. MPM-nin sübutetmə yükü ilə bağlı müəyyənləşdirdiyi qaydalar baxımından məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüqu qi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPMin 14.2, 77.1, 80, 81-ci maddələri).
54. Cavabdeh kassasiya şikayətinin dəlillərində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair müstəqil qiymətləndiricinin rəyi ilə razılaşmadığını göstərsə də həmin rəylərin doğruluğunu inkar edən mötəbər sübutlarını birinci instansiya məhkəməsində işə baxılarkən təqdim etməmişdir.
55. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məluma tlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
56. Həmçinin, MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri, çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sən ədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir (MPM-in 165, 167.1 və 167.1.2-ci maddələri).
57. Mülki prosessual qanunvericiliyin tələblərinə görə həmçinin işdə iştirak edən şəxslər də prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırla nması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 47, 77.1, 78.1-ci maddələri).
58. Bununla belə, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. (MPM-in 184.1-ci maddəsi).
59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 60. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını mü əyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi gəldiyi nəticə mübahisəli hüquq münasibətlərinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
62. Beləliklə, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 2-2(104)-148/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 2-2(104)-148/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.