Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-547/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdehə qarşı və Cavabdehin İddiaçıya qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair və Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(103)-471/2023 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – “KMP”) Cavabdeh MMC-yə (bundan sonra – “MGP”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci il 27 yanvar tarixli “serial çəkilişinə” dair müqaviləyə əsasən MGP-dən KMP-nin xeyrinə 52.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Eyni zamanda, iddiaçı MGP cavabdeh KMP-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.000 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş 200 manat rüsum, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat pul vəsaiti və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu k imi ödənilmiş 150 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 oktyabr tarixli e-2-2(113)-5580/2022 saylı qərardadı ilə MGP-nin KMP-yə qarşı pul tələbinə dair e-2-2(113)-5580/2022 nömrəli kommersiya işi ilə KMP-nin MGP-yə qarşı pul tələbinə dair e-2-2(113)-5336/2022 nömrəli kommersiya işi bir icraatda birləşdirilmişdir (hakim – A.Əliyeva).
4. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 yanvar tarixli e-2-2(113)-148/2023 saylı qətnaməsi ilə KMP-nin MGP-yə qarşı pul tələbinə dair iddiasının qismən təmin olunması, MGP-dən 38.000 manat məbləğində pulun tutularaq KMP-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, MGP-nin KMP-yə qarşı pul tələbinə dair iddiasının təmin edilməmə si qət edilmişdir (hakim – Z.Axundova).
5. Birinci instansiya məhkəməsinin qətnaməsindən MGP tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv edilməsi, KMP-nin iddia tələbinin təmin edilməməsi, MGP-nin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli 2-2(103)-471/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
7. Həmin qətnamədən MGP tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qərar qəbul edilməsi üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
8. Dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə ödənilmədiyinə görə MGP-nin kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 avqust tarixli 2-2(103)-471/2023 saylı qərardadı ilə geri qaytarılmışdır.
9. MGP 2023-cü il 2 avqust tarixində kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və kassasiya şikayəti təqdim etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 11 avqust tarixli 2-2(103)-471/2023 saylı qərardadı ilə MGP tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
11. Apellyasiya instasniyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin hazırkı işdə həmin maddənin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir.
12. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş, yalnız qeyd olunmuşdur ki, kassasiya şikayətinin verilməsi zamanı yol verilmiş nöqsanlar aradan qaldırılmış və rüsum tam olaraq ödənilmişdir.
13. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MPM-in 405.0.1-ci maddəsi kassasiya şikayətinin heç bir nöqsan olmadan, prosessual qanunvericiliyin bütün tələblərinə riayət edilməklə verilməsi müddətini nəzərdə tutur. MPMin 4 08.5-ci maddəsi isə nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxsin yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmək hüququnu müəyyən etmişdir. Lakin həmin maddə birmənalı olaraq kassasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən buraxılması əsası kimi qiymətləndirilə bilməz. Çünki həmin maddədə göstərilən “ümumi qayda” kassasiya şikayətinə aid bütün tələblərə, o cümlədən şikayət vermə müddətinə də aiddir.
14. Bu baxımdan, cavabdehin istinad etdiyi hallar əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Ona görə də, ərizə təmin edilməməli və kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsində göstərilən müddətdə verilmədiyinə görə həmin Məcəllənin 408.1, 408.1.4-cü maddələrinə əsasən geri qaytarılmalıdır.
15. Qərardad 2023-cü i l 16 avqust tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
16. MGP 2023-cü il 17 avqust tarixində həmin qərardaddan kassasiya şikayəti verərək, onun ləğv edilməsini və kassasiya şikayətinin icraata qəbul edilərək baxılmasının mümkünlüyü barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin, 127-ci maddəsinin, 129-cu maddəsinin İİİ hissəsinin tələbləri pozulmuşdur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Ədalət mühakiməsi vətənd aşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.
18. MPM-in 133.3, 408.1.3, 408.5-ci maddələrinin tələbi pozulmuşdur. MGP-nin kassasiya şikayəti verərkən ödədiyi 55 manat dövlət rüsumu, apellyasiya instansiyasına iş göndərilərkən ödənilmiş qəbzdəki rəqəmlərə əsasən ödənilmişdir və sonradan kassasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxdıqda və rüsumun 55 manat deyil, 123 manat olması aydın olduqda, bu halın niyə apellyasiya instansiyasında işin icraata qəbul edilməsi zamanı nəzərə alınmaması sual yaratmışdır. Lakin buna baxmayaraq, elə həmin gün, yəni 2023-cü il 2 avqust tarixində qərardadda göstərilən 123 manat tam şəkildə ödənilərək, yenidən elektron qaydada kassasiya şikayəti elektron məhk əmə sisteminə yüklənmiş və məhkəməyə göndərilmişdir.
19. Hazırkı halda müəyyən olunmuş qaydada dövlət rüsumu ödənilmədiyindən, kassasiya şikayəti geri qaytarılmış və buna görə də müddət ötürülmüşdür. MGP bu səbəbdən buraxılmış müddətin bərpası barədə ərizə təqdim etmişdir. Əlavə olaraq, qərardaddan verilən hazırkı kassasiya şikayətinə dair qanunvericilikdə dövlət rüsumu tələb edilməsə də, 123 manat dövlət rüsumu 2023-cü il 17 avqust tarixində ödənilmiş və qəbz hazırkı kassasiya şikayətinə əlavə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Dövlət rüsumu haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri Dövlət rüsumu tutulmalı olan hərəkətlər... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə Dövlət rüsumunun məbləği... bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi...”
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafi q müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;...” “Maddə
366. Apellyasiya mümkünlüyünün yoxlanılması... 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslıdır. 27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinin (bax yuxarıda § 24) məzmunundan aydın olur ki, apellyasiya və kassasiya şikayətləri verilərkən eyni həcmdə, yəni həmin iş üzrə iddia veril ərkən ödənilən dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilir.
28. İş materiallarından görünür ki, MGP birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərkən də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən ilk dəfə kassasiya şikayəti verərkən də eyni məbləğdə (55 manat) dövlət rüsümu ödənilmişdir.
29. Buna baxmayaraq eyni məhkəmənin (Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası) eyni tərkibi MGP-nin apellyasiya şikayətini icraata qəbul edib, dövlət rüsumunun azlığı səbəbindən apellyasiya şikayətini geri qaytarmadan həmin şikayətə mahiyyəti üzrə baxmış, lakin MGP apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verdikdə, apellyasiya instansiyası məhkəməsi 2023-cü il 2 avqust tarixində dövlət rüsumunun az ödənilməsi səbəbindən kas sasiya şikayətini geri qaytarmışdır. Lakin MGP elə həmin gün rüsumun çatışmayan hissəsini ödəyərək yenidən kassasiya şikasyəti və onunla birlikdə ötürülmüş şikayətvermə müddətinin buraxılması barədə ərizə ilə müraciət etdikdə apellyasiya instansiyası məhkəməsi sözügedən halı üzrlü hesab etməyərək həmin ərizəni təmin etməmişdir.
30. Məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ədalətli hesab edilə bilməz.
31. Belə ki, MGP birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərkən də dövlət rüsumunu az ödəmiş, lakin bu, onun şikayətinin məhkəmə tərəfindən icraata qəbul edərək ona mahiyyəti üzrə baxılmasına mane olmamışdır. Halbuki bu zaman MPM-in 363.1, 363.1.2-ci maddələri (bax yuxarıda § 25) pozulmuş, apellyasiya instansiya məh kəməsi isə MPM-in 366.2-ci maddəsinin (bax yuxarıda § 25) tələblərini pozaraq həmin apellyasiya şikayətini mümkün hesab etmişdir.
32. Belə olan təqdirdə isə, apellyasiya şikayətini verərkən rüsumu düzgün məbləğdə ödədiyi barədə MGP-də əminlik yaranmış və sonuncu, kassasiya şikayətini verərkən də eyni həcmdə dövlət rüsumunu ödəmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi isə bu dəfə rüsumun az ödənildiyini bildirdikə, MGP elə həmin gün, yəni dərhal rüsumu tam ödəyərək yenidən məhkəməyə müraciət etdikdə, məhkəmə həmin halı üzrlü hesab etməmiş, bununla da ədalətsizliyə yol vermişdir.
34. Halbuki qeyd edilənlər nəzərə alınaraq, MGP-nin gətirdiyi səbəbin MPM-in 133.1-ci maddəsinə (bax yuxarıda § 25) uyğun olaraq üzrlü hesab edilməsi və ötürülmüş şikayətvermə müddətinin bərpa edilməsi mümkün i di və bu, ədadlət prinsipinə daha uyğun olardı.
35. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(103)-471/2023 saylı qərardadı ləğv edilməli və MGP tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayəti üzrə növbəti prosessual hərəkətlər yerinə yetirilməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(103)-471/2023 saylı qərardadı ləğv edilsin. Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəmə sinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli 2-2(103)-471/2023 saylı qətnaməsindən verilən kassasiya şikayəti üzrə növbəti prosessual hərəkətlər yerinə yetirilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.