Məhkəmə qərarları › İş №2-2(102)-549/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-549/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-549/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-549/2024 Açar sözlər: (gecikdirilmiş vaxt üçün illik 5 % tələbi üçün əsas) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 13 may tarixli, 2-2(103)-421/2 024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları: 1. “Sifarişçi” Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (“DSX”) “icraçı” İddiaçı MMC (“MMC”) olmaqla, 2015-ci il 14 iyul tarixində imzalanmış k/54 saylı müqaviləyə (bundan sonra-“k/54 saylı müqavilə”) əsasən tərəflər “sifarişçi”-nin mərkəzi anbarına daşınmaqla lot 1 üzrə mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların satın-alınması məqsədilə “icraçı”nın 214.760 manat məbləğində tender təklifini qəbul etdiyini təsdiq etmişlər. “İcraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın-alınan mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların təhvil verilməsini öhdəsinə götürmüş, g öndərilmiş mallar icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, “icraçı” aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat vermiş, sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətidən 214.760 manat əsas borc, 5.000 manat cərimə və 20 manat dövlət rüsumunun əvəzinin tutularaq MMC-yə ödənilməsi qət edilmişdir. 3. 2018-ci il 6 dekabr tarixli, ********** saylı və ********** saylı ödəniş tapşırıqlarına müvafiq olaraq 182.000 manat və 32.760 manat məbləğində pul DSX tərəfindən MMCnin ba nk hesabına köçürülmüşdür.

4. MMC tərəfindən 2021-ci il 5 mart tarixində DSX-yə ünvanlanmış pretenziya məktubunda 34.898,50 manat məbləğində pul vəsaitinin MMC-nin xeyrinə ödənilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 34.898,50 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla əsaslandırılmış və qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 439.3-cü maddəsinin tələblərinə görə qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Belə olan halda, 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr (qətnamə üzrə tutulmuş pulun ödənildiyi vaxt) ayına qədər olan müddət - 39 ay dövrü üçün cavabdeh tərəfindən MMC-yə 34.898,50 manat məbləğində pul ödənilməlidir.

7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 oktyabr tarixli, e-2-2(113)2782/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – A.Əliyeva).

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən K/54 saylı müqavilə ü zrə əsas borcun və ona hesablanmış faizlərin tutulması ilə bağlı məhkəməyə müraciət edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir.

9. Gəldiyi nəticəni məhkəmə MM-in 439.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 9 fevral tarixli, 2-2(103)-194/20 22 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 34.898,50 manat illik 5 faizlə əldən çıxmış fayda və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir (sədrlik edən və məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və V.Məmmədov).

12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında tender yolu ilə 2015-ci il 14 iyul tarixli k/54 saylı müqavilə imzalanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 214.760 manat məbləğində mal satmışdır. 13. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli 2-2(81)1239/2018 nömrəli qətnaməsinə əsasən, iddiaçı 2015-ci il 17 sentyabr tar ixdə müqavilə əsasında sifariş verilmiş malları cavabdehə qaimə əsasında təhvil vermiş, lakin cavabdeh malın dəyərini ödəməmişdir. Qeyd edilən qətnamə əsasında cavabdehdən iddiaçının xeyrinə 214.760 manat əsas borc, 5.000 manat cərimə və 20 manat dövlət rüsumunun əvəzi tutulmuşdur.

14. Qətnamə ilə cavabdehdən tutulmalı olan 214.760 manat əsas borc 2018-ci il 6 dekabr tarixdə iddiaçının hesabına köçürülsə də, iddiaçının nümayəndəsi cərimə borcunun ödənilmədiyini bildirmişdir.

15. İddiaçının tələbi 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr ayına qədər olan 39 aylıq müddət ərzində pul öhdəliyinin icrasının gecikdirilməsinə görə MM-in 439.3-cü maddəsinə əsasən illik 5 %-lə hesablanmış 34.898,50 manat məbləğində əldən çıxmış faydanın ödənilməsidir.

16. Məhkəmə kollegiyası iddia ərizəsin də iddianın hüquqi əsası kimi istinad edilmiş MM-in 439.3-cü maddəsinin mübahisə üzrə tətbiq edilməli olmadığını qeyd etmiş, lakin birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı razılaşmayaraq MPMnin 82.3, MM-nin 443.1, 445.2.1, 445.7, 448.1, 448.2, 462.1 və 465.2-ci maddələrinə istinadla göstərmişdir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri olan dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Kreditorun xeyrinə borcludan müəyyən məbləğdə dəbbə pulu tutulması MM-nin 465.2-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə dəymiş zərərə görə faizlərin tutulmasını istisna etmir.

17. Tərəflər arasında bağlanmı ş müqavilədə və mülki qanunvericiliyin alqı-satqı müqavilələri ilə bağlı münasibətləri tənzimləyən normalarında borcun üstünə faizlər hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçının tələbi MM-nin 445.7-ci maddəsinə tələbinə əsasən təmin edilməlidir. Belə ki, həmin norma kreditora digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, pul öhdəliyinin icrasını gecikdirmiş borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tutulmasını tələb etmək hüququ verir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasını n 2023-cü il 27 dekabr tarixli, 2-2(102)-1/2023 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılmışdır (məruzəçi hakim K.Abiyeva, hakimlər B.Məmmədli və İ.Dadaşov).

20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, dövlət büdcəsindən maliyyələşən cavabdehlə iddiaçı arasında öhdəlik münasibətləri “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri baxımından tenderdə bağlanmış müqavilə əsasında əmələ gəlmişdir. Həmin müqavilənin ödəmələri tənzimləyən 12.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə icraçının təqdim etdiyi sən ədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır. Cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsinə gələn apellyasiya instansiyası məhkəməsi, iddia tələbinə sözügedən müqavilənin 12.1-ci bəndinin tələbi baxımından qiymət verməmiş, ödəmə ilə bağlı tenderin əsas şərtlər toplusunun nədən ibarət olması müəyyən edilməmiş, bununla da MPM-in 88 və 217.1-ci maddələrinin tələbləri pozulmuşdur.

21. Kassasiya kollegiyası hesab etmişdir ki, mübahisə iddiaçının təhvil verdiyi malın dəyərinin vaxtında ödənilməməsi ilə bağlı olduğundan, büdcə təşkilatının satın aldığı malın dəyərini hansı müddətə və şərtlər daxilində ödəməli olması müəyyənləşdirilmədən, iddia tələbinə MM-in 445.7-ci maddəsinin tələbi baxımından düzgün hüquqi qiymət verilə bilməz.

22. Kollegiya “Büdcədən maliyyələşən kredit sərəncamları tərəfindən alınan malların, qəbul olunan iş və xidmətlərin Xəzinə uçotu haqqında” Təlimatın 2.5-ci bəndinə istinadla qeyd etmişdir ki, dövlət büdcəsindən vəsait ayrılmadan, büdcə təşkilatının aldığı malın, işin və ya xidmətin dəyərini ödəməsi istisna olunur. İş materiallarına isə sözügedən müqavilə üzrə dövlət büdcəsindən vəsaitin ayrılması vaxtına dair hər hansı sübut əlavə edilməmiş, MM-in 445.7-ci maddəsinin dispozisiya şərtlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olsa da, bununla bağlı hər hansı qiymətləndirmə aparılmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasını 2024-cü il 13 may tarixli, 2-2(103)-421/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin ed ilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 34.898,50 manat məbləğində illik 5 faizlə əldən çıxmış fayda, iddia ərizəsinin verilməsi üçün 30 manat və apellyasiya şikayətinin verilməsi üçün 15 manat məbləğində pulun tutulması qət edilmişdir (sədrlik edən və məruzəçi hakim G.Axundova, hakimlər C.Musayeva və F.Babayev).

24. Apellyasiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin 12.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş qaydada və məbləğdə İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sən ədlər) əsasında aparılır. Sifarişçi müqavilənin icrasını təmin etmək məqsədi ilə hər ödənişdən müəyyən olunmuş məbləği tutur. Həmin vəsait müqavilənin icrası tam başa çatdırıldıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) İcraçıya ödənilir. Müqavilə İcraçı və ya Sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərilən qaydada ödənişlərin məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. Təkrar apellyasiya araşdırması zamanı ödəmə ilə bağlı tenderin əsas şərtlər toplusunun nədən ibarət olması, büdcə təşkilatının satın aldığı malın dəyə rini hansı müddətə və şərtlər daxilində ödəməli olması, o cümlədən müqavilə üzrə dövlət büdcəsindən vəsaitin ayrılması vaxtına dair hər hansı sübutun olması barədə məlumatların məhkəməyə təqdim edilməli olması ilə bağlı cavabdehə sorğu göndərilmişdir.

25. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş 2024cü il 27 aprel tarixli 3-38-16/2-2945/2024 saylı məktubda göstərilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli 2-2(81)-1239/2028 nömrəli qətnaməsinə əsasən cavabdehlə iddiaçı arasında bağlanmış 2015-ci il 14 iyul tarixli, k/54 nömrəli müqavilə üzrə yaranmış 214.760 manat borc, gecikdirməyə görə 5000 manat cərimə vəsaiti və dövlət rüsumu 2018-ci ilin dekabr ayında tam şəkildə ödənilmişdir. “Dövlət Satınalmaları haqqında” Qanunun 4 0.5-ci maddəsinə uyğun olaraq satınalmaya dair hesabatların saxlanma müddətinin 5 il olmasını və satınalınma prosedurunun 2015-ci il 14 iyul tarixdə həyata keçirildiyi nəzərə alınsa, cavabdehin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlanma müddətləri üzrə siyahısı və onun tətbiqinə dair qaydaların təsdiq edilməsi barədə Dövlət Sərhəd Xidmətinin rəisinin 10 iyun 2021-ci il tarixli 0130 nömrəli əmrini əsas tutaraq 2021-ci il 3 avqust tarixli Q/13/932m nömrəli məhvetmə aktı əsasında məhv edilmişdir. Məktuba əlavə edilmiş 2018-ci il 12 iyun tarixli ********** nömrəli ödəniş tapşırığında cavabdeh tərəfindən iddiaçıya 182.000 manat ödəniş edilmiş, 2018-ci il 12 iyun tarixli ********** nömrəli ödəniş tapşırığında 32.760 manat, 2018-ci il 20 dekabr tarixli qəbzdə isə 5020 manat ödə niş edildiyi öz əksini tapmışdır.

26. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilədə və mülki qanunvericiliyin alqı-satqı müqavilələri ilə bağlı münasibətləri tənzimləyən normalarında borcun üstünə faizlər hesablanmasının nəzərdə tutulmadığını vurğulayaraq iddia tələbinin MM-in 445.7-ci maddəsinə əsasən təmin edilməli olması nəticəsinə gəlmişdir.

27. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 443.1, 445.2.1, 445.7, 448.1, 448.2, 462.1, 465.2, MPM-in 14.2, 77.1, 82.3, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xa hiş etmişdir.

29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüququ normaları pozulmuşdur: 29.1. MM-in 445.7-ci maddəsi üzrə - məhkəmə qətnaməsi 2018-ci ilin dekabr ayınadək tam şəkildə icra olunmuşdur. Məhkəmənin istinad etdiyi MM-nin 445.7-ci maddəsinin tətbiqi qanunun da tələbindən göründüyü kimi icra mərhələsində olan gecikmələrlə bağlıdır. Hazırkı halda məhkəmə qətnaməsi vaxtında icra edildiyindən qeyd olunan maddənin bu hala tətbiq olunaraq iddiaçının iddia tələbinin təmin edilməsi əsassızdır. Yəni, qeyd olunan mübahisəyə bir dəfə baxılaraq hüquqi qiymət verilmiş, əsas borcdan əlavə öhdəliyi gecikdirməyə görə 5000,0 manat cərimə tutulmuş və həmin cərimə ödənilmişdir. Qanunverici qeyd olunan normada icranı n gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. “Məhkəmə qərarlarını n icrası haqqında” Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarı). 29.2. MPM-in 14.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qətnamə qəbul edərkən bundan əvvəl aparılmış məhkəmə araşdırmaları zamanı tövsif olunan halları tam araşdırmamış, mövcud olmuş h alı iddiaçının xeyrinə tövsif edərək əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri

31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Bel ə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

32. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzə rinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bi r təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....”

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” `Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhk əmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikay ətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;...” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya məhkəməsinin əvvəlki icraatında şərh etdiyi göstərişləri tam icra etməmiş, yalnız Dövlət Sərhəd Xidmətinə sorğu verərək, 27 aprel 2024-cü il tarixli cavab məktubunu almaqla kifayətlənmiş və iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Halbuki, kassasiya məhkəməsinin əvvəlki göstərişləri cavabdehin iddiaya etirazının dəlillərinin müvafiq maddi hüquq normalarına uyğun yoxlanılmasına yönəldilmişdir. (bax bənd 20-22)

37. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehlə iddi açı arasında öhdəlik münasibətləri “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri baxımından tenderdə bağlanmış müqavilə əsasında əmələ gəlmişdir.

38. Tərəflər arasında bağlanmış müqavilənin 12.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır.

39. Apellyasiya məhkəməsi isə, cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsinin müqavilənin 12.1-ci bəndinin tələbi baxımından hüquqi qiymət verməmiş, tenderin əsas şərtlər toplusunun nədən ibarət olması müəyyən etməmiş, cavabdehin və müvafiq olaraq müqavilə üzrə onun öhdəliklərinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsin i nəzərə almamış və cavabdehin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən maddi məsuliyyət daşıması nəticəsinə gəlmişdir.

40. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli met alların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

41. Hazırkı iş üzrə cavabdeh dövlət büdcəsindən maliyyələşən təşkilat olmaqla, ondan tutulacaq hər bir məbləğ son nəticədə dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyinin maraqlarına toxuna biləcəyindən, apellyasiya məhkəməsi həmin Nazirliyin də işə cəlb olunmasını müzakirə etməli olduğu halda bunu etməmişdir.

42. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələrinin tələbləri pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğ un əsaslandırılmamışdır.

43. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

44. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən Ali Məhkəmənin Kommersiya kollegiyasının 2024-cü il 27 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə almaqla, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məh kəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 13 may tarixli, 2-2(103)-421/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar