Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-549/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: xidmət və icarə müqavilələri üzrə öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 aprel tarixli, 2-2(103)-138/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxıl mışdır. İ. İŞİN HALLARİ 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 2022-ci il 14 aprel tarixli AMG/M/22-011 nömrəli xidmət müqaviləsi bağlanmışdır.
2. Müqavilənin 6-ci bəndinə əsasən İcraçı tərəfindən yerinə yetirilən işlərin dəyəri qazma-partlayış işlərinin hər ton vahidi üçün hesablanır və müqavilənın ayrılmaz tərkib hissəsi olan "X1 ("Əlavə 1") qeyd edilir, Sifarişçi tərəfindən Əlavədə göstərilən müddətdə və qaydada ödənilir. Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaqdır. İcraçı tərəfindən yerinə yetirilən işlərın dəyəri üzrə Xidmət haqqı barədə ödəniş İcraçı tərəfindən hər ayın əvvəli Sifarişçiyə Təhvil-Təslim Aktı, elektron qaimə və hesab faktura təqdim edildikdən sonra 15 iş günü müddətində bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə razılaşdırılan m əbləğdə İcraçının Bank hesabına köçürmə üsulu ilə ödənilir. 3. 2022-ci il 24 noyabr tarixli invoice-a əsasən, 2022-ci il 14 aprel tarixli AMG/M/22011 nömrəli müqavilə üzrə iyun-sentyabr aylarında Daşkəsən rayonunun inzibati ərazisində X7i mədənində yerinə yetirilmiş qazma-partlayış işlərinin ümumi dəyəri 838768,80 manat təşkil edir. 4. “Azinterpartlayış-X" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə 2022-ci il 14 aprel tarixli AMG/M/22-011 nömrəli müqaviləyə əsasən, 2022-ci il 24 noyabr tarixli EBCJ 805781 nömrəli (iyun-sentyabr aylarında Daşkəsən rayonunun inzibati ərazisində X7i mədənində yerinə yetirilmiş qazma-partlayış işləri haqqında) 838768,81 manat məbləğində elektron qaimə göndərilmişdir. 5. “Azinterpartlayış-X" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 2022-ci i l 14 aprel tarixli AMG/M/22-011 nömrəli müqaviləyə əsasən Daşkəsən rayonunun inzibati ərazisində X7i mədənində yerinə yetirilmiş qazma-partlayış işlərinin aparılması üçün 2022ci il 14 aprel tarixli qiymət razılaşdırma protokolu ilə partladılmış materiallar, onların ölçü vahidi və vahidinin qiyməti razılaşdırılmışdır. 6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 2020-ci il 20 avqust tarixli 19/20 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə əsasən “Sifarişçi” Daşkəsən rayonunun inzibati ərazisində yerləşən Ağyoxuş və Mərəh qızıl filizi mədənlərində qazma-partlayış işlərinin aparılmasını sifariş edir və görüləcək işlərin dəyərinin ödənilməsinə zəmanət verir. "İcraçı" qazma partlayış işlərini smeta sənədlərinə uyğun yerinə yetirməyi, müqavilədə nə zərdə tutulan təminatı, görülmüş işlərin "Sifarişçi" təşkilatın nümayəndəsinin iştirakı ilə təhvil verilməsi öhdəliklərini öz üzərinə götürür. Görüləcək işlərin həcmi "Sifarişçinin tələblərinə uyğun aparılacaqdır. - 2-ci bəndinə əsasən görülən işlərin dəyəri qazma-partlayış işlərinin hər tonu üçün hesablanır və bu müqavilənin ayrılmaz hissəsi olan X4 qeyd olunur. Görülmüş işlərin dəyərinin ödənilməsi, yerinə yetirilmiş işin həcminə uyğun olaraq iki tərəfli imzalanmış 2 saylı Forma Aktına əsasən aparılır. Görülmüş işlərin dəyərinin ödənilməsi "İcraçı" işi təhvil verdikdən sonra 15 iş günü müddətinə "Sifarişçi" tərəfindən ödənilir. 7. 10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 2020-ci il 20 avqust tarixli 19/20 nömrəli müqaviləyə əsasən Daşkəsən rayonunun inzibati ərazisi ndə yerləşən Ağyoxuş və Mərəh qızıl filizi mədənlərində sülhməramlı qazma-partlayış işləri üçün 2020-ci il 20 avqust tarixli qiymət razılaşdırma protokoluna görə Sifarişçi qazmapartlayış işlərinin hər bir tonu üçün İcraçıya 1,05 USD+ƏDV 18% ödəyir. 8. 2020-ci il 20 avqust tarixli 19/20 saylı müqavilə üzrə 2022-ci ilin avqust–noyabr aylarında yerinə yetirilmiş qazma-partlayış işlərinin ümumi dəyəri müvafiq invoice-lərə əsasən 479341,02 manat (avqust), 318461,18 manat (sentyabr), 132221,93 manat (oktyabr) və 138579,59 manat (noyabr) təşkil etmişdir. 9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə 19/20 saylı, 2020-ci il 20 avqust tarixli müqaviləyə əsasən: - 2022-ci il 16 noyabr tarixli EBCJ 271220 nömrəli - 132221,93 manat, - 2022-ci il 6 oktyabr tarixli EBCG 632378 nömrəli - 318461,19 manat, - 2022-ci il 6 sentyabr tarixli EBCD 173374 nömrəli - 479341,01 manat, - 2022-ci il 5 dekabr tarixli EBCK 515966 nömrəli - 138579,59 manat məbləğlərində elektron qaimələr göndərilmişdir. 10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “X11" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2021-ci ilin aprel ayında Ağyoxuş mədənində görülmüş qazma-partlayış işlərinə görə 2021-ci il 26 may tarixli EBBC 264539 nömrəli 307898,93 manat məbləğində elektron qaimə göndərilmişdir.
11. Tərəflər arasında bağlanmış 2021-ci il 26 iyul tarixli 216 nömrəli müqavilə üzrə müqavilənin 1-ci bəndinə əsasən "İcarədar" özünə məxsus olan Daşkəsən rayonu inzibati ərazisində yerləşən partlayış materiallarının daimi sərf anbarını "İcarəçiyə" təhvil verir və "İcarəçi" bu partladıcı anbarı qəbul edir. 12. 2021- ci il 26 iyul tarixli 216 saylı müqavilə üzrə Daşkəsən rayonu inzibati ərazisində yerləşən partlayış materiallarının qısa müddətli sərf anbarının icarəsi barədə aktlara əsasən, 2021-ci il 26 iyul – 2021-ci il 26 oktyabr dövründə hər ay üçün icarə haqqı 3540 manat müəyyən edilmişdir.
13. Tərəflər arasında bağlanmış 2021-ci il 23 iyul tarixli 216/1 nömrəli müqavilə üzrə müqavilənin 1-ci bəndinə əsasən "İcarədar" özünə məxsus olan Şuşa rayonu Daşaltı inzibati ərazisində yerləşən partlayış materiallarının qısa müddətli sərf anbarını "İcarəçiyə" təhvil verir və "İcarəçi" bu partladıcı anbarı qəbul edir. 14. 2021-ci il 23 iyul tarixli 216/1 nömrəli müqavilə üzrə Şuşa rayonu, Daşaltı inzibati ərazisində yerləşən partlayış materiallarının qısa müddətli sərf anbarının icarəsi barədə aktlara əsasən, 2021-ci il 23 iyul – 2021-ci il 23 oktyabr dövründə hər ay üçün icarə haqqı 1180 manat müəyyən edilmişdir.
15. Tərəflər arasında bağlanmış 2021-ci il 26 noyabr tarixli 218 nömrəli müqavilə üzrə – müqavilənin 1-ci bəndinə əsasən “İcarədar” özünə məxsus olan Zəngilan rayonu, Bartaz inzibati ərazisində yerləşən partlayış materiallarının qısa müddətli sərf anbarını “İcarəçiyə” təhvil verir və “İcarəçi” bu partladıcı anbarı qəbul edir. 16. 2021-ci il 26 noyabr tarixli 218 nömrəli müqavilə üzrə Zəngilan rayonu, Bartaz inzibati ərazisində yerləşən partlayış materiallarının qısa müddətli sərf anbarının icarəsi barədə aktlara əsasən, 2021-ci il 26 noyabr – 2022-ci il 26 fevral dövründə hər ay üçün icarə haqqı 1180 manat müəyyən edilmişdir.
17. Tərəflər arasında bağlanmış 2021-ci il 03 noyabr tarix li 217 nömrəli müqavilə üzrə – müqavilənin 1-ci bəndinə əsasən “İcarədar” özünə məxsus olan Göygöl rayonu, Toğanalı inzibati ərazisində yerləşən partlayış materiallarının qısa müddətli sərf anbarını “İcarəçiyə” təhvil verir və “İcarəçi” bu partladıcı anbarı qəbul edir. 18. 2021-ci il 03 noyabr tarixli 217 nömrəli müqavilə üzrə Göygöl rayonu, Toğanalı inzibati ərazisində yerləşən partlayış materiallarının qısa müddətli sərf anbarının icarəsi barədə invoice-lərə əsasən, 2022-ci il 03 may – 2022-ci il 03 sentyabr dövründə hər ay üçün icarə haqqı 1180 manat müəyyən edilmişdir. 19. 2021-ci il 03 noyabr tarixli 217 nömrəli müqavilə üzrə Göygöl rayonu, Toğanalı inzibati ərazisində yerləşən partlayış materiallarının qısa müddətli sərf anbarının icarəsi barədə aktlara əsasən, 2021-ci il 03 noyabr – 2022-ci il 03 fevral dövründə hər ay üçün icarə haqqı 1180 manat müəyyən edilmişdir. 20. “X9” MMC-nin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 2025-ci il 7 fevral tarixli, 13-10-1/2-37/2025 nömrəli məktubunun məzmunundan görünür ki, Cəmiyyət tərəfindən imzalanmış X7i mədənində üstaçma, partlayış və süxur daşıma işlərinin satınalınmasına dair 2022-ci il 6 aprel tarixli müqavilə çərçivəsində Daşkəsən rayonunun inzibati ərazisində yerləşən X7i mədənində qazma-partlayış və daşıma işləri həyata keçirilib və həmin işlərin indiyədək ümumi həcmi üstaçma, boş süxur və filiz olmaqla 8,337,460.50 ton təşkil etmişdir. 21. “X9” MMC-nin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 2025-ci il 10 yanvar tarixli, 13-10-1/2-4/2025 nömrəli məktubunun məzmununa əsasən, Cəmiyyət tərəfindən imzalanmış X7 i mədənində üstaçma, partlayış və süxur daşıma işlərinin satınalınmasına dair 2022-ci il 6 aprel tarixli müqavilə çərçivəsində Daşkəsən rayonunun inzibati ərazisində yerləşən X7i mədənində qazma-partlayış və daşıma işləri həyata keçirilib və həmin işlərin indiyədək ümumi həcmi üstaçma, boş süxur və filiz olmaqla 8.337.460,50 ton təşkil etmişdir. 22. 25 ədəd 1-25 nömrəli X3 müəyyən edilir ki, həmin pasportlarda 2022-ci ilin iyunsentyabr aylarında X7 mədənində həyata keçirilmiş partlayış işləri barədə məlumatlar partlayış sahəsinin xarakteriskası, süxurların xarakteriskası, ilkin texnoloji məlumatlar, qazma və partlayış parametrləri, təhlükəsizlik tədbirləri, partlayış işlərini keçirən işçi heyət, partlayış quyularının planı, qazma və partlayış parametrləri haqqında məlumatlar əks olunub və pasportlar "xxxx" MMC İş-nin rəhbərinin, Cavabdeh MMC layihə rəhbərinin, “X9” MMC-nin nümayəndələrinin (sahə rəsinin müavini, daş-mədən mühəndisi, sətəm üzrə aparıcı mütəxəssis) imzaları ilə təsdiq edilmişdir. 23. "xxxx" MMC tərəfindən tərtib edilmiş 2022-ci il 14 aprel tarixli AMG/M/22-011 nömrəli xidmət müqaviləsinə əsasən Daşkəsən rayonunun inzibati ərazisində yerləşən X7 mədənində yerinə yetirilmiş qazma-partlayış işləri barədə cədvəldən müəyyən edilir ki, həmin cədvəldə partlayış pasportlarınınnömrələri (1-25 nömrəli) qeyd edilməklə hər pasport üzrə görülmüş işlərin (ayrılmış boş süxur və dəmir filizinin) həcmləri göstərilmişdir. Həmin cədvəl məlumatlarına əsasən sınaq partlayışı və 25 ədəd partlayış pasportu üzrə 183.905m3 (496.543,5 ton) boş süxurun və 5680 m3 (35.585,20 ton) həcmin də dəmir filizinin ayrılması ilə nəticələnən işlər görülmüş və 496543,5 ton boş süxurun ayrılması ilə nəticələnən işlərin dəyəri 675299,16 manat, 19880 ton dəmir filizinin ayrılması ilə nəticələnən dəyəri 35585,20 manat olmaqla görülmüş işlərin cəmi dəyərinin ƏDV daxil 838843,54 (127959,18 manat ƏDV) manat məbləğində olması göstərilmişdir. 24. “X9” MMC-nin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 2025-ci il 14 fevral tarixli, 13-10-1/2-46/2025 nömrəli məktubunun məzmunundan görünür ki, “X9” MMC tərəfindən 25 ədəd X2 hər birinə ayrılıqda istinad olunmaqla Daşkəsən rayonunun inzibati ərazisində yerləşən X7i mədənində qazma-partlayış işlərinin həcmi barədə məlumat təqdim edilmiş, həmin məlumatda hər bir pasport üzrə götülmüş işlərin həcmləri - ayrılmış boş süxur və filizin həcmləri əks ol unmaqla 25 partlayış pasportu üzrə cəmi 192.732 m3 boş süxur və dəmir filiz ayrıldığı göstərilmişdir. Qeyd olaraq bildirilmişdir ki, boş süxurun həcm çəkisi göstəricisi ilə, filizdə isə filizdə olan dəmirin miqdarına (keyfiyyətinə) uyğun həcm çəkisi göstəricisinə (bu göstəricilər 3,2-4,8 ıntervalında dəyişir) görə həcmlər tona keçid edilir (məsələn, boş süxur orta həcm çəkisi 2,7 əmsalına, keyfiyyəti Fe=30% olan filizdə 3,5 əmsalın vurmaqla həcm tonla qiymətləndirilir). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
25. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi, iddia tələbinin həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək, cavabdehdən 2020-ci il 20 avqust tarixli xidmət müqaviləsi üzrə 726403,71 manat məbləğində pulun, gecikən günlərə görə 61559,63 manat cərimənin, 192534,88 manat mənfəət itikisinin, 2022-ci il 14 aprel tarixli xidmət müqaviləsi üzrə 838768,81 manat məbləğində pulun, 71082,10 manat cərimənin, 133579,41 manat mənfəət itkisinin, 2021-ci il 23 iyul tarixli anbar icarəsi müqaviləsi üzrə 11800 manat pulun, 950 manat cərimənin, 3390,80 manat mənfəət itkisinin, 2021-ci il 26 iyul tarixli icarə müqaviləsi üzrə 49560 manat pulun, 4450 manat cərimənin, 14227,60 manat mənfəət itkisinin, 2021-ci il 3 noyabr tarixli icarə müqaviləsi üzrə 11800 manat pulun, 900 manat cərimə pulunun, 3390,80 manat mənfəət itkisinin, 2021-ci il 26 noyabr tarixli icarə müqaviləsi üzrə 11800 manat pulun, 900 manat cərimə pulunun, 3390,80 manat mənf əət itkisinin, ümumilikdə 1650132,52 manat pulun, 139841,73 manat cərimənin, 350514,29 manat mənfəət itkisinə görə pulun, 1861 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. İddia ərizəsi, iddia tələbinin həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr onunla əsaslandırılmışdır ki, iddiaçı tərəflər arasında müxtəlif dövrlərdə xidmət və icarə müqavilələri bağlanmış, lakin cavabdeh bu müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, 2022-ci il 14 aprel tarixli AMG/M/22-011 nömrəli xidmət müqaviləsinə əsasən, icraçı Daşkəsən rayonunda yerləşən X7i mədənində qazmapartlayış işlərini icra etmiş, görülən işlərə dair akt və 2022-ci il 24 noyabr tarixli elektron qaimə tərtib olunmuş, xidmətlərin dəyəri 710 821,02 man at və 127 947,78 manat ƏDV olmaqla ümumilikdə 838 768,80 manat müəyyən edilmişdir. İcraçı müqavilə öhdəliklərini tam icra etsə də, cavabdeh tərəfindən bu məbləğin ödənilməsi təmin edilməmişdir. Bundan başqa, tərəflər arasında 2020-ci il 20 avqust tarixli 19/20 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında 2022-ci ilin avqust-noyabr aylarında qazma-partlayış işləri aparılmış, akt və elektron qaimələr tərtib olunmuş, görülən işlərin ümumi dəyəri 1 068 603,71 manat (ƏDV daxil) olmuşdur. Cavabdeh yalnız 342 200 manat ödəmiş, nəticədə 726 403,71 manat qalıq borc yaranmışdır. Eyni zamanda, tərəflər arasında anbarların icarəsi üzrə 2021-ci il 26 iyul tarixli №216, 2021-ci il 23 iyul tarixli №216/1, 2021-ci il 26 noyabr tarixli №218 və 2021-ci il 3 noyabr tarixli №2017 nömrəli mü qavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, Daşkəsən, Şuşa, Zəngilan və Göygöl rayonlarında yerləşən partlayıcı maddələr üçün nəzərdə tutulmuş anbarlar cavabdehə təhvil verilmiş, lakin cavabdeh ümumilikdə 84 960 manat icarə haqqını ödəməmişdir. Beləliklə, xidmət və icarə müqavilələri üzrə cavabdehin əsas borcu 1.650 132,52 manat təşkil edir. Bununla yanaşı, öhdəliklərin vaxtında icra edilməməsi nəticəsində iddiaçıya əlavə zərərlər dəymişdir. Xüsusilə, 2022-ci il 14 aprel tarixli müqavilə üzrə 71 082,10 manat cərimə və 133 579,41 manat mənfəət itkisi (cəmi 204 661,51 manat), 2020-ci il 20 avqust tarixli müqavilə üzrə 61 559,63 manat cərimə və 192 534,88 manat mənfəət itkisi (cəmi 254 094,51 manat), dörd anbar icarəsi müqaviləsi üzrə isə 7 200 manat cərimə və 24 400 manat mənfəət itki si (cəmi 31 600 manat) hesablanmışdır. Toplam olaraq, cərimə və mənfəət itkisi 490 356,02 manat təşkil edir. Nəticə etibarilə, cavabdehin icra etmədiyi əsas borc və dəymiş əlavə zərərlər birlikdə 2 140 488,54 manat təşkil edir. İddiaçı tərəfindən dövlət rüsumu olaraq əvvəlcədən 1 616 manat, iddia tələbinin həcminin artırılmasına görə isə əlavə 245 manat ödənilmişdir. İddiaçı hesab edir ki, göstərilən məbləğlər məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməli, dövlət rüsumu isə qanunvericiliyə uyğun şəkildə cavabdehin üzərinə qoyulmalıdır.
27. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 2 sentyabr tarixli, 4/1041 nömrəli ekspert rəyinə əsasən, 2021-ci il 26 noyabr tarixli 218 nömrəli müqavilədə, 2021-ci il 03 noyabr tarixli 217 nömrəli m üqavilədə, 2021-ci il 26 iyul tarixli 216 nömrəli müqavilədə, 2021-ci il 23 iyul tarixli 216/1 nömrəli müqavilədə “X10 Group MMC-nin direktoru” qrafalarındakı imzalar, 2020-ci il 20 avqust tarixli qiymət razılaşdırma protokolunda, 2022-ci il 14 aprel tarixli AMG/M/22-011 nömrəli xidmət müqaviləsində “X8 Group MMC-nin direktoru” qrafalarındakı imzalar, 2021ci il 3 noyabr – 2021-ci il 3 dekabr, 2021-ci il 3 dekabr – 2022-ci il 3 yanvar, 2022-ci il 3 yanvar – 2022-ci il 3 fevral, 2021-ci il 23 iyul – 2021-ci il 23 avqust, 2021-ci il 23 avqust – 2021-ci il 23 sentyabr, 2021-ci il 23 sentyabr – 2021-ci il 23 oktyabr, 2021-ci il 26 iyul – 2021-ci il 26 avqust, 2021-ci il 26 avqust – 2021-ci il 26 sentyabr, 2021-ci il 26 sentyabr – 2021-ci il 26 oktyabr, 2021-ci il 26 noyabr – 2021-ci il 26 dekab r, 2021-ci il 26 dekabr – 2022-ci il 26 yanvar, 2022-ci il 26 yanvar – 2022-ci il 26 fevral tarixlərində sərf anbarlarının icarəyə verilməsi haqqında aktlarda “İcarəçi tərəfdən X11 MMC-nin direktoru” qrafalarındakı imzalar X5 tərəfindən icra olunmuşdur.
28. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 4 sentyabr tarixli, 5/782 nömrəli ekspert rəyinə əsasən, 2021-ci il 26 noyabr tarixli 218 nömrəli, 2021-ci il 3 noyabr tarixli 217 nömrəli, 2021-ci il 26 iyul tarixli 216 nömrəli, 2021-ci il 23 iyul tarixli 216/1 nömrəli müqavilələrdə, 2020-ci il 20 avqust tarixli 1 nömrəli, 2022-ci il 14 aprel tarixli 1 nömrəli Qiymət razılaşdırma protokollarda, 2022-ci il 14 aprel tarixli AMG/M/22-011 nömrəli Xidmət müqaviləsində, 12 ədəd aktlarda (forma 2) ol an cavabdehin möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuş, 2021-ci il 26 noyabr tarixli 218 nömrəli, 2021-ci il 3 noyabr tarixli 217 nömrəli, 2021-ci il 26 iyul tarixli 216 nömrəli, 2021-ci il 23 iyul tarixli 216/1 nömrəli müqavilələrdə olan möhür əksləri ekspertizaya təqdim edilmiş cavabdehin möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir və 1 nömrəli, 2022-ci il 14 aprel tarixli Qiymət razılaşdırma protokollarda, 2022-ci il 14 aprel tarixli AMG/M/22-011 nömrəli xidmət müqaviləsində, 12 ədəd aktlarda möhür əksləri ekspertizaya təqdim edilmiş cavabdehin möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmir.
29. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 8 oktyabr tarixli e-2-2(113)-2256/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən ümum ilikdə 744103,71 manat əsas borc, 1034,10 manat dövlət rüsumu, ümumilikdə 745137,81 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – Ü.Həsənova).
30. Məhkəmə iddia tələbinin 2020-ci il 20 avqust tarixli müqavilə üzrə 726403,71 manat pulun tutulması hissəsini əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər arasında 2020-ci il 20 avqust tarixli 19/20 saylı podrat müqaviləsi imzalanmış, iddiaçı tərəfindən həmin müqavilə üzrə Daşkəsən rayonunun inzibati ərazisində yerləşən Ağyoxuş və Mərəh qızıl filiz mədənində qazma-partlayış işləri aparılmış, ümumilikdə 7993493,05 manat məbləğində işlər icra edilərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 7267089,34 manat vəsait ödənilmiş, q alıq borc ödənilməmişdir.
31. Cavabdeh iddiaya bu hissədə etiraz edərək, iddiaçı tərəfindən tələbin əsası kimi istinad edilən elektron qaimələr üzrə hər hansı işin icra edilməsinin sübut edilmədiyini bildirsə də, iş materiallardan görünür ki, həmin müqavilə üzrə cavabdeh tərəfindən 2021– 2023-cü illərdə təqdim edilən elektron qaimələr üzrə mütəmadi ödənişlər (2021-ci il 27 may tarixində 80 931,30 manat, 2021-ci il 24 iyun tarixində 100 000 manat, 2021-ci il 13 avqust tarixində 114 506,30 manat, 2021-ci il 06 sentyabr tarixində 78 172 manat, 2021-ci il 14 sentyabr tarixində 282 556,30 manat, 2021-ci il 08 oktyabr tarixində 6 000 manat, 2021-ci il 15 oktyabr tarixində 223 186,80 manat, 2021-ci il 19 oktyabr tarixində 100 000 manat, 2021-ci il 18 noyabr tarixində 318 569 manat, 2022-ci il 14 fevral tarixində 418 764,60 manat, 2022-ci il 23 fevral tarixində 200 000 manat, 2022-ci il 15 mart tarixində 305 377 manat, 2022-ci il 22 aprel tarixində 385 345,30 manat, 2022-ci il 13 may tarixində 332 341,20 manat, 2022-ci il 19 may tarixində 349 387 manat, 2022-ci il 29 iyun tarixində 114 436 manat, 2022-ci il 04 avqust tarixində 50 000 manat, 2022-ci il 10 avqust tarixində 100 000 manat, 2022-ci il 15 avqust tarixində 198 206,30 manat, 2022-ci il 18 avqust tarixində 361 657,90 manat, 2022-ci il 04 oktyabr tarixində 140 000 manat, 2023-ci il 27 fevral tarixində 150 000 manat) aparılmış, EBCD 173374 saylı, 2022-ci il 6 sentyabr tarixli elektron qaimə üzrə tələb edilən 479 341,01 manat borcun bir qismi də ödənilmiş, hazırda həmin qaimə üzrə qalıq 137 141,01 manat ödənilməmişdir.
32. Məh kəmə iddia tələbinin 2022-ci il 14 aprel tarixli müqavilə üzrə 838768,81 manat pulun tutulması hissəsini əsassız hesab edərək bildirmişdir ki, tərəflər arasında 2022-ci il 14 aprel tarixində AMG/M/22-011 saylı podrat müqaviləsi imzalanmış, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə 2022-ci il 24 noyabr tarixli invoys və 2022-ci il 24 noyabr tarixli EBCJ 805781 nömrəli elektron qaimə təqdim edilmiş, həmin sənədlərdə iddiaçı tərəfindən müqavilə üzrə iyun-sentyabr aylarında Daşkəsən rayonunun inzibati ərazisində X7i mədənində yerinə yetirilmiş qazma-partlayış işlərinin ümumi dəyərinin 838768,80 manat təşkil etməsi göstərilmişdir.
33. Cavabdeh bu hissədə iddiaya etiraz edərək, həmin müqavilə üzrə iddiaçı tərəfindən hər hansı işin icra edilmədiyini, tələb edilən borcun əsassız olduğunu bi ldirmişdir.
34. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin əsaslı olması, habelə işin həqiqətən icra edildiyini təsdiq edən hər hansı mötəbər və təkzibedilməz sübut təqdim edilməmişdir.
35. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçıya ödənilməli olan 838768,81 manat məbləğində borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə cavabdehə iddia edilən məbləğdə işlərin icra edildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir.
36. Məhkəmə iddia tələbinin 2021-ci il 23 iyul, 2021-ci il 26 iyul, 2021-ci il 26 noyabr, 2021-ci il 3 noyabr tarixli icarə müqavilələri üzrə 84 960 manat icarə haqqı borcunun tutulması hissəsini qismən əsaslı hesab edərək bildirmişdir ki, tərəflər arasında dörd icarə müqaviləsi bağlanmış, həmin müqavilələr üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı vəsait ödənilməmişdir.
37. İddiaçı 2021-ci il 26 iyul tarixli icarə müqaviləsi üzrə 14 ay üçün, 2021-ci il 23 iyul tarixli icarə müqaviləsi üzrə 10 ay üçün, 2021-ci il 26 noyabr tarixli icarə müqaviləsi üzrə 10 ay üçün, habelə 2021-ci il 03 noyabr tarixli icarə müqaviləsi üzrə 10 ay üçün icarə haqqının ödənilməsini tələb edir.
38. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-təslim aktlarına əsasən, cavabdehə icarə sahələrinin təhvil verilməsi təsdiq olunmuşdur: belə ki, 2021-ci il 26 iyul tarixli müqavilə üzrə 2 ay – 2021-ci il 26 iyuldan 26 avqustadək və 2021-ci il 26 avqustd an 26 sentyabradək, 2021-ci il 23 iyul tarixli müqavilə üzrə 3 ay – 2021-ci il 23 iyuldan 23 avqustadək, 2021-ci il 23 avqustdan 23 sentyabradək, 2021-ci il 23 sentyabrdan 23 oktyabradək, 2021-ci il 26 noyabr tarixli müqavilə üzrə 3 ay – 2021-ci il 26 noyabrdan 26 dekabradək, 2021-ci il 26 dekabrdan 2022-ci il 26 yanvaradək, 2022-ci il 26 yanvardan 26 fevraladək, habelə 2021-ci il 03 noyabr tarixli müqavilə üzrə 3 ay – 2021-ci il 03 noyabrdan 03 dekabradək, 2021-ci il 03 dekabrdan 2022-ci il 03 yanvaradək, 2022-ci il 03 yanvardan 03 fevraladək dövrləri üzrə cavabdeh icarə sahələrinin ona təhvil verildiyini təsdiqləmişdir.
39. Lakin məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin müqavilələr üzrə tələb edilən digər aylar üzrə də icarə sahələrinin cavabdehə təhvil verildiyini və həmin döv rlərdə də cavabdehin sahiblik və istifadəsində olduğunu sübut edən etibarlı sənədlər təqdim edilməmişdir.
40. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, 2021-ci il 26 iyul tarixli müqavilə üzrə 7080 manat (3540 manat * 2 ay), 2021-ci il 23 iyul tarixli müqavilə üzrə 3540 manat (1180 manat * 3 ay), 2021-ci il 26 noyabr tarixli müqavilə üzrə 3540 manat (1180 manat * 3 ay), 2021-ci il 3 noyabr tarixli müqavilə üzrə 3540 manat (1180 manat * 3 ay) tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
41. Məhkəmə iddia tələbinin gecikən günlərə görə 139841,73 manat dəbbə pulunun tutulması hissəsini əsassız hesab edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış podrat və icarə müqavilələrində öhdəliyin icra edilməməsi və ya l azımınca icra edilməməsinə, o cümlədən icranın gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmamışdır.
42. Halbuki, mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
43. Odur ki, tərəflər arasında dəbbə pulunun ödənilməli olması barədə yazılı razılaşma olmadığından məhkəmə hesab etmişdir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
44. Məhkəmə mülki qanunvericiliyə istinadən qeyd etmişdir ki, tələbin mənfəət itkisinə görə 350514,29 manat vəsaitin tutulması hissəsi də əsassızdır. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, mülki qanunvericilikdə göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.
45. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 462.1, 463.1, 752.1, 753.1, 757, 769, 770, 675, 700.1, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, "xxxx" MMC-nin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM” ) - 77.3cü maddəsinə istinad etməklə əsaslandırmışdır.
46. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin 2022-ci il 14 aprel tarixli xidmət müqaviləsi üzrə 838768,81 manat, mənfəət itkisinə görə 350514,29 manat və icarə müqavilələri üzrə təmin edilməyən 67.260,00 manat hissəsində də təmin olunmasını xahiş etmişdir.
47. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən (iddia tələbinin təmin olunduğu hissədə) ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
48. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 aprel tarixli, 2-2(103)-138/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – 2022-ci il 14 aprel tarixli xidmət müqaviləsi üzrə işlərin görülməsinə görə muzdun tutulması tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilərək, cavabdehdən 2022-ci il 14 aprel tarixli xidmət müqaviləsi üzrə ƏDV daxil 838.768,81 manat məbləğində pulun tutularaq idiaçıya ödənilməsi, qətnamə 2021-ci il 26 iyul tarixli anbar icarəsi müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulacaq icarə haqqı məbləği, məhkəmə xərclərinin bölüşdürülməsi, cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğ, dövlət rüsumunun əvəzi olaraq tutulan məbləğ daxil olmaqla cavabdehdən iddiaçının xeyrinə tutulacaq ümumi məbl əğ hissələrində dəyişdirilməsi, 2021-ci il 26 iyul tarixli anbar icarəsi müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulacaq icarə haqqı 10620 manat məbləğində, cavabdehdən iddiaçının xeyrinə dövlət rüsumunun əvəzi olaraq tutulacaq məbləğ 1360 manat məbləğində, cavabdehdən iddiaçının xeyrinə tutulacaq ümumi məbləğ 1586.412,51 manat və dövlət rüsumunun əvəzi olaraq tutulan məbləğ daxil olmaqla cavabdehdən iddiaçının xeyrinə tutulacaq ümumi məbləğin isə 1.587.772,52 manat məbləğində müəyyən edilməsi, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim – L.Əliyeva, hakimlər T.Mahmudova, Z.Şirinov).
49. Cavabdeh iddiaya etirazının əsasları kimi сavabdehin hazırkı təsisçilərinin təsis paylarını 2022-ci ilin sentyabr ayında alqı-satqı yolu ilə əldə etmələrinə, təsis paylarının alınması zamanı cavabdehin iddiaçı qarşısında borcunun olması barədə onlara məlumat verilməməsinə, eyni zamanda cavabdehin əvvəlki təsisçilərinin və direktorunun iddiaçının təsisçiləri və direktoru ilə qohumluq əlaqələrində olmasına, tərəflər arasında bağlanmış 2020-ci il 20 avqust tarixli 19/20 nömrəli xidmət müqaviləsi üzrə işlərin həcminin və dəyərinin iddia ərizəsində göstəriləndən daha az olmasına, belə olan halda həmin müqavilə üzrə görülmüş işlərin dəyərinin tərəflərindən tam ödənilməsinə, tərəflər arasında bağlanmış 2022-ci il 14 aprel tarixli AMG/M/22-011 nömrəli xidmət müqaviləsi üzrə işlərin görülüb-görülməməsi barədə məlumatlarının olmamasına, işlərin görülməsi ehtimal edilsə belə, müqavilədə işlərin qiymətinin müəyyən edilməməsinə, el ektron qaimələrdə göstərilən qiymətlərin isə adi qiymətlərdən yüksək olmasına, anbar icarə müqavilələri üzrə anbar sahəsinin onlara təqdim edilməməsinə və onların həmin anbarlarda tərəflərindən hər hansı bir mal saxlanılmamasına istinad etmişdir.
50. Məhkəmə anbar icarə müqavilələri üzrə icarə haqqının tutulması tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı bu hissədə iddianın əsaslılığını sübut etmək üçün müvafiq icarə müqavilələri, onlara dair invoys və elektron qaimələr, həmçinin icarə sahələrinin cavabdehə təhvil verilməsini təsdiq edən aktlar təqdim etmişdir. Belə ki, 2021ci il 26 iyul, 2021-ci il 23 iyul, 2021-ci il 26 noyabr və 2021-ci il 03 noyabr tarixli müqavilələr üzrə hər biri 3 ay müddətinə aid təhvil-təslim aktları məhkəməyə təqdim edilmişdir.
51. Cavabdeh tərəfindən anbar icarə müqavilələrində və anbar sahəsinin təhvil-təslim aktlarındakı imzaların onların adından səlahiyyətli şəxs tərəfindən icra edilməsi və üzərinə vurulmuş möhürün əksinin onlara məxsus möhürlə vurulması faktları mübahisələndirildiyindən işə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizaları keçirilmiş və məhkəməxətşünaslıq ekspertizasının rəyi ilə müqavilələr və aktlardakı imzaların həmin dövrdə cavabdehin qanuni təmsilçisi olmuş şəxs İsrafil Cəlilov tərəfindən icra edilməsi faktı öz təsdiqini tapmışdır. Digər tərəfdən məhkəmə sənədlərin texniki ekspertizasının rəyi ilə aktlardakı möhür əkslərinin eksperimental nümunələri məhkəməyə təqdim edilmiş möhürlə vurulmaması müəyyən edilmişdir.
52. Göstərilən hala münasibətdə məhkəmə qeyd etmişdir ki, icarə müqavilələri üzrə təhvil-təslim aktlarının üzərinə hüquqi şəxsin möhürünün vurulması barədə imperativ norma MM-də nəzərdə tutulmamış, eləcə də tərəflər arasında razılaşmada belə bir əlavə tələb müəyyənləşdirilməmişdir. Odur ki, hazırkı halda sözügedən aktlar vəzifəsinə görə hüquqi şəxsi təmsil etmək hüququna malik olan şəxs şirkətin direktoru tərəfindən imzalandığından aktlara hüquqi şəxsin möhürünün vurulmaması (və ya hüquqi şəxsin əsas möhürün vurulmaması) həmin sənədlərin cavabdeh üçün hüquqi qüvvəyə malik olmasını istisna edən hal deyil.
53. Belə olan halda məhkəmə hesab etmişdir ki, anbar sahələrinin cavabdehin istifadəsində olması faktı ikitərəfli aktlar ilə təsdiq edildiyi dövr üçün icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.
54. Digər tərəfdən məhkəmə on u da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 2021-ci il 26 iyul tarixli icarə müqaviləsi üzrə 2 aylıq (2021-ci il 26 iyuldan 2021-ci il 26 avqustadək, 2021-ci il 26 avqustdan 2021-ci il 26 sentyabradək) dövr üçün təhvil-təslim aktlarının məhkəməyə təqdim edilməsini əsas göstərməklə həmin müqavilə üzrə 2 aylıq müddət üçün 7 080 manat məbləğində icarə haqqının tutulmalı olması barədə qənaətə gəlsə də, apellyasiya instansiya məhkəməsində sübutların tədqiqi zamanı həmin müqavilə üzrə hər birində aylıq icarə haqqı məbləği 3 540 manat məbləğində müəyyən edilməklə 3 ədəd ikitərəfli təhvil-təslim aktının (2021-ci il 26 iyuldan 2021-ci il 26 oktyabradək olan 3 aylıq dövrü əhatə edən) iddia ərizəsinə əlavə edildiyi müəyyən edilmişdir.
55. Odur ki, məhkəmə göstərilən halı nəzərə alaraq hesab e tmişdir ki, 2021-ci il 26 iyul tarixli müqavilə üzrə icarə haqqının tutulması hissəsində qətnamə dəyişdirilməli və həmin müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 3 aylıq müddət üçün, yəni 10620 manat (3540x3) məbləğində icarə haqqı tutulmalıdır.
56. İcarə haqqının tutulması tələbinin rədd edilmiş qalan hissəsinə münasibətdə kollegiya qeyd etmişdir ki, həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək üçün iddiaçı tərəfindən yalnız birtərəfli qaydada tərtib edilmiş invoyslar və elektron qaimələr təqdim edilmişdir.
57. Məhkəmə əvvəlki aylar üzrə anbar sahələrinin cavabdehin istifadəsində olması faktının ikitərəfli aktların imzalanması yolu ilə rəsmiləşdirildiyini nəzərə alaraq hesab etmişdir ki, hazırkı halda iddiaçının elektron qaimələr və birtərəfli invoys lar həmin dövrdə icarə sahələrinin cavabdehin istifadəsində olması faktının müəyyən edilməsi üçün yetərli sübutlar kimi qiymətləndirilə bilməz. Odur ki, həmin hissədə iddianı rədd etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
58. İddianın 2020-ci il 20 avqust tarixli 19/20 nömrəli xidmət müqaviləsi üzrə görülmüş partlayış işlərinə görə ƏDV daxil 726.403,71 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin edərkən ona əsaslanmışdır ki, həmin müqavilə üzrə Daşkəsən rayonunun Ağyoxuş və Mərəh qızıl filiz yataqlarında ümumilikdə 7.993.493,05 manat məbləğində partlayış işləri görülmüş, həmin işlərin görülməsinə dair iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmiş, həmin qai mələr üzrə 7.267.089,34 manat məbləğində ödəniş edilmiş (o cümlədən həmin ödənişlərin bir hissəsi 2024-cü il sentyabrından sonra, yəni cavabdehin təsisçiləri dəyişdikdən sonra edilmişdir) və ƏDV daxil 726.403,71 manat məbləğində borc isə ödənilməmiş qalmışdır.
59. Kollegiya bu hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mübahisəli müqavilə üzrə cavabdehin 2021-2023-cü illər arası dövrdə göndərilmiş elektron qaimələr üzrə mütəmadi ödənişlər etməsi, eləcə də mübahisələndirilməyən elektron qaimələrdə əks olunmuş işlərin görülməsini təsdiq edən ikitərəfli aktların mövcud olmaması kimi hallar tərəflər arasında işlərin təhvil alınmasının işlərin qəbul aktları tərtib edilmədən elektron qaimə göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar münasibətin f ormalaşmasına dəlalət edir. Odur ki, iddiaçı xx.xx.2020-ci il tarixli 19/20 nömrəli xidmət müqaviləsi üzrə görülmüş partlayış işlərinə görə ƏDV daxil 726.403,71 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
60. Tərəflər arasında bağlanmış 2022-ci il 14 aprel tarixli AMG/M/22-011 nömrəli xidmət müqaviləsi üzrə görülmüş partlayış işlərinə görə ƏDV daxil 838.768,80 manat məbləğində pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etmiş və gəldiyi nəticəni iddiaçının həmin müqavilə üzrə işin həqiqətən icra edildiyini təsdiq edən hər hansı mötəbər və təkzibedilməz sübutu təqdim edə bilməməsi ilə əsaslandırmışdır.
61. Məhkəmə həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarına sözügedən müqavilə üzrə ƏDV daxil 838.768,80 manat məbləğində partlayış işlərinin görülməsinə görə iddiaçı tərəfindən cavabdehə göndərilmiş invoys və 2022-ci il 24 noyabr tarixli EBCJ 805781 nömrəli elektron qaimə əlavə edilmişdir. Birinci instansiya məhkəməsi həmin sübutların mübahisəli müqavilə üzrə işlərin həqiqətən icra edilməsinin təsdiq edilməsi üçün kifayət etməməsi barədə nəticəyə gələrkən tərəflər arasında əvvəllər də analoji işlərinin görülməsinə dair podrat müqaviləsindən (2020-ci il 20 avqust tarixli 19/20 nömrəli xidmət müqaviləsi) irəli gələn münasibətlərin mövcudluğunu və həmin müqavilə üzrə işlərin təhvil-təsliminin təhviltəslim aktları tərtib edilmədən elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar münasibətin formalaşdığını nəzərə almamışdır.
62. Digər tərəfdən məhkəmə onu da qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən hazırlıq mərhələsində iddiaçı tərəfindən cavabdehin sifarişi ilə iddiaçı tərəfindən partlayış işlərinin görülməsi faktını təsdiq edən 1 ədəd partlayış pasportu elektron işə əlavə edilmiş, məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi ödənilməsini tələb etdiyi bütün partlayış işlərinə dair pasportların mövcud olduğunu, zərurət olduğu halda növbəti iclasda həmin pasportları təqdim edəcəyini bildirmiş, cavabdehin nümayəndəsi isə həmin pasportların təqdim edilməsini tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi işin hərtərəfli və tam və obyektiv araşdırılmasına nail olmaq üçün sözügedən pasportların təqdim edilməsinə zərurət mövcud olduğu halda pasportların məhkəmə yə təqdim edilməsini tərəfə təklif etməmiş, həmin sübutun təqdim edilməsinin iş üzrə mübahisəli halların aydınlaşdırılması baxımından zəruriliyini izah etməmiş, yalnız ümumi şəkildə əlavə sübutların olub-olmamasını soruşmaqla kifayətlənmiş və tərəflər əlavə sübutların olmadığını bildirdiyindən işi məhkəmə baxışına təyin etmişdir. Nəticədə sözügedən pasportlar baxış iclasında təqdim edilmiş və göstərilən səbəbdən məhkəmə tərəfindən sübut qismində nəzərə alınmamışdır.
63. Məhkəmə mövcudluğu hazırlıq mərhələsində müzakirə edilən, iş üçün həlledici əhəmiyyət kəsb edən konkret sübutun təqdim edilməsinin zəruriliyinin məhkəmə tərəfindən tərəflə müzakirə edilməməsini və həmin sübutun təqdim edilməsinin təklif edilməməsini MM-in 14.1 və 77.3-cü maddələrinin pozuntusu kimi qiymətləndirərək hesab et mişdir ki, hazırkı halda mübahisəli partlayış pasportları birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilməsi nəticəsində hazırlıq mərhələsində təqdim edilmədiyindən onların gecikdirilmiş sübut kimi qiymətləndirilməsi üçün əsas yoxdur və sözügedən pasportlar sübut qismində məhkəmə tərəfindən nəzərə alınmalıdır.
64. Digər tərəfdən kollegiya qeyd etmişdir ki, işə apellyasiya məhkəməsində baxılarkən birinci instansiya məhkəməsi tərəfindən sübut qismində nəzərə alınmayan 25 ədəd partlayış pasportları ilə 2022-ci il 14 aprel tarixli AMG/M/22-011 nömrəli xidmət müqaviləsi üzrə işlərin görülməsi faktı öz təsdiqini tapması, lakin həmin müqavilə üzrə görülmüş işlərin həcminin də cavabdeh tərəfindən mübahisələndirilməsi nəzərə alınaraq, görülmüş işlərin həcminin müəyyən edil məsi istiqamətində araşdırma aparılması zəruri hesab edilmişdir. Müqavilə üzrə görülmüş işlərin həcminin müəyyən edilməsi məqsədilə iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən X7i mədənində tədqiqat işlərini icra edən “X9” MMC-yə sorğu verilmiş və məhkəmə sorğusuna MMC tərəfindən verilmiş cavabda 25 ədəd partlayış pasportu əsasında 2022-ci ilin iyun-sentyabr aylarında Daşkəsən rayonunda X7i mədənində iddiaçının iddia etdiyi həcmdə partlayış işlərinin görülməsi faktı təsdiqlənmişdir.
65. Mübahisəli müqavilə üzrə görüləcək işlərin dəyəri ilə bağlı tərəflərin razılığa gəlməməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2022-ci il 24 noyabr tarixdə (cavabdehin təsisçiləri dəyişdikdən sonra) müqavilə üzrə görülmüş işlərin həcmlərini və qiymətini əks etdirən elektron qaimə göndərilmiş, lakin cavabdeh həmin qaiməyə hər hansı bir formada etiraz etməmiş, qaiməni düzəliş üçün qaytarmamışdır. Bununla da elektron qaimədə əks olunmuş qiyməti bəyənmişdir.
66. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, 2022-ci il 14 aprel tarixli AMG/M/22-011 nömrəli xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən iddia ərizəsində göstərilən həcmdə və dəyərdə partlayış işlərinin görülməsi öz təsdiqini tapdığından həmin müqavilə üzrə görülmüş partlayış işlərinə görə ƏDV daxil 838.768,80 manat məbləğində pulun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir.
67. İddianın əldən çıxmış fayda hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia tələbinin qanuni əsaslarını MM-in 21.1, 21.2 və 443.1-ci madd ələri təşkil edir.
68. Həmin tələblə bağlı məhkəmə vurğulamışdır ki, müqavilə öhdəliklərinin pozulmasından irəli gələn maddi zərərin əvəzinin ödənilməsi tələblərinə baxılarkən məhkəmə tərəfindən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi, maddi zərərin (real zərər və ya əldən çıxmış fayda formasında) vurulması və pozuntu ilə dəymiş zərər arasında səbəbli əlaqə müəyyən edilməlidir.
69. Digər tərəfdən məhkəmə onu da qeyd etmişdir ki, maddi zərərin formalarından biri olan əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmü ş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.
70. Hazırkı halda iddiaçının mübahisəli podrat müqavilələri üzrə görülmüş işlərin dəyərini ödəmək və mübahisəli anbar icarəsi müqavilələri üzrə icarə haqqını ödəmək öhdəliklərinin icra edilməsini gecikdirməklə müqavilə öhdəliklərinin pozuntusuna yol verməsi müəyyən edilsə də, həmin pozuntu nəticəsində cavabdeh əldən çıxmış fayda formasında maddi zərər vurulması faktı iş materialları ilə öz təsdiqini tapmır. İddiaçının təqdim etdiyi kredit müqavilələrinə əsasən bankdan kredit götürməsi faktı ilə iddiaçının mübahisəli müqavilələr üzrə öhdəliklərinin pozuntusu arasında səbəbli əlaqənin və ümumiyyətlə hər hansı bağlılığının olması isə müəyyən edilmir.
71. Odur ki, həmin hissədə iddianın rədd edilməsi barədə birinci instan siya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
72. Məhkəmə cavabdehin qanuni təmsilçisi olmuş İsrafil Cəlilovun iddiaçının təsisçi və rəhbərləri, eyni zamanda cavabdehin əvvəlki təsisçiləri ilə qohumluq əlaqələrində olmasına dair cavabdehin dəlillərinə münasibətdə ilk növbədə qeyd etmişdir ki, cavabdehin direktorunun iddiaçının rəhbərləri və təsisçiləri ilə qohumluq əlaqələrində olması faktı özü-özlüyündə tərəflər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və direktorun imzaladığı təhvil-təslim aktların mötəbər sənəd kimi qəbul edilməməsi üçün əsas vermir.
73. Hazırkı halda isə cavabdehin mübahisəli müqavilənin bağlanması və təhvil-təslim aktlarının zamanı direktorun vicdansız şəkildə hüquqi şəxsin mənafelərinə zidd olaraq davrandığını, o cümlədən qarşı tərəfin nümayəndəsi il ə pis niyyətlə razılığa gəlməsini sübuta yetirə bilməmişdir.
74. Belə ki, cavabdeh tərəfindən İsrafil Cəlilovun direktor qismində fəaliyyəti ilə bağlı daxili araşdırma aparılmasını, həmin şəxsin qanunazidd hərəkətləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsini və ya məhkəmədə mülki iddia qaldırılması, yəni direktorun cəmiyyətin mənafelərinə zidd davranışına qarşı mümkün hüquqi müdafiə vasitələrindən istifadə etməsi iş materiallarından görünmür.
75. Bundan başqa iş birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən 2022-ci il 14 aprel tarixli AMG/M/22-011 nömrəli xidmət müqaviləsi üzrə görülməsi nəzərdə tutulmuş işlərə görə muzdun (elektron qaimədə müəyyən edilir) həmin işlərin bazar qiymətindən xeyli dərəcədə yüksək olması barədə arqument irəli sürsə də, həmin hal ı təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Əksinə həmin arqumenti təkzib etmək üçün iddiaçı digər kontragentlərlə analoji işlərin görülməsinə dair bağladığı və işlərin görülməsinə görə muzdun cavabdehlə bağlanmış müqaviləyə nisbətən daha yüksək məbləğdə müəyyən edildiyi podrat müqavilələrini məhkəməyə təqdim etmişdir.
76. Bundan əlavə tərəflər arasında əvvəllər bağlanmış 2020-ci il 20 avqsut tarixli 19/20 nömrəli xidmət müqaviləsində də partlayış işlərinə görə qiymət (elektron qaimələrdə bir tona görə 1,785 manat müəyyən edilir) 2022-ci il 14 aprel tarixli AMG/M/22-011 nömrəli xidmət müqaviləsi üzrə müəyyən edilən qiymətlərə nisbətən daha yüksək məbləğdə müəyyən edilmişdir. Odur ki, cavabdehin dəlillərinin əsassız olması açıq-aşkardır.
77. Cavabdehin hazırkı təsisçilərinin təsis paylar ını 2022-ci ilin sentyabr ayında alqısatqı yolu ilə əldə etmələrinə, təsis paylarının alınması zamanı cavabdehin iddiaçı qarşısında borcunun olması barədə onlara məlumat verilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən hallar öz təsdiqini tapsa belə cavabdehin iddiaçı qarşısında olan müqavilə öhdəlikləri icra etməkdən azad edilməsi üçün əsas vermir.
78. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 331.1, 331.2, 385.1, 425.1, 442, 443.1, 752.1, 753.1, 700.1, 700.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
79. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya instansiyası məhkəməs ində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
80. MM-in 560-cı maddəsi üzrə - Mülki hüquqlar yalnız qanuna uyğun həyata keçirilməli, hüquqdan sui-istifadəyə yol verilməməlidir. İş üzrə iddiaçı ilə cavabdehin keçmiş rəhbəri əlbir olaraq cavabdehin üzərinə əsassız borc yükləməyə cəhd etmişdir. Belə ki, 2022-ci il 27 sentyabr tarixinədək cavabdehin iştirakçıları və direktoru iddiaçı tərəfin yaxın qohumları olmuş, nəticədə cavabdehin rəhbərliyi faktiki olaraq iddiaçının maraqlarından çıxış etmişdir. Həmin şəxslər cavabdehin adından özlərinə ödəniş tələb etmiş, bu isə açıq-aşkar maraqlar toqquşması və etimaddan sui-istifadədir. 2020-ci il 20 avqust tarixli podrat müqaviləsi qismən icra olunsa da, sonrakı dövrdə faktiki iş görülməmiş, yalnız elektron qaimələr əsasında ödəniş tələbi irəli sürülmüşdür. Görülən işləri təsdiq edən aktlar mövcud olmadığından, əvvəlki ödənişlər də sonrakı işlərin görülməsinə sübut ola bilməz. Məhkəmə bu hallara qiymət verməmişdir. Halbuki iddiaçının məqsədi təsisçilərin dəyişməsi üzrə müqavilənin müddəti bitdikdən sonra əsassız iddia qaldırmaq olmuşdur ki, bu da MM-in qeyd edilən maddəsinin tələblərinin pozulmasıdır.
81. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsi, MPM-in 14.2, 19.1.7, 76.3, 78, 184.3, 209.3, 361.4 və 372-ci maddələri üzrə - Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bu prinsip yalnız tərəflərin təqdim etdiyi sübutların a raşdırılması, çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin 2019-cu il 18 mart tarixli qərarında da vurğulanmışdır ki, “hüquqi həqiqət” yalnız tərəflərin təqdim etdiyi və qanuni qaydada əldə olunmuş sübutlarla müəyyən edilir, məhkəmənin öz təşəbbüsü ilə sübut toplaması isə prosessual qanunvericiliyə ziddir. Lakin Bakı Apellyasiya Məhkəməsi bu prinsiplərə əməl etməmişdir. Belə ki, 2022-ci il 14 aprel tarixli xidmət müqaviləsi üzrə iddia birinci instansiyada rədd edilmiş, çünki iddiaçı işlərin icra olunmasını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki apellyasiya mərhələsində məhkəmə yeni sübutlar “partlayış işləri pasportları” əsasında iddianı təmin etmişdir. Bu pasportların bir qismi ümumiyyətlə işə birinci instansiyada təqdim edilməmiş, bir qismi isə hətta apellyasiya şikayətində də göstərilməmişdir. İddiaçı yalnız apellyasiya şikayəti verdikdən sonra “X9” MMC-yə müraciət etməklə sübut toplamağa başlamış, məhkəmə isə qanunsuz olaraq bu sübutların toplanmasına yardımçı olmuşdur. Məhkəmə 2025-ci il 31 yanvar tarixində “X9” MMC-yə sorğu göndərmiş, hətta tərəflərdən gizli şəkildə 34 pasportun surətlərini tələb etmişdir. Sonradan məlum olmuşdur ki, təqdim edilən pasportların bir hissəsi ümumiyyətlə iddiaçıya aid olmamışdır. Eyni zamanda, məhkəmənin katibi ilə “X9” MMC arasında elektron yazışmalar aparılmış, lakin həmin yazışmaların bir qismi sistemə yerləşdirilməmişdir. Bu isə sübutların toplanmasının şəffaf və qanuni qaydada aparılmadığını göstərir.
82. Bakı Kommersiya Məhkəməsinin qətnaməsi 2024-cü il 8 oktyabr t arixində qəbul edilmiş, iddiaçı isə yalnız 2024-cü il 25 noyabr tarixində apellyasiya şikayəti vermişdir. Şikayətdə yeni sübutların təqdim edilməsi və ya onların toplanılması barədə heç bir məlumat yox idi. Halbuki birinci instansiyada da iddiaçı sübutları vaxtında təqdim etməmiş, hətta bəzi sənədləri yalnız 4-cü baxış iclasında təqdim etmişdi. Məhkəmə iclaslarının videoçəkilişi də təsdiq edir ki, iddiaçı dəfələrlə keçirilmiş hazırlıq və baxış iclaslarında sübut təqdim etməmiş, icraatın baxışa keçirilməsi ilə razılaşmışdır. Lakin apellyasiya şikayətindən sonra iddiaçı sübut toplamağa başlamışdır. Belə ki, 2024-cü il 17 dekabr tarixində “X9” MMC-yə sorğu ilə müraciət etmiş, 2025-ci il 10 yanvar tarixində isə tikintitexniki ekspertizanın keçirilməsi barədə vəsatət qaldırmışdır (birinci insta nsiyada bu tələb irəli sürülməmişdi). 2025-ci il 31 yanvar tarixində iddiaçı yenidən vəsatətlə “X9” MMC-yə sorğu göndərilməsini istəmiş, məhkəmə isə bu vəsatəti tamamilə qanunsuz şəkildə təmin etmişdir. Bununla da apellyasiya məhkəməsi faktiki olaraq iddiaçıya sübut toplamaqda yardımçı olmuşdur.
83. Məhkəmənin 2025-ci il 31 yanvar tarixli sorğusunda “təqdim edilmiş partlayış işlərinin pasportları”na istinad edilmişdir. Amma hansı pasportlardan söhbət getdiyi bəlli olmamışdır. Nəticədə, “X9” MMC 2025-ci il 7 fevral tarixində yalnız ümumi xarakterli cavab vermişdir. 2025-ci il 18 fevral tarixində isə məhkəmənin katibi Nofəl Abdullayev ilə MMC əməkdaşı arasında elektron yazışma sistemə yerləşdirilmişdir. Yazışmadan görünür ki, əslində məhkəmə 2025-ci il 12 fevral tarixində MMC-yə 34 pasport g öndərərək onların əsasında məlumat tələb etmişdir. Halbuki həmin məktub sistemdə gizlədilmişdir.
84. Əlavə olaraq, təqdim edilən 39, 40, 42, 45, 47, 48, 51, 52, 53 və 54 saylı pasportlar ümumiyyətlə iddiaçıya aid olmamışdır. Lakin onlar da işə daxil edilərək sorğuya əlavə edilmişdir. Bu, sübutların obyektiv və tam araşdırılmadan qəbul edildiyini göstərir. Hətta 2025-ci il 20 fevral tarixində iddiaçı yeni 21 saylı pasportu da sistemə yükləmişdir. Yəni sübutların təqdim olunması apellyasiya mərhələsində də davam etmişdir. Nəticə etibarilə, apellyasiya instansiyası prosessual qanunları kobud şəkildə pozaraq qanunsuz sübutlar əsasında qərar qəbul etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
85. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
86. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
87. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
88. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məc əlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzala nmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 331.2. Qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticəl əri nəzərdə tutula bilər....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Madd ə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək v ə gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləş dirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....”
89. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
90. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddin də baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 91. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər i sə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
92. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
93. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası tərəfindən yen i sübutların qəbul olunması ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəmənin qətnaməsi - 2022-ci il 14 aprel tarixli xidmət müqaviləsi üzrə işlərin görülməsinə görə muzdun tutulması tələbinə dair iddianın rədd edilməsi hissəsində məhz o əsasla ləğv olunmuşdur ki, məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi ödənilməsini tələb etdiyi bütün partlayış işlərinə dair pasportların mövcud olduğunu, zərurət olarsa növbəti iclasda həmin pasportları təqdim edəcəyini bildirmiş, lakin birinci instansiya məhkəməsi pasportların məhkəməyə təqdim olunmasını tərəfə təklif etməmiş, həmin sübutun təqdim olunmasının iş üzrə mübahisəli halların aydınlaşdırılması baxımından zəruriliyini izah etməmiş və iş məhkəmə baxışına təyin olunmuşdur. Pasportlar baxış iclasında təqdim olunduqda isə göstərilənlər sübut qismində nəzərə alınmamışdır.
94. Kassasiya şikayətinin bu qərarın §80-də qeyd olunan dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, göstərilən dəlillər apellyasiya baxışının da predmetini təşkil etmiş və apellyasiya məhkəməsi tərəfindən müəyyən olunaraq göstərilmişdir ki, cavabdehin direktorunun iddiaçının rəhbərləri və təsisçiləri ilə qohumluq əlaqələrində olması faktı özüözlüyündə tərəflər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və direktorun imzaladığı təhvil-təslim aktların mötəbər sənəd kimi qəbul edilməməsi üçün əsas vermir, hazırkı halda isə cavabdeh mübahisəli müqavilənin bağlanması və təhvil təslim aktlarının imzalanması zamanı direktorun vicdansız şəkildə hüquqi şəxsin mənafelərinə zidd olaraq davrandığını, o cümlədən qarşı tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsini sübuta yetirə bilməmişdir, digər tərəfdən cavabdeh tərəfindən İsrafil Cəlilovun direktor qismində fəaliyyəti ilə bağlı daxili araşdırma aparılmasını, həmin şəxsin qanunazidd hərəkətləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsini və ya məhkəmədə mülki iddia qaldırılması, yəni direktorun cəmiyyətin mənafelərinə zidd davranışına qarşı mümkün hüquqi müdafiə vasitələrindən istifadə etməsi iş materiallarından görünmür.
95. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
96. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
97. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 aprel tarixli, 2-2(103)-138/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.