Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-552/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə üzrə görülmüş işlər; təhvil-təslim aktı; təminat məbləği; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, İddiaçı və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli, 2-2(103)-225/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə ic lasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi (sifarişçi) ilə İddiaçı (icraçı) arasında bağlanan 2017-ci il 3 iyul tarixli, 5 saylı və 2018-ci il 1 iyun tarixli 6 saylı xidmət müqavilələrinə əsasən icraçı sifarişçinin sifarişi ilə Astara şəhəri Su Təchizatı və Kanalizasiya Sisteminin Tikintisi Layihəsi çərçivəsində qazıntı-torpaq işləri yerinə yetirməyi və texnikaların təmirini öhdəsinə götürmüşdür.
2. Müqavilələrin 2.1-ci bəndinə əsasən işlərin görülməsinə nəzarət etmək və lazım olan icazələri idarələrdən almaq sifarişçinin hüquq və öhdəlikləridir.
3. Müqavilələrin 2.2-ci bəndinə əsasən, sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırıqlarına və göstərişlərinə əməl etmək icraçının hüquq və öhdəliklərinə aiddir və iş gedən ərazinin uyğun müh afizə materialları ilə təşkil edilməsi icraçıya aidddir.
4. Müqvailələrin 3.1-ci bəndinə əsasən, bu müqaviləyə görə icraçı tərəfindən Forma 2 əsasında görülmüş bütün işlər Sifarişçi tərəfindən ödənilir.
5. Müqavilələrin 3.2-ci bəndinə əsasən, işlər tam təhvil verilənə qədər hər Forma 2yə görə icraçıya ödəniləcək məbləğdən təminat olaraq 10 faiz saxlanılacaqdır.
6. Müqavilələrin 5.1-ci maddəsinə əsasən, icraçı tərəfindən yerinə yetirilən işlər hər ayın sonunda tərəflərin nümayəndələrinin iştirakı ilə təhvil-təslim aktı (Forma 2) əsasında təhvil verilir. 7. "xxxx" Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi (bundan sonra – Müəssisə) və İddiaçı (bundan sonra İddiaçı) arasında bağlanan təhvil-təslim aktına əsasən, 2017-ci il 3 iyul tarixli 05 saylı müqavilə üzrə "xxxx" Azərbaycan-Türkiyə Müştərək M üəssisəsinin sifarişi əsasında Astara şəhəri Su Təchizatı və Kanalizasiya Sisteminin Tikintisi Lahiyəsi çərçivəsində qazıntı-torpaq işlərinin yerinə yetirilməsinin dəyəri cəmi 27.938,02 manat təşkil etmişdir. 8. 2018-ci il 8 avqust tarixli, EAAL seriyalı 228890 nömrəli elektron qaimədən görünür ki, Müəssisə tərəfindən 2017-ci il 3 iyul tarixli, 5 saylı müqavilə üzrə 9480,36 manat pul ödənilməli idi. 9. 2018-ci il 5 sentyabr tarixli, EAAL seriyalı 842262 nömrəli elektron qaimədən görünür ki, Müəssisə tərəfindən 2018-ci il 1 iyun, 6 saylı tarixli müqavilə üzrə 5970 manat pul ödənilməli idi.
10. İddiaçı "xxxx" ASC-də olan bank hesabından çıxarışdan görünür ki, Müəssisə tərəfindən 2017-ci il 3 iyul tarixli müqavilə üzrə 2017-ci il 4 avqust tarixdə 27.938,02 manat, 2018-ci il 9 avqust tarixdə 9 480,36 manat, 2018-ci il 5 sentyabr tarixdə 5970 manat ödəniş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
11. İlk iddia üzrə İddiaçı cavabdeh Müəsisəyə qarşı 2020-ci il 13 fevral tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9450 manat borcun və 2000 manat mənəvi ziyan olmaqla, cəmi 11450 manat pulun "xxxx" Azərbaycan-Türkiyə Müştərək Müəsəssindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İlk iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Müəssisə ilə onun arasında 2017-ci il 3 iyul tarixdə 5 saylı, 2018-ci il 1 iyun tarixdə isə 6 saylı xidmət müqavilələri imzalanmışdır. O, "İcraçı" olaraq aralarında olan müqavilələrə əsasən "Sifarişçinin" safarişi əsasında Astara şəhəri Su Təchizatı və Kanalizasiya Sisteminin Tikintisi Lahiyəsi çərçivəsində qazıntı-torpaq işlərini yerinə yetirməli idi və o, bu işi müqavilə şərtlərinə əməl etməklə vaxtında yerinə yetirmişdir. Bununla bağlı Sifarişçi ilə aralarında təhvil-təslim aktı imzalanmışdır və müqavilə şərtlərinə uyğun olaraq onun gördüyü işə görə 57.081,62 manat kassa məxaric orderi ilə nağd şəkildə, 37.418,38 manat isə onun "xxxx" ASC-də olan bank hesabına köçürmə yolu ilə ödənilmişdir. Hər iki müqavilənin 3.2-ci bəndinə əsasən işlər tam təhvil verilənə qədər hər Forma 2 -yə görə ödəniləcək məbləğdən təminat olaraq 10% pul saxlanılmalı idi. Təminat olaraq Sifarişçi tərəfindən saxlanılan həmin 10% məbləğdəki pullar 2017-ci il üzrə 5969,60 manat, 2018-ci il üzrə isə 3280,40 manat olmaqla, cəmi 5969,60+3480,40=9450 manat təşkil etmişdir. Onun tərəfindən olunan çoxsaylı şifahi və yazılı müraciətlərə baxmayaraq Sifarişçi bu günədək həmin pulu ona ödəməmişdir.
13. İlk iddia tələbi üzrə cavabdeh, məhkəməyə 2020-ci il 12 avqust tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı 77.342 manat pulun tutulması və dövlət rüsumunun İddiaçı aid edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində ona kassa məxaric orderi əsasında nağd şəkildə 57.081 manat pulun təqdim olunduğunu etiraf etmişdir. 05 saylı müqavilə üzrə İddiaçı gördüyü işin ümumi məbləği tərəflər arasında tərtib olunmuş təhvil-təslim aktı Forma 2 əsasında 27.938,02 manat müəyyən olunduğundan, bu məbləğin 10 faizi ilk iddiaçının iddia etdiyi kimi 5969,60 manat deyil, 2793,8 mana t təşkil edir. İlk iddiaçı tərəfindən 06 saylı müqavilə üzrə görülmüş işlərin ümumi həcmi isə 9480,36 manat olduğu halda, İddiaçı heç bir əsas olmadan 10 faiz həddində - 3480,40 manat vəsaitin ona verilməli olduğunu iddia etmişdir. Beləliklə, iddiaçının saxlanılan 10 faizin 9450 manat təşkil etdiyini iddia etməsi tamamilə əsassız və yanlışdır. Çünki, 27.938,02 manat ümumi məbləğin 10 faizi 2.793,8 manat, 9.480,36 manat ümumi məbləğin 10 faizi isə 948 manat təşkil etməklə, ilk iddiaçının hər iki müqavilə üzrə ümumi saxlanılan məbləği 3.741,8 manat təşkil etmişdir. Əgər İddiaçı nağd qaydada 57.081,62 manat pulu almasaydı, onda həqiqətən müəssisədən 3.741,8 manat tələb edə bilərdi. Lakin, İddiaçı müəssisədən nağd qaydada götürdüyü 57.081,62 manat məbləğ müqabilində müəssisə üçün iş görməli ol duğu halda, iş görməmiş və nağd aldığı məbləği müəssisəyə geri qaytarmamışdır. Beləliklə, İddiaçı tərəfindən 57.081,62 manat müəssisədən nağd qaydada götürdüyü vəsait həcmində sonradan müvafiq iş görmədən pul vəsaitini özündə saxladığı üçün, faktiki olaraq onun qeyd olunan həcmdə müəssisəyə borcu qalmışdır. Yəni, gördüyü işin həcmindən çox pul götürmüş, sonradan həmin məbləği geri qaytarmamış, yaxud həmin məbləğ müqabilində iş görməmişdir. Onun faktiki gördüyü (27938,02+9480,36) 37418,38 manat həcmində işin 10 faiz məbləği 3741,8 manat təşkil etdiyindən, İddiaçı hazırki vaxta Müəssisəyə (57081,62 nağd aldığı məbləğ-3.741,8 gördüyü işin ümumi məbləğin 10 faizi) 53.339,82 manat borcu olduğundan, İddiaçı həmin pul məbləğini 3 il ərzində müəssisəyə qaytarmadığı üçün, ondan bank uçot dərəcəsinə əsasən 24.000 manat (illik 15 faiz dərəcəsi ilə) olmaqla, cəmi 77.342 manat tutularaq Müəssisəyə ödənilməlidir.
15. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli, e-2-2(113)-799/2020 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən - Müəsəssisədən 9450 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində təmin edilmiş, ilk iddia tələbi qalan hissədə və qarşılıqlı iddia ərizəsi tam həcmdə təmin edilməmişdir (hakim-S.Nuriyeva).
16. Tərəflər arasında tərtib olunmuş təhvil-təslim aktına əsasən, 2017-ci il 3 iyul tarixli 5 saylı müqavilə üzrə Müəssisənin sifarişi əsasında görülən işlərin dəyəri 27.938,02 manat təşkil etmiş, həmin məbləğ 2017-ci il 4 avqust tarixdə, 2018-ci il 8 avqust tarixli elektron qaiməyə əsasən 9480,36 manat, 2018-ci il 5 sentyabr tarixli elektrin qaimə əsas ında 2018ci il 1 iyun tarixli, 6 saylı müqavilə ilə bağlı 5970 manat bank hesabı vasitəsilə İddiaçı ödənilmiş, həmçinin İddiaçı ona 51.112 manat nağd formada ödəniş olduğunu etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, müqavilələrin tələblərinə əsasən işlərin görülməsinə nəzarət öhdəliyi olan Müəssisə tərəfindən ödənişlərin edilməsi görülmüş işlərin onun tərəfindən qəbul edildiyini göstərir. Bu isə, İddiaçı müqavilələr üzrə öhdəliyini yerinə yetirməsinin və müqavilələrin şərtində nəzərdə tutulan təminat kimi saxlanılan 10 faiz məbləği tələb etmək hüququnun əsasıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı Müəssisənin hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirməsini müəyyən etmək mümkün olmadığından iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilə bilməz.
17. Məhkəmə qar şılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Müəssisə tərəfindən İddiaçı tələb edilən borcun hansı əsasla yaranması barədə məhkəməyə hər hansı sübutlar təqdim olunmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə verilən məbləğ müqavilə öhdəliklərindən irəli gəlmişdir və işin görülməsinin nəticəsində ödənilmişdir. Həmin müqavilələrdə isə işlər görülməmişdən əvvəl ödəniş edilməsi nəzərdə tutulmamışdır.
18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 386.1, 390.1, 390.5, 443.1, 448.1-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli Qərarına, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə mə hkəmə kollegiyasının 2003-cü il 11 iyul tarixli Qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 12 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Həmin qətnamədən Müəssisə apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli, 2-2(103)-225/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddia tələbinin təmi n olunduğu hissədə ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən X.Cəmilova, hakimlər M.Tağızadə və A.Hüseynov).
21. Məhkəmə kollegiyası bildirmişdir ki, tərəflər arasında bağlanmış hər iki müqavilə üzrə yalnız bir dəfə - 05 saylı 2017-ci il 3 iyul tarixli müqavilə ilə bağlı təhvil-təslim aktı bağlanmışdır və tərəflərin imzası ilə təsdiq olunmuşdur. Həmin təhvil-təslim aktına əsasən görülmüş işlərin (torpağın qazılması, torpağın özüboşaldan maşına yüklənməsi, daşınması və karxanadan çeşidlənməmiş qum-çınqılın daşınması) dəyəri 27.938,02 manat təşkil etmişdir. Müəssisənin görülən işlərin dəyəri olaraq 27.938,02 manatdan 10% saxlamaq hüququ olsa da, İddiaçı sözügedən təhvil-təslim aktına əsasən gördüyü işlərin dəyəri tam olaraq ödənilmişdir. Bu fakt, işdə olan analitik uçot kitabı, 438 saylı 2017-ci il 3 avqust tarixli ödəniş tapşırığı və iddiaçının bank hesabından çıxarışla da təsdiq olunmuşdur. Beləliklə, Müəssisə 10% saxlamaq hüququndan istifadə etməməklə müqavilə üzrə məbləği tam ödədiyi üçün İddiaçı həmin işlərin dəyəri üzrə 10%-i cavabdehdən tələb etməkdə haqlı olmamışdır.
22. Həmçinin, tərəflər arasında bağlanmış hər iki müqavilənin 5.1-ci bəndinin tələbinə görə işlərin təhvil-təslim aktı ilə təhvil verilməsi razılaşdırılsa da, yuxarıda göstərilən təhviltəslim aktından başqa belə bir akt bağlanmamışdır. Lakin, tərəflərin hər ikisinin təsdiq etdiyi kimi və iş materiallarında olan sənədlərlə, o cümlədən 2018-ci il 8 avqust və 2018-ci il 5 sentyabr tarixli elektron qaimələr və iddiaçının ban k hesabından çıxarışla Müəssisənin İddiaçı gördüyü işlərin müqabilində ona 9480,36 manat və 5970 manat pul vəsaitini ösəməsi təsdiqini tapmışdır. Buna baxmayaraq, istər həmin pul vəsaitlərinin, istərsə də İddiaçı ona nağd şəkildə ödənildiyini etiraf etdiyi 51.112 manat pul vəsaitinin onun təhvil verdiyi işlərin dəyərinin 10%-i çıxıldıqdan sonra ödənilən məbləğ olmasını ilk iddiaçı əsaslandıra bilməmiş, bu barədə müvafiq sübutları təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin İddiaçı Müəssisə tərəfindən 94.500,38 manat (27938,02+9480,36+5970+51112) pulun ödənilməsinə görə həmin pulun 10%-nin də ödənilməsi ilə bağlı Müəssisənin öhdəlik daşıması barədə gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur.
23. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdi r ki, ilk iddiaçı tərəfindən ümumiyyətlə hər iki müqavilə üzrə hansısa işlərin görülmədiyi faktı ən azı tərəflərin imzaladığı təhvil-təslim aktı ilə təkzib olunur. Digər tərəfdən, əgər iddiaçı tərəfindən hansısa işlər görülməmişdisə, görülməyən işlərlə bağlı pul vəsaitinin qabaqcadan ödənilməsi tərəflər arasında bağlanmış müqavilələrdə şərtləndirilməmişdir. Belə olan halda, işlər görülmədən və müqavilələrin 5.1-ci bəndinə uyğun təhvil-təslim aktı ilə təhvil verilmədən Müəssisə tərəfindən “İcraçı”ya pul vəsaitlərinin ödənilməsi inandırıcı olmamışdır.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 386.1, 448.1-ci, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 30 iyun tarixdə iş üzrə tərəflərə göndərilmişdir.
26. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və ilk iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
27. Apellyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmağa çalışmışdır ki, tərəflər arasında cəmi bir dəfə, 2017-ci il 3 iyul tarixli, 5 saylı müqavilə ilə bağlı təhvil-təslim aktı bağlanmış, həmin təhvil-təslim aktına əsasən görülmüş işlərin dəyəri 27.938,02 manat təşkil etmişdir. Apellyasiya məhkəməsi müqavilə şərtləri və tərəflərin münasibətlərini düzgün qiymətləndirməmiş, zəruri araşdırma aparmamış və yanlış nəticəyə gəlmişdir. Bel ə ki, hər iki müqavilənin şərtinə görə yalnız işlər görüldükdən sonra “İcraçı”nın hesabına “Sifarişçi” şirkət tərəfindən pul ödənilməli idi. “İcraçı” müqavilə şərtlərinə uyğun olaraq “Sifarişçi”nin müqavilədə qeyd etdiyi işləri görmüş, bunun müqabilində 51.112 manatı kassa məxaric orderləri ilə nağd şəkildə, 43.388,38 manatı isə bank hesabı vasitəsi ilə ödənilmişdir. Hər iki müqavilə üzrə iddiaçıya ümumilikdə 103.839,35 manat ödənilməli olduğu halda, Müəssisə təminat olaraq ödədiyi vəsaitin 10%-ini, yəni 9450 manatı özündə saxlayaraq ödəməmişdir. Apellyasiya məhkəməsinin müqavilə üzrə işlər yerinə yetirilmədən icraçıya vəsaitlərin ödənilməsinin inandırıcı olmadığına dair gəldiyi nəticə, tərəflər arasında yalnız bir təhvil-təslim aktının olmasına istinad etməklə iddia tələbinin təmin olunma masına dair gəldiyi nəticə ilə ziddiyyət təşkil edir. İddiaçı tərəfindən müqavilələrin şərtlərinə uyğun olaraq görülən işlər üzrə tərəflər arasında təhvil-təslim aktları (Forma-2) tərtib edilərək Müəssisəyə təqdim edilmiş, lakin təminat olaraq saxlanılmış 10%-in ödənilməməsi üçün cavabdeh Forma-2nin surətlərini məqsədli olaraq iddiaçıya və məhkəməyə təqdim etməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətində maddi və prosessual hüquq normaları sadalanmış, lakin tərəflər arasında mövcud olmuş müqavilə əsasında qeyd olunan məbləğlərin iddiaçıya ödənilməsinə baxmayaraq, faktiki olaraq aldığı məbləği təkrarən tələb etmişdir. Tərəflərin izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia tələbi üzrə iddiaçı və onun vəkili kassasiya şikayət inə uyğun izahat verərək onun dəlillərini müdafiə etmiş, məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilk iddia tələbinin təmin olunmasını xahiş etmişdirlər.
30. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndə və vəkil ilə təmsil olunmamış və buna dair məhkəməyə üzrlü səbəbinin olması barədə məlumat verməmişdir.
31. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
32. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası məhkəmə iclasının cavabdehin iştirakı olmadan davam etdirilməsini mümkün say mışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarını qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). 35.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi m əsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 443.1. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvə də olmur. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli Qərarı “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2003-cü il 11 iyul tarixli Qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 12 aprel tarixli Qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
38. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
39. İlk iddia tələbi üzrə iddiaçının kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, hər iki müqavilənin şərtinə görə yalnız işlər görüldükdən sonra “İcraçı”nın hesabına “Sifarişçi” şirkət tərəfindən pul ödənilməli idi. “İcraçı” müqavilə şərtlərinə uyğun olaraq “Sifarişçi”nin müqavilədə qeyd etdiyi işləri görmüş, bunun müqabilində 51.112 manatı kassa məxaric orderləri ilə nağd şəkildə, 43.388,38 manatı isə bank hesabı vasitəsi ilə ödənilmişdir. Hə r iki müqavilə üzrə iddiaçıya ümumilikdə 103.839,35 manat ödənilməli olduğu halda, Müəssisə təminat olaraq ödədiyi vəsaitin 10%-ini, yəni 9.450 manatı özündə saxlayaraq ödəməmişdir.
40. Məhkəmə kollegiyası şikayətin dəlili ilə aşağıdakılara əsasən razılaşmadığını bildirir.
41. Mülki Məcəllənin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
42. Həmin məcəllənin, 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların əmələ gəlməsi əsasıdır;
43. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hüquqi şəxs, öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər (49.2).
44. İş materiallarında aydın olduğu kimi tərəflər arasında 2017-ci il 3 iyul tarixli və 2018-ci il 1 iyun tarixli xidmət müqavilələri bağlanmışdır (bax §1).
45. Kassasiya şikayətindən göründüyü kimi iddiaçının tələbinin əsasını tərəflər arasında bağlanmış müqavilələrin 3.2-ci bəndləri təşkil etmişdir.
46. Müqavilələ rin həmin bəndlərində göstərilmişdir ki, işlər tam təhvil verilənə qədər hər forma-2-yə görə “İcraçı”ya ödəniləcək məbləğdən təminat olaraq 10% saxlanılacaqdır. Bu isə o deməkdir ki, tərəflər arasında bağlanmış hər iki müqavilənin tələbinə görə forma 2 sənədi ilə təhvil verilən malları sifarişçi təhvil alanda onun işləri tam təhvil alana qədər “İcraçı”ya gördüyü işlərin müqabilində ödəyəcəyi məbləğdən təminat olaraq 10% saxlamaq hüququ mövcud olmuşdur.
47. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış hər iki müqavilə üzrə yalnız bir dəfə - 2017-ci il 3 iyul tarixli, 5 saylı müqavilə ilə bağlı təhvil-təslim aktı bağlanmışdır (bax §7). Təhvil-təslim aktına əsasən görülmüş işlərin (torpağın qazılması, torpağın özüboşaldan maşına yüklənməsi, daşınması və karxanadan çeşidlənm əmiş qumçınqılın daşınması) dəyəri 27.938,02 manat təşkil etmişdir.
48. Görülən işlərin dəyəri olaraq 27.938,02 manatdan 10% saxlamaq hüququ mövcud olsa da, iş materiallarında olan analitik uçot kitabı, 438 saylı 2017-ci il 3 avqust tarixli ödəniş tapşırığı və iddiaçının bank hesabından çıxarışdan görünür ki, cavabdeh iddiaçıya təhvil-təslim aktına əsasən gördüyü işlərin dəyərini tam olaraq – yəni 27.938,02 manatı ödəmişdir.
49. Beləliklə, iddiaçının 27.938,02 manat dəyərində gördüyü işlərin dəyərini “Sifarişçi” şirkət müqavilədə olan - ödəniləcək məbləğdən 10% saxlamaq hüququndan istifadə etməməklə tam ödədiyi üçün iddiaçının həmin işlərin dəyəri üzrə əlavə olaraq 10% məbləği də cavabdehdən tələb etməkdə haqlı olmamışdır.
50. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazları nı əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
51. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
52. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
53. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
54. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.
55. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş və kassasiya şikayətinin cavabdehdən görülmüş işlərin dəyəri kimi tam olaraq ödədiyi vəsaitdən əlavə 10% vəsaitin də tutulmalı olmasına dair dəlilləri əsaslı olmamışdır.
56. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şi kayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli 2-2(103)-225/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
57. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
58. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli 2-2(103)-225/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.