Məhkəmə qərarları › İş №2-2(102)-557/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-557/2024

06.11.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-557/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı1 Cavabdeh qarşı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs “X2 X1 Sanaye və Ticaret LTD” şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-557/2024 Bakı şəhəri Açar sözlər: birgə fəaliyyət haqqında müqavilənin ləğv edilməsi, müqavilədən imtina, əmlakın qaytarılması, dəymiş maddi zərərin ödənilməsi, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, öhdəliklərə xitam verilməsi, əmlakların qaytarılması və ziyanın ödənilməsi” tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs “X2 X1 Sanaye və Ticaret LTD” şirkətinin Cavabdeh qarşı “əmlakların qaytarılması və ya onların dəyərinin, amortizasiya xərclərinin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 may tarixli, 2-2(104)-70/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları 1. 2017-ci il martın 1-də İddiaçı1la (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) “birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilə (bundan sonra – “2017-ci il 1 mart tarixli müqavilə”) bağlamışlar. Müqaviləyə əsasən: “bir tərəfdən... “Birinc i tərəf” adlandırılacaq... Cavabdeh digər tərəfdən... “İkinci tərəf” adlandırılacaq... İddiaçı1... 1.1. “Tərəflər” özlərinin mülkiyyət, istifadə, icarə, sahibkarlıq fəaliyyətindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etmək yolu ilə birgə faydalanmaq məqsədilə və məhsuldar fəaliyyət göstərmək üçün birgə fəaliyyət qərarına gəlmişlər. 1.2. “Tərəflər bu müqaviləni bağlayıb birgə fəaliyyət göstərməklə birlikdə mənfəət əldə etmək məqsədilə "xxxx" MMC adlı hüquqi şəxs təsis edib dövlət qeydiyyatından keçirməklə, həmin hüquqi şəxsi idarə etmək üçün öz qüvvələrini birləşdirmişlər.... 3.1. “Birinci tərəf” həmin müqaviləyə əsasən: 3.1.1. "xxxx" MMC-nin fəaliyyəti üçün özünün mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ******* *** qeydiyyat nömrəli RX №0494146 seriyalı əmlak kompleksi kimi müəssisənin ümumi sahəsindən 1,844 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 1199 kv. metr olan istehsal təyinatlı qeyri-yaşayış sahəsinin "xxxx" MMC-nin daimi istifadəsində olmasını təmin edəcəyini öhdəsinə götürür; 3.1.2. "xxxx" MMC-nin dövlət orqanlarından müvafiq güzəşt və imtiyazların almasını təmin etmək, o cümlədən yeni yaradılacaq istehsal müəssisəsinin avadanlıqlarının idxalı zamanı gömrük və vergi rüsumlarından azad olunması üçün müvafiq qaydada müəssisənin adına İnvestisiya təşviqi sənədinin alınmasını təmin etmək;... 3.2. “İkinci tərəf” həmin müqaviləyə əsasən: 3.2.1. "xxxx" MMC-nin fəaliyyətini təşkil etmək üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına bu müqavilənin əlavəs ində göstərilmiş mebel istehsalı avadanlıqlarını göndərməklə idxal etmək və həmin avadanlıqları hüquqi şəxsin balansında onun bütün fəaliyyəti dövründə saxlanılacağını, hüquqi şəxsi idarə edəcəyini öhdəsinə götürür; 3.2.2. Avadanlıqları Azərbaycan Respublikasına göndərmək üçün Birinci tərəflə avadanlıqların göndərilməsi müqaviləsini bağlamaq; 3.2.3. Avadanlıqları İkinci tərəfə məxsus Türkiyə Respublikasında qeydiyyatdan keçmiş “X2 X1 Sanaye və Ticaret LTD” şirkətinin adından göndərmək;... 3.3. “Tərəflər” həmin müqaviləyə əsasən birlikdə öhdələrinə götürürlər ki: 3.3.1. Birgə fəaliyyət zamanı "xxxx" MMC özünün vergi, amortizasiya ayırmaları və digər sahələrə aid xərclərini çəkəcəkdir;...” 2. 2017-ci il martın 30-da cavabdehlə “X2 X1 Sanaye və Ticaret LTD” şirkətinin (bundan sonra – “üçü ncü şəxs”) arasında bağlanmış 1 nömrəli müqavilədən görünür ki: “Bu müqaviləni... bir tərəfdən... Cavabdeh şəxsində (... “birinci təsisçi”...)... və digər tərəfdən... “X2 X1 Sanaye və Ticaret LTD” Şirkətinin direktoru İddiaçı1 (... “ikinci təsisçi”...)... aşağıdakı şərtlərlə bağladılar: 1.1. Müqaviləyə əsasən tərəflər ünvan 2 ünvanında yerləşən ərazidə Cavabdeh mülkiyyətində olan əmlak kompleksinin bazası əsasında Birgə Mebel istehsal sahəsi yaradırlar. 1.2. “Birinci təsisçi”... onun mülkiyyətində olan 1,844 ha torpaq sahəsində, ünvan 2 ünvanında yerləşən dəyəri 1.100.000 manat olan Əmlak Kompleksini investisiya olaraq qoyur. 1.3. “İkinci təsisçi”... ümumi dəyəri 650.450 ABŞ dolları olan texnoloji avadanlığı (1 saylı əlavə) investisiya olaraq... mebel istehsal sahəsinə göndərir....”

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 2017ci il 19 aprel tarixli “İnvestisiya təşviqi sənədi”nə əsasən, cavabdehə ünvan 3 ünvanında mebel istehsalı sahəsində investisiyaya görə avadanlıqların və qurğuların ölkəyə idxalı ilə əlaqədar vergi və gömrük güzəştlərindən istifadə hüququ verilmişdir. 4. 2017-ci il 15 sentyabr tarixli aktdan və əlavəsindən görünür ki, 2017-ci il 1 mart tarixli birgə (ortaqlıq) fəaliyyəti haqqında müqavilənin icrası ilə əlaqədar olaraq, cavabdeh 3 ədəd kəsən və doğrayan dəzgah, 6 ədəd boya pompası, 6 ədəd toz tutan aparat, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 150 ədəd konveyer-L 300, 2 ədəd fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgahı, 1 ədəd Uİ boya dəzgahı, 1 ədəd fincanlı figur açan CNC dəzgah, 1 ədəd avt omatik son qat boya vuran dəzgah, 1 ədəd çoxlu deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı, 1 ədəd yatar dairə makinası, 3 ədəd serit testere makinası, 1 ədəd serit sileme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd dörtləmə makinası, 1 ədəd ahşap kofya makinası, 1 ədəd balon zimparası, 1ədəd ahşap freze makinası, 1 ədəd deg drive küçük balon zimpara makinası, 2 ədəd rulanya makinası, 1 ədəd menteşe delik delme makinası, 1 ədəd tek kafa delik delme makinası, 1 ədəd yatar dairə makinası, 1 ədəd freze yatar makinası, 2 ədəd kompressor, 2 ədəd manual transpalet, 1 ədəd manual tek kafa delik makinasını iddiaçıdan təhvil almışdır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy i yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" MMC 2017-ci il dekabrın 12-də dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 220.000 manat məbləğində müəyyən edilməklə 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsus olmuş, qanuni təmsilçi iddiaçı təyin olunmuşdur. Sonradan MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarına əsasən iddiaçı 2020-ci il 1 may tarixindən etibarən MMC direktoru vəzifəsindən azad edilmiş, ümumi yığıncağın 2020-ci il 2 avqust tarixli qərarına əsasən isə, Cəmiyyətin nizamnamə kapitalının miqdarı azaldılaraq, 100 manat həcmində müəyyən edilməsi, iştirakçıların əmlak şəklində qoyduqları mayaların audit rəyi əsasında tam olaraq onlara qaytarılması qərara alın mış və bu barədə hüquqi şəxsin dövlət qeydiyyatı məlumatlarına dəyişiklik edilmişdir (2020-ci il 14 sentyabr tarixli çıxarış). 6. 2020-ci il 1 may tarixində iddiaçı 2017-ci il 1 mart tarixli müqavilənin ləğv edilməsi barədə cavabdehə təklif göndərmiş, cavabdeh müqavilənin ləğvindən imtina etmiş və tərəflər arasında mübahisənin məhkəmə aidiyyətinə dair 2020-ci il 3 avqust tarixli saziş imzalanmışdır. 7. 2020-ci il avqustun 20-də "xxxx" MMC dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 100 manat məbləğində müəyyən edilməklə, 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsus olmuş və qanuni təmsilçi iddiaçı təyin olunmuşdur. MMC-nin təsisçilərinin ümumi yığıncağının 2020-ci il 13 sentyabr və 20 sentyabr tarixli qərarlarına əsasən, Cəmiyyətin nizamnamə kapitalının miqdarı iştirakçıların əm lak qoyuluşu hesabına artırılaraq, 1.640.100 manat həcmində (100 manat pul və 1.640.000 manat dəyərində əmlak) müəyyən edilməsi qərara alınmış və bu barədə hüquqi şəxsin dövlət qeydiyyatı məlumatlarına dəyişiklik edilmişdir (2020-ci il 25 noyabr tarixli çıxarış).

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 2020ci il 28 dekabr tarixli “İnvestisiya təşviqi sənədi”nə əsasən, "xxxx" MMC-yə ünvan 3 ünvanında mebel istehsalı sahəsində investisiya ilə əlaqədar vergi və gömrük güzəştlərindən istifadə hüququ verilmişdir.

9. Cavabdehin və "xxxx" MMC-nin müvafiq dövrlər üzrə təqdim edilmiş vergi bəyannamələrindən görünür ki, vergi ödəyicisinin aktivləri qismində binalar, tikililər və qurğular, habelə maşınlar və avadanlıq üzrə dəyər cavabdehin vergi bəyannaməsində qeyd ed ilir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı 2020-ci il noyabrın 4-də cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci il 1 mart tarixli müqavilənin ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi və iddiaçının əmlakının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə baxışı zamanı 2021-ci il mayın 19-da iddia tələbinin həcmini artıraraq əvvəlki tələblərlə yanaşı, 497.068,58 manat dəyərində zərərin cavabdehdən tutulub ona verilməsini xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 2017-ci il 1 mart tarixli müqavilə cavabdeh tərəfindən icra edilməmiş, müqavilənin əlavəsində göstərilmiş mebel istehsalı təyinatlı avadanlıqlar "xxxx" MMC-nin balansına qoyulmamış, i ddia ərizəsi verildiyi günədək, heç bir iş görülməmiş, nəticədə iddiaçı investisiya qoyduğu əmlakdan heç bir gəlir əldə etməmişdir.

12. Üçüncü şəxs cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mebel istehsalı təyinatlı avadanlıqların, həmin avadanlıqların üç illik amortizasiya xərcləri kimi 463.595 manatın, avadanlıqlar olmadıqda onların 785.222 manat əvəzinin, 1.810.505 manat əldən çıxmış faydanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Həmin tələb onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə imzalansa da, bu günə qədər heç bir iş görülməmiş, nəticədə investisiya qoyduğu əmlakdan gəlir əldə etməmişdir.

14. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 3 iyun tarixli e-2-2(115)99/2021 nömrəli qətnaməsi ilə iddiaçının iddiasının qismən təmin edi lməsi, tərəflər arasında bağlanmış 2017-ci il 1 mart tarixli Birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, üçüncü şəxsin iddiasının qismən təmin edilməsi, mebel istehsalı təyinatlı avadanlıqların, həmin avadanlıqlar olmadıqda onların dəyəri olaraq 785.222 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq üçüncü şəxsə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Vəliyev).

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçıya məxsus avadanlıqların iddiaçıya, cavabdehə məxsus qeyri-yaşayış binasının cavabdehə qaytarılması barədə razılığa gəlinsə də, iş üzrə keçirilən məhkəmə iclasında cavabdeh tərəf işin barış ıq sazişi ilə tamamlanmasına razı olmadığından saziş təsdiq edilməmişdir. Tərəflər mənfəət qazandırıcı əqdlər bağlamış, müqavilələr qismən icra edilsə də, onların bağlanmasından dörd ildən artıq vaxt keçməsinə baxmayaraq müqavilələrin məqsədinə çatmamışdır. 16. 2017-ci il 1 mart tarixli müqavilənin ləğvinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hüquq münasibətlərinin pozulması halı müqavilənin ləğvi üçün əsas olmuşdur.

17. Tələb olunan əmlaklar üçüncü şəxsə məxsus olduğundan iddia həmin hissə üzrə təmin edilməməlidir.

18. Üçüncü şəxsin mülkiyyətində olan əmlakların istifadə olunmadan cavabdehin mülkiyyətində olan binada saxlanılması hər iki tərəfin mənfəətsiz qalmasına, mülkiyyətçinin mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə yaratmışdır. Hazırkı iş üzrə tərəflərin məqsədi birgə gəlir əldə etmək olmuşdur. Dəzgahların istifadəsi nəticəsində istehsal ediləcək malların satışından əldə olunan gəlirdən tək üçüncü şəxs və yaxud iddiaçı deyil, digər tərəf olan cavabdehin də faydalanmaq hüququ olmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış 2020-ci il 17 dekabr tarixli barışıq sazişinin 3-cü bəndinə əsasən cavabdeh dəzgah və avadanlıqları qaytarmağa razı olmuşdur. Qeyd olunanlar cavabdehin təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində həm iddiaçının, həm də üçüncü şəxsin zərərə məruz qalması hallarını istisna edir.

19. Həmçinin üçüncü şəxsə məxsus avadanlıqların üç illik 463.595 manat amortizasiya xərclərinin ödənilməsi barədə tələb haqlı sayılmır.

20. Tələb edilən əmlakların ümumi dəyərinə gəldikdə isə 2017-ci il 30 mart tarixli müqavilədə göstərildiyi kimi 650.450 AB Ş dolları dəyərində olmuşdur.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, MM-in 13, 16, 21, 23.1, 385.1, 386.1, 389.1, 421, 422.1, 423.2, 425.2, 430.2, 442, 443.1, 445.1-ci və MPM-in 14.2, 36.11, 40.2, 40.3, 55.1, 55.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunması xahiş etmişdir.

23. İddiaçı tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən – iddia tələbinin təmin edilmədiyi hissəsinin ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunması xa hiş edilmişdir.

24. Həmçinin üçüncü şəxs tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən – iddia tələbinin təmin edilmədiyi hissəsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

25. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 1 fevral tarixli, 2-2(104)-14/2022 nömrəli qətnaməsi ilə iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin qismən təmin edilməsi, qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddiaçının iddiasının qismən təmin edilməsi, cavabdehdən əldən çıxmış fayda qismində 497.068,58 manat zərər məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manatın dövlət rüsumu olmaqla, cəmi 497.098,58 manatın alınaraq iddiaçıya verilməsi, iddiaçının iddiasının qalan hissədə təmin edilməməsi, üçüncü şəxsin iddiasının və apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən hakim -A.Hüseynzadə, hakimlər İ.Həsənov və L.Süleymanov).

26. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, tərəflər nizamnamə kapitalında bərabər paylarla "xxxx" MMC-ni təsis etməklə 2017-ci il 1 mart tarixli müqavilənin şərtlərini yerinə yetirmişlər. Tərəflərin sonrakı razılaşması ilə nizamnamə kapitalında bərabər paylarla "xxxx" MMC-nin təsis edilməsi, iddiaçı tərəfindən investisiya edilmiş avadanlıqlara görə "xxxx" MMC-nin adına “İnvestisiya təşviqi sənədi”nin alınması ilə tərəflər arasında bağlanılmış 2017-ci il 1 mart tarixli müqavilə icra olunmuş, tərəflər arasındakı münasibətlər artıq təsis müqavilələrinə əsasən yaradılmış hüquqi şəxslərin iştirakçıla rının fəaliyyəti ilə əhatə olunmuşdur. Tərəflər arasındakı münasibətlər hüquqi şəxslərin təsis müqavilələrinə və nizamnamələrinə müvafiq olaraq tənzimləndiyindən müqavilənin ləğv edilməsi üçün əsas olmamışdır.

27. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh birgə fəaliyyətdən kənar fərdi sahibkar kimi fəaliyyət göstərərək mülki hüquq pozuntusuna yol verməsi səbəbindən iddiaçı əldən çıxmış fayda qismində zərər çəkmişdir. "xxxx" MMC, daha sonra "xxxx" MMC-nin yaradılması və dəzgahların həmin hüquqi şəxslərin nizamnamə kapitalına üçüncü şəxs tərəfindən deyil, məhz iddiaçı tərəfindən qoyulması həmin avadanlıqların iddiaçıya məxsus olmasını təsdiq etməklə, vurulmuş zərəri tələb etmək üçün də subyektiv hüquqa malik olmuş, buna görə də iddiaçının əldən ç ıxmış fayda qismində zərərin cavabdehdən tutulması ilə bağlı tələbi əsaslı olmuşdur.

28. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan avadanlıqlar cavabdehin qanunsuz sahibliyində olmamaqla, "xxxx" MMC-nin sahibliyində və istifadəsindədir. MMC-nin nizamnamə kapitalının 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsus olmaqla, həmçinin MMC-nin qanuni təmsilçisi və icra orqanının rəhbəri, həmçinin üçüncü şəxsin də təsisçisi hazırkı iş üzrə iddiaçıdır. Belə olduğu halda avadanlıqların cavabdehdən tələb edilməsi əsassız hesab olunur.

29. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini MM-in 21.2, 21.3, 157.2, 337.4, 1096.1, 1096.2-ci və MPM-in 14.2, 77.1, 217.3, 218.1, 384.0.3, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkə məsindəki birinci icraat

30. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin təmin olunması hissəsinə münasibətdə ləğv edilməsini, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 4 oktyabr tarixli, 2-2(102)-511/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının iddiasına münasibətdə ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (məruzəçi hakim - B.Məmmədli, hakimlər - İ.Dadaşov və B.Qəribov).

32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gə ldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, məhkəmə iddiaçının xeyrinə əldən çıxmış fayda qismində zərərin cavabdehdən tutulması ilə bağlı nəticəyə gələrkən maddi hüquq pozuntusuna yol vermişdir.

33. Belə ki, MM-in 64.1-ci maddəsinin tələblərinə əsasən, MMC-lərin nizamnamə kapitalına pay kimi qoyulmuş avadanlıqlar müvafiq dövrlər üzrə həmin MMC-lərin mülkiyyətində olmuşdur. Zərər həqiqətən vurulmuşdursa, ilk növbədə müvafiq dövrlərdə avadanlığın mülkiyyətçisi olmuş MMC-lərə vurulmuşdur. İşə baxan məhkəmələr iddiaçının vurulmuş zərəri tələb etmək üçün subyektiv hüquqa malik olub-olmamasını qanunun tələblərinə uyğun olaraq düzgün qiymətləndirməmiş, MMC-in mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi prosesə cəlb olunması istiqamətində heç bir tədbir görməmişlər.

34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində ziddiyyətli nəticələrə gəlmişdir. Belə ki, qətnamədə göstərilmişdir ki, cavabdeh avadanlıqları əldə etdikdən sonra həmin avadanlıqlardan istifadə etməklə, birgə fəaliyyətdən kənar fərdi sahibkar qismində cəmi 1.104.556,76 manat gəlir əldə etmişdir ki, cavabdehin qeyd olunan mülki hüquq pozuntusuna yol verməsi səbəbindən iddiaçı əldən çıxmış fayda qismində zərər çəkmişdir. Qətnamənin digər hissəsində isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, avadanlıqlar cavabdehin qanunsuz sahibliyində olmamaqla, həmin avadanlıqlar "xxxx" MMC-nin sahibliyində və istifadəsindədir. "xxxx" MMC-nin nizamanamə kapitalının 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsus olmaqla, həmçin in "xxxx" MMC-nin qanuni təmsilçisi və icra orqanının rəhbəri də hazırkı iş üzrə iddiaçıdır. Göründüyü kimi, apellyasiya məhkəməsinin özü də belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan avadanlıqlar cavabdehin qanunsuz sahibliyində olmamışdır.

35. Beləliklə, cavabdehin birgə fəaliyyətdən kənar, yəni MMC-lərin, habelə digər təsisçi və icra orqanının rəhbəri olan iddiaçının xəbəri və razılığı olmadan təkbaşına necə 1.104.556,76 manat gəlir əldə etməsi qətnamədən aydın olmur.

36. Kassasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2017-ci il 15 sentyabr tarixli aktda qeyd olunan avadanlıq Azərbaycan Respublikasına gətirərək cavabdehə təhvil verilmiş, 2017-ci il 12 dekabr tarixində "xxxx" MMC, bundan ik i il səkkiz ay sonra isə 2020-ci il 20 avqust tarixində "xxxx" MMC təsis edilərək dövlət qeydiyyatına alınmışdır. İddiaçının hazırkı iş üzrə iddiası isə məhkəməyə bundan cəmi iki ay on beş gün keçdikdən sonra, yəni 2020-ci il 4 noyabr tarixində verilmişdir. Belə olan halda digər təsisçi və icra orqanının rəhbəri olan iddiaçının, habelə MMC-lərin iki il səkkiz ay ərzində cavabdehin qanunsuz fəaliyyətindən xəbərsiz olmalarının səbəblərinə aydınlıq gətirilməli idi. Əgər bu hüquq pozuntuları məlum idisə, iddiaçı ilə cavabdehin yenə də şərikli qaydada 2020-ci il 20 avqust tarixində "xxxx" MMC-ni təsis etmələrinin səbəbləri müəyyən olunmalı idi.

37. Apellyasiya instansiyası məhkəməsi sübutetməyə dair prosessual tələblərə əməl etməyərək cavabdehin məhkəməyə təqdim etdiyi səs yazılarına hüquqi qiy mət verməmişdir.

38. Məhkəmə öz qərarını MM-in 64.1, MPM-in 57.1, 88, 217.1, 372.6-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli Qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarına istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

39. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 15 fevral tarixli, 2-2(104)-37/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin ed ilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflər arasında bağlanmış 2017-ci il 1 mart tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılaraq, iddiaçının cavabdehə qarşı tərəflər arasında bağlanmış 2017-ci il 1 mart tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi, avadanlıqların qaytarılması, iddiaçıya vurulmuş 497.068,58 manat dəyərində zərərin cavabdehdən tutulub iddiaçıya verilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (sədrlik edən hakim – F.Mehtiyev, hakimlər – R.Muradov və A.İs gəndərova).

40. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin iddiaçının iddia vermək üçün subyektiv hüquqa malik olubolmamasının müəyyən edilməsi ilə bağlı göstərişinə əsasən belə qənaətə gəlmişdir ki, MM-in 64.1-ci maddəsinin tələblərinin hazırkı mübahisəyə tətbiqi imkanları dəyərləndirilərək müəyyən olunmuşdur ki, MMC-lərin nizamnamə kapitalına pay kimi qoyulmuş avadanlıqlar müvafiq dövrlər üzrə həmin MMC-lərin mülkiyyətində olmuşdur. Belə ki, iddiaçı vurulmuş zərəri tələb etmək üçün subyektiv hüquqa malik olmamış, hətta iddia olunan zərər həqiqətən vurulmuşdursa, bu zərər ilk növbədə müvafiq dövrlərdə avadanlığın mülkiyyətçisi olmuş MMC-lərə vurulmuşdur.

41. Məhkəmə müqavilənin ləğv edilməsi, öhdəliklərə xitam verilməsi və əmlakın qaytarılması tələbi ilə bağlı tərəflər arasındakı mövcud münasibətə və Ali Məhkəmənin qərarında göstərdiyi xüsusatlara aydınlıq gətirərkən qeyd etmişdir ki, iddiaçının iddia qaldırmaqda subyektiv hüququ olmadığı üçün həmin hissədə və cavabdehin məhkəməyə təqdim etdiyi səs yazıları və şahid ifadəsinə hüquqi qiymət verilməsinə lüzum qalmamışdır.

42. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş V.İsaqov ifadəsində göstərmişdir ki, sözügedən avadanlıqları o qəbul etmiş, həmin avadanlıqlar fabrikə yığılmış, "xxxx" MMC-nin fəaliyyət göstərdiyi yerdədir.

43. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MM-in 21.2, 21.3, 43.1, 43.5, 64.1, 337.2, 337.4, 385.1, 386.1, 389.1, 389.2, 1096.1, 1096.2-ci və MPMin 14.1, 77.1, 88, 119.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmış dır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

44. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 19 dekabr tarixli, 2-2(102)-604/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (məruzəçi hakim – Ç.Əsgərov, hakimlər – K.Abiyeva və A.Hüseynov).

46. Kassasiya kollegiyası qeyd etmişdir ki, bundan öncəki kassasiya icraatında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının iddiasına mü nasibətdə ləğv edilərkən məhkəmə tərkibinin göstərişləri ondan ibarət olmuşdur ki, MM-in 64.1-ci maddəsinin tələblərinə əsasən, MMC-lərin nizamnamə kapitalına pay kimi qoyulmuş avadanlıqlar müvafiq dövrlər üzrə həmin MMC-lərin mülkiyyətində olmuşdur. Zərər həqiqətən vurulmuşdursa, ilk növbədə müvafiq dövrlərdə avadanlığın mülkiyyətçisi olmuş MMC-lərə vurulmuşdur. İşə baxan məhkəmələr iddiaçının vurulmuş zərəri tələb etmək üçün subyektiv hüquqa malik olub-olmamasını qanunun tələblərinə uyğun olaraq düzgün qiymətləndirməmiş, MMC-in mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi prosesə cəlb olunması istiqamətində heç bir tədbir görməmişlər.

47. Göründüyü kimi, kassasiya məhkəməsinin MM-in 64.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının subyektiv hüququnun yo xlanılması ilə bağlı göstərişləri mübahisəli istehsal avadanlıqlarının qaytarılması və zərər tələbi ilə bağlı olmuşdur. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi isə iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olmadığı qənaətinə gəlməklə, bütün iddia tələblərini (tərəflər arasında bağlanmış 2017-ci il 1 mart tarixli müqavilənin ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi, mübahisəli istehsal avadanlıqlarının qaytarılması və zərər) bu əsasla rədd etmişdir.

48. Kassasiya kollegiyası bu mövqe ilə razılaşmamışdır. Əvvəla ona görə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 420-ci maddəsinin tələbləri pozulmaqla kassasiya məhkəməsinin göstərişlərinin icrasına dair hər hansı araşdırma aparılmamış, qətnamənin əsaslandırıcı hissəsində həmin göst ərişlər olduğu kimi təkrarlanmışdır. Halbuki, kassasiya məhkəməsi tərəfindən iş, konkret göstərişlər verilməklə (MMC-lərin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, avadanlıqların cavabdehin qanunsuz sahibliyində olub-olmamasının müəyyən edilməsi və s.) həmin məsələlərin apellyasiya məhkəməsi tərəfindən tamhüquqlu məhkəmə kimi yenidən araşdırılması məqsədilə göndərilmişdir.

49. Digər tərəfdən, MM-in 64-cü maddəsinin tələbləri tətbiq edilməklə mübahisəli avadanlıqların MMC-lərin mülkiyyətində olması səbəbindən iddiaçının həmin avadanlıqları və onlardan istifadə nəticəsində dəymiş zərəri tələb etmək üçün subyektiv hüququnun olmadığı barədə qənaət iddiaçının tərəf olduğu 2017ci il 1 mart tarixli birgə fəaliyyət haqqında müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə öhdəliklərə xitam veri lməsi barədə iddia irəli sürmək hüququna malik olmadığı nəticəsinə gətirib çıxarmır. Belə ki, iddiaçı əlavə heç bir şərtdən asılı olmadan tərəf olduğu müqavilənin ləğvi ilə bağlı tələb irəli sürmək üçün birbaşa subyektiv hüquqa malikdir və bu tələb hüququ müstəqil olmaqla, heç bir tələbin mövcudluğundan asılı deyildir. Başqa sözlə, apellyasiya məhkəməsinin bu mövqeyi prosessual qənaət prinsipinə əsasən o halda haqlı sayıla bilərdi ki, tərəflər arasında bağlanmış 2017-ci il 1 mart tarixli müqavilənin ləğvi və öhdəliklərə xitam verilməsi tələbi istehsal avadanlıqlarının qaytarılması tələbinə bağlı olmaqla ondan irəli gəlmiş olsun. Lakin hazırda belə bir hüquqi vəziyyət mövcud deyil. Əksinə, müqavilənin ləğvi əsas tələb olmaqla digər tələblər (öhdəliklərə xitam, həmin müqavilə əsasında verilm iş avadanlıqların geri qaytarılması və onlardan istifadə nəticəsində dəymiş zərərin ödənilməsi) onun nəticəsi kimi irəli sürülmüşdür.

50. Bununla yanaşı, müqaviləni ləğv olunmasını tələb etmək üçün əsasların olub-olmadığını müəyyən etmək üçün apellyasiya məhkəməsində müqavilədə nəzərdə tutulmuş öhdəliklərin pozulub-pozulmaması məsələsi, o cümlədən müqaviləyə əsasən nizamnamə kapitalını formalaşdıran əmlakların tərəflərin yaratdığı "xxxx" MMC-nin faktiki istifadəsinə verilib-verilmədiyi, müəssisənin adına İnvestisiya təşviqi sənədinin alınmasının təmin edilib-edilmədiyi araşdırılmalı idi. Bununla əlaqədar olaraq, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə, bunun nəticəsində müqavilənin əhəmiyyətli dərəcədə pozulub-pozulmaması müəyyən edilməlidir. Bu cür araşdırma aparılarkən idd iaçının müqavilədə nəzərdə tutulmuş avadanlıqların cavabdehə çatdırılması, tərəflərin təqdim etdiyi vergi bəyannamələrinə əsasən bu avadanlıqların, habelə müvafiq torpaq və istehsal sahəsinin cavabdeh tərəfindən "xxxx" MMC-nin balansına keçirilməsi hallarının yoxlanılması zəruridir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2017-cu il 1 mart tarixli müqavilədə "xxxx" MMC-nin təsis edilməsi ilə bağlı razılığa gəlinmişdir. Avadanlıqların iddiaçı ilə cavabdehin daha sonra yaratdığı digər müəssisənin istifadəsinə verilməsi bu müqavilə ilə tənzimlənmir və hazırkı işin həllinə təsir göstərmir.

51. Kassasiya kollegiyası MM-in 64.1, 87.1, 90.1, 90-1.1, 90-1.2, 95, 96.1, 421.1, 421.2, 421.3, 447.1-ci və MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadən belə qənaətə gəlmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, prosessual pozuntuya yol verilmişdir ki, bu da düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

52. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 may tarixli, 2-2(104)-70/2024 nömrəli qətnaməsi ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflər arasında bağlanmış 01 mart 2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi, iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – R.Məmmədov və A.Bayramov).

53. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin məhkəmə iclasında araşdırılmış hallarından, həmçinin iş materiallarından göründüyü kimi tərəflər sahibkarlıq fəaliyyətindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etməklə birgə faydalanmaq məqsədi ilə birgə fəaliyyət göstərmək üçün “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilə bağlamış və həmin müqavilə şərtlərinə uyğun olaraq "xxxx" MMC adlı müəssisə yaratmağı, müəssisənin nizamnamə kapitalını formalaşdırmağı, bunun üçün cavabdeh özünə məxsus olan ünvan 3 ünvanında yerləşən əmlak kompleksini, iddiaçı isə müqavilənin əlavəsində göstərilmiş mebel istehsalı avadanlığını cavabdehə təhvil verilməsini öhdəsinə götürmüşdür. İddiaç ı üzərinə düşən öhdəliyi yerinə yetirib mebel istehsalı üçün zəruri olan avadanlığı cavabdehə təhvil vermiş olsa da, sonuncu müqavilə şərtlərinə tam şəkildə əməl etməmiş, "xxxx" MMC öncədən, yəni mebel istehsalı üçün istifadə edilən avadanlıq gətirilməmişdən əvvəl yaradılmalı və təşviqedici sənəd yeni yaradılmış MMC-nin adına alınmalı olduğu halda, MMC sonradan – avadanlıq gətirildikdən və təşviqedici sənəd cavabdehin adına alındıqdan sonra təsis edilmiş, gətirilmiş avadanlıq MMC-nin nizamnamə kapitalına daxil edilmiş olsa da, MMC-nin balansına daxil edilməmişdir.

54. Belə ki, iş materiallarındakı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin arayışından görünür ki, "xxxx" MMC ilə bağlı təqdim edilmiş 2017-2020-ci illər üzrə mənfəət və əmlak vergisi bəyannamələrinin müvafiq sətirlərində hər hansı əmlak aşkar edilməmiş və şəxsi hesab vərəqəsindəki ödənişlərin tərkibində Cəmiyyət tərəfindən ödənilmiş əmlak vergisi müəyyən edilməmişdir.

55. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi həmin müqaviləni ləğv edərək tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam verməkdə haqlı olmuşdur.

56. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin digər - əmlakının geri qaytarılması və 497.068,58 manat dəyərində zərərin cavabdehdən tutulub ona verilməsi hissələrində rədd olunması barədə gəldiyi qənaətlə də razılaşaraq, əvvəlcə iddianın əmlak tələbinə münasibətdə qeyd etmişdir ki, iş materiallarındakı sənədlərdən, o cümlədən tərəflər aras ında bağlanmış “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilədən göründüyü kimi, göndərilmiş avadanlıqlar yeni yaradılacaq müəssisənin nizamnamə kapitalının formalaşdırılması məqsədi ilə göndərilmiş və 2017-ci ilin dekabr ayında təsis edilmiş "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilmiş, 2020-ci ilin avqust ayında "xxxx" MMC-nin nizamnamə kapitalı azaldılaraq mebel istehsalı üçün olan həmin avadanlıqlar yeni yaradılmış "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilməklə, həm də həmin MMC-nin istifadəsinə verilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının tələb etdiyi avadanlıq artıq cavabdehin yox, qanuni təmsilçisi iddiaçının özünün olduğu "xxxx" MMC-nin istifadəsindədir.

57. Apellyasiya məhkəməsi iddia tələbinin dəymiş zərərin ödənilməsinə dair hissəsi ilə b ağlı qeyd etmişdir ki, iddiaçının bu hissədə əsas dəlili ondan ibarətdir ki, göndərilmiş avadanlıqlar cavabdeh tərəfindən "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilmiş olsa da, balansına daxil edilməmiş, cavabdeh tərəfindən Təşviqedici sənəd "xxxx" MMC-nin adına alınmalı olduğu halda öz adına almışdır. Belə olan halda, bu xüsusatla bağlı zərər dəymişdirsə də, bu zərər iddiaçıya yox, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından "xxxx" MMC-yə dəymişdir. Ona görə də kollegiya bu hissədə iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

58. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, MM-in 13, 16, 64.1, 87.1, 90.1, 90-1.1, 90-1.2, 95, 96.1, 421.1, 421.2, 421.3, 430.2, 447.1-ci və MPM-in 14.2, 77.1, 217.3, 217. 4-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin və ona əlavənin dəlilləri

59. İddiaçı kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, cavabdehin qanunsuz istifadəsində olan mübahisəli avadanlıqların, həmin avadanlıqlar olmadıqda onların dəyəri olan 785.222 manat məbləğində pulun və həmin avadanlıqların istifadə edilməsinə görə əldən çıxmış fayda kimi 497.068,58 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

60. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi: 60.1. MM-in 152.1, 21.2, 21.3, 1096.1, 1096.2-ci maddələrinin tələbləri pozulmuşdur. 60.1.1. Belə ki, iddiaçı mülkiyyətində olan avadanlıqları, rəhbəri və tək təsisçisi olduğu iş üzrə üçüncü şəxs olan şirkət vasitəsilə cavabdehlə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqaviləyə uyğun öhdəliklərin icra edilməsi üçün Azərbaycan Respublikasına cavabdehin adına göndərmiş və cavabdeh həmin avadanlıqları gömrük orqanlarından təhvil almışdır. Lakin cavabdeh müqaviləyə zidd olaraq İqtisadiyyat Nazirliyinə müraciət edərək həmin dəzgah və avadanlıqlara görə şəxsən özünə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi investisiya təşviqi sənədi almış, bu yolla təkcə birgə ortaqlıq haqqında müqavilənin tələblərini pozmamış, eyni zamanda bir sahibkar kimi dövlət qarşısında olan öhdəliklərini yerinə yetirməmiş və qanunvericiliklə ödəməli olduğu vergilərdən yayınmaqla iddiaçının əmlakını mənimsəmişdir. Sonradan iddiaçı ilə cavabdeh tərəfindən "xxxx" MMC adlı cəmiyyət yaradılmış, mübahisə olunan dəzgah və avadanlıqların MMC-nin nizamnamə kapitalına və balansına qoyulması qərara alınsa da, cavabdeh onları qanunsuz şəkildə öz sahibliyində saxlayaraq MMC-nin mülkiyyətinə verməmiş, təhvil-təslim aktı imzalanmamış, əmlakın dəyəri ilə bağlı müvafiq audit rəyi alınmamış və MMC-nin nizamnamə kapitalı formalaşdırılmamışdır. Bu fakt Dövlət Vergi Xidmətindən alınan müvafiq arayışlarda da öz əksinin tapmışdır. Həmin arayışlara əsasən 2017-2020-ci illər üzrə "xxxx" MMC-nin balansında və mülkiyyətində daşınar və daşınmaz əmlakların olmadığı və nizamnamə kapitalı nın 100 manat olduğu müəyyən edilmişdir (arayış məhkəməyə təqdim olunmuşdur). Nizamnamə kapitalı formalaşdırılmadığı üçün Cəmiyyət istehsalatla məşğul olmamış, sadəcə müvafiq qurumdan qeydiyyatdan keçmiş və fəaliyyəti kağız üzərində qalmışdır. MMC-nin istehsalatla məşğul olmaması, mübahisəli dəzgah və avadanlıqlardan istifadə etməməsi Ali Məhkəmənin 2-2(102)189/2024 nömrəli 2024-cü il 25 aprel tarixli qərarı ilə təsdiq olunmuşdur. Cəmiyyət yaradılan zaman cavabdeh nizamnamə kapitalında olan 1.100.000 manat məbləğini formalaşdırmaq üçün həmin dəyərdə mülkiyyətində olan əmlak kompleksini və iddiaçıya məxsus dəzgah və avadanlıqları hüququ şəxsin balansına verməli və buna dair reyestrdə müvafiq qeydiyyat aparmağı təmin etməli idi. Lakin cavabdeh bu vəzifələri yerinə yetirməmiş, bunun nəticəsi olaraq da "xxxx" MMC-nin nizamnamə kapitalı formalaşdırılmamışdır. Məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi və vəkili mübahisəli dəzgah və avadanlıqların 2017-2020-ci illər ərzində cavabdehin istifadəsində olduğunu və buna dair cavabdeh tərəfindən təşviq sənədinin alındığını etiraf etmişdir (bunlar məhkəmə prosesi zamanı audio və video yazı qeydə alınmışdır). 60.1.2. Qeyd olunan səbəblərdən, dəymiş zərərlə bağlı subyektiv hüququn həmin MMC-yə aid olması barədə məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. 2017-2020-ci illər ərzində cavabdehin mübahisə olunan dəzgah və avadanlıqlardan mebel istehsalında istifadə edərək 1.104.556,76 manat mənfəət əldə etmişdir. Lakin həmin dəzgah və avadanlıqlar iddiaçıya məxsus olmaqla cavabdehin qanunsuz sahibliyində olduğundan cavabdeh əldə etdiyi mənfə əti iddiaçıya qaytarmalıdır. Həmin dəzgah və avadanlıqlar üzərində mülkiyyət hüququnun iddiaçıya məxsus olması üçüncü şəxs tərəfindən qəbul edilmiş 2017ci il 10 fevral tarixli qərarda da öz əksini tapmışdır. Həmin qərar apostil və notarius təsdiqli olaraq alqı-satqı müqaviləsi ilə birlikdə məhkəməyə təqdim olunmuşdur. Ali Məhkəmənin 2-2(102)-604/2023 nömrəli 2023-cü il 19 dekabr tarixli qərarında subyektiv hüququn iddiaçıya məxsus olması göstərilsə və iddiaçı tərəfindən subyektiv hüququnun olması barədə müvafiq sübutlar məhkəməyə təqdim olunsa da, apellyasiya məhkəməsi bu sübutlara əhəmiyyət verməyərək, müvafiq araşdırma aparmamış və tərəfindən verilmiş rəsmi sübutlar qəbul edilməmişdir. Apellyasiya məhkəməsi qətnamənin 4-cü səhifəsinin “işin halları” hissəsində iddiaçının fikirlərini təhr if edərək, qeyd etmişdir ki, guya iddiaçı demişdir ki, cavabdeh özünə məxsus ********** saylı VÖEN altında və "xxxx" MMC vasitəsilə fəaliyyət göstərərək 994137,16 manat gəlir əldə etmişdir. Lakin iddiaçı tərəfindən məhkəmədə belə bir ifadə söylənilməmiş, məhkəmə cavabdehin maraqları naminə qərəzli olaraq yuxarıda qeyd olunan ifadəni yazmışdır (proses zamanı audio və video yazıya baxılsa belə ifadənin olmadığı aşkar olunacaqdır). 60.1.3. Bundan başqa, yuxarıda qeyd olunan və sənədlərlə sübut olunan faktlardan aydın olur ki, iddiaçıya məxsus avadanlıqlar 2017-2020-ci illər ərzində cavabdeh tərəfindən MMC-nin mülkiyyətinə və faktiki istifadəsinə verilmədiyindən, birgə ortaqlıq fəaliyyəti haqqında müqaviləyə zidd olaraq öz sahibliyində saxlayaraq mebel istehsalı ilə məşğul olduğundan, müvafiq zərər də "xxxx" MMC-yə yox, avadanlıqların mülkiyyətçisi olan iddiaçıya dəymişdir.

61. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 60cı maddəsinin 1-ci bəndi, 71, 127-ci maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, MPM-in 9, 14.2, 217.4, 218.1, 220.4-cü maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 nömrəli, 2005-ci il 24 noyabr tarixli Qərarındakı hüquqi mövqelər nəzərə alınmamış, iddiaçının təqdim etdiyi sübutlara əhəmiyyət vermədən, yalnız öz fərziyyələri əsasında və düzgün hüquq normalarına istinad etmədən qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Cavabdeh kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

63. Etiraz işin faktiki halları və işdəki sübutlarla əsaslandırılmışdır. Kassasiya baxışının hədləri

64. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

65. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, üçüncü şəxsin iddiası birinci apellyasiya baxışı nəticəsində rədd edildiyindən və o, həmin qətnaməni mübahisələndirmədiyindən üçüncü şəxsin iddiası hazırkı kassasiya baxışının predmetini təşkil edə bilməz.

66. Həmçinin, apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

64. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri 64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər....” “Maddə

87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır....” “Maddə

90. M əhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı 90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur....” “Maddə 90-1. Məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi 90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətin də ödənilməlidir....” “Maddə

95. Məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətdən çıxması Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər.” “Maddə

96. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətdən çıxarkən hesablaşmalar 96.1. Məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdiril ir....”

68. Azərbaycan Respublikası Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət h əddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;...” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edil ən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatlarda irəli sürdüyü göstərişlərə uy ğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində işin hallarına və təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. (bax bənd 53-58)

71. Kassasiya şikayətinin dəlilləri üzrə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi tələbin 497.068,58 manat dəyərində əldən çıxmış faydanın cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsinə hüquqi qiymət verərək əsaslı olaraq hesab etmişdir ki, iddiaçının bu tələbi irəli sürməyə subyektiv hüququ olmamışdır.

72. Belə ki, apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində iş materiallarındakı sübutlara, o cümlədən tərəflər arasında bağlanmış “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqaviləyə hüquqi qiymət verərək müəyyən etmişdir ki, mübahisəli avadanlıqlar yeni yaradılacaq müəssisənin nizamnamə kapitalının formalaşd ırılması məqsədi ilə göndərilmiş və 2017-ci ilin dekabr ayında təsis edilmiş "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilmiş, 2020-ci ilin avqust ayında "xxxx" MMC-nin nizamnamə kapitalı azaldılaraq mebel istehsalı üçün olan həmin avadanlıqlar yeni yaradılmış "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilməklə, həm də həmin MMC-nin istifadəsinə verilmişdir. İddiaçının tələb etdiyi avadanlıq artıq cavabdehin yox, qanuni təmsilçisi iddiaçının özünün olduğu "xxxx" MMC-nin istifadəsindədir. Göndərilmiş avadanlıqların cavabdeh tərəfindən "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilib, həmin MMC-nin balansına daxil edilməməsi, cavabdeh tərəfindən Təşviqedici sənədin isə MMC-nin adına deyil, öz adına alması nəticəsində zərər mövcud ola bilsə də, bu zərər iddiaçıya yox, "xxxx" MMC-yə dəyməlidi r.

73. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 74. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxs in müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri biri nci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

75. Kassasiya şikayətinə əlavədəki digər tələblər ümumiyyətlə hazırkı kassasiya baxışının predmetini təşkil edə bilməz.

76. Belə ki, mübahisəli avadanlıqların və ya onların dəyərinin tutulması barədə iddia birinci apellyasiya baxışı nəticəsində qəbul edilən qətnamə ilə rədd edilmiş və iddiaçı həmin qətnamə ilə razılaşmışdır.

77. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərə fli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 may tarixli, 2-2(104)-70/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar