Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-56/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilk iddia və Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiadan ibarət iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə muzdun ödənilməsi, podrat müqaviləsi üzrə qüsurların aradan qaldırılması ilə bağlı zərərin, əldən çıxmış faydanın və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tə rkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilk iddia və Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 oktyabr tarixli 2-2(107)-91/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı arasında 2019-cu il 9 dekabr tarixli QAR-xx/xx-2019 nömrəli podrat müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilə ilə podratçı İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən sifarişçiyə məxsus ərazidə atçılıq kompleksinin layihəsini hazırlamağı və layihəyə uyğun tikinti işlərini aparm ağı, sifarişçi isə görülmüş işlərin dəyərini podratçıya ilkin avansla və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi görüləcək işlərin yerinə yetirilməsi ilə bağlı podratçının ümumi dəyəri ƏDV daxil 948.681 manat olan təklifini qəbul etmişdir. Müqavilə üzrə görüləcək işlərin təhvil verilməsi 2020-ci il 31 may tarixinədək müəyyən olunmuşdur.
3. Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı arasında 2019-cu il 9 dekabr tarixli QAR-70-1/12-2019 nömrəli podrat müqaviləsi bağlanmışdır.
4. Həmin müqavilə ilə podratçı İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən sifarişçiyə məxsus ərazidə nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsini hazırlamağı və layihəyə uyğun tikinti işlərini aparmağı, sifarişçi isə görülmüş işlərin dəyərini podratçıya ilkin avansla və hissə-hissə ödəməyi ö hdəsinə götürmüşdür. Sifarişçi görüləcək işlərini yerinə yetirilməsi ilə bağlı podratçının ümumi dəyəri ƏDV daxil 1.068.476 manat olan təklifini qəbul etmişdir. Müqavilə üzrə görüləcək işlərin təhvil verilməsi 2020-ci il 31 mart tarixinədək müəyyən olunmuşdur.
5. Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı arasında 2019-cu il 9 dekabr tarixli QAR-70-2/12-2019 nömrəli podrat müqaviləsi bağlanmışdır.
6. Həmin müqavilə ilə podratçı Göyçay rayonu, Mirzəhüseynli kəndində yerləşən sifarişçiyə məxsus ərazidə som balıqlarının yetişdirilməsi üçün göllərinin layihəsini hazırlamağı və layihəyə uyğun tikinti işlərini aparmağı, sifarişçi isə görülmüş işlərin dəyərini podratçıya ilkin avansla və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi görüləcək işlərini yerinə yetirilməsi ilə bağlı podratçın ın ümumi dəyəri ƏDV daxil 1.174.004 manat olan təklifini qəbul etmişdir. Müqavilə üzrə görüləcək işlərin təhvil verilməsi 2020-ci il 30 aprel tarixinədək müəyyən olunmuşdur.
7. Hər 3 müqavilə üzrə sifarişçi və podratçının hüquq və vəzifələri (müqavilə predmeti, müqavilə dəyəri və müqavilə müddəti istisna olmaqla) eynilik təşkil etməklə müqavilənin müvafiq bəndlərində aşağıdakı kimi təsbit edilmişdir: - 1.3. İşlərin icrası zamanı “sifarişçinin” təşəbbüsü ilə iş həcmləri dəyişərsə müqavilənin qiymətinə yenidən baxıla bilər. - 2.1."xxxx"nin vəzifələri: - 2.2.1.“Podratçıya” müqavilədə nəzərdə tutulmuş məbləğin 50% məbləğini avans olaraq ödəyir. - 2.1.2. Yerinə yetirilmiş işlərə görə təqdim edilmiş sənədə əsasən ödənişlər edilir. - 2.1.3.”Sifarişçi” müqavilənin icrasını təmin etmək məqsədilə gö rülmüş işlərin həcminə uyğun növbəti ödəniş edilərkən əvvəlcədən ödənilmiş avans məbləğini hissəhissə tutur. - 2.1.4. "xxxx" müqavilənin ümumi dəyərinin 5%-ni “podratçı”nın bu müqavilənin şərtlərinə uyğun olaraq işləri layihə üzrə tam icra edib "xxxx"yə təhvil verdikdən 3 ay sonra ödəyir. - 2.1.5. "xxxx" müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəyir. - 2.2. “Podratçı”nın vəzifələri: - 2.2.1. İşlərin vaxtında və keyfiyyətlə icrasını həyata keçirir. - 2.2.2. Ödəniş üçün müvafiq sənədləri təqdim edir. - 2.2.3. “Podratçı” müqavilə üzrə nəzərdə tutulmuş işləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəməsini öhdəsinə götürür. - 3.1. “Podratçı” "xxxx"nin ona ilkin ava nsı ödədikdən sonra 2019-cu il 1 noyabr tarixində müqavilənin 1.1-ci bəndində əks etdirilən işlərin icrası üçün mal-materialı və avadanlıqları birbaşa "xxxx"nin tikinti meydançasına çatdırır və müqavilə müddətində müqavilədə qeyd olunan işləri tamamlayır. - 3.2. İşlərin “podratçı”dan "xxxx"yə təhvil-təslimi “təhvil-təslim aktı” ilə rəsmiləşdirilir. İşlərin Təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. - 3.3. İşlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar “podratçı” və "xxxx"nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan “defekt aktı”nda əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda “podratçı” "xxxx" ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. - 3.5. Görülmüş işlərin qüsurları ilə əlaqədar "xxxx" işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (“defekt cədvəli”) bu barədə “podratçı”ya yazılı məlumat verməlidir. - 3.6. “Podratçı” icra edəcəyi iş üzrə cəlb etdiyi canlı qüvvələrin və avadanlıqların sığortalanmasına, onların texniki-təhlükəsizlik qaydalarına riayət etməsinə və iş zamanı baş verəcək hər hansı bir hadisəyə görə məsuliyyəti özü daşıyır.
8. Cavabdeh MMC (o cümlədən, MMC-nin təsisçisi Fərhad Əhmədov) tərəfindən İddiaçınə ümumilikdə 1.687.323,5 manat (1.274.323,5 manat + 413.000 manat) pul ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra – “iddiaçı” və ya “podratçı”) Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbində dəqiqləşdirmə aparılması barədə ərizə ilə məhkəməyə müraciət edərək: - sifarişçi ilə podratçı arasında nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış 2019-cu il 9 dekabr tarixli QAR-70-1/12-2019 nömrəli podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 1.068.476 manat; - som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış 2019-cu il 9 dekabr tarixli QAR-70-2/122019 nömrəli podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 1.174.004 manat, - 2019-cu il 9 dekabr tarixli QAR-70-1/12-2019 nömrəli və 2019-cu il 9 dekabr tarixli QAR-70-2/12-2019 nömrəli podrat müqavilələri üzrə görülmüş əlavə işlərin dəyəri olaraq 1.312.421 manat; - balıq konserv zavodunun inşa edilməsi üçün layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 manat, ümumilikdə 3.780.627 manat pulun sifarişçidən tutularaq podratçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, podratçı ilə sifarişçi arasında 2019cu il 9 dekabr tarixində 3 podrat müqaviləsi bağlanmışdır. Bundan başqa, tərəflər arasında Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair şifahi podrat müqaviləsi də bağlanmışdır. Həmin müqavilə üzrə görüləcək işlərin dəyəri ƏDV daxil 225.726 manat olmuşdur. Ödəniş tapşırıqlarına əsasən sifari şçi tərəfindən ümumilikdə 1.274.323,50 manat ödəniş olunmuşdur. Eyni zamanda, QAR-70-1/12-2019 və QAR-70-2/12-2019 nömrəli müqavilələr üzrə sifarişə əsasən 1.312.421 manat dəyərində əlavə işlər görülmüşdür.
11. Cavabdeh MMC (bundan sonra – “cavabdeh” və ya "xxxx") ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, 2019-cu il 9 dekabr tarixində bağlanmış QAR-xx/xx-2019, QAR-70-1/12-2019 və QAR-70-2/12-2019 nömrəli podrat müqavilələrindən (bundan sonra müvafiq olaraq – “70, 70-1 və 70-2 nömrəli müqavilələr”) irəli gələn öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi, keyfiyyətsiz yerinə yetirilməsi nəticəsində sifarişçiyə vurulmuş 1.999.000 manat birbaşa zərər və əldən çıxmış fayda, 999.500 manat məbləğində işgüzar nüfuzuna vurulmuş zərər olmaqla, ümumil ikdə 2.998.500 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 2.292 manat pulun podratçıdan tutularaq sifarişçiyə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, müvafiq arayışlar, müayinə və qüsur aktları ilə müəyyən edilənlərə görə, podratçı tərəfindən podrat müqavilələrində göstərilmiş və yerinə yetirilməli olan işlərdə kifayət qədər qüsurlar vardır. Digər tərəfdən, işləri podratçı tam şəkildə və müqavilə tələblərinə uyğun həyata keçirməmişdir. Podratçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərdiyi məbləğlər 70, 70-1 və 70-2 nömrəli müqavilələrdə göstərilmiş məbləğlərə uyğun olmamaqla yanaşı, həmin məbləğlər müvafiq podrat müqavilələri üzrə həqiqəti özündə əks etdirməmiş və razılaşdırılmış işlərin həcmindən əsaslı dərəcədə fərqlənmişdir. Bundan əlavə, iddia ərizəsində podratçı tərəfindən Balıq konserv zavodunun tikintisi ilə bağlı tərəflər arasında podrat müqaviləsinin bağlandığı və həmin müqavilə üzrə görüləcək işlərin məbləğinin 225.726 manat təşkil etdiyi qeyd olunmuşdur. Halbuki, tərəflər arasında belə bir müqavilə bağlanmamışdır. Belə olan halda sifarişçinin podratçıya 225.726 manat borcunun olması ilə bağlı tələb əsassız olmuşdur. Digər tərəfdən, 70, 70-1 və 70-2 nömrəli müqavilələrə əsasən işlərin dəyəri cəmi 3.041.742,44 manat təşkil etmişdir. Aparılmış audit yoxlaması zamanı Mirzəhüseyinli balıqçılıqda texnoloji və elektrik avadanlıqların quraşdırılmadığı işlər üzrə 92.616,20 manat, Kəlbənddəki beton hovuzların tikintisində görülməyən işlər üzrə isə 464.723 manat olmaqla, cəmi 557.339,20 ma nat həcmində işlərin ümumiyyətlə görülmədiyi müəyyən olunmuşdur. Bundan başqa, Mirzəhüseynli balıqçılığında podratçı tərəfindən işlərin görülməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə sifarişçi ilə "xxxx" şirkəti müqavilə bağlamış və "xxxx" Şirkətinə 2021-ci il 5 fevral tarixində həmin işlərin görülməsinə görə sifarişçi tərəfindən ümumilikdə 645.750,19 manat ödəniş edilmişdir. Bu səbəbdən, 3.041.742,44 manat puldan aşağıdakı məbləğlər çıxılmalıdır: sifarişçi tərəfindən podratçıya avans kimi ödənilmiş 1.792.323 manat; podratçı tərəfindən görülməmiş işlər üçün hesablanmış 557.339,20 manat; podratçı tərəfindən yol verilmiş nöqsanların aradan qaldırılması üçün "xxxx" şirkətinə ödənilmiş 645.750,19 manat; nohurlara (prudlara) girişdə yol və beton körpü işlərinin görülməm əsinə görə hesablanmış 45.330,05 manat. Beləliklə, podrat müqavilələri üzrə podratçının sifarişçiyə 1.999.000 manat borcu yaranmışdır. Podrat müqavilələri üzrə yuxarıda qeyd edilən layihələr üzrə işlərin vaxtında və tam şəkildə təhvil verilməməsi səbəbindən sifarişçinin işgüzar nüfuzuna 999.500 manat məbləğində ziyan vurulmuşdur.
13. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli e-2-2(117)1018/2022 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, sifarişçidən tərəflər arasında bağlanmış müqavilələrin icra edilməməsi nəticəsində ödənilməmiş 953.665,64 manat pulun tutularaq podratçının xeyrinə ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə rədd olunmuş, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun 676,24 manat hissəsinin sifarişçidən tutularaq podratçının xeyrinə ödənilməsi qə t edilmiş, qarşılıqlı iddia rədd olunmuşdur (hakim – M.Hüseynov).
14. Məhkəmə qeyd etmişdir ki, avans 70, 70-1 və 70-2 nömrəli müqavilələrinin hər birində nəzərdə tutulmuş məbləğin 50 %-ni təşkil etdiyi təqdirdə bu vəsait ödənilməmişdir. Podratçıya sifarişçi və ya onun təsisçisi tərəfindən ödənilən vəsaitin ümumi məbləği 1.687.323,5 manat təşkil etsə də, işlərə başladıqdan xeyli sonra ödənilmiş və ya yalnız atçılıq mərkəzinin layihələndirilməsi və tikintisi üçün ödənilmiş, hər üç müqaviləni əhatə etməmişdir. Məhkəmə tərəflərdən rəsmi qaydada sübutların təqdim edilməsini, yəni işlərin layihə-smeta sənədlərinin, görülmüş işlərin həcminə dair (forma-2), təhvil-təslim aktlarının və iş üçün əhəmiyyəti olan digər sübutların təqdim olunmasını tələb etmişdir. İş materiallarından layihə-smeta sən ədlərinin tərəflərdə olması müəyyən olsa da, tərəflər bilərəkdən və ya etinasızlıq edərək bu sənədləri təqdim etməmişlər. Həmin sənədlər olmadan müvafiq ekspertizanın aparılmasının mümkün olmayacağını nəzərə alan məhkəmə işlərin görülmə həcmi, texniki göstəriciləri və keyfiyyəti ilə bağlı ekspertiza təyin etməmişdir. Buna görə məhkəmə qeyd olunanlarla bağlı işdə olan sənədlər əsasında qərar qəbul etmək qənaətinə gəlmişdir. Podratçı tərəfindən görülmüş işlərə dair təhviltəslim aktları təqdim edilmişdir. Atçılıq kompleksi üzrə yerinə yetirilən tikinti-quraşdırma işlərinin tarixsiz qəbul aktından görünür ki, 1.105.868,9 manat dəyərində iş görülmüş, sifarişçinin rəhbəri həmin akta qeyd yazaraq (müqavilə dəyəri 948.681 manat olmuşdur) fiziki imza ilə imzalanmışdır. Nərə balıqlarının yetişdirilm əsi sahəsinin yerinə yetirilən tikinti-quraşdırma işlərinin tarixsiz qəbul aktından görünür ki, 2.630.619,4 manat dəyərində iş görülmüş, sifarişçinin rəhbəri həmin akta qeyd yazaraq (vergi və digər xərclər göstərilməmiş, ilkin müqavilədə 16 ədəd beton nohurlar nəzərdə tutulmuş, faktiki olaraq 32 ədəd nohur yerində inşa edilmişdir) fiziki imza ilə imzalanmışdır. Naqqa balıqlarının saxlanması üçün nohurların tikintisi üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin tarixsiz qəbul aktından görünür ki, görülmüş işlərin dəyəri 1.649.605 manat dəyərində iş görülmüş, sifarişçinin rəhbəri həmin akta qeyd yazaraq (texnoloji avadanlıqlar quraşdırılmamış (nasosxana hissəsində), Forma 2 üzrə 52.540,5 manat məbləğində iş həcmi yerinə yetirilməmiş, xarici elektrik xəttində laboratoriya aktı təqdim edilmə miş, vergi 15.983 manat və digər xərclər göstərilməmişdir) fiziki imza ilə imzalanmışdır. Yuxarıda qeyd olunan hər 3 akt podratçının rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, sifarişçinin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş sifarişçinin icra orqanının rəhbəri Nümayəndə3 qeyd olunan aktlarda sonuncu səhifədə olan imzanın ona məxsus olduğunu bildirmiş, lakin işlərin müqavilə qiymətlərinə uyğun və tam görülmədiyini, lazım olandan artıq işlərin görüldüyünü bildirmişdir. Qeyd edilən təhvil-təslim aktlarının sonuncu imza olan vərəqlər surət olsa da qeyd olunan imzanın Nümayəndə3 tərəfindən icra edildiyi etiraf olunduğundan məhkəmə həmin sənədi sübut olaraq qəbul etmişdir.
15. Məhkəmə qeyd olunan təhvil-təslim aktlarında olan sifarişçinin nümayəndəsinin qeydlərindən müəyyən etmişdir ki, podratçı həmin qeydlərə münasibət bildirməmiş, işlərin qüsurlu olması ilə bağlı tərəflərin nümayəndələrinin iştirakı ilə tikintisi aparılan obyektə baxış keçirməmiş, akt tərtib edilməmiş, nəticədə isə müqavilə üzrə işləri tam yerinə yetirməmiş, yerinə yetirilən işlər isə qüsurlu icra olunmuşdur.
16. Məhkəmə hər üç təhvil-təslim aktındakı görülmüş işlərin dəyərinə dair məbləğləri müqavilə qiymətləri ilə müqayisə etdikdə müəyyənləşdirmişdir ki, müqavilə qiymətləri qeyd olunan qiymətlərdən əhəmiyyətli dərəcədə aşağı olmuşdur. Belə ki, müqavilələr üzrə təhvil-təslim aktlarında 1.105.868,9 manat, 2.630.619,4 manat və 1.649.605 manat məbləğləri qeyd edilmişdir. Lakin, müqavilələr üzrə müqavilə qiymətləri müvafiq olaraq 948.681 manat, 1.068.476 manat və 1.174.004 manat nəzərdə tutulmuşdur. Tərəflərin razılaşdıqları müqavilə qiyməti artırıldığı təqdirdə ən azı həmin müqavilə ilə müəyyən olunmuş formada bağlanmış yazılı formada razılaşdırılmış müqavilə olmadığından, İcraçı təqribi smeta dəyərindən kənara çıxma haqqında sifarişçiyə məlumat vermədiyindən, təqdim edilən sənədlərdə sifarişçi ilk dəfə ona təqdim olunan təhvil-təslim aktında qiymətin artırılmasına bununla bağlı həmin təhvil-təslim aktına müvafiq qeydiyyat aparmaqla etiraz etdiyindən görülmüş işlərin dəyəri üçün əsas müqavilədə müəyyən olunan qiymət götürülməlidir. Bundan əlavə əvvəlcədən qiyməti müəyyən edilməyən işlərin görülməsi ilə bağlıdırsa, qanunvericiliyin tələbinə görə bu barədə sifarişçiyə ləngimədən məlumat verməli, ən azı sifarişçinin məlumatı olmalıdır. Belə hallar, yəni məlum atlandırma iş materiallarında mövcud olmamışdır.
17. Podratçı tərəfindən tələb olunan 225.726 manat məbləğlə bağlı qeyd edilmişdir ki, podratçı bununla bağlı məhkəməyə müqavilə, iş həcmlərinin görülməsinə dair sənədləri, ödəniş sənədlərini, hər hansı razılaşma sənədlərini və ya işlərin təhvil-təslim olunması ilə bağlı sənədləri təqdim etməmişdir. Təqdim olunmuş təhvil-təslim aktlarının məzmununda isə qeyd olunan zavodun tikintisi ilə bağlı hər hansı işin görülməsi qeyd edilməmişdir.
18. Sifarişçi tərəfindən qarşılıqlı iddia tələbi irəli sürülsə də, 2.000.000 manat maddi ziyanın və 999.500 manat məbləğində işgüzar nüfuzuna vurulmuş zərərin podratçı tərəfindən işgüzar nüfuza ziyanın vurulması ilə bağlı hər hansı bir dəlil və ya mötəbər arqument təqdim edilməmişdir. Əksinə, sifarişçinin təl əb etdiyi məbləğlərin əsası mövcud olmamış, sifarişçinin özü müqavilə öhdəliklərini vaxtında icra etməmiş və podrat müqaviləsi üzrə ödənişlərini vaxtında icra etməmişdir. Podratçı hər bir halda qüsursuz mal verməyə borclu olduğundan onun tərəfindən yol verilmiş qüsurların digər şirkət tərəfindən aradan qaldırılmasını qəbul etməli və bununla bağlı ödənilən xərcləri tələb etməməlidir. Qüsurlu işlərə görə sifarişçi tərəfindən 550.171,86 manat vəsait “X1 Company” MMC-nin bank hesabına ödənilmişdir. Sifarişçi tərəfindən ümumilikdə 1.687.323,5 manat podratçıya olunmuş ödəniş və qüsurlu işlərin görülməsi üçün “X1 Company” MMC-nin bank hesabına ödənilmiş 550.171,86 manatı toplanmaqla (1.687.323,5 + 550.171,86 = 2.237.495,36) cəmi 2.237.495,36 manat ödəniş edilmişdir. Podratçı ümumi müqavilə dəyəri olan 3.191.161 manat məbləğdən qeyd olunan 2.237.495,36 manat çıxılmaqla alınan 953.665,64 manat (3.191.161 - 2.237.495,36 = 953.665,64) vəsaiti sifarişçidən tələb etməkdə haqlı olmuşdur.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 329.2, 385.1, 386.1, 398.1, 398.2, 405.1, 406.1, 423.1, 442, 445.2, 448.1, 448.2, 752, 753, 754, 762.1, 762.2, 763.1 və 763.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1 və 81-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ilk iddiasının təmin olunmayan hissəsində ləğv, ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Cavabdeh də apellyasiya şikay əti verərək, həmin qətnamənin tam ləğv, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-18/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv olunaraq həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmuş, ilk iddia tələbi qismən təmin edilmiş, sifarişçidən 1.503.837,50 manat pulun tutularaq podratçıya ödənilməsi qət olunmuş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – G.Cavadova, hakimlər – E.Hüseynov və V.Məlikov).
23. Apellyasiya məhkəmə tərəfindən məhk əmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 21 sentyabr tarixli 10/2437 nömrəli ekspert rəyi verilmişdir.
24. Həmin rəydə aşağıdakılar göstərilmişdir: - 70-1 nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 2.630.619,4 manat, 70-2 nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 1.581.081,5 manat, 70 nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 1.105.868,9 manat məbləğində müəyyən olunmuş; - 70 nömrəli müqavilə üzrə inşa olunmuş tikililərin ölçülərinin layihə sənədlərinə uyğun olduğu müəyyən olunmuşdur. Lakin görüləcək tikinti işlərinə dair layihə smeta sənədləri iş materiallarında olmadığından və eləcə də podrat müqaviləsinə əlavə edilmədiyindən, yuxarıda göstərilən ünvanlarda forma 2 aktlarına əsasən aparılmış tikinti işlərini n layihə smeta sənədlərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamış; - podratçı tərəfindən forma 2 aktları üzrə yerinə yetirilmiş tikinti işlərində hər hansı bir qüsur olmadığından "xxxx" MMC tərəfindən tərtib olunmuş “Göyçay şəhəri, Mirzəhüseynli kəndi ərazisində qurulmuş balıq yetişdirən göllərin əsaslı təmiri və bərpa olunması işlərinə dair” 2021-ci il 17 aprel tarixli qüsur aktında göstərilən qüsurların olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
25. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ödəniş tapşırıqlarından müəyyən olunanlara görə, sifarişçi tərəfindən podrat müqavilələri üzrə avans şəklində podratçıya ödənilən vəsaitin ümumi məbləğ 1.687.323,5 manat təşkil etmişdir. Halbuki, həmin vəsait hər bir müqavilə üzrə müqavilənin dəyərinin 50 %-ni təşkil etməli idi.
26. Məhkəmə işdə olan təhvil-təslim aktlarına əsaslanaraq qeyd etmişdir ki, görülmüş işlərin dəyərinə dair podratçının təqdim etdiyi məbləğlər müqavilə qiymətləri ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur. Belə ki, podratçının birinci instansiyası məhkəməsinə təqdim etdiyi 70 nömrəli müqavilə üzrə tərtib olunmuş qəbul aktında 1.105.868,9 manat, 70-1 nömrəli müqavilə üzrə tərtib edilmiş qəbul aktında 2.630.619,4 manat, 70-2 nömrəli müqavilə üzrə tərtib olunmuş qəbul aktında 1.649.605 manat məbləğində işlərin görüldüyü qeyd olunmuşdur. Lakin iş materiallarından göründüyü kimi, tərəflər öz aralarında qeyd edilən müqavilələr üzrə müqavilə qiymətlərini müvafiq olaraq 948.681 manat, 1.068.476 manat və 1.174.004 manat məbləğində razılaşmışlar.
27. Podratçının birinci instansiyası məhkəməsinə təqdim etdiyi 70, 70-1 və 70-2 nömrəli müqavilələr üzrə tərtib olunmuş qəbul aktlarından görünür ki, həmin aktlar podratçının rəhbəri tərəfindən imzalanmış, imza hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, habelə aktlar sifarişçinin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmaqla görülmüş və ya görülməmiş işlərə dair hər bir aktda müvafiq qeydlər aparılmışdır. Həmin qeydlərə əsaslanan sifarişçi, podratçı tərəfindən həyata keçirilmiş işlərin müqavilə qiymətlərinə uyğun olmadığını, razılaşdırılmamış işlərin yerinə yetirildiyini, tələb olunan işlərin isə tam həcmdə yerinə yetirilmədiyini, bir sözlə işlərin qüsurlu həyata keçirildiyini iddia etmişdir.
28. Podrat müqavilələrinin 3.2-3.5-ci bəndlərində qeyd olunan şərtlərinə sifarişçi tərəfindən əməl olunması iş materialları ilə təsdiq olunmamışdır. Belə ki, “ podratçı”nın gördüyü işlərdə qüsurların aşkar edilməsi ilə bağlı tərəflər arasında “defekt aktı”nın tərtib olunması, imzalanması, qüsurların (əgər var idisə) aradan qaldırılmasının “podratçı”dan rəsmi qaydada tələb edilməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır.
29. Podratçı tərəfindən işlərin qüsurlu görülməsini bildirən sifarişçi birinci instansiya məhkəməsinə "xxxx" MMC-nin təqdim etdiyi audit rəyini və həmin qüsurların aradan qaldırması ilə bağlı hər iki hüquqi şəxs arasında bağlanmış 2021-ci il 15 fevral tarixli müqaviləni və müqavilə üzrə işlərin görülməsinin əvəzi olaraq 141.703,24 ABŞ dolları və 309.276,35 manat ödənilməsi təsdiq edən sənədi təqdim etmişdir. Məhkəmə isə belə qənaətə gəlmişdir ki, sifarişçinin təqdim etdiyi həmin sənədlər, podratçının apardığı işlərin qüsurlu olm asını təsdiq edən sübut kimi qəbul edilməməlidir. Çünki görülmüş işlərin qüsurlu olub-olmaması ilə bağlı aparılmış audit yoxlanışına həmin işləri bilavasitə həyata keçirən podratçının nümayəndəsi cəlb olunmamış, bu barədə şirkətə məlumat verilməmişdir. Bu səbəbdən, podratçı auditin nəticəsi olaraq tərtib edilmiş rəyə etirazını bildirmək imkanından məhrum olmuşdur. Digər tərəfdən, tərəflər arasında bağlanmış hər üç podrat müqaviləsinin şərtlərinə görə işlərin görülməsində qüsurlara yol verildiyi halda, podratçının bu qüsurları aradan qaldırmaq vəzifəsidir və bu zaman həmin işlərə görə hər hansı əlavə haqq tələb edə bilməz. Lakin artıq qeyd olunduğu kimi, sifarişçi yerinə yetirilmiş işlərdə hər hansı qüsurların aşkar edilməsi və bu qüsurların (əgər var idisə) aradan qaldırılmasını podratçıda n tələb etməmiş, bu kimi sənədlər məhkəmələrə təqdim olunmamışdır.
30. Məhkəmə həmçinin qüsurların olması barədə sifarişçinin bildirdiklərinə ona görə şübhə ilə yanaşmışdır ki, tərəflər arasında bağlanmış podrat müqavilələri üzrə podratçı tərəfindən yerinə yetirmiş işlərdə yol verilmiş qüsurların aradan qaldırılmasının əvəzsiz həyata keçirilməsi imkanı olduğu halda, sifarişçi bu qüsurların aradan qaldırılması üçün üçüncü şəxslə əvəzli müqavilə bağlamış, müqavilə üzrə həmin şəxsə 141.703,24 ABŞ dolları və 309.276,35 manat ödəmiş, çəkdiyi bu xərcin əvəzini podratçıdan isə məhz həmin şirkət məhkəmədə iddia qaldırdıqdan sonra tələb etmişdir.
31. Bundan başqa, "xxxx" MMC-nin həyata keçirdiyi işlərin məhz podratçının gördüyü işlərdə yol verildiyi iddia edilən qüsurların aradan qaldırılması ilə b irbaşa bağlı olması iş materialları ilə müəyyən olunmamışdır. Qeyd olunan bu hal həmçinin işdə olan 2023-cü il 21 sentyabr tarixli 10/2437 nömrəli ekspert rəyi ilə də təsdiq olunur. Həmin rəydə göstərilmişdir ki, “podratçı tərəfindən forma 2 aktları üzrə yerinə yetirilmiş tikinti işlərində qüsur olmadığından "xxxx" MMC tərəfindən tərtib olunmuş “Göyçay şəhəri, Mirzəhüseynli kəndi ərazisində qurulmuş balıq yetişdirən göllərin əsaslı təmiri və bərpa olunması işlərinə dair” 2021-ci il 17 aprel tarixli qüsur aktında göstərilən qüsurların olubolmamasını müəyyən etmək mümkün olmamışdır”. Sifarişçi bu kimi sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, işin qüsurlu görülməsini sübutetmə vəzifəsi ilk növbədə bunu iddia edən sifarişçinin üzərinə düşür. Belə olan halda, hesab edilməlidir ki, tə rəflər arasında bağlanmış “podrat müqavilələri” üzrə podratçı tərəfindən görülmüş işlər qüsurlu olmamışdır. Bundan başqa, iş üzrə təkrar məhkəmə-tikinti texniki ekspertizanın aparılması barədə vəsatətlə çıxış edən sifarişçi isə birinci instansiya məhkəməsində icraat zamanı da tələb olunan müvafiq layihə smeta sənədlərini məhkəməyə təqdim etməmişdir. Odur ki, 2023-cü il 21 sentyabr tarixli ekspert rəyinin əsassızlığına, qeyri-obyektivliyinə dair hər-hansı sübut təqdim olunmadığını nəzərə alan məhkəmə iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə vəsatəti təmin etməmiş və iş üzrə verilmiş rəyi sübut kimi qəbul edərək, işdə olan digər sübutlarla yanaşı qiymətləndirmişdir.
32. Bundan başqa, görülmüş işlərə dair tərtib edilmiş təhvil-təslim aktlarından görünür ki, görülmüş işlərin dəyəri müqa vilə qiymətlərindən əhəmiyyətli dərəcədə yuxarı olmuşdur. Tərəflər arasında bağlanmış hər üç podrat müqaviləsinin 1.3-cü bəndinə görə isə, işlərin icrası zamanı sifarişçinin təşəbbüsü ilə iş həcmləri dəyişərsə müqavilənin qiymətinə yenidən baxıla bilər. Göründüyü kimi, müqavilələrin şərtləri tərəflərin razılaşdıqları müqavilə qiymətinin artırıldığı təqdirdə bunun sifarişçinin təşəbbüsü ilə baş verməsini və müqavilələr ilə eyni formada (yazılı) rəsmiləşdirilməsini tələb edir. Lakin sifarişçinin müqavilələrdə nəzərdə tutulmayan əlavə işlərin görülməsini podratçıdan tələb etməsi və ya əvvəlcədən qiyməti müəyyən edilməyən işlərin görülməsi barədə sifarişçinin məlumatlandırılması işdə olan sənədlərlə təsdiq olunmamışdır. Əksinə, tərəflər arasında imzalanmış təhvil-təslim aktlarında müqavilə qiy mətlərindən kənara çıxılmasına sifarişçi etirazını bildirmişdir. Bu vəziyyətdə məhkəmə hesab etmişdir ki, podratçı sifarişçi ilə əvvəlcədən razılaşdırmadığı, məlumat vermədiyi və tələb edilməyən əlavə işlərin görülməsinə görə muzd tələb edə bilməz. Odur ki, məhkəmə hazırki mübahisənin həllində görülmüş işlərin dəyəri üçün əsas podrat müqavilələri ilə razılaşdırılmış qiymətlərin götürülməsi qənaətinə gəlmişdir. 33. 70 nömrəli podrat müqaviləsi üzrə müqavilənin dəyəri 948.681 manat, “70-1 nömrəli “podrat müqaviləsi” üzrə müqavilənin dəyəri 1.068.476 manat, 70-2 nömrəli podrat müqaviləsi üzrə müqavilənin dəyəri 1.174.004 manat, ümumilikdə isə 3.191.161 manat təşkil etmişdir. İşdə olan ödəniş tapşırıqlarına əsasən razılaşdırılmış həmin vəsaitin 1.687.323,5 manat hissəsi sifarişçi (o cümlədən, MMC-nin təsisçisi Fərhad Əhmədov) tərəfindən podratçıya ödənilmişdir. Belə olan halda, hər üç podrat müqaviləsi üzrə sifarişçinin podratçıya 1.503.837,5 (3.191.161 - 1.687.323,5) manat ödənilməmiş borcu yaranmışdır və həmin borc sifarişçidən podratçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, 70, 70-1 və 70-2 nömrəli “podrat müqavilələri”nə aid hissədə podratçının iddiası və apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuş, işə baxan birinci instansiyası məhkəməsi isə müzakirə olunan hissədə iş üzrə yanlış nəticəyə gəlmişdir.
34. Apellyasiya məhkəməsi iddia tələbləri üzrə digər hissələrdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və gəldiyi nəticəni düzgün hesab etmişdir.
35. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 23.1, 329.2, 385.1, 386.1, 3 98.1, 398.2, 405.1, 406.1, 423.1, 442, 448.1, 752, 753, 754, 762.1, 762.2, 763.1, 763.2, 1096.1 və 1097.1-ci maddələrinə, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
36. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ilk iddianın təmin olunmayan hissəsində ləğv, ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
37. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
38. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 may tarixli 2-2(102)-148/2024 nömrəli qərarı ilə podratçı tərəfindən verilmiş k assasiya şikayəti qismən və sifarişçinin kassasiya şikayəti təmin olunmuş, apellyasiya məhkəməsinin mübahisələndirilən qətnaməsi qismən, yəni ilk iddia üzrə Balıq konserv zavodunun inşa edilməsi üçün layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 manat pulun tutulması tələbinin rədd olunduğu hissə istisna olmaqla, qalan hissələrdə ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (məruzəçi hakim – B.Qəribov, hakimlər – B. Məmmədli və E.Vəliyeva).
39. Kassasiya məhkəməsi qeyd etmişdir ki, ilk iddia üzrə Balıq konserv zavodunun inşa olunması üçün layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmı ş podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 manat pulun tutulması tələbinin rədd edildiyi hissədə apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas mövcud olmamışdır.
40. İlk iddiada irəli sürülmüş digər tələblərə münasibətdə kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 70 nömrəli podrat müqaviləsinin dəyəri - 948.681 manat, 70-1 nömrəli podrat müqaviləsinin dəyəri - 1.068.476 manat, 70-2 nömrəli podrat müqaviləsinin dəyəri - 1.174.004 manat təşkil etmişdir. Bununla belə, podratçının birinci instansiyası məhkəməsinə təqdim etdiyi 70 nömrəli müqavilə üzrə tərtib edilmiş qəbul aktında 1.105.868,9 manat, 70-1 nömrəli müqavilə üzrə tərtib olunmuş qəbul aktında 2.630.619,4 manat, 70-2 nömrəli müqavilə üzrə tərtib edilmiş qəbul aktında 1.649.605 manat məbləğində işlərin görüldüyü qeyd olunmuşdur. Qeyd olunan müqavilələr üzrə görülmüş işlərin həcmi və dəyərinin müəyyən edilməsi məqsədi ilə hazırkı işə apellyasiya qaydasında baxılarkən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2023-cü il 21 sentyabr tarixli 10/2437 nömrəli rəy verilmişdir. Həmin rəyə görə, “tərəflər arasında bağlanmış 70-1 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 2.630.619,4 manat, 70-2 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 1.581.081,5 manat, 70 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 1.105.868,9 manat məbləğində m üəyyən olunmuşdur”. Həmin rəydən göründüyü kimi, iş üzrə verilmiş ekspert rəyi ilə tərəflər arasında bağlanmış müqavilələr üzrə əlavə işlərin görülməsi müəyyən edilmişdir.
41. Bu mənada əlavə işlərin dəyərinin ödənilməsi ilə bağlı ilk iddia tələblərinin qanuni əsasını təşkil edən MM-in 753.3-cü maddəsinin dispozitiv şərtlərinə nəzər yetirilməsi zəruri olmuşdur. Maddənin məzmunundan göründüyü kimi, qanunverici əlavə işləri yerinə yetirməyə görə podratçının üzərinə ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl sifarişçiyə məlumat vermək öhdəliyi qoymuşdur. Eyni zamanda bu öhdəlik sifarişçinin razılığı əldə olunduğu təqdirdə yerinə yetirilmiş hesab olunur. Bununla bağlı tərəflər arasında bağlanmış hər üç podrat müqaviləsinin 1.3-cü bəndində təsbit olunmuşdur ki, işlərin icrası zama nı sifarişçinin təşəbbüsü ilə iş həcmləri dəyişərsə müqavilənin qiymətinə yenidən baxıla bilər. 42. 70, 70-1 və 70-2 nömrəli müqavilələr üzrə tərtib edilmiş “qəbul aktları”ndan görünür ki, həmin aktlar “podratçı” şirkətin rəhbəri tərəfindən imzalanmış, imza hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş, habelə aktlar "xxxx" MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmaqla görülmüş və ya görülməmiş işlərə dair hər bir aktda müvafiq qeydlər aparılmışdır. Belə ki, sifarişçinin qanuni təmsilçisi 70 nömrəli müqavilə üzrə tərtib edilmiş tarixsiz qəbul aktında “müqavilə dəyəri 948.681 manatdır” məzmunlu, 70-1 nömrəli müqavilə üzrə tərtib olunmuş tarixsiz qəbul aktında “vergi və digər xərclər göstərilməyib. İlkin müqavilədə 16 ədəd beton nohurlar nəzərdə tutulmuş, faktiki olaraq 32 ədəd nohur yerind ə inşa edilmişdir” məzmunlu, 70-1 nömrəli müqavilə üzrə tərtib olunmuş tarixsiz qəbul aktında isə “texnoloji avadanlıqlar quraşdırılmayıb, (nasosxana hissəsində). Forma 2 üzrə 52.540,5 manat məbləğində iş həcmi yerinə yetirilməmişdir. Xarici elektrik xəttində laboratoriya aktı təqdim olunmamış, vergi 15.983 manat və digər xərclər göstərilməyib” qeydlər etmişdir.
43. Məhkəmə araşdırması zamanı sifarişçi bildirmişdir ki, həmin qeydlərdə onun görülən əlavə işlərə etirazı olmuşdur. Bu mənada kollegiya hesab etmişdir ki, MM-in 753.3-cü maddəsinin dispozisiya şərtlərinin mövcudluğunun müəyyən edilməsi üçün əhəmiyyətli məsələ əlavə işlərin görülməsi ilə bağlı sifarişçinin sifarişinin olub-olmaması və ya əlavə işlərə dair podratçı tərəfindən sifarişçiyə məlumatın verilib-verilməməsi, məlumat veril diyi halda sifarişçinin buna razılığının və ya hər hansı etirazının olub-olmaması, eyni zamanda bu fakt mövcud olduğu halda bunun sənədlərdə, xüsusilə podrat müqavilələri üzrə tərtib olunmalı olan layihə-smeta sənədlərində öz əksini tapıb-tapmaması ilə bağlıdır. Hazırki halda əlavə işləri, məhz sifarişçinin razılığı və ya sonuncunu xəbərdar etməklə həyata keçirdiyini sübutetmə vəzifəsini daşıyan tərəf kimi, layihə-smeta sənədlərinin hazırlanması öhdəliyi də məhz podratçının üzərində olmuşdur.
44. Lakin işin materiallarına, tərəflər arasında bağlanmış müqavilələr üzrə hazırlanmış, hər iki tərəfin təsdiq etdiyi layihə-smeta sənədləri əlavə edilməmişdir. Bu baxımdan hazırda mübahisənin predmetini təşkil edən əlavə işlərin layihə-smeta sənədlərinə uyğun həyata keçirilib-keçirilməməsi aydın olm amışdır. Bu baxımdan iş üzrə verilmiş ekspert rəyində də, yerinə yetirilmiş işlərin yalnız ümumi həcmi müəyyən olunmuşdur. Məhkəmə tərəfindən həmin işlərin layihə-smeta sənədlərinə uyğun həyata keçirilib-keçirilməməsi məsələsinə də MM-in 754.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməmişdir.
45. Kollegiya hazırki mübahisənin MM-in podrat münasibətlərini tənzimləyən normalarının tələblərinə uyğun həll edilməsi üçün, podrat müqavilələri üzrə tərtib olunmuş layihə-smeta sənədlərinin əhəmiyyətini nəzərə alaraq, işin yeni apellyasiya baxışı zamanı MPM-in 14.1, 77.3 və 184.1-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin sənədlərin mövcud olub-olmaması tərəflərlə müzakirə edilməsi, nəticəsindən asalı olaraq, əlavə işlərə görə podratçıya muzdun ödənilməsi məsələsinə MM-in 753.3 və 7 54.1-ci maddəsinin tələbinə uyğun olaraq hüquqi qiymət verilməsi qənaətinə gəlmişdir.
46. Qarşılıqlı iddia tələbinə gəldikdə, sifarişçi işlərin qüsurlu və yarımçıq görülməsinə və həmin qüsurların aradan qaldırılması üçün onunla "xxxx" şirkəti arasında müqavilə bağlanmasına, sonuncu tərəfindən işlərin görülməsinə və ona ödənişlərin olunmasına istinad etmişdir. İş materiallarından da görünür ki, sifarişçi bununla bağlı müqavilə və ödəniş sənədlərini məhkəməyə təqdim etmişdir. Apellyasiya məhkəməsi tərəfindən qarşılıqlı iddiaya və həmin sənədlərə münasibət bildirilmiş, lakin "xxxx" şirkəti maraqlarına toxunan şəxs qismində işə cəlb edilməmişdir.
47. Bundan əlavə, tərəflər arasında bağlanmış hər 3 podrat müqaviləsinin 3.3-cü bəndində də təsbit olunmuşdur ki, işlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar “podratçı” və "xxxx"nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan “defekt aktı”nda əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda “podratçı” "xxxx" ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. Göründüyü kimi, ilk iddia tələblərinin təmin olunmasını qismən aradan qaldıran qarşılıqlı iddia tələbi üzrə sifarişçinin podrat müqavilələrinin yuxarıda qeyd olunan şərtlərinə və MMin tələblərinə, yəni podratçının gördüyü işlərdə qüsurların aşkar olunması ilə bağlı tərəflər arasında defekt aktının tərtib edilib-edilməməsinin, o cümlədən, sifarişçinin iddia etdiyi qüsurların aradan qaldırılmasını podratçıdan rəsmi qaydada tələb edib-etməməsinin araşdırılaraq müəyyən olunması qeyd olunan maddi hüquq normalarının dispozisiya şərt lərinin müəyyən olunması və mübahisənin düzgün həlli baxımından xüsusi əhəmiyyət kəsb edir. Lakin apellyasiya məhkəməsi tərəfindən sifarişçinin istinad etdiyi qüsurlarla bağlı əlavə icra müddətinin müəyyən edilib-edilməməsi müzakirə olunaraq işin qeyd edilən mübahisəli halları üzrə MM-in 763 və 764-cü maddələrinin dispozisiya şərtlərinin mövcud olub-olmaması ilə bağlı hüquqi qiymətləndirmə aparılmamışdır. Halbuki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Kollegiya yeni apellyasiya baxışı zamanı yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, ilk iddia tələbi üzrə MM-in 753.3 və 754.1-ci maddələrinin, qarşılıqlı iddia tələbi üzrə isə MM-in 763 və 754-cü maddələrinin dispozisiya şərtləri baxımından hüquqi qiy mətləndirmə aparılmalı olması qənaətinə gəlmişdir.
48. Kassasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 329.1, 385.1, 386.1, 398.1, 398.2, 405.1, 406.1, 423.1, 442, 448.1, 752, 753, 754, 762.1, 762.2, 763.1, 763.2, 1096.1 və 1097.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88 və 184.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
49. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 avqust tarixli 2-2(107)-91/2024 nömrəli qətnaməsi ilə "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
50. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 oktyabr tarixli 2-2(107)-91/2024 nömrəli qətnaməsi ilə ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən yəni, ilk iddianın qismən təmin olunmuş hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul olunmuş, ilk iddia qismən təmin olunaraq, sifarişçidən 1.503.837.50 manat pulun tutularaq podratçıya ödənilməsi qət edilmiş, mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ə.Kərimov, hakimlər – E.Mehdiyev və T.Həsənov ).
51. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından müəyyən edilənlərə görə, sifarişçi tərəfindən podrat müqavilələri üzrə avans şəklində podratçıya ödənilən vəsaitin ümumi məbləğ 1.687.323,5 manat olmuşdur. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən, həmin vəsait hər bir müqavilə üzrə müqavilənin dəyərinin 50 %-ni təşkil etməli idi. Odur ki, sifarişçi hər üç mü qavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, ödənilməsi nəzərdə tutulan vəsaiti tam olaraq ödəməmişdir. Bundan başqa, ilk iddia ərizəsindən və həmin iddianın dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunanlara görə, tərəflər arasında bağlanmış 70 nömrəli podrat müqaviləsinin dəyəri - 948.681 manat, 70-1 nömrəli podrat müqaviləsinin dəyəri - 1.068.476 manat, 70-2 nömrəli podrat müqaviləsinin dəyəri 1.174.004 manat təşkil etmiş, podratçı eyni zamanda görülmüş əlavə işlərin dəyərini təşkil edən 1.312.421 manat pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Bununla belə, podratçının birinci instansiyası məhkəməsinə təqdim etdiyi 70 nömrəli müqavilə üzrə tərtib olunmuş qəbul aktında 1.105.868,9 manat, 70-1 nömrəli müqavilə üzrə tərtib olunmuş qəbul aktında 2.630.619,4 man at, 70-2 nömrəli müqavilə üzrə tərtib edilmiş qəbul aktında 1.649.605 manat məbləğində işlərin görüldüyü qeyd olunmuşdur. İşə əvvəllər apellyasiya qaydasında baxılarkən görülmüş işlərin həcmi və dəyərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək rəy alınmışdır. Həmin rəydə göstərilmişdir ki, tərəflər arasında bağlanmış 701 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 2.630.619,4 manat, 70-2 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 1.581.081,5 manat, 70 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 1.105.868,9 manat məbləğində müəyyən olunmuşdur. Bununla bağlı ikinci apellyasiya icraatı üzrə işə baxan kollegiya qeyd etmişdir ki, qanunverici əlavə işləri yerinə yetirməyə görə podratçının üzərinə ayrıca muzd alma q hüququ barəsində işə başlamazdan əvvəl sifarişçiyə məlumat vermək öhdəliyi qoymuşdur. Eyni zamanda bu öhdəlik sifarişçinin razılığı əldə olunduğu təqdirdə yerinə yetirilmiş hesab olunur. Eyni zamanda, tərəflər arasında bağlanmış hər üç podrat müqaviləsinin 1.3-cü bəndində təsbit olunmuşdur ki, işlərin icrası zamanı sifarişçinin təşəbbüsü ilə iş həcmləri dəyişərsə müqavilənin qiymətinə yenidən baxıla bilər. Göründüyü kimi, müqavilələrin şərtləri tərəflərin razılaşdıqları müqavilə qiymətinin artırıldığı təqdirdə bunun sifarişçinin təşəbbüsü ilə baş verməsini və müqavilələr ilə eyni formada (yazılı) rəsmiləşdirilməsini tələb edir. Lakin, sifarişçinin müqavilələrdə nəzərdə tutulmayan əlavə işlərin görülməsini podratçı şirkətindən tələb etməsi və ya əvvəlcədən qiyməti müəyyən edilməyən işlə rin görülməsi barədə sifarişçinin məlumatlandırılması işdə olan sənədlərlə təsdiq olunmamışdır. Eyni zamanda, məhkəmə kollegiyasının iclasında sifarişçinin nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirmişdir ki, sifarişçi şirkətin əlavə işlərin görülməsi ilə bağlı heç bir tələbi olmamışdır. Belə ki, sifarişçi tərəfindən podratçı şirkətə heç bir əlavə iş sifariş edilməmiş, eyni zamanda podratçı şirkət özü də əlavə işlər görəcəyi barədə onları məlumatlandırmamış və sifarişçidən heç bir razılıq almamışdır. Podratçının nümayəndəsi Nümayəndə2 isə izahat verərək bildirmişdir ki, podratçı əlavə işlərlə bağlı sifarişçiyə əvvəlcədən məlumat verilmiş və sifarişçinin razılığı alınmışdır. Sifarişçi şirkət əlavə işlərin görülməsinə etiraz etməmişdir. Şirkət rəhbərləri əvvəllər dost münasibətin də olduğundan məlumatlandırma rəsmi qaydada olmamışdır.
52. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, qanunvericilikdə açıq şəkildə qeyd edilməsinə baxmayaraq, podratçı qiyməti müəyyən edilməyən və müqavilədə nəzərdə tutulmamış əlavə işləri görməkdən əvvəl sifarişçiyə heç bir yazılı məlumat verməmiş, sifarişçi də öz növbəsində müqavilələrdə nəzərdə tutulmayan əlavə işlərin görülməsini podratçı şirkətindən tələb etməmişdir. Əksinə tərəflər arasında imzalanmış “təhvil-təslim aktları”nda müqavilə qiymətlərindən kənara çıxılmasına sifarişçi etirazını bildirmişdir. Belə ki, işdə olan 70, 70-1 və 70-2 nömrəli müqavilələr üzrə tərtib edilmiş “qəbul aktları”ndan görünür ki, həmin aktlar podratçının rəhbəri tərəfindən imzalanmış, imza hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş, habelə aktlar sifarişçini n rəhbəri Nümayəndə3 tərəfindən imzalanmaqla görülmüş və ya görülməmiş işlərə dair hər bir aktda müvafiq qeydlər aparılmışdır. Belə ki, sifarişçinin qanuni təmsilçisi 70 nömrəli müqavilə üzrə tərtib edilmiş tarixsiz qəbul aktında “müqavilə dəyəri 948.681 manatdır” məzmunlu, 70-1 nömrəli müqavilə üzrə tərtib olunmuş tarixsiz qəbul aktında “vergi və digər xərclər göstərilməmişdir, ilkin müqavilədə 16 ədəd beton nohurlar nəzərdə tutulmuş, faktiki olaraq 32 ədəd nohur yerində inşa edilmişdir” məzmunlu, 70-1 nömrəli müqavilə üzrə tərtib olunmuş tarixsiz qəbul aktında isə “texnoloji avadanlıqlar quraşdırılmamışdır, (nasosxana hissəsində), forma 2 üzrə 52.540,5 manat məbləğində iş həcmi yerinə yetirilməmişdir, xarici elektrik xəttində laboratoriya aktı təqdim olunmamış, vergi 15.983 manat və digə r xərclər göstərilməmişdir” qeydlərini etmişdir. Məhkəmə araşdırması zamanı isə sifarişçi bildirmişdir ki, həmin qeydlər onun görülən əlavə işlərə etirazı olmuşdur. Belə ki, məhkəmə kollegiyasının iclasında sifarişçinin nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirmişdir ki, qəbul aktlarında yazılmış qeydlər sifarişçinin görülmüş işlərlə bağlı etirazı olmuşdur. Göründüyü kimi, sifarişçi, podratçı tərəfindən həyata keçirilmiş işlərin müqavilə qiymətlərinə uyğun olmadığını, razılaşdırılmamış işlərin yerinə yetirildiyini, tələb olunan işlərin isə tam həcmdə yerinə yetirilmədiyini, bir sözlə işlərin qüsurlu həyata keçirildiyini iddia etmişdir.
53. Kollegiya əlavə olaraq qeyd etmişdir ki, iş materiallarına əsasən layihə-smeta sənədlərinin hazırlanması öhdəliyi podratçının üzərində olmu şdur. Lakin dəfələrlə məhkəmələr tərəfindən tələb olunmasına baxmayaraq, layihə-smeta sənədləri məhkəməyə təqdim edilməmişdir. Layihə-smeta sənədlərinin vacib əhəmiyyət daşımasının səbəbi həmin sənədlərində əlavə işlərin görülməsində sifarişçinin sifarişinin olubolmamasını və ya əlavə işlərə dair podratçı tərəfindən sifarişçiyə məlumatın verilibverilməməsi, məlumat verildiyi halda isə sifarişçinin buna etirazının olub-olmamasını müəyyən etmək idi. Hazırki işdən görünür ki, əlavə işlər gördüyünü iddia edən tərəf podratçı şirkətdir. Lakin buna baxmayaraq və podratçı şirkət olaraq məhz öhdəliyin özünün daşımağına baxmayaraq, “layihə-smeta” sənədlərini məhkəməyə təqdim etməmişdir. Hazırki halda əlavə işlərin, məhz sifarişçinin razılığı və ya sonuncunu xəbərdar etməklə həyata keçirdiyini sübute tmə vəzifəsini daşıyan tərəf kimi, layihə-smeta sənədlərinin hazırlanması öhdəliyi də məhz podratçının üzərində olmuşdur. Lakin podratçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, yalnız podratçı tərəfin şifahi izahatı əsasında sifarişçiyə əlavə işlərin görülməsi ilə bağlı məlumatın verilməsi və ondan razılıq alınması ilə bağlı podratçının qeyd etdiklərini əsaslı hesab etmək mümkün olmamışdır. Odur ki, kollegiya podratçı sifarişçi ilə əvvəlcədən razılaşdırmadığı, məlumat vermədiyi və sifarişçinin tələb etmədiyi əlavə işlərin görülməsinə görə sonuncudan muzd tələbinin əsassız olması qənaətinə gəlmişdir.
54. Ali Məhkəməsinin hazırki iş üzrə qərarında da layihə-smeta sənədlərinin hazırlanması öhdəliyinin podratçının üzərində olduğu qeyd edilmişdir. Bundan sonr a, işə təkrar apellyasiya instansiyasında baxılan zaman podratçı şirkət 19 ədəd “layihə-smeta” adında sənədi məhkəməyə təqdim etmişdir. Kollegiya nə üçün həmin sənədlərin üç məhkəmə instansiyasında baxıldıqdan sonra təqdim edildiyini soruşduqda, podratçının nümayəndəsi sənədləri indi tapdıqlarını bildirmişdir. İkinci apellyasiya icraatı üzrə işə baxan kollegiya ilkin olaraq bildirmişdir ki, məhkəməyə təqdim olunmuş 19 ədəd “layihəsmeta” sənədləri (hərçənd, həmin sənədlərin özünün həqiqiliyi belə şübhə doğurur) sifarişçi tərəfindən təsdiq edilməmişdir. Lakin hazırda “layihə-smeta” sənədi adı ilə məhkəməyə təqdim olunmuş heç bir sənəddə sifarişçinin razılığı və ya onun sənədləri təsdiqləməsi müəyyən edilmir. Yəni, həmin sənədlərlə bağlı sifarişçi məlumatlandırılmamış və onun razılığı alınmam ışdır. İşdən belə görünür ki, podratçı tərəfindən sonradan layihəsmeta adı ilə təqdim edilmiş sənədlərdən sifarişçinin ümumiyyətlə məlumatı olmamışdır. Yəni 19 ədəd sənədin birində də olsa sifarişçinin hansısa qeydi olmamışdır. Bundan başqa, məhkəmə kollegiyasının iclasında sifarişçinin nümayəndəsi Nümayəndə4 izahat verərək bildirmişdir ki, təqdim edilmiş sənədlər “layihə-smeta” sənədləri deyil.
55. Kollegiya təqdim olunmuş “layihə-smeta” sənədləri ilə bağlı qeyd etmişdir ki, həmin sənədlər hazırlıq iclası yekunlaşana qədər birinci instansiya məhkəməsinə təqdim edilməli idi. Belə ki, əvvəllər işə baxmış birinci və apellyasiya instansiya məhkəmələri “layihə-smeta” sənədlərini dəfələrlə tələb etmişlər. Hətta işə Ali Məhkəmədə baxılanda belə mübahisəli sənədlər oraya da təqdim edilməmişdir. P odratçı tərəf ən vacib sübutu (hərçənd həmin sənədin həqiqiliyi təsdiq edilmir) birinci instansiya məhkəməsində deyil, apellyasiya məhkəməsində ikinci baxışda təqdim etmiş və sənədin nə səbəbdən birinci instansiya məhkəməsinə təqdim olunmamasını əsaslandırmamışdır. Eyni zamanda, təqdim edilmiş həmin sənədlərin həqiqiliyi də sübuta yetirilməmişdir. Belə ki, təqdim olunmuş “layihə-smeta” adında sənədlər sifarişçi tərəfindən təsdiq edilməmiş, layihədə sadəcə podratçı tərəfin imzası və möhürü olmuşdur. Podratçı tərəf özü də layihədə sifarişçinin hansı səbəbdən imzası və möhürü olmadığı ilə bağlı açıqlama verə bilməmişdir. Sifarişçi tərəfin nümayəndəsi də həmin sənədlərlə bağlı izahat verərək bildirmişdir ki, təqdim edilmiş sənədlərdən məlumatsızdırlar və sənədlər heç bir sübut əhəmiyyəti daşım ır. Xüsusən qeyd edilməlidir ki, podratçının nümayəndəsi Nümayəndə2 ilkin məhkəmə iclasında izahatında - “layihə-smeta” sənədlərini qarşı tərəfə möhürləmək üçün təqdim edilmiş, lakin qarşı tərəf sənədləri təsdiqləyib geri qaytarmadığını bildirmişdir. Yəni nümayəndə apellyasiya məhkəməsində ilkin olaraq özü “layihə-smeta” sənədləri onlarda olmadığın bildirmişdir. Göründüyü kimi, tərəflər arasında razılaşmada belə olmuşdur ki, müqaviləyə əsasən podratçı “layihə-smeta” sənədlərini hazırlayır və təsdiq edilib razılıq verilməsi üçün sifarişçiyə təqdim etmişdir. Bu hal bir daha onu təsdiq etmişdir ki, hazırda məhkəməyə təqdim edilmiş sənədlər ilkin sənədlər olmamış, sonradan podratçı tərəfindən hazırlanmışdır. Belə olan halda isə kollegiya podratçının təqdim etdiyi sifarişçi tərəfindən imzalanma mış və təsdiq edilməmiş “layihə-smeta” sənədlərinin mötəbərliyi sübuta yetirilmədiyindən, sübut kimi qəbul etməmişdir. Təqdim edilmiş “layihə-smeta” sənədində podratçının iddia etdiyi kimi əlavə işlərin görülməsi ilə bağlı heç bir qeyd aparılmamışdır. Yəni təqdim olunmuş həmin sənədlərdə əlavə işlərin görülməsi ilə bağlı sifarişçiyə məlumat verilməsi, əlavə işlərlə bağlı sifarişçi tərəfin razılığı və ya sifarişçinin əlavə işlərin görülməsi üçün sifarişi ilə bağlı hər hansı qeyd və ya razılıq mövcud olmamışdır. Bundan başqa, məhkəmə iclasında podratçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında özü də bildirmişdir ki, məhkəməyə təqdim edilmiş “layihə-smeta” sənədlərində əlavə işlərin görülməsi və sifarişçiyə məlumat verilməsi ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında sifarişçinin nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, təqdim edilmiş “layihə-smeta” sənədləri ilə tanış olmuşdur. Təqdim edilmiş sənədlərdən məlumatsızdırlar və sənədlər heç bir sübut əhəmiyyəti daşımır. Sənədlər həqiqəti əks etdirmir. Təqdim olunmuş sənədlər “layihə-smeta” sənədləri deyildir. Belə ki, “layihəsmeta” sənədlərində olan hazırki möhür podratçının 2019-2020-ci illərində olan sənədlərdəki möhürlərdən kəskin fərqlənir. Bu halda onu təsdiq edir ki, hazırda “layihəsmeta” sənədi kimi təqdim olunmuş sənədlər yenicə tərtib edilmişdir. Həmçinin həmin sənədlərin birində də olsa sifarişçi şirkətin hər hansı qeydi yoxdur. Bu halda sənədlərin məhkəmə mübahisəsi getdiyi zaman hazırlandığını sübut edir. Həmin sənədlər biz im şirkət tərəfindən imzalanmamış və möhürlə təsdiqlənməmişdir. Əgər həqiqətən təqdim olunmuş sənədlər “layihə-smeta” sənədləri olsaydı, onda podratçı tərəf onları birinci instansiya məhkəməsinə təqdim edərdi.
56. Göstərilənlərə əsasən kollegiya qeyd etmişdir ki, hətta podratçı tərəfindən məhkəməyə təqdim olunmuş “layihə-smeta” sənədi məhkəmə tərəfindən qəbul edilsə belə, həmin sənədlərdə əlavə işlərin görülməsi ilə bağlı heç bir qeyd mövcud olmamışdır. Belə ki, təqdim olunmuş “layihə-smeta” sənədlərində əlavə işlərin görülməsi ilə bağlı sifarişçiyə məlumat verilməsi, ondan razılıq (əlavə işlərlə bağlı) alınması və ya əlavə işlərin görülməsi ilə bağlı sifarişçinin podratçıya sifarişi olması müəyyən olunmamışdır. Hətta bu halı sənədi təqdim edən podratçı tərəfin nümayəndəsi də izahatında si farişçi tərəfə əlavə işlərlə bağlı rəsmi məlumat verilmədiyini təsdiq etmişdir. Beləliklə, kollegiya hazırki mübahisənin həllində görülmüş işlərin dəyəri üçün əsas podrat müqavilələri ilə razılaşdırılmış qiymətlərin götürülməsi qənaətinə gəlmişdir.
57. Kollegiya podratçının apellyasiya şikayətinin "xxxx" MMC-yə ödənilmiş pulun qanunsuz olması ilə bağlı dəlilləri əsaslı hesab edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi podrat müqaviləsi üzrə tərəflərin öz öhdəliklərini tam icra edib-etməmələrini lazımınca araşdırmamış və podratçının öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşıması barədə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi işlərin qüsurlu və yarımçıq görülməsinə və həmin qüsurların aradan qaldırılması üçün sifarişçi ilə "xxxx" MMC arasında müqa vilə bağlanmasına, sonuncu tərəfindən işlərin görülməsinə və ona ödənişlərin edilməsinə istinad etmişdir. Bu səbəbdən də sifarişçi tərəfindən görülmüş işlərin qüsurunun aradan qaldırılması üçün "xxxx" MMC-yə ödənilmiş 550.171,86 manat pulu podratçıya ödənilmiş məbləğdən çıxmışdır. İşin materiallarından da görünür ki, sifarişçi bununla bağlı müqavilə və ödəniş sənədlərini məhkəməyə təqdim etmişdir. Lakin iş materiallarına əlavə edilmiş və tərəflər arasında bağlanmış hər üç podrat müqaviləsində qeyd olunmuşdur ki, işlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar podratçı və sifarişçinin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan defekt aktında əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda podratçı sifarişçi ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əv əz etməyə borcludur.
58. Kollegiya tərəfindən isə müəyyən edilmişdir ki, podratçının gördüyü işlərdə qüsurların aşkar olunması ilə bağlı tərəflər arasında ümumiyyətlə defekt aktı tərtib edilməmişdir.
59. Kollegiya hər üç podrat müqaviləsinin 3.2, 3.3 və 3.5-ci (bax yuxarıda § 4) bəndlərini vurğulayaraq, bu halı sübutetmə vəzifəsi sifarişçinin üzərinə düşməsinə baxmayaraq, podratçının gördüyü işlərdə qüsurların aşkar edilməsi ilə bağlı tərəflər arasında defekt aktının tərtib edilməsi, imzalanması, qüsurların (əgər var idisə) aradan qaldırılmasının podratçıdan rəsmi qaydada tələb olunması işdə olan sənədlərlə təsdiq olunmamışdır. Podratçı tərəfindən işlərin qüsurlu görülməsini bildirən sifarişçi birinci instansiya məhkəməsinə "xxxx" MMC-nin təqdim etdiyi audit rəyini və həmin qüsurların arad an qaldırılması ilə bağlı hər iki hüquqi şəxs arasında bağlanmış müqaviləni və müqavilə üzrə işlərin görülməsinin əvəzi olaraq ödənilməsi təsdiq edən sənədi təqdim etmişdir. Kollegiya hesab etmişdir ki, sifarişçinin təqdim etdiyi həmin sənədlər, podratçı şirkətinin apardığı işlərin qüsurlu olmasını təsdiq edən sübut kimi qəbul edilməməlidir. Belə ki, görülmüş işlərin qüsurlu olub-olmaması ilə bağlı aparılmış audit yoxlanışına həmin işləri bilavasitə həyata keçirən podratçı şirkətinin nümayəndəsi cəlb edilməmiş, həmin barədə şirkətə məlumat verilməmişdir. Odur ki, podratçı şirkət auditin nəticəsi olaraq tərtib edilmiş rəyə etirazını bildirmək imkanından məhrum olmuşdur. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza rəyindən də görünür ki, “podratçı tərəfindən forma 2 aktları üzrə yerinə yet irilmiş tikinti işlərində hər hansı bir qüsur olmadığından "xxxx" MMC tərəfindən tərtib olunmuş “Göyçay şəhəri, Mirzəhüseynli kəndi ərazisində qurulmuş balıq yetişdirən göllərin əsaslı təmiri və bərpa olunması işlərinə dair” 2021-ci il 17 aprel tarixli qüsur aktında göstərilən qüsurların olub-olmamasını müəyyən etmək mümkün olmamışdır”.
60. Həmçinin, sifarişçi iddia etdiyi qüsurların aradan qaldırılmasını podratçıdan rəsmi qaydada da tələb etməmişdir. Tərəflər arasında bağlanmış hər üç müqavilənin şərtlərinə görə də işlərin görülməsində qüsurlara yol verildiyi halda, podratçının bu qüsurları aradan qaldırmaq vəzifəsi idi və bu zaman həmin işlərə görə hər hansı əlavə haqq tələb edə bilməzdi. Lakin artıq qeyd olunduğu kimi, sifarişçi yerinə yetirilmiş işlərdə hər hansı qüsurların aşkar edilm əsi və bu qüsurların (əgər var idisə) aradan qaldırılmasını podratçı şirkətindən tələb etməmişdir, bu kimi sənədlər məhkəmələrə təqdim olunmamışdır. Məhkəmə kollegiyasının iclasında sifarişçinin nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirmişdir ki, “qüsur Aktı” tərtib olunan zaman podratçı şirkətə rəsmi yox, qeyrirəsmi məlumat verilmişdir. Lakin, onlar “qüsur aktı”nın tərtib edilməsində iştirak etməmişlər. Bundan başqa, podratçı şirkətə qüsurların aradan qaldırılması və əlavə icra üçün vaxt verilmişdir. Lakin, podratçı qüsurları aradan qaldırmaqdan və əlavə icradan imtina etmişdir. Məhkəmə kollegiyasının iclasında podratçının nümayəndəsi Nümayəndə2 isə izahat verərək bildirmişdir ki, “qüsur aktı” tərtib edilən zaman podratçı şirkətə heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilm əmişdir. Ümumiyyətlə podratçı şirkət həmin aktdan məlumatsız olmuşdur. Qüsurların aradan qaldırılması və əlavə icra üçün podratçı şirkətə heç bir vaxt verilməmiş, ümumiyyətlə onlar bundan məlumatsız olmuşlar.
61. Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq sifarişçi ilə podratçı arasında sifarişçinin istinad etdiyi qüsurlarla bağlı əlavə icra müddəti də müəyyən olunmamış və podratçıya qüsurları aradan qaldırmaq üçün vaxt verilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-yə ödənilmiş pulu iddiaçının xeyrinə tutulan məbləğdən çıxmaqda haqlı olmamışdır. Apellyasiya şikayətində qeyd edilmiş digər bir məqam isə ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə yerinə yetirmiş işlərdə yol verilmiş qüsurların aradan qaldırılmasının əvəzsiz həyata keçirilməsi im kanı olduğu halda, sifarişçi nə üçün bu qüsurları aradan qaldırılması üçün üçüncü şəxslə əvəzli müqavilə bağlamış, ona müəyyən ödənişlər etmişdir. Həmçinin, üçüncü şəxsə edilmiş ödənişləri də, podratçı məhkəmədə iddia qaldırdıqdan sonra ondan tələb etmişdir. Yuxarıda sadalanan hallara əsasən kollegiya sifarişçinin dəlillərini inandırıcı hesab etməmişdir. Bundan başqa, ekspertiza rəyində qeyd edilmişdir ki, podratçı tərəfindən forma 2 aktları üzrə yerinə yetirilmiş tikinti işlərində hər hansı bir qüsur olmadığından "xxxx" MMC tərəfindən tərtib olunmuş “Göyçay şəhəri, Mirzəhüseynli kəndi ərazisində qurulmuş balıq yetişdirən göllərin əsaslı təmiri və bərpa olunması işlərinə dair” 2021-ci il 17 aprel tarixli Qüsur aktında göstərilən qüsurların olub-olmamasını müəyyən etmək mümkün olmadı”. Bu h al da "xxxx" MMC-nin həyata keçirdiyi işlərin məhz, podratçının gördüyü işlərdə yol verildiyi iddia edilən qüsurların aradan qaldırılması ilə birbaşa bağlı olması nəticəsinə gəlmək olmur. Ekspert rəyindən görünür ki, podratçının gördüyü işlərdə qüsur olmamışdır.
62. Beləliklə, kollegiya hesab etmişdir ki, yalnız sifarişçi tərəfin şifahi izahatı əsasında podratçıya işin qüsurları barədə məlumat verilməsi və qüsurların aradan qaldırılması üçün əlavə icra müddətinin müəyyən edilməsi ilə bağlı sifarişçinin qeyd etdiklərini əsaslı hesab etmək mümkün olmamışdır.
63. Kollegiya sifarişçinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi əsaslandırma ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə bilməz. İşdən müəyyən olunanlara görə, sifarişçi olaraq bağladığı podrat müqavilələri üzrə ödənişləri müqavilədə nəzərdə tutulan qaydada etməmiş, hətta tam yerinə yetirməmişdir. Halbuki qeyd olunan müqavilələr hər iki tərəfin öhdəliyini və hüquqlarını müəyyən edir. Müqavilələr üzrə sifariş olunan işlərin dəyəri ödənilmədən, nəticədə hazır olmayan müvafiq sahibkarlıq obyektlərindən hər hansı gəlirin götürülməsi mümkün deyil, yəni, sifarişçi ilkin olaraq görülmüş işlərin dəyərini tam ödəməli idi. Əgər sifarişçi ödənişi tam aparmayıbsa podratçı tərəfindən də işlərin tam görülməsi mümkün deyildir. Belə ki, bu hallar tərəflər arasında bağlanmış müqavilənin ikinci maddəsində ətraflı nəzərdə tutulmuşdur. Bundan başqa, sifarişçi qüsurlu işin görülməsi ilə bağlı da məhkəməyə hər hans ı sübut təqdim edə bilməmişdir. Birinci instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, sifarişçi onunla podratçı şirkət arasında bağlanmış podrat müqavilələrinin ikinci maddəsi ilə müəyyən olunmuş öhdəliklərini yerinə yetirmədiyindən, sahibkarlıq obyektlərinin fəaliyyət göstəməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini podratçıdan şirkətindən tələb edə bilməzdi. Birinci instansiyası məhkəməsi eyni zamanda düzgün olaraq qeyd etmişdir ki, maddi ziyanla yanaşı həm də işgüzar nüfuza vurulmuş ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbi də əsassızdır və təmin edilməməlidir. Çünki sifarişçi həmin tələbini də sübuta yetirə bilməmişdir. Hər iki apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır.
64. Apel lyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 21, 23.1, 23.6, 329.1, 329.2, 385.1, 386.1. 390.1, 398.1, 398.2, 405.1, 406.1, 406.2, 425.1, 442, 443.1, 448.1, 459.1, 459.5, 752, 753, 754, 762.1, 762.2, 763.1, 763.2, 764.1, 1096.1, 1097.1 və 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88 və 184.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
65. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun tam ləğv edilərək, ilk iddianın tam rədd olunmasını, podrat müqavilələrindən irəli gələn öhdəliklərin lazımi qaydada yerinə yetiri lməməsi və keyfiyyətsiz (qüsurlarla) yerinə yetirilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.
66. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onun ilk iddianın təmin olunmayan hissəsində ləğv olunaraq, ilk iddianın tam təmin edilməsi və cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
67. MM-in 386, 416 və 418-ci maddələri üzrə - məhkəmə hər 3 müqaviləyə əsaslansa da, maddi hüquq normalarını həmin müqavilələrə düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya məhkəməsi əlavə işlərin görülməsinin sifarişçi tərəfindən qəbul edilməsini qanunvericilik baxımından əsaslandıra bilməmişdir. Çünki ə gər sifarişçi etirazını bildirsəydi, bu etiraz yazılı formada öz əksini tapmalı idi.
68. Apellyasiya məhkəməsi MM-in 753.3-cü maddəsi üzrə - həmin normada podratçı ayrıca muzd almaq hüququ barədə işə başlamazdan əvvəl məlumatın verilməsinin şifahi, yaxud yazılı formada olduğunu müəyyən etməmişdir. Əgər podratçının gördüyü əlavə işlər sifarişçi tərəfindən tələb edilməmişdirsə, onda bu barədə iddiaçı tərəfindən məhkəmə mübahisəsi qaldırılana qədər hər hansı etiraz verilə bilərdi.
69. MM-in 753.4-cü maddəsi üzrə - həmin normanın mənasına görə əslində sifariş olunmayan əlavə işlərin nəticələri podratçı tərəfindən aradan qaldırılmalı idi. Əgər bunu ağlabatan müddət ərzində podratçı etməzdisə, sifarişçi bizim hesabımıza bu işləri görməli idi. Apellyasiya məhkəməsi isə həmin normanı səhv tətbiq e tmişdir. Bundan başqa, apellyasiya məhkəməsi podratçının əlavə işləri görməsinin sifarişçi tərəfindən qəbul edilməməsinin əsası kimi təhvil-təslim aktlarına istinad etmişdir. Məhkəmə tam qanunsuz olaraq qəbul aktlarında qeyd olunan “texnoloji avadanlıqlar quraşdırılmayıb, vergi və digər xərclər göstərilməyib, 15.983 manat və digər xərclər göstərilməyib” kimi qeydləri qiymətdən kənara çıxmasına etiraz kimi göstərmişdir. Müqavilənin 3.2, 3.3 və 3.5-ci bəndləri də birmənalı şəkildə apellyasiya instansiyanın gəldiyi mövqeyinin əsassız olduğunu göstərir.
70. MM-in 763-cü maddəsi üzrə - apellyasiya məhkəməsi həmin maddənin tələbini pozmaqla yanlış nəticəyə gəlmiş və tərəflər arasında təsdiq edilmiş qəbul aktlarına düzgün yanaşmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 1.3-cü bəndində qeyd olunur ki, “işlərin icrası zamanı sifarişçinin təşəbbüsü ilə iş həcmləri dəyişərsə, müqavilənin qiymətinə yenidən baxılır.” Tərəflər arasında bağlanan hər 3 qəbul aktı da bu əlavə işlərin görüldüyünün qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu hal MM-in 770-ci maddəsində öz həllini tapmışdır. Belə ki, MM-in 770-ci maddəsinə görə, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Göründüyü kimi, məhkəmə bu hissədə də maddi hüquq normalarını pozmuşdur.
71. MM-in 776-cı maddəsi üzrə - sifarişçi bildirdiyi kimi, qüsurlu işlər olmuşdursa, o zaman müəyyən olmu ş müddət ərzində bununla bağlı tələb və şikayətlərini irəli sürmək hüququndan istifadə edə bilərdi. Lakin sifarişçi bu kimi şikayətlə hər hansı orqana müraciət etməmişdir. Apellyasiya məhkəməsi MM-in 776-cı maddəsinin də tələblərini tətbiq etməməklə maddi hüquq normalarını pozmuşdur. Bundan əlavə, hazırda sifarişçi podratçının tikdiyi obyektlərdən böyük mənfəət əldə edirlər.
72. MPM-in 76 və 77-ci maddələri üzrə - əgər podratçının təqdim etdiyi sənədlər mötəbər sənədlər deyilsə, onun əksini sübut etmək vəzifəsi qarşı tərəfin, yəni sifarişçinin üzərinə düşür. Sifarişçi özü də qarşılıqlı pretenziya məktubunda layihə smeta sənədlərinin özündə olduğunu bildirmişdir. Məhkəmə isə sadalanan müvafiq hallara hüquqi qiymət verə bilməmişdir.
73. MPM-in 372, 384.0.2 və 390-cı maddələri üzrə - sifarişç i həm podratçıya göndərdiyi pretenziya məktubunda, həm də iddiasında layihə-smeta sənədlərinin, forma-2 arayışlarının, müqavilələrin onlarda olduğu təsdiq etmiş, lakin məhkəməyə işin obyektiv həlli baxımında vacib olan bu sənədləri təqdim etməmişlər. Podratçı tərəfindən bununla bağlı vəsatət verildiyi və həmin sənədlərin onlardan tələb olunması xahiş olunsa da, məhkəmə podratçının vəsatətini təmin etməmiş, iş üçün əhəmiyyətli olan sənədlərin əldə edilməsinə səy belə göstərməmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
74. Azərbaycan Respublikası Konstitusiyasının 26, 60 və 71-ci maddələri üzrə qətnamə qəbul olunarkən apellyasiya şikayətinin dəlilləri və işin faktiki halları üzrə düzgün hüquqi qiymətləndirmə aparılmamış, nəticədə sifarişçinin qanun əsasında yaradılmış müstəqil və q ərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququnun da pozuntusuna yol verilmişdir. Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir.
75. MM-in 385.1 və 442-ci maddələri üzrə - podratçı sifarişçi ilə bağladığı 70 nömrəli, 70-1 nömrəli və 70-2 nömrəli podrat müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və ya lazımi şəkildə yerinə yetirməmiş, bununla yanaşı hər üç podrat müqaviləsi üzrə üzərinə götürdüyü işləri qarşılıqlı razılıqla əldə edilmiş və müqavilələrdə göstərilmiş icra müddətlərində yerinə yetirməmişdir. Bununla da sifarişçi digər bir podratçı şirkətlə yeni podrat müqaviləsi bağlamaq məcburiyyətində qalaraq podratçının görmədiyi, eyni zamanda ciddi nöqsan və qüsurlarla görmüş olduğu, həmçinin onunla bağlanmış podrat müqavilələri ilə müəyyən edilmiş icra müddətlərində yerinə yetirməmiş işləri həmin şirkətə həvalə etmiş, bununla da podratçının müqavilə şərtlərini (müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini pozması) pozması nəticəsində maddi ziyana uğramışdır. Qeyd olunanlara baxmayaraq, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən bu kimi halları tam və hərtərəfli qaydada araşdırmamışdır. Belə ki, birinci instansiya m əhkəməsindən fərqli olaraq, apellyasiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən podratçı tərəfindən işlərin qüsurlu və natamam görülməsini, həmin qüsurların aradan qaldırılması üçün sifarişçi ilə "xxxx" MMC arasında yeni podrat müqaviləsinin bağlanılaraq, həmin işlərin görülməsinin sifariş olunmasını və işlərin görülməsi üçün (qüsurların aradan qaldırılması üçün) sifarişçi tərəfindən "xxxx" MMC-yə ödənilmiş ümumilikdə 550.171,86 manat pul vəsaitini nəzərə almamışdır. Bu hal isə apellyasiya məhkəməsi tərəfindən qeyd olunan faktla bağlı işin ədalətli və obyektiv formada araşdırılmadan qərar qəbul etməsini təsdiq edir. Bu halda qətnamə MPM-in 217-ci maddəsinin mahiyyəti baxımından qanuni və əsaslı sayıla bilməz.
76. MM-in 443.1, 443.2-ci və 21-ci maddələri üzrə - apellyasiya məhkəməsi düzgün olmayaraq belə nəticəyə gəlmişdir ki, sifarişçi podrat müqavilələrinin ikinci bəndi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədiyindən, sahibkarlıq obyektlərinin fəaliyyət göstərməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini podratçı şirkətdən tələb edə bilməz. 77. “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə - mübahisələndirilən qətnamə ilə qeyd olunan normanın birinci bəndinin tələbinin pozuntusuna yol verilmişdir. Belə ki, məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühü m əhəmiyyət kəsb edir. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar.
78. MPM-in 217-ci maddəsi üzrə - mübahisələndirilən qətnamə tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun qəbul edilməmiş, eyni zamanda 217.3-cü maddənin tələbi baxımından qətnamə iş üzrə müəyyən olunmuş və ya məhkəmə araşdırması zamanı müəyyən edilməli olan hallara uyğun əsaslandırılmamışdır. Belə ki, apellyasiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə məhkəməyə daxil olmuş 2023-cü il 21 sentyabr tarixli 10/2437 nömrəli ekspert rəyi tam əsassız olduğundan və özündə işin faktiki hallarını əks etdirmədiyindən, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə məhkəməyə sifarişçi tərəfindən təqdim olunmuş 2024-cü il 27 avqust tarixli vəsatəti məhkəmə təmin etməmiş və iş üzrə verilmiş ekspert rəyini sübut kimi qəbul edərək, nəticədə sifarişçinin qanunla qorunan mənafeyinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Sifarişçi tərəfindən məhkəməyə təqdim edilmiş iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin vacibliyi belə əsaslandırılmışdır ki, podratçı tərəfindən sözügedən podrat müqavilələri üzrə görüləcək tikinti işlərinə dair layihə smeta sənədləri iş materiallarında olmamış, eləcə də həmin sənədlər podrat müqaviləsinə əlavə edilməməklə məhkəməyə və ya ekspertizaya təqdim olunmamışdır. Ekspert rəyind ə də bu hal öz təsdiqini tapır. Həmin sənədlərin iş materiallarında olmadığı halda, ekspertin nə əsasında tədqiqatını aparması və nəticədə hansı sübutlara əsasən belə rəyə gəldiyi sual olunur. Digər tərəfdən, ekspert rəyi ilə müvafiq podrat müqavilələri üzrə müəyyən edilən görülmüş işlərin dəyəri hər bir podrat müqaviləsi üzrə razılaşdırılmış və görülməli olan işlərin dəyərindən dəfələrlə yüksəkdir. Bundan da belə bir nəticəyə gəlmək olur ki, ekspert tərəfindən müvafiq rəy qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmuşdur. Obyektivliyinə və ədalətliliyinə görə böyük şübhələr doğuran belə ekspert rəyinin məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməsi qəbul edilməzdir. Forma 2 aktları mübahisə predmeti olduğu və əsaslılığına kifayət qədər şübhələr olduğu halda, ekspert tərəfindən əsa slı sənəd kimi qəbul olunmuş, həmin aktlar əsas kimi qəbul edilərək yerinə yetirilmiş tikinti işlərində qüsurun olmadığı müəyyən edilmişdir. Bununla da sonradan podratçının yol vermiş olduğu əsaslı qüsurların aradan qaldırılması üçün 2021-ci il 17 aprel tarixli qüsur aktında qüsurların nədən ibarət olması və onların aradan qaldırılması üçün nə qədər xərcin çəkildiyini müəyyən edilməmişdir. Lakin vəsatəti təmin etməyən apellyasiya məhkəməsi onu təmin etmədiyini qanunvericiliklə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır.
79. MPM-in 218.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi iddia tələbləri üzrə işin mahiyyətini tam araşdırmadan, o cümlədən tərəflər arasında yaranmış mübahisəni hərtərəfli, tam və obyektiv araşdırıb onlara lazımi hüquqi qiymət vermədən, eləcə də mübahisənin ədalətli və qanuni yolla həllinə nail olmaq üçün sifarişçi tərəfindən məhkəməyə təqdim olunmuş sübutları qəbul etməmiş və araşdırmamış, bununla da mübahisəni hərtərəfli, tam və obyektiv şəkildə araşdırıb onlara lazımi hüquqi qiymət vermədən, sifarişçinin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən əsassız və qanuni olmayan qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsinin audit rəyi ilə bağlı mövqeyi də əsassızdır. Belə ki, məhkəmənin gəldiyi mövqenin əksinə olaraq, sifarişçi tərəfindən podratçıya sonuncunun gördüyü qüsurlu işlərlə bağlı məlumat verilmiş, qüsurlu işlərin görüldüyü əraziyə başqa podratçı şirkət olan “X1 Company” MMC-nin nümayəndələrinin qüsur aktı tərtib etməsi üçün dəvət olunarkən podratçının da bu sahə üzrə aidiyyəti nümayəndələrinə məlumat verilmiş, onlar tərəfindən görülm üş qüsurlu işlər üzrə qüsur aktının tərəflərin iştirakı ilə tərtib edilməsində iştiraka çağırılmış, qüsurlu işlərin məhz podratçının öz hesabına aradan qaldırılması bildirilmişdir. Lakin sonuncunun səlahiyyətli nümayəndələri gördükləri işlərdə heç bir qüsurun olmadığını bildirərək onlar tərəfindən podrat işlərinin görüldüyü əraziyə gəlməkdən, həmçinin sifarişçi və yeni podratçı şirkət “X1 Company” MMC-nin nümayəndələri ilə birlikdə qüsur aktının tərtib olunmasında iştirakdan imtina etmişlər. Bu faktı işə hələ birinci instansiya məhkəməsində baxılan zaman sifarişçinin qanuni təmsilçisi Nümayəndə3 izahatında bildirmiş və bu fakt məhkəmə iclas protokoluna da əlavə edilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
80. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassas iya baxışının hədləri
81. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
82. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar n atamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qa rşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.” “Maddə
407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.” “Maddə
408. Oferta 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.” “Maddə
409. Aksept 409.4. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqav iləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyən ləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlid ir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.” “Maddə
762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararl ı olduğu halda qüsurlardan azad sayılır.” “Maddə
763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.” “Maddə
764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.” “Maddə
765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.” “Maddə
766. Məmulatın qüsuru nəticəsində muzdun azaldılması Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatı n dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.” “Maddə 1090. İcraçının hüquqları 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər.” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas o lmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”
83. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozu ntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
84. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, mübahisələndirilən qətnamə qismən ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
85. Məhkəmə kollegiyası ilk olaraq cavabdehin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bildirir ki, həmin dəlillər əsaslı olmadığından təmin edilə bilməz.
86. Belə ki, podratçının podratın nəticəsinin qüsursuz icra edilməsi vəzifəsi MM-in 762-ci maddəsində müəyyən edilmiş və həmin maddədə podrat müqaviləsi üzrə qüsurun anlayışı verilmişdir.
87. MM-in 763-766-cı maddələrində isə podrat müqaviləsi üzrə qüsurlar olduqda sifarişçinin hüquqları və etməli olduğu hərəkətlər, habelə podratçının hüquq və vəzifələri göstərilmişdir.
88. Həmin maddələrdən müəyyən edilir ki, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul et mədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
89. Beləliklə, MM-in 763-766-cı maddələrindən müəyyən edilir ki, podrat müqaviləsi üzrə görülmüş işlərdə qüsurlar müəyyən edildikdə sifarişçi podratçıdan əlavə icranı tələb edə bilər. Podratçı əlavə icranı yerinə yetirmədiyi təqdirdə isə sifarişçi öz seçimi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə və ya müqavilədən imtina edə bilər və yaxud muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Lakin sifarişçi həmin hüquqlarından yalnız o vaxt istifadə edə bilər ki, podratçı əlavə icranı lazımi qaydada, yəni müəyyən olunmuş müddətdə və keyfiyyətdə yerinə yetirməmiş olsun.
90. MM-in 763.1-ci maddəs inin birinci cümləsinin imperativ deyil, dispozitiv şəkildə (sifarişçi əlavə icra tələb edə bilər) qeyd edilməsi ilə yanaşı MM-in 763-766-cı maddələrinin bu şəkildə təfsir edilməsi həmin normaların strukturundan irəli gəlir.
91. Belə ki, sifarişçinin həmin maddələrdə nəzərdə tutulmuş hüquqları “əgər” bağlayıcısı qeyd edilməklə podratçıya verilmiş əlavə icra ilə şərtləndirilib. Ona görə də, sifarişçinin hüquqları hüquq normasının dispozisiyası, podratçıya verilməli olan əlavə icra müddəti isə hüquq normasının hipotezasıdır. Hipoteza isə hüquq normasının elə hissəsidir ki, o, hüquq normasının tətbiqi üçün lazım olan halları (şərtləri), yəni həmin normanın tətbiq edilməsini mümkün edən konkret həyati halları (şərtləri) müəyyən edir.
92. MM-in ümumi normalarına aid 443.5-ci maddəsi də eyni str uktura malikdir. Belə ki, həmin maddəyə görə borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
93. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, sifarişçi qüsurların aradan qaldırılması ilə bağlı podratçıya əlavə vaxt verməyərək qüsuru özü aradan qaldırdığı hallarda çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilməz.
94. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də qeyd edilən hal, yəni sifarişçi Cavabdeh MMC tərəfindən podratçı İddiaçınə qüsurların aradan qaldırılması ilə bağlı vaxt verilməsi halı müəyyən edilməmişdir.
95. Belə olan halda isə qüsurların aradan qaldırılması ilə bağlı qarşılıqlı iddia tələblər inin rədd edilməsi, habelə ilk iddianın podrat müqaviləsi ilə nəzərdə tutulmuş muzdun ödənilməsi barədə tələblərin təmin edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MM-in 763-764 və 769-cu maddələrinin tələblərinə uyğun olmuşdur.
96. Əldən çıxmış faydanın tutulması ilə bağlı qarşılıqlı iddia tələblərin rədd edilməsi barədə nəticə də MM-in 443.1 və 443.4-cü maddələrinin tələblərinə uyğundur və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır.
97. Qarşılıqlı iddiada irəli sürülmüş işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi ilə bağlı tələbə dair kollegiya qeyd edir ki, MM-də bu məsələləri birbaşa müəyyən edən normalar mövcud deyil.
98. Bununla yanaşı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şə rh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarında həmin məsələlərə aydınlıq gətirilmişdir.
99. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırı lması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər.
100. Həmin Qərarlarda əks olunan hüquqi mövqelərə görə mənəvi zərər və işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi barədə iddia ya qanunvericilikdə birbaşa göstərilən hallarda, ya da deliktlərdən irəli gələn tələblərdə irəli sürülə bilər.
101. Müqavilə öhdəliklərinin pozulması isə delikt hesab olunmur, həmçinin qanunvericilikdə hər hansı müqavilə (istehlakçı ilə bağlanmış müqavilələr istisna olunmaqla) və ya podrat müqaviləsi üzrə öhdəliklərin pozulmasına görə işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi nəzərdə tutulmamışdır.
102. Ona görə də, həmin tələblər özü-özlüyün də əsassız olduğuna görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
103. Sübutlara və işin hallarına düzgün qiymət verilməməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlillərinə dair qeyd edilir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
104. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbu l edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kas sasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 ap rel 2004-cü il tarixli Qərarı).
105. Bununla yanaşı, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslıdır.
106. Belə ki, ilk iddia tələblərinin predmeti podrat müqaviləsi üzrə görülmüş əlavə işlərin dəyərinin ödənilməsindən ibarətdir.
107. Bu tələblərin qanuni əsasını MM-in 753.3 və 753.4-cü maddələri təşkil edir.
108. MM-in 753.3-cü maddəsi sifarişçinin tələbi ilə görülmüş əlavə işlərin dəyərinin ödənilməsi, 753.4-cü maddəsi isə podratçının özü tərəfindən yerinə yetirilmiş əlavə işlərin dəyərinin ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.
109. Eyni zamanda, nəzərə alınmalıdır ki, podrat müqaviləsi üzrə nəzərdə tutulmayan əlavə işləri iki qrupa ayırmaq lazımdır.
110. Birinci qrupa podrat müqaviləsi üzrə görülməli olan işlərlə bağlı olan əlavə işlər a iddir, ikinci qrupa isə podrat müqaviləsi üzrə görülməli olan işlərlə bağlı olmayan və mahiyyət üzrə yeni olan əlavə işlər aiddir.
111. MM-in 753.3-cü maddəsinə əsasən, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.
112. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə podratçının üzərinə əlavə işlərin yerinə yetirməyə görə ayrıca muzd almaq hüququndan istifadə etməsi və işə başlamazdan əvvəl sifarişçiyə bu barədə məlumat verməsi ilə bağlı halların sübut etməsi vəzifəsi düşür. Sifarişçi is ə sübut etməlidir ki, əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etməmiş və bu barədə podratçıya məlumat vermişdir. Podratçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmədiyi halda əlavə işlərin dəyəri ödənilmir. Belə ki, bu halda onun öz hüququndan (əlavə işlərin yerinə yetirməyə görə ayrıca muzd almaq barədə) istifadə etməsi müəyyən edilmir. Sifarişçi üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmədiyi halda isə əlavə işlərin dəyəri ödənilməlidir. Belə ki, bu halda müəyyən edilir ki, o, əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmişdir.
113. MM-in 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işl ərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.
114. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə isə sübutetmə yükü podratçının üzərinə düşür və o, sübut etməlidir ki, sifarişçi əlavə işlərin yerinə yetirilməsi barədə məlumatlı olmuş və bununla bağlı öz etirazını bildirməmişdir. Müvafiq olaraq sifarişçinin əlavə işlərin yerinə yetirilməsindən məlumatlı olması və buna etiraz etməməsi müəyyən edildikdə əlavə işlərin dəyəri ödənilməli, əks halda isə əlavə işlərin dəyəri ödənilmir.
115. Podrat müqaviləsi üzrə tərəflərin üzərinə düşən sübutetmə ilə bağlı kollegiya qeyd edir ki, podrat müqaviləsinin mahiyyəti və konkret mübahisənin halları nəzərə alınmalıdır.
116. Bu baxımdan qeyd edilir ki, tərəflər podrat müqaviləsi üzrə əlavə işlərin görülməsi ilə bağlı razılaşmanın müəyyən formada (yazılı formada) bağlamaq barədə razılığa gəldiyi hallarda, MM-in 404-cü maddəsinə əsasən tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə alınmalıdır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Belə nəzərə alınma zamanı tərəflərin əlavə işlər üzrə faktiki podrat münasibətlərinə daxil olduğu (işlərin xarakteri, görüldüyü yer və müddət nəzərə alınmaqla sifarişçinin p odrat işlərinin yerinə yetirilməsi üçün şərait yaratması və etiraz bildirməməsi, görülməli olan işlərin texniki göstəriciləri barədə məlumat verməsi və s., eyni zamanda podratçının işlərin görülməsinə faktiki başlaması və s.) müəyyən edildiyi halda isə qəbul edilməlidir ki, Mülki Məcəllənin 408.1, 409.4, 407.1-ci maddələrinə uyğun olaraq sifarişçi ofertanı vermiş, podratçı həmin ofertanı aksept etmiş və onlar arasında podrat müqaviləsi üzrə əlavə işlərə dair razılaşma əldə olunmuşdur.
117. Bundan əlavə, ikinci qrup, yəni podrat müqaviləsi üzrə görülməli olan işlərlə bağlı olmayan və mahiyyət üzrə yeni olan əlavə işlərə dair qeyd edilir ki, Mülki Məcəllənin 753.4-cü maddəsində sifarişçinin belə işlərlə bağlı xüsusi hüquqları nəzərdə tutulmuşdur. Belə ki, sifarişçi belə işlərin nəticələrini aradan qaldırılmasını tələb edə bilər. Əgər podratçı bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər.
118. Bununla yanaşı nəzərə alınmalıdır ki, sifarişçinin öz hüquqlarından istifadə etməməsi ilə yanaşı əlavə işlərin nəticələrindən bəhrələnməsi onun əsassız varlanmasına gətirib çıxarır. Belə ki, MM-in 1091.2-ci maddəsinə uyğun olaraq bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
119. Bu baxımdan izah edilir ki, sifarişçi podrat müqaviləsi üzrə görülməli olan işlərlə bağlı olmayan və mahiyyət üzrə yeni olan əlavə işlərin dəyərini ödəməkdən imtina etməklə yanaşı MM-in 753.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etmədiyi və həmin işlərin nəticələrindən bəhərləndiyi hallarda, MM-in özgə işlərini ta pşırıqsız aparma ilə bağlı qaydalar tətbiq olunmalıdır.
120. Belə ki, MM-in 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.
121. MM-in 1090.2-ci maddəsində isə təsbit edilmişdir ki, işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər.
122. Apellyasiya instansiyası məhkəməsi isə MM-in qeyd olu nan müddəalarının tələblərini nəzərə almamış və ilk iddianın həllində tətbiq etməmişdir.
123. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, iddiaçının kassasiya şikayəti isə qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsi qətnaməsi qismən ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. Yeni apellyasiya baxışında hazırkı qərarın 107-121-cü bəndlərində göstərilənlər nəzərə alınmaqla ilk iddia tələbinə hüquqi qiymət verilməlidir.
124. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. İddiaçı kassasiya şikayəti qismən təmin olunsun. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 okty abr tarixli 2-2(107)-91/2024 nömrəli qətnaməsi qismən – ilk iddianın təmin edilməyən hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.