Məhkəmə qərarları › İş №2-2(102)-560/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-560/2023

01.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-560/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdehlərə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçının cavabdehlərə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 202 3-cü il 2 iyun tarixli 2- 2(104)-16/2023 saylı qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2015-ci il 3 mart tarixli 2844 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalan Cavabdeh1 14.500 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 2. 2015-ci il 3 mart tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, 2015-ci il 3 mart tarixli 2844 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus olan ünvan 1ində 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğular ipoteka predmeti kimi yüklü edilmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 məxsus olan ünvan 1ində 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğular İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. 4. 2020-ci il 28 dekabr tarixli, **********2 saylı və 2021-ci il 26 yanvar tarixli, **********213 saylı bildirişlərin surətlərindən görünür ki, cavabdehlər yaranmış borcla bağlı xəbərdar edilmişdir. 5. 2020-ci il 25 dekabr tarixli, **********514 nömrəli maliyyə arayışının surətindən görünür ki, 2020-ci il 17 dekabr tarixinə Cavabdeh1 kredit üzrə 14.170,55 manat əsas, 2.424,93 manat f aiz, 1.295,98 manat cərimə və AR Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 2.031,07 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 19.922,53 manat təşkil edir.

6. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekpertiza rəyində ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar dəyəri 35.000 manat, likvid dəyəri isə 31.500 manat kimi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “iddiaçı”) Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh1”, “Cavabdeh3” və “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (2020-ci il 17 dekabr tarixinə) cəmi borc 19.922,53 manatın (bundan 14.170,55 manat əsas, 2.424,93 manat faiz, 1.295,98 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən hesablanmış 2.031,07 manat faiz borcu) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 və Cavabdeh2 məxsus olan ünvan 1ində 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğularına yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışd an əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Kəpəz rayon filialı ilə Cavabdeh1 arasında bağlanmış 2015-ci il 3 mart tarixli 2844 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14.500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2015-ci il 10 mart tarixli RX seriyalı * ****** nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 və Cavabdeh2 məxsus ünvan 1ində 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğuları ipotekaya qoyulmuşdur. ünvan 1ində 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğularının ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh3 və Cavabdeh2 arasında 2015-ci il 3 mart tarixli 252 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2015-ci il 10 mart tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. **********2 saylı 20 20-ci il 28 dekabr tarixli və **********213 saylı 2021-ci il 26 yanvar tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun iddiaçıya qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mə nfəət götürə bilərdi.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.3, 36.2, 59.3.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.7, 295, 317.1, 319.1, 385.1, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 739.1, 445.7, 465, 449.1, 449.4-cü maddələrinə istinad etmişdir.

10. Cavabdehlər iddia ərizəsinə qarşı etiraz təqdim etməmişlər.

11. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 4 may tarixli e-2-2(115)-292/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir (hakimK.Vəliyev). 12. "xxxx" MMC-nin 2021-ci il UNİ/İ 78-293/21 saylı ekspert rəyinə əsasən əmlakın bazar dəyəri 35.000 manat, likvid dəyəri isə 31.500 manat kimi qeyd edilmişdir.

13. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 1 mart tarixli 2(115)-25/2022 saylı qərardadı ilə, Cavabdeh3 2020-ci il 5 mart tarixində vəfat etdiyindən iş üzrə icraata Cavabdeh3 münasibətdə xitam verilmişdir (hakim – K.Vəliyev).

14. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 7 aprel tarixli e-2-2(115)-25/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 əsas borc üzrə 14.170,55 manat, faiz borcu üzrə 2.424,93 manat, cərimə borcu üzrə 295,98 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən hesablanmış 2.031,07 manat, ümumilikdə 18.922,53 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum tutul araq iddiaçının xeyrinə ödənilməsi, borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 31.500 manat olan Cavabdeh3 və Cavabdeh2 məxsus ünvan 1ində olan 0,24 ha torpaq sahəsində yerləşən 181.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və onun tərkibi olan həyətyanı tikili və qurğularına yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutulma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlakın boşaldılması, iş üzrə 200 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Vəliyev).

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına əsasən, tərəflər arasında bağlanmış 2015-ci il 3 mart tarixli 2844 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 14.500 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

16. Məhkəmə tələbin kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 2.031,07 manatın ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı müqavilə müddəti bitdikdən sonra borcu tələb etdiyindən tələb bu hissədə əsaslıdır.

17. Cavabdehdən 1.295,98 manat məbləğində cərimənin tutulması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 295,98 manat məbləğində tutulmalıdır.

18. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd etmişdir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilmişdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır.

19. Birinci instansiyası məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi mü ddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, MM-in 319.1, 385.1, 386.1, 389.1, 442, 443.1, 445.1, 448.1, 449.1, 449.3, 462.1, 463.1, 463.2, 465.1, 465.2-ci, “İpoteka haqqında” Qanunun 34, 59.3-cü, MPM-in 88, 119.1, 124.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Qətnamə Cavabdeh1 2022-ci il 22 aprel tarixində rəsmi olaraq çatdırılmışdır.

21. Cavabdeh1 2022-ci il 18 may tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

22. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 20 iyul tarixli 2-2(104)-135/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə əmtəəşünaslıq (qiy mətləndirmə) ekspertizaları təyin edilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 3 oktyabr tarixli, №9/5540 saylı (məhkəmə-mühasibatlıq) ekspert rəyinə əsasən müqavilə müddətinin bitmə tarixinə yəni 2018-ci il 19 fevral tarixinə əsas borc üzrə 14.459,48 manat, faiz borcu üzrə 1.300,84 manat müəyyən edilmişdir. Maliyyə arayışına qeyd edilən tarixə yəni 2022-ci il 7 yanvar tarixinə illik 5 faiz hesablanmaqla əsas borc üzrə 14.130,03 manat, faiz borcu üzrə 3.317,89 manat müəyyən edilmişdir. QEYD: İş materiallarından göründüyü kimi, kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesabla nmır.

24. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair 2022-ci il 18 avqust tarixli 001-15/19 nömrəli (məhkəmə-əmtəəşünaslıq) rəyindən görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin (evin yerləşdiyi torpaq sahəsi nəzərə alınmaqla) 2023-cü il 21 fevral tarixə real bazar dəyəri 65.000 manat, likvid bazar dəyəri 58.000 manat təşkil edir.

25. Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 2 iyun tarixli 2-2(104)-16/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və ümum i borc məbləğinin tutulması, Tovuz rayonu Aşağı Quşçu kəndində Cavabdeh3 və Cavabdeh2 məxsus 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin və onun tərkibi olan həyətyanı tikili və qurğuların ilkin (likvid) satış qiymətinin 31.500 manat məbləğində müəyyən edilməsi hissələrində dəyişdirilməsi, Cavabdeh1 kredit müqavləsi üzrə əsas borc 14.130,03 manat, faiz borcu 1.300,84 manat, cəmi 17.757,92 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi, ipoteka predmeti olan Tovuz rayonu Aşağı Quşçu kəndində Cavabdeh3 və Cavabdeh2 məxsus 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin onun tərkibi olan həyətyanı tikili və qurğuları ilə birlikdə ilkin (likvid) satış qiyməti 58.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqat dəyəri 100 manatın Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22) hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən – Ə.Abdullayev, hakimlər – Ş.Rzaquliyev, Nümayəndə2).

26. Apellyasiya instansiyası məhkəməsinin iclasında müəyyən edilmişdir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında 2015-ci il 3 mart tarixli 2844 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə 14.500 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi kreditor İddiaçı ASC ilə mərhum Cavabdeh3 və Cavabdeh2 arasında 2015-ci il 3 mart tarixli ipoteka müqaviləsi bağlanaraq, sonunculara məxsus ünvan 1ində 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğular kreditorun xeyrinə ipoteka predmeti kimi yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 38.000 manat məbləğində müəyyən edilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən kreditor hazırkı iddia ilə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir.

27. Bundan əvvəldə qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə əsas, faiz və cə rimə borcunun, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissədə mübahisələndirilmişdir və məhkəmə həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmışdır.

28. Belə ki, apellyasiya instansiyasında icraat zamanı kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 3 oktyabr tarixli 9/5540 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçıya olan borcu müqavilə müddətinin bitmə tarixinə (2018-ci il 19 fevral) əsas borcu 14.459,48 manat, faiz borcu 1.300,84 manat təşkil edir. Həmçinin maliyyə arayışının tərtib edildiyi tarixə (2022-ci il 7 yanvar) əsas borcu 14130,03 manat, faiz borcu isə illik beş faiz borcu hesablanmaqla 3.317,89 manat təşkil edir.

29. İşə baxan birinci instansiya məhkəməsi isə kredit müqaviləsi üzrə əsas borcu 14.170,55 manat, faiz borcu 2.424,93 manat olmaqla cəmi borcu 18.922,53 manat müəyyən etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini iş materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlmişdir ki, kredit müqaviləsi üzrə əsas borc dəyişdirilərək 14.130,03 manat (maliyyə arayışının tərtib edildiyi tarixə uyğun), faiz borcu isə 1.300,84 manat (müqavilə müddətinin bitmə tarixinə uyğun) müəyyən edilməlidir.

31. Belə ki, kredit müqaviləsinin müddəti 2018-ci il 3 mart tarixdə bitmiş, maliyyə arayışı isə bundan sonra, yəni 2022-ci il 7 yanvar tarixində tərtib edilmişdir. Ona görə də maliyyə arayışı tərtib edildiyi tar ixə görə hesablanmış əsas borc nəzərə alınmalıdır. Eləcə də müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra faiz hesablanmasına yol verilmədiyinə görə müqavilənin qüvvədə olma müddətinə görə hesablanmış faiz borcu nəzərə alınmalıdır.

32. Həmçinin kredit müqaviləsi üzrə müəyyən edilmiş 295,98 manat cərimə borcu işin halları ilə tənasüb təşkil edir. Həmin hissədə qətnamə qanuni və əsaslı olmuşdur.

33. Həmçinin kredit müqaviləsi üzrə əsas və faiz borcu dəyişdirildiyindən müqavilə üzrə cəmi borc da buna uyğun olaraq dəyişdirilməlidir.

34. Məhkəmə ipoteka predmeti olan ünvan 1ində 0,24 ha torpaq sahəsinin və onun üzərində yerləşən 181,1 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin (likvid) 31.500 manat müəyyən edilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, apellyasiya instansiyasında icraat zamanı ipoteka predmeti olan əmlakın dəyərinin müəyyən olunması üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair 2022-ci il 18 avqust tarixli 001-15/19 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin (evin yerləşdiyi torpaq sahəsi nəzərə alınmaqla) 2023-cü il 21 fevral tarixə real bazar dəyəri 65.000 manat, likvid bazar dəyəri 58.000 manat təşkil edir. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti ola n əmlakın ilkin satış qiymətinin 31.500 manat müəyyən edilməsi hissədə dəyişdirilməli, həmin hissədə ipoteka predmetinin ilkin satış qiyməti (likvid) 58.000 manat müəyyən edilməlidir.

35. Həmçinin məhkəmə apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək qeyd etmişdir ki, mübahisəli kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanının təsiri altına düşmür.

36. Apellyasiya innstansiyası məhkəməsi bu qənaətini MM-in 739.1, 739.2, 385.1, 442, 443, 445.2.1, 448.1, 449, 449.2, 449.3, 449.4, 462.1, 464.1, 465.2, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 11, 34.1, 36.1, 36.3, 37, 41-ci maddələrinə, Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarına, MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 372.2, 372.6, 372.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıya 2023-cü il 22 iyun tarixində, Cavabdeh1 isə 2023-ci il 21 iyun tarixində rəsmi olaraq çatdırılmışdır.

38. İddiaçı 2023-cü il 22 avqust tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, faiz borcunun və ipoteka predmetinin qiymətinin dəyişdirilməsi üçün işin yenidən apellyasiya instansiyasına qaytarılması barədə qərar qə bul edilməsini xahiş etmişdir.

39. Cavabdeh1 2023-ci il 16 avqust tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin “Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borc 14.130,03 manat, faiz borcu 1.300,84 manat, cəmi 17.757,92 manat tutlaraq iddiaçının xeyrinə ödənilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın” hissələrində ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri 40. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 39.3.3-cü maddələri üzrə - İpoteka predmetinin indiki vəziyyətinin qiyməti hakim tərəfindən qəbul edilmiş qətnamədə göstərilən məbləğdən aşağıdır və əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real bazar qiyməti nəzərə alınmamışdır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin 2022-ci il 18 avqust tarixli 001-15/19 saylı daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyinə əsasən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə hansı meyarlar əsasında bazar dəyəri 65.000 manat, likvid dəyəri 58.000 manat qiymət qoyulması anlaşılan deyildir. İpoteka predmetinə uyğun olan Tovuz rayonunda yerləşən əmlakların ümumi bazar qiymətinə nəzər saldıqda aşkarcasına görmək mümkündür ki, ünvan 1ində olan 0,24 ha torpaq sahəsində yerləşən 181.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin qiymətinin 58.000 manat olması mümkün deyildir. Daşınmaz əmlakların satışını özündə əks etdirən inter net saytlarında yerləşdirilən elanlarda Tovuz rayonunda yerləşən 4 otaqlı, ümumi sahəsi 180 kv.m. olan fərdi yaşayış evi 27.500 manata (https://tap.az/elanlar/dasinmaz-emlak/baglar-ve-villalar/********), 2 otaqlı, ümumi sahəsi 180 kv.m. olan fərdi yaşayış evi 26.000 manata (https://tap.az/elanlar/dasinmaz-emlak/baglar-ve-villalar/********) satılır. İpoteka predmeti olan əmlakın qiymətini qeyd olunan fərdi yaşayış evləri ilə müqayisə edərkən bu nəticəyə gəlmək mümkündür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evinin qiyməti 25.000-30.000 manat civarındadır.

41. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış ipoteka müqaviləsi üzrə qeyd olunan ipoteka predmeti daha aşağı məbləğdə qiymətləndirilmişdir. Gəncə Kommersiya Məhkəməsi tərəfindən təyin olunan qiymətləndirmə ekspertizası üzrə qiymətləndirmə rəyinə əsasən, ipoteka predmetinə 31.500 manat qiymət müəyyən olunmuşdur. Göründüyü kimi, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təyin olunan qiymətləndirmə ekspertizasına əsasən tərtib olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüuqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin 2022-ci il 18 avqust tarixli 001-15/19 saylı daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyi ilə Gəncə Kommersiya Məhkəməsi tərəfindən təyin olunan qiymətləndirmə ekspertizası üzrə qiymətləndirmə rəyi və ipoteka müqaviləsində qeyd olunan qiymət arasında uyğunsuzluq vardır. Apellyasiya instansiyası məhkəməsi bu uyğunsuzluğa öz mövqeyini bildirməli və hüquqi qiymət verməli idi. İpoteka predmeti barəsində iş materiallarında olan kəskin qiymət fərqləri olduğuna görə, iş üzrə t əyin olunan ekspertiza Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməli və ekspertlər tərəfindən əmlak barəsində qiymət müəyyən olunmalı idi.

42. MM-in 442-ci maddəsi üzrə - Gəncə Apellyasiya Məhkəməsi cavabdeh tərəfindən öhdəliyin icrasının pozulmasına düzgün qiymət verməmiş və yekunda cavabdehin banka olan borc öhdəliyi üzrə məbləğinin hesablanmasında səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 3 oktybar tarixli 9/5540 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanmışdır. Qeyd edilən ekspert rəyi ekspert tərəfindən tədqiqatın hansı metodlarla aparılması, ekspertiza rəyinin düzgün olub-olmaması müəyyən edilmişdir, iddiaçı tərəfindən rəyd ən narazı olunduğu üçün məhkəmədən iş üzrə təkrar ekspertiza təyin edilməsi xahişi təmin edilməmişdir. Bununla da apellyasiya məhkəməsi işin hərtərəfli və obyektiv araşdırılmasına şərait yaratmamış, səhv nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikin nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 12% faizi ödəyir. Cavabdeh1 tərəfindən imza edilən 2015-ci il 3 mart tarixli kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən əsas və faiz borcunu tam təmin etməmişdir.

43. MPM-in 88, 103.1, 217-ci maddələri üzrə - Məhkəmələr tərəfindən təyin olunan ekspert rəylərində olan uyğunsuzluqlara baxmayaraq, Gəncə Apellyasiya Məhkəməsi natamam olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin 2022-ci il 18 avqust tarixli 00115/19 saylı daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzini n 2022-ci il 3 oktyabr tarixli 9/5540 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyini əsas sübut kimi qəbul etmiş və iş üzrə tam araşdırma aparmadan qərar qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsi iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Qətnamə qanuni və əsaslı deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərkən Gəncə Apellyasiya Məhkəməsi prosessual baxımdan da səhvə yol vermişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

44. Azərbaycan Respublikasının Konstitusiyasının 12, 60-cı maddələri üzrə Ekspertiza rəyində faizlərin və cərimə borcunun hesablanmasında ədalətsizliyə yol verilmişd ir. Digər tərəfdən, dəfələrlə cavabdeh iddiaçı ilə barışığa cəhd etmiş, apellyasiya instansiyası buna şərait yaratmış, lakin iddiaçı tərəflə barışıq əldə edilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin maddi şəraitini nəzərə alaraq faizlərin hesablanması üçün yenidən ekspertiza keçirilməsi və tərəflər arasında münasibətlərin qurulmasında daha ciddi addımlar atmalı idi.

45. MPM-in 14.1-ci maddəsi üzrə - Məhkəmə kredit faizlərin ədalətli araşdırılması və cərimə borcunun tam aradan qaldırılması üçün addım atmalı, mütərəqqi ekspertizanın keçirilməsini növbəti dəfə təyin etməlidir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

47. Kassasiya şikayəti vaxtında, yəni apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

48. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən faiz borcu və ipoteka predmetinin qiyməti hissəsində, cavabdeh tərəfindən isə faiz və cərimə borcu hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı müvafi olaraq ipoteka predmetinin qiyməti, faiz və cərimə borcları hissələrində yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzg ün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tututlmuşdur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə 44

2. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənl əşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqd a məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra e dilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

464. Qanun üzrə dəbbə pulunun ödənilməsi 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi... 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırı lır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 51. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tututlur: “Maddə

11. İpotekanın dövlət qeydiyyatı... 11.3. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir.... 11.4. İpoteka müqaviləsində ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi nəzərdə tutulubsa, ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı yuxarıda göstərilən məlumatlarla yanaşı, ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi barədə də məlumat qeyd edilir....” “Maddə

34. İpoteka predmeti nə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:... 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə

36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.... 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır....” “Maddə

37. İpoteka predmetinə tutmanın yönəldilməsi zamanı məhkəmə müdafiə tədbirləri 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.” Maddə

41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bu ndan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. 41.5. Hər rac açıq auksion formasında keçirilir.” 52. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında müəyyən edilmişdir ki: “Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, ap elyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.”

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.... 78.2. İşdə iştirak edən şəxsin işdə iştira k edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edə n şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

407. Kassasiya ş ikayətinin forması, məzmunu və əlavə edilən sənədləri... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yo l verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

54. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həm iddiaçı, həm də Cavabdeh1 kassasiya qaydasında mübahisələndirmişlər.

55. İddiaçının dəlilləri ipoteka predmetinin qiyməti və faiz borcu ilə, cavabdehin dəlilləri isə faiz və cərimə borcu ilə bağlıdır.

56. Məhkəmə kollegiyası həmin dəlillərlə aşağıdakı səbəblərdən razılaşmır.

57. Mübahisələndirilən qətnamədən məlum olur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən apellyasiya icraatında alınmış məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə və daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyə istinad etmişdir.

58. Hər iki tərəf həmin rəylərlə tanış edilsə də, onların məhkəməyə sözügedən r əyləri tutarlı dəlillərlə təkzibedici izahatlar vermələri, habelə təkrar və ya əlavə ekspertizaların təyin olunmasına dair vəsatətlər vermələri iş materiallarından görünmür.

59. Odur ki, məhkəmə kollegiyası kassatorların dəlillərini işin faktiki hallarına aid olan dəlillər kimi qiymətləndirir və hesab edir ki, kassasiya icraatında onlara istinad edilməsi və bu dəlillər üzrə hüquqi dəyərləndirmə aparılması MPM-in 407.2-ci maddəsinin (bax yuxarıda § 53) tələbləri baxımından yolverilməzdir.

60. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətlərindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 53) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 53) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

61. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 iyun tarixli 2-2(104)-16/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 iyun tarixli 2-2(104)-16/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar