Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-561/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 may tarixli 2-2(106)-38/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2020-ci il 4 fevral tarixli 04/20 saylı podrat müqaviləsindən görünür ki, İddiaçı MMC (“İcraçı”) və Cavabdeh MMC (“Sifarişçi”) arasında bağlanmış “xidmət müqaviləsi”nə əsasən, icraçı qiymət protokolunda qeyd olunan obyektdə işləri yerinə yetirib sifarişçiyə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işlərin müqabilində bu müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin ödəniş şərtlərinə əsasən, müqavilə üzrə görüləcək işlərin qiyməti əlavə edilən razılaşma protokolu və ya icraçının təqdim etdiyi işin yerinə yetirilməsini təsdiq edən akt, elektron qaimə əsasında müəyyən edilir və bankdan köçürmə yolu ilə ödənir. 3. 2020-ci il 25 avqust tarixli 12/0321 nömrəli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC göstəriləcək xidmətin qiymətini 1 26.258,82 manat olaraq müəyyən etmişdirlər. 4. 2020-ci il 5 sentyabr tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin direktoru X1 və Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə 126.258,82 manat məbləğində malların İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilməsini təsdiq etmişdirlər. Sözügedən akt İddiaçı MMC-nin və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən imzalanmışdır. 5. 2021-ci il 12 mart tarixli EBAY seriyalı, 588272 nömrəli elektron qaimənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 126.258,82 manat məbləğində elektron qaimə göndərilmişdir. 6. 2021-ci il 28 sentyabr tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-dən cəmi 109.307,67 manat borcun ödənilməsini tələb etmişdir. 7. “İlkin mediasiya sessiyasında iştirak e dilməməsi barədə” 2021-ci il 14 oktyabr tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasında nümayəndəsi Vəkil1 vasitəsilə iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2021-ci il 22 oktyabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 109.309,67 manat borcun, əldən çıxmış fayda kimi illik 5 faiz olmaqla ərizə verilən tarixə 5.500 manat və ödənilmiş 400 manat mediasiya xərci, 50 manat iddia ərizəsinə görə rüsum, həmçinin müvəqqəti təminat tədbiri barədə rüsum olaraq 50 manat o lmaqla, cəmi 115.309,67 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2020-ci il 4 fevral tarixli 04/20 saylı podrat müqaviləsinə əsasən, İcraçı – iddiaçı obyektdə işlərin yerinə yetirilib Sifarişçiyə təhvil verilməsini, Sifarişçi isə İcraçının gördüyü işlərin müqabilində müqavilə üzrə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. 2021-ci il 12 mart tarixində iddiaçı tərəfindən cavabdehə bir neçə adda ümumi dəyəri 126.258,82 manat olan tikinti malları göndərilmiş, bununla da lazımi xidmət göstərilmiş, lakin cavabdeh öhdəliyini tam yerinə yetirməmiş, nəticədə ümumi borcdan ancaq 16.949,15 manat ödəniş etmiş, qalan 109.309,67 manat məbləği bu günə qədər qaytarmamış, b ununla da müqavilənin şərtlərini kobud surətdə pozmuşdur. Bu barədə iddiaçı tərəfindən dəfələrlə şifahi və yazılı müraciətlər edilmişdir, lakin heç bir nəticə verməmişdir.
10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 448.1, 449.1, 752.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına istinad etmişdir.
11. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 dekabr tarixli e-2-2(113)-5468/2021 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 30 iyun tarixli 10/457 nömrəli ek spert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən iddiaçının direktoru tərəfindən cavabdehin direktoruna 2020-ci il 5 sentyabr tarixli təhvil-təslim aktına əsasən smetada nəzərdə tutulan işlərin təhvil verildiyini nəzərə alaraq, 2020-ci il 4 fevral tarixli 04/20 saylı podrat müqaviləsi əsasında 2020-ci il 25 avqust tarixli 12/0321 nömrəli qiymətlərin razılaşdırılması protokolunda nəzərdə tutulmuş işlər iddiaçı (icraçı) tərəfindən tam yerinə yetirilmiş və həmin qiymətlərin razılaşdırılması protokolunda nəzərdə tutulmuş iddiaçı (icraçı) tərəfindən yerinə yetirilmiş işlərin ümumi dəyəri 106.999 manat məbləğində müəyyən olunur.
14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 sentyabr tarixli e-2-2(113)-350/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilərək, iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir.
15. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 18 yanvar tarixli e-2-2(121)-46/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 106.999 manat əsas borc, illik 5 faiz olmaqla hesablanmış 5.500 manat faiz borcu, 400 manat mediasiya xərci və 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 112.949 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – E.Abdullayev).
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər ara sında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı ilə cavabdeh arasında 2020-ci il 4 fevral tarixli 04/20 saylı podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə və işlərin qəbulu barədə aktlara əsasən iddiaçı tərəfindən ümumilikdə 126.258,82 manat məbləğində işlər görülmüşdür. Lakin iddiaçı tərəfindən müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik tam yerinə yetirilməyərək şərtləşdirilmiş muzd ödənilməmişdir.
17. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 30 iyun tarixli 10/457 nömrəli ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmununa və ekspertiza tədqiqatının aparıldığı sənədlərə əsasən, tələb olunan borc üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sənədlərə və i şin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
18. Cavabdehin podrat müqaviləsi üzrə 106.999 manat əsas borcunun olması iş materialları ilə öz təsdiqini tapdığından, əsas borca münasibətdə iddia qismən təmin edilməlidir.
19. Məhkəmə iddianın “əldən çıxmış fayda kimi illik 5% olmaqla 5.500 manat məbləğində faiz borcunun ödənilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, borclu gecikdirilmiş vaxt üçün iki il nəzərə alınmaqla illik beş faiz olaraq 5.500 manat məbləğində faiz borcunu iddiaçıya ödəməlidir. Odur ki, iddia həmin hissədə təmin edilməlidir.
20. Məhkəmə iddianın 400 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqav ilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
21. İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
22. İddiaçının iddia tələbinin “müvəqqəti təminat tədbiri barədə ödənilmiş 50 manat məbləğində pulun tutulması” tələbi əsassız olduğundan təmin edilə bilməz. Çünki həmin tə ləbi iş materialları ilə müəyyən edilməmişdir.
23. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 385.1, 386.1, 425.1, 442, 445.7, 448.1, 448.2, 752.1, 753.1, 769-cu, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
24. Cavabdeh 2023-cü il 24 fevral tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək, yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 may tarixli 2-2(106)-3 8/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – P.Əhmədov, hakimlər – İ.Əsədov və T.Kərimov).
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mötəbər sübut kimi ekspert rəyinə əsaslanmaqla düzgün nəticəyə gəlmişdir və cavabdeh borcun daha az olması barədə etirazını bildirsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Habelə görülən işlərin həcminin və dəyərinin şişirdilməsi barədə cavabdehin dəlili ehtimal olmaqla heç bir əsasa söykənmir. Bundan əlavə, apellyasiya şikayətində ekspertin rəyinin mötəbər olmasının qəbul olunmamasının səbəblərindən biri kimi ekspertin görülən işlərə baxış keçirib-keçirməməsinin müəy yən olmadığı göstərilmişdir. Cavabdehin nümayəndəsinin iştirakı olmadan görülən işlərə baxış keçirilməsinə dair məhkəmə diqqətə çatdırmışdır ki, iş materiallarında tədqiqat obyektinə tərəflərin və ekspertin iştirakı ilə baxış keçirilməsi barədə tərəflərə, eləcə də cavabdehin rəsmi ünvanına 2022-ci il 8 fevral tarixli bildiriş göndərilmişdir. Ekspertizanın təyin edilməsi cavabdehin nümayəndəsinin iştirakı ilə baş tutmuş və rəy alındıqdan sonra cavabdeh növbəti məhkəmə iclasının yeri, vaxtı barədə məlumatlandırılsa da, hətta cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə ərizə daxil olsa da, rəyin göndərilmədiyi təqdirdə belə, onun əldə edilməsi üçün heç bir səy göstərilməmiş, bu haldan hazırda formal dəlil olaraq istifadə edilməkdədir. Beləliklə, qeyd edilən hal cavabdeh tərəfindən həmin rəyin mübahisələndirilməsi hüququnun məhdudlaşdırılması hesab edilə bilməz. Bütün bunlarla yanaşı, cavabdeh apellyasiya şikayətində hər hansı yeni sübutun olmadığını da göstərmişdir ki, bu da əlavə araşdırmanın aparılmasını istisna edir.
27. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı, MM-in 21.1, 385.1, 386.1, 425.1, 445.7, 448.1, 448.2, 752.1, 753.1, 769-cu maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırm ışdır.
28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 7 iyun tarixli məktubla tərəflərə göndərilmiş, 2023-cü il 23 iyun tarixdə cavabdehə çatdırılmışdır.
29. Cavabdeh 2023-cü il 1 avqust tarixdə kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunaraq, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarı üzrə - Qərarda qeyd olunur ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsu siyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Mübahisəli qətnaməni çıxaran məhkəmə tərəfindən hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməməsi son nəticədə cavabdehin hüquqlarının və qanuni mənafelərinin pozulması ilə nəticələnmişdir.
31. MPM-in 99.1, 99.3-cü maddələri üzrə - İddiaçının iddia tələbində 109.309,67 manat borcun olmasını göstərməsinə baxmayaraq, ekspertin borcun 106.999 manat olması ilə bağlı rəy verməsi onu göstərir ki, görülən işlərin həcmi və dəyəri şişirdilmişdir və bu hal birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin görülən işlərin həcmi ilə bağlı razı olmadığı haqqında söylədiklərinin əsaslı olması kimi qəbul olunmalıdır. Ekspert rəyinin mötəbər olması cavabdeh tərəfindən qəbul olunmur, çünki ekspertin görülən işlərə baxış keçirib-keçirməməsi bilinmir. Əgər görülən işlərə ekspert baxış keçirmişsə, onda cavabdeh olaraq MMC-nin nümayəndəsinin iştirakı olmadan görülən işlərə baxış keçirilmişdir ki, bu da ekspertin verdiyi rəyin tam olaraq həqiqəti əks etdirməsinə ciddi şübhələr yaradır. İstər Bakı Kommersiya Məhkəməsində, istərsə də Şirvan Kommersiya Məhkəməsində işə baxılarkən ekspert rəyinin elektron məhkəmə sisteminə yerləşdiri lməməsi həmin rəyin cavabdeh tərəfindən mübahisələndirilməsini məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası isə bu hallara qiymət verməyərək qeyd olunan maddələrin tələbini pozmuşdur.
32. MPM-in 217.3-cü maddəsi üzrə - Məhkəmə qətnaməsi tam deyil, qismən iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır. Çünki iş üzrə müəyyən edilmiş hallar iddia tələbinin tam həcmdə təmin olunması üçün kifayət etməsə də, məhkəmə kollegiyası apellyasiya şikayətini təmin etməyərək qeyd olunan maddənin tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edilsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız iddianın təmin edildiyi hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiy ası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməl idir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
752. Podrat müqaviləsi 752.1. P odrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yeri nə yetirildikdən sonra ödəməlidir.”
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatl arı ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. İddiaçı podrat müqaviləsi üzrə cavabdehdən 109.309,67 manat borcun, əldə çıxmış fayda kimi 5.500 manatın tutulmasını xahiş etmiş, iddia qismən – 106.999 manat əsas borc, 5.500 manat faiz borcunun tutulması hissəsində təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
40. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, ekspert rəyinin mötəbər olması cavabdeh tərəfindən qəbul olunmur, çünki ekspertin görülən işlərə baxış keçiribkeçirməməsi bilinmir. Əgər görülən işlərə ekspert baxış keçirmişsə, onda cavabdehin nümayəndəsinin iştirakı olma dan görülən işlərə baxış keçirilmişdir ki, bu da ekspertin verdiyi rəyin tam olaraq həqiqəti əks etdirməsinə ciddi şübhələr yaradır. Ekspert rəyinin elektron məhkəmə sisteminə yerləşdirilməməsi həmin rəyin cavabdeh tərəfindən mübahisələndirilməsini məhdudlaşdırmışdır.
41. Cavabdeh eyniməzmunlu dəlilləri apellyasiya icraatında da bildirmiş, bununla əlaqədar mübahisələndirilən qətnamədə qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi mötəbər sübut kimi ekspert rəyinə əsaslanmaqla düzgün nəticəyə gəlmişdir və cavabdeh borcun daha az olması barədə etirazını bildirsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Görülən işlərin həcminin və dəyərinin şişirdilməsi barədə cavabdehin dəlili isə ehtimal olmaqla heç bir əsasa söykənmir. Bundan əlavə, apellyasiya şik ayətində ekspertin rəyinin mötəbər olmasının qəbul olunmamasının səbəblərindən biri kimi, ekspertin görülən işlərə baxış keçirib-keçirməməsinin müəyyən olmadığı göstərilmişdir. Cavabdehin nümayəndəsinin iştirakı olmadan görülən işlərə baxış keçirilməsinə dair apellyasiya instansiyası məhkəməsi bidirmişdir ki, iş materiallarında tədqiqat obyektinə tərəflərin və ekspertin iştirakı ilə baxış keçirilməsi barədə tərəflərə, eləcə də cavabdehin rəsmi ünvanına 2022-ci il 8 fevral tarixli bildiriş göndərilmişdir (səh. 52). Daha sonra qeyd edilməlidir ki, ekspertizanın təyin edilməsi cavabdehin nümayəndəsinin iştirakı ilə baş tutmuş və rəy alındıqdan sonra cavabdeh növbəti məhkəmə iclasının yeri vaxtı barədə məlumatlandırılsa da, hətta cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə ərizə daxil olsa da (səh. 77), rəyin göndərilmədiyi təqdirdə belə, onun əldə edilməsi üçün heç bir səy göstərilməmiş, bu haldan hazırda formal dəlil olaraq istifadə edilməkdədir. Beləliklə, qeyd edilən hal cavabdeh tərəfindən həmin rəyin mübahisələndirilməsi hüququnun məhdudlaşdırılması hesab edilə bilməz. Bütün bunlarla yanaşı, cavabdeh apellyasiya şikayətində hər hansı yeni sübutun olmadığını da göstərmişdir ki, bu da əlavə araşdırmanın aparılmasını istisna edir.
42. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
43. O da qeyd olunmalıdır ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin hazırkı iş üzrə keçirilmiş 2022-ci il 29 avqust tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili s özügedən ekspert rəyinin sübut qismində qəbul edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmış, rəylə bağlı hər hansı etirazını bildirməmişdir (i/v 72-73).
44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən nəticəsi ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 38) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 38) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
45. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şirv an Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 may tarixli 2-2(106)-38/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 may tarixli 2-2(106)-38/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.