Məhkəmə qərarları › İş №2-2(102)-562/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-562/2024

30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-562/2024 30.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı ilk iddia tələbi və qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı tələbinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, ilk İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı podrat müqaviləsi üzrə borc un tutulması barədə ilk, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı artıq ödənişin qaytarılması və maddi zərərin tutulması barədə qarşılıqlı iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 30 may tarixli 2-2(103)-33/2024 nömrəli qətnaməsindən ilk İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1.232.326,4 manat məbləğində borc, pul öhdəliyinin gecikdirilməsi üçün illik 5% olmaqla 52.217,22 manat, vəkil xərcinin əvəzi olaraq 510 manat və ödənilmiş dövlət rüsumlarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir

2. Cavabdeh də iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xidmətin icrası qarşılığında artıq ödənilmiş 71.587 manat və dəymiş zərərin əvəzi olaraq 180.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Bakı Kommersiyа Məhkəməsinin 2023-cü il 24 may tarixli e-2-2(117)-696/2023 e2-2(113)-1165/2023 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, cavabdehdən ƏDV daxil 1.232.326,4 manat pul, ödənilmiş 1.406,16 manat dövlət rüsumu və 510 manat hüquqi yardıma görə xərc tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə təmin olunmamış, ödənilmiş 133 manat dövlə t rüsumunun iddiaçının özünə aid edilməsi, ilk iddia ərizəsi verilərkən artıq ödənilmiş 333,84 manat dövlət rüsumunun iddiaçıya qaytarılması qət edilmiş, qarşılıqlı iddia təmin olunmamış, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid olunması qət edilmişdir (hakim – Ü.Həsənova).

4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 may tarixli 2-2(103)-33/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının iddia tələbinin təmin edildiyi hissədə dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə 20 21-ci il 4 oktyabr tarixli AVX 008/1021 nömrəli podrat müqaviləsi üzrə 38.743,11 manat əsas borc tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, 250 manat ekspertiza xərcinin cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – Z.Şirinov və R.Qurbanov).

6. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən i ddia ərizəsinin verilməsinə görə:... 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda: 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla)... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi....”

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” "Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

10. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, qeyd olunan şikayətə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmiş, bununla da kassasiya şikayəti MPM-in 407.4-cü maddəsinin (bax § 8) tələbləri pozulmaqla verilmişdir.

11. Belə ki, cavabdehin qarşılıqlı iddiası təmin olunmadığından və iddiaçının kassasiya şikayətinin dəlilləri fakitiki olaraq yalnız ilkin iddia ilə bağlı olduğundan kassasiya icraatında baxış predmeti yalnız ilk iddia olmaqla, onun qiyməti ümumilikdə 1.284.543,62 manat təşkil edir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.5 və 8.6-cı maddələrinin (bax § 7) tələblə rinə əsasən, iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 716,14 manat təşkil etməlidir.

12. Lakin kassasiya şikayəti verilərkən, iddiaçı tərəfindən cəmi 700 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır.

13. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in (bax § 8) 408.1 və və 408.1.3-cü maddələrinə tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılmaq üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

14. Qeyd edilənlərə əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş qaydada verilmədiyi üçün ic raata qəbul edilə bilməz. Buna görə də, kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

15. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İlk İddiaçı MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 30 may tarixli 2-2(103)-33/2024 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin. Kassasiya şikayəti qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar