Məhkəmə qərarları › İş №2-2(102)-563/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-563/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-563/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X4 cəlb edilməklə) pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 7 may tarixli 2-2(103)318/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Sifarişçi "xxxx" ASC və icraçı Cavabdeh MMC arasında bağlanmış 2021-ci il 17 fevral tarixli İBA-2021/041 nömrəli işlərin görülməsi haqqında müqavilə (bundan sonra – “müqavilə”) ilə tərəflər təsdiq etmişlər ki, sifarişçi həcmi, ölçü vahidi, görülmə müddəti, dəyəri və digər xüsusi şərtləri müqavilənin 1 nömrəli əlavəsində göstərilmiş ünvan 1 ünvanında yerləşən inzibati binada aparılacaq əsaslı təmir işlərinin satın alınması üçün icraçının tender təklifini qəbul etmişdir. Müqavilənin: - 1.2-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş qaydada icraçı sifarişçinin sifarişi ilə müqavilədə nəzərdə tutulan işləri yerinə yetirməyi, sifarişçi isə icraçıya görülmüş işlərə görə müqavilədə göstərilən müddətdə və qaydada razılaşdırıl mış məbləği ödəməyi öhdəsinə götürür. - 1.4-cü bəndinə əsasən, icraçı işləri özü tərəfindən cəlb edilən işçi qüvvəsi, alınmış material və avadanlıqlar vasitəsilə yerinə yetirməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən etibarən icraçı işləri tam həcmdə və lazımi keyfiyyətdə 12 ay müddətində sifarişçiyə təhvil verməlidir. - 2.2-ci bəndinə əsasən, işlərin qəbulu zamanı qüsurlar və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə akt tərtib edilir. Bu halda sifarişçi işlərin qüsurlu hissəsinin 15 gün ərzində yenidən görülməsini icraçıdan tələb edir. İcraçı işlərin qüsurlu hissəsinin yenidən görülməsindən imtina etdikdə sifarişçi bu müqaviləyə birtərəfli qaydada xitam verə və ya işlərin müvafiq hissəsinin dəyərini ödəməkdən imtina (işlərin dəyəri ödənildiyi halda isə ödənilmiş hissənin geri qaytarılmasını tələb) edə bilər. - 4.2.2-ci bəndinə əsasən, işləri, müqavilədə nəzərdə tutulmuş şərtlərdə, müddətdə və ən yüksək standartlara uyğun şəkildə görmək və sifarişçiyə təhvil vermək icraçının vəzifəsidir. - 4.3.5-ci bəndinə əsasən, təhvil verilən işlər bu müqavilənin keyfiyyət, həcm, ölçü və sairə dair şərtlərinə uyğun gəlmədikdə icraçıya bu barədə işlərin təhvil verildiyi tarixdən 180 gün müddətində bildiriş vermək sifarişçinin hüququdur. - 5.1-ci bəndinə əsasən, bu müqavilənin ümumi dəyəri vergilər və bütün digər məcburi ödənişlər daxil olmaqla 836.994,37 manat təşkil edir.

2. Müqaviləyə 2022-ci il 14 iyul tarixli 1 nömrəli əlavə ilə müqavilə üzrə görüləcək işlərin siyahısı, adı, ölçü vahidi, material qiyməti, işçilik qiyməti və toplam qiymət razıla şdırılmış, cəmi qiymət 836.994,37 manat müəyyən olmuşdur. Əlavə sazişin 2.1-ci bəndinə görə, müqavilənin 5.1-ci bəndində “836.994,37 manat” sözləri “1.610.937,77 manat” sözləri ilə əvəz edilmişdir. Əlavə sazişin 2.4-cü bəndinə görə, müqavilənin 2.1-ci bəndində “12 ay müddətində” sözləri “22 dekabr 2022-ci il tarixinədək” sözləri ilə əvəz edilmişdir.

3. Müqaviləyə dəyişiklərin edilməsi haqqında 2022-ci il 21 dekabr tarixli 2 nömrəli əlavə saziş imzalanmışdır. Həmin sazişin 1.1-ci bəndinə görə, müqavilənin 2.1-ci bəndində göstərilən müddət 2023-cü il 25 fevral tarixinədək uzadılır. Avans ödənişin geri qaytarılmasının təminatı qismində təqdim edilmiş 2022-ci il 1 avqust tarixli bank qarantiyasında göstərilən və avans olaraq ödənilən 255.401,33 manat dəyərində işlər isə 2023-cü il 30 yanvar ta rixinədək tam icra edilmiş olmalıdır.

4. Müqaviləyə dəyişiklərin edilməsi haqqında 2023-cü il 25 yanvar (sazişdə 2022-ci il kimi yazılmışdır) tarixli 3 nömrəli əlavə saziş imzalanmışdır. Həmin sazişin 1.1-ci bəndinə görə, müqavilənin 2.1-ci bəndində göstərilən müddət 2023-cü il 25 fevral tarixinədək uzadılır. 5. 2021-ci il 26 aprel tarixli 01-04 nömrəli hesab fakturaya görə 74.142,29 manat, 2021-ci il 2 iyun tarixli 02-06 nömrəli hesab-fakturaya görə 173.890,70 manat, 2021-ci il 7 iyul tarixli 01-04 nömrəli hesab-fakturaya görə 78.984,95 manat, 2021-ci il 3 avqust tarixli 01-04 nömrəli hesab-fakturaya görə 163.843,18 manat, 2021-ci il 1 sentyabr tarixli hesabfakturaya görə 84.721,40 manat, 2021-ci il 18 oktyabr tarixli 01-04 nömrəli hesabfakturaya görə 57.567,48 manat, 2021-ci il 12 noya br tarixli hesab-fakturaya görə 60.928,06 manat, 2021-ci il 8 dekabr tarixli 01-05 nömrəli hesab-fakturaya görə 110.246,04 manat, 2022-ci il 11 mart tarixli 03-04 nömrəli hesab-fakturaya görə 15.890,65 manat, 2022-ci il 8 avqust tarixli 08-02 nömrəli hesab-fakturaya görə 71.000,60 manat, 2022-ci il 18 may tarixli 05-01 nömrəli hesab-fakturaya görə 71.000,60 manat məbləğində işlərin görülməsi nəzərdə tutulmuşdur.

6. Podrat işlərinin yerinə yetirilməsi haqqında aktlara (Forma 2) görə müqavilə üzrə görülmüş işlər: 74.142,29 manat (2021-ci il 18 mart –21 aprel), 173.890,70 manat (2021-ci il 18 mart – 26 may), 78.984,95 manat (2021-ci il 18 mart –26 iyun), 163.843,18 manat (2021-ci il 18 mart –28 iyul), 84.721,40 manat (2021-ci il 18 mart –28 avqust), 57.567,48 manat (2021-ci il 18 mart - 12 ok tyabr), 60.928 manat (2021-ci il 18 mart –12 noyabr), 110.246,04 manat (2021-ci il 18 mart – 8 dekabr), 15.890,65 manat (2021-ci il 18 mart – 2022-ci il 18 mart) və 71.000,60 manat dəyərində "xxxx" ASC tərəfindən təhvil alınmışdır. Aktlar tərəflərin nümayəndələrinin imzaları, tərəflərin möhürləri ilə təsdiq edilmişdir.

7. Cavabdeh MMC tərəfindən "xxxx" ASC-yə 2021-ci il 23 aprel tarixli EBBA 661938 nömrəli 74.142,29 manat məbləğində, 2021-ci il 2 iyun tarixli EBBC 656261 nömrəli 173.890,70 manat məbləğində, 2021-ci il 7 iyul tarixli EBBE 505999 nömrəli 78984,95 manat məbləğində, 2021-ci il 3 avqust tarixli EBBF 792750 nömrəli 163.843,18 manat məbləğində, 2021-ci il 1 sentyabr tarixli EBBH 401544 nömrəli 84.721,40 manat məbləğində, 2021-ci il 1 noyabr tarixli EBBL 668554 nömrəli 57.567,48 m anat məbləğində, 2021-ci il 19 noyabr tarixli EBBM 654663 nömrəli 60.928,06 manat məbləğində, 2021-ci il 10 dekabr tarixli EBBN 910523 nömrəli 110.246,04 manat məbləğində, 2022-ci il 11 mart tarixli EBBS 748115 nömrəli 15.890,65 manat məbləğində, 2022-ci il 1 avqust tarixli EBCB 065396 nömrəli 71.000,60 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur. 8. "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 4 may tarixində 62.832,45 manat əsas vəsait, 11.309,84 manat ƏDV, 2021-ci il 11 iyun tarixində 147.365 manat əsas vəsait, 26.525,70 manat ƏDV, 2021-ci il 13 iyul tarixində 66.936,4 manat əsas vəsait, 12.048,55 manat ƏDV, 2021-ci il 13 avqust tarixində 138.850,15 manat əsas vəsait, 24.993,03 manat ƏDV, 2021-ci il 8 sentyabr tarixində 71.797,80 manat əsas vəsait, 12.923,60 manat ƏDV, 2021 -ci il 3 noyabr tarixində 48.786 manat əsas vəsait, 8.781,48 manat ƏDV, 2021-ci il 16 dekabr tarixində 93.428,85 manat əsas vəsait, 16.817,19 manat ƏDV, 2022-ci il 18 mart tarixində 13.466,65 manat əsas vəsait, 2.424 manat ƏDV, 2022-ci il 12 avqust tarixində 60.170 manat əsas vəsait, 10.830 manat ƏDV, 2021-ci il 22 noyabr tarixində 51.633,90 manat əsas vəsait, 2021-ci il 19 noyabr tarixində 9.294,10 manat ƏDV, 2022-ci il 5 avqust tarixində 216.441,81 manat əsas vəsait, 38.959,52 manat ƏDV ödənilmişdir (debit haqqında bildirişlər). 9. "xxxx" ASC tərəfindən 2022-ci il 1 avqust tarixindən 2023-cü il 20 fevral tarixinədək verilmiş bank qarantiyasına əsasən, Cavabdeh MMC tərəfindən müqavilə üzrə "xxxx" ASC tərəfindən ödənilmiş 255.401,33 manat avans geri qaytarılmayacağı təqdirdə bank "xxxx" AS C-nin tələbi ilə həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. 10. "xxxx" ASC 2023-cü il 9 fevral tarixində Cavabdeh MMC-yə xəbərdarlıq ünvanlayaraq avans kimi ödənilmiş 255.401,33 manat vəsaitin müqabilində işlərin 2023-cü il 31 yanvar tarixinədək tam şəkildə təhvil verilmədiyini bildirib həmin vəsaitin 3 gün ərzində geri qaytarılması tələb olunmuş, əks təqdirdə ödənişlə bağlı "xxxx" ASC-yə tələb irəli sürüləcəyi barədə xəbərdarlıq edilmişdir. 11. "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 2023-cü il 15 fevral tarixli müraciətlə qarantiya üzrə Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəlikləri icra edilmədiyi üçün 255.401,33 manat vəsaitin ödənilməsi "xxxx" ASC-nin bank hesabına köçürülməsi tələb edilmişdir. 12. "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2023-cü il 28 fevral tari xli bildirişlə müqavilə üzrə "xxxx" ASC tərəfindən artıq ödənilmiş 350.923,17 manat vəsaitin 5 gün müddətində ödənilməsi Cavabdeh MMC-dən tələb edilmişdir. Xəbərdarlıqda müqavilənin "xxxx" ASC tərəfindən birtərəfli qaydada ləğv edildiyi göstərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 13. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) 2023-cü il 14 iyul tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə 543.869 manat, ilkin mediasiya xərci olaraq 400 manat, dövlət rüsumu olaraq 434,52 manat və xidmət haqqı olaraq 0,65 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmış dır ki, iddiaçı ilə cavabdeh arasında 2021-ci il 17 fevral tarixli ümumi dəyəri 836.994,37 manat olan işlərin görülməsi haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, cavabdeh Bakı şəhərindəki inzibati binada əsaslı təmir işlərini 12 ay müddətində və lazımi keyfiyyətdə həyata keçirməyi öhdəsinə götürmüşdür. 2022-ci il 14 iyul tarixli 1 nömrəli əlavə saziş ilə müqavilənin məbləği 836.994,37 manatdan 1.610.937,77 manata artırılmış, işlərin tamamlanma müddəti 2022-ci il 22 dekabr tarixinə qədər uzadılmışdır. 2022-ci il 1 avqust tarixli bank qarantiyası ilə cavabdeh tərəfindən ödənmiş avansın geri qaytarılmasına dair "xxxx" ASC tərəfindən təminat verilmişdir. Müqaviləyə 2 və 3 nömrəli əlavə sazişlər imzalanmış, işlərin tamamlanma müddəti 2023-cü il 25 fevral tarixinə qədər uzadılmış, 200. 000 manat məbləğində icra qarantiyası verilmişdir. İddiaçı tərəfindən cavabdehə edilən ödənişlərin ümumi məbləği 1.146.617 manat olmuşdur. Bununla belə, cavabdeh işləri müqaviləyə uyğun şəkildə və vaxtında təhvil verməmişdir. 2023-cü il 9 fevral tarixli bildirişlə iddiaçı işlərin tamamlanmasını və ya avansın 255.401,33 manat məbləğində geri qaytarılmasını tələb etmişdir. Tələblərin yerinə yetirilməməsi səbəbindən 2023-cü il 15 fevral tarixində "xxxx" ASC-yə bank qarantiyası üzrə ödəmənin həyata keçirilməsi üçün müraciət edilmişdir. 2023-cü il 21 fevral tarixində daha bir bildiriş göndərilərək, müqaviləyə xitam verilməklə, artıq ödənilmiş 350.923,17 manat məbləğində vəsaitin geri qaytarılması tələbi ilə müraciət edilmişdir. Bu tələbin də nəticəsiz qalması üzündən müqaviləyə xitam verilmişdi r. Daxili audit nəticəsində müəyyən edilmişdir ki, cavabdeh müqaviləyə uyğun olmayan materiallardan istifadə etmiş, invoysları şişirdərək ödənişlər almış və görülməyən işlər üçün də ödənişlər almışdır. Nəticədə görülməyən işlər üzrə 543.869 manat məbləğində itki yaranmışdır. Mediasiya cəhdləri də müsbət nəticə verməmiş, tərəflər arasında anlaşmazlıq davam etmişdir. 2023-cü il 10 iyul tarixində iddiaçı tərəfindən cavabdehə 543.869 manat məbləğində ödənişin geri qaytarılması tələbi ilə müraciət edilmiş, lakin bu müraciət də nəticəsiz qalmışdır.

15. İddiaçı 2024-cü il 16 oktyabr tarixində məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə 578.832 manat vəsaitin, müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə müqa vilədə nəzərdə tutulmuş qaydada gecikdirilmiş günlərə görə hesablanmış ümumilikdə 83.423,37 manat penya məbləğinin, həmçinin mediasiya xərci olaraq ödənilmiş 400 manat, dövlət rüsumu olaraq ödənilmiş 552,26 manat və xidmət haqqı olaraq ödənilmiş 1,05 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, müqavilə şərtlərinə əsasən, cavabdeh işləri yüksək keyfiyyətlə yerinə yetirmiş, lakin işlərin davamına qarşı iddiaçı tərəfindən əsassız maneələr törədilmişdir. Pandemiya dövrü, xüsusən karantin rejimi, işlərin gecikməsinin üzrlü səbəbi kimi qəbul edilməli və “fors-major” halı hesab olunmalıdır. İddiaçı tərəfindən tender sənədlərinin təqdim edilməməsi və tenderin iştirakçı sayının q anunsuz olaraq iki ilə məhdudlaşdırılması da hüquqi tələbləri pozur. Müqavilənin 4.2.3-cü bəndi üzrə cavabdeh tərəfindən lazım olan məlumatlar vaxtında təqdim edilmiş, lakin cavablar gecikdirilmişdir. Həmçinin istifadə olunan materiallar yüksək keyfiyyətlə təmin olunmuş və işlər müasir texnologiyaya uyğun həyata keçirilmişdir. İddiaçı tərəfindən işlər qəbul edildikdən sonra heç bir etiraz edilmədiyi üçün, müqavilə şərtlərinə əsasən, işlər tam qəbul olunmuş sayılır. Bu baxımdan, iddiaçı tərəfindən irəli sürülən tələbin hüquqi əsası olmamışdır.

17. Məhkəmə mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 18 iyul tarixli 3-16-16/2-10/6949 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - ünvan 2 ünvanında yerləşən inzibati binada müqavilə və müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı 1, 2 və 3 nömrəli əlavə sazişlər və müqavilədə göstərilən qiymətlərə əsasən cavabdeh tərəfindən faktiki olaraq görülmüş işlərin həcmi rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Eləcə də qeyd olunmuşdur ki, görülmüş işlər yarımçıq şəkildə olduğundan, həmin işlərin keyfiyyətli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. - ünvan 2 ünvanında yerləşən inzibati binada müqavilə və müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı 1, 2 və 3 nömrəli əlavə sazişlərə əsasən, cavabdeh tərəfindən faktiki olaraq görülmüş işlərin real ümumi dəyəri 986.903,15 manat məbləğində müəyyən olunmuşdur. - Baxış zamanı tədqiq olunan ünvanda göstərilən işlər tam görülmədiyindən və yarımçıq şəkildə olduğundan ünvan 2 ünvanında yerləşən inzibati binada müqavilə və müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı 1, 2 və 3 nömrəli əlavə sazişlərə əsasən cavabdeh tərəfindən smetada nəzərdə tutulan sayda tikinti materiallarından istifadə edilmədiyi müəyyən olunmuşdur. - ünvan 2 ünvanında yerləşən inzibati binada müqavilə və müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı 1, 2 və 3 nömrəli əlavə sazişlərə əsasən cavabdeh tərəfindən faktiki olaraq görülmüş işlər yarımçıq şəkildə olduğundan həmin işlərin keyfiyyətli olubolmamasını və tikinti işlərində kənarlaşmalar (pozuntular) olmasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də qərardadın dördüncü, beşinci və altıncı sualları üzrə tədqiqat aparılmamışdır.

18. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 oktyabr tarixli e-2-2(113)168/2024 nömrəli qərardadı i lə X6 və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.

19. Məhkəmə iclasında üçüncü şəxs X4 bildirmişdir ki, 2019-2022-ci illər ərzində iddiaçı bankda işləmişdir. İddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi bağlanmışdır. İşləri o və digər işçilər yoxlayaraq təhvil almış, iddiaçının o da daxil olmaqla ümumilikdə 6 işçisi təhvil-təslim aktına imza edərək təsdiq etmişdir. İşlər iddiaçı tərəfindən yoxlanılaraq təhvil alındığı üçün həmin müqavilə üzrə iddiaçının ona qarşı hər hansı tələb irəli sürməsi əsassız olmuşdur.

20. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 17 dekabr tarixli e-2-2(113)-168/2025 nömrəli qətnaməsi ilə iddia təmin olunmamış, iddia ərizəsi verilərkən çəkilmiş 400 manat mediasiyaya dair xərc, ödənilmiş 552,26 manat dövlət rüsumu, 1,05 manat xidmət haqqı iddiaçının özünə aid edilmiş, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).

21. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2021-ci il 17 may tarixində podrat müqaviləsi, 2022-ci il 14 iyul, 2022-ci il 21 dekabr, 2023-cü il 25 yanvar tarixlərində həmin müqaviləyə əlavə sazişlər imzalanmış, podrat müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1.146.616,39 manat vəsait ödənilmişdir. Tərəflər arasında imzalanaraq təsdiq edilmiş görülmüş işlərin təhvil-təslim aktlarından (forma 2) görünür ki, cavabdeh tərəfindən görülmüş ümumilikdə 891.215,06 manat dəyərində işlər cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş, iddiaçı tərəfindən həmin işlər qeyd-şərtsiz qəbul olunmuşdur. Tərəflər arasında imzalanmış razılaşmalardan görünür ki, müqavilə müddətinin sonu 2023-cü il 25 fevral müəyyən edilmiş, 2023-cü il 19 yanvar tarixində işlərin görülməsi iddiaçının təşəbbüsü ilə dayandırılmış, iddiaçı 2023-cü il 9 fevral tarixində iddiaçıya yazılı bildiriş verib müqavilə üzrə ödəmiş olduğu 255.401,33 manat avansın geri qaytarılmasını tələb etmiş, həmin vəsait cavabdeh tərəfindən qaytarılmadığı üçün iddiaçı "xxxx" ASC-yə qarantiya üzrə tələb irəli sürdükdən sonra sonuncu tərəfindən həmin avans iddiaçıya geri qaytarılmışdır.

22. İddiaçı tərəfindən cavabdehə işlərin lazımınca icra edilməməsi ilə bağlı ilk xəbərdarlıq 2023-cü il 9 fevral tarixində edilmiş, həmin xəbərdarlıqla işlərin vaxt ında (2023-cü il 31 yanvar tarixinədək) yekunlaşdırılmadığı üçün ödənilmiş avansın geri qaytarılması tələb olunmuş, işlərin qüsurlu icra edilməsi, habelə görülmüş işlərin müqabilində təkrarən ödəniş edilməsi ilə əlaqədar hər hansı vəsaitin geri qaytarılması ilə bağlı irad bildirilməmişdir. İddiaçı cavabdehə daha sonra ünvanladığı 2023-cü il 21 fevral tarixli xəbərdarlıqla müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirmiş, 350.923,17 manat vəsaitin iddiaçı tərəfindən cavabdehə icra edilməmiş işlərin qarşılığında ödənildiyi bildirilməklə həmin vəsaitin dərhal iddiaçıya geri qaytarılması tələb olunmuşdur.

23. Halbuki tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2.2-ci bəndinə görə, işlərin qəbulu zamanı qüsurlar və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə akt tərtib edilir. Bu halda sifarişçi işlərin qüsurlu hissəsinin 15 gün ərzində yenidən görülməsini icraçıdan tələb edir. İcraçı işlərin qüsurlu hissəsinin yenidən görülməsindən imtina etdikdə sifarişçi bu müqaviləyə birtərəfli qaydada xitam verə və ya işlərin müvafiq hissəsinin dəyərini ödəməkdən imtina (işlərin dəyəri ödənildiyi halda isə ödənilmiş hissənin geri qaytarılmasını tələb) edə bilər.

24. Müqavilənin 4.3.5-ci bəndinə görə, təhvil verilən işlər bu müqavilənin keyfiyyət, həcm, ölçü və sairə dair şərtlərinə uyğun gəlmədikdə icraçıya bu barədə işlərin təhvil verildiyi tarixdən 180 gün müddətində bildiriş vermək sifarişçinin hüququdur.

25. Materiallarda olan təhvil aktlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş tikinti və təmir işlərinin nədən ibarət olması aktlarda ətraflı şəkildə qeyd edilmiş (görülmüş iş, onun həcmi, qiyməti, işçilik haqqı), həmin aktlar iddiaçı tərəfindən təsdiq edilmişdir. Həmin aktların mötəbərliyi (iddiaçının nümayəndələrinin imzaları və möhür) iddiaçı tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir.

26. İddiaçı və cavabdeh arasında tərtib edilmiş həmin aktlar üzrə cavabdehin təqdim etdiyi hesab-faktura və elektron qaimələr üzrə ümumilikdə 891.215,06 manat (ƏDV daxil olmaqla) vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmiş, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 255.401,33 manat avans iddiaçının tələbi ilə "xxxx" ASC tərəfindən bank qarantiyası üzrə iddiaçının bank hesabına köçürülmüşdür.

27. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmışdır ki, iddiaçı görülmüş işlərin müqaviləyə uyğun olmaması ilə bağlı müqavilədə nəzərdə tutulmuş müddətdə pret enziya verməmişdir. Materiallarda olan təhvil aktlarından görünür ki, görülmüş işlər iddiaçı tərəfindən 2021-ci il 26 aprel tarixindən hissə-hissə olmaqla 2022-ci il 8 avqust tarixinədək qəbul edilmişdir.

28. İddiaçı tərəfindən isə aktlarda göstərilən işlərin tam həcmdə görülməməsinə dair pretenziya məktubu 2023-cü il 15 fevral tarixində, işləri son dəfə təhvil aldığı tarixdən 6 ay 8 gün sonra təqdim olunmuşdur.

29. Bundan əlavə, iddiaçı tərəfindən müqavilənin 2.2-ci bəndinə əsasən ümumiyyətlə hər hansı akt tərtib edilməmişdir. Materiallardan görünür ki, işlər təhvil alındıqdan sonra sifarişçi (iddiaçı) tərəfindən işlərlə bağlı hər hansı pretenziya bildirilməmiş, hətta işləri təhvil aldıqdan sonra icraçıya (cavabdeh) ödəniş də etmişdir. Halbuki iddiaçının təhvil verilmiş işlərin müqavilə ş ərtlərinə uyğun olub-olmadığını, təhvil verilmiş malların qüsurlarını (gözdən keçirməklə görülə bilməyən qüsurlar istisna olmaqla) gözdən keçirməklə yoxlamaq və qüsurlar barədə bildiriş vermək imkanı olmuşdur.

30. Bundan əlavə, iddiaçı hətta cavabdehlə 2022-ci il 14 iyul, 2022-ci il 21 dekabr və 2023-cü il 25 yanvar tarixlərində podrat müqaviləsinə əlavə Sazişlər də imzalamışdır.

31. Beləliklə, iddiaçının cavabdeh tərəfindən görülmüş işləri və təhvil verilmiş malları hər hansı pretenziya bildirmədən qəbul etdikdən uzun müddət sonra ödənişi geri tələb etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) normalarına və müqavilə şərtlərinə uyğun olmadığından, iddia əsassız olmuşdur.

32. İddia tələbi 578,832 manat vəsaitin tutulması hissəsində əsassız olduğundan, iddiaçını n cavabdehdən 83.423,37 manat dəbbə pulunun tələb edilməsinə dair iddiası da əsassız olmuşdur.

33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 560.1, 752.1, 753.1, 765, 769 və 770-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 7 may tarixli 2-2(103)-318/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödə nilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir (sədrlik edən – T.Mahmudova, hakimlər – E.Həsənov və L.Əliyeva).

36. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin yerinə yetirilməsi zamanı aşkar olunan qüsurların mövcudluğunu sübutetmə yükü iddiaçının, işin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükü isə cavabdehin üzərinə düşmüşdür. Hazırkı halda iddiaçı cavabdehin qüsurlu iş görməsi nəticəsində zərəri tələb etmiş, bu baxımdan iddianın qanuni əsası kimi podrat müqaviləsi ilə bağlı MM-in 762 və 765-ci maddələri çıxış etmişdir.

37. MM-in 765-ci maddəsinin dispozisiya şərtlərinə əsasən sifarişçinin müqavilədən imtina etməsi və çəkdiyi xərcləri podratçıdan tələb edə bilməsi üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1. məmulat qüsurlu olmalı; 2. bu qüsur barəsində podra tçıya məlumat verilməklə, onun aradan qaldırılması üçün əlavə vaxt verilməli; 3. müəyyən olunan müddət ərzində qüsur tamamilə aradan qaldırılmamalıdır. Qanunun bu normasının 1-ci halının mövcudluğu MM-in 762-ci maddəsi ilə tənzimlənir. İstinad olunan normanın məzmunundan görünür ki, podrat müqaviləsi üzrə keyfiyyətin şərtləşdirilməsi məhz dispozitiv şərt olaraq tərəflərin üzərinə düşür. Əks təqdirdə qanunvericilik bununla bağlı ümumi qaydada tənzimləmə həyata keçirir.

38. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.2-ci bəndindən və müqaviləyə edilmiş 1 nömrəli əlavədən görünür ki, icraçı əlavədə göstərilmiş işləri ən yüksək standartlara uyğun yerinə yetirməlidir. İddiaçı işlərin məhz göstərilən keyfiyyətə uyğun olmaması ilə bağlı hər hansı dəlil təqdim etməmişdir.

39. Birinci instansiya m əhkəməsində icraat zamanı alınmış ekspertiza rəyində də görülmüş işlərin keyfiyyətinin müəyyən edilməsi mümkün olmamışdır və yalnız cavabdehin müqavilə və müqaviləyə əlavə üzrə smetada nəzərdə tutulan sayda tikinti materiallarından istifadə edilmədiyi göstərilmişdir. Smetada nəzərdə tutulan sayda tikinti materiallarından istifadə edilməməsi görülmüş işin qüsurlu olmasına dəlalət edə bilməz.

40. Eyni zamanda, iddiaçı cavabdehə bu qüsur barəsində məlumat verməmiş və birtərəfli qaydada görülmüş işlərin audit yoxlamasını həyata keçirmişdir. Kollegiya qəbul etmişdir ki, bir sıra hallarda podratçılar öz hüquqlarından sui-istifadə edərək, məsuliyyətdən yayınmaq məqsədilə qüsur aktının (və ona bərabər sübutetmə vasitələrini) tərtib olunmasından yayınmağa çalışır, lakin sifarişçilər bu halda vicdan lılıq prinsipinə uyğun olaraq, müxtəlif üsullarla qüsur aktının tərtib edilməsində podratçının iştirakını və ya ən azından məlumatlı olmasını təmin etməlidirlər. Hazırkı mübahisə üzrə belə bir hal müəyyən olunmadığından, məhkəmə iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş audit yoxlamasını təklikdə sübut kimi qiymətləndirə bilməz - əks yanaşma tərəflərin bərabərlik prinsipinin pozuntusuna gətirib çıxarardı.

41. Həmin yoxlama ilə bağlı kollegiya ona da qeyd etmişdir ki, iddiaçı sözügedən rəyi işləri təhvil-təslim etdikdən və müqavilə ilə nəzərdə tutulmuş 180 günlük pretenziya vermə müddətini ötürdükdən sonra tərtib etmişdir.

42. İddiaçı həmin təhvil-təslim aktlarının nümayəndələri tərəfindən imzalandığını təkzib etməmiş və bunu yalnız onunla əsaslandırmışdır ki, təhvil-təslim akt larını imzalayan nümayəndələri onun etimadından sui-istifadə edərək, hüquqazidd hərəkət etmişlər, bununla bağlı həmin işçilərə qarşı əmək qanunvericiliyi çərçivəsində iddia qaldırmışdır.

43. Kollegiya hesab etmişdir ki, həmin işçilərin iddiaçının etimadından sui-istifadə etməsi hazırkı icraat üzrə təhvil-təslim aktlarının mötəbərliyinin şübhə altına alınması üçün əsas ola bilməz. Belə ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır, onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edi lən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se - başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir).

44. Təsadüfi deyildir ki, MM-in bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin - rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir (448.3 və 456-cı maddələr). Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır.

45. Məhz bu baxımdan, iddiaçının işçilərinin onun etimadından su i-istifadə etməsi onu daxil olduğu kommersiya münasibətləri çərçivəsində məsuliyyətdən azad etməmişdir. Beləliklə, iddiaçı görülmüş işi özü təhvil-təslim aktını qəbul etməklə təsdiqləmişdir. Bundan sonra isə iddiaçı müqavilə üzrə müəyyən edilmiş müddət ərzində də pretenziya hüququnu həyata keçirməmiş, yalnız müqaviləyə birtərəfli qaydada xitam verdikdən 6 ay sonra işlərin keyfiyyətini yoxlamışdır. Başqa sözlə, tərəflər arasında bağlanmış müqavilədə iddiaçının 180 gün ərzində pretenziya hüququnu həyata keçirə bilməsi təsbit olunsa da, iddiaçı bu hüququndan istifadə etməmişdir. Odur ki, qüsurlarla bağlı tələb hüququ əmələ gələ bilməz.

46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 385.1, 404.1, 404.2, 425.1, 448.1, 448.3, 456, 752.1, 753.1, 762.1, 762.2, 763, 764, 765, 769, 770 və 773-cü, MPM-in 14.2, 77.1, 77.3 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

47. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın isə təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

48. MM-in 752.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi sözügedən normanı düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı və cavabdeh tərəfindən təhvil-təslim aktları imzalansa da, iddiaçı obyektiv səbəblərdən bu aktların əslində həqiqəti əks etdirmədiyini bilməmişdir. Yalnız sonradan mötəbər sübutlara (məhkəmədən qabaq iddiaçının daxili audit yoxlamasının nəticəsi olan arayışa, məhkəmə zamanı isə məhkəmə tərəfindən təyin edilən ekspertizanın nəticəsi olan ekspert rəyinə) əsasən iddiaçıya cavabdehi n öz öhdəliklərini tam yerinə yetirməməsi bəlli olmuşdur. Belə ki, cavabdeh müqavilədə qeyd olunandan fərqli materiallardan istifadə etmiş, müqavilədə qeyd ediləndən daha yüksək qiymətlə invoys (qaimə) tərtib edərək ödənişlər almış və ümumiyyətlə görülməmiş işlər üzrə belə invoys tərtib edərək ödənişlər almışdır. Bütün bunlar onu sübut edir ki, iddiaçı müvafiq podrat müqaviləsini müvafiq hüquqi məqsədə çatmaq üçün bağlasa da, yekunda bu məqsədə nəticəyə çatmamışdır.

49. MM-in 5.3, 385.1, 425 və 442-ci maddələri üzrə - Apellyasiya məhkəməsi sözügedən normaları düzgün tətbiq etməmişdir. Belə ki, işlərin görülməsinə dair təhviltəslim aktlarının mövcudluğu işlərin vicdanlı şəkildə görülüb-görülməməsini məhkəmə qaydasında mübahisələndirmək üçün maneə yaratmamalıdır. İddiaçı məhz bu hüququndan istifadə edərək pozulmuş maraqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmişdir. Belə ki, qanunvericiliyə əsasən cavabdeh öz üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirməli idi. Lakin işin faktiki halları isə bunun əksini müəyyən etmişdir. Belə ki, cavabdeh öz öhdəliklərini vicdanla yerinə yetirməmişdir. İşlərin görülmədən təhvil verilməsinə dair məhkəmələr tərəfindən formalaşmış təcrübələr iddiaçının yuxarıda qeyd etdiyi hallarda tam haqlı olduğunu ehtiva edir.

50. Ali Məhkəmənin podrat müqavilələrinə dair baxdığı bəzi işlər üzrə məhkəmə kollegiyalarının 2(102)-5633/2022 və 2(102)-5428/2022 nömrəli qərarlarında öz əksini tapan hüquqi mövqelərə nəzər yetirdikdə, apellyasiya məhkəməsinin bu xüsusda yanlışlığa yol verdiyi görünür.

51. Hazırkı mübahisə üzrə iş materiallarına baxdıqda b əlli olur ki, iddiaçının müvafiq təhvil-təslim prosesləri zamanı qüsurlardan xəbəri olmamış, bu hallar ona sonradan bəlli olmuş, bundan dərhal sonra isə iddiaçı öz hüquqlarını qorumaq üçün müvafiq addımlar atmışdır. Belə ki, işlərin qəbulu zamanı qüsurların və ya çatışmazlıqların aşkar edilməsiylə bağlı aktın tərtib olunmamasına səbəb iddiaçının müvafiq işçilərinin (X4 və X3) hüquqazidd hərəkətləri səbəb olmuşdur. Belə ki, iddiaçı müvafiq işçilərinin fəaliyyətinə etibar edərək etimad bəsləsə də, daha sonradan cavabdeh tərəfindən öz öhdəliklərini vicdanla yerinə yetirməməsi və lazımı vaxtda yerinə yetirməməsi barədə ilkin şübhələri meydana gəldikdən sonra daxili audit yoxlaması aparmışdır. Bu yoxlamanın nəticəsi olaraq aşkar edilmiş faktlar əsasında iddiaçı tərəfindən cavabdehə qarşı müvafi q məhkəmə prosedurlarına başladılmaqla paralel, artıq həmin vaxt iddiaçının işçiləri olmayan (bu faktlar aşkar edilməmişdən qabaq işdən ayrılan) müvafiq şəxslərə (X1 və X5) qarşı da qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədə iddia qaldırılmışdır.

52. Podrat müqavilələri üzrə təhvil-təslim aktlarının mövcudluğunun həmin aktların arxasında dayanan işlərin vicdanlı şəkildə görülüb-görülməməsini məhkəmə qaydasında mübahisələndirməyə maneə yaratmaması barədə oxşar hüquqi mövqelərə Rusiya Federasiyasının kommersiya (arbitraj) məhkəmələrinin təcrübəsində də rast gəlmək olar.

53. MM-in 15.2 və 448.2-ci maddələri üzrə - Apellyasiya məhkəməsi sözügedən normaları düzgün tətbiq etməmişdir. Belə ki, nə MM-də, nə də tərəflər arasında bağlanan müqavilədə iddiaçının məhkəməyə müraciət etmək hüquq unu məhdudlaşdıran və bu hüququ aradan qaldıran norma və müqavilə şərti nəzərdə tutulmamışdır. Bu o deməkdir ki, iddiaçı məhkəməyə müraciət edərkən haqlı olmuşdur. İddiaçının daxili audit rəyinin nəticəsi olan arayışına və məhkəmə tərəfindən təyin edilən ekspertizanın nəticəsi olan ekspert rəyinə əsasən şübhəsiz olaraq müəyyən edilən faktlar təhvil-təslim aktları olduğuna görə, məhkəmələr əsassız yanaşma sərgiləmiş, faktiki olaraq görülməyən işləri, lazımi keyfiyyətdə görülməyən işləri və hətta görülməyən işlərə görə ödənilmiş əlavə (təkrar) vəsaitləri haqlı hesab etmişdir. Bununla da cavabdehin qanunazidd və vicdansız olan davranışlarını legitimləşdirilmişdir. Həmçinin borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Bu o deməkd ir ki, tərəflər arasında olan müqavilənin heç bir bəndini cavabdehi məsuliyyətdən azad edən norma kimi şərh etmək olmaz. İddia rədd edilməklə faktiki olaraq cavabdeh məsuliyyətdən azad olunmuşdur.

54. MM-in 404.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi sözügedən normaları düzgün tətbiq etməmişdir. Belə ki, təhvil verilən işlərin müqavilənin keyfiyyət, həcm, ölçü və s. şərtlərinə uyğun gəlmədiyinə dair bu barədə işlərin təhvil verildiyi tarixdən 180 gün müddətində iddiaçı tərəfindən cavabdehə bildiriş (pretenziya) ona görə verilməmişdir ki, əvvəla, bu bildirişi vermək iddiaçının öhdəliyi deyil, hüququ olmuş (müqavilənin 4.3.5-ci bəndi), nəticədə bu hüququndan istifadə edib-etməmək iddiaçının seçimi olmuş, o cümlədən, iddiaçının mübahisənin əsasında dayanan problemlərdən ilkin olaraq xəbəri olmamış, iddiaçı bununla bağlı faktları və mötəbər sübutları daxili audit yoxlamasından sonra əldə etmiş, bu sübutları əldə edən kimi cavabdehə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi prosedurlara başlamışdır. Üstəlik iddiaçı müqaviləyə bu əsasla deyil, digər əsasla – müqavilənin 4.3.4-cü bəndinə istinad etməklə müqaviləyə xitam vermişdir.

55. Həmçinin apellyasiya məhkəməsinin qətnaməsində iddiaçı tərəfindən qanunvericilikdə göstərilmiş hansı müddətin ötürülməsi aydın şəkildə öz əksini tapmamışdır. Məhkəmə bu müddəti “pretenziya müddəti” adlandırsa da, bunun mülki hüquqi normalardan irəli gələrək hansı mahiyyəti daşıdığını, qanunvericilikdə nəzərdə tutulmuş hansı müddətlərə aid olduğunu aydın ifadə etməmişdir. Fərz edilsə ki, məhkəmə burada MM-də göstərilən iddia müddətləri ni nəzərdə tutmuşdur, onda qeyd etmək lazımdır ki, hətta belə olduğu təqdirdə də iddiaçı tərəfindən heç bir iddia müddətləri ötürülməmiş, əksinə, iddiaçı hüquqlarının pozulduğunu bildiyi andan dərhal qanunvericilikdə nəzərdə tutulmuş proseduralara (pretenziya, mediasiya) riayət etməklə məhkəməyə müraciət etmişdir. İddiaçının davranışının hüquqa uyğun olduğunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeləri də bir daha təsdiq edir. Belə ki, şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Bu hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarında öz əksini tapmışdır. Yuxarıda qeyd edilən bütün bu məlumatların (obyektiv səbəblərin) məhkəməyə məlum olmasına baxmayaraq, iddiaçı tərəfindən 180 günlük müddətə riayət edilməməsini məhkəmə yanlış təfsir etmişdir.

56. Bununla bağlı Ali Məhkəmənin podrat müqavilələrinə dair baxdığı bəzi işlər üzrə məhkəmə kollegiyalarının müvafiq qərarlarında öz əksini tapan hüquqi mövqelərə də nəzər yetirmək məqsədəmüvafiq olar (2(102)-3703/2024 nömrəli qərar və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktı olaraq Ali Məhkəmə tərəfindən üç ulduz fərqləndirici nişanı verilmiş 2(102)-4727/2023 nö mrəli qərar).

57. MM-in 390.1, 390.6 və 765-ci maddələri üzrə - Apellyasiya məhkəməsi sözügedən normaları düzgün tətbiq etməmişdir. Belə ki, MM-in 765-cı maddəsi imperativ deyil, dispozitiv xarakter daşıyır. Məhkəmə yanlışlığa yol verərək bu normanı imperativ hesab etmiş, bu normaya riayət etmədiyinə görə iddiaçının tələbini rədd etmişdir. Məhkəmə həmçinin bunu da nəzərə almamışdır ki, tərəflər arasında bağlanan müqavilədə ona xitam vermək üçün fərqli-fərqli normalar əks olunmuşdur və sifarişçi olan iddiaçı məhz həmin normalardan birinə istinad edərək müqaviləyə xitam vermişdir. Beləliklə, yuxarıda qeyd edilən maddi normalarının məhkəmələr tərəfindən düzgün tətbiq edilməməsi nəticəsində iddiaçının vəsaiti mənimsənilmiş, öhdəlikdə nəzərdə tutulan işlər görülmədən saxta təhvil-təslim aktları tərtib olunmaqla, dövlətin yüz minlərlə vəsaiti bu formada talan edilmişdir.

58. MPM-in 103.1 və 103.2-cü maddələri üzrə - Apellyasiya məhkəməsi sözügedən normaları düzgün tətbiq etməmişdir. Belə ki, qətnamədə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim olunan 2024-cü il 18 iyul tarixli rəyi lazımi qaydada tədqiq edilməmiş, həmin ekspert rəyinə dair iddiaçının münasibəti araşdırılmamışdır. Halbuki iddiaçı həmin ekspert rəyi ilə qismən razı olmuş, razı olduğu məqamlara əsaslanaraq iddia tələbinin həcmini artırmışdır. Sözügedən ekspert rəyində müəyyən edilmişdir ki, podratçı tərəfindən yerində görülmüş işlərin ƏDV daxil ümumi cəm məbləği 571.062,72 manat olmuşdur. İş materiallarına baxdıqda isə mübahisəsiz olaraq bəlli olur ki, iddiaçı tərəfindən podratçı cavabd ehə ƏDV daxil 1.146,617 manat vəsait ödənmişdir. Sadə riyazi hesablamalar ilə baxıldıqda görülmüş işlər və ödənilmiş məbləğlər arasında böyük fərqin olduğu bəlli olur. Hesab edilsə ki, görülən işlərin təhvil-təsliminə dair aktlar var və bu aktlar üzrə görülən işlərlə real (binada görülmüş iş vizual şəkildə öz əksini tapır) görülən işləri aydın fərqləndirmək mümkün olduğu halda, real vəziyyətin nəzərə alınmaması yolverilməzdir. Beləliklə, bu faktlar sözügedən təhvil-təslim aktlarının mötəbər olmadığını bir daha sübut edir.

59. Təhvil-təslim aktlarının imzalanması zamanı obyektiv səbəblərdən heç bir etirazın bildirilməməsi, lakin daha sonradan ekspert rəyi ilə həmin aktlarda əks olunan işlərin görülməməsi barədə sifarişçilərin irəli sürdüyü mövqelərinin haqlı olmasını, məhkəmələrin ekspert rəyini ətraflı təhlil etməli olduqlarını təsdiq edən hüquqi yanaşmalar Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli 2-2(102)-76/2022 nömrəli Qərarında təsbit edilmişdir.

60. MPM-in 77.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi sözügedən normanı düzgün tətbiq etməmişdir. Belə ki, qətnamədə işin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükünün cavabdehin üzərinə düşməsi qeyd edilmişdir. Bunun əksinə olaraq, iş materiallarına baxdıqda isə bəlli olur ki, cavabdeh işlərin icrasının qüsursuz olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə də öz növbəsində nə bu məsələni araşdırmış, nə də cavabdehdən sübutlar tələb etməmişdir.

61. Bu hallara oxşar məhkəmə təcrübəsi olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 25-ci il 16 may tarixli 2(102)-1064/2025 nömrəli Qərarında öz əksini tapan hüquqi mövqeyə əsasən, sözügedən mübahisələrdə podratçılar əgər işləri qüsursuz gördüklərini iddia edirlərsə bunları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməlidirlər, belə mötəbər sübutlar təqdim edilməyibsə, işlərin qüsursuz görülməsi öz təsdiqini tapmır.

62. MPM-in 81, 88, 217.1, 217.3 və 217.4-cü maddələri üzrə - Apellyasiya məhkəməsi sözügedən normaları düzgün tətbiq etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış olan təhvil-təslim aktlarının mövcudluğu həmin aktların arxasında dayanan işlərin həqiqətən görülüb-görülməməsini qeyd-şərtsiz sübut edən mötəbər sübut qismində çıxış etmir. Ona görə də iddiaçı bu aktların arxasında dayanan işlər ilə bağlı daxili audit yoxlamasının nəticəsi olan audit aray ışını (2023-cü il 3 may tarixli) təqdim etmiş və daha sonradan bu aktların arxasında dayanan işlərin görülüb-görülməməsini müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və həmin ekspert rəyinə əsasən da bu işlərin əksər hissəsinin görülməməsi müəyyən edilmişdir. Bunun əksinə olaraq isə məhkəmə cavabdehin üzərinə düşən öhdəliklərini tam icra edib-etməməsini lazımınca araşdırmamış və cavabdehin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşıması barədə qənaətini kifayət qədər əsaslandırmamışdır.

63. İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh tərəfindən müqavilədə qeyd olunandan fərqli materiallardan istifadə edilməsinə, bəzi işlərin görülməməsinə, bəzi işlərin lazımi qaydada görülməməsinə, o cümlədən bəzi hallarda müqavilədə qeyd olunandan daha yüks ək qiymətlə invoys tərtib edilərək cavabdeh tərəfindən ödənişlər alınmasına, bəzi hallarda isə ümumiyyətlə görülməmiş işlər üzrə invoys tərtib edilərək ödənişlər alınmasına istinad etmiş, bununla bağlı sübutları (sənədləri, cədvəlləri) məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə ümumiyyətlə iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmayan artıq və təkrar edilmiş ödənişlərə dair münasibət bildirməmişdir.

64. Vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktı olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən üç ulduz fərqləndirici nişanı verilmiş 2(102)-789/2025 nömrəli qərarında qeyd olunan məsələ ilə bağlı vahid təcrübə formalaşdırılmışdır. Həmçinin iddianın tam əsaslı olmasını Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1064/2025 nömrəli Qərarı nda əksini tapan hüquqi mövqe də təsdiq edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

65. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

66. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

67. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istin ad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

68. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi... 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur....” “Maddə

765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı m üqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.” “Maddə

776. Podrat müqaviləsi üzrə iddia müddəti... 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.”

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli qərarında qeyd edilmişdir ki: “Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əks ini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarı).”

70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

72. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçının vəsatəti əsasında mühəndis-texniki ekspertizası təyin etmiş, ekspert öz rəyində onun qarşısında qoyulmuş 6 sualdan yalnız üçünü cavablandırmış, iddiaçı aparılmış tədqiqatdan narazı qalaraq əlavə ekspertizanın təyin olunması barədə əsaslandırılmış vəsatət təqdim etmiş, vəsatəti zərurət olmaması səbəbindən təmin etməyən birinci instans iya məhkəməsi ekspertiza rəyinə ümumiyyətlə qiymət verməmişdir.

73. İddiaçının, işlərin keyfiyyətə uyğun olmaması ilə bağlı hər hansı dəlil təqdim etmədiyini bildirən apellyasiya instansiyası məhkəməsinin isə sözügedən ekspert rəyi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspertiza rəyində də görülmüş işlərin keyfiyyətinin müəyyən edilməsi mümkün olmamışdır və yalnız cavabdehin müqavilə və müqaviləyə əlavə üzrə smetada nəzərdə tutulan sayda tikinti materiallarından istifadə edilmədiyi göstərilmişdir. Smetada nəzərdə tutulan sayda tikinti materiallarından istifadə edilməməsi görülmüş işin qüsurlu olmasına dəlalət edə bilməz.

74. Məhkəmə kollegiyası həmin mövqeni aşağıdakılara görə qanuni və əsaslı hesab etmir.

75. Ekspert rəyinin təd qiqat hissəsində görülmüş işlərin müqavilədə göstərilən qiymətlərə əsasən, işlərin ümumi dəyərinin 571.062,72 manat, real ümumi dəyərinin 986.903,15 manat müəyyən edildiyi qeyd olunmuşdur (İ cild, i/v 57).

76. Əvvəla, faktlar üzrə işə baxan məhkəmələr ekspert rəyinə lazımi qaydada qiymət verməmiş (MPM-in 103.1-ci maddəsi – bax § 70), rəyə əsasən görülmüş işlərin dəyərinin nə qədər olmasına hər hansı konkret münasibət bildirməmişlər.

77. İkincisi və ən əsası isə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasında bağlanmış 2021-ci il 17 may tarixli podrat müqaviləsinə edilmiş müvafiq dəyişikliklərə əsasən, yekun olaraq 2023-cü il 25 fevral tarixinədək tam həcmdə və lazımi keyfiyyətdə sifarişçiyə təhvil verilməli işlərin dəyəri 1.610.937,77 təşkil etmişdi r. 2023-cü il 19 yanvar tarixində işlərin görülməsi iddiaçının təşəbbüsü ilə dayandırılmış, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2023-cü il 28 fevral tarixli bildirişlə podrat müqaviləsinin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildiyi göstərilmişdir.

78. Beləliklə, ekspert rəyində müəyyən edilmiş 986.903,15 manat - ən böyük rəqəm əsas götürülsə belə, görülən işlərin nəzərdə tutulandan 624.034,62 manat az olduğu aşkar görünür (1.610.937,77 - 986.903,15). Yəni işlərin, müddətin başa çatmasından təqribən bir ay əvvəl (2023-cü il 19 yanvar tarixində) dayandırılmasına baxmayaraq, 2021-ci il 17 may tarixli podrat müqaviləsi bağlandıqdan sonra təqribən 1 il 7 ay ərzində faktiki görülmüş işlərin həcmi nəzərdə tutulan işlərin cəmi 61,3 %-ni təşkil etmişdir.

79. Ekspert rəyi ilə müqaviləd ə göstərilən qiymətlər əsasında müəyyən edilən 571.062,72 manatın əsas götürüləcəyi halda isə həmin faiz nisbəti cəmi 35,4 % olacaqdır.

80. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, podrat müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1.146.616,39 manat vəsait ödənilmiş, avans məbləğ (255.401,33 manat) qarantiya öhdəliyi qaydasında sifarişçiyə geri qaytarılmışdır. Beləliklə sifarişçinin podratçıda qalan məbləğinin, cəmi 891.215,06 manat olduğu (1.146.616,39 - 255.401,33) iş materiallarından görünməkdədir.

81. MM-in 762.3-cü maddəsinin (bax § 68) məzmununa görə, podratçının podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

82. MM-in 765-ci maddəsində (bax § 68) isə sifarişçi yə podrat müqaviləsindən imtina etmək və müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçidən almaq hüquqları verilmişdir.

83. Göründüyü kimi, qanun işlərin yarımçıq yerinə yetirilməsini qüsurlu icra hesab edir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ekspert rəyindəki sözügedən xüsusatlara qiymət verməmiş, istinad olunan normalarının hazırkı mübahisəyə əlaqəli şəkildə tətbiqi imkanlarını dəyərləndirməmişdir.

84. Həmin qeyri-müəyyənlik səbəbindən isə görülən işlərin dəyərinin konkret olaraq nə qədər olması və həmin işlərin sifarişçi tərəfindən faktiki ödənilmiş məbləğdən az olubolmaması barədə hazırda birmənalı nəticəyə gəlmək olmur.

85. Belə ki, natamam görülmüş iş özü qüsurlu icradır. Belə olan halda, muzdunu tam alıb işi isə yarımçıq yerinə yetirmiş podratçının həmin haqqı tam şəkildə özündə saxlamasının hüquqi əsası yoxdur. İddiaçı da məhz cavabdehin qüsurlu iş görməsi nəticəsində çəkdiyi zərəri tələb edir. Odur ki, hazırkı iddia təmin olunacağı təqdirdə qüsurlu, yəni natamam işə görə ödənilmiş muzd müvafiq hissədə sifarişçiyə geri qaytarılmalıdır.

86. Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafi əsi hüququna təsir göstərən müddəalar olmamalıdır (bax § 69).

87. Bundan başqa, işdə olan təhvil-təslim aktlarını mötəbər sübut kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı görülmüş işi özü təhviltəslim aktını qəbul etməklə təsdiqləmişdir.

88. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, heç bir sübutun, o cümlədən təhvil-təslim aktlarının, yaxud ekspert rəyinin məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci maddəsi – bax § 70). Məhkəmə yalnız sübutların hamısına əlaqəli şəkildə qiymət verdikdən sonra iş üzrə düzgün nəticəyə gələ bilər.

89. Baxılan işdə isə faktiki ödənilmiş muzd müqabilində işlərin əksik, yəni qüsurlu görülməsi hazırda istisna deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, məhkəmənin özünün təyin etdiyi eks pert rəyi ilə müəyyən edilmiş qiymətlərə işə faktiki hallar üzrə baxan məhkəmələr hələ qiymət verməmişlər. Belə olan təqdirdə isə təhvil-təslim aktlarının, iddianın əsassızlığını birmənalı şəkildə təsdiq edən sübut kimi dəyərləndirilməsi prosessual qanunun imperativ göstərişlərinə ziddir.

90. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında bağlanmış müqavilədə iddiaçının 180 gün ərzində pretenziya hüququnu həyata keçirə bilməsi təsbit olunsa da, iddiaçının bu hüququndan istifadə etməməsi səbəbindən qüsurlarla bağlı tələb hüququnun əmələ gələ bilmədiyinə dair mövqeyi ilə də razılaşmır.

91. Belə ki, MM-in 776.2-ci maddəsinə (bax § 68) görə, əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.

92. Hazırkı halda işdən məlum olur ki, yuxarıda qeyd olunduğu kimi, müqaviləyə edilmiş son dəyişikliklərdən sonra işlər 2023-cü il 25 fevral tarixində tam təhvil verilməli idi.

93. Göründüyü kimi, eyni obyektdə aparılmalı təmir işləri 2023-cü il 25 fevral tarixində bitməli idi, lakin işlər, ən azından, 2023-cü il 19 yanvar tarixində sifarişçi tərəfindən dayandırılanadək davam etmişdir.

94. Belə olan təqdirdə, apellyasiya instansiyası məhkəməsi MM-in 776.2-ci maddəsinin məzmununa istinadən, tərəflər arasında imzalanmış təhvil-təslim aktlarının mahiyyət etibarilə işlərin hissə-hissə qəbulunu nəzərdə tutub-tutmamasına, yəni həmin təhvil-təslim aktlarının aralıq və ya yekun təhvil-təslim aktları olub-olmamasına, eləcə də 180 günlük pretenziya müddətinin ötürülüb-öt ürülməməsinə qiymət verməli idi.

95. Odur ki, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin məsələyə aydınlıq gətirmədən iddiaçının 180 günlük pretenziya hüququndan istifadə etməməsi səbəbindən qüsurlarla bağlı tələb hüququnun əmələ gələ bilmədiyinə dair məhkəmənin mövqeyi qanuna uyğun hesab edilə bilməz.

96. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin tələblərini (bax § 70) pozmuş, qanunu düzgün tətbiq etməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax § 70) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

97. Bununla belə, aydınlaşdırılmalı olan xüsusatlar işin faktiki halları ilə bağlı olduğundan hazırkı kassasiya icraatında onlara hüquqi qiymət verilməsi qeyri-mümkündür.

98. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 7 may tarixli 2-2(103)-318/2025 nömrəli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

99. Yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən: 1) podratçı tərəfindən faktiki görülən işlərin dəyərinin konkret olaraq nə qədər olması və həmin işlərin sifarişçi tərəfindən faktiki ödənilmiş məbləğdən az olub-olmaması (sifarişçiyə geri qaytarılmış avans məbləği də nəzərə alınmaqla) ekspert rəyi və işdə olan digər sübutlarla əlaqəli şəkildə dəqiq müəyyən etsin; 2) araşdırmanın nəticəsinə u yğun olaraq MM-in 762.3 və 765-ci maddələrinin hazırkı mübahisəyə əlaqəli şəkildə tətbiqi imkanlarını dəyərləndirsin; 3) MM-in 776.2-ci maddəsini tətbiq etməklə, tərəflər arasında imzalanmış təhvil-təslim aktlarının mahiyyət etibarilə işlərin hissə-hissə qəbulunu nəzərdə tutubtutmamasına, yəni həmin təhvil-təslim aktlarının aralıq və ya yekun təhvil-təslim aktları olub-olmamasına, eləcə də iddiaçının müqavilə üzrə 180 günlük pretenziya müddətini ötürüb-ötürməməsinə qiymət versin, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

100. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 7 may t arixli 2-2(103)-318/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar