Məhkəmə qərarları › İş №2-2(102)-566/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-566/2023

01.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-566/2023 01.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, distribüter, möhürün həqiqiliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*23-cü il 5 iyun tarixli 2-2(1*4)26/2*23 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışd ır. I. İŞİN HALLARİ 1. 2*18-ci il 3 yanvar tarixli “Malların satışı üzrə distributora hüquqların verilməsinə dair” HGC GD **2/2*18 nömrəli müqavilənin surətindən görünür ki, istehsalçı "xxxx" MMC (indiki adı Cavabdeh MMC) özünün istehsal etdiyi və müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən sement məhsullarını satmaq hüququnu distributora verməyi, distributor İddiaçı isə istehsalçının istehsal etdiyi malların satışını (bu malların ticarət nişanı və markasını tətbiq etməklə) təşkil etməyi və istehsalçıdan təchiz edilən malların ödənişini müqavilənin müvafiq şərtlərinə əsasən istehsalçının hesabına ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqaviləyə 2*18-ci il 2 avqust tarixli Əlavənin sürətindən görünür ki, müqavilənin 5-ci bəndinə əlavə edilmiş 5.5-ci yarımbəndə görə, “d istributor” il ərzində 1 (bir) milyon manatdan artıq satış reallaşdırsa, satılmış məhsulların dəyərinin 5 faiz məbləği bonus kimi “istehsalçı” tərəfindən hesablanaraq, növbəti ilin birinci ayında distributora geri ödənilir. Həmin Əlavənin 2-ci bəndinə əsasən, bu əlavə 2*18-ci il 3 yanvar tarixdən qüvvəyə minir. 3. 2*17-ci il 21 aprel tarixli QSZP 58/*417 nömrəli podrat müqaviləsindən görünür ki, bir tərəfdən sifarişçi olaraq "xxxx" MMC ilə digər tərəfdən podratçı adlandırılacaq "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən podratçı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən işləri yerinə yetirməyi, başa çatdırmağı, sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işlərin müqabilində razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götü rür. Həmin xidmətlər kimi: istehsal olunan kisə sementin yük avtomobillərinə və vaqonlara yüklənməsi, istehsal olunan açıq sementin yük avtomobillərinə və vaqonlara yüklənməsi, yüklənmə sahəsinin yük vurmadan əvvəl və sonra təmizlənməsi, paletləmə işinin həyata keçirilməsi, palet-taxta sexində sıradan çıxmış paddonların təmiri-bərpa işləridir. Müqavilənin 4-cü bəndinə əsasən sifarişçinin öhdəliklərinə iş günü ərzində podratçının işçilərinin yeməklə, inşaat sahəsində lazım olan geyim forması və fərdi mühafizə vasitələri ilə, əl alətləri və bütün zəruri ləvazimatlarla təmin edilməsi aiddir. Həmin müqavilənin 4.2.3-cü bəndinə əsasən sifarişçi müqavilənin 1.1-ci bəndində göstərilən işlərin yerinə yetirilməsi, işlərdə aşkar edilmiş qüsurların və çatışmazlıqların aradan qaldırılması üçün bütün r esursları, işçi qüvvəsini, alətləri, avadanlıqları, materialları, texnikaları və sairə ehtiyac və tələbatları öz hesabına vaxtlı-vaxtında təmin edir. 4. 2*17-ci il 1 may tarixli QSZX 64/*517 nömrəli xidmət müqaviləsindən görünür ki, bir tərəfdən sifarişçi olaraq "xxxx" MMC ilə digər tərəfdən icraçı adlandırılacaq "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin tapşırığı əsasında bütün işçilərini, qonaqlarını hər iş günü sifarişçi ilə əvvəlcədən razılaşdırılmış qaydada, menyu çərçivəsində, vaxtda və keyfiyyətdə kompleks səhər, nahar və şam yeməyi ilə təmin etməyi, sifarişçi bu xidmətlər müqabilində icraçıya müvafiq haqq ödəməyi öhdəsinə götürür. 5. 2*19-cu il 17 aprel tarixli üzləşmə aktında "xxxx" MMC-nin İddiaçı-yə 173.753,82 manat qalıq borcunun olduğu qeyd e dilmişdir.

6. İddiaçı "xxxx" MMC-yə 2*2*-ci il 1* sentyabr tarixli pretenziya göndərərək 3 iş günü ərzində 387.958,69 manat borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun, faizlərin və cərimənin tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. Cavabdeh MMC (bundan sonra – “cavabdeh”) 2*2*-ci il 4 avqust tarixli iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək 2*18-ci il 3 yanvar tarixli HGC GD **2\18 saylı müqavilə üzrə İddiaçı-dən 467.289,28 manat qalıq borcun, həmin borcun gecikdirilməsinə görə illik beş faizin, yəni 37.381,84 manatın və ödənilmiş 3* manat dövlət rüsumunun, cəmi 5*4.7*1,12 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul olunmas ını xahiş etmişdir.

8. İddiaçı (bundan sonra – “iddiaçı”) 2*2*-ci il 31 avqust tarixində cavabdehə qarşı qarşılıqlı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 337.*62,29 manat qalıq borcun, həmin borcun gecikdirilməsinə görə 8.5 faiz, yəni 5*.896,4* manat və 3* manat dövlət rüsumu olmaqla, cəmi 387.988,69 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Daha sonra iddiaçı 2*21-ci il 17 iyun tarixində iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən 3*7.965,51 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələblərinə bir yerdə baxılması mümkün hesab edilmədiyindən Gəncə Kommersiya Məhkəməsinin 2*21-ci il 23 apre l tarixli e-2-2(115)-43/2*21 saylı qərardadı ilə cavabdehin iddia tələbi ayrıca icraata ayrılmışdır.

11. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisələr arasında mövcud olan bir neçə müqavilə üzrə cavabdehin iddiaçıya 2*19-cu il 1 yanvar tarixinə 337.*62,29 manat borcu mövcud olduğu təqdirdə, cavabdeh həmin borcun ödənilməsindən və ya qarşılıqlı əvəzləşdirilməsindən imtina edərək, əsassız olaraq iddiaçıdan 467.289,28 manat tələb edir.

12. Belə ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 2*17-ci il 1 may tarixli QSZX 64\*517 saylı “Xidmət müqaviləsi” və 2*17-ci il 21 aprel tarixli QSZP 58X*417 saylı “Podrat müqaviləsi” üzrə tərəflərin 2*19-cu il 1 yanvar tarixinə tərtib etdiyi üzləşmə aktına əsasən mövcud qalıq borcu 173.753,82 manat təşkil edir ki, buna dair də cavabdehi n direktoru Vüqar Süleymanov və o zamankı maliyyə şöbəsinin rəisi Ruslan Süleymanov üzləşmə aktına imza edərək borcu təsdiq etmişlər.

13. Bununla yanaşı, tərəflər arasında imzalanmış 2*18-ci il 3 yanvar tarixli HGC GD **2X18 saylı müqavilənin 5.5-ci bəndinə əsasən “Distributor”, yəni iddiaçı il ərzində 1 (bir) milyon manatdan artıq satış reallaşdırarsa, məhsulların dəyərinin 5 (beş) % məbləği bonus kimi istehsalçı tərəfindən hesablanaraq növbəti ilin birinci ayında “Distributor”a geri ödənilməlidir. 2*18-ci il ərzində iddiaçı cavabdehin 3.245.269,36 manat məbləğində məhsulunu satmış və bunun müqabilində 162.263,47 manat miqdarında bonus məbləği 2*19-cu il 31 yanvar tarixinədək iddiaçının hesabına ödənilməli idi. Eyni zamanda, 2*18-ci il ərzində zavod uduş kartları sistemi tətbiq etməklə ki sələrin içərisindən çıxmış uduş kartlarını qəbul etməklə həmin vəsaitin “Distributor”in hesabına ödənilməsini təmin etməli idi. 2*18-ci il üzrə iddiaçı tərəfindən həyata keçirilmiş satışlardan 1.*45 manatlıq uduş kartları toplanaraq qarşı tərəfə təqdim edilməsinə baxmayaraq, cavabdeh toplanmış 1.*45 manatlıq kartı qəbul etməkdən imtina etmişdir. Ümumiyyətlə, qarşı tərəfə mövcud olan borcların əvəzləşdirilməsinə dair dəfələrlə təklif irəli sürülsə də, hər hansı bir dəlil gətirilmədən əvəzləşdirilmələrin aparılmasından imtina edilmişdir.

14. Cavabdeh 2*21-ci il 8 iyul tarixində iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı məhkəməyə əsli olmayan, kserosurətdən ibarət 2*19-cu il 17 aprel tarixli üzləşmə aktı təqdim etmişdir. Həmin surətdə cavabdehin 173.753,82 manat borc un olması qeyd edilmişdir. Eyni zamanda, xidmətlərin təhvil-təslimini təşkil edən aktların əsli də məhkəməyə təqdim edilməmişdir. Belə ki, 2*17-ci il 1 may tarixli QSZX 64/*517 saylı xidmət müqaviləsinin 2.4-cü bəndinə əsasən, “bu müqavilə üzrə ödəmələr, zavodun yeməkxana girişində quraşdırılmış turniketdən keçərkən işçilərin xüsusi kartdan istifadə etməsi ilə aparılmış qeydiyyatın nəticələri əsasında, müqavilənin icrasına başlanıldığı gündən etibarən hər ay üçün tərtib olunacaq təhvil-təslim aktına müvafiq olaraq həyata keçirilir. Təhvil-təslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən ödəniş həyata keçirilir”. İddiaçı işlərin görülüb təhvil verilməsini təsdiq edən aktları, əsası olmayan mülahizələrlə borc məbləğinin mövcudluğunu bildirməklə hər hansı təsdiqedici sənəd təqdim etməmişd ir.

15. Məhkəməyə təqdim edilmiş 2*18-ci il 19 sentyabr tarixli aktın surətindən görünür ki, əvvəlki rəhbərlik tərəfindən faktiki olaraq 2 möhürün təhvil verilmişdir. 3-cü möhürün idarə heyətinin digər üzvünə verildiyi qeyd olunsa da, həmin təhvil aktı təqdim edilməmişdir. Buradan görünür ki, 3-cü möhürün mövcudluğu tam təsdiqini tapmamışdır. Cavabdehə məxsus möhürlərin eskizi eyni görünüşlü olur. Lakin iddiaçının təqdim etdiyi 5 saylı əlavədən, orada əks olunmuş cavabdehin adı ilə vurulmuş möhürün eskizinin fərqli olduğu görünür.

16. Həmçinin distributor hüquqlarının verilməsi barədə 2*18-ci il 3 yanvar tarixli müqaviləyə sonradan edilmiş 2*18-ci il 2 avqust tarixli 5 saylı Əlavə ilə il ərzində distributor tərəfindən 1 milyon manatdan artıq satış reallaşdırılarsa, aparılmış satış həcmin in 5 faiz miqdarında bonus məbləğinin hesablanaraq distributora ödənilməsi qeyd edilmişdir. Həmin Əlavənin 3-cü bəndində onun 2*18-ci il 3 yanvar tarixindən qüvvəyə minməsi və 2*18-ci il 3 yanvar tarixli HGC GD **2/18 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olması qeyd edilmişdir.

17. Gəncə Kommersiya Məhkəməsinin 2*21-ci il 9 iyul tarixli 2-2(115)-458/2*21 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 173.753,46 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – K.Vəliyev).

18. Birinci instansiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında 2*17-ci il 21 aprel tarixli və 2*17-ci il 1 may tarixli müqavilələr üzrə, həmçinin cavabdehin üzləşmə aktı ilə etiraf etdiyi 173.753,82 manat borcun olması təsdiqini tapdığından iddia tələbinin qalıq borc qismində olan 173.753,82 manat hissəsi əsaslıdır.

19. Məhkəmə iddia tələbinin satılmış məhsulların dəyərinin 5%-nin, yəni 9*.594,6* manat vəsaitin istehsalçı tərəfindən distributora geri qaytarılması hissəsini əsaslı saymamışdır. İddiaçının tələbinin sözügedən hissəsini əsaslandırdığı 2*18-ci il 3 yanvar tarixli müqaviləyə olan 2*18-ci il 2 avqust tarixli 5 saylı Əlavənin tarixi 2*18-ci il 2 avqust göstərilməsinə baxmayaraq, 2*18-ci il 3 yanvar tarixdən qüvvəyə minməsi qeyd edilmişdir. Göründüyü kimi, onun qüvvəsi geriyə şamil edilmişdir. Bu isə mülki qanunvericiliyə zidd, həmin əlavəyə qədər icra olunanların tələb edilməsi əsassızdır.

20. Bundan başqa, müqaviləyə əlavənin Qazax rayonunda bağlandığı göstərilmişdir. Bununla belə, iş materiallarında ol an korporativ tarif müqaviləsindən göründüyü kimi cavabdeh və “X4 Company” MMC arasında 2*18-ci il 2 avqust tarixində müqavilə bağlanmışdır. Hər iki sənəd cavabdehi təmsil edən şəxs kimi Şahid tərəfindən imzalanmışdır. Göründüyü kimi, eyni gündə həm Bakı şəhərində, həm də Qazax rayonunda bir şəxs tərəfindən iki sənədin imzalandığı aşkara çıxmışdır. Lakin sənədlərdəki möhürlərin ingilis dilində olan yazılışları fərqlidir. Şahid məhkəmə iclasında şahid kimi ifadə verərkən bu məsələni belə izah etmişdir ki, Bakı şəhərində bağlandığı göstərilən müqavilə həmin gün deyil, bir neçə gün sonra Qazaxda imzalamış, 5 saylı əlavə də Qazax rayonunda imzalanmışdır. Möhürlər arasında fərq olmuş olsa belə, o, möhürdəki xırda hərfləri yaxın məsafədən və ya xüsusi cihazla oxumağa borclu olmamış, möhürlərdəki yazı fərqlərini görməmişdir. Məhkəmə şahid ifadəsini tam dolğun və inandırıcı olmayan hesab etməklə müqaviləyə 5 saylı Əlavəyə vurulmuş möhürün hazırda mövcud olmamasının və möhürün əvəz edilməsi ilə bağlı hər hansı sənəd təqdim olunmamasının həmin möhürlə təsdiq olunmuş sənədin sübut kimi mötəbərliyini azaltdığını göstərmişdir.

21. Məhkəmə iddia tələbinin gecikmə faizləri üzrə hesablanmış 43.617.45 manat hissəsi üzrə qeyd etmişdir ki, bu tələb əsas tələbə olan əlavə tələbdir. Əsas tələbin 9*.594,6* manat hissəsi əsassız sayıldığından, əlavə tələb əsaslı sayıla bilməz. Bundan başqa, bank uçot dərəcəsinə uyğun əlavə faizlərin ödənilməli olması barədə müddəaya müqavilədə rast gəlinmir. İddiaçı 43.617,45 manatın müddət baxımından hesablanmaqla yaranma mənbəyi barədə sübutları məhkəməyə təqdi m etməmişdir.

22. Məhkəmə bu qənaətini MM-in 385.1, 39*.1, 399.1, 424.4, 448.2, 449.1, 752.1, 769, 77*-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. İddiaçı tərəfindən 2*21-ci il 2 avqust tarixində apellyasiya şikayəti verilərək, həmin qətnamənin iddia tələbinin rədd edildiyi hissədə ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir.

24. Cavabdeh 2*21-ci il 9 avqust tarixində apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin qismən təmin edildiyi hissədə ləğv, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*21-ci il 1* noyabr tarixli 2-2(1*4)-196/2*21 saylı qətnam əsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, ləğv edilmiş hissədə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul olunmuş, cavabdehdən satılmış ümumi həcmin 5 % miqdarında – (1.8*9.963,42 x 5%) 9*.498,17 manat və 2*19-2*21-ci illər üçün ödənilməmiş məbləğin gecikdirilməsinə görə illik 5 %-lə hesablanan 31.93*,4* manat, ümumilikdə 296.182,*3 manat pulun alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).

26. Apellyasiya instansiyası məhkəməsi işin bir inci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 2*17-ci il 1 may tarixli QSZX 64/*517 saylı “Xidmət müqaviləsi” və 2*17-ci il 21 aprel tarixli QSZP 58X*417 saylı “Podrat müqaviləsi” üzrə 2*19-cu il 1 yanvar tarixinə tərəflərin tərtib etdiyi üzləşmə aktına əsasən mövcud qalıq borcu 173.753,82 manat təşkil edir ki, buna dair də cavabdehin direktoru Vüqar Süleymanov və o zamankı maliyyə şöbəsinin rəisi Ruslan Süleymanov üzləşmə aktına imza edərək borcu təsdiq etmiş, üzləşmə aktı cavabdehin mühasibi tərəfindən “e-mail” vasitəsi ilə 2*19-cu il 18 aprel tarixdə iddiaçıya göndərilmişdir. Qeyd olunan xidmət və podrat müqavilələrinə əsasən cavabdehin iddiaçıya olan borcunun 173.753,82 manat təşkil etdiyi işdəki vergi hesab fakturası və ödəniş sənədləri ilə də təsdiq olunur.

27. Bununla yanaşı, tərəflər arasında imzalanmış 2*18-ci il 3 yanvar tarixli HGC GD **2X18 saylı müqavilənin 5.5-ci bəndinə əsasən “Distributor”, yəni iddiaçı il ərzində 1 (bir) milyon manatdan artıq satış reallaşdırarsa, məhsulların dəyərinin 5% məbləği bonus kimi istehsalçı tərəfindən hesablanaraq növbəti ilin birinci ayında “Distributor”a geri ödənilməlidir. 28. 2*18-ci il ərzində iddiaçı cavabdehin 1.8*9.983,42 manat məbləğində məhsullarını almış və bunun müqabilində 9*.498,17 (1.8*9.983,42 manat x 5%) manat miqdarında bonus məbləği 2*19-cu il 31 yanvar tarixinə qədər iddiaçının hesabına ödənilməli idi. Lakin cavabdeh tərəfindən yuxarıda qeyd olunan “Xidmət müqaviləsi” üzrə 173.753,82 manat yaranmış borc, həmçinin iddiaçı tərəfindən satılmış 1.8*9.983,42 manat məbləğində məhsullara görə hesablanan 9*.498,17 manat məbləğində bonus iddiaçıya ödənilməmiş, ona görə iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır.

29. Cavabdeh tərəf həmin Əlavədəki möhürün cavabdehə məxsus olmadığını bildirmiş olsa da, göstərilən müqavilənin bağlandığı dövrdə, yəni 2*18-ci il 2 avqust tarixində cavabdehin İdarə heyətinin sədri olmuş Şahid birinci instansiya məhkəməsində dindirilmiş, sonuncu ifadəsində 2*18-ci il 2 avqust tarixli “Malların satışı üzrə distributor hüquqlarının verilməsinə dair” 2*18-ci il 3 yanvar tarixli müqaviləyə 5-ci Əlavənin onun tərəfindən imza edildiyini, cavabdehin üç möhürünün olduğunu, həmin möhürlərdən birisinin onda olmaqla, müqaviləyə Əlavədəki möhürün köməkçisi tərəfi ndən vurulduğunu, sonradan özündə olan möhürü Bakı şəhərinə gətirərək təhvil verdiyini, möhürlərdəki fərqi görmədiyini bildirmişdir.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən həmin möhürün saxtalaşdırıldığına dair sübut təqdim olunmadığına görə onun həqiqiliyi şübhə altına alınmamalıdır.

31. Odur ki, iddiaçının apellyasiya şikayəti cavabdehdən alınmış 1.8*9.983,42 manat məbləğində məhsullara görə 5 % hesabı ilə ödənilməli bonusa görə hesablanan 9*.498,17 manat miqdarında pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır. Göründüyü kimi, cavabdeh iddiaçıya ödəməli olduğu 264.251,63 (173.753,46+9*.498,17 manat) vəsaiti ödəməkdən imtina etdiyinə görə cavabdehin gecikdirilmiş illik beş faiz tələb etmək hüququ vardır. İşdən görünür ki, cavabdeh iddiaçıya borclu olduğu 264.251,63 manat vəsaitin ödənilməsini 2 il 5 ay müddətində yubatmışdır ki, bu isə 31.93*,4* manat təşkil edir.

32. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh əsas borca görə faizlərin ödənilməsini, habelə borcun ödənilməsini geçikdirdiyi halda cərimə ödəməyi öhdəsinə götürdüyünə görə qətnamə iddianın təmin edilməmiş həmin hissəsində qismən ləğv edilməli və iddia tələbi ləğv edilmiş həmin hissədə təmin edilərək, 173.753,46 manat əsas borcla yanaşı, müqavilə şərtlərinə əsasən ümumi satış həcminin 5% miqdarında hesablanmış 9*.498,17 manat, cəmi 264.251.63 manat əsas borc və MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış məbləğ – 31.93*.4* manat, ümumilikdə 296.182,*3 manat pul cavabdehdən iddiaçının xeyrinə alınmalı, iddiaçının apellyasiya şikayəti qalan h issədə təmin edilməməlidir.

33. Cavabdehin apellyasiya şikayətinə münasibətdə məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xidmət və podrat müqavilələri üzrə cavabdehin iddiaçıya olan borcu işdəki sənədlərlə təsdiqini tapdığına, həmçinin tərəflər arasındakı müqavilə şərtinə görə cavabdeh 1 milyon manatdan artıq satış reallaşdırsa, satılmış məhsulların dəyərinin 5 faiz məbləği bonus kimi “istehsalçı” tərəfindən hesablanaraq növbəti ilin birinci ayında distributora geri ödənilməsinə dair öhdəlik götürdüyünə, yaranmış borcu vaxtında ödəməyərək, ödəməkdən imtina etdiyinə görə həmin şikayətin dəlilləri əsassızdır və təmin edilməməlidir.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 4*5.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 449.1-ci maddələrinə, Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 229.3, 229.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2*14-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

35. Apellyasiya məhkəməsinin qətnaməsi 2*21-ci il 15 noyabr tarixli məktubla tərəflərə göndərilmiş, 2*22-ci il 17 fevral tarixdə iddiaçıya, 2*22-ci il 23 fevral tarixdə isə cavabdehə təqdim olunmuşdur.

36. Cavabdeh tərəfindən 2*22-ci il 21 aprel tarixində kassasiya şikayəti verilərək qətnamənin qismən – iddia tələbinin təmin edildiyi hissədə ləğv, iddianın tam şəkildə rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiy asının 2*22-ci il 5 iyul tarixli 2-2(1*2)-423/2*22 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*21-ci il 1* noyabr tarixli 2-2(1*4)-196/2*21 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə qismən - tərəflər arasında imzalanmış 2*18-ci il 3 yanvar tarixli HGC GD **2/18 saylı müqaviləyə 5 saylı əlavədən irəli gələn tələblər hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir (sədrlik edən – B.Məmmədli, hakimlər – İ.Dadaşov və A.Abbasov).

38. Məhkəmə kollegiyası kassatorun 2*18-ci il 3 yanvar tarixli HGC GD **2/18 saylı müqaviləyə edilmiş 5 saylı əlavədə öz əksini tapmış möhürün cavabdehə məxsus olmaması səbəbindən həmin əlavənin hüquqi qüvvəsinin olmam asına dair dəlili ilə aşağıdakı səbəblərdən razılaşır.

39. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən rəsmiləşdirilmiş kifayət qədər sənədlər, o cümlədən cavabdehlə digər sahibkarlıq subyektləri arasında bağlanmış əqdlər mövcuddur ki, onların üzərində cavabdehin adından hazırda mübahisə predmeti olan 2*18- ci il 3 yanvar tarixli HGC GD **2/18 saylı müqaviləyə edilmiş 5 saylı əlavədə öz əksini tapmış möhür deyil, fərqli möhür vurulmuşdır. Hətta həmin müqaviləyə edilmiş 4 saylı əlavənin üzərində də cavabdehin adından iş materiallarındakı digər sənədlərin üzərində əks etdirilmiş möhürlərlə eyni, lakin mübahisəli 5 saylı əlavənin üzərində əks etdirilmiş möhürdən fərqli möhür vurulmuşdur. Baxmayaraq ki, 4 saylı əlavənin bağlanma tarixi həmin sənədin üzərində 2*18-ci il 31 iyul tarix i, 5 saylı əlavənin bağlanma tarixi isə 2*18-ci 2 avqust tarixi göstərilmişdir. Beləliklə, cəmi 3 gün fərqlə imzalandığı bildirilən eyni müqavilənin iki əlavəsinin belə, üzərinə cavabdehin adından bir-birindən aydın şəkildə fərqlənən möhürlər vurulmuşdur. Lakin həmin məsələ ilə bağlı hər hansı ağlabatan izah verilməsi iş materiallarından görünmür. Ümumiyyətlə, 5 saylı əlavədə cavabdehin adından öz əksini tapmış möhür iş materiallarında olan heç bir digər sənədin üzərində müşahidə olunmur.

40. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan xüsusatlar qətnamə qəbul olunarkən apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsindən kənarda qalmışdır.

41. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində möhürlə bağlı nəticəyə gələrkən həmin dövrdə cavabdehin İdarə Heyətin in sədri olmuş Şahid birinci instansiya məhkəməsində verdiyi ifadəyə istinad etmişdir. Sonuncu öz ifadəsində müqaviləyə 5-ci Əlavənin onun tərəfindən imza edildiyini, cavabdehin üç möhürünün olduğunu, həmin möhürlərdən birisinin onda olmaqla, müqaviləyə Əlavədəki möhürün köməkçisi tərəfindən vurulduğunu, sonradan özündə olan möhürü Bakı şəhərinə gətirərək təhvil verdiyini, möhürlərdəki fərqi görmədiyini bildirmişdir.

42. Məhkəmə kollegiyasının mövqeyinə görə, Şahid ifadəsi qeyri-müəyyən xarakter daşıyır ki, bu da həmin ifadənin mötəbərliyinə olan inamı azaldır.

43. Belə ki, əvvəla, Şahid Əlavədəki möhürün onun köməkçisi tərəfindən vurulduğunu bildirsə də, həmin köməkçinin adını, soyadını, atasını adını, həmin vaxt tutduğu vəzifəni və onun barəsində digər məlumatları konkretləşdirməmişdir. Halbuki həmin məlumatlar cavabdehin İdarə Heyətinin sədri kimi və öz köməkçisinin bilavasitə rəhbəri kimi Şahid yaxşı məlum olmalı idi.

44. İkincisi isə, Şahid İdarə heyətinin sədri və maddi məsul şəxs kimi müəssisənin möhürünü özündə saxlamalı olduğu halda, onu köməkçisinə hansı əsasla və hansı səbəbdən verdiyinə də aydınlıq gətirməmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 88-ci maddəsinin tələblərini pozaraq işin həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin məsələləri aydınlaşdırmamış, şahid ifadəsinə düzgün qiymət verməmiş, həmçinin Şahid ifadəsində istinad edilən köməkçi ilə bağlı heç bir araşdırma aparmamış, ümumiyyətlə həmin şəxsin müvafiq dövrdə cavabdeh təşkilatda işləyib-işləməməsini dəqiqləşdirməmiş, eləcə də onun ifadəsini almamışdır.

46. Məhkəmə tərkibi qeyd etməy i zəruri hesab etmişdir ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, müqaviləyə əlavənin Qazax rayonunda bağlandığı göstərilmişdir. Bununla belə, iş materiallarında olan korporativ tarif müqaviləsindən göründüyü kimi cavabdeh və “X4 Company” MMC arasında 2*18-ci il 2 avqust tarixində müqavilə bağlanmışdır. Hər iki sənəd cavabdehi təmsil edən şəxs kimi Şahid tərəfindən imzalanmışdır. Göründüyü kimi, eyni gündə həm Bakı şəhərində, həm də Qazax rayonunda bir şəxs tərəfindən iki sənədin imzalandığı aşkara çıxmışdır. Lakin sənədlərdəki möhürlərin ingilis dilində olan yazılışları fərqlidir. Şahid məhkəmə iclasında şahid kimi ifadə verərkən bu məsələni belə izah etmişdir ki, Bakı şəhərində bağlandığı göstərilən müqavilə həmin gün deyil, bir neçə gün sonra Qazaxda imzalamış, 5 saylı əlavə də Qazax rayonunda imzalanmışdır. Möhürlər arasında fərq olmuş olsa belə, o, möhürdəki xırda hərfləri yaxın məsafədən və ya xüsusi cihazla oxumağa borclu olmamış, möhürlərdəki yazı fərqlərini görməmişdir.

47. Bununla bağlı, birinci instansiya məhkəməsi öz qətnaməsində şahid ifadəsini tam dolğun və inandırıcı olmayan hesab etməklə müqaviləyə 5 saylı Əlavəyə vurulmuş möhürün hazırda mövcud olmamasının və möhürün əvəz edilməsi ilə bağlı hər hansı sənəd təqdim olunmamasının həmin möhürlə təsdiq olunmuş sənədin sübut kimi mötəbərliyini azaltdığını göstərmişdir.

48. Lakin apellyasiya instansiyası məhkəməsi Şahid ifadəsindəki həmin ziddiyyətlərlə bağlı birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərə də aydın şəkildə qiymət verməmişdir.

49. Belə liklə, hazırkı vəziyyətdə iş materiallarından 2*18-ci il 3 yanvar tarixli HGC GD **2/18 saylı müqaviləyə edilmiş 5 saylı əlavənin hüquqi qüvvəyə malik olub-olmaması barədə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür.

50. Kassasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflər arasında imzalanmış 2*18-ci il 3 yanvar tarixli HGC GD **2/18 saylı müqaviləyə 5 saylı əlavədən irəli gələn tələblər hissəsində MPM-in 217.1-ci maddəsinə uyğun gəlmədiyindən ləğv edilməli, yeni apellyasiya baxışında məhkəmə qeyd olunan iradları nəzərə almaqla həmin əlavənin hüquqi qüvvəyə malik olub-olmamasına digər sübutlarla əlaqəli şəkildə bir daha qiymət verməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir. d) Apellyasiya instans iyası məhkəməsindəki ikinci icraat

51. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*23-cü il 5 iyun tarixli 2-2(1*4)-26/2*23 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi - iddia tələbinin təmin edilməmiş (tərəflər arasında imzalanmış 2*18-ci il 3 yanvar tarixli HGC GD **2/18 saylı müqaviləyə 5 saylı əlavənin şərtinə uyğun olaraq satışı həyata keçirilmiş 1.811.892,*8 manatlıq sement məhsulunun 5%-i miqdarında pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasının təmin edilməməsi) hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim – Ə.Abdullayev, hakimlər – R.Mamedov və A.İsgəndərova).

52. Birinci instansiya məhkəməsi qətnamə yoxlanılan hissədə Azərbaycan Respublikasının Mülki Məcəllə sinin 385.1 və 424.4-cü maddələrinə istinadən hesab etmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası qətnamə yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə həmin hissədə iş üzrə müəyyən edilmiş faktlardan tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.

53. Belə ki, məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsi araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 2*18-ci il 3 yanvar tarixli HGC GD **2X18 saylı müqaviləsinin 5.5-ci yarım bəndinə əsasən “Distribüter”, yəni iddiaçı il ərzində 1 milyon manatdan artıq satış reallaşdırarsa, məhsulların dəyərinin 5 faiz məbləğinin bonus kimi istehsalçı tərəfindən hesablanaraq növbəti ilin birinci ayında “Distribüter”ə geri ödənilməli olduğunu, 2*18-ci il dövründə iddiaçının 3.245.269,36 manat məbləğində zavodun məhsullarını satmış olduğunu, bunun müqabilində 162.263,47 manat miqdarında bonus məbləği 2*19-cu il 31 yanvar tarixinə qədər iddiaçının hesabına ödənilməli olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də qətnamə yoxlanılan hissədə iddia tələbini təmin etməmişdir.

54. İş materiallarında olan cavabdeh tərəfindən rəsmiləşdirilmiş kifayət qədər sənədlər, o cümlədən cavabdehlə digər sahibkarlıq subyektləri arasında bağlanmış əqdlər mövcuddur ki, onların üzərində cavabdehin adından hazırda mübahisə predmeti olan 2*18-ci il 3 yanvar tarixli HGC GD **2/18 saylı müqaviləyə edilmiş 2*18-ci il 2 avqust tarixli 5 saylı əlavədə öz əksini tapmış möhür deyil, fərqli möhür vurulmuşdur. Hətta həmin müqaviləyə edilmiş 4 saylı əlavənin üzərində də cavabdehin adından iş materiallarındakı digər sənədlərin üzərində əks etdirilmiş möhürlərlə eyni, lakin mübahisəli 5 saylı əlavənin üzərində əks etdirilmiş möhürdən fərqli möhür vurulmuşdur. Baxmayaraq ki, 4 saylı əlavənin bağlanma tarixi həmin sənədin üzərində 2*18-ci il 31 iyul tarixi, 5 saylı əlavənin bağlanma tarixi isə 2*18-ci il 2 avqust tarixi göstərilmişdir. Beləliklə, cəmi 3 gün fərqlə imzalandığı bildirilən eyni müqavilənin iki əlavəsinin belə, üzərinə cavabdehin adından birbirindən aydın şəkildə fərqlənən möhürlər vurulmuşdur. Ümumiyyətlə, 5 saylı əlavədə cavabdeh adından öz əksini tapmış möhür iş materiallarında olan digər sənədlərin üzər ində müşahidə olunmur.

55. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı apellyasiya icraatı zamanı tərəflər arasında bağlanmış 2*18-ci il 3 yanvar tarixli HGC GD **2/2*18 saylı alqı-satqı müqaviləsinə edilmiş 5 saylı Əlavənin (2*-ci səhifə) üzərində («İstehsalçı» qrafasında) olan Cavabdeh- na aid möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulubvurulmamasının, habelə tərəflər arasında bağlanmış 2*18-ci il 3 yanvar tarixli HGC GD **2/2*18 saylı alqı-satqı müqaviləsinə edilmiş 5 saylı Əlavənin (1-ci cild, 2*-ci səhifə) üzərində (“İstehsalçı” qrafasında) olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh məzmunlu möhür əksinin (o cümlədən möhürdəki şriftlər) iş materiallarındakı digər sənədlərdə ( 1-ci cild, 19,44-55, 6*, 2*2, 2*8, 2*9, 218, 22*, 23*, 245, 249-cu s əhifələr) olan Cavabdeh-na aid möhür əksləri ilə eynilik təşkil edibetməməsinin müəyyənləşdirilməsi üçün iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir.

56. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2*23cü il 2 fevral tarixli 5/1522 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki: - tərəflər arasında bağlanmış 2*18-ci il 3 yanvar tarixli HGC GD **2/2*18 saylı müqaviləyə 2*18-ci il 2 avqust tarixində edilmiş “5 saylı Əlavə”-nin üzərində olan Cavabdehna aid möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur; - tərəflər arasında bağlanmış 2*18-ci il 3 yanvar tarixli HGC GD **2/2*18 saylı müqaviləyə 2*18-ci il 2 avqust tarixində edilmiş “5 saylı Əlavə”-nin üzərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh məzmunlu möhür əksi təqdim edilmiş 2*18-ci il 3 yanvar tarixli **2/2*18 saylı müqaviləyə, 2*18-ci il 31 iyul tarixində edilmiş 4 saylı Əlavənin; 2*2*-ci il 27 avqust tarixli, 467 nömrəli Etibarnamənin; Elektron Qaimələrin (cild 1.v 44-55); 2*2*-ci il 14 avqust tarixli, 13 nömrəli Maliyyə Arayışının (cild 1.v 6*); 2*19-cu il 17 aprel tarixli Üzləşmə Aktın (cild 1.v 2*2); 2*18-ci il 19 sentyabr tarixli Təhvil-Təslim aktın (cild 1.v 2*8); 2*18-ci il 1* avqust tarixli alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavənin (cild 1.v 2*9); 2*18-ci il 1 avqust tarixli, 147/*918 nömrəli Xidməti müqaviləsinin (cild 1.v 218); 2*18-ci il 1* avqust tarixli alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavənin (cild 1.v 23*); 2*18-ci il 5 oktyabr tarixli görülmüş işlərin təhvil-təslim edilməsinə dair Aktın cild 1.v 245) üzər lərində olan möhürün sərbəst, eksperimental (cild 1.v 22*) əks nümunələri və reproqrafik surətləri ilə eynilik təşkil etmir.

57. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, 5 saylı müqavilə bağlandığı dövrdə cavabdehin İdarə Heyətinin sədri olmuş Şahid birinci instansiya məhkəməsində icraat zamanı vermiş olduğu ifadəsində müqaviləyə 5-ci Əlavənin onun tərəfindən imza edildiyini, MMC-nin üç möhürü olduğunu, həmin möhürlərdən birisinin onda olmaqla, müqaviləyə Əlavədəki möhürün köməkçisi tərəfindən vurulduğunu, sonradan özündə olan möhürü Bakı şəhərinə gətirərək təhvil verdiyini, möhürlərdəki fərqi görmədiyini bildirmişdir. Apellyasiya icraatı zamanı da Şahid demək olar ki, eyni məzmunlu ifadə vermişdir.

58. Şahid ifadəsində 5 nömrəli Əlavədəki möhürün onun kömə kçisi Elman Musayev tərəfindən vurulduğunu bildirsə də, Elman Musayev belə bir sənədə möhür vurmadığını və belə bir sənədin mövcud olması barədə məlumatı olmadığını, ümumiyyətlə həmin Əlavəyə vurulmuş möhürün ona verilmədiyini bildirmişdir. Bundan başqa, Şahid İdarə heyətinin sədri və maddi məsul şəxs kimi müəssisənin möhürünü özündə saxlamalı olduğu halda, onu köməkçisinə hansı əsasla və hansı səbəbdən verdiyinə aydınlıq gətirə bilməmiş, möhürün köməkçisinə təhkim edilməsi barədə hər hansı bir əmrin olmadığını bildirmişdir.

59. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Hikmət Əliyev də ifadəsində göstərmişdir ki, Fariz Əliyevdən iki möhürü təhvil almış, bir möhür isə Yoahim Pohlmanda olmuş, sonuncuda olan möhür də təhvil verilən möhürlərlə eyni olmuşdur. 2*18-ci il 2 avq ust tarixli 5 nömrəli əlavəyə vurulmuş möhür MMC-də mövcud olmamış və Şahid belə bir möhürü təhvil verməmişdir.

60. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş MMC-nin idarə heyətinin sədri Yoaxim Pohlman tərəfindən imzalanmış sənədlərdən görünür ki, həmin sənədlərə vurulmuş möhür Fariz Əliyev tərəfindən təhvil verilmiş möhürlərlə eynilik təşkil edir və 5 nömrəli əlavəyə vurulmuş möhürdən açıq-aşkar fərqlənir.

61. Bundan əlavə, 5 saylı müqavilə bağlandığı dövrdə cavabdehin İdarə Heyətinin sədri olmuş Şahid ifadəsindən müəyyən olunur ki, müqaviləyə əlavənin Qazax rayonunda bağlandığı bildirilmişdir. Bununla belə, iş materiallarında olan korporativ tarif müqaviləsindən göründüyü kimi cavabdeh və “X4 Company” MMC arasında 2*18-ci il 2 avqust tarixində müqavilə bağlanmışdır. Hər iki sən əd cavabdehi təmsil edən şəxs kimi Şahid tərəfindən imzalanmışdır. Göründüyü kimi, eyni gündə həm Bakı şəhərində, həm də Qazax rayonunda bir şəxs tərəfindən iki sənədin imzalandığı aşkara çıxmışdır. Lakin sənədlərdəki möhürlərin ingilis dilində olan yazılışları fərqlidir. Şahid birinci instansiya məhkəməsində iclasında şahid kimi ifadə verərkən bu məsələni belə izah etmişdir ki, Bakı şəhərində bağlandığı göstərilən müqavilə həmin gün deyil, bir neçə gün sonra Qazaxda imzalamış, 5 saylı əlavə də Qazax rayonunda imzalanmışdır. Möhürlər arasında fərq olmuş olsa belə, o, möhürdəki xırda hərfləri yaxın məsafədən və ya xüsusi cihazla oxumağa borclu olmamış, möhürlərdəki yazı fərqlərini görməmişdir. Apellyasiya icraatı zamanı verdiyi ifadəsində də həmin xüsusatı demək olar ki, eyni cür ifadə etmi şdir.

62. Göründüyü kimi mübahisə predmeti olan 2*18-ci il 3 yanvar tarixli HGC GD **2/18 saylı müqaviləyə edilmiş 5 saylı əlavədə öz əksini tapmış möhürün cavabdehə məxsus həqiqi möhür olduğu təsdiq olunmur. Belə olan halda həmin Əlavə iddia tələbini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. İşin bu halı isə onu deməyə əsas verir ki, qeyd olunan müqavilənin cavabdeh üçün öhdəlik yaratması, yəni həmin müqaviləyə görə sonuncudan bonus məbləği tutulması istisna təşkil edir.

63. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.1, 324, 331.1, 331.2, 385.1, 4*5, 424.4-cü; MPM-in 77.1, 77.3, 78.1, 78.2, 8*, 88, 1*6.1, 372.2, 372.6, 372.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

64. İddiaçı tərəfindən 2*23-cü il 2 avqust tarixində kassasiya şikayəti verilərək qətnamən in ləğv olunması, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

65. MM-in 331.1-ci maddəsi üzrə - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2*18-ci il 3 yanvar tarixli müqaviləyə 2*18-ci il 2 avqust tarixli 5 saylı əlavənin hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq edilməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş həmin vaxt Cavabdeh MMC-nin İdarə Heyətinin sədri olmuş Şahid mübahisəli 5 saylı əlavəni imzaladığını və möhür vurulması üçün müvafiq şəxsə təqdim etdiyini bildirmişdir.

66. MM-in 4*5.1-ci maddəsi üzrə - Tərəflər arasında olan münasibətlər əsasında demək olar ki, artıq müqavilə bağlanmış he sab olunmalıdır.

67. MM-in 425-ci maddəsi üzrə - Hazırkı halda müqavilənin tərəfi kontragentinin qanuni təmsilçisi tərəfindən imzalanmış sənədə (hazırkı halda müqaviləyə əlavəyə) vurulmuş möhürün həqiqiliyini və sənədin mötəbərliyini güman etməyə, yəni kontragentin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqlıdır.

68. MM-in 425.1-ci maddəsi üzrə - Belə olan halda isə, məhkəmənin hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən imzalanmış sənədin üzərinə vurulmuş möhürün həmin hüquqi şəxsə məxsus olmaması əsası ilə hüquqi qüvvəyə minməməsini elan etməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından vicdanlılıq prinsipinin tələblərinə cavab vermir. Bu baxımdan Cavabdeh MMC-nin qanuni təmsilçisi tərəfindən imzalanmış müqaviləyə əlavəyə vurulmuş möhürün MMC-nin möh ürləri ilə eynilik təşkil etməməsi müəyyən edilsə belə, göstərilən hal əlavənin bağlanmamış (qüvvəyə minməmiş) sayılması üçün əsas hesab edilə bilməz.

69. MM-in 425.2-ci maddəsi üzrə - 2*18-ci il 3 yanvar tarixli müqaviləyə 2*18-ci il 2 avqust tarixli 5 saylı əlavənin bağlanmış hesab edilməsi üçün əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər müəyyən etməmişlər. Mülki Məcəllənin yuxarıda qeyd olunan müddəalarına istinadən isə hüquqi şəxslərin bağladıqları yazılı əqdlərə möhürün vurulmalı olması barədə imperativ norma yer almamışdır. Belə olan halda sözügedən razılaşmanın bağlanması üçün ona Cavabdeh MMC-nin möhürünün vurulub-vurulmaması ümumiyyətlə əhəmiyyət kəsb etmir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, hər iki tərəf 5 saylı əlavəni imzalamaqla həmi n əlavədə əks olunan mühüm şərtlər barədə razılığa gəldiklərini təsdiq etmiş və əlavənin bağlanmasına dair iradələrini ifadə etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

70. Cavabdeh 2*23-cü il 25 oktyabr tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki: - “Arkoz X5” MMC-nin əvvəlki adı Cavabdeh MMC, ondan əvvəlki adı isə "xxxx" MMC olmuşdur. - "xxxx" MMC-nin adı dəyişdirilib Cavabdeh MMC adlandırıldıqdan sonra Cəmiyyətdə hər birinin eskizi eyni olan 3 ədəd möhür istifadə olunmuşdur. Cəmiyyətin İdarə Heyəti 3 nəfərdən (sədr/üzv: Şahid; digər üzvlər: Elçin Axundov və Joachim Pohlmann) təşkil olunduğuna görə, hər üzvdə 1 ədəd möhür olmuşdur. İdarə Heyətinin həm sədri, həm də üzvləri Cəmiyyətin adından müvafiq sənədləri (müqavilə və s.) imzalamaq səlahi yyətinə malik olmuşlar (hüquqi şəxslərin dövlət reyestrindən çıxarış əlavə olunub). - Şahid və Elçin Axundov vəzifələrindən azad olunarkən (bu zaman X2 Heyətinin üzvü kimi saxlanılmışdır), Şahid özünün, habelə Elçin Axundovun istifadəsində olmuş cəmi 2 ədəd möhürü İdarə Heyətinin yeni seçilmiş üzvünə - X1 təhvil vermişdir (2*18-ci il 19 sentyabr tarixli təhvil-təslim aktı iş materiallarına əlavə olunub). Üçüncü dairəvi möhürün isə Joachim Pohlmann-a təhvil verildiyi təhvil-təslim aktında öz əksini tapmışdır. - Onu da əlavə edirik ki, yarandığı gündən adı dəyişdirilib "xxxx" MMC, sonradan isə “Arkoz X5” MMC adlandırılana kimi Cəmiyyətdə 5 saylı əlavədə əksini tapmış möhür nümünəsindən/eskizindən istifadə olunmamış, 5 saylı əlavə isə sonradan tərtib edilmişdir. - Cavabdeh MMC-nin adı dəyişdi rilib “Arkoz X5” MMC adlandırılan zaman Cavabdeh MMC-yə aid 3 ədəd möhür məhv edilmiş, müəssisənin yeni adına uyğun möhür sifariş olunmuşdur. - Cavabdeh MMC-nin İdarə Heyətinin sədri olmuş Şahid apellyasiya icraatı zamanı məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, istifadə etmək üçün möhürü köməkçisi Elman Musayevə verirdi. Elman Musayev isə məhkəmədə ifadəsində göstərmişdir ki, 2*18-ci il 2 avqust tarixli 5 saylı əlavə barədə məlumatı olmamışdır. Həmin dövrdə sənədləşməni o, aparmışdır. Əgər belə bir sənəd olmuş olsa idi, bu sənəd barədə onun məlumatı olardı. Həmin əlavəyə o, möhür vurmamışdır. Ümumiyyətlə, belə bir möhür onda olmamışdır. - İddiaçının məhkəməyə təqdim etdiyi Ali Məhkəmənin qərarına gəldikdə isə, həmin kommersiya mübahisəsi üzrə tərəflər Cavabdeh MMC ilə digər hüquqi şə xs - "xxxx" MMC-dir.

71. Göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin 2*23-cü il 5 iyun tarixli 2-2(1*4)-26/2*23 saylı qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinin təmin edilməməsi, sözügedən qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

72. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 4*5.*.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 4*7-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

73. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsasl ılığı tam yoxlanılacaqdır (MPM-in 4*3 və 416-cı maddələri).

74. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

75. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəz ərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir....” “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə i fadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.” “Maddə

331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 331.2. Qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsi nin icrasını tələb etmək hüququ vardır....” “Maddə 4*5. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 4*5.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 4*5.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.” “Maddə

424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər mü qavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər....”

76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 1*-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. 78.2. İşdə iştirak edən şəx sin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 1* faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə i şdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir....” “Maddə 8*. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə 1*6. İşdə iştirak edən şəxslərin izahatları 1*6.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli ola n və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

77. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq he sab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*23-cü il 5 iyun tarixli 2-2(1*4)-26/2*23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, məhkəmənin hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən imzalanmış sənədin üzərinə vurulmuş möhürün həmin hüquqi şəxsə məxsus olmaması əsası ilə hüquqi qüvvəyə minməməsini elan etməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından vicdanlılıq prinsipinin tələblərinə cavab vermir.

79. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirir.

80. Belə ki, qanunverici möhürdən istifadəni MM-də nəzərdə tutulan hallar istisna olmaqla əqdin forması ilə bağlı əlavə tələblərin müəyyənləşdirilməsi və buna riayət edilmədiyi halda doğurduğu nəticələri tərəflərin iradəsindən asılı etmişdir. Belə ki, MM-in 331.2-ci maddəsinə əsasən, tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.

81. Həmçinin, mülki qanunvericilikdə müəssisənin adından tərtib olunan sənədlərdə onun möhürünün əks olunmasının zəruriliyi ilə bağlı bir sıra imperativ qaydalar da nəzərdə tutulmuşdur (MM-in 1*7-6.1, 362.5-ci maddələri və.s).

82. Hazırkı halda, tərəflər arasında bağlanmış “Malların satışı üzrə “Distribüter” hüquqlarının verilməsinə dair” 2*18-ci il 3 yanvar tarixli, HGC GD **2/2*18 saylı müqavilənin 19.2-ci bəndində göstərilmişdir ki, bu müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yalnız yazılı formada olduqda və tərəflərin səlahiyyətli şəxsləri ilə imzalandıqda və möhürləndikdə hüquqi qüvvəyə malikdir.

83. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə cavabdeh tərəfindən rəsmiləşdirilmiş kifayət qədər sənədlər, o cümlədən cavabdehlə digər sahibkarlıq subyektləri arasında bağlanmış əqdlər mövcuddur ki, onların üzərində cavabdehin adından hazırkı mübahisənin predmeti olan 2*18-ci il 3 yanvar tarixli HGC GD **2/18 saylı müqaviləyə edilmiş 5 saylı əlavədə öz əksini tapmış möhür deyil, fərqli möhür vurulmuşdır. Hətta həmin müqaviləyə edilmiş 4 saylı əlavənin üzərində də cavabdehin adından iş materiallarındakı digər sənədlərin üzərində ə ks etdirilmiş möhürlərlə eyni, lakin mübahisəli 5 saylı əlavənin üzərində əks etdirilmiş möhürdən fərqli möhür vurulmuşdur.

84. Halbuki, 4 saylı əlavənin bağlanma tarixi həmin sənədin üzərində 2*18-ci il 31 iyul tarixi, 5 saylı əlavənin bağlanma tarixi isə 2*18-ci 2 avqust tarixi göstərilmişdir. Beləliklə, cəmi 3 gün fərqlə imzalandığı bildirilən eyni müqavilənin iki əlavəsinin belə üzərinə cavabdehin adından bir-birindən aydın şəkildə fərqlənən möhürlər vurulmuş, ümumiyyətlə, 5 saylı əlavədə cavabdehin adından öz əksini tapmış möhür iş materiallarında olan heç bir digər sənədin üzərində müşahidə olunmamışdır.

85. Göründüyü kimi mübahisə predmeti olan 2*18-ci il 3 yanvar tarixli HGC GD **2/18 saylı müqaviləyə edilmiş 5 saylı əlavədə öz əksini tapmış möhürün Cavabdeh MMC-yə məxsus həqiqi mö hür olduğu təsdiq olunmur. Belə olan halda həmin Əlavə iddia tələbini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. İşin bu halı isə onu deməyə əsas verir ki, qeyd olunan müqavilənin Cavabdeh MMC üçün öhdəlik yaratması, yəni həmin müqaviləyə görə sonuncudan bonus məbləğinin tutulması istisna təşkil etmişdir.

86. Kassasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər yoxlama aparılan hissədə qətnamənin ləğvi üçün əsas deyil. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə düzgün qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmı şdır.

87. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, kassasiya şikayətinin dəlilləri üzrə yuxarıda göstərilən qaydada qiymətləndirmə aparıldığından kassasiya şikayətinə qarşı etirazın dəlillərinin yenidən qiymətləndirilməsi zərurəti aradan qalxmışdır.

88. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPMin 217.1-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

89. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən veril miş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(1*4)-26/2*23 nömrəli, 2*23-cü il 5 iyun tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar