Məhkəmə qərarları › İş №2-2(102)-567/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-567/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-567/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə borcun tutulması 16.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli 2-2(107)-46/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. X4 adına "xxxx" QSC ilə icraçı İddiaçı MMC arasında bağlanmış 2019-cu il 1 noyabr tarixli 241019 nömrəli podrat müqaviləsinə əsasən icraçı sifarişçinin göstərdiyi yerdə (ünvan 1 ünvanında) sifarişçinin Türkiyənin “X1 ve Ticaret Limited Şirketi”ndən aldığı nar və digər meyvələrin saxlanılması üçün nəzərdə tutulan soyuducu aqreqatların quraşdırılması işlərini həyata keçirməyi, bunun üçün soyuducu anbarının inşasını, anbarın layihələndirilməsini və s. bu müqavilənin 1 saylı əlavəsində göstərilən işləri görməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır şəkildə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işlərin müqabilində bu müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, icraçı həmin soyuducu anbarın layihələndirilməsi işlər ini həyata keçirməyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq layihələndirmə qurumundan müvafiq razılıq məktubunu almağı öhdəsinə götürmüşdür.

2. Müqavilənin 2-ci bəndinə əsasən, podrat işləri icraçı tərəfindən təmin olunacaq və sifarişçiyə işlərin başlanılmasından əvvəl təqdim edilməli və sifarişçi tərəfindən təsdiq edilməli olan iş proqramına uyğun şəkildə yerinə yetiriləcək və tamamlanacaqdır. İşlərin həcmi artarsa və ya azalarsa tərəflərin qarşılıqlı razılığına əsasən müqavilənin dəyəri dəyişdirilə bilər. 3-cü bəndinə əsasən, müqavilənin ümumi məbləği ƏDV xaric 350.018,01 manat təşkil edir. Sifarişçi müqavilə imzalandıqdan sonra müqavilənin dəyərinin 30% hissəsini avans qismində ödəyir, icraçı işləri başlayandan 20 gün sonra 30% ödəniş edir, icraçı işləri başlay andan 40 gün sonra 30% ödəniş edir, qalan hissə işləri bitib təhvil-təslim aktı əsasında təhvil verildikdə ödənilir.

3. Müqaviləyə 1 nömrəli əlavə olan 2019-cu il 1 noyabr tarixli soyuducu anbarın layihələndirilməsi, inşası, avadanlıqların quraşdırılması işlərinin smetasına əsasən ümumi məbləğ ƏDV xaric 350.018,01 manat, ƏDV 63.003,24 manat olmaqla yekun 413.021,25 manat müəyyən edilmişdir. 4. 2020-ci il 20 may tarixdə qarşılıqlı olaraq tərəflərin imzası ilə görülən işlərin həcmi müəyyən edilmiş və bu barədə arayış tərtib edilməklə tərəflərin imza, möhürləri ilə təsdiq edilmişdir.

5. Tərəflər arasında imzalanmış 2020-ci il 7 iyul tarixli müqaviləyə 3 nömrəli əlavə ilə müəyyən olunur ki, bu əlavənin imzalanma anına sifarişçi icraçıya ƏDV xaric 210.010,80 manat pul ödəmişdir. İşlərin həcmi a rtdığından müqaviləyə 1 nömrəli əlavədə yer alan smetanın dəyişdirilməsi barədə tərəflərlə razılaşmışlar. Müqavilənin 5.7-ci bəndi dəyişdirilmiş və müəyyən edilmişdir ki, bütün işləri icraçı 2020-ci il 31 avqust tarixinədək başa çatdırmalı və sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verilməlidir. Soyuducu təhvil-təslimdən sonra 1 ay ərzində icraçı tərəfindən test rejimində işlətməli və test uğurla nəticələndikdə tərəflər arasında yekun təhvil-təslim aktı imzalanır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) "xxxx" QSC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 22 iyul tarixində iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilə ilə razılaşdırılmış işlərin görülməsinə görə qismən ödənişlər edilsə də, faktiki görülən işlərə görə razılaşdırılmış məbləğin tam ödənilməməsini əsas gətirərək, cavabdehdən 65.046,93 manat, 6.504 manat faiz borcu, 400 manat mediasiya xərci olmaqla ümumilikdə 71.950,93 manat vəsaitin iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanılmış 2019-cu il 1 noyabr tarixli podrat müqaviləsində razılaşdırılmış işlərin görülməsinə görə ödənişlər qismən edilsə də, faktiki görülən işlərə görə razılaşdırılmış məbləğ bu günədək tam ödənilməmişdir. Müqavilə əsasında qalıq borcun ödənilməsi məqsədi ilə 2022-ci il 10 mart tarixli pretenziya ərizəsi göndərilmiş, mediasiyada iştirak barədə təklif edilmiş, lakin nəticə olmamışdır. Cavabdeh ilə iddiaçı arasında bağlanılmış 2019-cu il 1 noyabr tarixli podrat müqaviləsinin 16.1-ci maddəsinə əsasən bu müqaviləyə edilən bütün əlavə və dəyişikliklər bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Müqavilə və həmin müqaviləyə əlavələrə əsasən görülən işlərin həcmi və məbləği hər iki tərəfin imzası ilə təsdiq edilmiş, görülən işlərin ümumi məbləği 413.021,25 manat təşkil etmişdir. İddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər icra edilmiş, bunun qarşılığında cavabdeh tərəfindən 2019-cu il 21 noyabr, 2020-ci il 21 fevral, 2020-ci il 6 mart və sonuncu dəfə 2020-ci il 4 avqust tarixlərdə hissə-hissə ödənişlər edilmişdir. Tərəflər arasında görülən işlərin həcmi araşdırıldıqdan sonra buna dair 2020-ci il 20 may tarixində qarşılıqlı olaraq tərəflərin imzası ilə görülən işlərin həcmi müəyyən edilmiş və buna dair arayış tərtib edilərək təsdiq edilmişdir. Eyni zamanda, iddiaçı tərəfdən görülən işlərin pulla ifadəsinə dair qiymət cədvəli tərtib edilmişdir. Həmin cədvələ əsasən cavabdehin ƏDV daxil 2020-ci il 20 may tarixinədək görülən iş həcminə görə ümumilikdə 364.890,56 manat borcu olmuşdur. Tərəflər arasında işlərin həcmi təsdiq edilənədək və edildikdən sonra görülən işlərin həcminə görə pul ödənişləri davam etmişdir. Hətta görülən işlərin həcminin artması ilə əlaqədar əlavə sifarişlər verilmiş, sonradan tərəflər arasında 2020-ci il 7 iyul tarixli razılaşma imzalanmışdır. Həmin razılaşmanın 2-ci bəndinə əsasən, hər iki tərəf razılaşmışlar ki, 2020-ci il 7 iyul tarixinə görülmüş işlərə görə ƏDV xaric 210.010,80 manat pul ödənilib. Eyni zamanda tərəflər razılaşmışılar ki, görülən işlərin h əcminin artması səbəbindən yeni smeta təsdiq edilmişdir. 2020-ci il 7 iyul tarixli razılaşmadan sonra da əvvəlki razılaşma əsasında görülən işlərə görə ödənişlər davam edərək 2020-ci il 4 avqust tarixində 44.093,97 manat görülmüş işlərə görə ümumi borcdan qismən ödəniş edilmişdir. Beləliklə, 2020-ci il 20 may tarixinədək yerinə yetirilən işlərə görə 2020-ci il 4 avqust tarixinədək cəmi ƏDV xaric 254.104,77 manat ödəniş edilmişdir. Həmin məbləğin ƏDV-si 45.738,86 manat edir. Ümumilikdə ƏDV daxil 2020-ci il 4 avqust tarixinədək 299.843,63 manat vəsait ödənilmişdir. 2020-ci il 20 may tarixində tərtib edilmiş və tərəflər arasında imzalanmış arayışa əsasən görülən işlərin həcminə görə ödənilməli olan qalıq məbləğ ƏDV daxil 65.046,93 manat (364.890,56-299.843,63 = 65.046,93) təşkil edir. Podrat Müqaviləsinin 2.2-ci maddəsinə əsasən, işlərin həcmi artarsa və ya azalarsa, tərəflərin qarşılıqlı razılığına əsasən müqavilənin dəyəri dəyişdirilə bilər. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən, bu müqavilənin müddətinin başa çatması, tərəfləri məsuliyyətdən azad etmir. Cavabdeh podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. İddiaçı dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçının tələbi həcmində gecikdirilmiş vaxt üçün 2 illik beş faizlə hesablanmış 6.504 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7, 752.1, 759.1, 770-ci maddələ rinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etmişdir.

9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.

10. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək vəsatətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilənin ümumi məbləği ƏDV xaric 350.018,01 manat təşkil edir. Müqaviləyə 1 nömrəli əlavəyə əsasən, soyuducu anbarın layihələndirilməsi, inşası, avadanlıqların quraşdırılması işlərinin smetası müəyyən edilmiş, həmin smetada görüləcək işlərin həcmi və dəyəri göstərilmişdir. Daha sonra, tərəflər arasında 2020-ci il 20 may tar ixində yerinə yetirilmiş işlər barədə arayış təsdiq edilmiş, arayışda ancaq 2020-ci il 20 may tarixinədək görülmüş işlərin həcmi göstərilmişdir. Görüləcək işlərin həcminin artması nəticəsində tərəflər arasında 3 nömrəli əlavə imzalanmış, həmin əlavədə sonradan görüləcək işlərin həcmi və dəyəri qeyd edilmişdir. İddiaçı tərəf görülmüş işlərin dəyərini 3 nömrəli əlavədə göstərilən qiymətlərlə hesablamış və həmin məbləği 364.890,56 manat müəyyən etmişdir. Ümumiyyətlə 3 nömrəli əlavədə göstərilən işlərin dəyəri 2020-ci il 20 may tarixli arayışda qeyd olunan görülmüş işlərin dəyəri ilə qiymətləndirilə bilməz. Belə ki, həmin işlər 2020-ci il 7 iyul tarixində bağlanmış 3 nömrəli əlavədən əvvəl görülmüş və həmin işlərin dəyəri və həcmi müqavilənin 1 nömrəli əlavəsində göstərilmişdir. İddiaçı yanlış olaraq 2020-ci il 20 may tarixli arayışda göstərilmiş işlərin dəyərini 2020-ci il 20 iyul tarixli 3 nömrəli əlavədə olan qiymətlərlə hesablamışdır. 2020-ci il 20 may tarixli arayışda olan işlərin həcmi 2020-ci il 7 iyul tarixli 3 nömrəli əlavədə olan qiymətlərlə hesablansa belə, görülmüş işlərin dəyəri 3.648.902,56 manat təşkil etmir. Arayışda görülmüş işlərin həcmi konkret göstərilmişdir, lakin iddiaçı bəzi işlərin həcmini yanlış olaraq şişirtmiş və əsassız olaraq 3 nömrəli əlavə olan həcmlə hesablamışdır. Bu səbəbdən iş üzrə ekspertiza təyin edilməlidir.

11. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 9 sentyabr tarixli e-2-2(117)-1066/2022 nömrəli qərardadı ilə İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Ekspertizanın aparılması və təşkili Azərbaycan Respublikası Ədliyyə Nazir liyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

12. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 17 yanvar tarixli 10/6679 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki: - Birinci sual üzrə: 2019-cu il 1 noyabr tarixli 241019 nömrəli podrat müqaviləsinin 2019-cu il 1 noyabr tarixli 1 nömrəli əlavəsində qeyd olunan qiymətlərə əsasən podratçı iddiaçı və sifarişçi cavabdeh tərəfindən təsdiq edilmiş 2020-ci il 20 may tarixinə yerinə yetirilən işlər haqqında 2020-ci il 9 iyun tarixli arayışda qeyd edilən bəzi görülən işlərin dəyəri 100.668 manat məbləğində müəyyən olunmuşdur. - Qeyd olunur ki, podratçı iddiaçı və sifarişçi cavabdeh tərəfindən təsdiq edilmiş 2020-ci il 20 may tarixinə yerinə yetirilən işlər haqqında 2020-ci il 9 iyun tarixl i arayışda qeyd edilən görülən bəzi işlərin dəyəri 2019-cu il 1 noyabr tarixli 241019 nömrəli podrat müqaviləsinə 2019-cu il 1 noyabr tarixli 1 nömrəli əlavəsində qeyd olunmamışdır. Bu səbəbdən də 2020-ci il 20 may tarixinə yerinə yetirilən işlər haqqında 2020-ci il 9 iyun tarixli arayışda qeyd edilən görülən bəzi işlərin dəyəri üzrə tədqiqat aparılmamışdır. - İkinci sual üzrə: 2019-cu il 1 noyabr tarixli 241019 nömrəli podrat müqaviləsinin 2019-cu il 7 iyul tarixli 3 nömrəli əlavəsində qeyd olunan qiymətlərə əsasən podratçı iddiaçı və sifarişçi cavabdeh tərəfindən təsdiq edilmiş 2020-ci il 20 may tarixinə yerinə yetirilən işlər haqqında 2020-ci il 9 iyun tarixli arayışda qeyd edilən görülən işlərin dəyəri 303.716 manat məbləğində müəyyən olunmuşdur.

13. Şəki Kommersiya Məhkəməsinin 2023-c ü il 7 mart tarixli e-2-2(117)-11/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 49.611,23 manat əsas və 8.930,02 manat ƏDV-si olmaqla ümumilikdə 58.541,25 manat pulun, 343 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilməmiş 305,85 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – R.Məcidov).

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış 2019-cu il 1 noyabr tarixli 241019 nömrəli podrat müqaviləsinə 1 nömrəli əlavə olan 2019-cu il 1 noyabr tarixli soyuducu anbarın layihələndirilməsi, inşası, avadanlıqların quraşdırılması işlərinin smetasına əsasən ümumi məbləğ ƏDV xaric 350.018,01 manat, ƏDV 63.003,24 manat olmaqla yekun 413.021,25 manat müəyyən edilmişdir. 2020-ci il 20 may tarixində qarşılıqlı olaraq tərəflərin imzası ilə görülən işlərin həcmi müəyyən edilmiş və bu barədə arayış tərtib edilməklə tərəflərin imza, möhürləri ilə təsdiq edilmişdir.

15. Tərəflər arasında imzalanmış 2020-ci il 7 iyun tarixli müqaviləyə 3 nömrəli əlavə ilə müəyyən olunmuşdur ki, bu əlavənin imzalanma anına sifarişçi icraçıya ƏDV xaric 210.010,80 manat pul ödəmişdir. İşlərin həcmi artdığından müqaviləyə 1 nömrəli əlavədə yer alan smetanın dəyişdirilməsi barədə tərəflər razılaşmışlar. Müqavilənin 5.7-ci bəndi dəyişdirilmiş və müəyyən edilmişdir ki, bütün işləri icraçı 2020-ci il 31 avqust tarixinədək başa çatdırmalı və sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verilməlidir. Soyuducu təhvil-təslimdən sonra 1 ay ərzində icr açı tərəfindən test rejimində işlətməli və test uğurla nəticələndikdə tərəflər arasında yekun təhvil-təslim aktı imzalanır.

16. Görülən işlərin dəyəri olaraq 254.104,77 manat əsas və 45.738,86 manat ƏDV olmaqla ümumilikdə 299.843,63 manat pul vəsaitinin ödənilməsi həm iddiaçı, həm də cavabdeh tərəfindən qəbul edilməklə işin mübahisələndirilməyən halıdır.

17. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 17 yanvar tarixli 10/6679 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, podrat müqaviləsinin 3 nömrəli əlavəsində qeyd olunan qiymətlərə əsasən icraçı və sifarişçi tərəfindən təsdiq edilmiş 2020-ci il 20 may tarixinə yerinə yetirilən işlər haqqında arayışda qeyd edilən görülən işlərin dəyəri 303.716 manat məbləğində müəyyən o lunur.

18. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyini sübut qismində qəbul edən məhkəmə hesab etmişdir ki, podrat müqaviləsinin 3 nömrəli əlavəsində qeyd olunan qiymətlərə əsasən icraçı və sifarişçi tərəfindən təsdiq edilmiş 2020-ci il 20 may tarixinə yerinə yetirilən işlər haqqında arayışda qeyd edilən görülən işlərin dəyəri 303.716 manat təşkil etdiyindən və cavabdeh tərəfindən iddiaçıya 254.104,77 manat əsas və 45.738,86 manat ƏDV olmaqla ümumilikdə 299.843,63 manat pul ödənildiyindən, iddia tələbi qismən təmin edilməli, yerinə yetirilmiş işlərin dəyəri olan 49.611,23 manat (303.716254.104,77) məbləğində borc və onun əlavə dəyər vergisi olan 8.930,02 manat məbləğində əlavə dəyər vergisi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

19. İddiaçı ƏDV ödəyicisi olduğund an cavabdehdən tutulmalı olan 58.541,25 manat məbləğin 49.611,23 manat hissəsini yerinə yetirilən işlərin dəyəri, 8.930,02 manat hissəsini ƏDV məbləğini təşkil edir.

20. Eyni zamanda, məhkəmə cavabdehin görülən işlərin dəyərinin müqaviləyə 1 nömrəli əlavəyə əsasən hesablanmalı olması ilə bağlı etiraz dəlilinə münasibətdə onu da qeyd etmişdir ki, işin məhkəmə araşdırması zamanı verilmiş 2023-cü il 17 yanvar tarixli 10/6679 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 2019-cu il 1 noyabr tarixli 241019 nömrəli podrat müqaviləsinin 1 nömrəli əlavəsində qeyd olunan qiymətlərə əsasən icraçı və sifarişçi tərəfindən təsdiq edilmiş 2020-ci il 20 may tarixinə yerinə yetirilən işlər haqqında arayışda qeyd edilən bəzi görülən işləri dəyəri 100.668 manat müəyyən olunur. İcraçı və sifarişçi tərəfind ən təsdiq edilmiş 2020-ci il 20 may tarixinə yerinə yetirilən işlər haqqında 2020-ci il 9 iyun tarixli arayışda qeyd edilən görülən bəzi işlərin dəyəri podrat müqaviləsinin 1 nömrəli əlavəsində qeyd olunmamışdır. Bu səbəbdən də arayışda qeyd edilən görülən bəzi işlərin dəyəri üzrə tədqiqat aparılmamışdır ki, cavabdeh də ərizəsində ekspert rəyi ilə razılaşdığını və rəyin sübut qismində qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

21. Eyni zamanda, cavabdeh tərəfin borcun 1 nömrəli əlavə əsasında hesablanmalı olmasına dair dəlilləri ilə razılaşmayan məhkəmə qeyd etmişdir ki, tərəflər 1 nömrəli əlavə də görüləcək işlərin həcmi və dəyəri ilə bağlı razılaşmışlar. Bundan sonra tərəflər 2020-ci il 20 may tarixində görülmüş işlərin həcminə dair arayış tərtib etmişlər. 22. 2020-ci il 7 iyul tarixind ə tərəflər görülmüş və gələcəkdə görülməli olan işləri həcmi və qiymətləri ilə bağlı razılığa gələrək 3 nömrəli əlavəni təsdiq etmişlər. 1 və 3 nömrəli əlavələr, habelə 2020-ci il 20 may tarixli arayışla müəyyən olunmuşdur ki, müqaviləyə 1 nömrəli əlavədə tərəflər 10 adda işlərin görülməli olmasını razılaşdırmış və 2020-ci il 20 may tarixli arayışda 20 adda işlərin görülməsini təsdiq etmişlər ki, görülmüş işlərin həcmi 1 nömrəli əlavədə müəyyən olunmuş işlərin həcmindən artıq olmuşdur.

23. Bundan sonra, 2020-ci il 7 iyul tarixində tərəflər yenidən görülmüş və gələcəkdə görülməli olan işlərin həcmi və qiymətləri ilə bağlı razılığa gələrək 3 nömrəli əlavəni təsdiq etmişlər ki, 3 nömrəli əlavəyə görülmüş, lakin 1 nömrəli əlavəyə düşməmiş işlərin həcmi və dəyəri salınmış və 3 nömrəli əlavədə a rtıq icra olunmuş işlərin dəyəri artırılmışdır. Misal olaraq tərəflər 1 nömrəli əlavədə “köhnə binanın sökülməsi” ilə bağlı işlərin yerinə yetirilməsini 42.000 manat razılaşsalar da 3 nömrəli əlavədə “köhnə binanın sökülməsi” ilə bağlı yerinə yetirilmiş işin dəyəri 45.000 manat təşkil edir.

24. Göründüyü kimi, mübahisənin həlli üçün görülmüş işlərin dəyəri və həcmi tərəflərin sonuncu iradə ifadəsi olan 3 nömrəli əlavəyə uyğun hesablanmalıdır ki, sonuncu olan 3 nömrəli əlavə tərəflərin yekun iradə ifadəsini əks etdirir.

25. Məhkəmə 6.504 manat faiz borcunun ödənilməsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir.

26. İddiaçı MM-in 445.7-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına istinad edərək qeyd olunan faiz məbləğini tələb edir.

27. Məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış 2019-cu il 1 noyabr tarixli 241019 nömrəli podrat müqaviləsinin 5.7-ci bəndi ilə müəyyən olunmuşdur ki, tərəflər icraçının işləri 2020-ci il 15 yanvar tarixinə başa çatdırılmalı olmasını və şifarişçiyə təhvil-təslim aktı əsasında verilməli olması ilə bağlı razılaşmışlar.

28. Bundan sonra tərəflər 2020-ci il 7 iyul tarixli müqaviləyə 3 nömrəli əlavə ilə 5.7-ci bəndinə dəyişiklik etmiş və tərəflər icraçının işləri 2020-ci il 31 avqust tarixinə başa çatdırılmalı olmasını və şifarişçiyə təhvil-təslim aktı əsasında verilməli olması və soyuducunun təhvil-təslimindən sonra 1 ay ərzində icrası tərəfindən rejimində işlətməsi olması, testin uğurla nəticələnəcəyi təqdirdə tərəflər arasında yekun təhvil- təslim aktının imzalanması ilə bağlı razılaşmışdır.

29. Tərəflər görülmüş işlərin təhvil verilməsi və bununla bağlı aktın imzalanması ilə bağlı razılığa gəlmişlər ki, məhkəmə araşdırması zamanı işlərin təhvil verilməsi və bununla bağlı aktın tərtib olunmasına dair məhkəməyə sübut təqdim edilməmişdir.

30. Əksinə, məhkəmə araşdırması zamanı müqaviləyə 3 nömrəli əlavə ilə müəyyən edilmişdir ki, görülmüş və görülməli olan işlərin həcmi ƏDV daxil 807.108,84 manat müəyyən edilsə də, görülmüş işlərin dəyəri ƏDV xaric 303.716 manat təşkil. Bu isə bunu deməyə əsas vermişdir ki, tərəflər arasında münasibətlər kəsilmiş və işlər təhvil verilməmişdir. Görülmüş işlər tərəflərin razılaşmasına uyğun təhvil verilmədiyindən iddiaçı istinad etdiyi hüquqi mənbələrə istinadən faiz tələb edə bilməz.

31. İşlərin yerinə yetirilərək təhvil verilməsinə dair sübutlar mövcud olmadığından hansı tarixdən etibarən iddiaçıdan gecikməyə görə faizin hesablanmalı olmasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də iddia tələbi gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcuna münasibətdə rədd edilməlidir.

32. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. 33. 2021-ci il 1 oktyabr tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırkı iş üzrə iddianın qiymətinə əsasən (71.550,93 manat) ödənilməli dövlət rüsumu 305,85 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən 305,85 dövlət rüsumunun 57 manat hissəsi iddiaçıdan, 248,85 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

34. Eyni zamanda, iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərci ödənildiyindən 400 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. 35. 400 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 248,85 manat dövlət büdcəsinə və iddiaçıdan 57 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab etmişdir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 400 manat əvəzinə, iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 57 manat dövlət rüsumu çıxılmaqla 343 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 57 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 248,85 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 305,85 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

36. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 445.7, 752.1, 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

37. Cavabdeh 2023-cü il 17 aprel tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin tamamilə ləğv olunması və iddiaçının iddia tələbinin rədd olunması barədə yeni məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

38. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli 2-2(107)-46/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – G.Cavadova və M.Əsədli).

39. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, birinci instansiya məhkəməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 17 yanvar tarixli 10/6679 nömrəli rəyi haqlı olaraq sübut kimi qəbul etmiş və hesab etmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 3 nömrəli əlavəsində qeyd oluna n qiymətlərə əsasən icraçı və sifarişçi tərəfindən təsdiq edilmiş 2020-ci il 20 may tarixinə yerinə yetirilən işlər haqqında arayışda qeyd edilən görülən işlərin dəyəri 303.716 manat təşkil etdiyindən və cavabdeh tərəfindən iddiaçıya 254.104,77 manat əsas və 45.738,86 manat ƏDV olmaqla ümumilikdə 299.843,63 manat pul ödənildiyindən iddia tələbi qismən təmin edilməli, yerinə yetirilmiş işlərin dəyəri olan 49.611,23 manat (303.716254.104,77) məbləğində borc və 8.930,02 manat məbləğində əlavə dəyər vergisi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı ƏDV ödəyicisi olduğundan cavabdehdən tutulmalı olan 58.541,25 manat məbləğin 49.611,23 manat hissəsini yerinə yetirilən işlərin dəyəri, 8.930,02 manat hissəsini ƏDV məbləğini təşkil edir.

40. Eyni zamanda, apellyasiya instansiya sı məhkəməsi apellyasiya şikayətinin cavabdehin görülən işlərin dəyərinin müqaviləyə 1 nömrəli əlavəyə əsasən hesablanmalı olması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, işin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 17 yanvar tarixli 10/6679 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 2019-cu il 1 noyabr tarixli 241019 nömrəli podrat müqaviləsinin 1 nömrəli əlavəsində qeyd olunan qiymətlərə əsasən icraçı və sifarişçi tərəfindən təsdiq edilmiş 2020-ci il 20 may tarixə yerinə yetirilən işlər haqqında arayışda qeyd edilən bəzi görülən işləri dəyəri 100.668 manat müəyyən olunur. İcraçı və sifarişçi tərəfindən təsdiq edilmiş 2020-ci il 20 may tarixinə yerinə yetirilən işlər haqqında 2020-ci il 9 iyun tarixli arayışda q eyd edilən görülən bəzi işlərin dəyəri podrat müqaviləsinin 1 nömrəli əlavəsində qeyd olunmamışdır. Bu səbəbdən də arayışda qeyd edilən görülən bəzi işlərin dəyəri üzrə tədqiqat aparılmamışdır ki, cavabdeh də şikayətində və məhkəmə kollegiyasının iclasında ekspert rəyi ilə razılaşdığını və rəyin sübut qismində qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

41. Cavabdeh tərəfin borcun 1 nömrəli əlavə əsasında hesablanmalı olmasına dair dəlilləri ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər 1 nömrəli əlavədə görüləcək işlərin həcmi və dəyəri ilə bağlı razılaşmışlar. Bundan sonra tərəflər 2020-ci il 20 may tarixində görülmüş işlərin həcminə dair arayış tərtib etmişlər. 42. 2020-ci il 7 iyul tarixində tərəflər görülmüş və gələcəkdə görülməli olan işləri həcmi və qiymətləri ilə bağlı razılığa gələrək 3 nömrəli əlavəni təsdiq etmişlər. 1 və 3 nömrəli əlavələr, habelə 2020-ci il 20 may tarixli arayışla müəyyən olunmuşdur ki, müqaviləyə 1 nömrəli əlavədə tərəflər 10 adda işlərin görülməli olmasını razılaşdırmış və 2020-ci il 20 may tarixli arayışda 20 adda işlərin görülməsini təsdiq etmişlər ki, görülmüş işlərin həcmi 1 nömrəli əlavədə müəyyən olunmuş işlərin həcmindən artıq olmuşdur.

43. Bundan sonra, 2020-ci il 7 iyul tarixində tərəflər yenidən görülmüş və gələcəkdə görülməli olan işləri həcmi və qiymətləri ilə bağlı razılığa gələrək 3 nömrəli əlavəni təsdiq etmişlər ki, 3 nömrəli əlavəyə görülmüş, lakin 1 nömrəli əlavəyə düşməmiş işlərin həcmi və dəyəri salınmış və 3 nömrəli əlavədə artıq icra olunmuş işlərin dəyəri artırılmışdır. Misal olaraq tə rəflər 1 nömrəli əlavədə “köhnə binanın sökülməsi” ilə bağlı işlərin yerinə yetirilməsini 42.000 manat razılaşsalar da 3 nömrəli əlavədə “köhnə binanın sökülməsi” ilə bağlı yerinə yetirilmiş işin dəyəri 45.000 manat təşkil edir.

44. Göründüyü kimi, mübahisənin həlli üçün görülmüş işlərin dəyəri və həcmi tərəflərin sonuncu iradə ifadəsi olan 3 nömrəli əlavəyə uyğun hesablanmalıdır ki, sonuncu olan 3 nömrəli əlavə tərəflərin yekun iradə ifadəsini əks etdirir. Bunun əksini təsdiq edən sübutları cavabdeh işə baxan məhkəmələrə təqdim edə bilməmişdir.

45. Tərəflər arasında bağlanmış 2019-cu il 1 noyabr tarixli 241019 nömrəli podrat müqaviləsinin 5.7-ci bəndi ilə müəyyən olunmuşdur ki, tərəflər icraçının işləri 2020-ci il 15 yanvar tarixə başa çatdırılmalı olmasını və şifarişçiyə təhvil-təslim ak tı əsasında verilməli olması ilə bağlı razılaşmışlar.

46. Bundan sonra, tərəflər 2020-ci il 7 iyul tarixli müqaviləyə 3 nömrəli əlavə ilə 5.7-ci bəndinə dəyişiklik etmiş və tərəflər icraçının işləri 2020-ci il 31 avqust tarixinə başa çatdırılmalı olmasını və şifarişçiyə təhvil-təslim aktı əsasında verilməli olması və soyuducunun təhvil-təslimindən sonra 1 ay ərzində icrası tərəfindən rejimində işlətməsi olması, testin uğurla nəticələnəcəyi təqdirdə tərəflər arasında yekun təhvil-təslim aktının imzalanması ilə bağlı razılaşmışdır.

47. Birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

48. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğ v edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmamışdır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

49. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MM-in 14.2.1, 389.1, 442, 448.1, 752.1, 752.2, 753.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli 4 saylı Qərarının 2.4cu bəndinə, İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsinin “Brumаresku Rumuniyаyа qаrşı” iş üzrə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarılarna, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslan dırmışdır.

50. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-ci il 23 iyun tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

51. Cavabdeh 2023-ci il 11 avqust tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin tamamilə ləğv edərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 52. “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, habelə müasir demok ratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işi üzrə 1970ci il 17 yanvar tarixli Qərarı; Piersack Belçikaya qarşı iş üzrə 1982-ci il 1 oktyabr tarixli Qərarı; X5rşı iş üzrə 1984-cü il 26 oktyabr tarixli Qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

53. Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71-ci maddələri üzrə - Ali qanun tərəfindən müəyyən edilmiş bu təminat bir tərəfdən hər kəsin pozulmuş hüquq və az adlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxaraq onlara dair ədalətli və qanuni qərar qəbul etmək vəzifəsini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi həmin maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində apellyasiya şikayətinin dəlilləri üzrə düzgün hüquqi qiymətləndirmə aparılmamış və nəticədə iddiaçının qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququnun da pozuntusuna yol verilmişdir.

54. MM-in 385, 448.1-ci maddələri üzrə - İddiaçı cavabdeh ilə bağladığı 2019-cu il 1 noyabr tarixli 241019 saylı podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən, müqavilənin ümumi məbləği ƏDV xaric 350.018,01 manat təşkil edir. Müqavilə yə 01 nömrəli əlavəyə əsasən, soyuducu anbarın layihələndirilməsi, inşası, avadanlıqların quraşdırılması işlərinin smetası müəyyən edilmiş, görüləcək işlərin həcmi və dəyəri göstərilmişdir. Daha sonra tərəflər arasında 2020-ci il 20 may tarixində yerinə yetirilmiş işlər barədə arayış təsdiq edilmişdir. Bu arayışda yalnız 2020-ci il 20 may tarixinə qədər görülmüş işlərin həcmi göstərilmişdir. Daha sonra, yəni 2020-ci il 7 iyul tarixində tərəflər görüləcək işlərin həcminin artmasına dair 3 nömrəli əlavə tərtib edərək imzalamışlar. Cavabdeh tərəfindən podrat müqaviləsi üzrə ümumilikdə 299.843,63 manat məbləğində vəsait ödənilmişdir. Bu işin mübahisələndirilməyən halıdır. 3 saylı əlavədə 1 nömrəli əlavədə göstərilən bəzi işlərin dəyəri süni şəkildə artırılmaqla reallığı əks etdirmir. Cavabdeh sonradan tərtib olunmuş 3 saylı əlavə ilə yalnız gələcəkdə görüləcək işlərə dair razılığını ifadə etmək niyyətində olmuşdur. İddiaçı cavabdehin istehsal zərurəti ilə əlaqədar olaraq soyuducu anbarına, tez bir zamanda onun quraşdırılmasına ehtiyacı olmasını bilərək vicdanlılıq prinsipinin tələblərini pozaraq bu vəziyyətdən sui-istifadə edərək həmin məbləğləri artırmışdır. Cavabdeh isə iddiaçının vicdanlı sahibkar qənaətində olmaqla ona etibar edərək onlar tərəfindən hazırlanmış yalnız gələcəkdə görüləcək işlərin həcmini və dəyərini əks etdirilməsini zənn etdiyi əlavələrə tanış olmadan imza etmişdir. Cavabdehin artıq görülmüş və öncədən razılaşdırılmış işlərin dəyərinin sonradan iddiaçı tərəfindən artırılmasına dair şərtlə razılaşması mümkün deyil. Belə bir şərti nəinki cavabdeh, heç kəs qəb ul edib razılaşmaz. Bu isə 2020-ci il 7 iyul tarixli 3 saylı əlavənin cavabdehin həqiqi iradəsinin ifadəsini əks etdirməməsinin göstəricisidir. Məsələn tərəflər 1 nömrəli Əlavədə “köhnə binanın sökülməsi” ilə bağlı işlərin yerinə yetirilməsini 42.000 manat razılaşsalar da, 3 nömrəli əlavədə “köhnə binanın sökülməsi” ilə bağlı yerinə yetirilmiş işin dəyəri 45.000 manat təşkil edir. Tərəflər arasında mübahisənin məhz işlərin həcmini və dəyərini əks etdirən qeyd olunan əlavələrlə bağlı olmasına baxmayaraq, məhkəmə qeyd olunan qiymətlər arasında fərqin nədən ibarət olmasını araşdırmamışdır. Tərəflər 1 saylı əlavə ilə işlərin həcmini və dəyərini müəyyənləşdirdikdən və həmin işlər görüldükdən sonra onun qiymətinin dəyişdirilməsi zərurəti iddiaçı tərəfindən əsaslandırılmamışdır.

55. Məhkəmə 2023- cü il 17 yanvar tarixli məhkəmə tikinti-texniki ekspertiza rəyini əsas götürmüşdür. Həmin ekspert rəyi ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilmədən, yalnız iş materiallarına əsasən tərtib olunmuşdur. Bunun üçün, yəni iş materiallarına əsasən görülən işlərin dəyərinin müəyyən olunması üçün xüsusi biliyi olan şəxsə ehtiyac qalmır. Bu şəkildə bir dəyərləndirməni məhkəmə özü də həyata keçirə bilər. İş materiallarına əlavə olunmuş 2022-ci il 17 oktyabr tarixli ekspert vəsatətindən görünür ki, ekspert tərəfindən tədqiqat obyektinə 2022-ci il 23 dekabr tarixində baxış keçirilməsinin təşkil olunmasına dair birinci instansiya məhkəməsinə vəsatət təqdim olunmuşdur. Lakin vəsatətin icrası təmin olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Məhkəm əsinə ünvanladığı 2023-cü il 26 yanvar tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmənin ekspert vəsatətinin icrasının mümkün olmaması ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, ekspert vəsatətinə əsasən 2022ci il 17 oktyabr tarixində ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilmiş, 2022-ci il 26 dekabr tarixində əlavə materiallar təqdim edilmiş, 2023-cü il 17 yanvar tarixində rəy verilmişdir. 2023-cü il 17 oktyabr tarixli ekspert rəyinin təsviri hissəsində isə tədqiqatın iş materiallarına əsasən aparıldığı qeyd edilmişdir. Halbuki məhkəmə tikinti texniki ekspertizasının keçirilməsi yolu iş üçün əhəmiyyət kəsb edən halların məhz tədqiqat obyektinə baxış keçirilməsi yolu ilə müəyyən olunması nəzərdə tutulur. Ekspert rəyində də qeyd edilmişdir ki, 2020-ci il 20 may tarixinə yerinə yetirilən işlər haqqında 2020-ci il 9 iyun tarixli arayışda qeyd edilən görülən bəzi işlərin dəyəri 2019-cu il 1 noyabr tarixli 241019 nömrəli podrat müqaviləsinə 2019-cu il 1 noyabr tarixli 1 nömrəli əlavədə qeyd olunmamış, bu səbəbdən də 2020-ci il 20 may tarixinə yerinə yetirilən işlər haqqında 2020-ci il 9 iyun tarixli arayışda qeyd edilən görülən bəzi işlərin dəyəri üzrə tədqiqat aparılmamışdır.

56. Cavabdehin ekspertin rəyi ilə razılaşması məhz müqaviləyə 1 nömrəli Əlavə ilə müəyyən olunan qiymətlər əsasında ekspertin 2020-ci il 20 may tarixinədək yerinə yetirilən işlər haqqında 2020-ci il 9 iyun tarixli arayışda qeyd edilən bəzi görülən işlərin dəyərinə dair mövqeyi ilə razılaşmasını nəzərdə tutur. Belə ki, cavabdeh 2020-ci il 20 may tarixinədək görülən işlərin dəyərinin 2019 -cu il 1 noyabr tarixli 241019 nömrəli podrat müqaviləsinə 2020-ci il 7 iyul tarixli 03 saylı əlavə əsasında hesablanması ilə razılaşmır və bunu qəbul etmir. Tərəflər arasında mübahisənin məhz görülən işlərin dəyərinin müqaviləyə əlavələrdən irəli gəlməsini nəzərə alaraq məhkəmə işin həqiqi hallarını müəyyən etmək məqsədilə 2020-ci il 20 may tarixinə görülən işlərə dair tərtib olunmuş 2020-ci il 9 iyun tarixli arayışda qeyd edilən və 1 saylı əlavəyə daxil edilməyən işlərin dəyərinin müəyyən olunması üçün tədbirlər görməli idi. Bununla bağlı tədqiqat obyektinə baxış keçirilməklə ekspertizanın keçirilməsini təşkil etməli idi. Bundan başqa, məhkəmə 2020-ci il 20 may tarixinədək görülən işlərlə bağlı tərtib olunmuş 2020-ci il 9 iyun tarixli arayışda qeyd edilən və 1 saylı əlavəyə uyğun olan iş ləri həmin əlavədəki qiymətlərinə uyğun hesablamamaqla cavabdehin hüquqlarının pozulması ilə nəticələnən ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üzrə 2023-cü il 13 iyun tarixli qətnamə qəbul etməklə maddi hüquq normalarını yanlış tətbiq edərək cavabdehin müqavilə üzrə öhdəliyinin icra edilməməsi qənaətinə gəlməklə ədalətsiz və qanunsuz məhkəmə qətnaməsi qəbul etmişdir.

57. MPM-in 97, 217, 417.1.3, 418.1, 418.3-cü maddələri üzrə - Apellyasiya məhkəməsinin qətnaməsi MPM-in 217.2-ci maddəsinin tələbi baxımından tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun qəbul edilməmiş, eyni zamanda 217.3-cü maddənin tələbi ba xımından qətnamə iş üzrə müəyyən edilmiş və ya məhkəmə araşdırması zamanı müəyyən edilməli olan həqiqi hallara uyğun əsaslandırılmamışdır. Belə olan halda, həmin qətnamə qanuni və əsaslı deyil.

58. Məhkəmənin məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi haqqında 2022ci il 9 sentyabr tarixli qərardadında ekspert qarşısında qoyulan suallar xüsusi bilik tələb olunmayan suallar olmaqla ekspertiza tədqiqatı tələb etmir. Sualların məzmunu tərəflər arasında bağlanmış müqavilə üzrə 2020-ci il 20 may tarixinə yerinə yetirilən işlər haqqında 2020-ci il 9 iyun tarixli arayışda qeyd edilən görülən işlərin dəyərinin müqaviləyə 1 və 3 nömrəli əlavələrə əsasən hesablanmaqla nə qədər təşkil edilməsindən ibarətdir. Ekspertin tədqiqat obyektinə baxış keçirilməsinin təşkil edilməsinə dair vəsatətin i məhz sualların məzmununu əsas götürərək imtina etmişdir. Bunun əvəzinə, məhkəmə ekspert qarşısında 2020-ci il 20 may tarixinə yerinə yetirilən işlər haqqında 2020-ci il 9 iyun tarixli arayışda qeyd edilən görülən işlərin dəyərinin tədqiqat obyektinə baxış keçirilməklə müəyyən olunmasına dair suallar qoymalı idi. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Məhkəməsinə ünvanladığı 2023-cü il 26 yanvar tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmənin ekspert vəsatətinin icrasının mümkün olmaması ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, ekspert vəsatətinə əsasən 2022ci il 17 oktyabr tarixində ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilmiş, 2022-ci il 26 dekabr tarixində əlavə materiallar təqdim edilmiş, 2022-cü il 17 yanvar tarixdə rəy v erilmişdir. 2022-ci il 17 oktyabr tarixli ekspert rəyinin təsviri hissəsində isə tədqiqatın iş materiallarına əsasən aparıldığı qeyd edilmişdir. Qeyd olunan bütün bu hallar ekspertizanın prosessual pozuntularla keçirilməsini göstərir. Apellyasiya məhkəməsinin qətnaməsi qəbul edilən zaman qeyd olunan prosessual hüquq normaları pozulmuşdur ki, bu da yekunda düzgün olmayan və əsassız məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

59. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

60. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətin in məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

61. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

62. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməmə lidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır....” “Maddə

399. Müqavilənin qüvvəsi... 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını dey il, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müə yyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....”

64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli 4 saylı Qərarının müvafiq müddəalarında müəyyən edilmişdir ki: “2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.”

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

66. İddiaçı podrat müqaviləsi üzrə cavabdehdən görülmüş işlərin qalan dəyəri olaraq 65.046,93 manat və faiz borcu olaraq 6.504 manat pul tutulmasını xahiş etmiş, iddia qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.

67. Məhkəmə kollegiyası cavabdehin kassasiy a şikayətinin dəlilləri ilə aşağıdakı səbəblərdən razılaşmır.

68. Cavabdeh iddia edir ki, müqaviləyə 3 saylı əlavədə 1 nömrəli əlavədə göstərilən bəzi işlərin dəyəri süni şəkildə artırılmaqla reallığı əks etdirmir. Həmçinin cavabdeh qeyd edir ki, tərəflər 1 saylı əlavə ilə işlərin həcmini və dəyərini müəyyənləşdirdikdən və həmin işlər görüldükdən sonra onun qiymətinin dəyişdirilməsi zərurəti iddiaçı tərəfindən əsaslandırılmamışdır.

69. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər 3 saylı əlavəni qarşılıqlı razılıq əsasında imzalamış və möhürlə təsdiq etmişlər. Mübahisəli podrat müqaviləsinin 16.1 və 16.2-ci bəndlərində müəyyən edilmişdir ki, bu müqaviləyə edilən bütün əlavə və dəyişikliklər bu müqavilənin ayrılmaz və tərkib hissəsidir, yalnız yazıl ı formada və tərəflərin səlahiyyətli şəxsləri ilə imzalandıqda və möhürləndikdə hüquqi qüvvəyə malikdir.

70. Odur ki, mübahisəli podrat müqaviləsinin özü kimi, onun 3 saylı əlavəsi də MM-in 385.1 və 386.1-ci maddələrinə (bax yuxarıda § 63) uyğun olaraq, tərəflər üçün konkret öhdəliklər yaradan sənəd kimi qəbul edilməlidir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi hər hansı hüquq pozuntusuna yol verməmişdir.

71. Həmçinin işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, 3 nömrəli əlavənin imzalanmasının səbəbi elə həmin əlavənin özündə göstərilmişdir. Belə ki, 3 nömrəli əlavəyə görə, işlərin həcmi artdığından müqaviləyə 1 nömrəli əlavədə yer alan smetanın dəyişdirilməsi barədə tərəflər razılaşmışlar.

72. Odur ki, iddiaçı tərəfindən bununla bağlı əlavə əsaslandı rmalar gətirilməsinə də lüzum qalmamışdır.

73. Cavabdehin 3 saylı əlavə ilə yalnız gələcəkdə görüləcək işlərə dair razılığını ifadə etmək niyyətində olmasına dair dəlil də əsaslı hesab edilə bilməz.

74. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, 3 nömrəli əlavəyə görülmüş, lakin 1 nömrəli əlavəyə düşməmiş işlərin həcmi və dəyəri salınmış və 3 nömrəli əlavədə artıq icra olunmuş işlərin dəyəri də artırılmışdır. Misal olaraq tərəflər 1 nömrəli əlavədə “köhnə binanın sökülməsi” ilə bağlı işlərin yerinə yetirilməsini 42.000 manat razılaşsalar da, 3 nömrəli əlavədə “köhnə binanın sökülməsi” ilə bağlı yerinə yetirilmiş işin dəyəri 45.000 manat təşkil etmişdir.

75. Qeyd etmək lazımdır ki, MM-in 399.2-ci maddəsi (bax yuxarıda § 63) tərəflərə bağladıqları müqavilə nin şərtlərini onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq etməyə imkan verir.

76. Bundan başqa, MM-in 404.1 və 404.2-ci maddələrinə (bax yuxarıda § 63) görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmaları, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə alır.

77. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həlli üçün görülmüş işlərin dəyəri və həcminin tərəflərin sonuncu iradə ifadəsi olan 3 nömrəli əlavəyə uyğun hesablanmalı olmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır.

78. Kassatorun, iddiaçının vicdanlılıq prinsipini pozaraq, vəziyyətdən sui-istifadə edərək işlərin qiymətini artırmasına, cavabdehin isə iddiaçıya etibar edərək onlar tərəfindən hazırlanmış yalnız gələcəkdə görüləcək işlərin həcmini və dəyərini əks etdirilməsini zənn etdiyi əlavələrə tanış olmadan imza etməsinə dair dəlillərini məhkəmə kollegiyası işin halları ilə öz təsdiqini tapmayan, subyektiv xarakterli mülahizələr kimi qiymətləndir.

79. Bundan başqa, hər bir sahibkarlıq subyekti, xüsusilə də hüquqi şəxs istənilən müqaviləni və ya digər sənədi imzalayarkən üzərinə hansı öhdəlikləri və məsuliyyəti qəbul etdiyini dəqiq bilməlidir. Hətta cavabdeh QSC 3 saylı əlavəni həqiqətən də oxumadan (sənədlə tanış olmadan) imzalamışdırsa belə, buna görə bütün məsuliyyət və risk iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür.

80. İşdəki ekspert rəyinin mötəbər sübut olmamasına dair kasstorun gətirdiyi bütün dəlilləri də məhkəmə kollegiyası əsassız hesab edir və onlar üzrə ayrıca hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür. Belə ki, mübahisələndirilən qətnamədən məlum olur ki, cavabdehin özü apellyasiya şikayətində və apellyasiya instansiyası məhkəməsinin iclasında ekspert rəyi ilə razılaşdığını bildirmiş və rəyin sübut qismində qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

81. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 65) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 65) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

82. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli 2-2(107)-46/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

83. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh "xxxx" QSC-nin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli 22(107)-46/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar