Məhkəmə qərarları › İş №2-2(102)-570/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-570/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-570/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X2nun Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə borc və əldən çıxmış fayda tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı X2nun Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsi üzrə borcun və əldən çıxmış faydanın tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 aprel tarixli 2-2(103)-61/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. X2 (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 2019-cu il 3 yanvar tarixdə 19/008 nömrəli xidmət göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi tapşırır, icraçı isə hazırkı müqavilədə aşağıda göstərilən şərtlərlə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda 27, 28 və 29 saylı yaşayış binalarında taxta, laminat və parket döşəmə və üzlüklərinin quraşdırılması xidmətlərinin göstərilməsi öhdəliyini üzərinə götürür: 1) tikinti və təmir işlərinin yerinə yetirilməsi üçün mütəmadi olaraq görüləcək işləri müvafiq işçi heyəti ilə təmin etmək; 2) Əmək qanunvericiliyinə əsasən işçilərlə əmək müqavilələrini bağlamaq və elektron hökümət portalında qeydiyyata almaq, ye ni işçilərin şəxsiyyət vəsiqələri və elektron bildirişlərini sifarişçiyə təqdim etmək; 3) Vergi Məcəlləsinə müvafiq olaraq işçilərin əmək haqlarını hesablamaq və ödəmək; 4) hazırkı müqavilədən irəli gələn müvafiq vergiləri vaxtında ödəmək; 5) iş saatlarında işçilərin davamiyyətini aylıq iş vaxtı cədvəli əsasında mütəmadi olaraq nəzarətdə saxlamaq və 6) işçiləri təhlükəsizlik texnikası qaydaları, həmçinin gördükləri işlər üzrə təlimatlandırmaq. Müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi tərəfindən hazırkı müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üçün ödəniş bank hesablaşma köçürülməsi yolu ilə və ya yaşayış və ya qeyri-yaşayış sahələri ilə əvəzləşdirmə yolu ilə həyata keçirilir. Müqavilənin 4.2-ci bəndinə əsasən ödəniş əvəzləşdirmə yolu ilə həyata keçirilikdə, yaşayış sahələri üçün 1m 2 – 1.500 manat olaraq müəyyən olunur və müvafiq sahələrin göstəriciləri hazırkı müqaviləyə əlavə olunmaqla tərəflər arasında tələb olunan sənədləşmə əməliyyatları icra olunur. Müqavilənin 4.5-ci bəndinə əsasən hazırkı müqavilənin 1.1-ci bəndində göstərilmiş işlərin qiyməti 54,22 manat müəyyən edilir (işin ümumi həcmi 9332 m2, əvəzləşdiriləcək yaşayış sahəsi 400 m2 ) və tərəflər arasında hazırkı müqaviləyə əlavələr olunmadığı təqdirdə dəyişilməz olaraq qalır. 2. 2020-ci il 5 mart tarixli “Görülmüş işlərin qəbul aktı”ndan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda yerləşən 27 nömrəli yaşayış binasında görülmüş işlərin ümumi məbləği 162.389 manat təşkil etmişdir. Akt hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmışdır. 3. 2020-ci il 19 mart tarixli “Görülmüş işlərin qəbul aktı”ndan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda yerləşən 28 nömrəli yaşayış binasında görülmüş işlərin ümumi məbləği 170.193 manat təşkil etmişdir. Aktda həmçinin qeyd olunmuşdur ki, 28 nömrəli binada bəzi işlər tamamlanmadığına görə ölçülərə və işlərə yenidən yerində baxmaq lazımdır. Akt hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmışdır.

4. X2 tərəfindən 2020-ci il 7 may tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. X2 (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2020-ci il 19 iyun tarixində iddia ərizəsi və 2021-ci il 8 iyul tarixində son iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 2019-cu il 3 yanvar tarixli müqaviləyə əsasən 27-ci binada görülən işlərə görə ümumilikdə 125.561 manat; 28 saylı binada görülən işlərə görə ümumilikdə 178.955 manat və 29-cu bina üçün əldən çıxmış fayda olaraq 41.300 manat olmaqla, cəmi 345.816 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onula əsaslandırılmışdır ki, tərəflər arasında Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda 27, 28 və 29 saylı yaşayış binaların da taxta, laminat və parket döşəmə və üzlüklərin quraşdırılması xidmətlərinin göstərilməsinə dair 2019-cu il 3 yanvar tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən yuxarıda nəzərdə tutulmuş işlərin qiyməti hər 1 kvadrat metr üçün 54,229 manat müəyyən edilmişdir. Həmçinin görülməli olan işin ümumi həcmi 9.332 kvadrat metr müəyyən edilmişdir. İcraçı (iddiaçı) müqavilə üzrə öhdəliklərini icra etməyə başlamışdır. 54,229 manat məbləğin 40,229 manatı tikinti materialı, 14 manatı isə xidmət haqqı olmuşdur. Ümumi həcmi 9332 kvadrat metr müəyyən edilmiş sahə 27, 28, 29 saylı üç yaşayış binasından ibarətdir. Sonradan sifarişçi icraçıya Müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirməsinə mane olmuş və işlərin tam yerinə yetirilməsi üçün lazımi şər aiti yaratmamışdır. İşlərin görülməsi aşağıdakı qaydada müəyyən olunmuşdur: 1) 27 saylı binanın layihə ilə müəyyən edilmiş 3.053 kvadrat metr sahəsi ayrılmış, podratçı tərəfindən yaşayış binasına taxta, laminat və parket döşəmə və üzlüklər quraşdırılmışdır. Müqavilənin 4.5-ci bəndinə əsasən nəzərdə tutulmuş işlərin qiyməti hər 1 kvadrat metr üçün 54,229 manat müəyyən olunaraq, 165.561 (3.053x54,229) manat təşkil etsə də, sifarişçi bunun ancaq 40.000 manatını ödəmişdir. 20.000 manat iddiaçının hesabına və 20.000 manat laminat döşəmə alınması üçün satış məntəqəsinin hesabına köçürülmüşdür. 27 saylı binanın layihə ilə müəyyən edilmiş 3.053 kvadrat metr sahəsinin təhvil verilməsi cavabdeh tərəfindən (işlərin bitməsi) təsdiqlənmişdir. Həmin sənəd cavabdehə pretenziya məktubu vasitəsilə göndəril mişdir. 2) 28 saylı binanın layihə ilə müəyyən edilmiş sahəsi 3.300 kvadrat metrdir. Həmin sahənin 433 kvadrat metr hissəsi müqavilədə nəzərdə tutulsa da, işlər başqa şəxs tərəfindən görülmüşdür. Qalan 2.867 kvadrat metr sahədə işlərin bir çox hissəsi görülmüş, sifarişçinin öhdəliklərinin gecikdirilməsi nəticəsində tamamlama işlərinin aparılması mümkün olmamışdır. 3) 29 saylı binanın layihə ilə sahəsi 2.950 kvadrat metr müəyyən edilmişdir. Həmin sahədə işlərin müqavilədə podratçı tərəfindən görülməsinin nəzərdə tutulmasına baxmayaraq, işlərin görülməsinə maneçilik törədilmişdir. Müqaviləyə heç bir dəyişiklik və əlavə edilmədən, podratçıya məlumat vermədən həmin yaşayış binasında işlərin görülməsi üçün şərait yaradılmamışdır. Buna görə də 41.300 (2.950x14) manat məbləğ ödənilməlidir.

7. İdd ia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 425, 428.4, 442, 443.5, 448, 752.1, 759.1, 760.2-ci maddələrinə istinad edilmişdir.

8. Cavabdehin nümayəndəsi iddiaya etirazında göstərmişdir ki, iddiaçının gördüyü işlərin əvəzinə cavabdeh tərəfindən 4 mənzil təqdim edilmiş, borc müqavilə şərtinə uyğun olaraq mənzillərlə əvəzləşdirilmiş, iddiaçı cavabdehin rəhbər şəxsləri barədə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılan cinayət işinin istintaqı zamanı verdiyi ifadədə bu faktı təsdiq etmişdir.

9. Cavabdeh tərəfindən 2020-ci il 10 noyabr tarixində ekspertizanın təyin edilməsinə dair vəsatət verilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası M ərkəzinin 2021-ci il 3 mart tarixli 10/3944 saylı ekspert rəyindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda inşa edilmiş 28 saylı yaşayış binasında yerləşən, baxış zamanı ölçü işləri aparılmış mənzillər üzrə iddiaçı tərəfindən aparılmış işlərin ümmi həcmi (sahəsi) 1764,9 kv.m, həmin sahə üzrə yerinə yetirilmiş işlərin dəyəri isə 72.360,9 manat məbləğində müəyyən olunmuşdur. Rəydə qeyd edilmişdir ki, İ blok üzrə 2,4,6,7,8,13,14,22,25,26,28,33,36 saylı, İİ blok üzrə 37, 39, 40, 42, 46, 48, 49, 53, 54, 57, 59, 63, 64, 67, 71, 69 saylı mənzillərin qapısı bağlı olduğundan həmin mənzillər üzrə ölçü işlərinin aparılması mümkün olmamışdır.

10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 iyul tarixli e-2-2(113)-146/2021 saylı qətnaməsi ilə iddia qismən təmi n edilmiş, cavabdehdən 2019-cu il 3 yanvar tarixli müqaviləyə əsasən 27 saylı binada görülən işlərə görə 122.389 manat, 28 saylı binada görülən işlərə görə 72.360,9 manat, ödənilmiş dövlət rüsumuna görə 17 manat olmaqla, cəmi 194.766,9 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – Z.Axundova).

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, 2020-ci il 5 mart tarixli görülmüş işlərin qəbul aktını nəzərə alaraq iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda inşa edilən 27 nömrəli yaşayış binasında görülən işlərin əvəzi olaraq cavabdehdən 122.389 manat (162.389-(20.000+20.000)=122.389) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının tələbi Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda inşa edilən 27 nöm rəli yaşayış binasında görülən işlərin əvəzi olaraq 125.561 manat olsa da, iş materiallarına əlavə edilən aktda iddiaçı tərəfindən 27 saylı binada görülən işlərin dəyərinin 162.389 manat təşkil etməsi göstərilmişdir.

12. Eyni zamanda iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda inşa edilən 28 nömrəli yaşayış binasında görülən işlərin əvəzi olaraq cavabdehdən 72.360,9 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə qənaətə gələrkən nəzərə alınmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda inşa edilən 28 nömrəli yaşayış binasında görülmüş işlərin dəyərini müəyyən etmək üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmiş, qeyd edilən binaya ekspert tərəfindən baxış keçirilmiş və 2021-ci il 3 mart tarixli 10/39 44 saylı ekspert rəyi (bax yuxarıda §9) tərtib edilərək iddiaçı tərəfindən 28 nömrəli yaşayış binasında görülən işlərin dəyərinin 72.360,9 manat olması müəyyən edilmişdir.

13. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. 29 saylı binada ümumiyyətlə işlər görülməmişdir. Qüvvədə olan qanunvericliyin imperativ tələbi olaraq tərəf ona vurulmuş ziyanın təsdiq edilməsi, habelə ziyanın dəyməsində qarşı tərəfin təqsirinin olması və ziyanın həcminin müəyyən edilməsi barədə sübutları məhkəməyə təqdim etməlidir. Lakin belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də əldən çıxmış faydanın cavabdehdən tutulması tələbi əsassız olduğundan təmin edilməməlidir

14. Məhkəm ə həmçinin qeyd etmişdir ki, cavabdehin nümayəndəsi qalan məbləğin müqavilədə qeyd edilən əvəzləşmə yolu ilə, yəni iddiaçıya mənzillər verilməklə ödənildiyini, eləcə də məhkəmə iclasında dindirilmiş ikinci şahid də görülmüş işlərin müqabilində cavabdehə 4 mənzilin verildiyini bildirsə də, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, müqavilənin 4.2-ci bəndinə əsasən ödəniş əvəzləşdirmə yolu ilə həyata keçirildikdə müvafiq sahələrin göstəriciləri hazırkı müqaviləyə əlavə olunmaqla tərəflər arasında tələb olunan sənədləşmə əməliyyatları icra olunur. Belə sənədləşmə əməliyyatlarının aparılması barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaçı ilə aralarında bağlanmış 2018-ci il 28 sentyabr tarixli müqaviləni təqdim etmişdir. Həmin m üqaviləyə əsasən sifarişçi (iddiaçı) sifariş edir, podratçı (cavabdeh) isə 28 saylı binanın 2-ci girişində 43 saylı mənzilin tikintisini öz üzərinə götürür. Lakin həmin mənzilin hazırkı işlə bağlılığı, eləcə də həmin mənzilin görülmüş işlərin müqabilində cavabdehə əvəzləşmə yolu ilə verildiyini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin iş materiallarından müəyyən olunmuşdur ki, həmin mənzil cavabdehin adına qeydiyyata alınıbdır. Beləliklə, qalan məbləğin müqavilədə qeyd edilən əvəzləşmə yolu ilə, yəni iddiaçıya mənzillər verilməklə ödənildiyi öz təsdiqini tapmamışdır.

15. Məhkəmə mövqeyini MM-in 21.1, 21.2, 385.1, 386.1, 425.1, 425.2, 442, 443.1, 443.2, 443.4, 448.1, 752.1, 759.1, 760.2-ci; MPM-in 14.2, 77.1, 80, 81, 119.1-ci maddələrinə istinad etmək lə əsaslandırmışdır.

16. İddiaçı 2021-ci il 5 sentyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin – təmin edilməmiş hissəsində qismən ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Cavabdeh 2021-ci il 6 sentyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 aprel tarixli 2-2(103)-61/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sifarişçinin podratçı tərəfindən görülmüş işlərin dəyərini ödəməklə istənilən vaxt müqavilədən imtina etmək hüququ olduğundan iddiaçının 29 saylı binadakı işlərin başqa şirkətə həvalə edilməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 41.300 manat məbləğində pul tələbi ilə bağlı hissədə iddiası əsassızdır. Birinci instansiya məhkəməsi qətnamədə bu normanı qeyd etsə də, iddianı əldən çıxmış fayda hissəsində iddiaçı tərəfindən bu tələblə bağlı mötəbər sübutlar təqdim edilməməsi və cavabdehin qarşı tərəfə ziyan dəyməsində təqsiri olmasının sübut edilməməsi əsası ilə rədd etmişdir ki, məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi istinad etdiyi maddi hüquq normasını müb ahisə üzrə tətbiq etməmişdir.

20. Bundan başqa birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2021-ci il 30 aprel tarixli məktubunda qeyd edilmişdir ki, cinayət işinin istintaqı zamanı iddiaçı ifadəsində cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda inşa edilmiş 27, 28, 29 saylı binalarda taxta, laminat, parket döşəmə və üzlüklərin quraşdırılması xidmətlərinin göstərilməsi öhdəliyini yerinə yetirmiş, bunun müqabilində isə pul qarşılığı olaraq həmin binada 56, 43, 48, 60 saylı mənzilləri əldə edərək Cəmiyyət vasitəsi ilə digər şəxslərə satdığını göstərmiş, cavabdehin direktoru olmuş Şahid da ifadəsində iddiaçının göstərdiklərini təsdiq etmişdir. Məhkəmə qətnamədə qey d edilən sübuta hər hansı hüquqi qiymət verməmişdir.

21. Məhkəmə tərəfindən iddiaçının cinayət işinin istintaqı zamanı verdiyi ifadəyə, işə apellyasiya qaydasında baxılarkən verdiyi yazılı izahata, o cümlədən cavabdehin direktoru Şahid ifadəsinə əsasən müəyyən olunmuşdur ki, iddiaçıya cavabdehin inşa etdiyi 27 və 28 saylı binalarda gördüyü işin müqabilində sahəsi 250,4 kv.m olan 4 mənzil verilmiş, mənzillərdən biri iddiaçının öz adına rəsmiləşdirilmiş, digərləri isə iddiaçının özünün təqdim etdiyi müştərilərə satılmış və satışdan əldə edilən vəsait iddiaçıya ödənilmişdir. Podrat müqaviləsində podratçıya görülmüş işlərin müqabilində təqdim edilən yaşayış sahələrinin 1 kv.m-nin qiyməti 1.265 manat nəzərdə tutulduğundan müəyyən olunmuşdur ki, iddiaçıya borc əvəzinə satış üçün təqdim edilmiş m ənzillərin ümumi dəyəri 316.756 manat təşkil etmişdir. İddiaçı tərəfindən podrat müqaviləsi üzrə yalnız 234.749,9 manat işin görüldüyü işdəki sübutlarla (2020-ci il 5 mart tarixli “Görülmüş işlərin qəbul aktı” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 3 mart tarixli 10/3944 saylı ekspert rəyi) təsdiq edildiyindən məhkəmə hesab etmişdir ki, borcun əvəzinə iddiaçıya təqdim edilmiş mənzillərin dəyərinin borcun məbləğindən çox olduğu nəzərə alınaraq iddiaçının tələbi podrat müqaviləsi üzrə borcun tutulması ilə bağlı hissədə də rədd edilməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 752.1, 753.1, 759.1-ci, MPM-in 76, 106.3, 385.1.1, 385.1.2-ci maddələri ilə əsaslandırmışdır (bax yuxarıda §§3334).

23. Qətnamə 2022-ci il 10 may tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.

24. İddiaçı 2022-ci il 8 iyul tarixində kassasiya şikayəti verməklə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. MM-in 752.1-ci maddələsinin tələbləri pozulmuşdur. İddiaçı və cavabdeh arasındakı razılaşma faktiki olaraq yerinə yetirilməmişdir. Belə ki, vəd olunan dörd mənzilin icraçıya verilməsi nəzərdə tutulsa da, mənzillər iddiaçının mülkiyyətinə verilməmişdir. Bundan başqa, cavabdeh mənzillərin iddiaçıya verilməsini iddia etsə də, bununla bağlı nə müqavilə, nə təhvil-təslim aktını məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə heç bir sübut və əsas olmadan mənzillərin iddiaçıya verildiyi qənaətinə gəlmiş və apellyasiya şikay ətini təmin etməmişdir. Mənzillərin iddiaçıya təhvil verilmədiyini nəzərə alsaq, cavabdehin hələ də iddiaçıya görülmüş işlərə görə ödənilməmiş borcunun olduğu aşkardır. Bu səbəbdən apellyasiya məhkəməsinin qətnaməsi əsassız olduğundan ləğv olunmalıdır.

26. MM-in 759.1-ci maddələsinin tələbləri pozulmuşdur. İcraçı tərəfindən işlərin görülməsi aparılarkən heç bir səbəb gətirilmədən 29 saylı binada işlərin aparılmasına və xidmətlərin göstərilməsinə maneçilik yaradılmışdır. Nəzərə alsaq ki, müqavilədə də göstərildiyi kimi icraçı işlərin görülməsi ilə bağlı işçi cəlb etməli, onlara əmək haqqı verməli, müvafiq vergiləri ödəməli olmuşdur. Yəni cavabdeh müqavilədən imtina etdikdə müqavilənin ləğvi ilə bağlı vurulan zərərin əvəzini ödəməlidir. Qeyd olunanlara baxmayaraq nə Bakı Kommersiya Məhkəməsi, nə də Bakı Apellyasiya Məhkəməsi iddiaçıya dəymiş ziyanı düzgün qiymətləndirməmişdir.

27. MPM-in 87 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Mübahisəli məsələ ilə bağlı birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi 28-ci binada podratçı tərəfindən işlər görülmədiyini bildirmiş, sonradan isə podratçı tərəfindən 28-ci binada nə qədər işlərin görülməsi barədə ekspertiza təyin edilməsi barədə vəsatət vermişdir. Cavabdeh özü ekspertizanın keçirilməsini tələb etsə də, baxış keçirilməsinə maneələr yaratmışdır. Bu səbəbdən ekspert rəyində mənzillərdə ölçmə işlərinə şərait yaradılmadığından, yerinə yetirilmiş işlərin dəyəri cəmi 72.360,90 manat kimi qiymətləndirilmişdir. Məhkəmənin əlavə ekspertiza keçirilməsini təmin etməməsi qəbul olunmuş qərarın əsassız və obyektiv olmadığının süb utudur.

28. Bundan başqa, apellyasiya məhkəməsi iddiaçının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdiyi ifadəni əsas götürərək qətnaməni ləğv etmiş və cavabdehin apellyasiya şikayətini təmin edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, 250,4 kv.m olan 56, 43, 48 və 60 saylı mənzillərin üçünün iddiaçı tərəfindən satıldığını əsas gətirərək tam absurd nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi izahatda qeyd edilən cümləyə hərfi yanaşaraq mənzillərə alıcı tapmaqla satmağı eyniləşdirmiş, podratçının satmaq hüququnun olmadığını, mənzillərin cavabdeh tərəfindən satıldığını bilsə də, iddiaçının bir cümləsini etiraf kimi qəbul edərək işin dərindən araşdırılma məsuliyyətini üzərindən atmışdır. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən mənzillərin satılmasını qəbul etdiyi halda bel ə düzgün nəticə çıxarmamış, ən azından belə olsa idi mənzillərin satışından podratçıya nə qədər pulun verilməsini dəqiqləşdirməmişdir. Cavabdeh apellyasiya şikayətində sübut kimi direktor Şahid mənzillərin satışından 48.300 manatı podratçıya verdiyini desə də, məhkəmə sübut yaradaraq əsassız olaraq podratçının mənzilləri satdığı qənaətinə gəlmişdir. İddiaçıya pul verilsə idi, müqaviləyə əsasən bank hesabına köçürülməli, bununla bağlı qəbz və ya hər hansı rəsmi sənəd olmalı, yaşayış və ya qeyri-yaşayış sahəsi verilsə idi, bununla bağlı müqavilə olmalı idi. Apellyasiya məhkəməsi işdə sözügedən məqamları araşdırmadan iddiaçının izahatını haqsız olaraq etiraf kimi qəbul etməklə səhv nəticəyə gəlmiş, birtərəfli yanaşaraq digər şəxslərin izahatları ilə uzlaşdırmamışdır. Beləliklə, apellyasiya mə hkəməsi görülən işlərin dəyərinin 234.749,9 manat, mənzillərin qiymətinin 316.756 manat təşkil etdiyini bildirməklə tamamilə səhv qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi işin hallarını araşdırmadan birtərəfli, qərəzli yanaşma göstərməklə qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh tərəfindən 2022-ci il 5 avqust tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 28 aprel tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM- in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də şikayət mümkün hesab edilmişdir.

31. İddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki hal ların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

385. Ö hdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “M addə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podra t müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə

759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haq qını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir....” “Maddə

760. Müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi... 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.”

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran ha lların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasi ya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 aprel tarixli 2-2(103)-61/2 022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2021-ci il 30 aprel tarixli məktubuna, iddiaçının cinayət işinin istintaqı zamanı verdiyi ifadəyə, işə apellyasiya qaydasında baxılarkən verdiyi yazılı izahata, o cümlədən cavabdehin direktoru Şahid ifadəsinə istinadən belə qənaətə gəlmişdir ki, iddiaçıya cavabdehin inşa etdiyi 27 və 28 saylı binalarda gördüyü işin müqabilində sahəsi 250,4 kv.m olan 4 mənzil verilmiş, mənzillərdən biri iddiaçının öz adına rəsmiləşdirilmiş, digərləri isə iddiaçının özünün təqdim etdiyi müştərilərə satılmış və satışdan əldə edilən vəsait iddiaçıya ödənilmişdir. Podrat müqaviləsində podratçıy a görülmüş işlərin müqabilində təqdim edilən yaşayış sahələrinin 1 kv.m-nin qiyməti 1.265 manat nəzərdə tutulduğundan müəyyən olunmuşdur ki, iddiaçıya borc əvəzinə satış üçün təqdim edilmiş mənzillərin ümumi dəyəri 316.756 manat təşkil etmişdir. İddiaçı tərəfindən podrat müqaviləsi üzrə yalnız 234.749,9 manat işin görüldüyü işdəki sübutlarla (2020-ci il 5 mart tarixli “Görülmüş işlərin qəbul aktı” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 3 mart tarixli 10/3944 saylı ekspert rəyi) təsdiq edildiyindən məhkəmə hesab etmişdir ki, borcun əvəzinə iddiaçıya təqdim edilmiş mənzillərin dəyərinin borcun məbləğindən çox olduğu nəzərə alınaraq iddiaçının tələbi podrat müqaviləsi üzrə borcun tutulması ilə bağlı hissədə də rədd edilməlidir.

37. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, sifarişçinin podratçı tərəfindən görülmüş işlərin dəyərini ödəməklə istənilən vaxt müqavilədən imtina etmək hüququ olduğundan iddiaçının 29 saylı binadakı işlərin başqa şirkətə həvalə edilməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 41.300 manat məbləğində pul tələbi ilə bağlı hissədə də iddiası əsassızdır.

38. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara, tətbiq edilmiş maddi və prosessual hüquq normalarına və iş üzrə gəlinmiş qanuni nəticəyə əsaslanaraq məhkəmə tərkibi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, iddiaçı işə baxılarkən istintaq zamanı həmin ifadənin ona qarşı edilmiş təzyiq nəticəsində verildiyini bildirməmiş, işə baxılan zaman isə eyni məzunlu ərizə ilə məhkəməyə də müraciət etmişdir.

39. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin X1 2022-ci il 28 aprel tarixli 2-2(103)-61/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

41. İddiaçı X2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 aprel tarixli 22(103)-61/2022 saylı qətnaməsi kassa siya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar