Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-571/2025 20.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 12 iyun tarixli 2-2(103)-1068/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydas ında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi olaraq 15540 manat məbləğində pulun, həmin məbləğə 2022-ci il 4 aprel tarixli qətnamə çıxarılan günədək 2023-cü və 2024-cü illər üzrə bank uçot dərəcəsi (8%) ilə hesablanmış faizlərin və ödənilmiş 137 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 avqust tarixli e-2-2(113)-2537/2024 nömrəli qərardadı ilə iddia 15.540 manat məbləğində pula 2022-ci il 4 aprel tarixindən qətnamə çıxarılan günədək 2023-cü və 2024-cü illər üzrə bank uçot dərəcəsi (8%) ilə hesablanmış faizlərin tutulması hissəsində baxılmamış saxlanılmışdır.
3. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 avqust tarixli e-2-2(113)-2537/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – N.Əhmədova).
4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. a) Apellyasiya instansiya məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 noyabr tarixli 2-2(103)-1068/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
6. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələ binin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
7. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 17 yanvar tarixli 2-2(102)-90/2025 nömrəli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və onun icraata qəbulundan imtina edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 7 fevral tarixli 2-2(103)-1068/2024 nömrəli qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
9. Sonradan 2025-ci il 15 may tarixində iddiaçı yenidən kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə verərək, kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məh kəməsinin Kommersiya kollegiyasının 2025-ci il 12 iyun tarixli 2-2(103)-1068/2024 nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva).
11. Məhkəmə kollegiyasının mövqeyi belə olmuşdur ki, iddiaçı tərəfindən 2024-cü il 20 dekabr tarixdə verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2025-ci il 17 yanvar tarixli qərardadı ilə geri qaytarıldığından Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının da 2025-ci il 7 fevral tarixli qərardadı ilə geri qaytarılmış, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət etmək hüququ izah olunsa da tərəf 3 ay 8 gün sonra, yəni 2025-ci il 15 may tarixində kassasiya şikayəti vermişdir.
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, h azırkı halda buraxılmış müddətin üzrlü hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. Ərizədə prosessual müddətin buraxılmasının üzrlü səbəblərindən biri kimi qeyd olunmuşdur ki, kassasiya şikayətinin verilməsi zamanı yol verilmiş nöqsanlar aradan qaldırılmış və vaxtında verilmişdir.
13. Bununla bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, MPM-in 405.0.1-ci maddəsi kassasiya şikayətinin heç bir nöqsan olmadan, prosessual qanunvericiliyin bütün tələblərinə riayət edilməklə verilməsi müddətini nəzərdə tutur.
14. Həmin Məcəllənin 408.5-ci maddəsi isə nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxsin yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmək hüququnu müəyyən etmişdir. Lakin həmin maddə birmənalı olaraq kassasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən b uraxılması əsası kimi qiymətləndirilə bilməz. Çünki həmin maddədə göstərilən “ümumi qayda” kassasiya şikayətinə aid bütün tələblərə, o cümlədən şikayət vermə müddətinə də aiddir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayəti qanunvericiliklə müəyyən edilən tələblərə cavab vermədiyi halda, şikayət verən şəxsin nöqsanların aradan qaldırılmasından sonra yenidən ümumi qaydada kassasiya şikayəti vermək hüququ təsbit edilmişdir. Lakin hər bir halda nöqsanların aradan qaldırılması üçün geri qaytarılmış şikayətin yenidən verilməsi də MPM-in 405 və 406-cı maddələrində nəzərdə tutulmuş müddətlərlə məhdudlaşır.
16. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsi, qət namədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi barərə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsi üzrə - bu norma hər kəsə öz hüquqlarını dövlət orqanlarında və təşkilatlarda müdafiə etmək imkanı tanıyır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası iddiaçının kassasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsini təmin etməyərək və 2024-cü il 21 noyabr tarixli qətnamədən verilmiş kassasiya şikayətini geri qaytararaq iddiaçının Konstitusiyada nəzərdə tutulan müdafiə hüququnu pozmuşdur.
18. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndi üzrə Kon stitusiya Məhkəməsi də vurğulamışdır ki, məhkəməyə müraciət etmə hüququ yalnız birinci instansiyada deyil, həmçinin apellyasiya və kassasiya instansiyalarında da təmin edilməlidir və məhkəmə müdafiəsi imkanlarının tam istifadəsini nəzərdə tutur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası iddiaçının kassasiya şikayət müddətinin bərpası barədə ərizəsini təmin etməyib və kassasiya şikayətini geri qaytarmaqla iddiaçını kassasiya instansiyasında məhkəmə müdafiəsindən istifadə hüququndan məhrum etmişdir.
19. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci və 127-ci maddələri və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi üzrə - qanun və məhkəmə qarşısında bərabərlik prinsipi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci və 127-ci maddələrində, həm çinin “Məhkəmələr və hakimlər haqqında” Qanunun 7-ci maddəsində təsbit olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu hüquq normalarını tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir.
20. MPM-in 408.5-ci maddəsi üzrə - iddiaçı 2024-cü il 21 noyabr tarixli qətnaməyə qarşı kassasiya şikayətini vaxtında təqdim etsə də, Ali Məhkəmə onun yeni forma tələblərinə uyğun tərtib edilmədiyini və 407.1.4-cü maddəyə əməl olunmadığını əsas gətirərək şikayəti qəbul etməmişdir. Bakı Apellyasiya Məhkəməsi də 2025-ci il 7 fevral tarixli qərardadında nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edilə biləcəyini göstərmişdir. Nəticədə 2 aylıq müddət üzürlü səbəbdən buraxılmış, lakin apellyasiya məhkəməsi bu müddəti bərpa etməmiş və kassasiya şikayətini geri qaytararaq iddia çını kassasiya instansiyasında məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum etmişdir. Bu, prosessual hüquq normasının pozulması ilə qanunsuz və əsassız qərardadın qəbuluna səbəb olmuşdur.
21. MPM-in 263.5-ci maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi yalnız formal mülahizələrlə (133.1 və 408.5-ci maddələrin tətbiqinə əsas olmadığını, şikayətin yenidən verilməsinin 405 və 406-cı maddələrdəki müddətlərlə məhdud olduğunu bildirərək) əsaslandırma aparmış, nəticələrin səbəblərini göstərməmişdir. Bu isə prosessual hüquq normasının pozulması və qanunsuz, əsassız qərardadın çıxarılması ilə nəticələnmişdir.
22. MPM-in 133.1-ci maddəsi üzrə - apellyasiya və kassasiya şikayətlərinin elektron kabinet vasitəsilə verildiyi nəzərə alınmalıdır; elektron sistemdə yaranan texniki problemlər müddəti n buraxılması üçün üzürlü səbəb hesab edilməlidir. Məhkəmə bu hüquq normasını tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız qərardad çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti. 405.0.1. qətnamə iş də iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
27. Belə ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
28. Kassasiya şikayətində göstərilən dəlillər də əsaslı hesab edilə bilməz.
29. Belə ki, MPM-in 133.1-ci maddəsinin tələblərinə görə buraxılmış prosessual müddətin bərpası yalnız müddətin buraxılmasının üzrlü səbəblərdən baş verdiyi hallarda mümkündür. Prosessual müddətin buraxılmasının üzrlü səbəbləri dedikdə isə tərəfin şikayəti tərtib edərək məhkəməyə göndərməyə imkan verməyən obyektiv hallar nəzərdə tutulur.
30. Lakin iddiaçının ərizəsində göstərilən dəlillər buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına əsas yaratmır. Çünki iddiaçının birinci dəfə verdiyi kassasiya şikayəti 2025-ci il 7 fevral tarixli qərardadla geri qaytarılm ış və nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət etmək hüququ izah olunmuş, iddiaçı isə kifayət qədər uzun müddət keçdikdən sonra (3 ay 8 gün) kassasiya şikayəti vermiş, eyni zamanda məhkəməyə prosessual müddətin üzrlü səbəbdən keçdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina etmiş və kassasiya şikayətinin geri qaytarılması qərarına gəlmişdir.
31. Cavabdehin məhkəməyə müraciət etmək hüququnun pozulması barədə dəlillər də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat versə də, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və bu hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər daxilində məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur ki, bu cür məhdudiyyətlərdən biri də MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətdir.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərmişdir ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik p rinsipi ilə uyğunluğunun təmin olunması məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 12 iyun tarixli 22(103)-1068/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.