Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-572/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: prosessual məsələlər, kassasiya baxışından çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1 Şirkəti” QSC cəlb olunmaqla) “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytar ılması və pul” tələblərinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 may tarixli 2-2(105)-15/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti ilə bağlı işin apellyasiya məhkəməsinə qaytarılması barədə yazılı icraat qaydasında aşağıdakı qərardadı qəbul etdi. I. İş üzrə məhkəmə icraatı
1. İddiaçı 2020-ci il 21 oktyabr tarixində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi, 2022-ci il 12 aprel tarixində isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: - Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə iddiaçı və MMC arasında Sumqayıt “ASAN xidmət” Mərkəzində bağlanan 2017-ci il 18 yanvar tarixində reyestrdə 4Ə-153 nömrə ilə qeydə alın mış AN-İN ******* saylı; - 2017-ci il 19 yanvar tarixində reyestrdə 4Ə-173 nömrə ilə qeydə alınmış ANİN ******* saylı, 4Ə174 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 4Ə-176 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı; - 2017-ci il 7 iyun tarixində reyestrdə 4Ə-2141 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı və 4Ə-2141 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsi; - Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu, Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılması və MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf olunmuş iddiaçıya məxsus 200.000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 15 aprel tarixli 2-2(119)11/2022 nömrəli qətnaməsi ilə iddia rədd olunmuş, məhkəmə xərclərinin iddiaçının özünə aid olunması qət edilmişdir (hakim – Z.Sadiqov).
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli 2-2(105)-75/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - Z.Məmmədov, hakimlər - R.Ağayev və İ.Dəmirov).
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 30 dekabr tarixli 2(102)745/2022 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (məruzəçi hakim – B.Qəribov, hakimlər – İ.Dadaşov və İ.Şəfiyev).
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 may tarixli 2-2(105)-46/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “200.000 manat pulun Cavabdeh2 iddiaçının xeyrinə tutulmasının rədd olunduğu” hissədə ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul olunmaqla, iddia tələbi təmin edilərək Cavabdeh2 200.000 manat pulun alınaraq iddiaçıya verilməsi qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – F.Məmmədov, hakimlər – L.Rəhimli və Z.Məmmədov).
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 12 oktyabr tarixli 22(102)-523/2023 nömrəli q ərarı ilə iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır (məruzəçi hakim – Ə.Nurməmmədov, hakimlər – Z.Babayev və A.Hüseynov).
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 may tarixli 2-2(105)-15/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “iddianın təmin olunmayan MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200.000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasının rədd olunduğu” hissədə ləğv edil miş, həmin hissədə yeni qətnamə qəbul olunmaqla, iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 200.000 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Süleymanova, hakimlər – A.Mahmudov və G.Cabbarova).
8. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, sözügedən şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il 9 sentyabr tarixli 2-2(102)572/2024 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. 9. 2023-cü il 31 oktyabr tarixində Ali Məhkəməyə Sumqayıt Apellyasiya Məhkəməsindən məktub daxil olmuş, məktubda məhkəməyə elektron kabinet vasitəsilə Cavabdeh1 tərəfindən verilən prosessual müddətin bərpası barədə ərizənin və kassasiya şikayətinin daxil olduğu bildir ilmiş və işin kassasiya baxışından çıxarılaraq apellyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. İİ. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir....” “Maddə
406. Kass asiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir....” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər....” İİİ. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 may tarixli 2-2(105)-15/2024 nömrəli qətnaməsindən kassasiya şikayətini və kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə ərizəni apellyasiya instansiyası məhkəməsinə iddiaçının həmin qətnamədən kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Ali Məhkəmənin qərardadı çıxarıldıqdan sonra elektron kabinet vasitəsilə göndərmişdir.
12. MPM-in 133.1 və 133.2-ci maddələrinin (bax §10) mənasına görə, kassasiya şikayətini verilmə müddətinin bərpası barədə ərizə, kassasiya şikayəti prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə, yəni apellyasiya instansiyası məhkəməsinə verilir. Eyni zamanda, MPM-in 406-cı maddəsinə (bax §10) müvafiq olaraq, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
13. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 417.1.7-ci maddəsinə (bax §10) əsasən, Ali M əhkəmə onun icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsini müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır.
14. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə ərizəsinə münasibət bildirilməsi və kassasiya şikayətinin mümkünlüyü ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərin yoxlanılması, nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməklə iş kassasiya baxışından çıxarılmalı və apellyasiy a instansiyası məhkəməsinə göndərilməlidir.
15. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 133 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 may tarixli 2-2(105)-15/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2024-cü il 9 sentyabr tarixli 2-2(102)-572/2024 nömrəli qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılsın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 may tarixli 2-2(105)-15/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilən buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması və kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün kommersiya mübahisəsi üzrə iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin.