Məhkəmə qərarları › İş №2-2(102)-579/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-579/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-579/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim İlqar Ağababaş oğlu Dadaşovun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Elşad Yaquboviç Şamayevdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul və yaşayış binasının təhvil verilməsi tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli, 2-2(103)-578/2023 saylı qərardadından iş üzrə tərəf olmayan Maraqlı şəxs MMC tərəfindən verilmiş kassasiya şikayətinə ya zılı icraat qaydasında baxılmışdır. İ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2005-ci il 25 iyul tarixli podrat müqaviləsi üzrə həmin müqavilənin 3.2 və 3.6-cı maddələrində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə cavabdehin ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının satışından və istismarından əldə etdiyi xalis gəlirindən 100.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi və həmin yaşayış binasının istismarının iddiaçıya təhvil verilməsinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhk əməsinin 2022-ci il 24 oktyabr tarixli, e-2-2(113)3861/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının istismarının cavabdehdən alınaraq, iddiaçıya təhvil verilməsi qət edilmiş və iddia qalan hissədə təmin olunmamışdır (hakim – A.Əliyeva).

3. İş üzrə tərəf olmayan Maraqlı şəxs MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 1 may tarixli, e-2-2(113)-3861/2022 saylı qərardadı ilə Maraqlı şəxs MMC tərəfindən verilən apellyasiya şikayəti mümkün hesab edilmiş, apellyasiya şikayətinin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – A.Əliyeva).

5. Məhkəmə qeyd etmişdir ki, cavabdehin üzvlərinin və ünvan 1 ünvanında inşa edilmiş binanın “payçı”larının ümumi birgə yığıncağı barədə 2022-ci il 5 oktyabr tarixli protokolundan məlum olur ki, 2023-cü il 14 aprel tarixindən cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa etdiyi 4 girişli, çoxmərtəbəli yaşayış binasının istismar və xidməti faəliyyəti Maraqlı şəxs MMC-yə təhvil verilməsi qərara alınmışdır.

6. Eyni zamanda apellyasiya şikayətinə əlavə edilmiş 2023-cü il 14 aprel tarixli təhvil-təslim aktından məlum olur ki, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa etdiyi 4 girişli, çoxmərtəbəli yaşayış binası 2022-ci il 5 oktyabr tarixli birgə iclas protokolunun qərarı əsasında Maraqlı şəxs MMC-yə təhvil verilmiş, buna görə də Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 24 oktyabr tarixli, e-2-2(113)-3861/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti tərəflər arasında olan mübahisənin ədalətli həll edilməsi üçün mümkün hesab edilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 361-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli, 2-2(103)-578/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 24 oktyabr tarixli, e-2-2(113)-3861/2022 saylı qətnaməsindən iş üzrə tərəf olmayan Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qayd asında baxılması qeyri-mümkün hesab edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – M.Məmmədov və C.Yusifov).

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Maraqlı şəxs MMC hazırkı iş üzrə tərəf deyildir. Çünki iddia tələbləri cavabdehə qarşı irəli sürülmüş və iddia ərizəsində cavabdeh kimi də məhz Cavabdeh MTK göstərilmişdir.

10. Eyni zamanda Maraqlı şəxs MMC MPM-in 357.2-ci maddəsində göstərilən şəxslərə də aid edilə bilməz. Çünki hazırkı apellyasiya şikayətinə əlavə edilmiş cavabdehin üzvlərinin və ünvan 1 ünvanında inşa edilmiş binanın “payçı”larının ümumi birgə yığıncağı barədə 2022-ci il 5 oktyabr tarixli protokolu və 2023-cü il 14 aprel tarixli təhvil-təslim aktının hazırkı mübahisə üzrə iddianın əsasını təşkil edən və predmetinə aid olan iddiaçı ilə cavabdeh ara sında bağlanmış 2005-ci il 25 iyul tarixli podrat müqaviləsi ilə hər hansı əlaqəsi mövcud deyil.

11. Bu baxımdan Maraqlı şəxs MMC həmin podrat müqaviləsindən irəli gələn mübahisə üzrə dəlillər irəli sürmək hüququna malik deyil və ona görə də, mübahisələndirilən qətnamənin Maraqlı şəxs MMC-nin hüquq və vəzifələrinə toxunması nəticəsinə gəlmək üçün əsaslar mövcud olmamışdır.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 357.1 və 357.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Apellyasiya məhkəməsinin qərardadı 2023-cü il 16 avqust tarixində Maraqlı şəxs MMC-yə göndərilmişdir.

14. İş üzrə tərəf olmayan Maraqlı şəxs MMC həmin qərardaddan 2023-cü il 23 avqust tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi, Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şik ayətinin mümkün hesab olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. MPM-in 77.1, 88, 357.1 və 357.2-ci maddələrinin tələbləri pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 24 oktyabr tarixli, e-2-2(113)-3861/2023 saylı qətnaməsi çoxmənzilli yaşayış binasının mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti kimi fəaliyyət göstərən Maraqlı şəxs MMC-nin maraqlarına toxunur.

16. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.

17. Maraqlı şəxs MMC 2021-ci il 26 avqust tarixində təsis edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında cavabdeh tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının idarə edilməsi səlahiyyəti binanın mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən həyata keçirilir.

18. Beləliklə də Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə Maraqlı şəxs MMC-nin hüquqlarının kobud şəkildə pozulmasına səbəb olduğu üçün onun apellyasiya şikayəti vermək hüququ tanınmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mənzil Məcəlləsinin müvafiq müddəalarında Maddə

119. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadə ni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil.

23. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəf lər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 41 8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qanunvericiliyin tələblərinə riayət edildiyindən, habelə qərardadın ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli, 22(103)-578/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

25. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən müəyyən edildiyi kimi Maraqlı şəxs MMC hazırkı iş üzrə tərəf deyil, iddia tələbləri cavabdehə qarşı irəli sürülmüş və iddia ərizəsində cavabdeh kimi də məhz Cavabdeh MTK göstərilmişdir.

26. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Maraqlı şəxs MMC MPM-in 357.2-ci maddəsində göstərilən şəxslərə də aid edilə bilməz. Çünki cavabdehin üzvlərinin və ünvan 1 ünvanında inşa edilmiş binanın “payçı”larının ümumi birgə yığıncağı barədə 2022-ci il 5 oktyabr tarixli protokolu, həmçinin 2023-cü il 14 aprel tarixli təhvil-təslim aktının hazırkı mübahisə üzrə iddianın əsasını təşkil edən və predmetinə aid olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 2005-ci il 25 iyul tarixli podrat müqaviləsi ilə hər hansı əlaq əsi mövcud deyil.

27. Maraqlı şəxs MMC tərəfi olmadığı həmin podrat müqaviləsindən irəli gələn mübahisə üzrə dəlillər irəli sürmək hüququna malik olmadığına görə mübahisələndirilən qətnamənin Maraqlı şəxs MMC-nin hüquq və maraqlarına toxunması nəticəsinə gəlmək üçün əsaslar mövcud olmamış, Maraqlı şəxs MMC tərəfindən isə mübahisələndirilən qətnamənin onun hüquq və maraqlarına toxunmasını təsdiq edə biləcək sübutlar apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir.

28. Məhkəmə kollegiyası həmçinin binanın “payçı”larının ümumi birgə yığıncağı 2022-ci il 5 oktyabr tarixdə keçirildiyi halda, hansı səbəbdən binanın idarə etmə üçün yalnız altı aydan sonra, 2023-cü il 14 aprel tarixdə Maraqlı şəxs MMC-yə təhvil-təslim ediləcəyi barədə 2022-ci il 5 oktyabr tarixli protokolda qeyd edilənlər ə, buna dair hər hansı məntiqi, ağlabatan açıqlama verilmədiyi üçün tənqidi yanaşır. İş materiallarında həmçinin yaşayış binasının səlahiyyətli orqanlar tərəfindən istismara qəbul edildiyi, binada yaşayan şəxslərin isə əldə etdikləri mənzillərə mülkiyyət hüquqlarının müvafiq çıxarışlarla rəsmiləşdirildiyinə dair zəruri sübutlar da mövcud deyil. Mənzil Məcəlləsinin 119-cu maddəsində isə binada sadəcə yaşayanların deyil, yalnız mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətindən bəhs edilir.

29. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən qanunvericiliyin tələblərinə riayət edilmiş, prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edi lməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli, 2-2(103)-578/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli, 2-2(103)-578/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar