Məhkəmə qərarları › İş №2-2(102)-580/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-580/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-580/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Firmasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə İddiaçı Firmasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pulun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 may tarixli 2-2(103)-510/2024 nömrəli qətnaməsindən cavabdeh tər əfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “Azərsu" ASC ilə və “ALKE-İnshaat&Neftchi-Kirs” birgə müəssisəsi arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə 5/619-1 nömrəli 2017-ci il 7 iyul tarixli müqaviləyə 01 saylı əlavəyə əsasən sifarişçi və podratçı 2017-ci il 7 iyul tarixində Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi layihəsi çərçivəsində Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin yerinə yetirilməsi məqsədi ilə tender yolu ilə 107.808.797,78 manat məbləğində 5/619-1 nömrəli podrat müqaviləsini imzalamışdır. 2019-cu il 5 iyul tarixində həmin müqaviləyə əlavə imzalanmış, əlavədə müqavilənin müddəti 2019-cu il 3 0 dekabr tarixinədək uzadılmış, müqavilənin dəyəri ƏDV daxil 126.049.016 manat müəyyən edilmişdir. 2. “Alke İnşaat Sanayi ve Ticaret A.Ş”, "xxxx" MMC və İddiaçı firması arasında bağlanmış birgə müəssisə sazişinə əsasən birgə müəssisə tərəfindən görüləcək işlər əvvəlcədən müqavilə adlandırılan və yuxarıda göstərilən layihə ilə əlaqədar işəgötürənlə bağlanmış sazişdən və hər hansı dəyişiklik sifarişlərindən və ya əlavə razılaşmalardan ibarətdir və “Alke-İnsaatçı və Neftçi-Kirs” BM adı altında fəaliyyət göstərən birgə müəssisə tərəfindən həyata keçirilməlidir.

3. İddiaçı Firması tərəfindən Xırdalan şəhər su təchizatı və kanalizasiya sisteminin tikintisi çərçivəsində “Azərsu" ASC-nin şifahi sifarişləri əsasında podrat müqaviləsi ilə görülməsi nəzərdə tutulmuş işlərdən 7.938.286,72 manat məbləğ ində əlavə işlər görülmüş, bu işlərlə bağlı büdcədən əlavə maliyyə vəsaiti ayrılmadığı üçün dəyəri sonuncu tərəfindən ödənilməmişdir. 4. “Azərsu" ASC tərəfindən İddiaçı Firmasına göndərilmiş 2022-ci il 11 may tarixli 07/07-1/2/6639 nömrəli məktubda göstərilmişdir ki, “Xırdalan şəhəri su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrasının tamamlanması məqsədilə əlavə vəsaitin ayrılmasına ehtiyac yaranmışdır. Tələb olunan əlavə vəsaitin alınması üçün hal-hazırda Cavabdeh ASC tərəfindən müvafiq tədbirlər görülür. Vəsaitin ayrılması halında şirkətiniz tərəfindən icra olunmuş əlavə işlərin dəyərinin ödənilməsi məsələsinə baxılacaqdır.

5. Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə Cavabdeh ASC və “ALKE-İnshaat&Ne ftchi-Kirs” Birgə müəssisəsi arasında imzalanmış müqaviləyə 1 saylı Əlavə barədə arayışa əsasən, Cavabdeh ASC-nin tələblərinə uyğun olaraq, layihəyə əlavələrin edilməsi, su təchizatı və kanalizasiya sistemlərinin iş həcmlərinə dəyişikliklərin olunmasını nəzərə alaraq podratçı və məsləhətçi şirkətlərin müraciətləri əsasında podrat müqaviləsinin müddətinin 167 gün uzadılması və dəyərinin artırılması zərurəti yaranmışdır. Müqaviləyə 1 saylı Əlavə, X1 2019-cu il 21 aprel tarixli OD-2019/2/860 nömrəli razılaşma məktubu əsasında hazırlanmışdır.

6. Xırdalan şəhəri su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi çərçivəsində İddiaçı firması tərəfindən vurulmuş asfaltın hesabatına əsasən, dəyəri ödənilməyən asfaltın sahəsi 152939 m2 təşkil edir. İş üzrə məhkə mə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Firması (bundan sonra-“iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6.762.137,32 manat işin dəyəri və 1.217.184,9 manat ƏDV omaqla, cəmi 7.979.323,22 manat pulun, həmin pulun ödənilməsi ilə bağlı icranı gecikdirdiyinə görə 7.938.286,69 manatın illik 5 faiz olmaqla, 2 il üçün cəmi 793.828,67 manat, 5157 manat məbləğində dövlət rüsumunun və 400 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 8.778.708,89 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Alke-İnşaatçı&Neftçi-Kirs” birgə müəssisəsinin tərəfi kimi fəaliyy ət göstərən iddiaçı, “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə cavabdehlə imzalanmış 07 iyul 2017-ci il tarixli 569/1 nömrəli podrat müqaviləsi çərçivəsində müəyyən tikinti-quraşdırma işlərini yerinə yetirmişdir. Müqavilənin icrası zamanı cavadeh tərəfindən dəfələrlə layihə sənədlərinə dəyişikliklər edilmiş, layihədə olmayan əlavə sifarişlər verilmiş və bunun nəticəsində də əlavə işlərin görülməsi zərurəti yaranmışdır. Podrat müqaviləsinin iş həcmləri cədvəlində nəzərdə tutulmayan işlərin yerinə yetirilməsi üçün isə iddiaçı tərəfindən əlavə maliyyə vəsaiti sərf edilmişdir. Görülmüş işlər bitdiktən sonra 2021-ci ildən etibarən mərhələlərlə qəbul edilərək istismara təqdim edilmiş və hal-hazırda görülmüş işlər (kanaliz asiya xətləri, nasos stansiyaları və s.) cavabdeh tətəfindən istismar olunur. Lakin cavabdeh tərəfindən faktiki qəbul edilmiş işlərin rəsmi təhvil-təslimi əvvəlcə “COVİD 19” pandemiyası ilə əlaqədar tətbiq edilən karantinlə bağlı müəyyən işçilərin işə çıxmaması bəhanəsi ilə, daha sonra isə büdcədə vəsait olmaması bəhanəsi ilə aparılmamışdır. Yerinə yetirilmiş və dəyəri podrat müqaviləsinin, həmçinin sifarişçinin vahid qiymətlərinə əsasən hesablanmış işlərin təhvil aktı iddiaçı tərəfindən imzalanaraq qəbul edilməsi üçün cavabdehə təqdim edilsə də sonuncu bunları imzalamamış, nəticədə də iddiaçı tərəfindən elektron qaimə təqdim edilə bilinməmişdir. Beləliklə, siyahısı iddia ərizəsində göstərilmiş işlər üzrə cavabdehin iddiaçıya işin icrası üzrə 6.727.361,60 manat işin dəyəri və 1.210.925,09 manat ƏDV omaqla, cəmi 7.938.286,69 (yeddi milyon doqquz yüz otuz səkkiz min iki yüz sıksın altı tam yüzdə altımış doqquz) manat borcu qalmışdır (iddianın həcmi daha sonra artırılmışdır (bax bu qərarın 7-ci bəndi). Borcun ödənilməsi ilə bağlı uzunmüddətli danışıqlardan sonra iddiaçı 22 aprel 2022-ci il tarixli G7 saylı məktubla borcun ödənilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin sədr müavini Etibar Məmmədov tərəfindən verilmiş 11 may 2022-ci il tarixli 07/071/2/6639 nömrəli “Xirdalan şəhəri su təhcizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsinə dair həmin məktuba cavab məktubunda iddiaçıya verilmiş sifarişləri və görülmüş işləri qəbul etsələr də, layihənin tamamlanması üçün tələb olunan vəsaitin ayrılmadığından xahişlərinin təmin edilməsinin qeyri-mü mkün olduğu bildirilmişdir. Məktubda həmçinin tələb olunan vəsaitin alınması üçün zəruri tədbirlər görüldüyü, vəsait ayrıldıqdan sonra pulun ödənilməsi məsələsinə baxılacağı bildirilmişdir. Başqa sözlə hazırda tələb olunan məbləğ cavabdeh tərəfindən etiraf olunmiş, ödənilməmə maliyyə vəsaitinin ayrılmaması ilə əlaqələndirilmişdir. Bundan sonra, davamlı olaraq danışıqlar aparılsa da vəsitin ödənilməsi ilə bağlı hər hansı bir addım atılmamışdır. Təqdim edilən sübutlardan, əsasən də cavabdehin iddiaçının müraciətinə verdiyi 11 may 2022-ci il tarixli 07/07-1/2/6639 nömrəli məktubdan göründüyü kimi cavabdeh mübahisələndirmə aparmadan iddiaçıya verdiyi sifarişlərin icra edildiyini, həmin icraların qəbul edildiyi, iddiacı qarşısında7.938.286,69 manat pul öhdəliyinin qaldığı faktını qəbul edərək p ul ödəliyinin icrasının gecikdirdiyini təsdiq etmişdir. Beləliklə, cavabdeh 2020-ci ilin dekabr ayında qəbul etdiyi icranı son tarixindən 2 (iki) ildən artıq vaxt keçmişdir. AR MM 445.7-ci maddəsinin tələbinə əsasən isə gecikdirilmiş 7.938.286,69 manat pul öhdəliyinin illik 5% olmaqla 2 il üçün 793.828,67 manat faiz ödəməlidir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi, Mülki Məcəllənin (bundan sonra-MM) 752, 756, 769, 770, 776.1, 445.7 və 446-cı maddələrinə istinad etmişdir.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə bildirmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri tam şəkildə ödənilmişdir. Əlavə işlər iddiaçı tərəfindən sifariş edilib cavabdeh tərəfindən icra edilsə də, həmin işlərə dair ayrıca yazılı müqavilə bağ lanmadığı üçün dəyəri ödənilməmişdir. Həmin layihə üzrə o, cavabdehin layihə rəhbəri olmuşdur. Həmin müqavilə üzrə işlərin icrasına 2017-ci ildə başlanılmış, 2019-cu ilin sonunda bitmişdir. İddiaçının təqdim etdiyi təhvil aktlarında göstərilmiş bütün işlərin cavabdehin şifahi sifarişləri əsasında tam icra edildiyini təsdiqləyir, lakin həmin işlərin görülməsi üçün dövlət büdcəsindən bununla bağlı vəsait ayrılmadığı üçün dəyərinin ödənilməsi mümkün olmamışdır.

11. İşə birinci instansiya məhkəməsində baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2024-cü il 9 yanvar tarixli 3-1616-2/10/6715-9/6907 nömrəli ekspert rəyinə əsasən: - Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin və avadanlıqlarının ümumi dəyəri icra edildiyi və quraşdırıldığ ı dövr üçün orta bazar qiyməti (istifadə edilmiş material və usta haqqı daxil olmaqla) nəzərə almaqla 7.918.369,7 manat məbləğində müəyyən olunmuşdur. - Eyni zamanda iş materiallarında qeyd olunmayan, lakin baxış zamanı təqdim olunmuş və iddiaçı tərəfindən görülmüş əlavə tikinti-təmir işlərinin ümumi dəyəri ƏDV-siz 34776,72 manat, ƏDV ilə 41.036,53 manat məbləğində müəyyən olunmuş və Forma 2 aktlarında göstərilən qiymətlər araşdırılarkən həmin qiymətlərin bazar qiymətlərinə uyğun olduğu qeyd olunmuşdur.

12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 fevral tarixli e-2-2(113)-82/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 6.745.258,96 manat əsas borc, 1.214.146,61 manat ƏDV, ödənilmiş 5.157 manat dövlət rüsumu, ümumilikdə 7.964.562,57 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Ü.Həsənova).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında 07 iyul 2017-ci il tarixdə podrat müqaviləsi, 05 iyul 2019-cu ildə əlavə imzalanmış, iddiaçı öz öhdəliklərini lazımınca yerinə yetirsə də, cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi, sifariş verilmiş və görülmüş əlavə işlərin dəyərini ödəməməsi iddiaçıya həmin podrat müqaviləsi və MM-nin 386.1, 398.1, 399.1, 442, 752.1, 753.1, 753.3 və 769-cu maddələrinin tələblərindən çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. İddia ərizəsində iddiaçı görülmüş işlərin dəyərinin ƏDV daxil olmaqla ümumilikdə 7.979.323,22 manat olması göstərilsə də, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfin dən verilmiş 09 yanvar 2024-cü il tarixli 3-1616-2/10/6715-9/6907 nömrəli ekspert rəyi nəzərə alınmaqla iddianın təmin edilməli olması qənaətinə gəlmişdir.

15. Məhkəmə nəzərə almışdır ki, göstərilən rəy tərəflərin nümayəndələri tərəfindən də mübahisələndirilməmişdir.

16. Adıçəkilən rəydə görülmüş işlərin dəyəri 6.745.258,96 manat, ƏDV hissəsi isə 1214146,61 manat (Xırdalan şəhəri, 1 saylı KNS-in yenidən qurulması – 57197,33 manat, ƏDV 10295,52 manat, Xırdalan şəhəri, 12(26) saylı KNS-in yenidən qurulması2.873.067,90 manat, ƏDV 517.152,22 manat, B.Səfəroğlu küçəsi və ətrafında kanalizasiya xətlərinin çəkilişi-688.912,04 manat, ƏDV 124.004,17 manat, Xırdalan şəhəri, çoxmərtəbəli binaların yeni kanalizasiya sisteminə qoşulması-50299,90 manat, ƏDV 9053,98 manat, H.Əliyev prospektində DN325 təz yiqli polad kanalizasiya xəttinin çəkilişi16.746,72 manat, ƏDV 3014,41 manat, 2020-ci ilin dekabr ayınadək su şəbəkəsi tikintisi12.412,83 manat, ƏDV 2234,31 manat, Masazır su anbarında yerinə yetirilmiş işlər90.933,12 manat, ƏDV 16.367,96 manat, Sulutəpə qəsəbəsində su xəttinin çəkilişi182.426,22 manat, ƏDV 32.836,72 manat, asfalt örtüyünün bərpası-2.738.486,18 manat, ƏDV 492.927,51 manat, iddiaçı tərəfindən görülmüş digər işlər (DN280/225 PE su xətti)34.776,72 manat, ƏDV 6.259,81 manat) müəyyən edilmişdir

17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində cavabdehdən iki il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 793.828,67 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir.

18. Məhkəmə hesab etmişdir ki, yalnız iddia ərizəsində göstərilənlərə əsasən qiymətləndirmə aparılması və cavabdehdən 793.828,67 manat faiz borcu tutulması mümkün deyil. Ona görə də məhkəmə hazırda tələb olunan bu məbləğin əsaslı olubolmaması barədə birmənalı nəticəyə gəlməyin mümkün olmaması və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 398.1, 399.1, 442, 752.1, 753.1, 753.3, 769-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdı r.

20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edildiyi hissədə (illik 5 faizlə zərərin tutulması) ləğv olunaraq, həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir.

21. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv olunaraq, iddia tələbinin tam rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 2596,10 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 may tarixli 2-2(103)-510/2024 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instans iya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər – Z.Şirinov və R.Qurbanov).

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin sifarişi ( elektron poçt vasitəsi ilə və rəsmi məktubla göndərilmiş sifarişlər iş materiallarına əlavə edilmişdir) əsasında Xırdalan şəhərinin Su Təchizatı və Kanalizasiya Sistemlərinin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə 07 iyul 2017-ci il tarixli podrat müqaviləsi çərçivəsində “COVİD 19” pandemiyası zamanı karantin dövründə layihədə nəzərdə tutulmayan ümumilikdə ƏDV daxil 7.938.286,72 manat dəyərində işlər görülmüş, həmin işlərin dəyəri ödənilməmişdir.

24. Cavabdehin nümayəndəsi (Cavabdeh ASC-nin TOOM-un Planlaşdırma və Layihələndirmə şöbəsinin rəisi) tərəfindən podrat müqaviləsi üzrə əlavə işlərin görülməsi barədə sifarişlərin verilməsi və həmin işlərin görülməsi faktı və görülən işin həcmi işə birinci instansiya qaydasında baxılarkən 26 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında qəbul edildiyindən iddiaçı bu halı sübut etmək vəzifəsindən azaddır (1-ci cild i.v 162). Layihə rəhbəri olmuş nümayəndə izahatında bildirmişdir ki, Binəqədi rayon ərazisində 100-200 nəfərin yığılıb Cavabdeh ASC-yə şikayətə gəldiyindən iddiaçıya təcili olaraq həmin işlərin görülməsi ilə bağlı tapşırıq verilmişdir. İşlərin bir hissəsi Sulutəpə ərazisində görülmüşdür. Çünki həmin ərazidə də əhalinin narazılığı olmuşdur.

25. Məhkəmə hesab etmişdir ki, bu halda məhkəmə tərəfindən araşdırıl malı olan məsələ görülmüş işlərin dəyərinin sifarişçidən hansı qiymətlə tutulmasıdır. Görülmüş işlərin dəyəri iddiaçı tərəfindən cavabdehə göndərilmiş forma 2 aktlarında və elektron qaimələrdə əks olunmuş, cavabdehin layihə rəhbərinin birinci instansiya məhkəməsində verdiyi izahata əsasən işlərin dəyəri X2 uyğun hesablanmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iddia tələbinə verdiyi hüquqi qiymətləndirmə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin sifarişi ilə görülmüş, hazırda dəyəri tələb edilən işlərin dəyərinin hansı qiymətlə ödəniləcəyi barədə təsdiq edilmiş smeta olmadığından bu işlərin bazar dəyəri (MM-nin 753.1-ci maddəsinə əsasən smeta olmadıqda podrat işlərinin dəyərinin adi muzdla ödənilməli olduğu nəzərə alınaraq) eks pertiza təyin edilməklə müəyyənləşdirilə bilər. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 yanvar 2024-cü il tarixli 3-16-16-2/10/6715-9/6907 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin və avadanlıqlarının icra edildiyi və quraşdırıldığı dövr üçün orta bazar qiyməti (istifadə edilmiş material və usta haqqı daxil olmaqla) nəzərə alınmaqla 7.918.369,7 manat təşkil edir. Eyni zamanda işin materiallarında qeyd olunmayan, lakin baxış zamanı təqdim olunmuş və İddiaçı Firması tərəfindən görülmüş əlavə tikinti-təmir işlərinin ümumi dəyəri ƏDV-siz 34776,72 manat, ƏDV ilə 41.036,53 manat məbləğində müəyyən olunmuşdur.

27. Cavabdehin ap ellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, tender yolu ilə bağlanmış podrat müqaviləsi üzrə razılaşdırılmış smetadan əlavə görülməsi üçün tapşırıq verilmiş işlərin və onların dəyərinin müqaviləyə əlavələr edilməklə rəsmiləşdirilməsi və əlavə smetanın tərtib edilməsi sifarişçi Cavabdeh ASC-nin öhdəliyi olduğundan cavabdehin öz vəzifələrini icra etməməsi podratçı tərəfindən görülmüş işlərin dəyərinin ödənilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, “Dövlət satınalamaları haqqında” Qanunun 18.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Qanunun 3.8-ci maddəsində göstərilən hallar istisna olmaqla, satınalan təşkilat satınalmanı yalnız təsdiq edilmiş satınalma planına uyğun olaraq təşkil edir. Satınalma planına daxil edilməyən hər hansı satınalma predmetinin satın alınmasına təcil i tələbat yarandıqda, satınalan təşkilat əsaslandırılmış müraciətlə nəzarət orqanına müraciət edir. Nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra satınalan təşkilat həmin satınalma predmetinin satın alınmasını həyata keçirə bilər. Nəzarət orqanı bu maddədə qeyd olunan hallarla bağlı 3 (üç) iş günü ərzində qərar qəbul edir. Hazırkı halda Cavabdeh ASC-nin vəzifəli şəxsləri tərəfindən satınalan təşkilat olaraq qanunun bu tələbinin pozulduğu müəyyən edilsə də, bu hal podratçını faktiki görülmüş işlərə görə muzd almaq hüququndan məhrum etmir.

28. İddiaçının apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə MM-nin 445.7-ci maddəsinə əsasən illik 5%-lə iki il üçün 793.828,67 manat faiz borcu tutulması hissəsində tələbinin təmi n edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən podrat işlərinin görülməsi 2020-ci ilin dekabr ayında başa çatdırılsa da həmin işlərlə bağlı elektron qaimələr cavabdehə 30 mart 2023-cü il tarixdə göndərilmiş, işlərin dəyərinin ödənilməsi ilə bağlı elektron hesab fakturaların hansı tarixdə göndərildiyi barədə sübutlar isə ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən elektron hesab faktura göndərilmədən həmin işlərin dəyərinin nağdsız qaydada ödənilməsi mümkün olmadığı üçün ödənişin cavabdeh tərəfindən iki il gecikdirildiyi sübut olunmamışdır.

29. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddianın rədd edildiyi hissədə də qətnamə qanuni və əsaslıdır, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-nin 752.1, 753.1, 753.2, 753.3, 769, 770, 385.1 və 445.7-ci maddələrinə, “Dövlət satınalmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.8-ci maddəsinə, MPM-nin 106.3-cü maddəsinə istinadla əsaslandırmışdır.

31. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunaraq, kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 2.596,10 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. MM-in 385, 386.1, 399.1, 752.1, 759.2-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003 -cü il 28 fevral tarixli 34 nömrəli Qərarının 22.1-ci bəndi üzrə tərəflər arasında sözügedən mübahisə ilə bağlı heç bir müqavilə bağlanmamışdır. İddiaçı iddia ərizəsində şifahi razılaşmaya əsasən sözügedən işlərin görüldüyünü bildirmişdir. Qanunvericiliyin tələbinə əsasən öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır. Bundan əlavə müqavilə ilə müəyyənləşdirilməli olan işlərin görülməsinə dair Forma 2 və Forma 3 sənədləri, podratçı tərəfindən təqdim edilməli olan elektron qaimə, invoys və digər zəruri sənədlərin heç birinin mövcud olmaması iddianın əsassızlığını bir daha sübut edir. Məlum olduğu kimi cavabdehin səhmləri bütövlükdə dövlətə məxsusdur. Odur ki, istinad olunan Qərarın tələblərinə uyğun olaraq tərəflər arasındakı müqavilələr yalnız yazılı formada tərtib olunmalıd ır.

33. MPM-in 82.3, 88, 175.1-ci maddələri üzrə - təqdim edilmiş sübutlar işə baxan məhkəmə tərəfindən baxılmalı və tədqiq olunmalıdır. Lakin bununla bağlı heç bir hərəkət edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

35. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq iddianın qismən təmin edildiyi hissədə yoxlanılacaqdır.

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istin ad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecik dirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Ə gər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir....” “Maddə

769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlid ir.” “Maddə

770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.” 38. “Dövlət satınalmalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

3. Qanunun tətbiq dairəsi... 3.8. Bu Qanunun 3.9-cu və 58-ci maddələrinin tələbləri istisna olmaqla, bu Qanun satınalan təşkilatın cari ilin satınalma planında nəzərdə tutulmayan və bir büdcə ili ərzində cəmi dəyəri 10 000 (on min) manatadək (ali, 1-ci və 2-ci kateqoriya dövlət orqanları, habelə cari ilin 1 yanvar tarixinə dövlət büdcəsind ən maliyyələşdirilməyən satınalan təşkilatlara münasibətdə isə 20 000 (iyirmi min) manatadək) olan satınalmalara şamil edilmir....”

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tə rəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 41. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, q ərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasya şikayəti ilə eyni məzmunlu dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia olunan işlərin, tərəflər arasında «Xırdalan şəhərinin Su Təchizatı və Kanalizasiya Sistemlərinin yenidən qurulmas ı və genişləndirilməsi layihəsi» üzrə 07 iyul 2017-ci il tarixli podrat müqaviləsi çərçivəsində “Covid 19” pandemiyası zamanı karantin dövründə yerinə yetrilməsini, həmin işlərin məhz cavabdehin sifarişi əsasında görülməsinin cavabdehin müvafiq layihə üzrə məsul nümayəndəsi tərəfindən məhkəmə araşdırması zamanı təsdiq edilməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, MPM-nin 77-ci maddəsinin tələbləri baxımından iddiaçı işlərin onun tərəfindən cavabdehin sifarişinə əsasən yerinə yetirildiyini sübut etmək vəzifəsindən azaddır. 43.Nəzərə alınmalıdır ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (MPM-nin 106.3-cü maddəsi).

44. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakıla r müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

45. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, "xxxx" ASC-nin sədr müavini Etibar Məmmədov tərəfindən iddiaçıya ünvanlanmış 11 may 2022-ci il tarixli 07/0 7-1/2/6639 nömrəli məktubda da “Xirdalan şəhəri su təhcizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə iddiaçıya sifarişlərin verilməsi, görülmüş işlərin qəbul ediməsi təsdiq olunmuş, lakin zəruri vəsaitin ayrılmaması səbəbindən müvafiq ödəmələrin aparılmadığı bildirilmişdir.

46. İddiaçı tərəfindən yerinə yetirilmiş işlərin dəyərinə gəldikdə, işə mahiyyəti üzrə birinci instansiya məhkəməsində baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli 316-16-2/10/6715-9/6907 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, görülmüş işlərin dəyəri 6.745.258,96 manat, ƏDV hissəsi isə 1214146,61 manat (cəmi 6.745.258,96+1214146,61=7.959.405,57 manat) təşkil edir.

47. Qeyd olunmal ıldır ki, həmin rəyin mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmiş, rəyi şübhə altına alacaq hər hansı sübut işə mahiyyəti üzrə baxılarkən təqdim olunmamışdır. İşə baxan məhkəmələr tərəfindən, iş üzrə verilmiş həmin ekspert rəyi işdə olan digər sübutlarla birgə qiymətləndirilmiş və belə qənaətə gəlinmişdir ki, iddia tələbi 7.959.405,57 manat borcun tutulması hissəsində əsaslıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

49. MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 may tarixli 22(103)-510/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar