Məhkəmə qərarları › İş №2-2(102)-584/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-584/2023

01.12.2023 · Sair işlər - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-584/2023 01.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınar əmlakların qanunsuz sahibliyi və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh1 qarşı “əmlak” tələbinə dair ilkin; Cavabdeh1 İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı kommersiya mübahisələrinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(104)-160/ 2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Tərəflər arasında razılaşdırılmış 2017-ci il 28 dekabr tarixli və 2018-ci il 8 dekabr tarixli təhvil-təslim aktlarından görünür ki, 1 ədəd ********** nömrəli 1.600 litr tutumlu 13.654,51 manat dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd ********** nömrəli 3.000 litr tutumlu 21.355,13 manat dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd 300 litr tutumlu 1.878 manat dəyərində paslanmaz metaldan ön süd qəbul çəni, 1 ədəd 20 litr tutumlu 15 manat dəyərində paslanmaz metaldan süd ölçü vedrəsi, 1 ədədinin qiyməti 15,34 manat olmaqla cəmi 613,6 manat dəyərində 40 ədəd 40 litrlik süd bidonları heç bir qüsuru yoxdur, işləkdir qeydi ilə İddiaçı MMC tərəfindən Cavabdeh1 təhvil verilmişdir. 2. 2023-cü il 16 fevral tarixli 03/01-03/772 nömrəli maliyyə arayışdan görünür ki, dəyəri 37.516,45 manat məbləğində olan mal-material və avadanlıqlar İddiaçı MMC tərəfindən Cavabdeh1 təhvil verilmişdir.

3. İddiaçı MMC tərəfindən Cavabdeh1 alınan südün və İddiaçı MMC tərəfindən Cavabdeh1 ödənən vəsaitlərin reyster cədvəlindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 213.250,96 manat məbləğində süd alınmış və həmin məbləğ ona ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 12 yanvar tarixində Cavabdeh1 (bundan sonra – “cavabdeh”) qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan cəmi dəyəri 37.516,4 5 manat olan daşınar əmlakların cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı böyük və müasir texnoloji avadanlıqlarla və proseslərlə təchiz edilmiş və gündəlik 250 ton xam süd emal etmək potensialına malik ölkəmizdə ən iri süd məhsulları istehsalı ilə məşğul olan müəssisədir. Müəssisə Azərbaycan Respublikası regionlarının iqtisadi inkişaf proqramına uyğun olaraq səhmdarların şəxsi vəsaitləri hesabına və Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə yaradılmışdır. Cavabdeh fərdi sahibkar (VÖEN **********) olmaqla, Beyləqan rayonu Daşburun qəsəbəsində ayrı-ayrı vətəndaşlardan çiy süd toplayaraq satmaqla məşğul olmuş, bağlanmış müqav ilə əsasında iddiaçı tərəfindən ondan 2017-ci il 23 oktyabr tarixindən 2018-ci il 11 oktyabr tarixinədək 213.250,96 manat dəyərində çiy süd alınmış və həmin məbləğdə ödəniş edilərək borc qalığı olmamışdır. İddiaçı həmin vaxt aldığı çiy südün keyfiyyətinin qorunub saxlanılması məqsədilə mülkiyyətində olan və təhvil-təslim aktları ilə təsdiq edilmiş (bax bu qərarın 1-ci bəndinə) cəmi dəyəri 37.516,45 manat olan daşınar əmlaklar cavabdehə təhvil verilmişdir. Ondan sonra cavabdeh 2018-ci il 11 oktyabr tarixindən iddiaçıya çiy süd satışını dayandırmış və 2019-cu ilin may ayından yenidən bərpa edəcəyini bildirsə də, sonda imtina etmişdir. Bu səbəbdən iddiaçının süd alım müdiri vəzifəsində işləyən İsmayıl Allahverdiyev və əməliyyat direktoru Seymur Həsənov dəfələrlə rəsmi olaraq cavabdehdən həmin avadanlıqların qaytarılmasını tələb etsə də, sonuncu bundan imtina etmiş, guya süd bidonlarının oğurlandığını, süd çənlərinin qaytarılması üçün isə əsassız olaraq 5.000 manat pul tələb etmişdir. O, yalandan guya süd çənlərinin təmirinə 5.000 manat pul xərclədiyini bildirmişdir. Halbuki həmin çənlər ona aktla təhvil verilərkən təzə və tam işlək vəziyyətində olmuşdur. Çənlərin nə vaxt, kim tərəfindən və hansı hissəsinin təmir olunduğunu bildirməkdən imtina etmişdir. Cavabdeh göstərilən daşınar əmlaklar üzərində qanunsuz sahiblik edərək onu iddiaçıya geri qaytarmaqdan da imtina etmişdir. Odur ki, cavabdeh iddiaçıya məxsus cəmi dəyəri 37.516,45 manat olan daşınar əmlakları geri qaytarmalıdir. 2019-cu il 3 avqust tarixində, təkrar 2022-ci il 29 noyabr tarixində cavabdehə daşınar əmlakların g eri qaytarılması tələbinə dair pretenziya məktubları göndərilmiş, lakin o, razılığa gəlməmişdir.

6. Daha sonra iddiaçının nümayəndələri iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, iddiaçının mülkiyyətində olan bu qərarın 1-ci bəndində qeyd edilən daşınar əmlakların cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmasını, daşınar əmlakların alınması mümkün olmadıqda əmlakların dəyərini təşkil edən 37.516,45 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh 2023-cü il 6 fevral tarixində iddiaçıya qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 60.000 manat pul və 270 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini x ahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi üzrə iddiaçı məhkəmədə iddia qaldıraraq dəyəri 37.516 manat olan süd soyutma çənlərinin və süd balonlarının alınaraq ona verilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyəti ondan ibarət olmuşdur ki, cavabdeh vətəndaşlardan topladığı çiy süd məhsulunu iddiaçıya verməli, onlar isə həmin südün dəyərini ona ödəməli idilər. 2017-ci il 23 oktyabr tarixindən 2018-ci il 11 oktyabr tarixinədək olan müddətdə cavabdeh iddiaçıya 213.250 manat məbləğində süd tədarük edərək təhvil vermişdir. Lakin bunun müqabilində iddiaçı ona cəmi 153.250 manat ödəniş etmiş və bu günə kimi 60.000 manat pul borcları qalmışdır. O dəfələrlə iddiaçıdan həmin pulu tələb etsə də, iddiaçı ödəniş etməmişdir.

9. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 5 aprel tarixli e-2-2(115)-206/2023 nömrəli qətnaməsi ilə ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir (hakim – R.Məmmədov).

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, cavabdeh iddiaçıdan aralarında olan razılaşmaya əsasən öhdəliklərini yerinə yetirmək üçün 37.516,45 manat dəyərində olan mal-material və avadanlıqlar almış, lakin tərəflər arasında olan hüquq münasibətinə xitam verilməsinə baxmayaraq, cavabdeh öhdəliklərini tam həcmdə yerinə yetirməyərək, həmin əmlakı iddiaçıya geri qaytarmamışdır.

11. İddiaçıya məxsus 37.516,45 manat dəyərində əmlak cavabdehin qanunsuz sahibliyində olduğundan, həmin əmlaklar və ya onların dəyəri cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.

12. İlk iddia təmi n edilməli, 1 ədəd ********** nömrəli 1600 litr tutumlu 13.654,51 manat dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd ********** nömrəli 3000 litr tutumlu 21.355,13 manat dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd 300 litr tutumlu 1.878 manat dəyərində paslanmaz metaldan ön süd qəbul çəni, 1 ədəd 20 litr tutumlu 15 manat dəyərində paslanmaz metaldan süd ölçü vedrəsi, 1 ədədinin qiyməti 15,34 manat olmaqla cəmi 613,6 manat dəyərində 40 ədəd 40 litrlik süd bidonları və ya onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

13. Cavabdehin iddiaçıya qarşı pul tələbinə dair qarşılıqlı iddiası sübuta yetirilmədiyindən təmin edilməməlidir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1 52.1, 157.2, 157.5, 329.2, 329.3, 385.1, 442-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(104)-160/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – A.Hüseynzadə və L.Süleymanov).

17. Apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasında araşdırılmış sübutlara və i stinad olunan maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlmişdir ki, iddiaçı mülkiyyətində olan yuxarıda qeyd edilən adda və qiymətdə daşınar əmlakları süd toplama prosesində istifadə edilməsi üçün cavabdehə təhvil vermiş, həmin xüsusat işdəki təhvil-təslim aktları ilə təsdiq olunduğundan, cavabdeh iddiaçı üçün süd toplama prosesini dayandırdığından həmin əmlakları iddiaçıya təhvil verməmişdir. Cavabdeh tələb olunan əmlakları qaytarmamasının səbəbini iddiaçıya təhvil verdiyi çiy süd məhsulunun dəyərinin ona tam ödənilməməsi ilə izah etmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Əksinə, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş kassa məxaric orderlərinin surətlərindən görünür ki, cavabdehin iddiaçıya təhvil verdiyi süd məhsulunun dəyəri cavabdehin özünə və ya onun nümayəndəsinə tam şəkildə ödənilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normaları ilə əsaslandırmışdır (bu qərarın 14-cü bəndinə).

19. Cavabdeh kassasiya şikayəti verərək qətnaməni ləğv edərək, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 338.2, 442, 448.2-ci maddələri üzrə - Tərəflər arasında bağlanmış müqavilənin mahiyyəti ondan ibarət olmuşdur ki, cavabdeh vətəndaşlardan topladığı çiy süd məhsulunu iddiaçıya verməli, iddiaçı isə həmin südün dəyərini ona ödəməli idi. 2017-ci il 23 oktyabr tarixindən 2018-ci il 11 oktyabt tar ixinədək olan müddətdə cavabdeh iddiaçıya 213.250 manat məbləğində süd tədarük edərək təhvil vermişdir. Lakin bunun müqabilində iddiaçı ona cəmi 153.250 manat ödəniş etmiş və bu günə kimi 60.000 manat pul borcları qalmışdır. Cavabdeh dəfələrlə iddiaçıdan pulu tələb etsə də, iddiaçı ödəniş etməmişdir. Bununla da məhkəmə kollegiyası həmin maddi normaların tələblərini pozmuşdur.

21. MPM-in 9, 14.1, 14.2, 77.1-ci maddələri üzrə - Məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, bununla da göstərilən prossesual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

23. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsin də məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - su byektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası ü zrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir....” “Maddə

329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsə lən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Mübahisənin mahiyyəti üzrə iddiaçı ilkin iddia üzrə mülkiyyətində olan cəmi dəyəri 37.516,45 manat olan daşınar əmlakların cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmasını, cavabdeh isə qarşılıqlı iddia üzrə 60.000 manat pulun iddiaçıdan alınıb ona veri lməsini xahiş etmiş, ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.

28. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, 2017-ci il 23 oktyabr tarixindən 2018-ci il 11 oktyabr tarixinədək olan müddətdə cavabdeh iddiaçıya 213.250 manat məbləğində süd tədarük edərək təhvil versə də, iddiaçı ona cəmi 153.250 manat ödəniş etmiş və bu günə kimi 60.000 manat borcu qalmışdır.

29. Eyni məzmunlu dəlillər aşağı məhkəmlərdə də bildirilmiş, apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyi belə olmuşdur ki, iddiaçı mülkiyyətində olan müvafiq adda və qiymətdə daşınar əmlakları süd toplama prosesində istifadə edilməsi üçün cavabdehə təhvil vermiş, həmin xüsusat işdəki təhvil-təs lim aktları ilə təsdiq olunduğundan, cavabdeh iddiaçı üçün süd toplama prosesini dayandırdığından həmin əmlakları iddiaçıya təhvil verməmişdir. Cavabdeh tələb olunan əmlakları qaytarmamasının səbəbini iddiaçıya təhvil verdiyi çiy süd məhsulunun dəyərinin ona tam ödənilməməsi ilə izah etmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Əksinə, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş kassa məxaric orderlərinin surətlərindən görünür ki, cavabdehin iddiaçıya təhvil verdiyi süd məhsulunun dəyəri cavabdehin özünə və ya da onun nümayəndəsinə tam şəkildə ödənilmişdir.

30. Cavabdeh özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin mövqeyini əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

31. Odur ki, məhkəmə kollegiyası həmin mövqe ilə raz ılaşmamaq üçün hər hansı əsas tapmır.

32. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax bu qərarın 26-cı bəndinə) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax bu qərarın 26-cı bəndinə) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

33. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(104)-160/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq m əhkəmə kollegiyası QƏRARA ALİR: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(104)-160/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar