Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-160/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı əmlak tələbinə dair ilk iddiası və Cavabdeh1 İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddiasına dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-206/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətində olan cəmi dəyəri 37516 manat 45 qəpik olan daşınar əmlakların cavabdeh fərdi sahibkar Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq İddiaçınə geri qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-206/2023 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) ilk iddianın təmin edilməsi, 1 ədəd ********** nömrəli 1600 litr tutumlu 13654 manat 51 qəpik dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd ********** nömrəli 3000 litr tutumlu 21355 manat 13 qəpik dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd 300 litr tutumlu 1878 manat dəyərində paslanmaz metaldan ön süd qəbul çəni, 1 ədəd 20 litr tutumlu 15 manat dəyərində paslanmaz metaldan süd ölçü vedrəsi, 1 ədədinin qiyməti 15 manat 34 qəpik olmaqla cəmi 613 manat 6 qəpik dəyərində 40 ədəd 40 litrlik süd bidonları və ya onların dəyəri Cavabdeh1 alınaraq İddiaçınə verilməsi, İlk iddia üzrə ödənilməli olan 200 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh1 İddiaçınə pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi, Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi (vəkil) X2 həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-206/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı böyük və müasir texnoloji avadanlıqlarla və proseslərlə təchiz edilmiş və gündəlik 250 ton xam süd emal etmək potensialına malik ölkəmizdə ən iri süd məhsulları istehsalı ilə məşğul olan müəssisədir. Müəssisə Azərbaycan Respublikası regionlarının iqtisadi inkişaf proqramına uyğun olaraq səhmdarların şəxsi vəsaitləri hesabına və Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə yaradılmışdır. Cavabdeh1 fərdi sahibkar (VÖEN **********) olmaqla, Beyləqan rayonu Daşburun qəsəbəsində ayrı-ayrı vətəndaşlardan çiy süd toplayaraq satmaqla məşğul olmuş, bağlanmış müqavilə əsasında İddiaçı MMC tərəfindən ondan xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 213250 manat 96 qəpik dəyərində çiy süd alınmış və həmin məbləğdə ödəniş edilərək borc qalığı olmamışdır. İddiaçı MMC həmin vaxt aldığı çiy südün keyfiyyətinin qorunub saxlanılması məqsədilə mülkiyyətində olan, İtaliya dövləti istehsallı olan soyuducu kimi istifadə edilməsi nəzərdə tutulmuş paslanmaz metaldan hazırlanmış, qiyməti 13654 manat 51 qəpik təşkil edən 1 ədəd ********** nömrəli, 1600 litir tutumlu, qiyməti 21355 manat 13 qəpik təşkil edən 1 ədəd ********** nömrəli, 3000 litir tutumlu süd soyutma çənləri, qiyməti 1878 manat təkil edən 1 ədəd 300 litrlik ön süd çəni, qiyməti 15 manat təşkil edən 1 ədəd 20 litrlik süd ölçü vedrəsi xx.xx.2017-ci il tarixdə, 1 ədədinin qiyməti 15 manat 34 qəpik olmaqla, cəmi 613 manat 60 qəpik təşkil edən 40 ədəd 40 litirlik süd bidonları və 40 ədəd süd bidonlarının qapaqları isə xx.xx.2018-ci il tarixli təhvil-təslim aktları ilə cəmi dəyəri 37516 manat 45 qəpik olan daşınar əmlaklar Cavabdeh1 təhvil verilmişdir. Ondan sonra Cavabdeh1 xx.xx.2018-ci il tarixdən İddiaçı MMC-yə çiy süd satışını dayandırmış və 2019cu ilin may ayından yenidən bərpa edəcəyini bildirsə də, sonda imtina etmişdir. Bu səbəbdən İddiaçı MMC-nin süd alım müdiri vəzifəsində işləyən İsmayıl Allahverdiyev və əməliyyat direktoru Seymur Həsənov dəfələrlə rəsmi olaraq Cavabdeh1 həmin avadanlıqların qaytarılmasını tələb etsə də, sonuncu bundan imtina etmiş, guya süd bidonlarının oğurlandığını, süd çənlərinin qaytarılması üçün isə, əsasız olaraq 5.000 manat pul tələb etmişdir. O, yalandan guya süd çənlərinin təmirinə 5000 manat pul vəsaiti xərclədiyini bildirmişdir. Halbuki həmin çənlər ona aktla təhvil verilərkən təzə və tam işlək vəziyyətində olmuşdur. Çənlərin nə vaxt, kim tərəfindən və hansı hissəsinin təmir olunduğunu bildirməkdən imtina etmişdir. Cavabdeh1 göstərilən daşınar əmlaklar üzərində qanunsuz sahiblik edərək onu İddiaçı MMC-yə geri qaytarmaqdan da imtina etmişdir. Odur ki, Cavabdeh1 İddiaçı MMC-yə məxsus cəmi dəyəri 37516 manat 45 qəpik olan daşınar əmlakları geri qaytarmalıdir. xx.xx.2019-cu il tarixdə, təkrar 29.11. 2022-ci il tarixdə Cavabdeh1 daşınar əmlakların geri qaytarılması tələbinə dair pretenziya məktubları göndərilmiş, lakin o, razılığa gəlməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərci İddiaçı tərəfindən ödənilmişdir. Birinci instansiya məhkəməsində ilkin İddiaçı nümayəndələri X3 və Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, İddiaçı mülkiyyətində olan İtaliya dövləti istehsalı olan soyducu kimi istifadə edilməsi nəzərdə tutulmuş paslanmaz metaldan hazırlanmış 1 ədəd ********** nömrəli 1600 litr tutumlu 13654 manat 51 qəpik dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd ********** nömrəli 3000 litr tutumlu 21355 manat 13 qəpik dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd 300 litr tutumlu 1878 manat dəyərində paslanmaz metaldan ön süd qəbul çəni, 1 ədəd 20 litr tutumlu 15 manat dəyərində paslanmaz metaldan süd ölçü vedrəsi, 1 ədədinin qiyməti 15 manat 34 qəpik olmaqla cəmi 613 manat 6 qəpik dəyərində 40 ədəd 40 litrlik süd bidonlarının cəmi dəyəri 37516 manat 45 qəpik olan daşınar əmlakların Cavabdeh1 alınaraq İddiaçınə geri qaytarılması, daşınar əmlakların alınması mümkün olmadıqda əmlakların dəyəri 37516 manat 45 qəpik məbləğində pul vəsaitin Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən 60000 manat pul və 270 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi üzrə İddiaçı MMC məhkəmədə ona qarşı iddia qaldıraraq dəyəri 37516 manat olan süd soyutma çənlərinin və süd balonlarının alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. Cavabdehlə aralarında müqavilə olmuş və həmin müqavilənin mahiyyəti ondan ibarət olmuşdur ki, o, vətəndaşlardan topladığı çiy çiy süd məhsulunu onlara verməli onlar isə həmin südün dəyərini ona ödəməli idilər. 23 oktyabr 2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə o cavabdeh təşkilata 213250 manat məbləğində süd tədarük edərək təhvil vermişdir. Lakin bunun müqabilində cavabdeh təşkilat ona, cəmi 153250 manat ödəniş etmiş və bu günə kimi 60000 manat pul borcları qalmışdır. O, dəfələrlə cavabdehdən həmin pulu tələb etsə də onlar bunu etməmişlər. İlkin iddia üzrə İddiaçı qarşılıqlı iddiaya dair məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.3-cü maddəsinin tələbinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında və həmin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilmədiyindən geri qaytarılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinin tələbinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, 152.1.6-1-ci maddəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında hakim qərar çıxarır. Həmçinin ilkin iddia üzrə ərizələrində qeyd etdikləri kimi Cavabdeh1 fərdi sahibkar (VÖEN: **********) olmaqla, Beyləqan rayonu Daşburun qəsəbəsində ayrı-ayrı vətəndaşlardan çiy süd toplayaraq satmaqla məşğul olmuş, bağlanmış müqavilə əsasında İddiaçı MMC tərəfindən ondan xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 213250 manat 96 qəpik dəyərində çiy süd alınmış və həmin məbləğdə ödəniş edilərək borc qalığı olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X1 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh ilə iddiaçı şirkət arasında müqavilə olmuş və həmin müqavilənin mahiyyəti ondan ibarət olmuşdur ki, o, vətəndaşlardan topladığı çiy süd məhsulunu onlara verməli onlar isə həmin südün dəyərini ona ödəməli idilər. 23 oktyabr 2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə o, cavabdeh təşkilata 213250 manat məbləğində süd tədarük edərək təhvil vermişdir. Lakin bunun müqabilində cavabdeh təşkilat ona, cəmi 153250 manat ödəniş etmiş və bu günə kimi 60000 manat pul borcları qalmışdır. O dəfələrlə cavabdehdən həmin pulu tələb etsə də onlar bunu etməmişdirlər. Hesab edir ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, yalnız iddiaçının dediklərini və heç nə ilə sübut olunmayan dəlilləri əsas götürərək qarşılıqlı iddianı rədd etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xaiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, ilk iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 206/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş tərəflər arasında razılaşdırılmış 28 dekabr 2017-ci il tarixli və 08 dekabr 2018-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, 1 ədəd ********** nömrəli 1600 litr tutumlu 13654 manat 51 qəpik dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd ********** nömrəli 3000 litr tutumlu 21355 manat 13 qəpik dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd 300 litr tutumlu 1878 manat dəyərində paslanmaz metaldan ön süd qəbul çəni, 1 ədəd 20 litr tutumlu 15 manat dəyərində paslanmaz metaldan süd ölçü vedrəsi, 1 ədədinin qiyməti 15 manat 34 qəpik olmaqla cəmi 613 manat 6 qəpik dəyərində 40 ədəd 40 litrlik süd bidonları - heç bir qüsuru yoxdur, işləkdir - qeydi ilə İddiaçı tərəfindən Cavabdeh1 təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 03/01-03/772 nömrəli maliyyə arayışdan görünür ki, dəyəri 37516 manat 45 qəpik məbləğində olan mal-material və avadanlıqlar İddiaçı tərəfindən Cavabdeh1 təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən Cavabdeh1 alınan südün və İddiaçı tərəfindən Cavabdeh1 ödənən vəsaitlərin reyster cədvəlindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 213250 manat 96 qəpik məbləğində süd alınmış və həmin məbləğ ona ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçındən aralarında olan razılaşmaya əsasən öhdəliklərini yerinə yetirmək üçün 37516 manat 45 qəpik dəyərində olan mal-material və avadanlıqlar almış, lakin tərəflər arasında olan hüquq münasibətinə xitam verilməsinə baxmayaraq, Cavabdeh1 öhdəliklərini tam həcmdə yerinə yetirməyərək, həmin əmlakı iddiaçıya geri qaytarmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, lk iddia üzrə iddiaçıya məxsus 37516 manat 45 qəpik dəyərində əmlak cavabdehin qanunsuz sahibliyində olduğundan, məhkəmə hesab edir ki, həmin əmlaklar və ya onların dəyəri cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İddiaçı satın aldığı süd məhsulları üzrə Cavabdeh1 qarşısında ödənilməmiş pul öhdəliyinin qaldığı təsdiq edilmədiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərərçəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də, məhkəmə kollegiyası məhkəmə iclasında araşdrılmış sübutlara və istinad olunan maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, ilk iddia üzrə iddiaçı mülkiyyətində olan yuxarıda eyd edilən adda və qiymətdə daşınar əmlakları süd toplama prosesində istifadə edilməsi üçün cavabdehə təhvil vermiş, həmin xüsusat işdəki təhvil-təslim aktları ilə təsdiq olunduğundan, cavabdeh iddiaçı üçün süd toplama prosesini dayandırdığından həmin əmlakları iddiaçıya təhvil verməmişdir. İlk iddia üzrə iddiaçı ilk iddia ilə tələb olunan əmlakları qaytarmamasının səbəbini ilk iddia üzrə iddiaçıya təhvil verdiyi çiy süd məhsulunun dəyərinin ona tam ödənilməməsi ilə izah etmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Əksinə iddiaçının nümayəndəsi tərəfindən təqüdim edilmiş kassa məxaric orderlərinin surətlərindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehə təhvil verdiyi süd məhsulunun dəyəri tam şəkildə Cavabdeh1 özünə və ya da onun nümayəndəsinə tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-206/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-160/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-160/2023
31.05.2023 · Sair işlər - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver