Məhkəmə qərarları › İş №2-2(102)-585/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-585/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-585/2025 01.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin Cavabdehnə qarşı müqavilədən irəli gələn mübahisəyə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 17 iyul tarixli e-2-2(113)-5283/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikay ətə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh “X3” X6 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 2020-ci il 19 avqust tarixli 41 nömrəli müqavilə üzrə 2.158.247,88 manat məbləğində borcun, 2000 manat vəkilə göstərdiyi yardıma görə xərcin və 1871 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsində cavabdeh vəsatət təqdim edərək iddia ərizəsinin baxılması üçün Balə şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Vəsatətdə tərəflər arasında yaranmış mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığı qeyd olunmuş, vəsatətin dəlilləri cavabdehin Azərbayc an Respublikası Prezidentinin fərmanının icrasını təmin etmək məqsədi ilə onun üzərinə qoyulan səlahiyyət çərçivəsində hərəkət etməsi, hər hansı bir mənfəət əldə edilməməsi, bu səbəbdən mübahisənin müstəqil həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməməsi ilə bağlı olmuşdur.

4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 17 iyul tarixli e-2-2(113)5283/2025 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir (hakim – İ.Əhmədov).

5. Məhkəmə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 6.2.8-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 1.4, 3.1.25-3, 5.2, 6.2-ci bəndlərinə, “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmill əşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2109 saylı fərmanın 2-3-cü bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 29 iyul tarixli 2258 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydasının 1.3-cü bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 13, 20, 21, 22, 23-cü bəndlərinə əsaslanaraq hesab etmişdir ki, qanunvericilik publik hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti ilə məş ğul olma imkanını bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etməsi və bu məqsədlərə uyğun gəlməsi halı ilə şərtləndirmişdir. Hazırkı mübahisə tərəflər arasına bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlmiş, iddia ərizəsi verilərkən aidiyyət qaydalarının pozulmasına yol verilməmişdir. Odur ki, cavabdehin vəsatəti əsassız olduğundan təmin edilməməlidir.

6. Həmin qərardaddan cavabdeh şikayət verərək onun ləğv edilməsi və işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 28 iyul tarixli e-2-2(113)5283/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkə məsinə göndərilmişdir.

8. Məhkəmə əvvəlki mövqeyini (bax § 5) bir daha vurğulamış və şikayətin dəlillərinin əsassız olması qənaətinə gəlmişdir. Şikayətin dəlilləri 9.“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi, “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 7 fevral tarixli 1586 nömrəli Fərmanı və “Bakı şəhər İcra Hakimiyyəti başçısı tabeliyində Bakı Nəqliyyat Agentliyi X7n balansında olan və “X1 Mərkəzi” MMC-nin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansına verilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 9 aprel tarixli 212s nömrəli Sərəncamı, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli, 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 1.1, 1.4, 3.1.6, və 6.2-ci bəndləri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 6.2, 6.2.8-ci maddələri, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddələri, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 1, 24.2-ci maddələri, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlər inə dair” Qərarı üzrə - hazırki mübahisədə olan müqavilə tender nəticəsində bağlanmış, müqavilədə tərəflərdən biri, yəni BNA həmin müqaviləni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyil, məhz onun üzərinə qoyulmuş müəyyən vəzifələrin icrası ilə əlaqədar bağlamış, həmin müqavilədən heç bir mənfəət (gəlir) əldə etməmiş və hal-hazırda da həmin əmlak hüquqi aktla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansına verilmişdir. Tenderdə iştirak edərək onun qalibi olmuş İddiaçı MMC ilə BNA arasında 2020-ci il 19 avqust tarixli, 41 saylı “Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, sistemə qoşulmasının təmin edilməsi və 2 (iki) illik texniki xidməti”nin satınalınmas ı müqaviləsi bağlanmışdır. Sözügedən müqavilə məhz BNA-nın üzərinə qoyulmuş, yəni Bakı şəhərində qanunsuz parklanma hallarının qarşısının alınması məqsədi ilə bağlanmışdır. Həmçinin, ölkə başçısının verdiyi 26 oktyabr 2007-ci il tarixli 2469 nömrəli sərəncamından da göründüyü kimi, həmin sərəncamda göstərilən lahiyələrin icra edilməsi üçün sifarişçi olaraq məhz BNA təyin edilmişdir ki, bu da öz növbəsində onun sahibkarlıq fəaliyyətinin əsas fərqləndirici meyarlarından biri olan müstəqil fəaliyyətni həyata keçirilməsi demək deyil. Həmçinin, məhkəmə Qərardadında “Publik Hüquqi şəxslər Haqqında” Azərbaycan Respublikası Qanunun 3.1, 6.2, 6.2.8-ci maddələri, həmçinin BNA Nizamnaməsinin 1.4 və 6.2- ci bəndlərinə istinad etmişdir. Məhkəmə sözügedən hüquqi akları düzgün tətbiq etməmiş, onlar BNA-n ın sözügedən müqaviləni bağlayarkən sahibkarlıq fəaliyyəti ilə məşgul olmamasını sübut etdikləri və sözügedən məhkəmə işinin kommersiya mübahisəsi olmadığı halda onun kommersiya mübahisəsi olmasının hüquqi əsaslandırılması kimi istinad etmişdir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 29 iyul tarixli 2258 nömrəli Fərmanın 1.3-cü bəndinnın hazırkı işə hər hansı bir aidiyyəti yoxdur. Belə ki, ölkə Prezidentinin yuxarıda qeyd edildiyi kimi “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2022-ci il 07 fevral tarixli 1586 nömrəli Fərmanı və “Bakı Şəhər İcra Hakimiyyəti başçısı tabeliyində Bakı Nəqliyyat Agentliyi X7n balansında olan və “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansına verilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 09 aprel tarixli 212s nömrəli Sərəncamı ilə sözügedən Müqavilə ilə BNA balansına keçmiş (təhvil alınmış) avadanıqlar da daxil olan X1 Mərkəzi BNAdan alınıb DİN-ə verilmişdir. Yəni, AYNA-nın Nizamnaməsi təsdiq edilərkən artıq sözügedən müqavilə nəticəsində BNA tərəfindən alınmış əmlakın artıq DİN-ə sözügedən hüquqi aktlarla verilmiş və sözügedən müqavilə ilə alınmış heç bir avadanlığın istifadəsindən heç bir vəsait AYNA-ya daxil olmamışdır, AYNA publik hüquq münasibətlərində onun üzərinə qoyulmuş vəzifələrin icrası zamanı həmin avadanlıqlardan istifadə etməmişdir. Digər tərəfdən sözügedən vəsaitin AYNA-nın hesabında saxlanması, həmçinin həmin hüquqi aktda sözügedən vəsaitdən istifadə edilməsi, o cümlədən həmin vəsaitin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi o demək deyil ki, bu AYNA-nın kommersiya fəaliyyətinir bir təsdiqidir. Anoloji qaydalar digər həm dövlət orqanları həmdə publik hüquqi şəxslər münasibətində onların dövlət hakimiyyəti funksiyalarının həyata keçirilməsi zamanı daxil olmuş vəsaitdən eyni istifadə qaydaları nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, sistemə qoşulmasının təmin edilməsi BNA-nın sahibkarlıq fəaliyyəti və ya mənfəət əldə edilməsi ilə deyil, onun dövlət səlahiyyətlərinin həya ta keçirilməsi çərçivəsində üzərinə ümumdövlət və ictimai maraqların təmin edilməsi istiqamətində hüquqi aktlarla qoyulmuş vəzifə olmuş və məhz həmin vəzifənin icra edilməsi məqsədi ilə onun tərəfindən sifarişçi qismində sözügedən tender elan edilməklə həmin tenderin nəticəsinə uyğun olaraq iddiaçı ilə müqavilə bağlamışdır. Məhz bu səbəbdən sögedən məhkəmə mübahisəsini kommersiya mübahisəsi deyil. Tətbiq edilən hüquq 10. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 3.1. Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. 6.2. X7n nizamnaməsində aşa ğıdakılar göstərilir: 6.2.8. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak etmək hüququ (verildiyi halda).”

11. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə

26. Mübahisələrin kommersiya m əhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. müvafiq 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;” Ali Məhkəmənin mö vqeyi

12. Qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 17 may tarixli e-2-2(113)-5283/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlə rinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarında qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasın ı tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır (11-ci bənd).

15. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı iş in kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd).

16. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fon dlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir (21-ci bənd).

17. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini t əşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir (22-ci bənd).

18. Aşağıdakılara əsasən məhkəmə tərkibi hesab edir ki, hazırki mübahisəyə məhkəmə aidiyyatı üzrə kommersiya məhkəməsində baxılmalıdır.

19. Belə ki, mübahisənin sübyekt tərkibinə dair qeyd edilir ki, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə publik hüquqi şəxsdir. 20. “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2109 saylı fərmanına əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan X3 (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısı nın tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” X7n ona qoşulması formasında yenidən təşkil edilmiş və Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” X7n balansındakı əmlak Agentliyin balansına verilmişdir (2-ci və 3-cü bəndlər). 21. “Azərbaycan Yerüstu Nəqliyyat Agentliyi” PHŞ-nin nizamnaməsinin 3.1.25-3cü bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında parklanma yerlərini müəyyənləşdirmək, onları təşkil və idarə etmək, bələdiyyə və özəl avtomobil yollarında parklanma yerlərinin təşkilində iştirak etmək, habelə parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət etmək və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görmək, o cümlədən fo to və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etmək vəzifəsi kimi müəyyən edilmişdir.

22. Həmin Nizamnamənin 5.2-ci bəndinə əsasən isə agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, kreditlərdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

23. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 29 iyul tarixli 2258 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydasının 1.3-cü bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən d axil olan vəsait Azərbaycan X3nin bank hesabına yığılır.

24. Göründüyü kimi, cavabdeh publik hüquqi şəxs kimi yaradılarkən nizamnaməsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı nəzərdə tutulmuş və fəaliyyətindən gəlir əldə etməsi mümkündür. Agentliyin funksiyalarından biri parklanma yerlərinin təşkili və idarə olunması, habelə həmin fəaliyyət nəticəsində vəsaitlərin toplanmasıdır ki, bu da onun sahibkarlıq fəaliyyətində iştirakını göstərir.

25. Hazırki mübahisə isə tərəflər arasında bağlanmış və özündə həm alqı-satqı, həm də xidmət müqaviləsinin ünsürlərini əks etdirən xx.xx.2020-ci il tarixli 41 nömrəli qarışıq müqavilədən irəli gəlir və iddianın predmetini həmin müqavilə üzrə satılmış malların və göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi təşkil edir.

26. Məhkəmə tərkibi qeyd e dir ki, həmin müqavilənin predmeti cavabdehin nizamnaməsi ilə nəzərdə tutulmuş kommersiya fəaliyyəti, yəni Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında parklanma yerlərinin təşkili və idarə edilməsi ilə birbaşa bağlı olmasa da, dolayısı ilə həmin fəaliyyətin səmərəli təmin edilməsinə xidmət edir. Çünki müqavilənin predmetini Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, sistemə qoşulmasının təmin edilməsi və 2 (iki) illik texniki xidməti təşkil edir. Göründüyü kimi hazırki iddianın əsasını təşkil edən müqavilənin predmeti dolayısı ilə cavabdehin kommersiya fəaliyyəti ilə əlaqəlidir.

27. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iddia ərizəsi verildiyi zaman məhkəmə ai diyyətinə dair qaydaların pozulmasına yol verilməmişdir. Buna görə də Bakı Kommersiya Məhkəməsinin vəsatəti təmin etməyərək işi öz icraatında saxlaması qanuni və əsaslıdır. Cavabdehin şikayətində göstərilən dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən əsaslı hesab edilmir və qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.

28. Qarışıq məhkəmə tərkibi şərh edilənləri rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 17 iyul tarixli e-2-2(113)-5283/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar