Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-590/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə üzrə görülmüş işin dəyərinin ödənilməsi; proqram təminatı; müqavilənin fazaları Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil2 Musa oğlunun iştirakları ilə, İddiaçı MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-843/2021 saylı qətnaməsindən veril miş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC ilə (bundan sonra – MMC) "xxxx" QSC arasında (bundan sonra – QSC) arasında 2020-ci il 20 fevral tarixli, BM/SM-S-20-88 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmış, Müqavilə ilə QSC-nin onun xüsusi şərtlərində göstərilən SAP Proqram Təminatının tətbiqi üzrə layihənin satınalınmasına dair MMC-nin 473.298 manat (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir (iş.v67 cild2).
2. Müqavilənin 2.2-ci bəndinə əsasən, MMC müqavilədə nəzərdə nəzərdə tutulmuş şərtlər əsasında QSC-yə Müqavilənin xüsusi şərtlərində göstərilən xidmətlərin təhvil verilməsini öhdəsinə götürmüş, 2.3-cü bəndinə əsasən, QSC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işləri n və ya xidmətlərin) icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür.
3. Müqavilənin 24.1-ci bəndinə əsasən, müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, sifarişçi və ya icraçı qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər. Sifarişçinin müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqında yazılı bildirişinə baxmayaraq, icraçının təqdim edilmiş sənəd əsasında 30 gün müddətində tədbir görməməsi barədə pozuntu əsaslı pozuntu sayılır. 4. “Müqavilənin Xüsusi Şərtləri”nin 4.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr 1 saylı Qiymətlərin Razılaşdırma Protokolunda (bundan sonra – Protokol) göstərilmiş 4 fazaya uyğun həyata keçirilməli idi. Həmin Protokolda "xxxx"nın yekun ƏDV daxil qiyməti 1 41.989,40 manat, “Standart proqrm modullarının istifadəçilərə təqdim edilməsi və onların ehtiyaclarına uyğun modulların təkmilləşidirlməsi”nin yekun qiyməti ƏDV daxil 165.654,30 manat, “Sistemə məlumatların yüklənməsi, tədris materiallarının hazırlanması və istifadəçilər üçün təlimlərin keçirilməsi”nin yekun qiyməti ƏDV daxil 94.659,60 manat, “SAP Sistemə yekun tətbiqlərin edilməsi və istifadəçilərlə birgə SAP modullara nəzarət edilməsi”nin yekun qiyməti ƏDV daxil 70.993,70 manat olaraq müəyyən edilmişdir (iş.v75, cild 2).
5. Müqavilənin Xüsusi Şərtlərinin 4.3-cü bəndinə əsasən, sifarişçi ödənişləri hər faza icra olunduqdan və təhvil-təslim aktı imzalandıqdan sonra köçürmə yolu ilə 10 bank günü ərzində həyata keçirir. 6. “Konseptual Dizayn Hesabatı”ndan göründüyü kimi, hesabat Hüseyn Quliy ev, Faiq Əhmədov, Namiq Yusubov, Eldar Rzayev, Bərxudar Bərxudarlı və Sevinc Alıyeva tərəfindən 2020-ci il 18 mart tarixdə təsdiqlənmiş, layihənin planlaşdırılan bitmə tarixi 2020-ci il 1 iyun olraq göstərilmişdir (iş.v 96 cild 2). 7. 2020-ci il 23 iyul tarixli təhvil-təslim aktına əsasən, MMC və "xxxx" MMC arasında bağlanmış 2020-ci il 20 mart tarixli V2003/32020 saylı müqaviləyə əsasən MMC-nin kirayələdiyi Virtual Serverə xidmətlə əlaqədar olaraq toplam 18 faiz ƏDV daxil 4602 manat dəyərində xidmət MMC-yə təhvil verilmişdir (iş.v 150, cild 2). 8. 2020-ci il 29 iyul tarixli, 80974820 saylı ödəniş tapşırığından görünür ki, MMC tərəfindən "xxxx" MMC-yə 3.900 manat ödəniş edilmişdir. 9. 2020-ci il 29 iyul tarixli "xxxx" Bildirişdən görünür ki, MMC-nin sub-uçot depozit hesabından "xxxx" MMC-y ə 702 manat köçürmə aparılmışdır (iş.v152, cild2).
10. QSC tərəfindən MMC-yə göndərilmiş 2020-ci il 22 may tarixli, 40N-10/3-473 saylı məktubda göstərilmişdir ki, SAP proqram təminatının metropoliten tərəfindən təqdim olunan texniki tapşırığa uyğun tətbiq olunması ilə əlaqədar tərəflər arasında keçirilən görüşlər və skype-toplantıları nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir (iş.v155 cild2).
11. MMC tərəfindən QSC-nin 2020-ci il 22 may tarixli məktubuna cavab olaraq göndərilmiş 2020-ci il 31 may tarixli məktubunda göstərilmişdir ki, Müqavilə üzrə Müqavilənin Xüsusi Şərtlərinə uyğun olaraq Konseptual Dizayn tam hazırlanaraq 3 sənəd şəklində (Fİ/CO Maliyyə Nəzarəti Konseptual Dizayn Hesabatı, PM-Texniki Xidmət və Təmir Konseptual Dizayn Hessabatı və Materialların idarə edilməsi Konseptu al Dizayn Hesabatı) QSC-nin 6 nəfər işçisindən ibarət layihə qrupu üzvləri tərəfindən 2020-ci il 18 mart tarixində təsdiqlənmişdir. Müqavilənin Xüsusi Şərtlərinin 4.3-cü bəndinə əsasən 2020-ci il 18 mart tarixdən 10 iş günü ərzində həmin faza üzrə ödəniş edilməli idi. Lakin, ödəniş edilməmişdir. Həmçinin, konseptual dizaynın təhvili zamanı QSC tərəfindən MMCyə proqramın işlədilməsi üçün hazır işlək vəziyyətdə server (bütün bağlantıları və s ilə birlikdə) təqdim edilməmişdir. Bu səbəbdən serverə SAP proqramının yüklənilə və ikinci fazada qeyd edildiyi kimi modulların QSC-nin ehtiyaclarına uyğun təkilləşdirilə bilinməmişdir.
12. QSC tərəfindən MMC-yə göndərilmiş 2020-ci il 5 iyun tarixli, 40N-10/3-529 saylı məktubda bildirilmişdir ki, Bakı metropolitenində SAP proqram təminatının tətbiq edil məsi ilə əlaqədar müqavilənin Xüsusi Şərtlərinə uyğun olaraq Konseptual dizaynın hazırlanması mərhələsində MMC və QSC-nin mütəxəssislərindən ibarət işçi qrupu arasında bir neçə dəfə görüşlər (birbaşa və video görüntülü) keçirilmiş, bu görüşlər zamanı texniki tapşırığın şərtləri dəfələrlə MMC-nin diqqətinə çatdırılmış və müzakirə olunmuşdur. Lakin, sonradan təqdim olunmuş Konseptual dizayn layihəsində bu şərtlər nəzərə alınmamışdır ki, bu barədə MMC-yə 2020-ci il 22 may tarixli, 40N-10/3-473 nömrəli məktubla bildirilmişdir. Hazırlayıb təqdim ediləcək konseptual dizayn üçün texniki tapşırıq şərtləri - təmir prosesinin təşkili, idarə edilməsi, pasportların rəqəmsallaşdırılması, qatarın qaçışının avtomatik hesablanması və xüsusiyyətləri MMC-yə öncədən bildirilmişdir və onlar layihədə mütləq şə kildə əks olunmalı idi. Bu səbəbdən, həmin şərtlərin 2020-ci il 31 may tarixli məktubda QSC-nin əlavə istəyi kimi göstərilməsi qətiyyən qəbuledilməzdir. Qeyd olunan iradlar əlavə istək deyil, müqaviləyə uyğun olaraq əsas şərtlər kimi qəbul edilməlidir.
13. MMC tərəfindən QSC-yə 2020-ci il 10 iyun tarixdə göndərilmiş məktubda Konseptual Dizayn hazırlanması fazasının artıq 2020-ci il 18 Mart tarixində tam hazırlanaraq 3 sənəd şəklində QSC-nin 6 nəfər işçinizdən ibarət Layihə qrupu üzvləri tərəfindən qəbul edilib, əlavələr QSC ilə razılaşdırıldığı bildirilmiş növbəti mərhələlərə keçmək üçün yeni Layihə planınının birlikdə müzakirə olunaraq yeni tarixlərin müəyyənləşdirilməsi təklif olunmuşdur. MMC tərəfindən bütün işlərin tamamlanması üçün sadəcə 3 təqvim ayına ehtiyac olduğu qeyd olunmuşdur.
14. QSC tərəfindən MMC-yə 2020-ci il 8 iyul tarixdə göndərilmiş məktubda göstərilmişdir ki, Müqavilə razılaşmasına görə öhdəliklərin 2020-ci ilin iyununda başa çatdırılmalı olduğu halda, MMC-nin daha 3 ay əlavə vaxt istəməsi qəbul edilən olmamışdır. Müqavilə üzrə öhdəliklərin əsaslı və kobud şəkildə pozulduğu qeyd olunmuş, yazılı xəbərdarlıqdan 30 gün keçdiyinə və pozuntuların aradan qaldırılmasın heç bir təminat olmadığında görə, 2020-ci il 8 iyul tarixdə müqavilənin bütövlükdə ləğv olunduğu bildirilmişdir.
15. MMC tərəfindən 2020-ci il 8 avqust tarixdə QSC-yə pretenziya göndərilərək ƏDV daxil 141.989,40 manat məbləğində borcun və ƏDV daxil 38.362,98 manat maddi zərərin əvəzinin 2020-ci il 31 avqust tarixədək ödənilməsi tələb olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci inst ansiya məhkəməsində icraat
16. MMC QSC-yə qarşı 2020-ci il 10 noyabr tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2020-ci il 20 fevral tarixli, BM/SM-S-20-88 saylı mallar üzrə satınalma müqaviləsi üzrə birinci fazanı təşkil edən, yerinə yetirilmiş "xxxx" işlərinə görə ƏDV daxil 141.989,40 manatın və ödənişin gecikdirilməsinə görə 9.889,88 manat cərimənin, müvəqqəti virtual server icarəyə götürülməsi ilə əlaqədar çəkilmiş ƏDV daxil 4602 manat xərcin əvəzinin, MMC-nin mütəxəssislərinin ikinci faza üzrə işlərinin haqqının ödənilməsi ilə əlaqədar 28.611 manat məbləğində xərcin əvəzinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 185.122,28 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddia tələbi onun la əsaslandırılmışdır ki, tərəflər arasında Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, MMC müqavilənin xüsusi şərtlərinin qoşmalarında qeyd edilən xidmət xüsusiyyətlərinə uyğun olaraq SAP proqram təminatının qurulması üzrə xidmətləri göstərməyi, QSC isə onun dəyərini ödəməyi və xidmət nəticələrini qəbul etməyi öhdəsinə götürmüşdür. SAP proqramı beynəlxalq proqram olmaqla müəssisələrin maliyyə, istehsal, anbar və digər daxili proseslərinin idarəetməsinin avtomatlaşdırılmasını təmin edir. Xidmətlər 4 fazaya bölünmüş, "xxxx" işlərin birinci fazasını təşkil edirdi və bu işlərə görə ümumi dəyərinin ƏDV daxil 141.989,40 manat olaraq ödənilməsi razılaşdırılmışdı. QSC tərəfindən layihənin əməkdaşları Hüseyn Quliyev, Namiq Yusubov, Eldar Rzayev, Bərxudar Bərxudarlı, Sevinc Alıyeva və qeyriləri, o cü mlədən QSC-nin təchizatçısı "xxxx" MMC-nin təmsilçisi Anar Əliyev cəlb edilmişdir. “Konseptual dizayn” tərəflərin nümayəndələri arasında müzakirə edilərək yekun mətnlər razılaşdırılmış, "xxxx" işləri MMC tərəfindən tam hazırlanaraq 3 sənəd şəklində (“Fİ/CO Maliyyə nəzarəti/Nəzarət”, “PM Texniki Xidmət və Təmir” və “MV Materialların idarə edilməsi”) cavabdehin 6 nəfər məsul işçisindən ibarət layihə qrupu üzvləri tərəfindən 2020-ci il 18 mart tarixdə təsdiqlənmişdir. Xidmətin nəticələri cavabdehə təhvil verilsə də, çoxsaylı şifahi və yazılı müraciətlərə baxmayaraq, onun dəyəri MMC-yə ödənilməmişdir. Həmçinin, layihə üzrə işlərin yubanmaması məqsədilə MMC tərəfindən 2020-ci il 20 mart tarixdə müvəqqəti virtual server icarəyə götürülmüş, bu xidmətlə bağlı ƏDV daxil 4602 manat ödəniş edilmişdir. MMC tərəfindən həmçinin, işlərin ikinci fazasını təşkil edən “Standard proqram modullarının istifadəçilərə təqdim edilməsi və onların ehtiyaclarına uyğun modulların təkmilləşdirilməsi” ilə bağlı işçilərinə 28.611 manat xidmət haqqı ödənilmişdir. QSC-yə işlərin birinci fazasının dəyərinin, müvəqqəti icarəyə götürülmüş serverin icarə haqqının ödənilməsi məsələləri ilə əlaqədar rəsmi elektrin poçtla edilmiş müraciət müsbət nəticə verməmiş, habelə QSC-nin rəhbərliyi ilə telefon danışığı aparmaq cəhdləri uğursuz olmuşdur.
18. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli, e-2-2(113)-453/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim F.Qasımov).
19. Həmin məhkəmə bildirmişdir ki, iddiaçı işlərin təhvil verilmə anını layihənin sifarişçinin 6 işçisi tərəfindən təsdiq edil məsi və elektron poçt vasitəsilə də sifarişçiyə göndərilməsi ilə əlaqələndirsə də, müqavilədə sənədləşdirmənin yazılı şəkildə aparılması, hər faza icra olunduqdan sonra təhvil-təslim aktının imzalanmasını nəzərdə tutulmuşdur. Həmçinin, tərəflər arasında əvvəlki müqavilələr üzrə işlərin görülməsini təsdiq edən sənəd kimi təhvil-təslim aktlarının imzalanması ilə bağlı praktika mövcud olmuş, lakin hazırki mübahisə üzrə belə bir akt imzalanmamışdır. Bu səbəbdən, layihənin sifarişçinin 6 işçisi tərəfindən təsdiqlənməsi və elektron poçt vasitəsilə göndərilməsi iddia tələbinin təmin olunması üçün əsas kimi çıxış edə bilməz.
20. Müqavilədə və ona əlavələrdə server və bağlantının sifarişçi tərəfindən təmin edilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Həmçinin, serverlə təmin olunma işin birinci fazası başa çatdırıldıqdan, təhvil-təslim aktı imzalandıqdan sonra həyata keçirilməli olan mərhələ olduğundan, MMC-nin işlər təhvil verilmədən və müqavilədə nəzərdə tutulmadığı halda, habelə sifarişçinin razılığı olmadan müvəqqəti virtual serverin icarəyə götürülməsi ilə bağlı xərclərin QSC-dən tutulmasına dair dəlil əsaslı olmamışdır. MMC tərəfindən işlərin ikinci fazasının icrasına başlanılması ilə bağlı işçilərinə 28.611 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.
21. Həmçinin, öhdəliklərin icrası müqavilədə nəzərdə tutulmuş müddət ərzində həyata keçirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2018-ci il 11 iyun tarixli Plenum qərarında ifadə olunmuş mövqeyi baxımından müqavilədə nəzərdə tutulmuş məqsədə nail olunmad ığından və hüquqi nəticə mövcud olmadığından sifarişçinin həmin işlərə marağı olmadığına görə onun zərərin əvəzini ödəmək öhdəliyi də yarana bilməz.
22. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 21.2, 445.2, 752.1, 753.1, 759.2, 769-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2017-ci il 15 sentyabr tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
23. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasi ya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-843/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Vidadi Məmmədov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova).
25. Apellyasiya məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş əsaslarına istinad etmiş və əlavə olaraq bildirmişdir ki, Müqavilə 4 fazadan ibarət olan işin görülməsini və bütövlükdə işin 2020-ci il 30 iyun tarixədək yekunlaşması nəzərdə tutulmuşdur. İş bütövlükdə və tam olaraq təyinata malik olduğundan yalnız belə nəticə QSC üçün məna və əhəmiyyət kəsb edə bilərdi. Lakin, 2020-ci il 30 iyun tarixə nəinki iş bütövlükd ə, həmin işin birinci fazası belə QSC-yə təqdim olunmamış, MMC isə 2020-ci il 10 iyun tarixli məktubunda bütün işlərin tamamlanması üçün əlavə 3 təqvim ayına ehtiyacın olduğunu bildirmişdir.
26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 427.3, 442, 445.2, 447.1, 447.2, 448.1, 448.2, 752.1, 759.2, 762.2, 762.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 24 sentyabr tarixdə iş üzrə tərəflərə göndərilmişdir.
28. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏ Rİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
29. Məhkəmə işlərin birinci fazası olan konseptual dizayn hesabatının ümumilikdə mövcudluğunu və cavabdehin 6 nəfər məsul işçisindən ibarət layihə qrupu üzvləri tərəfindən təsdiqlənməsini qəbul etmiş, lakin məhkəmə işlərin QSC-yə yazılı sənədləşmənin aparılması və hər faza üzrə təhvil-təslim aktının imzalanması yolu ilə təqdim edilməli olması qənaətinə gəlmişdir. Halbuki, QSC-nin işlərin təhvil-təslim aktını rəsmiləşdirməkdən qərəzli şəkildə yayınması iddia tələbinin rədd edilməsinə əsas olmamalıdır. Belə ki, konseptual dizayn hesabatı həm kağız daşıyıcıda yazılı şəkildə çap edilərək QSC-yə təqdim edilmiş, onun əməkdaşları tərəfindən təsdiq edilmiş, layihənin hazırlanmasında cavabdehin layihə qrupu iştirak e tmiş, sənədlər elektron poçtla qarşı tərəfə göndərilərək razılaşdırılmışdır. Apellyasiya məhkəməsi Müqavilənin 22.1-ci bəndinə istinad etmişdir ki, həmin bənddə müqavilə üzrə sənədləşdirmənin yazılı şəkildə aparılması göstərilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.11-ci maddəsinə əsasən yazılı müraciət kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət formasında ola bilər. Həmin qanunun 3.0.12-ci maddəsinə görə, elektron müraciət isə müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciətdir. Konseptual dizayn hesabatının yazılı hesab edilən elektron poçt yazışmaları ilə cavabdehə təqdim edilməsi və cavabdehin elektron qaydada cavablar verməsi m əhkəmənin rəsmiləşdirmənin yazılı hesab edilməməsi barədə mövqeyini təkzib edir. Əslində isə məhkəmə Müqavilənin 22.1-ci bəndinə deyil, 22.2-ci bəndinə və müvafiq olaraq Müqavilənin xüsusi şərtlərinə istinad etməklə işlərin faktiki və həqiqi olaraq fazalar üzrə təhvilini, formal rəsmiləşdirmədən fərqləndirməli idi.
30. Cavabdeh müqavilə ilə nəzərdə tutulmuş ödəniş şərtlərini pozmuş və birinci faza üzrə ödənişləri etməmişdir. Belə ki, Müqavilənin 13.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündüən gec olmamaq şərti ilə aparılır. Müqavilənin xüsusi şərtlərinin 4.3-cü bəndinə əsasən isə sifarişçi ödənişləri hər faza icra olunduqdan və təhvil-təslim aktı imzalandıqdan sonra köçürmə yolu ilə 10 bank günü ərzində həyata keçirilir. Cavabdeh müqavilə üzrə ödəmələri yerinə yetirmədiyindən onun tərəfindən cərimə də ödənilməlidir.
31. Həmçinin, layihənin ikinci fazasına keçilməsi üçün müvafiq texniki xüsusiyyətlərə malik server və bağlantının təmin edilməsi məhz cavabdehin vəzifəsi idi və o, bu vəzifəsini icra etməmişdir. Məhkəmə server və bağlantının QSC tərəfindən təmin edilməsi öhdəliyinin Müqavilədə və ona əlavələrdə nəzərdə tutulmaması nəticəsinə gəlmişdir. Halbuki, Müqavilənin 1 saylı Qoşmasına əsasən, sifarişçi razılaşdırılmış müddətdə məqsədlərə çatmaq üçün lazımi mənbələri, layihə üçün tələb olunan avadanlıq və infrastrukturu təmin etməlidir və lazımi avadanlığın tə darükü ilə onun iş fəaliyyəti sifarişçinin məsuliyyətindədir. Serverin təqdim edilməsi ilə bağlı elektron yazışmalara dair arayış və ona əlavə edilmiş elektron poçt yazışmaları ilə serverin təqdim edilməməsinin məhz QSC-nin və onun əsas təchizatçısı olan "xxxx" MMC-nin fəaliyyətsizliyinin nəticəsi olması sübuta yetirilmişdir. Cavabdeh və onun podratçısı “Bakinity” tərəfindən müvafiq server və bağlantının layihə müddəti ərzində iddiaçıya təqdim edilməməsini bariz nümayiş etdirmək üçün tərəfimizdən işlərin təhvil verilməsi barədə məlumatların təqdim edilməsinin cavabdehə təklif edilməsi haqqında vəsatətlə məhkəməyə müraciət edilmiş "xxxx" QSC N.Nərimanov adına elektrik Deposu ərazisində “Depolar üzrə iş Departamenti” üçün İKT infrastrukturunun yaradılması işlərinin satınalınması çərçivəsində serverin və server otağının "xxxx" MMC tərəfindən nə zaman cavabdehə tam təhvil verilməsi barədə məlumatların və bunu təsdiq edən ilkin sənədlərşmələrin (təhvil-təslim aktı, e-qaimələr və s.) təqdim edilməsinin cavabdehə təklif edilməsi xahiş edilmiş, məhkəmə müvafiq sənədləri təqdim etməyi təklif etsə də, cavabdeh bundan imtina etmişdir.
32. Müqavilə şərtlərinə əsasən, QSC-nin qüsur hesab etdiyi hallar barədə məlumatı iddiaçıya dərhal verməsi nəzərdə tutulmuş, lakin 2020-ci il 22 may tarixədək QSC MMC-yə heç bir irad bildirməmişdir. Halbuki, Müqavilənin 18.1-ci bəndinə əsasən, müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurlar haqqında icraçıya dərhal bildiriş verməli, bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməli idi. QSC-nin ilk dəfə 2020-ci il 22 may tarixində iddiaçıya məktub göndərərək “iradlarını” bildirməsi və bu tarixədək müqavilə üzrə layihənin icrası zamanı "xxxx"xxxx"xxxx" tərəfindən MMC-yə heç bir irad və qüsur bildirilməməsini nümayiş etdirmək üçün qüsurlar barədə MMC-yə ünvanlanmış müraciətlərin təqdim olunması, irad bildirildiyi təqdirdə bunu təsdiq edən yazışmaların təqdim olunmasının QSC-yə təklif edilməsi barədə vəsatət verilsə də, bu vəsatət nəticəsiz qalmış, məhkəmə işin bu halını araşdırmamışdır.
33. QSC Müqavilənin birinci fazaya görə ödənişlərin icra edilməsi öhdəliyini, o cümlədən server və bağlantının təmin edilməsi öhdəliklərini icra etmədiyindən, müqavilənin icrasında yubanma yaranmışdır və bu yubanmaya görə məsuliyyət QSC-nin üzərinə düşür.
34. Məhkəmə işlərin ikinci fazası ilə bağlı işçilərə 28.611 manat ödənilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə sübutların təqdim olunmaması nəticəsinə gəlmişdir. Halbuki, 28.611 manat məbləğində ödənilməli olan maddi zərər iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC ilə bağlanmış 2020-002 saylı, 2020-ci il 12 mart tarixli müqavilə 1 saylı razılaşma protokolu ilə sübuta yetirilir. Həmin razılaşma protokolunun 3-cü bəndinə əsasən, iddiaçı 28.611 manat məbləği ikinci faza üzrə işlər təhvil verildikdən sonra "xxxx" MMC-yə ödəməlidir. Göründüyü kimi MMC mütəxəssislərin ikinci faza üzrə işlərin haqqının ödənilməsi üzrə 28.611 manat məbləğində "xxxx" MMC qarşısında borclanmışdır və həmin məbləğ maddi zərər qismində QSC tərəfindən ödənilməlidir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdi r. Tərəflərin izahatları
35. Məhkəmə kollegiyası iclasında cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz etmiş, məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
36. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında nümayəndə və ya vəkilin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.
37. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
38. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və p rosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş b orclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə
447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərda rlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəy yənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə
759. Podrat müqaviləsinin ləğvi 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə
762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi ist ifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli Qərarı “Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
44. İş materiallarını hərtərəfli, tam v ə obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
45. İş materiallarından göründüyü kimi, tərəflər arasında 2020-ci il 20 fevral tarixli, BM/SM-S-20-88 saylı mallar, işlər və xidmətlər üzrə müqavilə bağlanmışdır (bax §1).
46. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
47. Kassator 141.989,40 manat məbləğdə pul vəsaitinin ödənilməsi ilə bağlı tələbini onunla əsaslandırmışdır ki, Müqavilə üzrə birinci fazanı təşkil edən yerinə yetirilmiş "xxxx" işləri başa çatdırılmış və cavabdehə təhvil verilmişdir. Layihə sifarişçinin 6 işçisi tərəfindən təsdiq edilmiş və elektron poç t vasitəsilə də sifarişçiyə göndərilmişdir. Bununla bağlı iddiaçı işin 2-ci cildinin 142-ci vərəqində olan “MM-Materialların idarə edilməsi Konseptual Dizayn Hesabatı” adlı sənədə istinad etmişdir. Halbuki, həmin sənəddə təhvil-təslim, layihənin yaxud fazanın bitməsi barədə hər hansı qeydlərin mövcudluğu müəyyən olunmamışdır. Müqavilənin xüsusi şərtlərinin 4.3-cü bəndində isə qeyd olunmuşdur ki, sifarişçi ödənişləri hər faza icra olunduqdan və təhvil-təslim aktı imzalandıqdan sonra köçürmə yolu ilə 10 bank günü ərzində həyata keçirir.
48. Həmçinin, Müqavilənin 22.1-ci bəndində göstərilmişdir ki, müqavilə üzrə sənədləşdirmə (o cümlədən xəbərdarlıq, bildiriş və s.) yazılı şəkildə aparılır. Qəbul edən tərəf müvafiq sənədlərin (məlumatların) alınmasını təsdiq etməlidir. Göndərilən sənədlər (mə lumatlar) digər tərəfə çatdırıldığı tarixdən qüvvəyə minir.
49. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iddiaçı tərəfindən layihənin birinci fazasının tam hazır edildiyi fərz olunsa belə, o halda hazır məhsul iddiaçının dediyi kimi sifarişçinin 6 işçisi tərəfindən təsdiq edilməklə və elektron poçt vasitəsilə sifarişçiyə göndərilməsi ilə deyil, bilavasitə müqavilədə qeyd olunan qaydada sənədləşdirmənin yazılı şəkildə aparılması və hər faza icra olunduqdan sonra təhvil-təslim aktının imzalanması yolu ilə cavabdehə təqdim olunmalı idi. İddiaçının təqdim etdiyi, cavabdehin sifarişi əsasında görülən işlərə dair 2019-cu il 12 dekabr tarixli, 2019-006 saylı digər müqavilə üzrə görülən işlərin təhvil-təslim aktından da görünür ki, tərəflər arasında xidmətlərin göstərilməsi üzrə görül ən işlər akt əsasında təhvil verilmiş, səlahiyyətli şəxslərin imzaları və möhürlərlə təsdiq olunmuşdur. Beləliklə, tərəflər arasında əvvəlki müqavilələr üzrə işlərin görülməsini təsdiq edən sənəd kimi təhvil-təslim aktının imzalanması ilə bağlı praktika mövcud olsa da, hazırkı mübahisə üzrə belə bir akt, müqavilə ilə də tələb olunmasına baxmayaraq, imzalanmamışdır.
50. Bundan başqa, Müqavilədə 4 fazadan ibarət olan işin görülməsini və bütövlükdə işin 2020-ci ilin iyun ayının 30-na kimi yekunlaşması nəzərdə tutulmuşdur. Lakin 2020-ci il 30 iyun tarixə işin hətta birinci fazası belə cavabdehə təqdim olunmamış, iddiaçı 2020-ci il 10 iyun tarixli məktubunda bütün işlərin tamamlanması üçün əlavə 3 təqvim ayına ehtiyacının olduğunu bildirmişdir. İş bütövlükdə və tam olaraq təyinata malik olduğ undan yalnız belə nəticə cavabdeh üçün məna və əhəmiyyət kəsb etmişdir.
51. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının server və bağlantının təmin olunmasının sifarişçinin öhdəliyinə aid olmasına dair mülahizələri də əsaslı olmamışdır. Belə ki, müqavilədə və ona əlavə olunan sənədlərdə server və bağlantının sifarişçi tərəfindən təmin edilməsi öhdəliyi müəyyən olunmamışdır. Bu səbəbdən, birinci faza üzrə görülən işlər təhvil verilmədən, müqavilədə nəzərdə tutulmadan və sifarişçinin razılığı olmadan müvəqqəti virtual serverin icarəyə götürülməsi ilə bağlı xərclərin cavabdehdən tutulmalı olmasına dair iddiaçının dəlili əsassız olmuşdur.
52. Bundan başqa iddiaçı sifarişçinin hərəkətləri nəticəsində 28.611 manat məbləğində xərclərin yarandığını bildirmişdir.
53. MPM-in 76.1-ci maddəsinə əsas ən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
54. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübu t hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
55. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
56. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni yuxarıda istinad edilmiş mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış, iddiaçı isə dəlillərinin əsasını təşkil edən mötəbər sübutları aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir.
58. Bundan başqa, Müqavilənin 24.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, sifarişçi və ya icraçı qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər. Sifarişçinin müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqın da yazılı bildirişinə baxmayaraq icraçının təqdim edilmiş sənəd əsasında 30 gün müddətində tədbir görməməsi barədə pozuntular əsaslı sayılır. Müqavilənin xüsusi şərtlərinin 7.3-cü bəndində isə göstərilmişdir ki, sifarişçinin razılığı olmadan müqavilənin icra müddəti dəyişdirilə bilməz, əks halda icraçı müqavilədə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarında qeyd olunmuşdur ki, “Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqa vilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.”
60. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.
61. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şika yətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-843/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
62. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyas2iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
63. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-843/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.