Məhkəmə qərarları › İş №2-2(102)-597/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-597/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-597/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı iş üzrə QƏRAR Açar sözlər: yazılı podrat müqaviləsi olmadan görülmüş işlərə görə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 may tarixli 2-2(103)-329/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayə tinə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - “ASC”) və Cavabdeh2nə (bundan sonra - “MMC”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 97.000 manat məbləğində pul vəsaitinin və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin sonlarından Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti 35 ünvanında yerləşən ofis binasında icarə müqaviləsi əsasında fəaliyyət göstərməyə başlamışdır. 2018-ci ilin əvvəllərində yuxarıda qeyd ol unan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ofis binası) mülkiyyətçisi dəyişərək cavabdeh ASC olmuşdur. Həmçinin, Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti 35 ünvanının yaxınlığında yerləşən Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti 33 ünvanındakı qeyri-yaşayış binası da cavabdeh ASC-yə məxsusdur. Tbilisi prospekti 35 ünvanında yerləşən ofis binasında ofis sahəsinin icarəsi ilə bağlı iddiaçı və cavabdeh ASC arasında müxtəlif tarixlərdə icarə müqavilələri bağlanmışdır. Bundan sonra, iddiaçı və cavabdeh ASC arasında inam və işgüzar münasibətlər formalaşmışdır. İddiaçının əsas fəaliyyət sahəsi təmir tikinti işlərinin həyata keçirilməsindən ibarətdir. Məhz bu səbəbdən ASC və onun törəmə şirkəti olan "xxxx" MMC ilə 2018-2019-cu illərdə bir neçə dəfə xidmət müqa vilələri imzalanmış, həmin xidmət müqavilələrinə əsasən iddiaçı cavabdeh ASC-yə məxsus olan qeyri-yaşayış binasında təmir-tikinti işləri həyata keçirmişdir. Bu təmir-tikinti işləri həyata keçirildikdən sonra xidmət haqqı cavabdeh ASC-nin törəmə şirkəti tərəfindən tam olaraq ödənilmişdir. Bu münasibətlərin nəticəsində iddiaçının cavabdeh ASC-yə olan inamı daha da artmışdır. 3. 2018-ci ilin əvvəllərində cavabdeh ASC iddiaçıya müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu,1033-cü məhəllə, Tbilisi prospekti 35 ünvanında yerləşən yaşayış binasının təyinatının dəyişdirilməsi ilə əlaqədar layihə işlərinin həyata keçirilməsi üçün qiymət təklifi verməsini xahiş etmişdir. Həmin müraciət əsasında iddiaçı qiymət təklifi hazırlayaraq cavabdeh ASC-yə təqdim etmiş, cavabdeh tərəfindən həmin qiymət təklifi qəbul edilmişdir. Qiymət təklifinin qəbul edilməsi ilə bağlı cavabdeh ASC tərəfindən 2018ci il 21 may tarixli 02\04-289 nömrəli məktub da göndərilmişdir. Bununla əlaqədar, iddiaçı və cavabdeh ASC arasında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən yaşayış binasının ofis binasına dəyişdirilməsi ilə əlaqədar layihə işlərinin görülməsi üçün 2018-ci il 17 may tarixli, 12 saylı satınalma müqaviləsi bağlanmışdır. Qeyd olunan satınalma müqaviləsinin dəyəri cavabdeh ASC tərəfindən hissəvi olaraq, 2018-ci ilin avqust və 2019-cu ilin yanvar ayları aralığında ödənilmişdir. İddiaçı və cavabdeh ASC arasında qarşılıqlı inam və işgüzar münasibətlər mövcud olduğundan, cavabdeh ASC göstərilən ünvanda təmir-tikinti işlərinin tez zamanda görülməyə başlanılmasını iddiaçıdan xahiş et miş, iddiaçı isə buna etiraz etməmişdir. Bu minvalla həmin ünvanda iddiaçı tərəfindən təmir-tikinti işlərinin görülməsinə 2018-ci ilin iyun ayında başlanılmışdır. Qeyd olunan ünvanda iddiaçı tərəfindən görülən təmir-tikinti işlərinə nəzarət ASC tərəfindən iş üzrə ikinci cavabdeh olan MMC-yə həvalə edilmişdir. Eyni zamanda MMC tərəfindən də həmin ünvanda müəyyən işlər görülmüşdür.

4. İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 33 ünvanında yenidənqurma işlərinin görülməsi 2018-ci il 1 oktyabr tarixli akt, iddiaçı və cavabdeh MMCnin məsul əməkdaşları tərəfindən tərtib olunmuş “binada kəsilmiş şaxtaların hesabatı barədə“ Forma 2-lər, iddiaçı və cavabdeh MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş 2018-ci il 31 oktyabr tarixinədək “təmir tikinti işlərinin görülməs i barədə“ Forma 2, iddiaçı və cavabdeh MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş 2018-ci il 30 noyabr – 2018-ci il 28 dekabr tarixləri arasında “təmir tikinti işlərinin görülməsi barədə“ Forma 2, 2019-cu il 8 yanvar tarixli təhvil təslim aktı, iddiaçı və cavabdeh MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş 2019-cu il 2 yanvar – 2019-cu il 6 yanvar tarixləri arasında "xxxx" Forma 2, iddiaçı ilə fərdi sahibkar X3 arasında bağlanmış 2018-ci il 6 dekabr tarixli xidmət müqaviləsi, iddiaçı ilə Megaplus firması arasında bağlanmış 2019-cu il 3 yanvar tarixli icarə müqaviləsi, iddiaçı və cavabdeh MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş 2018-ci il 1 iyun – 2019-cu il 5 yanvar tarixləri arasında görülmüş ümumi təmir tikinti işlərinin nəticəsində cavabdehin iddiaçıya ol an borcunu təsdiq edən aktla sübut olunur.

5. İddia ərizəsinə əlavə edilən 2019-cu il 3 yanvar tarixli və 2018-ci il 6 dekabr tarixli müqavilələrə əsasən iddiaçı qeyd olunan ünvanda işlərin görülməsi üçün üçüncü şəxsləri cəlb etmişdir. Buradan aydın olur ki, iddiaçı cavabdehlərin razılığı olmadan cavabdeh ASC-yə məxsus olan əmlakda işlərin görülməsinə digər şəxsləri cəlb edə bilməzdi. İddiaçı ilə cavabdeh ASC arasında etibarlı işgüzar münasibətlər olduğundan, tərəflər razılaşmışlar ki, bütün ödənişlər cavabdehlər tərəfindən iddiaçıya nağd qaydada ödənəcəkdir. Cavabdehlər iddiaçıya ödənilməli olan 510.626,90 manat məbləğində pul vəsaitindən 413.626,90 manat ödənişi müxtəlif vaxtlarda ödəmiş, cavabdehlərin iddiaçı qarşısında 97.000 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı cavabd eh ASC ilə icarə münasibətlərində olduğundan cavabdehlərin ona ödəməli olduğu pul vəsaitinin ödəniləcəyindən narahatçılığı olmamışdır. Həmin təmir tikinti işləri görülüb qurtardıqdan sonra, cavabdeh iddiaçını borcun ödəniləcəyinə inandırmaq üçün ASC-nin törəmə şirkəti olan “ASK Xidmət“ MMC tərəfindən 2019-cu ilin iyul ayında iddiaçı ilə yenidən xidmət müqaviləsi imzalamış, lakin heç bir xidmət göstərilməmişdir. Cavabdeh ASC həmin müqavilə ilə iddiaçının onunla arasında olan işgüzar münasibətlərin davam edəcəyinə inandırmağa çalışmış və iddiaçı buna inanaraq cavabdehlərdən pul tələb etməmişdir. 6. 2020-ci ilin fevral ayında iddiaçı icarə münasibətlərinə xitam vermək qərarına gəlmiş və bununla bağlı iddiaçı ilə cavabdeh ASC arasında 2020-ci il 28 fevral tarixli 2019cu il 1 noyabr tarixli 11- İC-AX-19 saylı icarə müqaviləsininin ləğvinə dair saziş imzalanmışdır. Həmin sazişdə iddiaçının cavabdeh ASC-yə icarə müqaviləsi üzrə borcunun olması barədə qeyd olmamışdır. İcarə müqaviləsi üzrə aylıq ödənilməli olan məbləğ 5725,50 manat təşkil etmişdir. İddiaçı cavabdehə sonuncu dəfə 2019-cu ilin oktyabr ayı üzrə olan icarə haqqını ödəmişdir. İddiaçı ilə cavabdeh ASC arasında olan şifahi razılaşmaya əsasən 2019-cu il 1 noyabr tarixdən 2020-ci il 1 mart tarixədək olan dörd aylıq icarə haqqı cavabdehlərin iddiaçıya olan 97.000 manat məbləğində borcundan çıxılmalı idi. Eyni zamanda, cavabdeh ASC iddiaçını əmin etmişdir ki, onlar arasında daimi işgüzar münasibətlər mövcuddur və yeni layihələr olacaqdır, həmin layihələr üzrə işlərin görülməsi də məhz iddiaçıya həvalə ediləcəkdir. Həmin qalıq borc məbləği (97.00023.000=74.000) qısa zamanda cavabdehlər tərəfindən iddiaçıya ödənilməli idi. Lakin ödənişlər gecikdirildikdə iddiaçı cavabdehlərin rəhbər şəxsləri ilə dəfələrlə görüşmüş və müzakirələr aparmış, cavabdehlər iddiaçını yenə də borcun qısa müddət ərzində ödəniləcəyinə əmin etmişlər. 2020-ci ildə baş tutan sonuncu görüşdən sonra ölkədə hökm sürən pandemiya səbəbindən iddiaçı məcbur olaraq bununla razılaşmış və qısa müddət gözləməyə məcbur olmuşdur.

7. Lakin cavabdeh ASC öz vədinə əməl etməyərək 2021-ci il 4 avqust tarixli pretenziya məktubu ilə iddiaçıya müraciət edərək, 2019-cu il 1 noyabr tarixli 11-İC-AX-19 saylı icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqını tələb etmişdir. Belə ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən həmin icarə haqqı cavabdehlərin idd iaçıya olan borcundan çıxılmalı idi. Bundan sonra 2021-ci il 8 oktyabr tarixdə iddiaçı cavabdeh ASCyə pretenziya məktubu ünvanlayaraq, görülmüş təmir tikinti işləri nəticəsində yaranmış borcun ödənilməsini tələb etmişdir. Bununla əlaqədar, iddiaçı və cavabdehlər arasında yenidən danışıqlar baş tutmuş, müvəqqəti olsa da, razılıq əldə edilmişdir. Lakin cavabdeh ASC yenidən öz vədinə əməl etməyərək 2019-cu il 1 noyabr tarixli 11-İC-AX-19 saylı icarə müqaviləsi üzrə məhkəməyə müraciət etmişdir. Bundan sonra iddiaçı əmin olmuşdur ki, cavabdehin ona borcunu ödəmək niyyəti yoxdur. Bu səbəbdən iddiaçı pretenziya məktubu ilə hər iki cavabdehə müraciət etmiş və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış al mışdır. Hazırkı iş üzrə cavabdeh ASC iddiaçıdan icarə haqqını tələb etdiyindən, cavabdehlərin iddiaçı qarşısında 97.000 manat məbləğində ödənilməmiş borcu mövcuddur.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "xxxx") 21.2, 385.1, 425.1, 442, 1091.1-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh ASC iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbinin əsası kimi çıxış edən işlər iddiaçı tərəfindən görülməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh ASC arasında Bakı şəhəri, Tbilisi prospekti 35 ünvanında yerləşən yaşayış binasının ofis binasına dəyişdirilməsi ilə əlaqədar layihə işlərinin satın alınması ilə əlaqədar 2018-ci il 17 may tarixli 12 nömrəli müqavilə imzalanmışdır. Sözügedən müqavilənin icrası ilə bağl ı olaraq ASC və iddiaçı arasında imzalanmış 2018-ci il 11 dekabr tarixli təhvil-təslim aktına əsasən Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prosepkti 33 ünvanında yerləşən ASC-yə məxsus ofis binasının layihələri ASC-yə təhvil verilmişdir. Bununla əlaqədar olaraq ASC tərəfindən 2019-cu il 18 yanvar tarixli elektron qaimə-fakturaya əsasən iddiaçıya görülmüş işlərin dəyəri olaraq 47.242,28 manat məbləğində ödəniş edilmişdir. İddiaçı ilə ASC arasında bağlanan 2018-ci il 17 may tarixli 12 nömrəli müqavilədə ASC-nin ünvanının “Tbilisi prospekti, 35” kimi qeyd olunması texniki səhv olaraq qəbul edilməlidir. Belə ki, 2018-ci il 11 dekabr tarixli təhvil-təslim aktından da göründüyü kimi iddiaçının layihələndirmə ilə bağlı gördüyü işlər Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tb ilisi prospekti 33 ünvanında yerləşən daşınmaz əmlaka aiddir. İddiaçı tərəfindən ASC-nin borcunu sübut edən sənədlər qismində məhkəməyə yalnız 2018-ci il 1 oktyabr tarixli akt və 2018-ci il 2 noyabr tarixli qüsur aktı təqdim olunmuşdur. 2018-ci il 1 oktyabr tarixli aktda ASC-nin əməkdaşlarının adı qeyd olunsa da, həmin sənəd adı göstərilən şəxslərdən biri – Qalina Əhmədova tərəfindən imzalanmamış, digər şəxs – Novruz Səfərov, ümumiyyətlə, ASC-nin əməkdaşı deyildir. Bundan əlavə, qeyd edilən sənəd müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmaqla yanaşı, hüquqi şəxsin möhürü ilə də təsdiq olunmalıdır, lakin qeyd olunan şərt ödənilmədiyindən bu sənəd rəsmi olaraq ASC tərəfindən təsdiqlənməmiş hesab olunmalıdır. Həmçinin 2018-ci il 2 noyabr tarixli qüsur aktı 2018-ci il 17 may tarixli 12 n ömrəli müqavilədə nəzərdə tutulan layihə işləri ilə əlaqədar olaraq aktda göstərilən işləri smetalaşdırmaq üçün tərtib olunmuşdur. Belə ki, təhvil-təslim aktından da göründüyü kimi smeta sənədləri hər iki hüquqi şəxs ASC-nin və iddiaçının nümayəndələri tərəfindən təsdiqlənərək təhvil alınmışdır. Odur ki, sözügedən qüsur aktı iddia predmetinə aidiyyəti olmayan müqavilə ilə əlaqədardır və hazırkı iddia tələbinə dair ASC üçün hər hansı bir öhdəlik yaratmır. Bundan başqa, iddiaçı tərəfindən işlərin şifahi razılıq əsasında görüldüyü bildirilmişdir. ASC-nin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən Cəmiyyətin təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyətidir və bütün səhmləri dövlətə məxsusdur. Bu səbəbdən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Malların (işlərin və xidmətlərin) dövlət satı nalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə” 2013-cü il 20 may tarixli Q-12 nömrəli Qərarının 2-ci bəndinə əsasən dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50 min manat müəyyən edilmişdir. Həmçinin “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli Qərarı ilə satınalma müqaviləsinin nümunəvi forması təsdiq edilmişdir. Qeyd olunan müddəaların əlaqəli şəki ldə təhlilindən də aydın olur ki, tərəflər arasında sözügedən işlərin görülməsi ilə əlaqədar müqavilə olduğu təqdirdə, həmin müqavilə mütləq şəkildə yazılı olmalıdır. Digər tərəfdən iddiaçı tərəfindən təqdim olunmuş 2018-ci il 1 oktyabr tarixli akt və 2018-ci il 2 noyabr tarixli qüsur aktı 2018-ci il tarixində tərtib olunduğundan mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti sonuncu tərəfindən ötürülmüşdür və iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən təqdim edilən sənədlərin 2018-ci ilə aid olduğunu nəzərə alaraq, iddianın irəli sürülməsi üçün müddət 2021-ci ildə bitir.

10. İddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində X4 bildirmişdir ki, ASC-nin işçisi olmamış, xidmət müqaviləsi əsasında ASC-də məsləhətçi və nəzarətçi kimi fəaliyyət göstər miş, 2018-ci ilin sentyabr ayında ASC ilə xidmət müqaviləsi bağlamış, oktyabr ayında işdən çıxmış, təxminən 1 ay 5-10 gün işləmişdir. Xidmət müqaviləsi isə onda yoxdur. ASC-nin inzibati binası ilə bağlı təmirdə podratçı qismində gələnləri ona yönəltmişlər, o da təmir-tikinti qiymətlərini İlqara (ASC-də müavin) vermiş, sonra ASC-nin rəhbərliyi həmin məsələlərlə məşğul olmuşdur. O, işə başlayanda iddiaçı artıq orada fəaliyyət göstərmiş, elektrik, kondisioner, pəncərə-qapı işləri istisna olmaqla, tikinti, söküntü, təmir və s. kimi işləri icra etmişdir. Şahid həmçinin qeyd etmişdir ki, akt olanda imza etmiş, orada ümumi işə nəzarət etmiş, lakin daimi nəzarət etməmişdir. O olan müddətdə tamamlanmış iş olmamış, tamamlanmış iş olmadığından onun tərəfindən iş qəbul edilməmişdir. Bundan başqa bildi rmişdir ki, cavabdeh MMC həmin binada işi götürməli idi, ona görə də 1-2 nümayəndəsi gəlib-gedirdi, hansı işlərin görüldüyünə baxır, ölçüb-biçirdilər, lakin MMC tenderdə qalib olmamışdır.

11. Şahid qismində dindirilmiş X5 bildirmişdir ki, 2018-2019-cu illərdə iddiaçı MMC-də iş icraçısı kimi işləmiş, cavabdeh ASC-nin binasında söküntü, hörgü, malyar, suvaq işlərini icra etmiş, həmin işlərə Qalina xanım nəzarət etmiş, işin nəticəsini Qalina xanım qəbul etmiş, akta o imza etmişdir. Həmçinin şahid ünvanlanmış suallara cavab olaraq qeyd etmişdir ki, cavabdeh MMC baş podratçı olmuş, işlər icra edilərkən həm ASC-nin, həm də MMC-nin nümayəndələri mütəmadi olaraq gəlib-getmiş, işləri təhvil verən səlahiyyətli şəxs qismində isə iddiaçının müdiri Elnur bəy çıxış etmişdir.

12. Şahid qismində dindirilm iş X8 qeyd etmişdir ki, "xxxx" Firmasında betonun texniki istehsalat şöbəsində mühəndis kimi 2018-2020-ci illərdə işləmişdir. Həmin dövrdə cavabdeh ASC-nin binasında bütün söküntü işlərini iddiaçı görmüş, işləri o qəbul etmişdir. ASC tərəfindən söküntü işlərinə kimin nəzarət etməsi barədə məlumatı olmamışdır. Söküntü işlərini iddiaçı görmüş, tikinti işlərini isə "xxxx" Firması görməli idi. Belə ki, iş onlara verilməli, tikinti-quraşdırma işlərini onlar görməli idi. Eyni zamanda bildirmişdir ki, iddiaçı pəncərənin quraşdırılması kimi quraşdırma işləri də görmüşdür. İşlərin nəticəsinin qəbul edilməsi ASC-nin rəhbərliyi tərəfindən şifahi olaraq ona tapşırılmış, ASC-nin nümayəndələri gəlib işlərə baxmamış, Qalina xanım onlar tərəfindən yerinə yetirilmiş işlərin nəticəsini qəbul etmişdir. Qiymə tləndirmə səlahiyyəti ona verilməmiş, pul hesabatı aparmamış, görülmüş iş həcminə nəzarət etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı ilə podrat münasibətləri olmamış, işləri qəbul etmək səlahiyyətini ona işlədiyi şirkətin rəhbəri vermişdir. Həmçinin şahid bildirmişdir ki, Cavabdeh2in iddiaçıya borcu olduğunu eşitmiş, lakin dəqiq məlumatı olmamış, iddiaçı Cavabdeh2in sifarişi ilə iş görməmişdir. Eyni zamanda bildirmişdir ki, cavabdeh MMC-nin iddiaçıya olan borcunun olduğu barədə aktı o imzalamış, borc tikinti-quraşdırma işlərinə görə olmuşdur. Cavabdehlər MMC ilə ASC arasında müqavilə olub-olmamasını bilməmişdir.

13. Şahid qismində dindirilmiş X6 bildirmişdir ki, 2018-ci ilin oktyabr ayından cavabdeh MMC-də əvvəl texniki nəzarətçi kimi, daha sonra sahə rəisi kimi işləmişdir. İddiaçı orada söküntü, arakəsmə divarların hörülməsi, bəzi daxili bəzək işlərinin görülməsi işlərini icra etmişdir. Sənədləşmə işlərinə o qarışmamış, imza etməmişdir. İddiaçı işləyən dövrdə işlərə formal olaraq, elə-belə nəzarət etmiş, iddiaçı getdikdən sonra sahə rəisi kimi fəaliyyət göstərmiş və forma 2 sənədlərinə o imza etmişdir. Baş podratçı qismində Cavabdeh2 çıxış etmişdir. Eyni zamanda bildirmişdir ki, onlar gələndə iddiaçı tərəfindən söküntü işlərinin 60-70%-i icra olunmuş, sonuncu həm söküntü, həm tikinti, həm də betonlama işlərini həyata keçirmişdir. Şahid həmçinin bildirmişdir ki, görülən işlərə baş podratçı kimi nəzarət etmişlər. Həmin işləri 2019-cu ilin yanvar ayında qəbul edib sənədləşdirmişlər.

14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 dekabr tarixli e-2-2(113)-5009/2022 saylı qətna məsi ilə iddia tələbi rədd edilmişdir (hakim – N.Əhmədova).

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırkı iş üzrə iddianın hüquqi əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin hüquqi əsasının dispozisiya əlamətləri ilə uzlaşmır.

16. İddiaçının təqdim etdiyi 2018-ci il 31 oktyabr tarixinədək, 2018-ci il 30 oktyabr tarixdən 2018-ci il 30 noyabr tarixinədək, 2018-ci il 30 noyabr tarixdən 2018-ci il 28 dekabr tarixinədək, 2019-cu il 2 yanvar tarixdən 2019-cu il 6 yanvar tarixinəd ək təmir-tikinti işlərinin hesabatı, 2019-cu il 8 yanvar tarixli təhvil-təslim aktı, kəsilmiş şaxtaların hesabatı, 2018-ci il 1 iyun tarixdən 2019-cu il tarixədək görülmüş işlərlə bağlı cavabdeh MMC-nin iddiaçıya olan borcu barədə sənəddən görünür ki, qeyd olunan sənədlərdə MMC-nin mühəndisi, baş mühəndisi və iddiaçının baş mühəndisi kimi qeyd olunan şəxslərin adlarının qarşısında imzalar çəkilmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı sifarişçinin ASC olduğunu, yəni ASC ilə podrat münasibətində olduğunu qeyd etsə də, qeyd olunan sənədlər ASC-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanmamış, təsdiq olunmamışdır. Bundan başqa, 2018-ci il 1 iyun tarixdən 2019-cu il 5 yanvar tarixədək görülmüş işlərlə bağlı borc məbləğini əks etdirən sənəddən (aktdan) görünür ki, iddiaçıya borcu olan şəxs kimi cavabdeh MMC qeyd olunmuşdur. İddiaçı MMC-nin ASC-nin adından işlərə nəzarət etdiyini və işlərin nəticəsini qəbul etdiyini bildirsə də, məhkəməyə MMC ilə ASC arasında olan münasibətlərin xarakterini aydınlaşdıracaq mötəbər sübut təqdim etməmiş, qeyd olunan halların təsdiq olunması üçün şahidlərin dindirilməsini məhkəmədən xahiş etmişdir.

18. İddiaçının vəsatəti əsasında dindirilmiş şahidlərdən X4 ASC ilə aralarında mülki müqavilə bağlandığını bildirmiş, müqavilənin onda olmadığını qeyd edərək məhkəməyə təqdim etməmiş, əvvəllər iddiaçının işçisi olduğunu qeyd edən X5 və cavabdeh MMC-nin işçisi olduğunu bildirən X6 məhkəməyə qeyd olunan hüquqi şəxslərin işçiləri olduqlarını təsdiq edəcək sənədlər təqdim etməmişdir. X8 isə "xxxx" Firmasının işçisi olduğunu bildirmişdir.

19. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, şahidlər iddiaçının qeyd olunan binada işlədiyini bildirsələr də, cavabdehlər MMC ilə ASC, cavabdeh MMC ilə iddiaçı arasında olan münasibətin xarakterinə (tərəflər arasında podrat münasibətinin olub-olmaması), hansı işlərin görüldüyünə (söküntü, tikinti, quraşdırma), işlərə kim tərəfindən nəzarətin edilməsinə (ASC, MMC, “Ximekspress 2000”), işlərin nəticəsinin qəbulu, işlərin dəyərinin müəyyən olunması, işlərin nəticəsinin sənədləşdirilməsi ilə bağlı səlahiyyətlərinin olmasına və həmin səlahiyyətlərin kim tərəfindən verilməsinə dair ziddiyyətli ifadələr vermişlər. Qeyd olunan sənədlərdə adı qeyd olunan X8 isə "xxxx" Firmasının işçisi olduğunu qeyd etmişdir.

20. Məhkəmə yuxarıda qeyd olunan sənədləri və şahidlərin ifadələrini birlikdə qiymətləndirərək bildirmişdi r ki, həmin sənədlər və şahid ifadələri iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi halı, yəni iddiaçı ilə ASC arasında şifahi podrat münasibətlərinin olmasını və cavabdeh MMC-nin ASC-nin tapşırığı əsasında işlərə nəzarət etdiyini təsdiq edən mötəbər sübut qismində nəzərə alına bilməz.

21. İddiaçının təqdim etdiyi 2018-ci il 2 noyabr tarixli qüsur aktından görünür ki, Tbilisi prospekti 33 ünvanında yerləşən ASC-nin ofis binasına baxış keçirərək tərəflər (iddiaçı və ASC) söküntü üzrə iş həcmləri müəyyən etmişlər və akt ASC-nin möhürü ilə təsdiq olunmuşdur.

22. Cavabdeh tərəf qeyd olunan sənədin tərəflər arasında 2018-ci il 17 may tarixdə bağlanmış müqaviləyə əsasən layihə işlərinin görülməsi ilə bağlı tərtib olunmuş smeta sənədi olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi və v əkili bununla razılaşmayaraq layihə işlərinin xarakterinin fərqli olduğunu, iş həcmlərinin müəyyən olunmasının layihə işləri çərçivəsində həyata keçirilməsinin mümkün olmadığını bildirmişdir.

23. Məhkəmə tərəflərin izahatı və təqdim olunmuş sənədlər əsasında müəyyən etmişdir ki, layihə işləri Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 33 ünvanında yerləşən bina ilə bağlı görülmüş, müqavilədə texniki səhvə yol verilərək Tbilisi prospekti 35 ünvanı qeyd olunmuşdur. İddiaçı onun tərəfindən görülmüş layihə işlərinin nədən ibarət olması ilə bağlı 2018-ci il 17 may tarixli müqavilədə qeyd olunan sənədləri (əsas şərtlər toplusu, tender təklifi, əlavə 1, təhvil-təslim aktı) məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş tender təklifinin əlavəsindən (iddiaçı tərəfi ndən təsdiq olunmuş) görünür ki, layihə işlərinə layihələrin hazırlanması, hesablamaların aparılması, smetanın tərtib edilməsi və hazırlanması daxildir. Layihə işlərinin 2018-ci il 11 dekabr tarixli təhvil-təslim aktından isə görünür ki, görülmüş işlərin nəticəsi kimi 2018-ci il 16 noyabr tarixli yekun smeta sənədi də təhvil verilmişdir.

24. Görülmüş layihə işlərinə smetanın tərtib edilməsinin də daxil olduğunu, təmir tikinti işlərinin layihə işləri hazır olduqdan sonra görülə biləcəyini, layihə işlərinin nəticəsinin isə 2018-ci il 11 dekabr tarixdə təhvil verildiyini nəzərə alan məhkəmə 2018-ci il 2 noyabr tarixli aktın tərəflər arasında 2018-ci il 17 may tarixdə bağlanmış müqaviləyə əsasən layihə işlərinin görülməsi ilə bağlı tərtib olunmuş sənəd olduğu ilə bağlı cavabdehin mövqeyini əsa slı saymış və hesab etmişdir ki, həmin sənəd iddiaçı ilə ASC arasında podrat münasibətlərinin olduğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

25. Məhkəmə qeyd etmişdir ki, 2018-ci il 6 dekabr tarixli xidmət müqaviləsi və 2019-cu il 3 yanvar tarixli icarə müqaviləsi iddiaçı ilə ASC arasında podrat münasibətlərinin olmasını təsdiq edə biləcək birbaşa sübut olmadığından digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bundan başqa, iş materiallarında olan sənədlərdən görünür ki, tərəflər arasında olmuş layihə işlərinin görülməsi ilə bağlı podrat münasibətləri, qeyriyaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı icarə münasibətləri və icarə müqaviləsinə xitam verilməsi ilə bağlı münasibətlər yazılı müqavilənin bağlanması və hüquqi şəxslərin möhürü ilə təsdiq olunmaqla rəsmiləşdirilmiş, iddiaçı tərəfindən təsdiq olunmuş hesabfakturalar təqdim olunmuş, ASC tərəfindən hesab-fakturalarda qeyd olunan məbləğlər nağdsız qaydada köçürmə yolu ilə ödənilmişdir.

26. Məhkəmə qeyd etmişdir ki, qiymətinin daha aşağı olduğu adıçəkilən müqavilələr yazılı qaydada bağlanılaraq rəsmiləşdirildiyi halda, qiymətinin 510.626,90 manat olduğu iddia olunan podrat müqaviləsi üzrə münasibətləri tərəflərin lazımi qaydada rəsmiləşdirməyib, şifahi müqavilə əsasında münasibətə daxil olmaları ağlabatan deyildir.

27. Bundan başqa, iddiaçı görülmüş işlərə görə ASC-nin göstərişi əsasında cavabdeh MMC tərəfindən 413.626,90 manat ödəniş edildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 33 ünvanında yerləşən ASC-nin ofis binasının təmir və tikinti işlərinin satın alınmasına dair təkliflər sorğusunun əsas şərtlər toplusundan görünür ki, ASC-nin vəsaiti hesabına maliyyələşdiriləcək təmir və tikinti işlərinə söküntü, tikinti, təmir-bərpa, yenidən qurma və s. işlər daxil olmuşdur. 2018-ci il 21 dekabr tarixli Y-23 nömrəli yekun protokoldan görünür ki, "xxxx" Firması tender nəticəsində birinci yeri tutumuşdur. ASC ilə "xxxx" Firması arasında bağlanmış (tərəflərin möhürləri ilə təsdiq olunmuş) işlərin satın alınması haqqında 2018-ci il 24 dekabr tarixli 26 nömrəli müqavilədən görünür ki, təkliflər sorğusunun əsas şərtlər toplusunda göstərilən təmir və tikinti işlərinin yerinə yetirilməsi barədə tərəflər razılığa gəlmişlər. ASC və "xxxx" Firmasının səlahiyyətli nümayəndələri tərəf indən tərtib olunmuş (tərəflərin möhürləri ilə təsdiq olunmuş) 2019-cu il 13 sentyabr tarixli təhvil-təslim aktından görünür ki, görülməsi razılaşdırılmış işlər "xxxx" Firması tərəfindən ASC-yə təhvil verilmişdir. Eyni zamanda görünür ki, iddiaçı tərəfindən ASC-nin sifarişi əsasında gördüyünü bildirərək təqdim edilmiş sənədlərdə qeyd olunan işlər "xxxx" Firması tərəfindən görülmüşdür.

28. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 33 ünvanında yerləşən yaşayış binasının qeyri-yaşayış binasına çevrilməsi ilə bağlı layihə işlərinin nəticəsi iddiaçı tərəfindən 2018-ci il 11 dekabr tarixdə ASC-yə təhvil verildikdən sonra 2018-ci il 21 dekabr tarixdə ASC tərəfindən tender elan olunmuş, tenderin qalibi olmuş "xxxx" Firması ilə müqavilə bağlanmış, işlər onun tərəfindən yerinə yetirilmişdir.

29. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ASC ilə podrat münasibətində olması, tərəflər arasında şifahi podrat müqaviləsinin bağlanması təqdim olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən məhkəmə belə qənaətə gəlmişdir ki, ASC-yə münasibətdə iddia tələbi əsassızdır və təmin oluna bilməz.

30. İddiaçı işlərə nəzarətin və işlərin nəticəsinin qəbulunun ASC tərəfindən cavabdeh MMC-yə tapşırıldığını qeyd edərək iddiaya cavab verməli olan şəxs qismində MMC-ni də qoymuşdur. İddiaçı tərəfindən MMC-dən pulun tələb olunmasının əsasının iddiaçı ilə ASC arasında mövcud olduğu iddia edilən podrat münasibətlərinin təşkil etdiyini nəzərə alan məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi qeyd olunan hissədə əsassız o lduğundan və MMC-yə qarşı olan tələb iddia edilən podrat münasibətlərindən irəli gəldiyindən iddia MMC-yə münasibətdə də əsassız olmaqla təmin oluna bilməz.

31. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçının MMC-yə aid hissədə iddiasının əsası kimi qeyd etdiyi münasibətlər tapşırıq münasibətlərinə aiddir ki, mülki qanunvericilikdə vəkalət alanın vəkalət verənin hərəkət və ya hərəkətsizliyi üçün məsuliyyəti nəzərdə tutulmamışdır.

32. İddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddia müddəti institutu mülki qanunvericilikdə iddia tələbi əsaslı olduğu, lakin qanunda qeyd olunan müddətlərdə irəli sürülmədiyi halda məhkəmənin iddianın rədd olunması barəsində qərar çıxarması üçün əsas kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə iddia tələbi əsaslı olmadığından iddia müddətinin tətbiqi barədə ərizə də təmin oluna bilməz.

33. Məhkəmə bu qənaətini MM-in 752.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 76.1, 81, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. İddiaçı 2023-cü il 20 yanvar tarixdə apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 may tarixli 2-2(103)-329/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hak imlər – R.Qurbanov və V.Baxışova).

36. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətləndirmə ilə razılaşmışdır.

37. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı MM-in 372.1, 375.2, 389.1, 405.1, 406.1, 752.1, 783.1, 783.2-ci, MPM-in 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 16 iyun tarixdə tərəflərin elektron kabinetlərində yerləşdirilmiş, 2023-cü il 19 iyun tarixdə X1 Sistemi vasitəsilə cavabdehlərə göndərilmişdir.

39. İddiaçı 2023-cü il 16 avqust tarixdə kassasiya şikayəti verməklə, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kass asiya şikayətinin dəlilləri:

40. MM-in 329.2 və 752.1-ci maddələrinin tələbi pozulmuşdur. Məhkəmə bu maddi hüquq normalarının tələblərini pozaraq tərəflər arasında podrat münasibətinin olmamasını qeyd etmişdir. Halbuki, maddənin tələblərinə əsasən əqdlər şifahi və yazılı formada bağlana bilər. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan, dəvət edilmiş və dindirilmiş şahid ifadələrindən, o cümlədən, cavabdeh MMC-nin nümayəndəsi tərəfindən apellyasiya baxışı zamanı verilmiş etirafedici izahatdan aydın olur ki, tərəflər arasında şifahi formada müqavilə mövcud olmuş və cavabdehə mülkiyyət hüququ ilə məxsus olan ərazidə iddiaçı tərəfindən təmir tikinti yenidənqurma işləri həyata keçirilmişdir. Göründüyü kimi, podrat müqaviləsinə dair anlayışı tənzimləyən MM-in müvafiq maddələrində podrat mü qaviləsinin şifahi qaydada bağlanmasını məhdudlaşdıran norma mövcud deyildir.

41. MM-in 324-cü maddəsinin tələbi pozulmuşdur. Maddənin tələbindən aydın olur ki, əqd tərəflər arasında bağlanmış iradə ifadəsidir. İş materiallarından aydın olur ki, tərəflər arasında şifahi münasibətlərdən irəli gələn müqavilə münasibətləri olmuşdur.

42. MPM-in 14, 217 və 218-ci maddələrinin tələbi pozulmuşdur. Məhkəmə qətnaməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş və yekunda yalnış nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi, cavabdeh MMCnin vəkalət alan şəxs olmasını qəbul etmişdir. Lakin bununla bağlı iş materiallarında hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Məhkəmə araşdırması birtərəfli aparıldığından cavabdehin mövqeyinə uyğun olaraq hüquqmüəyyənedici sənəd olmadığı halda MMC-nin vəkalət alan olmasını qeyd edən məhkəmə, nədənsə həm şahid ifadələri, həm də təqdim edilən aktlar üzrə iddiaçı ilə cavabdeh arasında şifahi podrat müqaviləsinin bağlanması hissəsində düzgün qənaətə gəlməmişdir.

43. MPM-in 76 və 88-ci maddələrinin tələbi pozulmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş aktlar, şahid ifadələri və cavabdeh MMC-nin nümayəndəsinin etirafedici izahatı tərəflər arasında podrat münasibətinin olmasını və iddiaçı tərəfindən həmin ünvanda işlərin görülməsi faktını tam təsdiq edir.

44. MPM-in 167-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə bu prosessual hü quq normasının tələblərini pozaraq cavabdeh tərəfindən məhkəmə baxışı zamanı təqdim edilmiş sənədlərə istinad etmiş onları sübut kimi qəbul etmişdir. Belə ki, məhkəmənin ilk hazırlıq iclasından cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ərazidə işlər iddiaçı tərəfindən deyil "xxxx" Firması tərəfindən görülmüşdür. Məhkəmə tərəfindən həmin sənədlər cavabdehdən istənilsə də, cavabdeh həmin sənədlərin “məxfi” sənədlər olmasını əsas gətirərək təqdim etməkdən yayınmışdır. Hətta iddiaçı tərəfindən məhkəməyə vəsatət təqdim edilərək keçirilmiş tender üzrə sənədlərin cavabdehdən götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilsə də, məhkəmə bu vəsatəti təmin etməmiş, məhkəmənin hazırlıq iclasını bir neçə dəfə təxirə salsa da, sonda işdə olan sübutlar əsasında mülki işi məhkəmə baxı şına təyin etmişdir. Məhkəmə baxışı zamanı həmin sənədlər cavabdeh tərəfindən təqdim edilmiş, iddiaçı həmin sənədlərin sübut kimi işə əlavə edilməsinə etiraz etməsini bildirmişdir. Buna baxmayaraq məhkəmə həmin sənədləri mülki iş materiallarına əlavə etmiş və məhkəmə qətnaməsində sübut kimi istinad edərək bərabərlik prinsipini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu dəlillərini hüquqi qiymət verməmişdir.

45. MPM-in 55-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə "xxxx" firmasının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini təmin etməmişdir. Belə ki, iş materiallarında olan sənədlərə nəzər saldıqda müəyyən edilir ki, "xxxx" firması ilə iş üzrə cavabdeh olan MMC-nin hüquqi ünvanı eynidir və iş üzrə şahid qismində dindirilmiş şəxslərdən biri "xxxx"firmasında rəsmi əmək müqaviləsi əsasında çalışsa da, o aktlara MMC-nin nümayəndəsi kimi imza etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hallara öz qətnaməsində hüquqi qiymət verməmişdir.

46. MPM-in 52-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya baxışı dövründə iştirak etmiş cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə faktiki olaraq iddia tələbini etiraf etmiş, həqiqətən iddiaçının mübahisəli ərazidə yenidənqurma işlərini həyata keçirdiyini qeyd etmişdir. Bununla da iddia tələbini qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi onun iddia tələbini etiraf etməsini öz qətnaməsində əsaslandırmamış, bununla bu prosessual hüquq normasının tələblərini pozmuşdur.

47. Kassasiya şikayəti verən şəxsin məhkəmənin nəzərinə çatdırmaq istədiyi digər hüquqi məsələlər. Qeyd olunan ünvanda iddiaçı tərəfindən görülən təmir tikinti işlərinə nəzarət cavabdeh ASC tərəfindən cavabdeh MMC-yə həvalə edilmişdir. Eyni zamanda MMC tərəfindən də həmin ünvanda müəyyən işlər görülmüşdür. İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 33 ünvanında yenidənqurma işlərinin görülməsi aşağıdakı sübutlarla tam təsdiq olunur. - 2018-ci il 1 oktyabr tarixli akt (hazırkı akt iddiaçı tərəfindən söküntü işləri aparıldıqdan sonra tərtib edilmiş və həmin tarixə qədər görülmüş təmir tikinti işlərinin dairəsini müəyyən edir. Şifahi razılaşmaya əsasən bu akt üzrə görülmüş işlərin dəyəri 220.000 manat təşkil edir. Hazırkı akt həm iddiaçı, həm cavabdeh ASC, həm də cavabdeh MMC-nin məsul əməkdaşları tərəfindən imzalanmışdır.) - İddiaçı və cavabdeh MMC-nin məsul əmək daşları tərəfindən tərtib olunmuş “binada kəsilmiş şaxtaların hesabatı barədə“ Forma 2 (Bu akt üzrə görülmüş işlərin dəyəri 21.813 manat təşkil edir.) - İddiaçı və cavabdeh MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş “binada kəsilmiş şaxtaların hesabatı barədə“ növbəti Forma 2 (Bu akt üzrə görülmüş işlərin dəyəri 2.992 manat təşkil edir.) - İddiaçı və cavabdeh MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş 2018-ci il 31 oktyabr tarixinədək “təmir tikinti işlərinin görülməsi barədə“ Forma 2 (Bu akt üzrə görülmuş işlərin dəyəri 88.833,70 manat təşkil edir.) - İddiaçı və cavabdeh MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş 2018-ci il 31 oktyabr - 2018-ci il 30 noyabr tarixləri arasında “təmir tikinti işlərinin görülməsi barədə“ Forma 2 (Bu akt üzrə görülmüş işlərin dəyəri 76.976,70 manat təşkil edir.) - İddiaçı və cavabdeh MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş 2018-ci il 30 noyabr - 2018-ci il 28 dekabr tarixləri arasında “təmir tikinti işlərinin görülməsi barədə“ Forma 2 (Bu akt üzrə görülmüş işlərin dəyəri 77.849,80 manat təşkil edir.) - 2018-ci il 2 noyabr tarixli qüsur aktı (hazırkı akt həmin tarixə olan təmir və söküntü işlərinin həcmlərini müəyyən edir. Bu qüsur aktı iddiaçı və cavabdeh ASC-nin məsul əməkdaşları tərəfindən imzalanmışdır.) - 2019-cu il 8 yanvar tarixli təhvil təslim aktı (hazırkı akt təmir tikinti işləri üçün iddiaçı tərəfindən cavabdeh MMC-yə təhvil verilən malların siyahısını müəyyən edir. Bu akt üzrə malların dəyəri 7.014,20 manat təşkil edir. Akt həm iddiaçı, həm də cavabdeh MMC-nin məsul əməkdaşları tərəfindən imzal anmışdır.) - İddiaçı və cavabdeh MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş 2019-cu il 2 yanvar - 2019-cu il 6 yanvar tarixləri arasında “təmir tikinti işlərinin görülməsi barədə“ növbəti Forma 2 (Bu akt üzrə görülmüş işlərin dəyəri 5.222,50 manat təşkil edir.) - İddiaçı ilə fərdi sahibkar X3 arasında bağlanmış 2018-ci il 6 dekabr tarixli xidmət müqaviləsi (bu xidmət müqaviləsinin predmetini Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti 35 ünvanında yerləşən ofis binasında beton döşəmənin mişarla kəsilməsi işləri təşkil edir. Bu müqavilə üzrə görüləcək işlərin dəyəri 3.690 manatdır.) - İddiaçı və cavabdeh MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş 2018-ci il 1 iyun - 2019-cu il 5 yanvar tarixləri arasında görülmüş ümumi təmir tikinti işlərinin nəticəsind ə cavabdehin iddiaçıya olan borcunu təsdiq edən akt (Bu akta əsasən iddiaçı tərəfindən görülmüş işlərin dəyəri 510.626.90 manat təşkil edir.) Göründüyü kimi, 2018-ci il 2 noyabr tarixli qüsur aktı cavabdeh ASC-nin məsul əməkdaşı Qalina Əhmədova, Əhliman Şükürlü və iddiaçının nümayəndələri tərəfindən imzalanmışdır. Bu akt özü birbaşa sübut edir ki, tərəflər arasında podrat münasibəti olmuşdur. Məhkəmə isə əsassız olaraq qətnaməsində qeyd etmişdir ki, Novruz Səfərovun verdiyi ifadələr ziddiyət təşkil edir, O, heç vaxt ASC-nin məsul əməkdaşı olmamışdır. Novruz Səfərov tərəfindən imzalanmış aktlar 2018-ci ilin sentyabr və oktyabr aylarını əhatə edir. Lahiyələndirmə ilə bağlı müqavilə münasibətləri isə 2018-ci ilin may ayında olmuşdur. Belə olan halda, 2018-ci ilin 2 noyabr tarixində ASC-nin mə sul əməkdaşı kimi Qalina Əhmədova və Əhliman Şükürov tərəfindən imzalanan akt, əvvəlki dövr üzrə, yəni Novruz Səfərov tərəfindən imzalanmış aktların doğruluğunu və birbaşa olaraq Novruz Səfərovun ASC-nin səlahiyyətli nümayəndəsi olması faktını bir daha təsdiq edir. Novruz Səfərovun da qeyd etdiyi kimi, onunla ASC arasında xidmət göstərilməsi üçün mülki müqavilə olmuşdur. Eyni zamanda, Novruz Səfərov da öz sərbəst ifadəsində qeyd etmişdir ki, o orada fəaliyyət göstərməyə başladığı zaman artıq iddiaçı orada işlərin 60-70 faizini görmüş, cavabdeh MMC-nin nümayəndələri isə orada işlərin görülməsinə nəzarət etmişdir. Bundan əlavə iş üzrə dindirilmiş digər şahidlər də, Novruz Səfərovla analoji ifadə verərək onun dedikləri və iddiaçının dediklərinin həqiqət olmasını bir daha təsdiq etmişlər. Be lə ki, cavabdeh MMC-in nümayəndəsi kimi aktlara imza etmiş şəxs Vaqif Quliyev öz sərbəst ifadəsində bildirmişdir ki, həmin dövrdə təmir-tikinti işləri iddiaçı tərəfindən görülmüşdür və cavabdeh ASC-nin adından texniki nəzarəti Novruz Səfərov həyata keçirmişdir. Əgər cavabdehin yazılı etirazda qeyd etdiyi və məhkəmənin gəldiyi qənaət kimi iddiaçı tərəfindən təqdim edilmiş aktlar layihə işlərinin satınalınması üçün 2018-ci il 17 may tarixli 12 nömrəli müqavilə ilə bağlı olsa idi, həmin aktlarda bu müqaviləyə istinad edilə və onun ayrılmaz tərkib hissəsi olması qeyd edilərdi. Halbuki, aktlardan görünür ki, həmin aktlar görülmüş işlərin dəyərini müəyyən edən, layihə işlərinin satınalınması ilə bağlı olmayan digər fəaliyyətlə bağlı olmuşdur. Layihələndirmə işlərindən əlavə, İddiaçı həmin ünvand a aktlarla təsdiqlənmiş və cavabdehlər tərəfindən qəbul edilmiş söküntü, beton, arakəsmə qoyulması, tikinti, malyar və s. işlər həyata keçirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

49. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

50. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıla caqdır (MPM-in 403 və 416-cı maddələri).

51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır....” “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır....” “Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən aza d etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir....”

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qa ydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qanunvericiliyin tələblərinə riayət edildiyindən, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 may tarixli 2-2(103)-329/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

55. İddiaçı ilə cavabdeh arasında sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən yaşayış binasının qeyri-yaşayış binasına çevrilməsi ilə bağlı layihə işlərinin həyata keçirilməsinə dair müqavilə bağlanmış, hazırkı iş üzrə məhk əmə icraatı zamanı cavabdeh iddiaçı tərəfindən layihələndirmə işlərinin əslində Tbilisi prospekti 33 ünvanında həyata keçirildiyini, müqavilədə texniki yanlışlıqla əlaqədar ünvanın “Tbilisi prospekti 35” kimi qeyd edildiyini bildirmişdir. İşə baxmış məhkəmələr tərəflərin izahatı və təqdim olunmuş sənədlər əsasında müəyyən etmişlər ki, layihə işləri həqiqətən də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 33 ünvanında yerləşən bina ilə bağlı görülmüş, müqavilədə texniki səhvə yol verilərək Tbilisi prospekti 35 ünvanı qeyd olunmuşdur. Eyni zamanda, iddiaçı özü də bu halı mübahisələndirməmiş, Tbilisi prospekti 33 ünvanında tərəfindən həyata keçirilmiş layihələndirmə işlərindən başqa, şifahi podrat müqaviləsi əsasında həmin ünvanda təmir-tikinti, yenidənqurma işlərinin də həyata keçirildiyi ni bildirmişdir.

56. Məhkəmə kollegiyası iddiaçı ilə cavabdeh arasında layihələndirmə işlərinin həyata keçirilməsinə dair yazılı müqavilə bağlandığı halda, həmin ünvanda təmir-tikinti və yenidənqurma işlərinin şifahi podrat müqaviləsi əsasında həyata keçirilməsinə dair dəlilini əsaslı hesab etmir və qeyd edir ki, hazırkı halda MPM-in 77-ci maddəsinin tələbləri baxımından iddiaçının cavabdehlə şifahi podrat müqaviləsi bağlamasını, həmin müqavilə əsasında cavabdehə məxsus Tbilisi prospekti 33 ünvanında təmir-tikinti, yenidəqurma işləri görməsini və bu işlərlə bağlı cavabdeh tərəfindən ona həqiqətən 413.626,90 manat ödəniş edilməsini təsdiq edən sübutların da təqdim edilməsi müəyyən edilmir. İddiaçının iddia tələbini təsdiq edən sübutlar kimi təqdim etdiyi sənədlər və şahid ifadələri isə işə baxmış məhkəmələr tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, həmin sənədlər və şahid ifadələrinin iddiaçı ilə ASC arasında şifahi podrat münasibətlərinin olmasını təsdiq edən mötəbər sübutlar olmadığı qənaətinə gəlinmişdir.

57. Cavabdeh tərəfindən isə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 33 ünvanında yerləşən ASC-nin ofis binasının təmir və tikinti işlərinin satın alınmasına dair təkliflər sorğusunun əsas şərtlər toplusu, 2018-ci il 21 dekabr tarixli Y-23 nömrəli yekun protokol, işlərin satın alınması haqqında 2018-ci il 24 dekabr tarixli 26 nömrəli müqavilə, eləcə də 2019-cu il 13 sentyabr tarixli təhvil-təslim aktı məhkəməyə təqdim edilmişdir ki, həmin sənədlərdən Tbilisi prospekti 33 ünvanda təmir-tikinti və yenidənqurma işlərin in iddiaçı tərəfindən deyil, digər firma tərəfindən görüldüyü təsdiq olunur.

58. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, yazılı podrat müqaviləsi bağlamadan tikinti-təmir işlərinin aparılması zamanı yarana biləcək mümkün problemlərin aradan qaldırılması yüklülüyü məhz iddiaçının üzərinə düşür. Belə ki, hüquqi şəxs olaraq maliyyə əməliyyatlarını nağdsız qaydada həyata keçirməli olan iddiaçının yalnız aralarındakı inam və işgüzar münasibətlərə görə podrat müqaviləsi olmadan 510.626,90 manat məbləğində təmir-tikinti işlərini icra etməsi, cavabdeh tərəfindən həmin işlərə görə rəsmi ödəniş sənədləri olmadan 413.626,90 manat məbləğində pul vəsaitinin bəyan edilmədən nağd qaydada ödənilməsi buna dair mötəbər sübutlar olmadığı üçün inandırıcı hesab edilmir və məhkəmə kolle giyasının qənaətinə görə iddiaçı vaxtında lazımi ehtiyatlılıq nümayiş etdirməmiş, həyata keçirdiyini iddia etdiyi təmir-tikinti işləri üzrə cavabdehlə münasibətlərini yazılı podrat müqaviləsi bağlayaraq rəsmiləşdirməmiş, istinad edilən sənədlər olmadığı halda isə hər hansı iddia tələbinin məhkəmələrdə uğurluluq ehtimalı istisna olunur.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında göstərilmişdir ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qi ymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil ed ir”.

60. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən qanunvericiliyin tələblərinə riayət edilmiş, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 may tarixli 2-2(103)-329/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:

62. Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyas ının 2023-cü il 15 may tarixli 22(103)-329/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar