Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-602/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" Firmasına və Nümayəndə2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər X1 və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" Firmasına və Nümayəndə2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə yönəldilməsi” tələbi barədə kommersiya mübahisələrinə dair iş üzrə Gəncə Apellyasiya Məh kəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli 2-2(104)-10/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" Firması tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları 1. 2019-cu il 18 noyabr tarixli BKN-00014-06/19A saylı (bundan sonra – “əsas müqavilə”) əsas kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 60 ay müddətinə, 2024-cü il 18 noyabr tarixinədək əlavə müqavilələr bağlamaqla 310.000 manat məbləğindək kredit xətti açılmışdır. 2. 2019-cu il 18 noyabr tarixli BKMG-00014-06/19A saylı ipoteka müqaviləsindən (bundan sonra – “ipoteka müqaviləsi”) görünür ki, "xxxx" Firmasının kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Nümayəndə2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m olan mənzili banka ipotekaya qoymuşdur.
3. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m olan mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. 4. 2019-cu il 20 noyabr tarixli BKN-A0014-06/19A saylı (bundan sonra – “əlavə 1 müqaviləsi”) əlavə kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 48 ay müddətinə, illik 17% olmaqla 260.000 manat məbləğində kredit verilmişdir. 5. 2019-cu il 22 noyabr tarixli BKX-00014-06/19A saylı (bundan sonra – “əlavə 2 müqav iləsi”) əlavə kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 36 ay müddətinə, illik 17% olmaqla 50.000 manat məbləğində kredit verilmişdir. 6. 2020-ci il 24 iyun tarixli RPZ-B0014-06/19A saylı (bundan sonra – “əlavə 3 müqaviləsi”) əlavə kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 52 ay müddətinə, illik 17% olmaqla 257.430 manat məbləğində kredit verilmişdir. 7. 2020-ci il 3 dekabr tarixli maliyyə arayışında "xxxx" Firmasının əlavə 3 müqaviləsi üzrə 2020-ci il 3 dekabr tarixinə 257.430 manat əsas borcu, 19.207,12 manat faiz borcu, cəmi 276.637,12 manat məbləğində borcun olması göstərilmişdir. 8. 2020-ci il 16 dekabr tarixli maliyyə arayışında "xxxx" Firmasının əlavə 2 müqaviləsi üzrə 2020-ci il 16 dekabr tarixinə 49.500 manat əsas borcu, 6.848,99 manat faiz borcu, cəmi 56.348,99 manat məbləğində borcun olması göstərilmişdir. 9. "xxxx" MMC-in 2021-ci il 28 oktyabr tarixli 371/BTB/21 nömrəli rəyindən görünür ki, Nümayəndə2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m olan mənzilin real dəyəri 750.000 manat, likvid qiyməti 680.000 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. 10. 2020-ci il 3 sentyabr tarixli pretenziya məktubundan görünür ki, Bank "xxxx" ASC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
11. Bank "xxxx" ASC (bundan sonra - “iddiaçı”) 2021-ci il 12 fevral tarixində “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, əmlakın açıq hərracda satılması və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" Firması (bundan sonra –“cavabdeh 1”) arasında bağlanmış əsas müqavilənin, əlavə 1, əlavə 2, əlavə 3 kredit müqavilələrin ləğv edilməsi, əlavə 3 müqaviləsindən irəli gələn 2020-ci il 3 dekabr tarixinə olan 257.430 manat əsas borc, 19.207,12 manat faiz məbləği, ümumilikdə 276.637,12 manat məbləğində borcun və əlavə 2 müqaviləsindən irəli gələn 2020-ci il 16 dekabr tarixinə olan 49.500 manat əsas borc, 6.848,99 manat faiz məbləği, ümumilikdə 56.348,99 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, həmçinin 50 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdeh 1-dən iddiaçının xeyrinə tutulması, iddiaçı ilə cavabdeh 1 arasında bağlanmış ipoteka müqaviləsi əsasında mülkiyyət hüququ ilə Nümayəndə2 (bundan sonra – “cavabdeh 2” ) məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 273.3 kv.m olan mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və ipoteka ilə təmin edilmiş kredit borcunun həmin ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh 1-dən tutulması və cavabdehin ipotekaya qoyduğu əmlaka tutmanın yön əldilməsi ilə bağlı həmin mənzildə qeydiyyatda olan Cavabdeh1 (bundan sonra –“cavabdeh 3”) mənzildən istifadə hüququna xitam verilməsinə və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 1 arasında əsas kredit müqaviləsi bağlanmışdır və bank tərəfindən cavabdehə 60 ay müddətinə, 2024-cü il 18 noyabr tarixinədək əlavə müqavilələr bağlamaqla 310.000 manat məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. Kreditin təminatı qismində cavabdeh 1 iddiaçı ilə ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə cavabdeh 2-yə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzili ipotekaya qoymuşdur. İddiaçı ilə cavabdeh 1 arasında bağlanmış əlavə 1 müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 260.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə cavabdeh 1 arasında bağlanmış əlavə 2 müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 50.000 manat ümumi məbləğində illik 17 faiz ödəmək şərti ilə 36 ay müddətinə 2022-ci il 22 noyabr tarixinədək bərpa olunan kredit xətti açılmış və kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə kredit cavabdehin mülkiyyətinə verilmişdir, cavabdeh isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və krediti 2022-ci il 22 noyabr tarixinədək faiz ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh 1 arasında bağlanmış əlavə 3 müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 257.430 manat məbləğində kred iti illik 17 faiz ödəmək şərti ilə 52 ay müddətinə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh 1 isə həmin kreditdən 2019-cu il 20 noyabr tarixli BKN-A0014-06/19A saylı (əlavə 1) kreditin tam bağlanması məqsədi ilə istifadə etməyi və onu 6 ay güzəşt müddəti daxil olmaqla 2024-cü il 24 oktyabr tarixinədək faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Əlavə kredit xətti müqaviləsinin 5-ci bəndinə əsasən kreditin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş ünvan 2 ünvanında yerləşən əmlak ilə təmin olunmuşdur. Cavabdeh 1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəb ərdarlıqlara baxmayaraq, cavabdeh 1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 210 gün gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 4.2-ci və ipoteka müqaviləsinin 5.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh 1-in əlavə 3 müqaviləsi üzrə 2020-ci il 3 dekabr tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 257.430 manat, faiz borcu 19.207,12 manat, cəmi 276.637.12 manat və əlavə 2 müqaviləsi üzrə cavabdeh 1-in 2020-ci il 16 dekabr tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 49.500 manat, faiz borcu 6.848,99 manat, cəmi 56.348,99 manat təşkil edir.
13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 295, 319.1, 442 və 443.1-ci ma ddələrinə istinad edilmişdir.
14. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 15 dekabr tarixli e-2-2(115)-300/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh 1 arasında bağlanmış əsas kredit müqaviləsi, əlavə 1 müqaviləsi, əlavə 2 müqaviləsi və əlavə 3 müqaviləsi ləğv edilmiş, Əlavə 3 müqaviləsi üzrə 257.430 manat əsas borc, 19.207,12 manat faiz borcu, cəmi 276.637,12 manat məbləğində borc və əlavə 2 müqaviləsi üzrə 49.500 manat əsas borc, 6.848,99 manat faiz borcu, cəmi 56.348,99 manat məbləğində borc olmaqla, ümumilikdə 332.986,11 manat məbləğində borc, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 50 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdeh 1-dən iddiaçının xeyrinə tutu lması; tələb üzrə tutmanın cavabdeh 2-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 40 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılması; mənzilin ilkin satış qiymətinin 680.000 manat həddində müəyyən edilməsi; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi; bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh 2-yə qaytarılması; mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdeh 1-dən tutularaq iddiaçıya ödənilməsi; açıq hərrac keçirildikdən 1 ay sonra mənzilin boşaldılması; cavabdeh 2-dən 300 manat məbləğində qiymətləndirmə haqqının tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi; iddianın qalan hissədə rədd edilm əsi qət edilmişdir (hakim – R.Məmmədov).
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh 1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bununla da, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh 1 arasında bağlanmış müqavilələr ləğv edilməli, əlavə 3 müqaviləsi üzrə cəmi 276.637,12 manat məbləğində borc və əlavə 2 müqaviləsi üzrə cəmi 56.348,99 manat məbləğində borc olmaqla, ümumilikdə 332.986,11 manat məbləğində borc cavabdeh 1-dən iddiaçının xeyrinə tutulmalı; tələb üzrə tutma cavabdeh 2-yə məxsus mənzilə yönəldilməli; hazırkı mərhələdə cavabdeh 3-ün mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi isə təmin edilə bilməz.
16. Məhkəmə bu qənaətini MM-in 6.2, 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445, 448.1, 470.1 və 472.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh 1 2022-ci il 24 yanvar tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməklə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh tərəfindən verilmiş vəsatətə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 mart tarixli 2-2(10 4)-84/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. 19. 2022-ci il 22 noyabr tarixli 9/7634 saylı ekspertiza rəyində birinci cavabdeh tərəfindən iddiaçıya ödənilmiş pul vəsaitlərinə dair arayış, hesabdan çıxarış məlumatları və əlavə 3 müqaviləsi şərtləri əsas götürülməklə həmin cavabdehin 2020-ci il 3 dekabr tarixinə olan borcu ümumilikdə 276.758,70 manat məbləğində, o cümlədən: 257.430 manat əsas borcun, 19.328,70 manat faiz borcunun olduğu müəyyən edilmişdir.
20. Birinci Cavabdeh tərəfindən iddiaçıya ödənilmiş pul vəsaitlərinə dair arayış, hesabdan çıxarış məlumatları və əlavə 2 müqavilənin şərtləri əsas götürülməklə onun 2020ci il 16 dekabr tarixinə borcu ümumilikdə 56.372,43 manat məbləğində, o cümlədən: 49.500 manat əsas borcun, 6.872,43 manat fa iz borcunun olduğu müəyyən edilmişdir.
21. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli 2-2(104)-10/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh 1-in apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – A.Hüseynzadə və L.Süleymanov).
22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövgeyi ilə razılaşaraq hesab etmişdir ki, cavabdeh 1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyinə görə iddiaçı hazırkı iddia ilə müraciət etməkdə, məhkəmə isə iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbi ni kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcu və faiz borcu hissəsində tam təmin etmişdir. Cavabdeh 1 tərəfindən kredit borcunun qalıq məbləği mübahisələndirildiyindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza rəyi ilə cavabdeh 1-in iddiaçıya olan kredit borcunun əsas kredit borcu və faiz borcu hissəsində düzgün hesablandığı müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin hissədə tam razılaşmışdır. Ekspertiza rəyinə münasibətdə kollegiya qeyd etmişdir ki, məhkəmə işə verilmiş tələblər üzrə baxır. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
23. Apellyasiya instansiyas ı məhkəməsi gəldiyi nəticəni MM-in 317.1, 319.1, 319.6, 385.1, 442, 443.1, 445, 448, 449.1 və 739-cu maddələrinə; MPM-in 14.2, 77.1, 88, 217.3-cü maddələrinə; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2, 39.3.3, 59.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
24. Həmin qətnamədən cavabdeh 1 2023-cü il 2 may tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işi təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. MM-in 152, 385.1, 739-cu maddələrinin tələbləri pozulmuşdur – Apellyasiya məhkəməsi maddi hüqüq normalarına istinad etsə də, iddiaçı tərəfindən tələb edilən həm əsas, həm də də faiz borcunun həddindən artıq şişirdirilmiş olmasını nəzərə almamışdır. Bundan başqa, məhkəmə tərəflər arasında bağlanmış ipoteka müqaviləsində mənzilə istifadə hüquqları olan şəxslərin, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 40, mənzil 9 ünvanında yerləşən, ümumi sahəsi 273.3 kv.m olan mənzildən çıxarılması barədə nəticəyə gəlməsi ilə razılaşmayaraq kassator qeyd edir ki, ipotekaya qoyulmuş ev hələ satılmamış, yəni əmlak təzə mülkiyyətçiyə keçməmişdir. Bu o deməkdir ki, ipoteka predmeti olan evin boşaldılması üçün zəruri olan hüquqı faktlar baş verməmişdir. Bununla da məhkəmə kollegiyası həmin maddi normaların tələblərini pozmuşdur.
26. MPM-in 9, 14, 77.1, 97,102-ci maddələrinin tələbləri pozulmuşdur – Hazrkı iş üzrə məhkəmə işdə olan sübutlara, o cümlədən ekspert rəyinə düzgün qiymət ve rməmişdir. Rəy alındıqdan sonra cavabdeh tərəfindən vəsatət verilmiş, təkrar ekspertiza keçirilməsi xahiş edilmişdir, lakin məhkəmə vəsatətimizi təmin etməmişdir. Hesab edirik ki, həmin rəy düzgün deyil. Belə ki, rəydə olan rəqəmlər iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışı ilə üst-üstə düşür. Ekspert tərəfindən cavabdehin etdiyi ödənişlər nəzərə alınmamış və buna görə də həm əsas borcda, həm də faiz borcda göstərilən rəqəmlər həqiqətə uyğun deyil. Bu baxımdan MPM-nin 102-ci maddəsinə uyğun olaraq təkrar ekspertiza keçirilməsini xahiş etmişdik. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı 2023-cü il 13 oktyabr tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları yoxdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiqini tapmamışdır, bu baxımdan şikayət formal xarakter daşıyır. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Odur ki. Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2-2(104)-10/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya baxışının hədləri
28. Cavabdeh tərəfindən apell yasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə t utulur: “Maddə
6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır....” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirmə yi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüy ünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyy əti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....”
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” 32. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;...” “Maddə
36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası... 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömr əsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası....” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar....” ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
33. İş materiallarını h ərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən, iddia tələbinin yaşayış sahəsinin boşaldılması hisssəsində maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli 22(104)-10/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia tələbinin, “yaşayış sahəsinin açıq hərrac keçirildikdən 1 ay sonra boşaldılması”na dair hissəsində icraata xitam verilməli, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
34. İşin məhkəmələr tərfindən müəyyən edilmiş hallarına əsasən birinci cavabdeh iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş plan ına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.
35. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövgeyi ilə razılaşaraq hesab etmişdir ki, cavabdeh 1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyinə görə iddiaçı hazırkı iddia ilə müraciət etməkdə, məhkəmə isə iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Birinci cavabdeh tərəfindən kredit borcunun qalıq məbləği mübahisələndirildiyindən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza rəyi ilə cavabdeh 1-in iddiaçıya olan kredit borcunun əsas kredit borcu və faiz borcu hissəsində düzgün hesablandığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbi əsaslı olmuşdur.
36. Cavabdeh kassasiya şikayətində, ekspert rəyi alındıqdan sonra tərəflərindən vəsatət verilərək, təkrar ekspertiza keçirilməsini xahiş etsələr də, məhkəmənin vəsatəti təmin etmədiyini qeyd etmişdir. İş materiallarından isə cavabdehin hər hansı yazılı əsaslandırılmış vəsatətlə məhkəməyə müraciət etdiyi görünmür, əksinə məhz cavabdehlər məhkəmə iclasında iştirak etmədikləri üçün iclas onların iştirakını təmin etmək məqsədilə təxirə salınmış, onlar lazımi qaydada xəbərdar edilsələr də növbəti iclasda da iştirak etməmiş, buna görə də işə baxılması yekunlaşmışdır. Cavabdehlər həmçinin ekspert rəyini təkzib edəcək hər hansı mötəb ər sübutu məhkəməyə təqdim etməmiş, bununla da sübut etmə (etiraz etmə MPM 77.1) vəzifələrini cavabdeh olaraq yerinə yetirməmişlər.
37. Qeyd edilənləri nəzərə almaqla işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası, iddia tələbinin həmin hissələri ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı, kassasiya şikayətinin bununla bağlı dəlillərini isə əsassız hesab edir.
38. Bununla belə işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yaşayış sahəsinin boşaldılması hissəsində məhkəmələrin gəldiyi nəticəni qanunsuz hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi tərəflər arasında 2019-cu il 18 noyabr tarixli BKMG00014-06/19A saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, "xxxx" Firmasının kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüy ü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Nümayəndə2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m olan mənzili banka ipotekaya qoymuş, hazırkı işdə mübahisələndirilən məqamlardan biri də ipoteka predmeti olan mənzilin boşaldılması ilə bağlı olmuşdur.
39. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının 2023-cü il 22 iyun tarixli 02/2023 nömrəli Qərardadının 16-cı bəndinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydi yyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
40. Qərardadın 18-ci bəndinə əsasən, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu.
41. MPM-in 217.2-ci maddəsinin tələblərinə görə, q ətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Hazırkı iş üzrə kredit və ipoteka müqaviləsi tərəflər arasında 2019-cu ilin 18 noyabr tarixində bağlanmış, yəni bağlanmış müqavilənin icrası “İpoteka haqqında” Qanununun 2018-ci il 28 dekabr tarixindən sonra edilmiş dəyişiklərə uyğun olaraq həyata keçirilməlidir. Qərardadın nəticə hissəsinin 2-ci bəndinə əsasən, tərəflər arasında ipoteka müqaviləsi 2018ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxmalarına dair” iddia tələb ləri hissəsində iddia ərizəsinin icraata qəbulundan MPM-in 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir.
43. Beləliklə, qərardadın müddəaları əsas götürülməklə, tərəflər arasında mübahisəli ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlandığı üçün iddia tələbinin, yaşayış sahəsinin açıq hərrac keçirildikdən 1 ay sonra boşaldılmasına dair hissəsi üzrə icraata məhkəmələrdə baxıla bilmədiyi üçün xitam verilməlidir.
44. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli 2-2(1 04)-10/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia tələbinin, “yaşayış sahəsinin açıq hərrac keçirildikdən 1 ay sonra boşaldılması”na dair hissəsində icraata xitam verilməli, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh "xxxx" Firmasının kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli 2-2(104)-10/2023 nömrəli qətnaməsi qismən - “yaşayış sahəsinin açıq hərrac keçirildikdən 1 ay sonra boşaldılması” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. Qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.