Məhkəmə qərarları › İş №2-2(102)-616/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-616/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-616/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyul tarixli 2-2(103)-549/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları

1. Tərəflər arasında bağlan mış 2018-ci il ** tarixli xnömrəli podrat müqaviləsinə əsasən, podratçı (İddiaçı) sifarişçinin (Cavabdeh MMC) tapşırığı ilə hazırkı müqavilənin 1.2-ci bəndində (1 saylı Əlavədə) göstərilmiş işlərin icrasını, sifarişçi isə həmin işin nəticəsini qəbul etməyi və ödəməyi öhdəsinə götürmüşdür. Podratçı Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilən “Komfort” yaşayış kompleksində müqavilənin 1 saylı əlavəsində göstərilən suvaq, hamarlanma və digər işlərin icrasını öhdəsinə götürür (1.2-ci bənd); bu müqavilə ilə nəzərdə tutulmuş işlər tərəflər arasında razılaşdırılacaq müvafiq mərhələlərlə yerinə yetirilməlidir (2.1-ci bənd); sifarişçi hər 30 təqvim günlük dövr üzrə görülmüş işlərin dəyərini tərəflərin müvafiq aralıq aktları (forma 2) təsdiq olunduqdan sonra 10 bank günü ərzində podratçıya aşağıda göstərilən çıxılacaq məbləğlər nəzərə alınmaqla ödəyir: Yerinə yetirilmiş işlərin keyfiyyət zəmanəti kimi sifarişçi tərəfindən podratçıya hər aralıq təhviltəslim aktları əsasında ödəniləcək məbləğdən 5% tutulacaqdır və müqavilənin 3.3-cü bəndində göstərilən hallar istisna olmaqla, toplanmış məbləğlər yekun təhvil-təslim aktı imzalanma tarixindən etibarən 12 ay keçdikdən sonra 10 bank günü müddətində podratçıya ödəniləcəkdir (3.2-ci bənd və 3.2.1-ci yarımbənd).

2. Tərəflər arasında bağlanmış 2019-cu il *** tarixli xx nömrəli müqaviləyə görə, Cavabdeh MMC ümumi sahəsi 86,02 kv.m olan 333 nömrəli mənzilin əsaslı tikintisini lazımi qaydada apararaq mənzilin gələcəkdə mülkiyyətçisi ola biləcək İddiaçı əsaslı tikilmiş formada, lazımi qaydada və hazırkı müqavilədə göstərilmiş müddətdə təhvil ver məyi,sonuncu isə mənzilin tərəflər arasında razılaşdırılmış məbləğini Cavabdeh MMCyə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3.1-ci bəndinə görə, tərəflər arasında bağlanmış 2018-ci il ** tarixli xnömrəli podrat müqaviləsi üzrə İddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyəri bu Müqavilə üzrə sonuncuya təqdim ediləcək mənzilin dəyərinə yönləndiriləcəkdir. İşlərin dəyəri bu müqavilə üzrə təqdim edilən mənzilin dəyərinin tam ödənilməsinə kifayət etmədiyi halda, İddiaçı əksik məbləği Cavabdeh MMC-yə mənzil təhvil-təslim aktı əsasında ona təqdim edilənə kimi tam ödəyir. 3. 2019-cu il 6 may tarixli 008 nömrəli, 2019-cu il 15 iyul tarixli 025 nömrəli, 2019-cu il 4 sentyabr tarixli 062 nömrəli, 2019-cu il 9 sentyabr tarixli 066 nömrəli icr a aktlarından görünür ki, İddiaçı tərəfindən aktlar üzrə müvafiq olaraq 66.627,18 manat, 2.727,81 manat, 2.726,64 manat, 2.726,64 manat, ümumilikdə 74.808,27 manat dəyərində işlər görülmüşdür.

4. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2019-cu il 6 may tarixli 008 nömrəli 67.040,18 və 66.627,18 manat dəyərində olan iki aktdan dəyəri 67.040,18 manat təşkil edən aktın üzərinə əl ilə iri hərflərlə “ləğv edisin” sözləri yazılmışdır.

5. Cavabdeh MMC-nin 2019-cu il *** tarixli 413/01 nömrəli maliyyə arayışına görə, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən "Komfort" yaşayış kompleksinin İİİ blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86,02 kv.m təşkil edən 333 nömrəli mənzilə görə tərəflər arasında bağlanmış 2018-ci il ** tarixli xnömrəli podrat müqaviləsi üzrə İddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 6.214,85 manat mənzilin dəyərinə yönləndirilib silinmiş və cavabdehə 88.407,15 manat borcu qalmışdır.

6. Cavabdeh MMC-nin 2020-ci il 10 aprel tarixli 413/02 nömrəli maliyyə arayışına əsasən, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən "Komfort" yaşayış kompleksinin İİİ blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86,02 kv.m təşkil edən 333 nömrəli mənzilə görə tərəflər arasında bağlanmış 2018ci il ** tarixli xnömrəli Podrat müqaviləsi üzrə İddiaçı tərəfindən yerinə yetirilən və təhvil- təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 8.892 manat mənzilin dəyərinə yönləndirilib silinmiş və Cavabdeh MMC-yə 79.515,15 manat borcu qalmışdır.

7. İddiaçı tərəfindən imzalanan 2019-cu il 28 mart tarixli 04956 nömrəli və 2019-cu il 7 may tarixli 04288 nömrəli kassa məxaric orderlərinə görə, Cavabdeh MMC tərəfindən İddiaçı “Komfort” yaşayış kompleksi mənzillərinin təmirinə görə müvafiq olaraq 2.804,66 manat və 60.412,34 manat, ümumilikdə 63.217 manat məbləğdə ödəniş edilmişdir. 8. 2020-ci il 29 aprel tarixli 04983 nömrəli kassa məxaric orderinə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı 214, 250, 252, 256 nömrəli mənzillərin təmirinə dair 2020-ci il 16 mart tarixli 180 nömrəli akta əsasən 8.892,7 manat məbləğdə ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bak ı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 71.960 manat pulun və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2018-ci il ** tarixli * saylı podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən podratçı kimi görüləcək işlərin əvəzində cavabdeh tərəfindən iddiaçıya Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilən “Komfort” yaşayış kompleksinin İİİ blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86.02 kv.m təşkil edən 333 saylı mənzil ayrılmışdır. Görüləcək işlər həmin mənzilin dəyərindən çıxılmalı idi. Lakin ilkin olaraq mənzilə görə iddiaçı tərəfindən 15.000 manat ödənilmişdir. İddiaçı tərəfindən 2018-ci il ** tarixindən 2020-ci il 26 dekabr tarixinədək ü mumilikdə 56.960 manat dəyərində iş görülmüşdür. 2019-cu il 24 iyul tarixinədək görülmüş işlərin dəyəri olan 6.214 manat pul vəsaiti iddiaçıya verilmiş 2019-cu il *** tarixli maliyyə arayışına görə ayrılmış mənzilin dəyərindən çıxılmışdır. Daha sonra 27.346 manat dəyərində işlər görülmüşdür. Bundan başqa, “Komfort” yaşayış kompleksində 23.400 manatlıq iş görülmüş, həmin işlərin dəyəri isə nağd qaydada ödənilməli idi. Lakin cavabdeh öz öhdəliyini pozmuş, iddiaçı ilə mübahisə yaratmış, əsassız olaraq görülmüş işlərin keyfiyyətsiz olduğunu iddia etmişdir. Görülmüş işlər keyfiyyətli olmuş, işlər görüldükdən sonra cavabdeh həmin işləri qəbul etmişdir. İşlər keyfiyyətsiz olsaydı, cavabdeh həmin işləri qəbul etməzdi. Cavabdeh qəsdən iddiaçı ilə mübahisə yaratmış, əsassız iddialar irəli sürmüş, mə nzilin iddiaçıya verilməsindən imtina etmiş, iddiaçıya ayrılmış mənzili başqa şəxsə satmış, iddiaçı tərəfindən görülmüş işlərin dəyərini isə ödəməmişdir. Cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən 2018-ci il ** tarixindən 2020-ci il 26 dekabr tarixinədək “Komfort” yaşayış kompleksində görülmüş işlərin dəyəri 56.960 manat təşkil edir. Həmçinin görüləcək işlərin əvəzində veriləcək mənzilə görə iddiaçı cavabdehə 15.000 manat da ödəmişdir. Ümumilikdə, cavabdehin görülmüş işlərə görə iddiaçıya 71.960 manat borcu yaranmışdır.

11. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2019-cu il *** tarixli 413/2019 nömrəli müqavilənin ləğv edilməsini, iddiaçıdan 71.960 manat pulun və 400 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 aprel tarixli e-2-2(113)-1844/2022 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.

13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 iyul tarixli e-2-2(113)-1844/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 71.960 manat pulun və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Z.Pirverdiyev).

14. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 2018-ci il ** tarixli xsaylı podrat müqaviləsi bağlanmış, iddiaçı tərəfindən işlər görülərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən isə işlər təhvil alınmışdır.

15. Tərəflər iddiaçı tərəfindən işlərin görülərək təhvil verilməsini və cavabdeh tərəfindən işlərin təhvil alınmasını, eyni zamanda görülmüş işlərə görə muzdun məbləğini və iddiaçıya ödənilmiş 15.000 manatı mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız görülmüş işlərə görə muzdun ödənilib-ödənilməməsi barədədir. Cavabdeh muzdun artıqlaması ilə ödənildiyini, iddiaçı isə muzdun ödənilmədiyini bildirir. Ona görə də, mübahisənin düzgün həll edilməsi üçün görülmüş işlərə görə muzdun ödənilibödənilməməsinin müəyyən edilməsi üçün tərəflərin məhkəməyə təqdim etdikləri sübutlar araşdırılmalıdır.

16. MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından muzdun ödənilib-ödənilməməsini sübutetmə vəzifəsi cavabdeh tərəfindən icra edilməli olan öhdəliklə bağlı olduğundan, həmin öhdəliyin icra edilməsinin sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan görünür ki, tərəflər mu zdun ödənilməsini cavabdeh tərəfindən iddiaçıya satılması nəzərdə tutulmuş mənzilin dəyərinə yönəldilməklə, yəni görülmüş işlərin dəyəri əvəzində mənzilin verilməsi kimi razılaşdırmışlar. Lakin iş materiallarından, eyni zamanda tərəflərin izahatlarından göründüyü kimi, həmin mənzil muzdun əvəzi kimi iddiaçıya təqdim edilməmiş və bu hal işin mübahisələndirilməyən halıdır.

17. Cavabdeh muzdun iddiaçıya ödənilməsinə dair məhkəməyə 2019-cu il 28 mart tarixli 04956 saylı, 2019-cu il 7 may tarixli 04288 saylı və 2020-ci il 29 aprel tarixli 04983 saylı kassa məxaric orderləri təqdim etmiş və həmin orderlərə görə cavabdeh tərəfindən iddiaçıya 2.804,66 manat, 60.412,34 manat və 8.892,7 manat, ümumilikdə 72.109,7 manat məbləğində ödəniş edilmişdir. Lakin orderlər cavabdeh tərəfindən təsdiq edilməmiş dir.

18. Eyni zamanda, orderlərin tarixlərini nəzərə aldıqda, orderlər işin hallarına uyğun gəlmədiyindən mötəbər hesab oluna bilməz. Belə ki, iddiaçı tərəfindən görülmüş işlərin dəyəri 2019-cu il *** və 2020-ci il 10 aprel tarixlərdə mənzilin dəyərinə yönəldilmiş və mənzilin dəyərindən silinmişdir (2019-cu il *** tarixli və 2020-ci il 10 aprel tarixli maliyyə arayışları).

19. Bundan başqa, orderlər üzrə cavabdeh tərəfindən 2019-cu il 28 mart tarixində 2.804,66 manat, 2019-cu il 7 may tarixində isə 60.412,34 manat, ümumilikdə 63.217 manat iddiaçıya pul ödənildiyi (iddiaçının göstərdiyi görülmüş işlərin dəyərindən, yəni 56.960 manatdan artıq) halda, tərəflər arasında görülən işlərə görə muzdun mənzilə yönəldilməsinə dair 2019-cu il *** tarixli xx saylı müqavilə bağlanmışdır. Cavabdehin nüma yəndəsi göstərilən hallara münasibət bildirə bilməmiş, bu halları təkzib edən faktları sübut edə bilməmişdir.

20. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək işləri görmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də 2018-ci il ** tarixli xsaylı podrat müqaviləsinə əsasən ödənilməmiş 71.960 manat borc məhkəmə tədqiqatı zamanı təsdiq olunduğundan və cavabdeh tərəfindən bu borcu təkzib edən mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməlidir.

21. Bi rinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 442, 752.1, 755-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 76.1, 76.2, 77.1, 80, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 noyabr tarixli 2-2(103)-932/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmiş, iddia ərizəsinin verilməsinə və mediasiyaya görə xərclər iddiaçıya aid edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Məmmədov, hakimlər V.Baxışova və R.Qurbanov).

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmir, iş üzrə mövcud olan faktlar qətnamədə qeyri-mötəbər sübutlarla təsdiq edilmişdir ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.

25. Hazırkı iddia ilə 71.690 manat cəmi məbləğ iki əsasla tələb olunur: həmin məbləğin 56.960 manat hissəsi 2018-ci il ** tarixli xnömrəli podrat müqaviləsinə, 15.000 manat hissəsi isə 2019-cu il *** tarixli xx nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsaslanır. İddianın 56.960 manat məbləğdə pul tələbi ilə bağlı hissəsinin f aktiki əsası kimi iddiaçı iddia ərizəsində iki dəfə təkrarlayaraq qeyd edir ki, “İddiaçı tərəfindən 2018-ci il ** tarixdən 2020-ci il 26 dekabr tarixədək ümumilikdə 56.960 manat dəyərində iş görülmüşdür.”, “Cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən 2018-ci il ** tarixindən 2020-ci il 26 dekabr tarixədək “Komfort” yaşayış kompleksində görülmüş işlərin dəyəri 56.960 manat təşkil edir.” İddiaçı cavabdehə göndərdiyi 2021-ci il 24 noyabr tarixli pretenziyada da eyni cümlələrə yer vermiş, lakin pretenziyasında 2018-ci il ** tarixli müqavilədən əvvəl də 8.000 manatlıq iş gördüyünü irəli sürmüş, bununla da cəmi 64.690 manat pul tələb etmiş, başqa sözlə, onun məhkəmədən əvvəl cavabdeh ilə 2019-cu il *** tarixli mənzilin alqı-satqı müqaviləsinə istinad edən 15.000 manat məbləğlə bağlı mübahisə si olmamışdır.

26. İşdən o da müəyyən olunur ki, 2018-ci il ** tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 6.214,85 və 8.892 manat olmaqla, cəmi 15.106,85 manat 2019-cu il *** tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyərinə yönləndirilərək silinmişdir. Bundan çıxan nəticə ondan ibarətdir ki, həmin 15.106,85 manat 2018-ci il ** tarixli podrat müqaviləsi üzrə təhvil verilən işlərin dəyəri olaraq iddiaçıya ödənilmiş, ödənilmə 2019-cu il *** tarixli müqaviləyə əsasən mənzil üzrə iddiaçının qalıq borcuna yönəldilmişdir. 27. 2019-cu il *** tarixli mənzilin alqı-satqı müqaviləsi qüvvədədir, tərəflər üçün məcburilik ifadə edir, iddiaçı müqavilənin qanuniliyini mübahisə etmir, 15.000 manat məbl əğdə pulun qaytarılmasını müqavilənin hər hansı şərtinin pozulması ilə yox, 2018-ci il ** tarixli podrat müqaviləsi üzrə ona ödənilməyən borc məbləği ilə əsaslandırır. Əksinə, cavabdeh birinci instansiya məhkəməsinə 2019-cu il *** tarixli mənzilin alqı-satqı müqaviləsinin ləğvi tələbini ehtiva edən qarşılıqlı iddia ərizəsi təqdim etsə də, 2022-ci il 12 aprel tarixli qərardadla qarşılıqlı iddia qaytarılmışdır. Göründüyü kimi, iddia 15.000 manat pul tələbi hissədə həmin məbləğ iddiaçıya ödənildiyi üçün əsassızdır. Əgər iddiaçı hesab edirsə ki, 15.000 manat 2019-cu il *** tarixli mənzilin alqı-satqı müqaviləsinə zidd olaraq 333 nömrəli mənzilin dəyərinə yönləndirilib silinmişdir, o halda o, adıçəkilən müqaviləni mübahisələndirmək yolu ilə hüquqlarının məhkəmə müdafiəsindən istifadə edə bilərd i. Güman olunsa ki, 15.000 manat pul tələbi hissədə iddianın faktiki əsasını 2019-cu il *** tarixli mənzilin alqı-satqı müqaviləsi yox, 2018-ci il ** tarixli podrat müqaviləsi təşkil edir, o halda iddia eyni hissədə həmin məbləğin iddiaçıya ödənildiyi sübuta yetirildiyi üçün əsassız olacaq.

28. İddia 56.960 manatın ödənilməsi tələbi hissədə də əsaslı deyil. Belə ki, iddiaçının bildirdiyi kimi o, 2018-ci il ** tarixindən 2020-ci il 26 dekabr tarixinədək ümumilikdə 56.960 manat dəyərdə iş görmüşdür, bunun qarşlığında isə ona 2019-cu il 28 mart və 2019-cu il 7 may tarixli kassa məxaric orderləri ilə cəmi 63.217 manat ödənilmişdir. İddiaçı həmin 63.217 manatın əvvəllər görülmüş başqa işlərin dəyəri olaraq ödənildiyini bildirərək, apellyasiya instansiyası məhkəməsinə 2019-cu il 7 may tarixli 37 8/02 nömrəli maliyyə arayışını və 2018-ci il 12 noyabr tarixli aktı təqdim etmiş, həmin yeni sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra və sübuta edə bilmədiyi üçün, qeyd olunan sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməmişdir, həmin hüquqi fakta münasibətdə apellyasiya instansiyası məhkəməsinin qəti mövqeyi bundan ibarətdir.

29. Fərz olunsa ki, sözügedən iki sübut apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilə bilərdi, o halda həmin sübutlar da iddianın əsaslılığını təsdiq etməyəcəkdi. Belə ki, qeyd edildiyi kimi, iddia ərizəsində tələbin faktiki əsası kimi iki hüquqi fakta istinad olunur: 2018-ci il ** tarixli podrat müqaviləsi və 2019-cu il *** tarixli 333 nömrəli mə nzilin alqı-satqı müqaviləsi. İddia ərizəsindən o da məlum olur ki, “2018-ci il ** tarixli * saylı podrat müqaviləsinə... əsasən... görüləcək işlərin əvəzində cavabdeh tərəfindən iddiaçıya... 333 saylı mənzil ayrılmışdır. Görüləcək işlər həmin mənzilin dəyərindən çıxılmalı idi. Lakin ilkin olaraq mənzilə görə iddiaçı tərəfindən 15.000 manat ödənilmişdir.... Daha sonra 27.346 manat dəyərində işlər görülmüşdür. Bundan başqa, “Komfort” yaşayış kompleksində 23.400 manatlıq iş görülmüş, həmin işlərin dəyəri isə nağd qaydada ödənilməli idi.” Göründüyü kimi, iddia ərizəsində 2018-ci il ** tarixli podrat müqaviləsi ilə yalnız 333 nömrəli mənzilin alqı-satqı müqaviləsi əlaqələndirilmiş, habelə iddianın yalnız 15.000 manat hissəsi mənzillə bağlı olmuşdur, qalan 50.746 manat isə nağd qaydada ödən ilməli idi, yəni hər hansı mənzilin dəyərinə yönəldilməmişdir. 30. 2019-cu il *** tarixli 333 nömrəli mənzilin alqı-satqı müqaviləsində də yalnız 2018-ci il ** tarixli podrat müqaviləsinə istinad olunmuşdur. Lakin 2019-cu il 7 may tarixli maliyyə arayışında ödənişin 368 nömrəli mənzillə bağlı həyata keçirildiyi göstərilmişdir ki, həmin mənzilə dair fakta iddia ərizəsində istinad edilməmiş və fakt birinci instansiya məhkəməsində də araşdırma predmeti olmamışdır.

31. Bundan əlavə, iddiaçı, əgər 2019-cu il 7 may tarixli maliyyə arayışı mövcud idisə, 2019-cu il 7 may tarixli kassa məxaric orderini imzalayaraq, 60.412,34 manat məbləğdə pulu qəbul etməsini də izah və əsaslandıra bilməmişdir. Hər iki, yəni həm 2019-cu il 7 may tarixli maliyyə arayışının, həm də 2019-cu il 7 may tarixli kassa məxa ric orderinin ortaq cəhətləri bundan ibarətdir ki, həmin məbləğdə pullar iddiaçıya ödənilmişdir, birində mənzilin borcundan azaldılmaqla, digərində nağd qaydada. Bu mənada, birinci instansiya məhkəməsinin mötəbərliyi hətta iddiaçı tərəfindən mübahisə edilməyən adıçəkilən kassa məxaric orderlərinə münasibətdə “Lakin orderlər cavabdeh tərəfindən təsdiq edilməmişdir.” məzmunda mövqeyi qanunsuz və əsassız olmuşdur. 32. 2018-ci il 12 noyabr tarixli aktdan isə aydın olur ki, tərəflər arasında 2018-ci il 6 yanvar tarixli 331/18 nömrəli, 2018-ci il 6 yanvar tarixli x nömrəli və 2018-ci il 10 noyabr tarixli xxnömrəli podrat müqavilələri də bağlanmış, həmin müqavilələr üzrə borclar 3 ədəd ikiotaqlı mənzillə əvəzləşdirilmiş, bundan əlavə, cavabdeh 95.327 manat nağd ödəniş etmiş, nəticədə 11.819 manat artıq ödəniş olmuşdur. 33. 2018-ci il 12 noyabr tarixli aktdan irəli gələn nəticəyə görə, hazırkı iddianın əsası kimi çıxış edən 2018-ci il ** tarixli podrat müqaviləsindən sonra da tərəflər arasında 2018ci il 10 noyabr tarixli podrat müqaviləsi bağlanmış və həmin müqavilə icra olunmuşdur ki, 2018-ci il 10 noyabr tarixli podrat müqaviləsi icra olunub, mübahisə yaratmadığı halda, ondan əvvəl bağlanmış 2018-ci il ** tarixli podrat müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilməməsi ağlabatan və inandırıcı deyil.

34. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 399.1, 442, 752.1, 753.1-ci, MPM-in 14.2, 53, 77.1, 80, 106.1, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsini n apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair”, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” qərarlarına istinad etməklə əsaslandırmışdır.

35. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 aprel tarixli 2-2(102)-188/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəmə sinin Kommersiya Kollegiyasının 2022-ci il 14 noyabr tarixli 2-2(103)-932/2022 saylı qətnaməsi qismən-iddia tələbinin 56.960 manatın ödənilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir (sədrlik edən-məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və Ə.Əliyev).

37. Məhkəmə aktının ləğv edilən hissəsində kassaiya instansiyası məşkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 2018-ci il ** tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və Təhvil-təslim aktı əsasında təhvil verilən işlərə görə cavabdeh tərəfdən 2019-cu il 28 mart və 7 may tarixlərində 63.217 manat ödənildiyi və cavabdehin iddiaçıya borcunun qalmadığı halda, hansı səbəblərdən bundan cəmi 1 ay yarım müddət keçdikdən sonra sözügedən 2019-cu il *** tarix li alqı-satqı müqaviləsinin bağlanıldığı və 2018-ci il ** tarixli Podrat müqaviləsi üzrə iddiaçı tərəfindən təhvil verilən işlərin dəyərinin iddiaçıya təqdim ediləcək mənzilin dəyərinə yönləndirilməsinin razılaşdırıldığı anlaşılan deyildir.

38. Həmçinin nəzərə alınmalıdır ki, işin materiallarına əsasən, birinci instansiya məhkəməsinin 2022-ci il 19 iyul tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsinin verdiyi izahatdan məlum olur ki, iddiaçı işə başlamamışdan əvvəl adına mənzil keçirilməsini istəyirdi, cavabdeh də görüləcək işlərin müqabilində ona mənzil veriləcəyini və ya satılıb həmin mənzilin dəyərinin ödəniləcəyini bildirirdi, iş görüldükdən sonra mənzil istəmədiyini, mənzilin satılıb pulunun ödənməsini istədiyini bildirir və mənzil satılıb pulu qarşı tərəf ödənilir (i/v 111).

39. Göründüyü kimi, cavabdeh iddiaçının gördüyü işlərin haqqını nağd qaydada deyil, şərtləşdirilmiş mənzil satılaraq dəyərini iddiaçıya ödəməklə həyata keçirdiyini bildirmişdir.

40. O da qeyd olunmalıdır ki, elə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin özündən də məlum olur ki, iddiaçının istinad etdiyi 2019-cu il 7 may tarixli maliyyə arayışında ödənişin 368 nömrəli mənzillə bağlı həyata keçirildiyi göstərilmişdir. Halbuki 2019-cu il *** tarixli alqı-satqı müqaviləsi 368 nömrəli deyil, 333 nömrəli mənzillə əlaqədar bağlanmışdır.

41. Bu baxımdan, iddiaçıya cəmi 63.217 manat vəsaitin ödənilməsini nəzərdə tutan 2019-cu il 28 mart və 2019-cu il 7 may tarixli kassa məxaric orderlərinə hüquqi qiymət verərkən sözügedən xüsusatların da nəzərə alınması vacibdir. Belə ki, apellyasiya instan siyası məhkəməsinin qətnaməsindən işin həmin halları arasında əlaqəli təhlilin aparılması görünmür.

42. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin 56.960 manat məbləğində olan hissəsi ilə bağlı nəticəyə gələrkən MPM-in sübutların qiymətləndirilməsinə dair 88-ci maddəsinin tələblərini pozmuşdur.

43. Bununla belə, məhkəmə, apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin 15.000 manat məbləğində olan hissəsi ilə bağlı mövqeyini MPM-in 217.1-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı hesab etmişdir.

44. Həmin mövqe ondan ibarət olmuşdur ki, 2019-cu il *** tarixli mənzilin alqı-satqı müqaviləsi qüvvədədir, tərəflər üçün məcburilik ifadə edir, iddiaçı müqavilənin qanuniliyini mübahisə etmir, 15.000 manat məbləğdə pulun qaytarılmasını müqavilənin hər hansı şərtinin pozulm ası ilə yox, 2018-ci il ** tarixli podrat müqaviləsi üzrə ona ödənilməyən borc məbləği ilə əsaslandırır. İddia 15.000 manat pul tələbi hissədə həmin məbləğ iddiaçıya ödənildiyi üçün əsassızdır. Əgər iddiaçı hesab edirsə ki, 15.000 manat mənzilin alqı-satqı müqaviləsinə zidd olaraq 333 nömrəli mənzilin dəyərinə yönləndirilib silinmişdir, o halda o, adıçəkilən müqaviləni mübahisələndirmək yolu ilə hüquqlarının məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Güman olunsa ki, 15.000 manat pul tələbi hissədə iddianın faktiki əsasını mənzilin alqı-satqı müqaviləsi yox, podrat müqaviləsi təşkil edir, o halda iddia eyni hissədə həmin məbləğin iddiaçıya ödənildiyi sübuta yetirildiyi üçün əsassız olacaq.

45. Kassasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 399.1, 442, 752.1, 753.1-ci, MPM-in 1 4.2, 76, 77.1, 88, 217.1, 416-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

46. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyul tarixli 2-2(103)-549/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- 56.960 manat pul tələbinin təmin olunması hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin olunaraq, cavabdehdən 1.097 manat pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edənməruzəçi hakim A.İsgəndərov, hakimlər V.Sadıqov və M.Rüstəmli).

47. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarında şərh olunan göstərişlərlə bağlı qeyd etmişdir ki, iddiaçıya cəmi 63.217 manat vəsaitin ödənilməsini nəzərdə t utan 2019-cu il 28 mart və 2019-cu il 7 may tarixli kassa məxaric orderlərinin hazırkı iş üzrə iddia tələbinə hər hansı aidiyyəti yoxdur. Həmin məbləğ əvvəl görülmüş işlərin dəyəri olub və bu məbləğ tərəflər arasında 368 saylı mənzilə dair bağlanmış müqavilə üzrə mənzilin dəyərinin ödənilməsinə yönəldilib və silinib. Bununla bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur. Belə ki, iddiaçı da həmin məbləğin onun tərəfindən alındığını (mənzilin dəyərindən silinməklə) təsdiq etmişdir. Eləcə də, bu hal cavabdehin verdiyi 2019-cu il 7 may tarixli maliyyə arayışı ilə təsdiq olunur (i.v.187, 207).

48. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış 2018-ci il ** tarixli podrat müqaviləsi və onun təminatı qismində 333 saylı mənzilə görə bağla**cu il *** tarixli müqavilə əsasında yaranmışdır. 2018-ci il ** tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən yerinə yetirilən və Təhvil-təslim a**da təhvil verilən işlərin dəyərinin bu Müqavilə üzrə iddiaçıya təqdim ediləcək mənzilin dəyərinə yönləndiriləcəkdir. İşlərin dəyəri bu müqavilə üzrə təqdim edilən mənzilin dəyərinin tam ödənilməsinə kifayət etmədiyi halda, iddiaçı əksik məbləği cavabdehə mənzil təhvil-təslim aktı əsasında ona təqdim edilənə kimi tam ödəyir.

49. Beləliklə, tərəflər 2018-ci il ** tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təs**sasında təhvil verilən işlərin dəyərinin mənzilin dəyərinə yönləndirilməsini şərtləşdirmişlər.

50. Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada gördüyü işlərin dəyərinin ödənilmədiyinə və ona mənzil verilmədi yinə istinad edərək görülmüş işlərə görə 56.960 manat pul tələb edir. İddiaçı tələbin hüquqi əsası kimi MM-in 752.1, 762, 766-cı maddələrinə istinad etmiş və sübut qismində məhkəməyə sözügedən podrat müqaviləsini, ona əlavələri, icra aktlarını təqdim etmişdir.

51. Cavabdeh isə işlərin qüsurlu olduğunu, lazımi keyfiyyətdə yerinə yetirilmədiyini, qüsurların aradan qaldırılması üçün başqa podratçı ilə müqavilə bağladıqlarını, buna görə həmin podratçıya 55.863,36 manat pul ödədiklərini, həmin pulun ödənilməsi üçün iddiaçıya pretenziya ünvanladıqlarını, yalnız bundan sonra iddiaçının hazırkı tələblə onları qabaqlayaraq məhkəməyə müraciət etdiyini bildirmişdir. Cavabdeh iddiaya etirazın əsası kimi digər podratçı "xxxx" MMC ilə bağlanmış xidmət müqaviləsini, işlərin görülməsinə dair aktları və ka ssa məxaric orderlərini təqdim etmişdir. Cavabdeh həmçinin, iddiaçı tərəfindən görülən işlərin qüsurlu olması barədə aktları və qüsurların aradan qaldırılmasına xərclənmiş 55.863 manat pulun ödənilməsi barədə iddiaçıya göndərilmiş 2021-ci il 9 fevral tarixli pretenziya məktubunun surətini təqdim etmişdir.

52. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal-işlərin iddiaçı tərəfindən qüsurlu icra edilib-edilməməsi, cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya görülmüş işlərin dəyərinin ödənilməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir.

53. Hazırkı işdə iddiaçının dəlillərinə etiraz olaraq cavabdeh tərəfindən iddiaçı tərəfindən görülmüş işlərin fotoşəkilləri təqdim edilmişdir. Fotoşəkillərdən də görünür ki, mənzildə işlər tam yekunlaşdırılmamış, xətlər açıq saxlanılmış, üzəri örtülməmiş, hamarlanmamışdır.

54. İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında 333 saylı mənzildə işləri 2020ci ilin təxminən noyabr-dekabr aylarında yekunlaşdırdığını və təhvil verdiyini bildirmişdir. Lakin onun təqdim etdiyi təhvil-təslim aktlarının heç biri cavabdeh müəssisənin rəhbəri tərəfindən təsdiq olunmamışdır.

55. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış 2020-ci il * tarixli xsaylı xidmət müqaviləsindən görünür ki, cavabdeh sözügedən ünvanda inşa edilən “Komfort” yaşayış kompleksinə məxsus binaların icraçının öz təqdim etdiyi materiallar ilə təmir-təchiz etmə xidməti göstərilməsini öhdəsinə götürmüşdür. 56. 2020-ci il 23 sentyabr tarixli kassa məxaric orderindən görünür ki, Teymu r Səmədova ("xxxx" MMC-nin direktoru) 35.863 manat, 2020-ci il 13 noyabr tarixli kassa məxaric orderinə əsasən 10.000 manat, 2020-ci il 20 noyabr tarixli kassa məxaric orderinə əsasən 10.000 manat pul ödənilmişdir.

57. Cavabdeh qüsurların aradan qaldırılması üçün cəmi 55.863 manat vəsait sərf etdiyini bildirərək MMC-yə vurulmuş zərərin əvəzi olaraq həmin pulu iddiaçıdan tələb etmiş və 2021-ci il 9 fevral tarixində iddiaçıya pretenziya ünvanlamışdır. İddiaçı isə bundan 1 il 1 ay sonra 2022-ci il 30 mart tarixində hazıkı iddia ilə məhkəməyə müraciət etmişdir.

58. İşin yeni apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı sifarişi qüsurlu icra etmiş, qüsurların aradan qaldırılması üçün hər hansı tədbir görməmiş, bu səbəbdən cavabdeh qüsurların aradan qaldırılması üçün başqa podratçı i lə müqavilə bağlamış və həmin işlərin görülməsi üçün sonuncuya 55.863 manat vəsait ödəmişdir.

59. Apellyasiya instaniyası məhkəməsi iddia tələbinin 56.960 manat olduğunu, cavabdeh tərəfindən qüsurların aradan qaldırılmasına 55.863 manat vəsait sərf olunduğunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, tələb olunan məbləğdən qüsurların aradan qaldırılması üçün çəkilmiş xərc məbləği çıxılmaqla cavabdehdən iddiaçının xeyrinə 1.097 manat pul tutulmalıdır.

60. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 752.1, 753.1-ci, MPM-in 77.1, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

61. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və cavabdehdən iddiaçının xeyrinə 56.960 manat pulun tutulmasına dair yeni qərar qəbul olunması xahiş edilmişdir. Ka ssasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

62. MM-in 21.1-ci maddəsinin tələbi pozulmuşdur-apellyasiya məhkəməsi qətnaməsində cavabdeh tərəfindən qüsurların aradan qaldırılmasına 55.863 manat vəsait sərf olunduğunu nəzərə alaraq tələb olunan 56.960 manat vəsaitdən qüsurların aradan qaldırılması üçün çəkilmiş xərc məbləği çıxılmaqla cavabdehdən iddiaçının xeyrinə 1.097 manat pulun tutulması qənaətinə gəlmişdir. Bununla da bir daha sübut olunur ki, iddiaçı tərəfindən cavabdeh üçün müqavilə üzrə nəzərdə tutulmuş işlər, o cümlədən mübahisəli 56.960 manatlıq iş görülmüşdür. Lakin, məhkəmə qeyd etmişdir ki, görülən işlər qüsurlu olmuş, ona görə də 56.960 manat deyil, 1.097 manat pul vəsaiti tutulur. Görülən işlərin qüsurlu olması ilə bağlı kassator bil dirir ki, iddiaçıya verilməli olan 56.960 manat işçiliyin (xidmətin) dəyəridir, onun tərəfindən görülmüş işlər yüksək keyfiyyətlə həyata keçirilmişdir, iş prosesi zamanı və ondan sonra heç bir etiraz daxil olmamaşdır. Lakin iddiaçı bu işləri razılaşmaya görə öz malları, materialı ilə deyil, cavabdehin təqdim etdiyi materiallarla görmüşdür, ortada qüsurlu iş vardırsa, bu iddiaçının işi ilə bağlı deyil, cavabdehin iddiaçıya təqdim etdiyi materiallarla bağlı ola bilər. Qüsurların işin icrası ilə əlaqəli olması ilə bağlı cavabdeh tərəfindən sübut təqdim edilməmişdir, cavabdeh məhkəmə iclaslarında gah işə görə pulun ödənildiyini, gah da işin görülmədiyini iddia etmişdir. Məhkəmə daha az miqdarda pul məbləği tutmaqla qeyd olunan maddənin tələbini pozmuşdur.

63. MM-nin 767.2-ci maddəsinin tələb i pozulmuşdur - hazırkı iş üzrə sifarişçi cavabdehin materialları ilə işləyən podratçı iddiaçının həmin materiallardan yanlış istifadə etməsinə dair heç bir dəlil, sübut gətirilməyib, cavabdeh iddiaçının işinin keyfiyyətsiz olduğunu qeyd etsə də, bu keyfiyyətsizliyin nədən ibarət olmasını heç bir vaxt əsaslandıra bilməyib. Bu baxımdan işin qüsurlu olması nəticəsinə gəlinməsi və iddiaçının gördüyü işlərin dəyərinin tam tutulmaması nəticəsində məhkəmə qeyd olunan maddənin tələbini pozmuşdur.

64. MPM-nin 77.1-ci maddəsinin tələblərini pozmuşdur-2018-ci il 10 oktyabr tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim a**da təhvil verilən işlərin dəyərinin bu müqavilə üzrə iddiaçıya təqdim ediləcək mənzilin dəyərinə yönləndirilməsi qeyd edilmişdir. İddiaçı tərəfin mü qavilə üzrə nəzərdə tutulan öhdəliklərini tam şəkildə yerinə yetirilməsinə baxmayaraq cavabdeh tərəfindən qeyd olunan mənzil təqdim edilməmiş, yaxud da müqavilə üzrə görülmüş işlərin 56.960 manat hissəsinin dəyəri ödənilməmişdir. Cavabdeh tərəf işin qüsurlu olduğunu qeyd etsə də bu qüsurun iddiaçının gördüyü işlə bağlı olmasını sübuta yetirə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

65. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

66. İddiaçı kassaiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin olunmamış hissəsində yoxlanılacaqdır.

67. Kassasiya i nstansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

68. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstər məli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla i cra edilməsi) başa düşülür.” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....”

69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakıla r nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə v əzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

70. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 71. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

72. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmə aparılmasını zəruri hesab edir.

73. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirən cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən görülmüş podrat işlərinin dəyərinin cavabdeh tərəfindən tam ödənilməsinə, cavabdehin iddiaçıya podrat müqaviləsi üzrə borcunun olmamasına, qeyd edilən halların 2019-cu il 28 mart, 2019-cu il 7 may və 2020-ci il 29 aprel tarixli kassa məxaric orderləri ilə təsdiq olunduğuna istinad etmişdir. Ba şqa sözlə, şikayətin dəliləri əsasən iddia olunan pulun cavabdeh tərəfindən qeyd olunan ödəniş sənədlərinə əsasən ödənilməsi barədə olmuşdur.

74. Baxılan iş üzrə kassasiya instansyası məhkəməsinin əvvəlki qərarında şərh olunan göstərişləri əsasında araşdırma aparan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya cəmi 63.217 manat vəsaitin ödənilməsini nəzərdə tutan 2019-cu il 28 mart və 2019-cu il 7 may tarixli kassa məxaric orderlərinin hazırkı iş üzrə iddia tələbinə hər hansı aidiyyəti olmamış, həmin məbləğ əvvəl görülmüş işlərin dəyəri olmaqla tərəflər arasında 368 saylı mənzilə dair bağlanmış müqavilə üzrə mənzilin dəyərinin ödənilməsinə yönəldilərək silinmişdir.

75. Bundan başqa, cavabdeh apellyasiya şikayətində ümumi ifadələrlə iddiaçı tərəfindən görülmüş podrat işlərinin qüsurl u olmasına, ev sahiblərinin şikayət etmələrinə, evlərin döşəmələrində problemlər olduğuna və həmin problemlərin başqa şirkət vasitəsilə aradan qaldırılmasına istinad etmişdir. Lakin işin birinci apellyasiya baxışı zamanı bu iddiaçı tərəfindən yerinə yetirilmiş işlərin qüsurla yerinə yetiilməsinə dair mötəbər sübutları MPM-nin 373-ci maddəsinin tələblərinə əməl edilməklə təqdim olunması işin materiallarından müəyyən edilmir.

76. Yeni apellyasiya baxışı zamanı isə podrat təmir işlərinin keyfiyyəti ilə bağlı 2021-ci il 4 yanvar tarixli aktlar, qüsurlu podrat işlərinin nəticələrinin aradan qaldırılması ilə bağlı çəkilmiş xərclərə dair 2021-ci il 2 fevral tarixli akt və bu xərclərin ödənilməsinə dair cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2021-ci il 9 fevral tarixli pretenziya məktubu, “tama mlama işlərində əlavə xərclərin hesabatı” adlı cədvəl və fotoşəkillər, "xxxx" MMC ilə arasında bağlanmış 2020-ci il 21 avqust tarixli xidmət müqaviləsi və həmin müqavilə üzrə ödənişlərə dair kassa məxaric orderlərini təqdim etmişdir.

77. İşə yenidən apellyasiya qaydasında baxan məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş bu sübutlara istinadən belə qənaətə gəlmişdir ki, iddiaçı sifarişi qüsurlu icra etmiş, qüsurların aradan qaldırılması üçün hər hansı tədbir görməmiş, bu səbəbdən cavabdeh qüsurların aradan qaldırılması üçün başqa podratçı ilə müqavilə bağlamış və həmin işlərin görülməsi üçün sonuncuya 55.863 manat vəsait ödəmişdir. Odur ki, iddiaçı tərəfindən tələb olunan məbləğdən qüsurların aradan qaldırılmasına sərf olunmuş vəsait çıxılmalıdır.

78. Mülki prosessual qanunvericiliyin təl əbləri baxımından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim edilməsi üçün həmin sübutların işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim edilməsi imkanının olmamasının sübut edilməsi vacibdir.

79. Məhkəmə kollegiyası nəzərə alır ki, 2021-ci il 4 yanvar və 2021-ci il 2 fevral tarixli aktlar, 2021-ci il 9 fevral tarixli pretenziya məktubu və fotoşəkillər birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edilsə də, "xxxx" MMC ilə cav abdeh arasında bağlanmış 2020-ci il 21 avqust tarixli xidmət müqaviləsi və həmin müqavilə üzrə ödənişlərə dair kassa məxaric orderləri ilk dəfə işin yeni apellyasiya baxışı zamanı təqdim edilmişdir.

80. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-nin 372.2-ci maddəsi)

81. İşin ikinci apellyasiya baxışı zamanı yeni sübutlar təqdim edən cavabdeh tərəfindən, həmin sübutların təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmasa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qiymətləndirilməklə, MPM-nin 372.2-c i maddəsinin tələbləri pozulmuşdur.

82. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qüsurlu icra barədə gəldiyi nəticə tərəflər arasındakı müqavilə şərtlərinə və MM-nin podratın nəticələri qüsurlu olduqda əlavə icra tələbini tənzimləyən 763.1-ci maddəsinin tələblərinə uyğun olmamışdır.

83. Belə ki, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər (MM-nin 763.1-ci maddəsi).

84. Həmçinin tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli podrat müqaviləsinin 3.3-cü bəndinin şərtinə əsasən, əgər podratçı yekun**slim aktı imzalandığı tarixdən etibarən 12 ay ərzində onun təqsiri səbəbindən yaranmış qüsurları öz hesabına sifarişçi tərə findən təyin edilmiş ağlabatan müddətdə aradan qaldırmazsa, sifarişçi müqavilənin 3.2.1-ci bəndində göstərilən toplanmış məbləğdən, yaranmış qüsurları öz qüvvəsi ilə və ya üçüncü şəxsləri cəlb etməklə aradan qaldırılması hüququna malikdir. Digər tərəfdən mülki qanunvericilik də qüsurlu icranın nəticələrinin aradan qaldırılması üçün podratçıya əlavə icra müddəti müəyyənləşdirilməsi tələbini nəzərdə tutur. 85. 2018-ci il 10 oktyabr tarixli müqavilə üzrə iddiaçı tərəfindən görülmüş podrat işlərinin 2019-cu ilin **dək təhvil verilməsi işin mübahisələndirilməyən halıdır. Odur ki, tərəflər arasındakı müqavilənin yuxarıda qeyd edilən şərti baxımından iddiaçı 2019-cu ilin iyun ayından etibarən 12 ay ərzində onun təqsiri səbəbindən yaranmış qüsurları cavabdeh tərəfindən təyin edilmiş müddət ərzində aradan qaldırmalı, cavabdeh tərəfindən müəyyən edilmiş müddət ərzində qüsurlar aradan qaldırılmadığı halda, sonuncu qüsurları öz qüvvəsi ilə və ya üçüncü şəxsləri cəlb etməklə aradan qaldırmaq hüququna malik olmuşdur.

86. Baxılan iş üzrə isə iddiaçı tərəfindən işlər təhvil verildikdən sonra 12 ay ərzində cavabdeh tərəfindən görülmüş podrat işlərinin qüsurları barədə iddiaçıya qarşı pretenziya irəli sürülməsi, qüsurların aradan qaldırılması ilə bağlı MM-nin 763.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada əlavə icra üçün müddətin müəyyənləşdirilməsi müəyyən olunmur.

87. İddiaçıya ünvanlanmış 2021-ci il 9 fevral tarixli pretenziya məktubunda da qüsurların aradan qaldırılması ilə bağlı iddiaçıya müraciət edilməsi, bunun üçün müddət müəyyən edilməsinə istinad olunmadan, qüsurların aradan qaldır ılması üçün artıq cavabdeh tərəfindən çəkilmiş xərclərin ödənilməsi ilə bağlı şifahi xəbərdarlıqlar edilməsi göstərilmişdir.

88. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən 55.863 manat pul vəsaitinin tutulması tələbinə işin müəyyən edilmiş faktiki halları, tərəflər arasında bağlanmış müqavilə şərtləri və mülki qanunvericiliyin podrat münasibətlərini tənzimləyən normalarının tələblərinə uyğun olaraq yenidən qiymət verilməlidir. 89. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiy a məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır” (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli qərarı).

90. «…qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).

91. Məhkəmə kollegiyası həmçinin qeyd edilməsini zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsində birinci instaniya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddianın həmin hissədə qismən təmin olunduğu göstərilsə də, iddianın təmin olunmayan hissəsi konkret göstərilməmiş, bununla da, MPM-nin 220.5ci maddəsi pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi əks olunmalıdır.

92. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə qismən-iddiaçının cavabdehdən 55.863 manat pul vəsaitinin tutulması tələbinin təmin edilmədiyi hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

93. MPM-in 416-419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyul tarixli, 22(103)-549/2023 saylı qətnaməsi qismən-iddiaçının cavabdehdən 55.863 manat pul vəsaitinin tutulması tələbinin təmin edilmədiyi hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar