Məhkəmə qərarları › İş №2-2(102)-616/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-616/2025

15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-616/2025 15.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya baxışından çıxarılma, kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslər kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etdikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdehə qarşı “pul vəsaitinin tutulması və əmlakının qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 iyun tarixli 2-2(103)-395/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılarkən müəyyən etdi İş üzrə məhkəmə icraatı

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 17 mart tarixli podrat müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən yerinə yetirilmiş faktiki işlərin qalıq dəyəri olan ƏDV daxil 1.194.727 manat vəsaitin, ilkin mediasiya sessiyasında iştirak üçün və dövlət rüsumu kimi ödənilmiş cəmi 1.387,36 manat vəsaitin, ümumilikdə isə 1.196.114,36 manatın cavabdehdən alınıb ona ödənilməsi, habelə tərəfindən tikinti sahəsinə gətirilmiş və heç bir əsas olmadan həmin tikinti sahəsindən çıxarılmasına maneçilik törədilən tikinti ofis konteynerlərinin və texnikanın, 10.000 ədəd cilov və 150 kub metr t axtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınaraq tikinti sahəsinə gətirilən 9 ton armaturun iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 23 dekabr tarixli e-2-2(113)-23/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən görülmüş işlərin dəyəri olaraq ƏDV-siz 486.120,64 manat və dövlət rüsumunun əvəzi olaraq 564,50 manat olmaqla, cəmi 486.685,14 manatın alınıb iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – Z.Axundova).

3. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh apellyasiya şikayəti verər ək həmin qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 iyun tarixli 2-2(103)-395/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmışdır (tikinti sahəsinə gətirilmiş və heç bir əsas olmadan həmin tikinti sahəsindən çıxarılmasına maneçilik törədilən tikinti ofis konteynerlərinin və texnikanın, 10.000 ədəd cilov və 150 kubmetr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınaraq tikinti sahəsinə gətirilən 9 ton armaturun iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə işin icraatına müvafiq qərardadla xitam verildiyi nəzərə alınmaqla). İddiaçının cavabdehə qarşı “2020-ci il 17 mart tarixli podrat müqaviləsinə uyğun olaraq yerinə yetirilmiş faktiki işlərin qalıq dəyəri olan vəsaitin, ilkin mediasiya sessiyasında iştirak üçün və dövlət rüsumu kimi ödənilmiş vəsaitin cavabdehdən alınıb ona ödənilməsi” tələbləri qismən təmin edilmişdir. Cavabdehdən 505.723,40 manat əlavə dəyər vergisi (ƏDV) olmaqla 681.827,04, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 1.387,36 manat, ümumilikdə 683.214,40 manat məbləğində pul vəsaiti tutulub iddiaçıya ödənilməsi, həmin iddia tələbinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir (sədrlik edən – E.Həsənov, hakimlər – T.Mahmudova və Z.Şirinov).

6. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul olunma sı xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyun tarixli 2-2(103)-395/2025 nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – E.Həsənov, hakimlər – T.Mahmudova və Z.Şirinov).

8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MPM-in 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti qanunla müəyyən olunmuş formada verilməlidir (Əlavə 3). Lakin cavabdehin şikayəti bu formaya uyğun tərtib edilməmişdir. Bundan əlavə, şikayətdə hansı maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi göstərilməmiş, onların pozuntusuna dair əsaslandırılmış izah verilməmişdir.

9. Həmçinin iddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv, iddianın tam təmin edilm əsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2025-ci il 15 avqust tarixli 2-2(102)616/2025 nömrəli qərardadı ilə iddiaçının kassasiya şikayəti icraata qəbul olunmuşdur. 11. 2025-ci il 4 sentyabr tarixində Ali Məhkəməyə Bakı Apellyasiya Məhkəməsindən məktub daxil olmuş, məktubda məhkəməyə cavabdehin nümayəndəsi tərəfindən daxil olan kassasiya şikayətinə və müddətin bərpası barədə ərizəyə münasibət bildirilməsi zərurəti yarandığı bildirilmiş və kommersiya işinin apellyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir....” “Maddə

406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir....” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbu l olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 iyun tarixli 2-2(103)-395/2025 nömrəli qətnaməsindən kassasiya şikayətini və kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə ərizəni apellyasiya instansiyası məhkəməsinə iddiaçının həmin qətnamədən kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Ali Məhkəmənin qərardadı çıxarıldıqdan sonra (2025-ci il 5 sentyabr tarixində) elektron kabinet vasitəsilə göndərmişdir.

14. MPM -in 133.1 və 133.2-ci maddələrinin (bax § 12) mənasına görə, kassasiya şikayətini verilmə müddətinin bərpası barədə ərizə, kassasiya şikayəti prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə, yəni apellyasiya instansiyası məhkəməsinə verilir. Eyni zamanda, MPM-in 406-cı maddəsinə (bax § 12) müvafiq olaraq, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

15. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 417.1 və 417.1.7-ci maddələrinin (bax § 12) məzmununa görə, kassasiya şikayəti kassasiya məhkəməsinin icraatına qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etdiyi müəyyən edilərsə, kassasiya məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır.

16. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə ərizəsinə münasibət bildirilməsi və kassasiya şikayətinin mümkünlüyü ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərin yoxlanılması, nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməklə iş kassasiya baxışından çıxarılmalı və apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

17. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 417.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 iyun tarixli 22(1 03)-395/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2025-ci il 15 avqust tarixli 2-2(102)-616/2025 nömrəli qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 iyun tarixli 22(103)-395/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilən buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması və kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün kommersiya mübahisəsi üzrə iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar