Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-622/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MTK-nın Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə borc tələbi, avadanlıqların geri qaytarılması 19.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin iddiası, Cavabdeh MMC-nin İddiaçı MTK-ya qarşı “avadanlıqların geri qaytarılması və pul” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli 2-2(103)-58/2022 saylı qətnaməsindən ilkin iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 4 mart tarixdə İddiaçı MTK (bundan sonra – “MTK”) ilə Cavabdeh MMC (bundan sonra – “MMC”) arasında PKCHR-CA-001/2019 nömrəli podrat müqaviləsi (bundan sonra - “podrat müqaviləsi”) bağlanmışdır. Müqaviləyə əsasən podratçı sifarişçinin tələb etdiyi qaydada, sifarişçinin təsdiq və ya təqdim etdiyi layihəyə uyğun olaraq qiymətlərin və xidmətlərin razılaşma protokolunda qeyd olunan işləri yerinə yetirməyi, işi tam başa çatdırmağı və sifarişçiyə hazır vəziyyətdə, keyfiyyətli şəkildə, tikinti norma və qaydalarına ciddi riayət etməklə, bu tələblərə cavab verəcək formada təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işlərin müqabilində bu müqavilədə razılaşdırılmış şərtlər əsasında müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə görə müqavilə üzrə ümumi məbləğ ƏDV xaric 6.500.000 manat təşkil edir və bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrində nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Müqavilənin 2.2-ci bəndinə görə tərəflər arasındakı razılaşmaya əsasən ödəmələr Forma-2 və Forma-3lərə əsasən həyata keçiriləcəkdir.
2. Həmin podrat müqaviləsinə “Qiymətlərin və Xidmətlərin Razılaşma Protokolu” adlanan 1 saylı Əlavədən görünür ki, qazıntı işləri – 110.000 manat, qırmadaş sərilməsi və kipləşdirilməsi – 10.000 manat, bünövrə altında olan izolyasiya işləri – 115.000 manat və dəmir, beton və qəlib işləri – 6.265.000 manat olmaqla, ümumilikdə 6.500.000 manat mü əyyən edilmişdir. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır.
3. Həmçinin digər 1 saylı Əlavənin surətindən görünür ki, işlərin dəyəri ümumilikdə 13.235.483 manat müəyyən edilmişdir. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmışdır. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri və müqavilə dəyəri nisbi xarakter daşıyır və faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır.
4. X6 (icarəyə verən) ilə MMC (icarəçi) arasında bağlanmış 2019-cu il 15 iyun tarixli 15R saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən müqavilənin “X1” adlanan 1 saylı əlavəsində qeyd olunmuş malları bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə verməyi, icarəçi isə həmin malları bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında müqaviləyə əlavədə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.
5. Barış Demir (icarəyə verən) ilə MMC (icarəçi) arasında bağlanmış 2019-cu il 1 may tarixli 01/19-05 saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən müqavilənin “X1” adlanan 1 saylı əlavəsində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında müqaviləyə əlavələrdə göstər ilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 36, qeyri yaşayış sahəsinin yerləşdiyi 0,8358 ha torpaq sahəsi 2022-ci il 12 mart tarixədək MTK-nın xeyrinə yüklü edilmiş və 2019-cu il 19 mart tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 8001 nömrəli vərəqində qeydiyyata alınmışdır.
7. Tərəflərin nümayəndələri tərəfindən eyni dövrü əhatə edən, sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş, təkcə sifarişçinin imzası və podratçının imzas ı və möhürü ilə təsdiqlənmiş, eyni zamanda təkcə podratçının imzası və möhürü olan 2 saylı formalar, həmçinin 3 saylı formalar təqdim edilmişdir. 8. 2019-cu il 23 aprel tarixli N 01 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə MTK tərəfindən MMC-nin hesabına 110.000 manat məbləğində pul ödənilmişdir. 9. 2019-cu il 23 aprel tarixli N 01/1 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə MTK tərəfindən MMC-nin hesabına 19.800 manat məbləğində pul ödənilmişdir. 10. 2019-cu il 7 may tarixli N 02 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə MTK tərəfindən MMC-nin hesabına 100.000 manat məbləğində pul ödənilmişdir. 11. 2019-cu il 7 may tarixli N 02 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə MTK tərəfindən MMC-nin hesabına 86.217,96 ma nat məbləğində pul ödənilmişdir. 12. 2019-cu il 7 may tarixli N 02/1 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə MTK tərəfindən MMC-nin hesabına 15.519,23 manat məbləğində pul ödənilmişdir. 13. 2019-cu il 22 may tarixli N 03 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə MTK tərəfindən MMC-nin hesabına 84.427,48 manat məbləğində pul ödənilmişdir. 14. 2019-cu il 22 may tarixli N 03/1 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə MTK tərəfindən MMC-nin hesabına 15.196,95 manat məbləğində pul ödənilmişdir. 15. 2019-cu il 24 may tarixli N 05 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə MTK tərəfindən MMC-nin hesabına 50.000 manat məbləğində pul ödənilmişdir. 16. 2019-cu il 24 may tarixli N 05/1 nömrəli ödəniş tapşırığından görünür k i, qeyd olunan tarixdə MTK tərəfindən MMC-nin hesabına 9.000 manat məbləğində pul ödənilmişdir. 17. 2019-cu il 29 may tarixli N 04/1 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə MTK tərəfindən MMC-nin hesabına 18.000 manat məbləğində pul ödənilmişdir. 18. 2019-cu il 7 mart tarixli kassa məxaric orderindən görünür ki, Merve Çelikə 20.000 manat pul vəsaiti verilmişdir. 19. 2019-cu il 15 mart tarixli kassa məxaric orderindən görünür ki, Merve Çelikə 30.000 manat pul vəsaiti verilmişdir. 20. 2019-cu il 5 aprel tarixli kassa məxaric orderindən görünür ki, Barış Demirə 50.000 manat pul vəsaiti verilmişdir. 21. 2019-cu il 9 aprel tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 39.404 manat pul vəsaiti verilmişdir. 22. 2019-cu il 9 aprel tarixli kassa məxaric orderindən g örünür ki, Zəhra Demirə 17.000 manat pul vəsaiti verilmişdir. 23. 2019-cu il 19 aprel tarixli kassa məxaric orderindən görünür ki, Barış Demirə 30.000 manat pul vəsaiti verilmişdir. 24. 2019-cu il 23 aprel tarixli kassa məxaric orderindən görünür ki, Barış Demirə 20.000 manat pul vəsaiti verilmişdir. 25. 2019-cu il 26 aprel tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 30.000 manat pul vəsaiti verilmişdir. 26. 2019-cu il 3 may tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 20.000 manat pul vəsaiti verilmişdir. 27. 2019-cu il 10 may tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 20.000 manat pul vəsaiti verilmişdir. 28. 2019-cu il 14 may tarixli kassa məxaric orderindən görünür ki, Barış Demirə 55.000 manat pul vəsaiti verilmişdir. 29. 2019-cu il 21 may tar ixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 27.261 manat pul vəsaiti verilmişdir. 30. 2019-cu il 27 may tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 10.000 manat pul vəsaiti verilmişdir. 31. 2019-cu il 31 may tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 40.000 manat pul vəsaiti verilmişdir. 32. 2019-cu il 4 iyun tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 75.000 manat pul vəsaiti verilmişdir. 33. 2019-cu il 12 iyun tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 60.000 manat pul vəsaiti verilmişdir. 34. 2019-cu il 19 iyun tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 129.732 manat pul vəsaiti verilmişdir. 35. 2019-cu il 6 iyul tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 30.513 manat pul vəsaiti verilmi şdir.
36. MTK tərəfindən 2019-cu il 3 iyul tarixdə podrat müqaviləsinin ləğv edilməsinə dair bildiriş qaydasında xəbərdarlıqla MMC-yə müraciət edilərək bildirişdə qeyd olunan hallar və qanunverciliyin sadalanan normaları rəhbər tutularaq tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2019-cu il 18 iyul tarixdən ləğv ediləcəyi və tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam veriləcəyi bildirilmişdir.
37. MMC tərəfindən 2019-cu il 8 iyul tarixdə həmin bildirişə cavab olaraq pretenziya qaydasında xəbərdarlıqla MTK-ya müraciət edilərək, 2019-cu il 3 iyul tarixdə MMC-yə ünvanlanmış bildirişdə müqavilənin ləğvi üçün əsaslı səbəblərin olmadığı, podrat müqaviləsinin ləğv edilməsinin istənilmədiyi və müqavilənin davam etdirilməsi üçün MMC tərəfindən bütün səylərin göstərilməsi bildirilmişdir.
38. MTK tərəfindən 2019-cu il 15 iyul tarixdə pretenziya qaydasında xəbərdarlıqla MMC-yə müraciət edilərək borcun ödənilməsi və bir sıra digər tələblərin icrasının təmin olunması xahiş edilmiş, eyni zamanda pretenziyada qeyd olunan tələblərin icra edilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
39. MTK 2019-cu il 8 avqust tarixində MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə işlərin dəyəri ilə bağlı artıq ödənilmiş 185.131,42 manat, işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31.200 manat, müqavilənin cavabdehin onu əhəmiyyətli dərəcədə pozması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100.000 manat və ödənilmiş dövlət rüsümuna görə 30,40 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
40. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi ilə müəyyən olunan şərtlərə əsasən podratçı işləri sifarişçinin tələb etdiyi qaydada, onun təsdiq etdiyi və ya təqdim etdiyi layihəyə uyğun olaraq yerinə yetirməli və işi tam başa çatdıraraq, sifarişçiyə tam hazır vəziyyətdə, keyfiyyətli şəkildə, tikinti n orma və qaydalarına ciddi riayət etməklə bu tələblərə cavab verəcək formada təhvil verməlidir. Lakin, müqavilədə işə başlama tarixi kimi nəzərdə tutulan 2019-cu il 5 mart tarixdən 2019-cu il 1 iyul tarixədək ötən müddət ərzində podratçı tərəfindən müqavilə şərtlərinin bir sıra əhəmiyyətli dərəcədə pozulması hallarına yol verilmişdir. Belə ki: 1) Podratçı müqavilə ilə razılaşdırılmış iş qrafikinə əməl etməmiş, işləri iş proqramında göstərilən müddətlərdə başa çatdırmamış, tikinti işləri bilərəkdən və ya podratçının maliyyə çətinliyi səbəbindən gecikdirilmiş və vaxtında yerinə yetirilməmiş, iş proqramına əsasən F binasının zirzəmisinin (B1) döşəməsini və qeyriyaşayış sahəsinin (C0) döşəməsini cari ilin iyun ayının 15-dək, G blokunun qarajının (B1) döşəməsini və qeyri-yaşayış sahəsinin (C0) d öşəməsini isə iyun ayının 30-dək təhvil verməli olduğu halda, həmin işlər podratçı tərəfindən tamamlanmamış, 1 ay ərzində 2 blok üzrə (F və G) 2 mərtəbə təhvil verəcəyinə dair sənədə qol çəkilməsinə baxmayaraq, bir blokun 1 mərtəbəsini belə təhvil verə bilməmişdir. Gecikmə günləri 15 gündən artıq olmaqla, podratçının hazırkı vəziyyətdə işləri davam etdirə və vaxtında təhvil verə bilməyəcəyi aşkardır. Eyni zamanda podratçı tərəfindən işlərin aparılması üçün tələb olunan lazımi malmateriallar (xüsusilə qəlib materialları və onun aksessuarları, armatur) vaxtında sahəyə gətirilməmiş, dəmir konstruksiyaların yığılmasına görə tələb olunan armaturun alınması üçün sifarişçi tərəfindən avans ödənilməsinə rəğmən, podratçı öz öhdəsinə düşən armaturu da sahəyə vaxtında gətirməmişdir ki, bu da bilava sitə işlərin ləngiməsinə və yubanmasına gətirib çıxarmış, işçilərin faktiki işləmədiyi aşkar edilmişdir. Eləcə də beton qəlibləri söküldükdən sonra ciddi seqreqasiya halları müşahidə edilmişdir. Nəticədə podratçı tərəfindən müqavilənin 6.3-cü bəndinin tələbləri pozulmuşdur. 2) Podratçı tərəfindən müqavilənin 5 saylı Əlavəsində nəzərdə tutulan və tələb edilən digər zəruri sənədlər (iş sahəsinə təhkim olunan işçilərin sayı, ixtisas səviyyələri, ştat cədvəli, əmək müqavilələrinin surəti, iş yerində istifadə edilən nəqliyyat vasitəsi, texnika və avadanlıqların siyahısı, onların sığortası, sahəyə gətirilən materiallar barədə məlumat və s.) sifarişçiyə ya ümumiyyətlə, ya da vaxtında təqdim edilməmişdir. Nəticədə podratçı tərəfindən müqavilənin 7.1, 11.3, 13.2, 13.3 və 13.4-cü bəndlərinin tələblə ri pozulmuşdur. 3) Podratçı tərəfindən işə cəlb edilən yerli və əcnəbi işçi heyətinin sənədləşməsində, onların qeydiyyata alınmasında gecikmələr və uyğunsuzluqlar baş vermiş, qeydiyyatı (iş icazəsi) olmayan işçilərin tikinti ərazisinə buraxılması qadağan olduğu halda, dəfələrlə edilmiş xəbərdarlıqlara və yazılı göstərişlərə baxmayaraq, podratçı tərəfindən işçilərin müvafiq qeydiyyata alınmadan sahədə işə cəlb edildiyi müşahidə olunmuş, sifarişçinin məlumatı olmadan işçilər tikinti sahəsini özbaşına tərk etmiş, xarici vətəndaşlar iş icazəsi olmadan sahədə işə cəlb edilmişlər. Bundan başqa, sahədə aparılan işlərin həcmindən asılı olaraq işçi sayının artırılmasına ehtiyac yarandığı və işə əlavə işçilərin cəlb olunmasının tələb edildiyi hallarda podratçı iş həcminə uyğun şəkildə ixtisaslı işçi lərin sahəyə təhkim edilməsini təmin etməmiş, həmçinin sahədə tikinti-quraşdırma işlərini həyata keçirən işçilərin qeyri-peşəkarlığı, bacarıqsızlığı və işi mükəmməl bilməməsi müşahidə edilmişdir ki, bu da öz növbəsində işlərin ləngiməsinə və tikinti tempinə öz mənfi təsirini göstərmişdir. Nəticədə podratçı tərəfindən Müqavilənin 13.4, 13.5, 13.7, 13.8 və 16.4-cü bəndlərinin tələbləri pozulmuşdur. 4) Podratçı sifarişçi tərəfindən verilmiş tapşırıqlara, yazılı və şifahi şəkildə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, sağlamlıq, əməyin təhlükəsizliyi və əməyin mühafizəsi (SƏTƏM) ilə bağlı tələblərə riayət etməmiş, işçilərinin sağlamlığı ilə bağlı tələb olunan arayışlar sifarişçiyə təqdim edilməmiş, işçilərin qidalanması və yuyunması üçün lazımi şərait yaratmalı olduğu halda, 3 ay müddət keçməsinə baxmayaraq, bu işləri təşkil etməmiş və ya yarımçıq təşkil etmiş, təhlükəsizlik tədbirləri lazımınca görülməmişdir. Nəticədə podratçı tərəfindən Müqavilənin 14.1, 14.3, 14.12, 14.13 və 16.3-cü bəndlərinin tələbləri pozulmuşdur.
41. Layihənin icrasına başlanıldığı vaxtdan ötən müddət ərzində Sifarişçi tərəfindən podratçıya e-mail poçt vasitəsilə pozuntulara dair 2019-cu il 2 mart, 11 mart, 27 may, 3 iyun, 11 iyun, 12 iyun, 17 iyun, 19 iyun, 20 iyun tarixli xəbərdarlıqlar göndərilmişdir.
42. Sifarişçi tərəfindən podratçıya müqavilənin 24.2-ci bəndinə əsasən 2019-cu il 3 iyul tarixdə müqaviləyə xitam verilməsi barədə Bildiriş göndərilərək, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2019-cu il 18 iyul tarixdən ləğv edildiyi və tərəflərin müqavilə üzrə bütün öhdəliklərinə xitam verildiyi diqqətə çatdırılmaqla, bilidirişin qəbul edildiyi tarixdə Podratçının bütün işləri təxirəsalınmadan dayandırması, ona məxsus olan mal-materialların tikinti sahəsindən çıxarılması və 15 gün ərzində görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq olumuşdur.
43. Sifarişçi tərəfindən Podratçıya 2019-cu il 3 iyul tarixdə müqaviləyə xitam verilməsi və təhvil-təslim edilməsi barədə bildiriş verilməsinə, 2019-cu il 12 iyul tarixdə isə sifarişçi ilə podratçı arasında işlərin yekunlaşması və son haqq-hesab edilməsi barədə təhvil-təslim aktı tərtib edilib göndərilməsinə baxmayaraq, podratçı tərəfindən tikinti sahəsi tərk edilməmiş və təhvil-təslim işləri Podratçının əsassız iddiaları və bəhanələri ucbatından baş tutmamışdır.
44. Podratçının sifarişçiyə bildirişə cavab olaraq ünvanladığı 2019-cu il 8 iyul tarixli pretenziyada guya heç əsaslı səbəb olmadığına görə Müqavilənin ləğvini istəmədiyi, təhviltəslim aktı ilə bağlı göndərdiyi 2019-cu il 13 iyul tarixli e-maildə 328.079 manat ödəniş olunmayacaqsa, sahənin təhvil-təslim edilməyəcəyi, heç bir akta qol çəkilməyəcəyi, bu müddət ərzində şirkətə dəyən ziyan və xərclərin sifarişçidən tələb olunacağı və 2019-cu il 15 iyul tarixində sahədə işə başlanılacağı bildirilmişdir.
45. Layihənin icrasına başlanılan 2019-cu il 5 mart tarixdən 2019-cu il 14 iyun tarixədək podratçı tərəfindən layihə üzrə təsdiq olunan Forma-2-lərə görə ƏDV daxil cəmi 323.030,2 manat (273.754,41 manat əsas məbləğ+49.275,79 manat ƏDV) məbləğ ində işlər görülmüş və bu müddətdə sifarişçi tərəfindən podratçıya görülən işlər üçün avans daxil cəmi 508.161,62 manat (430.645,44 manat əsas məbləğ+77.516,18 manat ƏDV) ödənilmişdir. Göründüyü kimi, görülmüş işlərin dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərq 185.131,42 manat (508.161,62-323.030,2) təşkil edir.
46. Bununla əlaqədar, sifarişçi tərəfindən podratçıya 2019-cu il 15 iyul tarixdə pretenziya göndərilərək, bir daha bu pretenziyanın verdildiyi tarixdən 3 gün müddətində tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2019-cu il 18 iyul tarixdən ləğv edilməsi və tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam verilməsi ilə bağlı podratçı tərəfindən bütün işlərin dayandırılması, podratçıya məxsus olan mal-materialların, texnika və avadanlıqların tikinti sahəsindən öz hesabına çıxarılm ası və görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi, həmçinin görülmüş işlərin dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərqi təşkil edən 185.131,42 manat pul vəsaitinin sifarişçiyə geri qaytarılması xahiş olunmuş, lakin podratçı tərəfindən həmin pretenziyada göstərilən tələblərin yerinə yetirilməsi təmin edilməmişdir.
47. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 385.1, 421.1, 421.3, 424.2, 424.5, 425.1, 425.2, 442, 443.1, 445.1, 448.1, 752.1, 759.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 4.1-ci maddəsinə istinad edilmişdir.
48. MTK-nın nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, podrat müqaviləsi və həmin müqaviləyə əlavələrə əsasən görülmüş işlərin dəyəri ilə bağlı artıq ödənilmiş 232.643 manat, işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31.200 manat, müqavilənin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100.000 manat və ödənilmiş dövlət rüsümuna görə 30,40 manat məbləğində pul vəsaitlərinin MMC-dən tutularaq MTK-ya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
49. Ərizə onunla əsaslandırılm ışdır ki, “X7” MMC-nin 2021-ci il 4 mart tarixli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən 2019-cu il 3 mart tarixdən 2019-cu il 18 iyul tarixədək olan müddət ərzində MMC tərəfindən "xxxx" Tikinti sahəsi BW-057 layihəsi üzrə görülən işlərin dəyəri 979.428,96 manat müəyyən edilir. İş materiallarına əlavə edilən ödəniş sənədlərinə əsasən dəyəri 979.428,96 manat müəyyən edilən işlərə görə MTK tərəfindən MMC-yə ümumilikdə 1.212.072 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu vəsaitin 508.161 manat məbləğində olan hissəsi bank köçürmələri vasitəsilə, 703.910 manat məbləğində olan hissəsi isə nağd qaydada ödənilmişdir. Bu iş materiallarına əlavə edilmiş bank ödəniş sənədləri və kassa məxaric orderləri ilə öz təsdiqini tapır. Beləliklə, MMC tərəfindən görülən işlərin dəyərinin 979.429 manat olduğunu və həmin işlərə görə MTK tərəfindən 1.212.072 manat məbləğində pul vəsaitinin ödənildiyini nəzərə alsaq, o halda MTK tərəfindən MMC-yə 232.643 (1.212.072-979.429) manat məbləğində pul vəsaitinin artıq ödənildiyi məlum olur.
50. MMC 2019-cu il 6 dekabr tarixində MTK-ya qarşı ilk iddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ilk iddia tələbinin tamamilə rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi, MTK-dan 1.441.253,01 manat məbləğində pulun tutularaq MMC-yə ödənilməsi və qarşılıqlı iddiada adları, miqdarı, vəziyyəti və qiyməti qeyd olunan 169 adda avadanlıq, qurğu və inşaat materiallarının MTK-nın qanunsuz sahibliyindən alınaraq MMC-yə q aytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
51. Etiraz ərizəsində ilk iddia tələbinin tamamilə əsassız olması qeyd edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən podratçı MMC sifarişçi MTK-ya məxsus "xxxx" BW57 layihəsi üzrə binanın tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra qazma və tikinti işləri MMC tərəfindən həyata keçirilməyə başlanmışdır. Tikinti işlərinin aparıldığı dövr ərzində MMC tərəfindən tikinti norma və qaydalarına ciddi əməl olunmuşdur. Həmçinin MTK-nın tələb etdiyi sənədlər vaxtlı-vaxtında gecikdirilmədən MMC tərəfindən təqdim olunmuşdur. İlk iddia ərizəsində göstərilənlərin əksinə sahəyə təhkim olunmuş işçilər işə giriş təlimatı ilə tanış edilmiş, hər bir işçinin sənədləşməsi qanuna uyğun şək ildə aparılmışdır. Əmək müqaviləsi olmayan və müvafiq təlimatlarla təlimatlandırılmayan heç bir işçi işə cəlb edilməmişdir. Təhlükəsizlik qaydalarına əməl olunmaması barədə iddialar da əsassız olmuş, bununla bağlı nə "xxxx" İdarəsi SƏTƏM qrupu, nə də MTK tərəfindən yazılı xəbərdarlıqlar olmamışdır. Hətta 2019-cu il 28 iyun tarixdə sahəyə gəlmiş SƏTƏM işçiləri hər hansı bir qüsur tapa bilməmişdilər. İlk iddia ərizəsində MTK işin gecikdirilməsini qeyd etsə də, bunun əslində hansı səbəblərdən baş verdiyi göstərilməmiş, yalnız MMC tərəfindən mal-materialın gecikdirilməsi ilə əlaqələndirilmişdir. Tikinti sahəsində baş verən gecikmələr əslində MTK-nın öz işini düzgün qurmaması və sənədləşmələrdə yol verdiyi qanunsuzluqlar üzündən baş vermişdir. Belə ki, layihəyə ekspertiza rəyi almaq MTK-nın öhd əliyinə aid olmuş, lakin MTK tərəfindən "xxxx" BW-057 layihəsinə ekspertiza rəyi alınmamışdır. Bu səbəbdən, apardıqları tikinti işləri Fövqəladə Hallar Nazirliyi tərəfindən dəfələrlə dayandırılmış, bu da öz növbəsində işlərin gecikməsinə səbəb olmuşdur. Eyni zamanda, qeyd olunanın əksinə MMC tərəfindən işlər geçikdirilməyib, hətta nəzərdə tutulan proqramdan artıq işlər görülmüşdür. Podrat müqaviləsi ilə bağlı MMC tərəfindən hər hansı əhəmiyyətli bir pozuntuya yol verilməmiş, işlər vaxtlıvaxtında görülmüşdür. MMC tərəfindən podrat müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyindən iddiaçının 35.000 manat cərimə və 100.000 manat məbləğində real zərər və əldən çıxmış fayda kimi tələbləri də əsassızdır. Əksinə, podrat müqaviləsinə vaxtından əvvəl xitam verilməsi nəticəsində MMC-yə külli miq darda maddi ziyan dəymişdir. İlk iddia ərizəsində qeyd edilir ki, 2019-cu il 5 mart tarixdən 2019-cu il 14 iyun tarixədək lahiyə üzrə təsdiq edilən Forma-2-lərə görə ƏDV daxil 323.030,2 (273.754,41 manat əsas məbləğ+49.275,79 manat ƏDV) manat məbləğində işlər görülmüş, bu müddətdə sifarişçi tərəfindən podratçıya avans daxil cəmi 508.161,62 (430.645,44 manat əsas məbləğ+77.516,18 manat ƏDV) manat pul ödənilmişdir. Lakin, MTK 2019-cu il 14 iyun tarixdən 2019-cu il 1 iyul tarixədək yerinə yetirilmiş işlər haqqında hər iki tərəfin imzalayıb təsdiqlədiyi Forma-2 arayışını iddia ərizəsinə əlavə etməmiş və həmin Forma-2 üzrə ödəməli olduğu məbləği ümumi görülən işlərə münasibətdə nəzərə almamışdır. MMC 2019-cu il 14 iyun tarixdən 2019-cu il 1 iyul tarixədək mübahisəli tikinti sahəsində 142.831,40 manat dəyərində işlər yerinə yetirmişdir. Həmin işlərin görülməsinə dair Forma-2 arayışı hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və təsdiq edilmişdir. Qeyd edilən Forma-2 arayışı üzrə görülmüş işlərə ƏDV daxil deyildir. Həmin məbləğin üzərinə 18% ƏDV hesablandıqda görülmüş işlərin dəyəri ƏDV daxil (142.831,40+25.709,65=168.540,58) 168.540,58 manat təşkil edir. Belə olan halda, ilk iddia ərizəsində qeyd olunanın əksinə Forma-2-lərə görə ƏDV daxil ödənilməli olan məbləğ 491.570,78 (323.030,20+168.540,58=491.570,78) manat təşkil etmişdir. Nəticə etibarilə tərəflər arasında təsdiq olunmuş Forma-2-lərin ümumi məbləği ilə sifarişçi tərəfindən ödənilmiş məbləğ arasındakı fərq 16.590,84 (508.161,62-491.570,78=16.590,84) manat təşkil etmişdir. Belə olan halda ilk iddia üzr ə 185.131,32 manat artıq ödənilmiş pul tələbi də tamamilə əsassız olmuşdur.
52. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, MMC tərəfindən müqavilə üzrə tikinti sahəsində görülən işlərin həcmi sifarişçinin ödədiyi məbləğdən bir neçə dəfə çoxdur. Belə ki, MMC tərəfindən "xxxx" BW57 layihəsində yalnız qazma işlərinin aparılması üçün 381.232,80 manat pul xərclənmişdir. Həmçinin MMC ilə "xxxx" MMC arasında bağlanmış beton alqı-satqı müqaviləsinə əsasən "xxxx" BW57 layihəsi üçün 2449,5 m3 həcmdə beton almış və həmin beton üçün ƏDV daxil ümumilikdə 255.531,95 manat pul ödənilmişdir. Qeyd olunan həcmdə beton tikinti sahəsində təhvil verilmiş və təyinatı üzrə istifadə olunmuşdur. Eyni zamanda MMC tərəfindən tikinti sahəsinə təxminən 500 ton armatur gətirilmiş, həmin armaturun 430 tonu tikinti işləri zamanı istifadə olunmuş, MMC tikinti sahəsindən məcburi çıxarıldığı zaman 66 ton istifadə olunmamış armatur tikinti sahəsində qalmışdır. 430 ton armatur hər tonu orta hesabla 1.050 manatdan hesablandıqda istifadə olunmuş armaturun təxmini dəyəri 451.500 manat təşkil edir. Digər xərclər nəzərə alınmadan sadəcə qeyd olunan 3 hal üzərindən hesablama aparsaq, MMC tərəfindən həmin tikinti sahəsində bir milyon manatdan çox iş görüldüyü aydın olur. Lakin, MMC tərəfindən həmin tikinti sahəsində görülən işlərin ümumi həcmi göstərilən məbləğdən 2 dəfə çoxdur.
53. Belə ki, "xxxx" MMC tərəfindən MMC-nin sifarişi əsasında Bakı Ağ şəhər BW 57 ünvanında yerləşən tikinti sahəsində MMC tərəfindən görülən işlərin həcmi və dəyəri barədə 2019-cu il 8 avqust tarixdə aparılmış hesablamalara əsasə n MMC tərəfindən həmin tikinti sahəsində görülən işlərin həcmi və dəyəri 1.949.414.63 manat, belə olan halda isə, MMC tərəfindən görülmüş işlərin ümumi dəyəri ilə sifarişçi tərəfindən ödənilmiş məbləğ arasındakı fərqi 1.441.253,01 (1.949.414,63-508.161,62) manat təşkil edir. Nəticə etibarilə hazırkı vəziyyətdə MTK tərəfindən görülən işlərə görə MMC-yə ödənilməli olan məbləğ 1.441.253,01 manatdır. MTK-nın iddiasının əksinə hər hansı bir geçikmədən, müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulmasından və s. kimi hallardan söhbət belə gedə bilməz. MMC tikinti işlərinin başlandığı gündən öz üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirmiş, hətta bəzi tikinti işlərini nəzərdə tutulan proqramdan daha öncə tamamlamışdır.
54. MMC həmin tikinti sahəsindən çıxarıldıqdan sonra bütün avadanlıq, q urğu və inşaat materialları həmin tikinti sahəsində qalmışdır. MMC dəfələrlə avadanlıq, qurğu və inşaat materiallarının tikinti sahəsindən çıxarılması ilə bağlı MTK-ya müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Daha sonra iddianın təmin tədbiri barədə qərardadla tikinti sahəsində olan, MMC-yə məxsus avadanlıq, qurğu və inşaat materiallarının bir hissəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardad apellyasiya qaydasında qismən ləğv edilərək, icarədə olan qüllə kranı, isgələ (800 ədəd) və alt-üst ayar millərinin (650+530 ədəd) üzərindən həbs götürülmüşdür. Hətta qeyd olunan avadanlıqların üzərindən həbs götürüldükdən sonra da MMC tərəfindən həmin avadanlıqların tikinti sahəsindən çıxarılmasına icazə verilməmişdir. Qeyd etmək lazımdır ki, həmin avadanlıqlar icarə müqaviləsi əsasında icarə yə götürülərək tikinti sahəsinə gətirildiyindən, MMC həmin əmlaklardan istifadə etmədiyi halda belə, hələ də onlara görə icarə haqqı ödəyir. Bu da öz növbəsində MMC-yə əlavə maddi ziyanın dəyməsinə səbəb olur. 55. "xxxx" MMC tərəfindən mübahisəli tikinti sahəsində MMC-yə məxsus olan avadanlıq, qurğu və inşaat materiallarının mövcüd vəziyyətinə uyğun bazar dəyəri və siyahısı müəyyən edilmişdir. Həmin rəyə əsasən MMC tərəfindən tikinti sahəsində istifadə üçün gətirilən (faktiki orda olan) 169 adda avadanlıq, qurğu və inşaat materiallarının ümumi bazar dəyəri 1.014.148,22 manat təşkil edir. Həmin avadanlıq, qurğu və inşaat materiallarının bir çoxunun üzərinə həbs qoyulduğu halda, MTK tərəfindən binanın tikintisində istifadə olunur. İstifadə olunmayan avadanlıqlar açıq havada qalaraq yararsız vəziyyətə düşür. MMC tərəfindən dəfələrlə üzərində həbs olmayan avadanlıqların götürülməsi ilə bağlı müraciət edilsə də, MTK tərəfindən buna icazə verilməmişdir.
56. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı; MM-in 21, 152.1, 157.2, 157.4, 385.1, 442, 448, 752.1, 759.1-ci; MPM-in 4.1, 35.3, 155, 156.1.30-cu maddələrinə istinad edilmişdir.
57. MMC-nin vəkili Vəkil2 məhkəməyə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə müraciət edərək, MTK-nın MMC-yə qarşı iddia tələbinin rədd edilməsi, görülmüş işlərə görə 729.657,2 manat, əlavə dəyər vergisinə görə 212.707,57 manat, dəymiş zərərə görə 276.365 manat, çatışmayan əmlakların dəyəri olaraq 95.167 manat, əldən çıxmış fayda 1.662.647 manat, iki illik faiz borcuna görə 72.965,7 manat, cəmi 3.049.509,47 manat məbləğində pulun MTK-dan alınıb MMC-yə ödənilməsi, adları, miqdarı və vəziyyəti qeyd olunan 169 adda avadanlıq, qurğu, inşaat materiallarının MTK-nın qanunsuz sahibliyindən alınıb MMC-yə verilməsi, qeyd edilən siyahıda göstərilən malmaterialların və avadanlıqlar verilmədiyi və ya mövcud olmadığı təqdirdə, onların dəyərinin alınıb MMC-yə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. 58. "xxxx" MMC-nin 2019-cu il 8 avqust tarixli AEM/A 17-776/19 saylı MMC-nin BW057 tikinti ərazisindəki inşaat işlərinin, mal-materialların həcminin və dəyərinin müəyyən edilməsi barədə hesabatda (MMC-nin müraciəti əsasında) qeyd olunur ki, qoyulan suallar üzrə aparılan hesablamalar və təhlillərə əsasən Bakı Ağ şəhəri ərazisindəki BW 57 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 11 blokdan ibarət yaşayış binasının tikinti sahəsində rəsmi podratçı kimi iş görən MMC tikinti şirkəti tərəfindən istifadə üçün sahəyə gətirilən, onlara məxsus avadanlıq, qurğu və inşaat materiallarının mövcud vəziyyətinə uyğun olaraq bazar dəyəri 2019-cu il 8 avqust tarixinə 1.014.148,22 manat təşkil edir. Bundan başqa, aparılmış ölçmə işləri, hesablamalar və təhlillərə əsasən Bakı Ağ şəhər ərazisindəki BW 057 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 11 blokdan ibarət yaşayış binasının tikinti sahəsində rəsmi podratçı kimi iş görən MMC tikinti şirkəti tərəfindən görülən işlərin həcmi və dəyəri 2019-cu il 8 avqust tarixə ƏDV daxil 1.949.414,63 manat təşkil edir. 59. "xxxx" MMC-nin (MTK-nın müraciəti əsasında) 2019-cu il 20 avqust tarixli 92-E sa ylı MMC-nin BW057 tikinti ərazisindəki mal-materialların siyahısının ümumi bazar dəyərinin müəyyən edilməsi barədə ekspert rəyində qeyd olunur ki, aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində, MMC-nin BW-057 tikinti ərazisindəki mal-materialların siyahısının 2019-cu il 20 avqust tarixə olan ümumi bazar dəyəri 122.854 manat müəyyən edilir.
60. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 14 avqust tarixli 5/369 saylı ekspert rəyində qeyd olunur ki, 1) tədqiqata təqdim edilmiş işin ikinci cildinin 21-ci vərəqindəki “xx/xx/2019-xx/xx/2019-cu il tarixə yerinə yetirilən işlər haqqında 6 nömrəli Arayış”ın aşağı sol küncündə olan “Azərbaycan Respublikası Mənzil-Tikinti Kooperativi Park Çinar” məzmunlu möhür əksi relyef klişedən sənədin üz ərinə birbaşa vurulmuşdur. 2) tədiqaqata təqdim edilmiş işin ikinci cildinin 21-ci vərəqindəki “xx/xx/2019-xx/xx/2019-cu il tarixə yerinə yetirilən işlər haqqında 6 nömrəli Arayış”ın aşağı sol küncündə olan “Azərbaycan Respublikası Mənzil-Tikinti Kooperativi Park Çinar” məzmunlu möhür əksi ekspertizaya təqdim edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativinin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir.
61. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 29 yanvar tarixli 10/3742 saylı ekspert rəyində qeyd olunur ki, 1-ci variant üzrə sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş 2 saylı formalarda qeyd olunan iş həcmləri və iş həcmləri vahidinin qiymətləri nəzərə alınmaqla, aparılmış hesablamalara əsasən tədqiq olunan ob yekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 273.754 manat məbləğində müəyyən edilmişdir. 2-ci variant üzrə sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş 2 saylı formalarda qeyd olunan iş həcmləri və iş həcmləri vahidinin qiymətləri nəzərə alınmaqla aparılmış hesablamalara əsasən, tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 1.338.739,05 manat məbləğində müəyyən edilmişdir. 3-cü variant üzrə podrat müqaviləsinə əlavə edilmiş hər iki 1 saylı əlavələrdə qeyd olunan iş həcmləri vahidinin qiymətlərinin cəmi nəzərə alınmaqla aparılmış hesablamalara əsasən, tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 1.617.814 manat məbləğində müəyyən edilmişdir. 62. “X8” MMC-nin (MMC-nin müraciəti əsasında) 2021-ci il 1 mart tarixli mütəxəssis rəyində qeyd olunur ki, aparılmış araşdırmalar və təhlillərə əsasən MTK tərəfindən təsdiq edilmiş Forma 2-lərdə əks edilmiş həcmlərə istinadən istifadə edilmiş mal material (armatur, beton, qəlib, və sərfiyyat) və işçiliyin bazar dəyəri 1.458.044,6 manat təşkil edir.
63. Azərbaycan Respublikası X3 (MTK-nın müraciəti əsasında) 2021-ci il 4 mart tarixli 131 saylı ekspert rəyində qeyd olunur ki, tikinti norma və qaydalarının tələblərinə, respublika daxili real bazar qiymətlərinə uyğun olaraq tərəflər arasında bağlanmış podrat müqaviləsi və həmin müqaviləyə əlavələrə əsasən 2019-cu il 3 mart tarixdən 2019-cu il 18 iyul tarixədək olan müddət ərzində MMC tərəfindən Ağ şəhər Tikinti sahəsi BW-057 layihəsi üzrə tikinti sahəsində layihəyə uyğun görülən işlərin dəyəri iş materiallarına (təhvil-təslim aktları konkret yerinə yetirilən işlərə dair 2 sənədləri və s.) əsasən 979.429 manat müəyyən edilir.
64. Azərbaycan Respublikası Müstəqil X4 (MMC-nin müraciəti əsasında) 2021-ci il 8 aprel tarixli ekspert rəyində qeyd olunur ki, ilkin ekspertiza tədqiqatı zamanı tərəflər arasında bağlanmış podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən 2019-cu il 3 mart tarixdən 2019-cu il 18 iyul tarixədək olan müddət ərzində MMC tərəfindən Ağ şəhər Tikinti sahəsi BW 57 layihəsi üzrə tikinti sahəsində layihəyə uyğun görülən işlərin dəyəri iş materiallarına (təhvil-təslim aktları konkret yerinə yetirilən işlərə dair 2 sənədləri və.s) əsasən 979.429 manat müəyyən edilir. Əlavə ekspertiza tədqiqatı zamanı MTK tərəfindən məhkəməyə təqdim olunan 6 ədəd, M MC tərəfindən imzalı və möhürlü olan, MTK tərəfindən imzalanmış, lakin möhürlənməmiş, MMC tərəfindən məhkəməyə təqdim olunan 6 ədəd forma 2 sənədlərində əlavə qeyd olunan işlərin dəyəri bazar qiymətlərinə və forma 2 sənədlərində göstərilən iş həcmlərinə uyğun olaraq 270.017 manat təşkil edir. Ümumilikdə görülən işlərin dəyəri 1.249.446 manat təşkil edir.
65. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 iyun tarixli e-2-2(113)-40/2021 saylı qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, MTK-dan görülmüş işlərə görə 37.374,38 manat, illik 5 %-lə hesablanmaqla 1.868,70 manat olmaqla, cəmi 39.243,08 manat məbləğində pulun MMC-nin xeyrinə tutulması, BW57 tikinti ərazisində olmuş aşağıdakı alət və avadanlıqlar:
1. EYME BUKME MAKİNA 2 ədəd;
2. KESME MAKİNA 2 əd əd;
3. SU DİSPENSERİ 1 ədəd;
4. ETREQOL EYME UCUN 1 ədəd;
5. SLANQBAUN 1 ədəd;
6. QELİB 40 -2M 9 ədəd;
7. QELİB35 -2 M 5 ədəd;
8. QELİB 40 – İM 17 ədəd;
9. QELİB 35-1M 5 ədəd;
10. QELİB KUNC 3M - 20SM 5 ədəd;
11. LESA1.20 -1.45 (çalışma iskələsi dəst) 30 ədəd;
12. DORD YOL BAŞLİQLİ REZBA (başlıq nipel) 88 ədəd;
13. ALT AYAR MİLİ 260 ədəd;
14. QELİB 50 –İM 187 ədəd;
15. QELİB 50-2 M 75 ədəd;
16. SALYANQOZ 1500 ədəd;
17. PAYANDA ALTLİQİ 40 ədəd;
18. QURSAQ UCUN PAYANDA BAQLAYİCİ 41 ədəd;
19. SANCAQ PİM 25 ədəd;
20. PAYANDA 17 ədəd;
21. QELİB UCUN KORKULUQ 15 ədəd;
22. BADYA 1 ədəd;
23. DEMİR QELİB 50 1 M 105 ədəd;
24. DEMİR QELİB 50 1 M 75 ədəd;
25. UQOLNİK 3 M 30 ədəd;
26. UST AYAR MİLİ 280 ədəd:
27. ALT AYAR MİLİ 700 ədəd;
28. İSKELE DEST 150180 446 ədəd;
29. ELEKTRİK PANOSU BOYUK 1 ədəd;
30. AYAQ ALTİQİ İSKELE UCUN 76 ədəd;
31. İSKELE 1.10 -150 124 ədəd;
32. İSKELE 120-150 140 ədəd;
33. İSKELE 150180 159 ədəd;
34. CARPASLAR İSKELE UCUN 150 ədəd;
35. İSKELE 150- 180 33 ədəd;
36. FLYANSL1 DİREK 3M 72 ədəd;
37. DİREK QOLU 3M (flyanslı iskələ qolu 3 m) 133 ədəd;
38. ALT MİL48 45 ədəd;
39. BAŞLİQ NİPEL 200 ədəd;
40. AYAQ ALTİ DEMİR 32 ədəd;
41. İSKELE 150-180 dest 462 ədəd;
42. DOKA 4 M 160 ədəd;
43. Ust ayar mili 250 ədəd;
44. Teleskopikdirek 40 ədəd; 45. taxta 5*10 5 m3; 46. dikt 18 mm 100 ədəd;
47. Taxta Azman (5x20) 1000 metr;
48. Plywood 550 ədəd MTKdan alınaraq MMC-yə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – Z.Axundova).
66. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, ilk iddia tələbinin birinci hi ssəsini podrat müqaviləsi və həmin müqaviləyə əlavələrə əsasən görülmüş işlərin dəyəri ilə bağlı artıq ödənilmiş 232.643 manat məbləğində pulun cavabdehdən tutulması, qarşılıqlı iddia tələbinin birinci hissəsini görülmüş işlərə görə ödənilməmiş 729.657,2 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir. Görülmüş işlərin dəyərini müəyyən etmək üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmiş, lakin mübahisəli ərazidə tikinti işlərinin başa çatması səbəbindən görülmüş işlərinin həcminin müəyyən edilə bilməməsi səbəbindən ekspertizanın keçirilməsindən imtina edilmişdir, daha sonra iş materiallarında olan sənədlər əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2021-ci il 29 yanvar tarixli 10/3742 saylı ekspert rəyi verilmişdir (bax yuxarıda §61).
67. Məhkəmə yalnız po dratçının nümayəndəsinin izahatına əsaslanaraq, 3-cü variant üzrə hesablamaya tənqidi yanaşaraq, qəbul etməmişdir. Məhkəmənin qənaətinə əsasən 1-ci variant üzrə alınan rəqəm də reallığı əks etdirmir. 2-ci variant üzrə aparılmış hesablamalara əsasən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 1.338.739,05 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ MTK-nın nümayəndəsi tərəfindən imzalanmamış, yalnız MMC-nin nümayəndəsi tərəfindən imzalanmış və möhür vurulmuş 2 saylı forma arayışlar üzrə görülmüş işlərin (2019-cu il 1 və 19 iyul tarixləri üzrə) dəyəri kimi 192.304 manat məbləğ də daxil edilmişdir. Məhkəmənin qənaətinə görə göstərilən məbləğ görülmüş işlərin dəyərinə daxil edilməməlidir. Belə ki, əvvəla, həmin 2 saylı formalar birtərəfli qaydada imzalanmışdır və həmin arayış larda göstərilən işlərin görülməsi, təhvil verilməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır. Bundan başqa, MTK tərəfindən MMC-yə ünvanlanan 2019-cu il 3 iyul tarixli bildirişdən görünür ki, müqaviləyə xitam verilməsi bildirilərək, podratçı tərəfindən bütün işlərin təxirəsalınmadan dayandırılması, podratçıya məxsus olan malmaterialların tikinti sahəsindən çıxarılması xahiş edilmişdir.
68. Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 29 yanvar tarixli 10/3742 saylı ekspert rəyindəki mübahisəli məqamları nəzərə alaraq, həmin rəylə razılaşmamışdır.
69. Bundan başqa, görülmüş işlərin, mal-materialların dəyəri ilə bağlı tərəflər özləri də məhkəməyə qeyd edilən rəylər təqdim etmişlər.
70. Belə ki, MMC tərəfindən təqdim edilən "xxxx" MMC-nin 2019-cu il 8 avqust tarixli rəyinə əsasə n MMC tərəfindən Bakı Ağ şəhər BW 57 ünvanında yerləşən tikinti sahəsində 1.949.414,63 manat (1.652.046,293 əsas məbləğ+297.368,33 manat ƏDV) dəyərində malmaterial işlənmiş və işlər görülmüşdür. Məhkəmə qeyd olunan ekspertizanın çəkişmə prinsipinə əməl edilmədən birtərəfli qaydada keçirilməsini və qarşı tərəfin həmin rəylə razılaşmamasını nəzərə alaraq, həmin rəyi mötəbər sübut kimi qəbul etmir.
71. Bundan başqa, əvvəlcə MTK-nın nümayəndəsi tərəfindən məhkəməyə “X7” MMCnin 2021-ci il 4 mart tarixli ekspert rəyi təqdim olunmuşdur. Həmin rəydən görünür ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən MMC tərəfindən görülən işlərin dəyəri 979.428,96 manat müəyyən edilir. Daha sonra “MMC tərəfindən məhkəməyə “X7” MMC-nin 2021-ci il 8 aprel tarixli e kspert rəyi təqdim olunmuşdur. Gəlinən nəticə ondan ibarət olmuşdur ki, ümumilikdə görülən işlərin dəyəri 1.249.446 manat (979.429+270.017) təşkil edir. Məhkəmə 2021-ci il 8 aprel tarixli ekspert rəyini ümumilikdə görülən işlərin dəyərinin müəyyən olunduğu sübut kimi qəbul etmişdir. Belə ki, ilk iddia üzrə iddiaçı qeyd olunan mərkəzə müraciət etmiş, həmin rəy sübut kimi məhkəməyə təqdim olunmuşdur. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı həmin mərkəzə müraciət edərək, əlavə sənədlər təqdim etmiş və əlavə ekspertiza aparılaraq müvafiq rəy verilmişdir. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə hesab etmişdir ki, çəkişmə prinsipinə əməl edilmişdir.
72. MTK tərəfindən MMC-yə forma 2 arayışları üzrə nağdsız qaydada 508.161,62 manat (430.645,44 manat əsas məbləğ+77.516,18 manat ƏDV) məbləğin ödəni lməsi işin mübahisəsiz halıdır. Mübahisəli məqam ondan ibarətdir ki, ilk iddia üzrə iddiaçının qənaətinə əsasən 508.161,62 manat bütövlükdə görülmüş işlərin dəyərindən çıxılmalıdır, qarşılıqlı iddia üzrə iddiaçının qənaətinə əsasən isə görülmüş işlərin dəyərindən ödənilmiş məbləğlər çıxılarkən 77.516,18 manat ƏDV ödənişi olduğuna görə çıxılmamalıdır.
73. Məhkəmə ilk iddia üzrə iddiaçının mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, 508.161,62 manat bütövlükdə görülmüş işlərin dəyərindən çıxılmalıdır. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 28-ci bəndinə əsasən bu podrat müqaviləsinin imzalanmasından irəli gələn bütün vergi, rüsum və digər xərclər, həmçinin bu podrat müqaviləsi ilə başqa məsrəflər Podratçıya aiddir.
74. Digər mübahisəsiz hal MTK tərəfindən nağd qaydada 703.910 ma nat məbləğin ödənilməsidir. Həmin ödəmə ilə bağlı mübahisəli hal ondan ibarətdir ki, MMC-nin nümayəndəsinin qarşılıqlı iddia ərizəsinə dair son dəqiqləşdirməsinə dair ərizəsində göstərilən səbəblərə görə həmin məbləğin yalnız bir hissəsi görülmüş işlərə görə ödəniş kimi qəbul edilməlidir. MTK-nın nümayəndəsi bildirmişdir ki, 703.910 manat məbləğində pul BW 57 layihəsi üzrə görülmüş işlərə görə ödənilmişdir, ona görə də həmin məbləğ görülmüş işlərə görə ödəniş kimi qəbul edilməlidir.
75. Məhkəmənin qənaətinə əsasən 703.910 manat məbləğində pul vəsaiti kassa məxaric orderlərinə əsasən BW 57 layihəsi üzrə ödənildiyindən həmin ödənişlər görülmüş işlərin dəyəri olaraq qəbul edilməlidir.
76. Müəyyən edilmişdir ki, MTK tərəfindən MMC-yə görülmüş işlərə görə ümumilikdə 1.212.071,62 manat (508.161, 62+703.910) ödəniş edilmişdir. Beləliklə, MTK tərəfindən MMC-yə görülmüş işlərə görə 37.374,38 manat (1.249.446-1.212.071,62) ödənilməmiş məbləğ qalmışdır.
77. Qarşılıqlı iddiaçı ödənilməmiş məbləğə əlavə dəyər vergisinin də tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanlara və müqavilə şərtlərinə əsasən hesab etmişdir ki, həmin hissədə qarşılıqlı iddia təmin edilməməlidir.
78. İlk iddianın bir hissəsini də tələb olunan işlərin vaxtında görülməməsinə, sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31.200 manat məbləğində pulun ilk iddia üzrə cavab dehdən tutulması təşkil etmişdir. Tərəflər arasında bağlanmış podrat müqaviləsinə 4 saylı Əlavədə cərimə cədvəli öz əksini tapmışdır. Həmin əlavədə tərəflər müqavilənin aşağıdakı 10 bəninin pozuntusuna görə cərimə tətbiq olunması barədə razılaşmışlar: 7.2, 8.1, 13.5, 13.9, 14.3, 14.4, 14.8, 14.15, 14.19, 15.5. İlk iddiaçı həmin bəndlərdən 7.2, 8.1, 13.5, 13.9 və 14.3-cü bəndlərin pozuntusuna istinad etmişdir. Məhkəmənin qənaətinə əsasən müqavilənin həmin bəndlərinin cavabdeh tərəfindən pozuntusu iddia ərizədində ümumi şəkildə göstərilmiş, həmin pozuntunun baş verməsi sübuta yetirilməmişdir.
79. Eyni zamanda iddiaçı işlərin icrasında gecikmələrin olmasını iddia etmiş, ilk iddia üzrə cavabdeh bəzi işlərin gecikdirilməsinin obyektiv, onlardan asılı olmayan səbəblərdən (müvafiq rəyin alınması və s.) baş verdiyini bildirərək, gecikdirilmə il bağlı halların onların təqsiri üzündən baş vermədiyini bildirmişdir. Məhkəmənin qənaətinə əsasən gecikmə halları ilə bağlı cavabdehdən cərimənin tutlması hissəsində də iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı tərəfindən müəyyənləşdirilmiş müddəti keçən günlərin sayı, məhz 8-ci bəndlə bağlı hesablanmış cərimə məbləğləri ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.
80. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, 31.200 manat məbləğində cərimənin cavabdehdən tutlması hissəsində də iddia tələbi təmin olunmamalıdır.
81. İlk iddia üzrə iddiaçı müqavilənin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100.000 manat məbləğində pulun cavabdehdən tutulmasının xahiş etsə də, həmin tələbi, çəkdiyi və ya çəkməli olduğu xərcləri, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri (əldən çıxmış fayda) təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə həmin hissədə də iddia təmin olunmamalıdır.
82. Qarşılıqlı iddia tələbinin bir hissəsini dəymiş zərərə görə 276.365 manat (201.365+75.000) pulun cavabdehdən tutulması təşkil edir. Qarşılıqlı iddia tələbinin həmin hissəsinə münasibətdə gəlinən qənaətə əsasən qarşılıqlı iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə, müqavilə şərtlərinə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddiaçı başqa şəxslərlə aralarında olan icarə müqavilə münasibətləri üzrə yerinə yetirilməmiş öhdəliklərini n icrasını iddiaçıdan tələb etməkdə haqlı deyil. Ona görə də məhkəmə həmin hissədə qarşılıqlı iddianı əsassız sayır.
83. Qarşılıqlı iddia tələbinin bir hissəsi də çatışmayan, cədvəldə qeyd edilən əmlakların dəyəri olan 95.167,28 manat pul vəsaitinin MTK-dan tutulub MMC-yə ödənilməsindən ibarətdir. Məhkəmənin qənaətinə əsasən qarşılıqlı iddia həmin hissədə də əsassız olduğundan rədd edilməlidir. Belə ki, qarşılıqlı iddiaçı həmin əmlakların mövcudluğu ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.
84. Qarşılıqlı iddianın digər bir hissəsini avadanlıqların və mal-materialın geri qaytarılması, həmin avadanlıq və mal-materiala görə əldən çıxmış faydanın cavabdehdən tutulması təşkil edir. Qarşılıqlı iddia ərizəsində göstərilir ki, MTK tərəfindən MMC-yə məxsus icarəyə verilə biləcək avad anlıqlar (Z. İsmayılovun avadanlıqları və kran çıxıldıqdan sonra) da bu günə kimi MMC-yə qaytarılmamışdır, həmin əmlaklar geri qaytarılmalı, çatışmayanların isə dəyəri ödənilməlidir, eyni zamanda MMC həmin əmlakları icarəyə verməklə əldə edəcəyi gəlirdən mərhum olmuşdur. Məhkəmə qeyd etmişdir ki, avadanlıqların və mal-materialın geri qaytarılması hissəsində iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışının gedişində MTK-nın nümayəndəsi tərəfindən işlərin görüldüyü ərazidə olan və MMC-yə məxsus 49 adda mal-materialın siyahısı təqdim olunmuş və icarəyə götürülən əmlaklar istisna olunmaqla, digər əmlakların üzərinə həbs qoyulmuşdur. 49 adda əmlakdan qüllə kran MMC-yə təhvil verilmiş, digər əmlaklar isə təhvil verilməmişdir. Həmin əmlaklardan başqa əmlakların MTK-da olması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən qarşılıqlı iddia qeyd olunan hissədə qismən təmin olunaraq, MTK-nın təqdim etdiyi 48 adda mal-material MMC-yə qaytarılmalıdır.
85. Bundan başqa, qarşılıqlı iddiaçı ərizəsində göstərir ki, MTK-da olduğunu iddia etdiyi əmlakların dəyəri kimi göstərdiyi 722.899 manat məbləğin 1/10 hissəsi qədər, ayda təxminən 72.289,9 manat icarə haqqından əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Belə ki, tikintiyə başlamazdan öncə MMC qeyd olunan avadanlıqları icarəyə verməklə gəlir əldə edirdi ki, həmin müqavilələrə görə əmlakın dəyərinin 1/10 hissəsi icarə haqqı kimi qəbul olunurdu (müqavilələr əlavə olunur). Cədvəldə qeyd olunan avadanlıqları iddiaçı özündə saxlamaqla MMC-nin təxminən əldə edəcəyi (23 ayx72289=1662647) 1.662.647 manat gəlirdən məhrum etmişdir ki, həmin pul da iddiaçıdan tutulub MMC-yə ödənilməlidir. Qeyd olunduğu kimi, MTK tərəfindən əmlakların siyahısı məhkəməyə təqdim olunmuş, həmin əmlakların (bir qismi istisna olmaqla) üzərinə həbs qoyularaq, MTK-nın saxlancına verilmişdir. Digər əmlakların MTK-da olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. İstənilən halda, əmlakların kimin saxlancında olmasından asılı olmayaraq, bütün bu müddətdə həmin əmlaklar üzərində həbs olmuşdur. Qeyd olunan halları və MPM-in müvafiq maddəsinin tələbləri nəzərə alınaraq məhkəmə əldən çıxmış fayda kimi 1.662.647 manat məbləğin cavabdehdən tutulması hissəsində də iddianı əsassız saymış və hesab etmişdir ki, həmin hissədə də iddia rədd olunmalıdır.
86. Qarşılıqlı iddianın digər hissəsini M TK-nın MMC-yə olan borcunu ödəmədiyinə görə gecikdirilmiş ödəniş məbləğinin illik 5 faizinin tutularaq sonuncuya ödənilməsi təşkil edir. Qarşılıqlı iddiaçı ödənişin iki illik gecikdirilməsini nəzərə alaraq, cavabdehdən iki illik faiz borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, pul məbləğinin ödənilməsi gecikdirildiyindən qarşılıqlı iddiaçı cavabdehdən gecikdirilmiş ödəniş məbləğinin illik 5 faizinin tutulmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmənin qənaətinə əsasən həmin faiz məbləği iki il yox, bir il üçün hesablanmalıdır. Bu qənaətə gələrkən məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 24.4-cü bəndinin tələblərini nəzərə alır. Həmin bəndə əsasən bu Qaydaların 24.1 və ya 24.2-ci maddələrinə müvafiq olaraq Podrat Müqaviləsi xitam olunduqdan sonra podratçı tərəfin dən yerinə yetirilməli olan işlər tamamlanmayana qədər və bütün xərclər Sifarişçi tərəfindən qəti olaraq müəyyən edilməyənə qədər Podratçı xitam tarixinə qədər yerinə yetirdiyi işlərin müqabilində 1 il ərzində hər hansı ödəniş almaq hüququna malik deyildir. Ona görə də qarşılıqlı iddia qeyd olunan hissədə qismən təmin olunaraq, cavabdehdən gecikdirilməyə görə illik 5 % hesablanmaqla 1.868,70 manat məbləğində pul qarşılıqlı iddiaçının xeyrinə tutulmalı, qalan hissədə rədd olunmalıdır.
87. Məhkəmə mövqeyini MM-in 21, 385.1, 442, 443.1, 443.2, 443.7, 445.1, 445.2.1, 445.7, 448.1, 448.2, 752.1, 753.1, 759.1, 759.2, 770-ci; MPM-in 14.2, 77.1, 88, 99.1, 101.3, 103.1, 107, 115.0.1, 119.1, 164-cü maddələrinə etməklə əsaslandırmışdır.
88. MTK 2021-ci il 20 avqust tarixində həmin qətnamədən apellyas iya şikayəti verərək onun qismən – ilkin iddianın rədd, qarşılıqlı iddianın qismən təmin olunduğu hissəsində ləğv, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
89. MMC 2021-ci il 20 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin – qarşılıqlı iddianın qismən təmin olunduğu hissədə dəyişdirilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
90. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli 2-2(103)-58/2022 saylı qətnaməsi ilə MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş, MMC-nin apellyasiya şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddiada irəli sürülmüş artıq ödənilmiş məbləğin geri qaytarılması barədə tələblərin rədd və qarşılıqlı iddiada irəli sürülmüş görülmüş işlərə görə pulun tutulması barədə tələblərin qismən təmin olunduğu hissədə ləğv edilmiş, həmin hissədə qarşılıqlı iddia rədd edilmişdir. İlk iddia isə qismən təmin olunaraq, MMC-dən MTK-nın xeyrinə 65.776,72 manat məbləğində pul vəsaitinin tutulması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
91. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, tərəflər arasında podrat müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. MTK tərəfindən irəli sürülmüş birinci tələb isə həmin podrat müqaviləsi üzrə MMC-yə artıq ödənilmiş 232.643 manat məbləğində pul vəsaitinin sonuncudan tutularaq MTK-ya ödənilməsi ilə bağlıdır.
92. İş materiallarından da görünür ki, podrat müqaviləsinə “Qiymətlərin və Xidmətlərin Razılaşma Protokolu” 1 saylı Əlavə adlandırılmış iki sənəd mövcuddur və tərəflərin hər biri müqaviləyə əsasən görülmüş işlərin dəyərinin özlərinin təqdim etdiyi Əlavə 1-ə əsasən hesablanmalı olmasını iddia edir.
93. Həmin sənədlər aşağıdakı kimidir: a) MTK-nın məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə qazıntı işləri – 110.000 manat, qırmadaş sərilməsi və kipləşdirilməsi – 10.000 manat, bünövrə altında olan izolyasiya işləri – 115.000 manat və dəmir, beton və qəlib işləri – 6.265.000 manat olmaqla, ümumilikdə 6.500.000 manat müəyyən edilmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri faktiki ölçülərə uyğun olaraq müqavilə şərtlər i əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmişdir. b) MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə isə işlərin dəyəri ümumilikdə 13.235.483 manat müəyyən edilmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri və müqavilə dəyəri nisbi xarakter daşıyır və faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış, lakin təkcə MMC tərəfindən möhürlənmiş, MTK tərəfindən isə möhürlənməmişdir.
94. Bununla belə məhkəmə iclasında MTK-nın nümayəndəsi MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə olan imzanı və məluma tları təsdiq etmişdir.
95. Qiymətlərin hansı Əlavə 1-ə əsasən hesablanmalı olması ilə bağlı kollegiya öz mövqeyini əsaslandırmaq üçün aşağıdakı halları nəzərə alır: 1) MTK görülən işlərlə bağlı MMC-yə cəmi nə qədər məbləğdə muzd ödəmişdir; 2) Görülən işlərin orta bazar qiyməti nə qədər təşkil edir.
96. İşin mübahisəsiz halına görə MTK tərəfindən podrat müqaviləsi üzrə MMC-yə nağdsız qaydada 508.161,62 manat (430.645,44 əsas məbləğ+77.516,18 ƏDV) və nağd qaydada 703.910 manat olmaqla, cəmi 1.212.071,62 manat məbləğində pul vəsaiti ödənilmişdir.
97. Bundan başqa hazırkı apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2022-ci il 25 yanvar tarixli 10/5906-9/7872 saylı ekspert rəyi verilmişdir.
98. Həmin rəydə gö stərilmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən MMC tərəfindən "xxxx" Tikinti sahəsi BW57 layihəsi üzrə MTK və MMC tərəfindən imzalanmış və möhür vurulmuş 2 saylı formalarda göstərilən tikinti-quraşdırma işlərinin ümumi dəyəri 273.754 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində, "xxxx" Tikinti sahəsində BW57 layihəsi üzrə 2019-cu ilin 2-ci rübündə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərlərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalları tərtib edilməklə hesabat tərtib edilmiş və aparılmış hesablamalar nəticəsi ndə tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikintiquraşdırma işlərinin ümumi dəyəri "xxxx"-siz 870.707,10 manat, "xxxx" ilə 1.027.434,38 manat məbləğində müəyyən edilmişdir. MTK və MMC arasında bağlanmiş podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən MMC tərəfindən "xxxx" Tikinti sahəsi BW57 layihəsi üzrə MTK və MMC tərəfindən imzalanmış, lakin MTK tərəfindən möhür vurulmamış 2 saylı formalarda göstərilən tikinti-quraşdırma işlərinin ümumi dəyəri 1.146.294,9 manat məbləğində müəyyən edilmişdir.
99. Beləliklə, MTK faktiki olaraq podrat müqaviləsi üzrə ödəmələri (1.212.071,62 manat) MMC-nin istinad etdiyi qiymətlərə əsasən aparmışdır. Həmçinin ekspert rəyinə əsasən görülmüş işlərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən t əsdiq olunan bazis smeta qiymətlərinə əsasən hesablanan orta bazar qiyməti (1.027.434,38 manat) MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə qeyd olunan qiymətlərə daha çox uyğundur.
100. Podrat müqaviləsinə əsasən görülmüş işlərin dəyəri MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavəyə və hər iki tərəfin imzaladığı Forma 2 arayışlarına əsasən müəyyən edilməlidir. Eyni zamanda, MMC tərəfindən təqdim edilən 2019-cu il 1 və 19 iyul dövrü əhatə edən Forma 2 arayışı görülmüş işləri təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki həmin Forma 2 arayışı MTK-nın nümayəndəsi tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir.
101. Görülmüş işlərin dəyərinin həm MTK, həm də MMC tərəfindən məhkəməyə təqdim edilən Forma 2 arayışlarında qeyd olunan məbləğlərin cəmi şəklində hesablanması ilə bağl ı MMC-nin dəlillərini, o cümlədən həmin nəticəyə dair hissədə hazırkı iş üzrə birinci instansiya məhkəməsində verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 29 yanvar tarixli 10/3742 saylı ekspert rəyini (bax yuxarıda §61) kollegiya əsassız hesab etmişdir. Görülmüş işlərə görə ödənilməli olan muzdun məbləği aşağıdakı qaydada müəyyən olunmalıdır. Belə ki, hazırkı apellyasiya baxışı zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2022-ci il 25 yanvar tarixli 10/5906-9/7872 saylı ekspert rəyi verilmişdir. Həmin ekspert rəyinə əsasən MMC tərəfindən "xxxx" Tikinti sahəsi BW57 layihəsi üzrə MTK və MMC tərəfindən imzalanmış, lakin MTK tərəfindən möhür vurulmamış 2 saylı formalarda göstərilən tikintiquraşdırma işlərinin ümumi dəyəri 1.146.294,9 manat təşkil edir. MTK da tikinti-quraşdırma işlə rinə görə həmin məbləğdə ödəniş etməli olduğu təqdirdə bundan artıq məbləğdə, yəni 1.212.071,62 manat ödəniş etmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, MTK artıq ödənilmiş 65.776,72 manat pul vəsaitinin MMC-dən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır.
102. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə MTK tərəfindən təqdim edilən "xxxx" MMC-nin 2019-cu il 20 avqust tarixli 92-E saylı ekspert rəyi, X3 2021-ci il 4 mart tarixli 131 saylı ekspert rəyi, o cümlədən MMC tərəfindən təqdim edilən "xxxx" MMCnin 2019-cu il 8 avqust tarixli AEM/A 17-776/19 saylı hesabatı, “X8” MMC-nin 2021-ci il 1 mart tarixli mütəxəssis rəyi, Azərbaycan Respublikası X3 2021-ci il 8 aprel tarixli ekspert rəyi sübut qismində qiymətləndirilə bilməz.
103. MTK tərəfindən irəli sürülmüş ikinci tələb işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31.200 manatın tutulması ilə bağlıdır. Lakin hazırkı işdə həmin əsaslar müəyyən olunmur. Çünki, iddiaçı müqavilənin həmin bəndinin cavabdeh tərəfindən pozulmasını iddia ərizəsində ümumi şəkildə göstərmiş, həmin halların mövcudluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
104. MTK tərəfindən irəli sürülmüş üçüncü tələb müqavilənin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanı n əvəzi kimi 100.000 manatın tutulması ilə bağlıdır. Lakin, hazırkı işdə bu əsaslar müəyyən edilmir. Çünki MTK ümumiyyətlə zərərin mövcud olmasının təsdiqi barədə mötəbər sübutları təqdim etməmişdir.
105. Eyni zamanda məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddia qismən əsaslıdır. Belə ki, MMC tərəfindən irəli sürülmüş birinci tələb podrat müqaviləsi üzrə görülmüş işlərə görə 729.657,2 manat və əlavə dəyər vergisinə görə 212.707,57 manat pulun MTKdan tutulması ilə bağlıdır. Lakin, hazırkı işdə həmin əsaslar mövcud deyildir. Belə ki, işin hallarından müəyyən olunmuşdur ki, MTK-nın MMC-yə podrat müqaviləsi üzrə görülmüş işlər üçün ödənilməyən borcu qalmamış, əksinə MTK podrat müqaviləsi üzrə MMC-yə 65.776,72 manat məbləğində artıq muzd ödəmişdir. Bununla da, podrat müqaviləsi üzr ə MTK-nın MMCyə heç bir borcu yoxdur. Həmçinin əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsassızdır. Ona görə də, həmin iddia tələbləri rədd edilməlidir.
106. MMC tərəfindən irəli sürülmüş digər tələb dəymiş zərərə görə 276.365 manatın tutulması ilə bağlıdır. MMC zərərin mövcud olmasını MTK-nın onları qanunsuz şəkildə tikinti sahəsindən məcburi çıxartdığı üçün MMC-nin üçüncü şəxslərlə bağladığı icarə müqavilələri əsasında icarəyə götürdüyü mal-material və avadanlıqların tikinti sahəsində qalması və buna görə də, onun boşuna icarə haqqı ödəməsi ilə əsaslandırmışdır. MTK tərəfindən müqavilənin ləğvi barədə göndərilən bildirişdən, e-mail yazışmalardan müəyyən olunur ki, MMC-yə müqavilənin 2019-cu il 18 iyul tarixdən ləğv edildiyi və tərəflərin müqavilə ü zrə bütün öhdəliklərinə xitam verildiyi diqqətə çatdırılmaqla, bildirişin qəbul edildiyi tarixdə podratçının bütün işlərin təxirə salınmadan dayandırması, ona məxsus olan mal-materialların tikinti sahəsindən çıxarılması və 15 gün ərzində görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi xahiş edilsə də, həmin müddət ərzində göstərilən mal-materiallar tikinti sahəsindən çıxarılmamışdır. Sonradan hazırkı məhkəmə prosesi zamanı MTK tərəfindən həmin mal-materialların da daxil olduğu, MMC-yə məxsus əmlakların siyahısı məhkəməyə təqdim olunmuş və məhkəmə qərarları ilə qeyd olunan icarəyə götürülən əmlaklar istisna olmaqla, digər əmlaklar üzərinə həbs qoyulmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 15.2-ci bəndinə əsasən podratçı onun mülkiyyətində yaxud istifadəsində olan, o cümlədən icarəyə götürülmüş, lizinq ilə əldə olunmuş və ya digər vasitə ilə podratçı tərəfindən təqdim edilmiş əmlakın bu müqavilənin yerinə yetirilməsindən irəli gələn və ya bununla əlaqədar olan itkisi və ya zərərə məruz qalması ilə əlaqədar olaraq sifarişçiyə münasibətdə bütün iddia, itki, zərər, xərc (o cümlədən hüquq xidmətlərinin göstərilməsi ilə əlaqədar olan xərclər), məsrəf və məsuliyyət üzrə öhdəlik daşıyır və bunlardan sifarişçini müdafiə edir və qoruyur və Sifarişçinin müvafiq məsuliyyətini ödəyir. Bu baxımdan kollegiya hesab etmişdir ki, MMC başqa şəxslərlə aralarında olan icarə müqavilə münasibətləri üzrə yerinə yetirilməmiş öhdəliklərinin icrasını MTK-dan tələb etməkdə haqlı deyil. Ona görə də, həmin hissədə qarşılıqlı iddia rəd d edilməlidir.
107. MMC tərəfindən irəli sürülmüş digər bir tələb - adları, miqdarı və vəziyyəti qeyd olunan 166 adda avadanlıq, qurğu, inşaat materiallarının geri qaytarılması, həmçinin çatışmayan, cədvəldə qeyd edilən əmlakların dəyəri olan 95.167,28 manat pul vəsaitinin tutulmasından ibarətdir. Kollegiya hesab etmişdir ki, həmin hissədə qarşılıqlı iddia qismən əsaslıdır.
108. Belə ki, birinci instansiya məhkəməsində gedən icraat zamanı baxışının gedişində MTK tərəfindən işlərin görüldüyü ərazidə olan və MMC-yə məxsus 49 adda mal-materialın siyahısı təqdim olunmuş və məhkəmə qərardadı ilə icarəyə götürülən əmlaklar istisna olunmaqla, digər əmlakların üzərinə həbs qoyulmuşdur. Həmin 49 adda əmlakdan qüllə kran MMC-yə təhvil verilmiş, digər əmlaklar isə təhvil verilməmişdir. MMC həmin əmla klardan başqa əmlakların mövcud olduğunu və məhz MTK-nın qanunsuz sahibliyində olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, MTK-nın təqdim etdiyi 48 adda mal-material MMC-yə qaytarılmalı, qalan hissədə isə həmin iddia tələbləri rədd edilməlidir.
109. Eyni zamanda, hazırkı apellyasiya baxışında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2022-ci il 25 yanvar tarixli 10/5906-9/7872 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, ekspertiza təyini haqqında qərardadda göstərilən 48 adda malların orta istismar müddəti və orta istismar parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 82.784,60 manat müəyyən e dilir. Həm iddiaçı, həm də cavabdeh həmin rəyə etiraz etmişdir. Belə ki, iddiaçının nümayəndəsi əmlakların dəyərlərinin şişirdilmiş olmasını, cavabdehin nümayəndələri isə əksinə azaldılmış olmasını bildirmişlər. Qeyd olunan prosessual məsələ üzrə əlavə mübahisənin yarandığı və ən əsası həmin 48 adda olan əmlakların üzərinə həbsin qoyulduğu və icra məmuru tərəfindən siyahıya alındığı nəzərə alınaraq kollegiya hesab etmişdir ki, qətnamənin icrası zamanı həmin əmlakların mövcud olmayacağı qənaətinə gəlmək üçün əsaslar mövcud deyil və ona görə də, hazırkı mərhələdə həmin əmlakların dəyərinin müəyyən edilməsinə zərurət yoxdur.
110. Qarşılıqlı iddiada irəli sürülmüş digər bir tələb 1.662.647 manat əldən çıxmış faydanın tutulması ilə əlaqədardır. Həmin hissədə MMC qarşılıqlı iddianı onunla əsas landırılmışdır ki, MTK-da olan əmlakların dəyəri kimi göstərdiyi 722.899 manat məbləğin 1/10 hissəsi qədər, ayda təxminən 72.289,9 manat icarə haqqından əldə edəcəyi gəlirdən mərhum olmuşdur. Belə ki, tikintiyə başlamazdan öncə MMC qeyd olunan avadanlıqları icarəyə verməklə gəlir əldə edirdi ki, həmin müqavilələrə görə əmlakın dəyərinin 1/10 hissəsi icarə haqqı kimi qəbul olunurdu. Cədvəldə qeyd olunan avadanlıqları iddiaçı özündə saxlamaqla MMC-nin təxminən əldə edəcəyi (23ayx72289=1662647) 1.662.647 manat gəlirdən məhrum etmişdir ki, həmin pul da iddiaçıdan tutulub MMC-yə ödənilməlidir. Kollegiya hesab etmişdir ki, cavabdehin həmin dəlilləri əsassızdır. Belə ki, MTK tərəfindən əmlakların siyahısı məhkəməyə təqdim olunmuş, həmin əmlakların (bir qismi istisna olmaqla) üzərinə həbs qoyulara q, MTK-nın saxlancına verilmişdir. Digər əmlakların MTK-da olmasını təsdiq edən mötəbər sübutlar isə məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə həmin hallar sübutlarla təsdiq olunmuş olsa belə, MMC fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxs və ya şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları da təqdim etməmişdir.
111. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 157.2, 385.1, 404.1, 404.2, 439.4, 443.4, 445.7, 462.1, 752.1, 753, 759.1, 1091,1092.1-ci; MPM-in 77.1, 119.1, 222.1-ci maddələri ilə əsaslandırmışdır.
112. Qətnamə 2022-ci il 31 mart tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
113. MMC 202 2-ci il 19 may tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv, MTK-nın iddiasının rədd, MMC-nin qarşılıqlı iddiasının isə tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
114. MM-in 385.1, 442, 448, 752.1, 759.1, 754-cü maddələrinin tələbləri pozulmuşdur – MTK tərəfindən elektron vergi hesab fakturaları əsasında görülümüş işlərin dəyəri ilə yanaşı 77.516,18 manat ƏDV, 60.000 manatı kran alınması üçün Barış Dəmirə verilmiş, 129.732 manat pulun da MMC tərəfindən görülmüş işlərə heç bir aidiyyəti olmamış, pulun verilməsinə isə əsas kimi müqavilə əsasında 168.150 barter ödənişinin alışı kimi göstərilmişdir. Halbuki tərəflər arasında Podrat müqaviləsinin nömrəsi PKCHR- CA-001/2019 olmuşdur. Beləliklə, MMC tərəfindən Bakı Ağ şəhər BW 57 ünvanında yerləşən tikinti sahəsində görülən işlərin dəyəri 1.617.814,2 manat olması və MTK tərəfindən görülmüş işlərə görə 888.157 manat ödəməsi mötəbər sübutlarla təsdiqini tapdığından, hal-hazırda MTK tərəfindən MMC-yə yalnız görülmüş işlərə görə 729.657,2 manat (1.617.814,2-888.157=729.657,2) pul vəsaiti ödənilməmiş, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir ki, Bakı Apellyasiya Məhkəməsi işə baxarkən MM-in qeyd olunan maddələrini düzgün tətbiq etməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir.
115. Bundan başqa, Məhkəmə Ekspertiza Mərkəzinin 13/5306-3/7872 saylı, 2022-ci il 25 yanvar tarixli ekspert rəyi qüvvədə olmayan və tətbiqi qadağan edilmiş 1991-ci ilin basis smeta qiymətləri əsasında keçirildiyi ndən sübut kimi qəbul oluna bilməzdi. Məhkəmənin mötəbər olmayan məlumatlar əsasında tərtib edilmiş ekspert rəyinə istinad etməsi qanunsuz və əsassız olmuşdur.
116. MM-in 21-ci maddəsinin tələbləri pozulmuşdur - MTK tərəfindən bu günə kimi MMCyə məxsus cədvəldə göstərilən avadanlıqların üzərinə həbs qoyulması nəticəsində, MMC ümumi dəyəri 722.899 manat olan avadanlıqların aylıq 1/10 miqdarında, ayda təxminən 72.289,9 manat icarə haqqından əldə edəcəyi gəlirdən mərhum olmuşdur. Belə ki, tikintiyə başlamazdan öncə MMC-nin qeyd olunan avadanlıqları icarəyə verməklə gəlir əldə edirdi ki, həmin müqavilələrə görə əmlakın dəyərinin 1/10 hissəsi icarə haqqı kimi qəbul olunurdu. Cədvəldə qeyd olunan avadanlıqları MTK özündə saxlamaqla MMC-nin təxminən əldə edəcəyi 1.662.647 manat (23x72.289=1.662.647) gəlirdən məhrum olmuşdur.
117. MM-in 152.1 və 157-ci maddələrinin tələbləri pozulmuşdur - MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən mübahisəli tikinti sahəsində MMC-yə məxsus olan avadanlıq, qurğu və inşaat materialların mövcud vəziyyətinə uyğun bazar dəyəri və siyahısı müəyyən edilmişdir. "xxxx" MMC-nin 2019-cu il 8 avqust tarixli rəyinə əsasən MMC tərəfindən tikinti sahəsində istifadə üçün gətirilən 722.899 manat dəyərində (faktiki orda olan) 166 adda avadanlıq, qurğu və inşaat materialları geri qaytarılmalı, yarasız hala salınmış və çatışmayan avadanlıqların dəyəri MTK-dan alınıb MMC-yə ödənilməlidir.
118. MM-in 445.7-ci maddəsinin tələbləri pozulmuşdur - MMC tərəfindən 729.657 manat həcmində görülmüş işlərin dəyəri dəfələrlə tələb olunmasına baxmayaraq bu günə kimi MTK tərə findən ödənilməmişdir. Hesab edirik ki, MTK MMC-yə olan borcunu ödəmədiyinə görə həmin məbləğin illik 5 faiz tutularaq sonuncuya ödənilməlidir. Belə ki, ödənişin iki ildir gecikdirilməsini nəzərə alsaq, iki illik faiz borcu 72.965,7 manat (729.657x0,05x2=72.965,7) təşkil edir. Bundan başqa MTK MMC-yə olan borcunu ödəmədiyinə görə ödənilməmiş 729.657 manat məbləğin illik 5 faiz tutularaq sonuncuya ödənilməlidir. Lakin məhkəmə qeyd olunanları nəzərə almamışdır.
119. MPM-in 2.2, 88, 217, 218, 372.1, 386, 387-ci maddələrinin tələbləri pozulmuşdur İşə baxan apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi qəbul etdiyi qətnamədə apellyasiya şikayətimizdə göstərilən xüsusatlara ümumiyyətlə münasibət bildirib hüququ qiymət verməmişdir. Həmçinn apellayasiya şikayətinə dair etirazımızın d əlillərinə münasibət bildirilib hüquqi qiymət verilmədiyindən, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Eyni zamanda işə baxmış apellyasiya instansiyası məhkəməsi iş materillarında olan və təqdim olunmuş sübutlara, eləcə də məhkəmə iclasında dindirilmiş şahid ifadəsinə qəbul etdiyi qətnamədə münasibət bildirib hüquqi qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul edib, iddiaçının apellyasiya şikayətini təmin edərkən Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 25 yanvar tarixli 13/5306-3/7872 nömrəli ekspert rəyinə istinad edərək, bütün hesablamaları həmin rəy üzərindən aparmışdır. Halbuki, həmin rəy kifayət qədər əsaslandırılmamış, iş materiallar ında olan sənədlərə əsasən müəyyən işlərin görülməsi və həmin işlərin görülməsini iddiaçı tərəfindən qəbul edilməsi öz əksini tapmış olduğu halda, qeyd olunan rəydə həmin işlərin görülməsi öz əksini tapmadığından, rəyə əlavə edilmiş hesabatlarda göstərilən məlumatların natamam və qeyri-müəyyən olması səbəbindən həmin rəy mötəbər sübut kimi qəbul olunmamalı idi. Lakin, məhkəmə tərəfindən həmin rəyə istinad olunaraq əsasız qətnamə qəbul edilmişdir. Belə olan zaman qeyd olunan rəy mötəbər olmadığından, Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 29 yanvar tarixli 10/3742 saylı ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli və hesablamalar həmin rəy əsasında aparılmalı idi. Belə ki, rəydə 2-ci variant üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 1.338.739,05 manat məbləğində təşki l etmişdir. Eyni zamanda MTK-nın imzalayıb və möhürlədiyi forma 2 arayışlarda görülmüş işlərin dəyəri ümumilikdə 1.420.049,31 manat təşkil etmişdir. Məhkəmələr tərəfindən yalnız MMC-nin nümayəndəsi tərəfindən imzalanmış və möhür vurulmuş 2 saylı forma arayışlar üzrə (2019-cu il 1 və 19 iyul tarixləri üzrə) 192.304 manat məbləğdə göstərilən işlərin görülməsi və təhvil verilməsi ilə bağlı mötəbər sübutlar təqdim olunmadığı qeyd edilməklə də yanlışlığa yol verilmişdir.
120. Bundan başqa iş materiallarından da göründüyü kimi MMC podrat müqaviləsinə əsasən tikinti işlərində istifadə edilməsi üçün aylıq icarə haqqı 4.000 manat olmaqla 800 ədəd iskələ (ayaq altı), aylıq icarə haqqı 1.705 manat olmaqla 775 cüt çubuq (qayçı), aylıq icarə haqqı 1.300 manat olmaqla alt ayar mili, aylıq icarə haqqı 1. 750 manat olmaqla 700 ədəd üst ayar mili fiziki şəxs X2 2019-cu il 15 iyun tarixli icarə müqaviləsinə əsasən icarəyə götürmüşdür. MTK X2 icarəyə götürdüyümüz 800 ədədə iskələnin (ayaq altı), 775 cüt çubuğun (qayçının), alt ayar milinin və üst ayar milinin götürülməsinə bu günə kimi imkan verməmişdir. Halbuki Bakı Apellyasiya Məhkəməsi adları qeyd olunan malların üzərindən həbsi götürmüşdür. Buna baxmayaraq, MTK Z.İsmayılova məxsus avadanlıqları qanunsuz olaraq özündə saxlamaqla MMC-yə 201.365 manat, Barış Dəmirdən icarəyə götütürlmüş 1 ədəd Kranı geri qaytarmamaqla MMC-yə 75.000 manat, ümumilikdə isə 276.365 manat ziyan vurmuşdur. Məhkəmə isə bütün bu qeyd olunanlara hüquqi qiymət verməmişdir.
121. Qarşılıqlı iddia tələbində çatışmayan əmlakların dəyəri olan 95.167,28 manat pul vəsaitini n MTK-dan tutulması hissəsi ilə bağlı bildirilmişdir ki, məhkəmə qarşılıqlı iddianın qeyd edilən hissəsini təmin etməməklə MMC-yə qarşı qərəzli və qeyri obyektiv olmuş, iş materiallarında olan mötəbər sübutları görməzdən gəlmişdir. Məhkəmə baxışının gedişində MTK-nın nümayəndəsi tərəfindən işlərin görüldüyü ərazidə olan və MMC-yə məxsus 49 adda mal-materialın siyahısı təqdim olunmuş və icarəyə götürülən əmlaklar istisna olunmaqla, digər əmlakların üzərinə həbs qoyulmuşdur. 49 adda əmlakdan qüllə kran MMC-yə təhvil verilmiş, digər əmlaklar isə təhvil verilməmişdir.
122. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun S.Əliyevanın şikayəti üzrə 2007-ci il 31 may tarixli və Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qəra rlarının tələbləri pozulmuşdur - Hazırkı iş üzrə Apellyasiya Məhkəməsi MPM-də apellyasiya məhkəmələri üçün nəzərdə tutulmuş (372-376-ci maddələr) səlahiyyətlərini və vəzifələrini düzgün yerinə yetirməməsi nəticəsində qəbul etdiyi qətnamə prosessual və maddi hüququn pozulması ilə yanaşı, ədalət mühakiməsinin qanuniliyinə dair Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqelərinə ziddir. Apellyasiya məhkəməsinin maddi və prosessual hüququ pozmaqla işi həll etməsi Konstitusiyanın 127-ci maddəsində nəzərdə tutulmuş “qanuna müvafiqlik” prinsipinin də pozulmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
123. Kassasiya şikayətinə qarşı MTK tərəfindən 2022-ci il 12 sentyabr tarixində etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir: a) Qanunvericilikdə təsbit olunmuşdur ki, ƏDV müvaf iq surətdə əvəzləşdirilməli olan vergi məbləğidir. MTK ƏDV ödəyicisi olmadığına görə həmin məbləği əvəzləşdirə bilmir və nəticədə ƏDV ödəyicisi olan MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği sonuncunun əvəzindən MTK tərəfindən ödənilmişdir. b) MMC öz ərizəsində MTK tərəfindən ödənilmiş məbləğləri almadığını iddia etməmiş, bundan imtina etməmiş, əksinə pul vəsaitlərini aldığını qəbul etmişdir, sadəcə aldığı vəsaitlərin görülmüş tikinti işlərinə aidiyyətinin olmadığını göstərmişdir. c) Təqdim edilən bütün kassa məxaric orderlərindən görünür ki, ödənişlər BW-57 layihəsi üzrə həyata keçirilmişdir. Bu isə tərəflər arasında bağlanmış podrat müqaviləsinin predmetini təşkil edir və müqavilədə öz əksini tapmışdır. Həmçinin məhkəməyə təqdim edilmiş vergi orqanının arayışından və əm ək müqaviləsi bildirişindən görünür ki, pul vəsaitlərini qəbul edən şəxslər MMC-nin vəzifəli şəxsləri olmuşlar. O cümlədən, qarşılıqlı iddia üzrə iddia tələbinin həcminin artırılmasına dair ərizənin 2-ci səhifəsinin 6-cı abzasında görüləcək işlərin dəyərinin ödənilməsi ilə bağlı tərəflər arasında tikilən binadan mənzillərin barter yolu ilə ödənilməsinin nəzərdə tutulduğu bildirildiyi halda, daha sonra bu yolla aparılan ödənişin qəbul edilməməsi və ya MMC-yə aidiyyətinın olmamasının iddia edilməsi başa düşülən deyil. d) Hər iki tərəfin təqdim etdiyi forma 2 arayışları eyni tarixlidir, eyni dövrü əhatə edir, eyni layihə ilə bağlıdır. Yalnız həmin arayışlarda qeyd edilən işlərin həcmi və dəyərləri fərqli göstərilmişdir. Məhz hazırkı mübahisənin kökündə də bu məsələ durur. Belə olan halda tərə flərin təqdim etdikləri forma 2 arayışlarının toplanması əsassız və məntiqsizdir. e) Müqavilə şərtlərinə uyğun olaraq MTK tərəfindən MMC-yə göndərilmiş bildirişdə qeyd edilmişdir ki, podrat müqaviləsi 2019-cu il 18 iyul tarixdən ləğv edilir və tərəflərin müqavilə üzrə bütün öhdəliklərinə xitam verilir. Bu bildiriş MMC-yə təqdim edildikdən sonra MTK tərəfindən hər hansı tikinti işinin aparılmasına icazə verilməmişdir. Buna baxmayaraq, MMC-nin vəzifəli şəxsləri öz mülahizələri əsasında və birtərəfli qaydada tərtib edilmiş, yəni MTK-nın heç bir vəzifəli şəxsi tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmiş 2019-cu il 1 və 19 iyul dövrü əhatə edən forma 2 arayışını məhkəməyə təqdim etmiş, həmin işlərin görüldüyünü iddia etməklə həmin işlərin dəyərini də MTK-dan tələb etmişdir. f) Görülmü ş işlərə görə MTK tərəfindən MMC-yə 1.212.072 manat (703.910 manat nağd+ƏDV daxil 508.161.62 manat nağdsız) məbləğində pul ödənilmişdir. Görülmüş işlərin dəyərini MMC-nin təqdim etdiyi forma 2 arayışları üzrə müəyyən etsək, bu məbləğ 1.145.794.90 manat, “X7” MMC-nin 2021-ci il 4 mart tarixli ekspert rəyi ilə müəyyən etsək, 979.428.96 manat təşkil edir. Yəni, hər bir halda görülmüş işlərdən daha artıq məbləğdə pul vəsaiti MTK tərəfindən ödənilmişdir. g) MMC-nin tələb etdiyi əmlakların üzərinə mülki prosessual qanunvericiliyə uyğun olaraq həbs qoyulmuş və MTK-nın saxlancına verilmişdir. Üzərindən həbs götürlümüş əmlaklar da icra şöbələri tərəfindən MMC-yə təhvil verilmişdir. Bu hallar da müvafiq aktlarla öz təsdiqini tapır. Qərardadlarda qeyd olunmayan və iddia tələbində MTK-dan tələb edilən əmlakların isə MTK-da olmasını təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin, hazırkı mərhələdə iş üzrə yekun məhkəmə aktı qəbul edilməmiş üzərinə həbs qoyulmuş əmlaklarla bağlı vurulmuş zərərin tələb edilməsi əsassız və qanunsuzdur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
124. Kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət (MPM-in 405.0.2ci maddəsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən bərpa edilməklə verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
125. İlk iddia tələbi üzrə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin edildiyi, qarşılıqlı iddianın təmin edilmədiyi hissələrdə mübahisələndirdiyi üçün, haz ırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
126. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
127. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
439. Pul öhdəliklərinin icrası... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, malla rda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilm iş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə i lə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurul duğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdu n əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesa bına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.” “Maddə
759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.” “Maddə
770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yer inə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.” “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona q aytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə....”
128. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları 2.2. Tikintiyə icazə verən orqan (qurum) icazə barədə qərarı, tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə xüsusi nişanı sifarişçiyə təqdim etdikdən sonra 3 (üç) iş günü müddətində həmin obyektin tikintisinə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək üçün bu barədə Age ntliyə məlumat verməlidir. 2.11. Tikintisinə icazə verilmiş obyektlərə dövlət nəzarəti hər bir tikinti obyekti üçün Müfəttişlik tərəfindən “Tikintidə Dövlət Nəzarəti Jurnalı” (Əlavə) açılmaqla aparılır. 2.13. “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda tikinti ərazisinin mühafizəsi və torpaqqazma işlərindən başlayaraq son abadlaşdırma işlərinədək obyektin tikintisinin ayrı-ayrı mərhələlərinin texnoloji proseslərə bölünməklə ardıcıllığı müəyyən edilir. Sifarişçi (podratçı) tərəfindən tikinti-quraşdırma işləri “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilməlidir. Müfəttişliyin rəhbərliyi tərəfindən bu ardıcıllığa uyğun olaraq, birinci mərhələnin icrası təsdiq olunduqdan sonra tikinti-quraşdırma işlərinə başlanıla bilər.
129. Azərbaycan Respublikas ının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 dekabr tarixli, 390 saylı Qərarı 3. “Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 200 nömrəli qərarı 2017-ci il iyulun 1-dən ləğv edilsin və obyektlərin dəyərinin 1991ci ilin bazis-smeta qiyməti əsasında qiymətləndirilməsi metodikasının tətbiqi dayandırılsın. Bununla əlaqədar olaraq “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçir ilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı 2017-ci il iyulun 1-dən ləğv edilsin.
130. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məh kəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
99. Ekspertizanın aparılması qaydası 99.1. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
222. Əmlakın alınm ası və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
131. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
132. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normaların ı düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
133. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
134. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında 2019-cu il 4 mart tarixli, PKCHR-CA001/2019 nömrəli podrat müqaviləsi bağlanmış, müqavilənin 2.1-ci maddəsində müqavilə üzrə ümumi məbləğ ƏDV xaric 6.500.000 manat t əşkil etməsi müəyyən olunmuşdur.
135. Mülki Məcəllənin podrat müqaviləsi ilə bağlı müddəalarına əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır (Mülki Məcəllənin 752.1 və 770-ci maddələri).
136. Göründüyü kimi podryat münasibətlərində müvafiq işlərin görülməsi müqabilində sifarişçi muzd ödəməlidir. Muzdun ödənilməsi ilə bağlı sifarişçinin öhdəliyinin yaranması anı isə bir halda iş yerinə yetirildikdən sonra, digə r hallarda isə yerinə yetirilmiş iş sifarişçi tərəfindən qəbul edildikdə sonra başlanılır. İkinci halda yerinə yetirilmiş işin qəbulu müqavilədə nəzərdə tutulmalı və ya işin xarakterindən irəli gəlməlidir.
137. Eyni zamanda, Mülki Məcəllənin podrat müqaviləsinə dair münasibətləri tənzimləyən 39-cu fəslində müqavilə üzrə artıq muzd ödənildiyi təqdirdə həmin muzdun geri qaytarılmasına dair hər hansı bir xüsusi norma nəzərdə tutulmamışdır.
138. Tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2.2-ci bəndinə görə tərəflər arasındakı razılaşmaya əsasən, ödəmələr Forma-2 və Forma-3-lərə əsasən həyata keçirilir.
139. Müqavilənin 18.1-ci bəndinə əsasən, sifarişçi müqavilə imzalandıqdan sonra 30 gün müddətində mobilizasiya işlərinin başlanması üçün podratçıya avans kimi razılaşdırılmış məbləği ödəy ir və podratçı isə müqavilə imzalandıqdan dərhal sonra işin icrasına başlayır. Qalan ödənişlər isə Forma-2 və Forma-3-lər vasitəsilə işlərin gedişatına uyğun olaraq müvafiq şəkildə ödənəcəkdir.
140. Müqavilənin 18.2-ci bəndinə əsasən, iş proqramı üzrə hər təqvim ayı görülmüş işlərin həcmini və qiymətini əks etdirən podrat müqaviləsinin 3 saylı Əlavəsində göstərilən nümunəyə uyğun 2 nüsxədə Forma 2 tərtib edərək növbəti ayın ilk 5 təqvim günü ərzində sifarişçiyə həm imzalanmış və möhürlənmiş qaydada həm də ilkin elektron variantda təqdim edir. Sifarişçi Forma 2-ni aldıqdan sonra növbəti ayın 15-ci təqvim gününədək Form 2-ni ya təsdiq etməklə bir təsdiq olunmuş nüsxəsini podratçıya qaytarır və ya Forma 2-yə olan düzəlişlərini Podratçıya təqdim edir və podratçı 1 gün ərzində həmin düzəlişləri yerinə yetirərək yeni Forma 2 təqdim edir.
141. Müqavilənin 18.5-ci bəndinə əsasən isə, Forma 2 hər iki tərəfdən təsdiq edildikdən sonra podrat müqaviləsinin 3 saylı Əlavəsində göstərilən nümunəyə uyğun Sifarişçi tərəfindən 2 nüsxədə Forma 3 hazırlanır və orada aylıq görülmüş işə görə ödənilməli olan məbləğ müvafiq cərimələr, tutulmalar və digər maliyyə sanksiyaları, podrat müqaviləsindən irəli gələn digər tutulmalar çıxılmaqla hesablanaraq işlərin görüldüyü ayın sonuncu günündən etibarən 28 təqvim günü ərzində Forma 2 və Forma 3 ödənilmə üçün müəyyən edilmiş məbləğə uyğun podratçı tərəfindən təqdim edilən hesab və hesab-faktura əsasında ödəniliir.
142. Müqavilənin müvafiq bəndlərində öz əksini tapmış bu müddəalardan göründüyü kimi, ödənişlər podratçı tərəfindən hazırlanmış və sifarişçi tərəfindən təsdiq olunmuş Forma 2 və onun əsasında sifarişçi tərəfindən hazırlanmış Forma 3 əsasında həyata keçirilir.
143. Hazırkı halda, həm ilk iddia tələbi üzrə iddiaçı MTK, həm də qarşılıqlı iddiaçı MMC tərəfindən aşağı instansiya məhkəmələrinə eyni dövrü əhatə edən, sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş, eyni zamanda təkcə sifarişçinin imzası və podratçının imzası və möhürü ilə təsdiqlənmiş, həmçinin təkcə podratçının imzası və möhürü olan 2 saylı formalar təqdim edilmişdir.
144. Qanunvericiliyin tələbləri və müqavilə şərtləri o nəticəyə gəlmək üçün əsas yaradır ki, ilk iddia tələbi üzrə cavabdeh tərəfindən görülmüş işlərə dair təqdim etdiyi işlərin görülməsinə dair “Forma 2” aktları ilk iddia üzrə iddiaçı tərəfindən ya qəbul edilməklə təsdiq olunmalı və yaxud öz düzəlişlərini cavabdehə təqdim olunmaqla yeni “Forma 2” təqdimi tələb edilməli idi. Lakin, hazırkı işin materialları ilə ilk iddiaçı tərəfindən cavabdehdən yeni Forma 2 sənədinin tələb edilməsi müəyyən olunmamış, hər iki tərəf məhkəməyə fərqli məbləğlərin əks olunduğu Forma 2 sənədlərini təqdim etmiş, habelə iş materiallarında müqavilənin tələblərinə əsasən sifarişçi MTK tərəfindən tərtib olunması nəzərdə tutulan Forma 3 sənədi də mövcud olmuşdur ki (bax İ cild, iş.v154), tərəflərdə fərqli məbləğlərin əks olunduğu Forma 2 sənədləri mövcud olduğundan bu Forma 3 sənədinin konkret olaraq hansı razılaşdırılmış Forma 2 sənədi əsasında tərtib edilməsi də aydın deyildir.
145. Bundan başqa, iş materiallarında podrat müqaviləsinə “Qiymətlərin və Xidmətlərin Razılaşma Protokolu” 1 saylı Əlavə ad landırılmış iki sənəd mövcud olmuş və tərəflərin hər biri müqaviləyə əsasən görülmüş işlərin dəyərinin özlərinin təqdim etdiyi Əlavə 1-ə əsasən hesablanmalı olmasını iddia etmişlər.
146. İlk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh MTK-nın məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə qazıntı işləri – 110000 manat, qırmadaş sərilməsi və kipləşdirilməsi – 10000 manat, bünövrə altında olan izolyasiya işləri – 115000 manat və dəmir, beton və qəlib işləri – ******* manat olmaqla, ümumilikdə ******* (altı milyon beş yüz min) manat müəyyən edilmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır. Əlavə hər iki tərəfin nümayə ndəsi tərəfindən imzalanmış və möhürlənmişdir.
147. İlk iddia tələbi üzrə cavabdeh, MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə isə işlərin dəyəri ümumilikdə 13.235.483 manat müəyyən edilmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri və müqavilə dəyəri nisbi xarakter daşıyır və faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış, lakin təkcə MMC tərəfindən möhürlənmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində də göstərildiyi kimi məhkəmə iclasında MTK-nın nümayəndəsi MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə olan imzanı və məlumatları təsdiq etmişdir. Belə olduqda, MTK tərəfindən möhürünün olmadığı Əlavə 1-də göstərilənlərin təsdiq olunması, lakin MMC tərəfindən təqdim olunmuş Forma 2 sənədlərində əks olunmuş möhürün MTK-ya məxsus olmaması və ya möhürün olmaması səbəbindən həmin Forma 2 sənədlərinin qəbul olunmaması ilə bağlı ziddiyyət təşkil edən hal ortaya çıxmışdır.
148. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, belə vəziyyətin mövcudluğu göstərilən halların yenidən aydınlaşdırılaraq qiymətləndirilməsi zərurəti yaranmışdır.
149. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi 13/5306-3/7872 saylı, 2022-ci il 25 yanvar tarixli eskpert rəyi qüvvədə olmayan 1991-ci ilin basiz smeta qiymətləri əsasında verilmişdir.
150. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə aşağıdakılara əsasən razı laşdığını qeyd edir. 151. “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 yanvar tarixli, 390 saylı Qərarının 3-cü bəndinə əsasən, “Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 200 nömrəli qərarı 2017-ci il iyulun 1-dən ləğv edilmiş və obyektlərin dəyərinin 1991-ci ilin bazissmeta qiyməti əsasında qiymətləndirilməsi metodikasının tətbiqi dayandırılmışdır. Bununla əlaqədar olaraq “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirli yi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı 2017-ci il iyulun 1-dən ləğv edilmişdir.
152. Göründüyü kimi, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ekspert rəyi artıq qüvvədə olmayan və birmənalı olaraq tətbiqinin dayandırılması nəzərdə tutulmuş tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi vasitəsilə verildiyindən belə rəyin mötbəbər sübut kimi nəzərə alınması anlaşılan deyildir.
153. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxılarkən 2020-ci il 4 iyun tarixli məhkəmə iclasında ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı M MC-nin qanuni təmsilçisi MMC-nin tikinti işləri aparılan sahədən çıxarıldığından görülmüş işlərlə bağlı sənədləşmənin tam formada tərtibinin mümkün olmadığını, ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh MTK-nın nümayəndəsi və vəkili isə tikinti işlərinin daha sonra başqa şirkət tərəfindən aparıldığını və artıq həmin ərazidə tikinti işlərinin yekunlaşdığını, bu səbəbdən hansı işlərin MMC tərəfindən görüldüyü müəyyən edilməklə ekspertizaının keçirilməsinin mümkün olmadığını göstərmişdir.
154. Bununla bağlı məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli, 349 saylı Fərmanı ilə “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, t ikintiyə icazə verən orqan (qurum) icazə barədə qərarı, tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə xüsusi nişanı sifarişçiyə təqdim etdikdən sonra 3 (üç) iş günü müddətində həmin obyektin tikintisinə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək üçün bu barədə Agentliyə məlumat verməlidir.
155. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən, tikintisinə icazə verilmiş obyektlərə dövlət nəzarəti hər bir tikinti obyekti üçün Müfəttişlik tərəfindən “Tikintidə Dövlət Nəzarəti Jurnalı” (Əlavə) açılmaqla aparılır.
156. Həmçinin, Qaydalarının 2.13-cü bəndinə görə “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda tikinti ərazisinin mühafizəsi və torpaq-qazma işlərindən başlayaraq son abadlaşdırma işlərinədək obyektin tikintisinin ayrı-ayrı mərhələlərinin texnolo ji proseslərə bölünməklə ardıcıllığı müəyyən edilir. Sifarişçi (podratçı) tərəfindən tikinti-quraşdırma işləri “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilməlidir. Müfəttişliyin rəhbərliyi tərəfindən bu ardıcıllığa uyğun olaraq, birinci mərhələnin icrası təsdiq olunduqdan sonra tikinti-quraşdırma işlərinə başlanıla bilər.
157. Göründüyü kimi Qaydalarda işlərin mərhələli şəkildə və ardıcıllığa uyğun olaraq hər mərhələ təsdiq olunduqdan sonra digər mərhələnin başlanıla bilinməsi müəyyən edilmişdir.
158. Qaydalara Əlavə “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda da orada göstərilməsi zəruri olan məlumatlar öz əksini tapmışdır. Bu məlumatlara tikinti obyektinin adı, sifarişçi tərəfindən texniki nəzarəti, podratçı tərəfindən daxili əməliyyat nəzarət ini həyata keçirən şəxslərin adları və Jurnalın başlanma tarixi aiddir. Həmin Əlavəyə Qeyd2-də göstərilmişdir ki, TDN (tikintidə dövlət nəzarəti) Jurnalı olmadan tikinti obyektində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi qadağandır. Bu qadağaya əməl olunmaması sifarişçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Əlavəyə Qeyd3-də isə göstərilmişdir ki, TDN Jurnalı tikinti obyektində sifarişçinin məsul nümayəndəsində daimi səliqəli vəziyyətdə saxlanılmalıdır. BDT Müfəttişliyinin vəzifəli şəxsinin tələbi ilə müvafiq qeydlər aparılması üçün ona təqdim edilməlidir. Jurnalın itirilməsi və ya məhv edilməsi məsul şəxsin qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunması üçün əsasdır.
159. Bundan başqa, Azərbaycan Respublikası Fövqəl adə Hallar Nazirliyinin 2015-ci il 1 aprel tarixli, 20/01-001 saylı Qərarı ilə təsdiq edilmiş “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının 7.14-cü bəndinə əsasən, sifarişçinin tikintidə nəzarəti həyata keçirən nümayəndələrinin iradları ümumi (Əlavə D) və xüsusi iş jurnallarına (...) daxil edilir.
160. X11 D-də nəzərdə tutulmuş “Ümumi iş Jurnalının aparılması haqqında Qeydlər”ə əsasən, Ümumi iş jurnalı tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllığını, müddətini, keyfiyyətini, yerinə yetirilmə şəraitini və sair məlumatları əks etdirən əsas icra sənədidir. Ümumi iş jurnalı tikinti obyektinin inşasına əvvəldən sonuna kimi cavabdeh olan podratçının (baş podratçının) məsul şəxsi tərəfindən aparılır. Tikintisi başa çatmış obyektin istismarına icazə verən orqan (qurum) tərəfindən icazə verildikdən sonra tikinti obyektinin icra sənədləri daimi saxlanılması üçün sifarişçi tərəfindən obyekti istismar edən təşkilata təqdim olunur.
161. Göründüyü kimi, Əlavə D-də göstərilən “Ümumi iş Jurnalı” adlanan sənəddə tikinti obyektinin adının, ünvanının, sifarişçi və podratçının adlarının, habelə tikinti işlərinin həm müqavilə üzrə həm də faktiki olaraq başlama və bitmə tarixinin öz əksini tapması və bu Jurnalın podratçı tərəfindən aparılması nəzərdə tutulmuşdur. Belə olduqda, ilk iddia tələbi üzrə iddiaçının qeyd etdiyi kimi əgər mübahisəli binanın tikintisi sonradan başqa şirkət tərəfindən aparılmışdırsa bu zaman həmin podratçı şirkət tərəfindən istinad olunan Normalarda nəzərdə tutulmuş müvafiq Jurnal tərtib olunmalı idi. Belə Jurnalın mövcudluğu binanın h əmin şirkət tərəfindən tikintisinin faktiki olaraq hansı tarixdən davam etdirilməsinin və həmin tarixədək ilk iddia tələbi üzrə cavabdeh tərəfindən hansı işlərin görülməsinin müəyyən olunması üçün əhəmiyyətli ola bilərdi.
162. Bu baxımdan, işlərin MMC-dən sonra hansı şirkət tərəfindən və hansı tarixdən etibarən görülməsi və tikinti işlərinin hansı mərhələdən sonra digər şirkət tərəfindən davam etdirilməsi müəyyən olunmaqla faktiki olaraq hazırkı iş üzrə MMC tərəfindən tikinti işinin hansı mərhələyədək aparılması və MMC tərəfindən tikinti sahəsində görülmüş qazma və tikinti işlərinin ümumi həcminin və dəyərinin müəyyən edilməsi ilə bağlı yuxarıda qeyd olunan jurnallarda öz əksini tapmış məlumatlar əsas götürülməklə (nəzərə alınmaqla) tərəflərin iştirakı ilə və Tikintidə X5 Agentliyinin mütə xəssisləri cəlb olunamaqla yerində məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi zərurəti yaranmışdır. Yalnız belə ekspertiza keçirilməklə əldə olunmuş nəticələr əsasında gəlinmiş nəticə mübahisə üzrə tam, hərtərəfli və obyektivliyə cavab verə bilər.
163. Kassasiya şikayətinin digər, avadanlıqların tikinti obyektində saxlanılaraq qarşılıqlı iddiaçı MMC-yə qaytarılmamaqla ona zərər vurulması və həmin avadanlıqların yararlı olduğu halda qaytarılması, yararlı olmadığı halda isə dəyərinin ödənilməsi ilə bağlı dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi 48 adda avadanlığın MMC-yə qaytarılmalı olması, tələb olunan digər avadanlıqların isə ilk iddia tələbi üzrə iddiaçının tikinti sahəsində qalmasına dair sübutların mövcud olmaması qənaətinə gəlmişdir. H albuki, mülki prosessual qanunvericilik məhkəmələrə təqdim olunmuş sübutlar kifayət etmədikdə tərəflərə zəruri əlavə sübutlar təqdim olunmasının təklif edilməsi səlahiyyəti verilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçı MMC kassasiya şikayətində də digər avadanlıqların ilk iddiaçının tikinti sahəsində qalması ilə bağlı israr etdiyindən göstərilən halların aydınlaşdırılması məqsədi ilə zəruri əlavə sübutların təqdim olunması təklif edilə bilər.
164. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, qarşılıqlı iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadla və avadanlıqların dəyərinin 5 faizi həddində vəsaitin ilk iddia tələbi üzrə iddiaçıdan tutulması məsələsinə də göstərilən hallar aydınlaşdırıldıqdan sonra qiymət verilə bilər.
165. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
166. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktlar ın əsaslı olmasını şübhə altına alır.
167. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli, 11 iyun 2018-ci il tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.
168. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. 169. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nətic ələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
170. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
171. MPM-in 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
172. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
173. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdi rilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
174. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
175. Məhkəmə kollegiyası hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilm əsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.
176. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı, yuxarıda göstərilmiş məsələlər təhlil edilməli, mülki və mülki prosessual qanunvericiliklə nəzərdə tutul muş qaydada işin hallarına müvafiq qiymət verilərək düzgün hüquqi nəticəyə gəlməlidir.
177. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
178. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
179. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 sentyabr tarixli, 2-2(103)978/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansi yası məhkəməsinə qaytarılmalıdır.
180. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli, 2-2(103)-58/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.